Ardını oxu...
“Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin “Facebook” hesabındakı son paylaşımlarında qərəzli və əsassız fikirlər yazması diplomatik qaydalara zidd davranışdır”.

Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, səfirliklər bir qayda olaraq ölkələr arasında diplomatik əlaqələrin qurulmasına və inkişafına töhfə vermək kimi bir missiyanı həyata keçirirlər:

“Eyni zamanda, beynəlxalq hüquq normaları çərçivəsində onlar ev sahibi olan dövlətlərin qanunlarına və beynəlxalq hüquqla tənzimlənən diplomatik qaydalara əməl etməlidirlər.

Lakin ABŞ-nin ölkəmizdəki səfirliyi qeyd etdiyimiz bu prinsiplərə əməl etmir,Azərbaycana qarşı haqsız fikirlərini gündəliyə gətirir, əsassız siyasi məhbus tezisləri üzərində Azərbaycanın daxili işlərinə açıq şəkildə müdaxilə edir.

Təbii ki, üzləşdiyimiz mənfi ritorika rəsmi Vaşinqtonun indiki administrasiyasının anti-Azərbaycan siyasətinin davamıdır”.

Millət vəkili təəssüflə qeyd edib ki, zaman-zaman Ağ Ev rəsmiləri ölkəmizə qarşı qarayaxmanı erməni diasporunun sifarişi əsasında gündəmə gətirirlər:

“İndiki zaman kəsiyində bu tip böhtan xarakterli fikirlər Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişinə mənfi təsir göstərməklə bərabər, həm də rəsmi İrəvanın silahlanmasına dolayısı yolla haqq qazandırmaqdır.

Bütün bunlar şübhəsiz ki, cəmiyyətimizdə anti-ABŞ mövqeyinin genişlənməsinə əsaslar yaradır. ABŞ rəsmilərinin və ölkəmizdəki səfirliyinin sülh və insan haqları çağırışlarına şübhə toxumları səpir”.
 
Ardını oxu...
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə rəsmilərini 29 dekabradək növbədənkənar parlament seçkiləri elan redilməyəcəyi təqdirsə, “rejimin çöküşü” ilə hədələyib.
APA xəbər verir ki, Prezident videomüraciətində bunun dialoqun alternativi olduğunu deyib.

"Rejimin çöküşü" dialoqa, kompromisslərə, güzəştlərə alternativdir. Güzəştlər lazımdır, bəzi şeyləri etiraf etmək lazımdır, kompromisslər lazımdır. Əks halda rejim yıxılacaq”, - Salome Zurabişvili videomüraciətində bildirib.

Prezident hamını ikinci mərhələyə hazır olmağa çağırıb. O, dekabrın 29-dan sonra da ölkənin legitim prezidenti qalacağını bəyan edib.
 
Ardını oxu...
Gürcüstanın prezidenti Salome Zurabişvili uzun illər həbs cəzası ilə üzləşə bilər.
İqtisadiyyat.az "Vzqlyad" qəzetinə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlayıb.

"Əgər o, Konstitusiyanı və səlahiyyətlərini pozaraq parlamentə növbədənkənar seçkilər elan etsə və ya 29 dekabrda səlahiyyət müddəti başa çatdıqdan sonra iqamətgahı tərk etməkdən imtina etsə, onu uzunmüddətli həbs cəzası gözləyir",-deyə Kobaxidze bildirib.

O, əlavə edib ki, Zurabişvili və radikal müxalifətin emosional fonu ağırdır, onlar isterik vəziyyətdədirlər.
 

Ardını oxu...
“Zurabişvili dekabrın 29-da öz postunu tərk etməli olacaq, görək həyatını harada - dəmir barmaqlıqlar arxasında, yoxsa dəmir barmaqlıqlardan kənarda davam etdirəcək”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata açıqlamasında bildirib.

O, Salome Zurabişvilinin Prezident vəzifəsində bir həftədən az vaxtı qaldığını, ona görə də bu həftə ərzində heç nə edə bilməyəcəyini deyib.

