Ardını oxu...
Azərbaycanın obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin qara qutuları Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunub.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

CENIPA-da qara qutuların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcək. Bununla yanaşı, Azərbaycan tərəfindən cəlb edilmiş bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlər də bu prosesdə iştirak edəcəkdir. Bu yanaşma, qəza araşdırmalarının tam şəffaf və beynəlxalq standartlara uyğun şəkildə aparılmasını təmin etmək məqsədi daşıyır.

Bu addım həm də qəzaya dair araşdırmaların obyektivliyinə dair mümkün şübhələrin qarşısını almağa və nəticələrin beynəlxalq ictimaiyyət üçün etibarlılığını artırmağa xidmət edir. Azərbaycanlı mütəxəssislərin bilavasitə iştirak etməsi və beynəlxalq ekspertlərin prosesi müşayiət etməsi araşdırmanın əhatəliliyini və dəqiqliyini daha da gücləndirəcək.

Məlumat üçün bildiririk ki, CENIPA təyyarə qəzalarının araşdırılmasında yüksək texniki imkanlara malikdir. Mərkəz müasir avadanlıqlarla təchiz olunub və məlumatların deşifr edilməsi üçün beynəlxalq səviyyədə sertifikatlaşdırılmış laboratoriyalara sahibdir.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
 
 

 


Ardını oxu...
Baş nazirin müavini Bozumbayev Azərbaycan təyyarəsinin qəzasını araşdırmaq üçün Qazaxıstan komissiyasına heç bir təzyiq olmadığını dedi. Lakin, görünür, vəziyyət o qədər də sadə deyil. Bunu Azərbaycan rəhbərliyinin ritorikasından da görmək mümkündür.

Axar.az xəbər verir ki, bu sözləri qazaxıstanlı siyasi müşahidəçi Qaziz Abışev Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarənin qara qutularının Braziliyanın CENIPA şirkətinə verilməsi ilə bağlı məlumatı “Tenqrinyus”a şərh edərkən deyib.

O bildirib ki, Bakı ilə Moskva arasında tam qarşılıqlı anlaşma olsaydı, vəziyyət bu yerə gəlməzdi:

“Çox güman ki, Qazaxıstanı hər hansı güzəştə getməyə məcbur etmək üçün ona müvafiq siyasi təzyiqlər edilir. Xüsusilə, nəzərə alın ki, Rusiya qara qutuların MDB-nin Beynəlxalq Aviasiya Komitəsinə (İAC) verilməsi ideyasını fəal şəkildə irəli sürüb.

Belə bir vəziyyətdə Qazaxıstan rəhbərliyinin qəzaya uğramış təyyarənin “qara qutu”larının Braziliya Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) təhvil verilməsi qərarı təzyiqlərin neytrallaşdırılması və şifrənin qərəzsiz və ədalətli açılması, dünya ictimaiyyətində etimadın yüksəldilməsi baxımından olduqca prinsipial addımdır. Görünür, prezidentlər Əliyev və Putinlə danışmağa müvəffəq olan, Rusiya ilə Azərbaycan arasındakı hazırkı mübahisədə qərəzsiz vasitəçi kimi çıxış edən və obyektiv araşdırmanın məsuliyyətini üzərinə götürən Prezident Tokayev belə qənaətə gəlib ki, bu, ən optimal variantdır. Və Tokayevin bu addımı tərəflər və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndiriləcək”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Rusiya lideri Vladimir Putin 28 dekabrda Prezident İlham Əliyevə zəng edərək, hadisənin Rusiya səmasında baş verməsinə görə üzr istəyib. 29 dekabrda Putin yenidən İlham Əliyevə zəng edib və bu mövzunun müzakirəsini davam etdirib.
 
 
 
Ardını oxu...
Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarından birinə Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adı veriləcək.

Referans.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Husyev Yuriy “X” hesabında məlumat verib.

“Bu mükafat onun fədakarlığını şərəfləndirir və gələcək aviasiya işçilərini ilhamlandırır. Onun mirası yaşayacaq” , - səfir bildirib.

Qeyd edək ki, Aleksandr Kalyaninov həmin akademiyanın məzunu olub.
 
 
 
Ardını oxu...
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Manqistau vilayətində qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sərnişinlərinin xilas edilməsi zamanı cəsarət, peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdirən bir qrup Qazaxıstan vətəndaşını təltif edib.

