Macarıstanın baş naziri Viktor Orban Şuşadan sonra Moskvaya, oradan isə Çinə uçub.
Musavat.com xəbər verir ki, o, bu barədə özü "X" sosial şəbəkəsində gördüyünüz bu fotonun müşayiəti ilə paylaşım edib.
Paylaşımda maraqlı bir cümlə də var. Orban yazıb: “Sülhməramlı missiya 3.0”!
Məlum olub ki, Orban Çin prezidenti Si Cinpinlə danışıqlar aparmaq üçün Pekinə gəlib.
Danışıqların mövzusu Rusiya - Ukrayna müharibəsində sülhə nail olmaq cəhdləridir.
Xatırladaq ki, Orban bir neçə gün öncə Ukrayna prezidenti ilə görüşüb, onunla bu mövzuda danışıqlar aparıb. Sonra Şuşada TDT-nin Zirvə görüşündə iştirak edib, prezident İlham Əliyevlə, digər Türk liderlərlə müzakirələr aparıb. Füzuli hava limanından Bakıya, oradan da Rusiyaya uçub. Rusiya prezidenti Putinlə görüşüb, danışıb.
Orban indi də Çindədir. Görünən budur ki, TDT -nin üzvü olan Macar türklərinin lideri Ukraynaya sülh gətirmək prosesində vasitəsi polunu üstlənib.
Və bu prosesdə Şuşa dayanacağı da var...
Viktor Orbanın bu fəallığı və uğurlu vasitəçiliyi Avropa Birliyinin rəhbərliyini dəliyə döndərib.
Dünəndən onunla bağlı Avropa miqyasında "qara piar"a start verilib.
Şarl Mişel, Jozef Borel və digər AB yetkililəri onun həm Şuşada iştirakını, həm də oradan Moskvaya gedərək, Putinlə görüşməsini hədəfə alıblar.
AB -ni, Qərbin digər qurumlarını oyundan kənarda qoyan Macarıstan liderinin mesajının mənası da maraq doğurur.
Musavat.com təhlilçilərinin fikrincə o, AB -nin və Amerikanın qapısına 3 cavabsız qol atdığını elan edir.
Görünən budir ki, Kiyevdə Zelinski ilə görüşən Orban bu vasitəçiliyə onun da razılığını alıb.