“Düzdür, bəzi avropalı siyasətçilər və rəsmilər iddia edir ki, dekabrın 29-na qədər hələ çox şeylər ola bilər, amma sizi əmin edirəm ki, dekabrın 29-a qədər çox şey olmayacaq, Gürcüstanda radikal müxalifət qalib gəlməyəcək. Müvafiq olaraq, radikal müxalifət, o cümlədən Salome Zurabişvili tərəfindən heç bir ciddi plan təqdim olunmayacaq. Dekabrın 29-da o vəzifəsindən getməli olacaq, görək həyatına harada davam edəcək - dəmir barmaqlıqlar arxasında, yoxsa barmaqlıqlardan kənarda”, - deyə baş nazir bildirib.

Kobaxidze qeyd edib ki, Gürcüstan MSK seçkilərin nəticələrinə yekun vurub, Konstitusiya Məhkəməsi isə seçkilərin legitimliyini təsdiqləyib, ona görə də təkrar parlament seçkilərinin təyin edilməsi üçün heç bir əsas yoxdur:

"Parlament hökumətin tərkibinə etimad göstərib, ona görə də təkrar seçkilər üçün heç bir səbəb yoxdur. Prezidentin müvafiq bəyanatı tamamilə gülünc olardı, lakin bu eyni zamanda həm də cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsində belə bir əmələ görə, uzunmüddətli azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan müvafiq qeydlər var".

Qeyd edə ki, bu gün saat 21:00-da Prezident Salome Zurabişvilinin ictimaiyyətə müraciəti planlaşdırılıb/APA

Ardını oxu...
1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesi yalnız Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması haqqında olub və danışıqlar prosesində başqa heç bir məzmun olmayıb.

Gundeminfo.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan Respublikasında danışıqların başqa mövzularla bağlı olduğu barədə yayılan məlumatlar daxili auditoriyaya yönəlib:

“Bu kontekstdə mən böyük bir səhvə yol verdim: 2018-ci ildə danışıqların məzmunu ilə tanış olduqdan sonra yuxarıda qeyd olunanları özümə etiraf etmədim (Sizə məlum olan vətənpərvərliyim bunu etməyə imkan vermədi) və buna görə də həmin məsələləri xalq üçün aydınlaşdırmadım”./axaraz

 
 
 
Ardını oxu...
İran prezidenti ciddi enerji böhranı səbəbindən işıqsız oturan əhaliyə yeni müraciətlə özünü biabır edib.

İran dəhşətli enerji böhranı ilə üz-üzədir, bunun fonunda prezident Məsud Pezeşkian isitmə sistemini yandırmaq əvəzinə “isti geyinmək” zərurəti ilə bağlı bəyanatı əhali arasında hiddət fırtınasına səbəb olub. Sosial şəbəkələrdə prezidentin şərhi hakimiyyətin vətəndaşların real ehtiyaclarından təcrid olunmasının simvolu adlandırılıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə. enerji böhranı sərt qış səbəbindən daha da pisləşib. Milyonlarla iranlı elektrik enerjisinə etibarlı çıxışdan məhrumdur, məktəblər və dövlət idarələri bağlanıb, küçələrdə və şəhərlərarası yollarda işıqlar söndürülüb. Vəziyyət təcili tədbir görülməsini tələb etsə də, Pezeşkian evlərdə temperaturun iki dərəcə aşağı salınması tövsiyəsi istehza və tənqid hədəfinə çevrilib.

Sosial şəbəkələrdə qəzəblənən istifadəçilər “İstilik lazım olanda prezident əlavə sviter geyinməyi təklif edir” yazır.

Ekspertlər hesab edir ki, prezidentin bəyanatı yalnız İran hakimiyyəti ilə sadə vətəndaşlar arasında dərin uçurumu vurğulayır. Ölkənin enerji sektorundakı böhran uzun illər infrastruktur problemlərinə məhəl qoymamağın nəticəsidir. Ayətullah rejimi daxili iqtisadiyyatın modernləşdirilməsinə sərmayə qoymaq əvəzinə, Suriya, Livan və digər ölkələrdəki müttəfiqlərini dəstəkləmək üçün milyardlarla dollar xərcləyir.