"Cebheinfo.az" xəbər verir ki, təltif olunanlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, tibb işçiləri, polis əməkdaşları, Manqistau Regional Elektrik Şəbəkəsi şirkətinin və Aktau şəhəri Beynəlxalq Hava Limanının əməkdaşları var.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
 
Ardını oxu...
"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və iş adamı İlon Mask Qrenlandiya, Kanada, Böyük Britaniyanı və Panama kanalını ölkənin tərkibinə qatmaqdansa satın ala və öz şəxsi mülkiyyətinə çevirə bilərlər".
Bakupost.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev "X" sosial şəbəkəsində bildirib.
“Mən başa düşmürəm ki, Birləşmiş Ştatlar nə üçün Kanada, Qrenlandiya və hətta Britaniyanı öz tərkibinə daxil etsin, həmçinin Panama kanalını geri qaytarsın. Daha sivil bir yol var: Donald Tramp və İlon Mask sadəcə olaraq həmin torpaqları şəxsi mülkiyyət kimi ala bilərlər”, - deyə o yazıb.
Qeyd edək ki, dekabrın əvvəlində Tramp zarafatla ABŞ-a qonşu olan Kanadanı 51-ci ştat, baş nazir Castin Trüdonu isə qubernator adlandırmışdı.
"Kanada ABŞ-a qoşulmaq qərarına gəlsə, ölkədə vergilər 60%-dən çox azalacaq" deyə Tramp bildirib.
Siyasətçi Qrenlandiyanı almaq arzusunu da açıqlayıb.
"Milli təhlükəsizliyi və dünyada azadlığı təmin etmək üçün Amerika Birləşmiş Ştatları hesab edir ki, Qrenlandiyaya sahib olmaq və ona nəzarət etmək mütləq zərurətdir", - deyə Tramp Truth Social sosial şəbəkəsində yazıb.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Kadırov onu Qazaxıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsini Çeçenistan üzərində uçarkən vurmaqda ittiham edənləri hədələyib.

Musavat.com xəbər verir ki, o, bu barədə özünün telegram kanalında video açıqlama yayımlayıb.

“Əgər məni haqsız yerə ittiham etsəniz və ya təhqir etsəniz, şərəf və ləyaqətimə toxunmağa cəhd etsəniz, özümü qorumaq üçün qanuna arxalanmayacağam. Ailəmi, xalqımı və namusumuzu qorumaq üçün hər vasitədən istifadə edəcəyəm. Xalqıma, ailəmə və ya özümə hörmətsizlik edənlərə müvafiq cavab veriləcək. Bunu sizə söz verirəm”. - , deyə Kadırov bildirib.
Ardını oxu...
Təyyarə qəzasında həlak olanların hamısının cəsədləri hələlik müəyyən edilməyib.

Axar.az xəbər verir ki, bunu hökumət komissiyasına rəhbərlik edən Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev deyib.

O bildirib ki, hazırda genetik tədqiqatlar davam edir.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Hadisə ilə bağlı Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək üzrxahlıq edib.
 
Ardını oxu...
Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını araşdırmaq üçün 17 beynəlxalq ekspert cəlb edib.

TNS xəbər verir ki, bu barədə “Tengri News”a təyyarə qəzasının səbəblərini araşdırmaq üzrə hökumət komissiyasına rəhbərlik edən respublika Baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

Onun sözlərinə görə, təhqiqatda Azərbaycandan 6, Rusiyadan 2, Braziliyanın “Embraer” təyyarə istehsal edən şirkətindən 2, Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən (CENIPA) 3, Dövlətlərarası Aviasiya Komitəsindən 3 mütəxəssis iştirak edir.

Bozumbayev əlavə edib ki, yaxında Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) ekspert də istintaqa qoşulacaq.
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin rus dilini bilməyən miqrant uşaqların rus məktəblərinə qəbulunu qadağan edən qanunu imzalayıb. Tribunainfo.az xəbər verir ki, qanun hüquqi aktların rəsmi internet saytında yerləşdirilib.

Qanuna əsasən, miqrant uşaqların ibtidai ümumi, əsas ümumi və orta ümumi təhsilin təhsil proqramlarına qəbulu yalnız dövlət və ya bələdiyyə təhsil təşkilatında pulsuz əsaslarla rus dilini bilmək üçün sınaq imtahanından müvəffəqiyyətlə keçdikləri halda mümkündür.
 
Ardını oxu...
Rusiyada AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau limanında qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

"DİA-AZ" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İstintaq Hava nəqliyyatının hərəkəti və istismarı qaydalarının pozulması maddəsinə istinadən aparılacaq.

O da qeyd olunub ki, hazırda mülki və hərbi mütəxəssislərin izahatları alınır.

Kremlin məlumatında o da bildirilib ki, hazırda Azərbaycanın Baş Prokurorluğunun Qroznıda olan iki əməkdaşı Qroznıya ezam edilərək, Rusiyanın Baş Prokurorluğunun və Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər aparır.

Eyni zamanda Rusiya, Azərbaycan və Qazaxıstanın müvafiq strukturları Aktau şəhərinin qəzanın baş verdiyi ərazisində birgə fəaliyyət göstərirlər.

Dünyapress TV

Xəbər lenti