Rusiyanın ən qalmaqallı siyasətçilərindən sayılan mərhum LDPR sədri Vladimir Jirinovskinin nikahdan kənar oğlu həbs edilib.
jirinovskinin adı Oleq, soyadı Eydelşteyn olan oğlu Moskvadakı gürcü restoranlarının birində dava saldığı üçün saxlanılıb. Polis bölməsinə gətirilən Eydelşteyn burada polis işçisinə əl qaldırıb. Ardınca, məhkəməyə aparılan Jirinovskinin törəməsinə 15 sutka həbs cəzası kəsiblər.
Qeyd edək ki, Rusiya XİN Akademiyasında təhsil almış 36 yaşlı Eydelşteyn də siyasətlə məşğuldur və atasının partiyasında təmsil olunur. Onun anası Osetiyadandır. Eydelşteyn soyadı isə Jirinovskinin atasının soyadıdır.
Vladimir Jirinovskinin digər nikahdan kənar övladı da var. Bu, Anastasiya Petrovadır. Jirinovskinin “qanuni” oğlununsa adı İqordur.