Bundan əlavə, elektrik stansiyalarının istismarı üçün dizel yanacağından istifadənin artması böyük şəhərlərdə havanın kritik səviyyəyə çatmasına səbəb olub və bu, əhalinin narazılığını daha da artırıb.

İqtisadi qeyri-sabitlik böhranın ümumi mənzərəsini tamamlayır. Gələcəklə bağlı qorxular fonunda İran valyutasının dəyərinin düşməsi yalnız ictimaiyyətin qəzəbini artırır. Bütün bunlar beynəlxalq sanksiyaların sərtləşdirilməsi və daxili iğtişaşların artması fonunda baş verir.

Özünü “mötədil” qüvvələrin təmsilçisi kimi qələmə verən Pezeşkian əhalini qənaət etməyə çağırmaqla vəziyyətdən çıxmağa çalışır. Lakin onun sözləri yalnız ictimaiyyətin qəzəbinə səbəb olub. Çoxları bu açıqlamanı hakimiyyətin reallıqla əlaqəni itirdiyinin və əhalinin aktual problemlərini həll edə bilmədiyinin təsdiqi kimi qiymətləndirir.
 
Ardını oxu...
Almaniyanın daxili işlər naziri Nensi Fesser Maqdeburqda törədilən terror aktı qurbanlarına görə matəm elan edib.

TEREF“Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

“Hakimiyyət orqanlarının bütün binalarında bayraqları endirilib”, - bəyanatda deyilir.

Qeyd edək ki, Maqdeburq şəhərində Milad yarmarkasına edilən hücum nəticəsində 5 nəfər ölüb, 205 nəfər isə yaralanıb.

Hücumla bağlı 50 yaşlı Taleb əl-Əbdülmöhsün adlı şəxs saxlanılıb.
 
 
 
Ardını oxu...
PKK/YPG ünsürləri silahlarını yerə qoymalı və Suriyanı tərk etməlidirlər. "Report" xəbər verir ki, bunu "Reuters" agentliyinə açıqlamasında Türkiyənin rəsmi şəxsi deyib.

O qeyd edib ki, münaqişənin əsas səbəbi rəsmi Ankaranın bölgəyə baxışı deyil.

Adı açıqlanmayan mənbə qeyd edib ki, qarşıdurmanın əsas səbəbi PKK/YPG terror təşkilatının mövcudluğudur.
 
Ardını oxu...
Ukrayna üçün Avropa ölkələri arasında güclü koalisiya qurmaq çox çətindir. Məsələn, Almaniya tarixi səbəblərə görə Ukraynaya sülhməramlı qoşun göndərmək istəmir. Polşanın Baş naziri Donald Tusk isə Fransa Prezidenti Emmanuel Makronla görüşündə ölkəsinin həm Ukraynaya dəstək, həm də NATO-nun şərq cinahının müdafiəsi baxımından artıq ən ağır yükü daşıdığını bildirib.

Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.

Qeyd olunur ki, Finlandiya Prezidenti Aleksandr Stubb və Danimarkanın Baş naziri Mette Frederik hesab edirlər ki, yalnız Şimali Atlantika Alyansına üzvlük Ukraynanın suverenliyinə təminat verə bilər.

Bəzi diplomatlar isə bildirir ki, ABŞ-ın dəstəyi olmadan sülhməramlılardan ibarət koalisiya təşkil edilə bilməz - xüsusən də kəşfiyyat sahəsində.
 
Ardını oxu...
  

Tramp Ağ Evə qayıtmamış ermənipərəst senatorlar tələsik növbəti üzdəniraq qətnamə hazırlayıblar - Bakıdan sərt etiraz

Amerikalı ermənipərəst senatorlar - Qari Piters və Bill Kessidi Senata Azərbaycan əleyhinə ikipartiyalı qətnamə layihəsi təqdim ediblər. 

