“Vətəndaşlar 20 il yaşadıqları, əsgər yola saldıqları ev üçün bələdiyyələrdən torpaq alıb, banklara ödəniş edib, yerli icra hakimiyyətindən icazə alıblar”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Rəşad Mahmudov deyib.
Deputat qeyd edib ki, 2020-ci illərdə torpaqların sərhədləri müəyyənləşəndən, elektron xəritələr tərtib olunandan sonra bu torpaqların bələdiyyələrin səlahiyyətinə daxil olmayan ümumi istifadədəki torpaqlar olduğu üzə çıxıb: “İndi vətəndaşlar 20 il əvvəlin sənədləri ilə evlərinə çıxarış ala bilmirlər. Müvafiq qurumlardan bildirilir ki, həmin sənədlər saxtadır. Belə məsələlər diqqət mərkəzində saxlanılmalıdır”.