Layihədə Bakı Qarabağda etnik təmizləmə aparmaqda ittiham olunur, Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırış edilir, “əsir” ermənilərin dərhal azad olunması və Bakıya hərbi yardımın (görəsən hansı hərbi yardımdan söhbət gedir? - red.) dayandırılması, “Qarabağ xalqının geri qayıtmaq hüququnun həyata keçirilməsi” tələb olunur. “Yeni Müsavat” yazır ki, bu barədə “Daşnaksütyun”un mərkəzi ofisindən məlumat verilib. Layihənin həmmüəllifi Kessidi bu xüsusda deyib: “Azərbaycan Avropanı enerjiyə görə girov saxlayır, lakin Luiziana Avropanın ehtiyaclarını ödəmək üçün kifayət qədər enerjiyə malikdir”. Mətndə həmçinin iddia olunur ki, beynəlxalq hüquq ekspertləri, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo (ermənilərin çoxdan ələ aldığı fırıldaqçı prokuror - red.) və BMT baş katibinin soyqırımın qarşısının alınması üzrə keçmiş xüsusi müşaviri (Okamponun başqa bir tayı, o da çoxdan rəsmi vəzifə daşımır - red.) Xuan Mendez hesab edirlər ki, “Dağlıq Qarabağın azərbaycanlılar tərəfindən blokadaya alınması BMT-nin Soyqırım Konvensiyasına görə, qanun pozuntusudur”. Və bu kimi digər absurd, əsassız ittihamlar, şər-böhtanlar...

Belə görünür ki, yeni prezident Donald Tramp öz komandasını formalaşdırıb qurtarmamış erməni lobbisinin satın aldığı bu dələduzlar vasitəsilə Konqresdən hansısa anti-Azərbaycan sənədini keçirib onu fakt qarşısında qoymaq istəyirlər. Ancaq layihənin Konqresdən keçmə ehtimalı nə dərəcədədir? Keçərsə Tramp onu imzalayarmı? Xatırladaq ki, ABŞ-ın erməni lobbisi son prezident seçkilərində Trampı dəstələyən bəyanatla çıxış etməyib. Yəni ondan əlini üzmüş kimi idi. Ona görə də senatorlar tələm-tələsik bir üzdəniraq qətnamə layihəsi hazırlayıblar ki, yeni rəhbər Ağ Evə gəlməmiş Azərbaycana xainlik etsinlər. 

Ardını oxu...

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a sözlərinə görə, 4 il ərzində çoxsaylı qətnamə layihələri olub, lakin heç biri keçməyib. O inanmır ki, bu bədnam ideya da reallaşa. Professorun fikrincə, son akkordlarını vuran hazırkı Ağ Ev rəhbərliyi hakimiyyəti iflasla tərk etməkdədir: “Azərbaycan dövləti Birləşmiş Ştatlarla səmimi, dürüst davranmağa çalışdı, hər dəfə qarşı tərəf münasibətləri korlamağa başladı. İndi biz Bayden dövrünü unudub irəli baxmalıyıq. Çünki Tramp dönəmi gəlir və Bakı Vaşinqtonla əlaqələri sahmana salmağa ümid edir. Hazırkı gərginlik bizim ucbatımızdan olmayıb. Azərbaycan nə supergüclə qarşıdurmada maraqlıdır, nə də strateji tərəfdaşını itirmək istəyir. Biz mühüm layihələr icra edir, ABŞ üçün Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır, Rusiya və İran kimi iki nəhəng gücün ortasında balans siyasəti yürüdürük. Bu həqiqətləri nəzərə almadan, Bayden komandası 4 il dayanmadan üzərimizə gəldisə, deməli, reallıq hissini itiriblər”.

Professor qətnamənin qəbul edilməyəcəyinə əmindir və ümid edir ki, yeni administrasiya Konqres üzərindən cılız oyunlara getməyəcək: “Azərbaycan elan etdi ki, Dövlət Departamenti Konqresə təlimat verir. Hətta Milli Məclisdə sazişləri dayandırmaq təklif olundu. Ardınca ABŞ səfirliyi səviyyəsində kampaniya başladı. Beləliklə, ssenariləşdirilmiş bir təzyiq siyasəti müşahidə olunur. Sadəcə, Azərbaycan dövləti haqsızlığa susmur və bu, Amerika olsa belə cavabını verir. Bundan sonra da hansısa əsgi parçası qəbul olunsa, nəticə dəyişməyəcək. O layihəni hazırlayanlar əla bilirlər ki, nə ermənilər qovulub, nə dediklərində sübut var”. 

Q.Hüseynli sanksiyaların tətbiqini istisna edir və bu çağırışlara məhəl qoyulacağını gözləmir: “Azərbaycan Avropanın enerji təminatında mühüm paya malikdir və Vaşinqton bizim hansı əhəmiyyət daşıdığımızı dərk edir. Ukraynada gedən müharibə fonunda Azərbaycana sanksiya tətbiq edilməsi mümkün deyil. Məncə, ermənipərəst senatorlar ilin sonuna yaxın lobbidən aldıqları pulların axırıncı xidmətini yerinə yetirirlər. Bununla erməni lobbisinə göstərirlər ki, ”biz axıra qədər əlləşib-vuruşduq, qanun layihələri hazırladıq, onların Konqresdən keçməsinə cavabdeh deyilik".

Ardını oxu...

 Ehtiram Mehdiyev

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev korrupsiyaya bulaşmış senatorların növbəti iyrənc addım atdıqlarını düşünür. Onun sözlərinə görə, ABŞ-dakı səfirliyimiz, həmçinin, orada olan azərbaycanlı icma və diaspor təşkilatları etirazlarını bildirməlidirlər: “Amerikalı senatların hərəkətləri əndazəni aşmaqdadır. Hər dəfə bir qətnamə ilə çıxış edirlər. Təbii ki, heç bir hüquqi çəkisi olmayan layihələrdir, amma Amerikadakı azərbaycanlı fəallar da səsini çıxarmalıdırlar, diplomatlarımız çıxış etməlidirlər. Çünki ABŞ kimi nəhəng bir dövlətdə senatorların açıqlamalarını dünya izləyir və beynəlxalq ictimaiyyəti inandırmağa çalışırlar. Halbuki Qarabağdan gedən ermənilərin bir qismi Ermənistan vətəndaşlarıdır, bir hissəsi işğal dövründə süni şəkildə məskunlaşdırılmış ərəb ölkələrindən gətirilən ermənilərdir, qalanı da ümumiyyətlə, Rusiya və Avropaya köç edib. Bu müddət ərzində Qarabağdan gedən ermənilərdən bir qrup çıxıb deməyib ki, bizi qovdular, etnik təmizləməyə məruz qoydular. Onların yerinə niyə senatorlar danışmalıdırlar? Deməli, erməni lobbisinin sifarişidir və xəritədə yerini bilmədikləri ərazi haqda cəfəngiyyat danışırlar”.

Partiya funksioneri hesab edir ki, etnik təmizləmə uydurmadır və bircə fakt olsaydı, çoxdan Ermənistan həşir qoparmışdı: “Bu bəhanələr Azərbaycana təzyiqləri artırmaq məqsədi daşıyır. Əsas niyyət bizi gözdən salmaq, aqressor kimi təqdim etmək, nüfuzumuza zərər vurmaqdır. Azərbaycan isə ermənilər köçəndə onları hər bir ehtiyacları ilə təmin etmişdi. Hətta avtobuslar ayrılmışdı. Dövlət onlara qalmağı təklif etdi, razılaşmadılar. Bəs, senatorların arzusu nədir? Yəni orada xunta rejimi mövcudluğunu davam etdirməliydi və erməni əhalisi onlara tabe olmalıydı? Bunu yuxularında görəcəklər. Azərbaycan separatizmi məhv edib və oradakı etnik erməni əhaliyə də vətəndaşlıq təklif edib. Azərbaycanda digər etnik millətlər yaşayır, hamı kimi eyni hüquqlara malikdirlər, onlara heç bir ayrı-seçkilik edilmir. Etnik ermənilərin isə talışlardan, ləzgilərdən, avarlardan heç bir üstünlüyü yox idi ki, əksikliyi ola bilərdi - çörəyimizi yeyib, suyumuzu içib bizə xainlik etdiklərinə görə...”

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Dünyapress TV

Xəbər lenti