Ardını oxu...
“Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il Ermənistana Azərbaycana qarşı addım atarkən düz 30 dəfə düşünməyi öyrədib”.

“Haber Global” xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri Aygün Attar erməniəsilli siyasətçi, Xalqların Demokratik Partiyasından (HDP) olan keçmiş millət vəkili Qaro Paylanın Azərbaycanla bağlı səsləndirdiyi iddialara cavabında deyib.

““Aqos” qəzetində köşə yazarı olan Qaro sonra millət vəkili seçilib. Hazırda bizim məvacibimizdən tutulan vergilər hesabına rahat yaşayır. Amma dinc durmur. Türkiyə Böyük Millət Məclisinin üzvü olanda həm daxildə, həm də xaricdə Türkiyə və türklük əleyhinə çalışıb. Böyüdüyü, suyunu içib və çörəyini yediyi ölkənin yox, başqalarının səsi olub. Fəal diaspor fəaliyyətinə görə, Xocalıda əli qana bulaşmış Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan tərəfindən qızıl medalla mükafatlandırılıb”, - o bildirib.

A.Attar bildirib ki, Q.Paylanın son açıqlaması məntiqsizdir: “Yəni, Ermənistan silahlanacaq, Azərbaycan da oturub özünə dost olmayan ölkənin güclənməsi üçün gözləyəcək? Elə bilirsiniz ki, Ermənistan normallaşma adı altında Azərbaycan və Türkiyəyə qarşı qurulan oyunların fərqində deyilik? Azərbaycan milləti və dövləti sizin niyyətinizi bilir. Allah düşmənin də mərd olanını qismət eləsin. Azərbaycan qarşısındakı düşmənin mərd olmadığını bilsə də, həm hərb meydanında, həm də diplomatik müstəvidə mərdcə davranıb. Bu ritorika özü ilə Qarabağ zəfərini gətirib. Dediyim odur ki, özünə gəl, Qaro Paylan!”.

Qeyd edək ki, erməniəsilli siyasətçi son açıqlamasında Ermənistanın bir tərəfdən Azərbaycanla normallaşma adı ilə vaxt qazandığını, digər tərəfdənsə Fransa və ABŞ-dan silah aldığını deyib.
 
 

 


Ardını oxu...
Gürcüstanın baş naziri İrakli Kobaxidze parlament seçkilərindən sonra öz təzə postunda xaricə ilk səfərini Azərbaycana etdi. Bu, sözsüz ki, qərb qonşumuzun ölkəmizə verdiyi strateji önəmin təzahürü idi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Bakıda buna görə gürcü liderə məxsusi təşəkkürünü bildirdi.

Kobaxidze xaricə ikinci rəsmi səfərini bu həftə Ermənistana reallaşdırıb. Bu da məntiqlidir. İstənilən normal ölkə ən əvvəl öz qonşuları ilə dinc, əmin-anlıq içində, qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlıq şəraitində yaşamağı tərcih edir. Dara düşəndı dada ilk yetişən qonşu olmurmu? “Yaxın qonşu uzaq qohumdan yaxşıdır” ifadəsi yəqin ki, buna görə yaranıb. Nəyi ki, Ermənistan və ermənilər barədə söyləmək çətindir. Amma mövzu bu deyil...

Məsələ ondadır ki, Ermənistana səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili həmkarı, xarici işlər nazirinin müavini Vahan Kostanyanla birgə İrəvanda uydurma “erməni soyqırımı memorialı”nı ziyarət edib. Ora ölkəsi adından əklil qoyub. “Gürcü nazir soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib”, - xəbərdə qeyd edilir.

İndi bu hərəkəti necə oxuyaq, nə cür anlayaq, hansı dəftərə yazaq?

Olayın ən absurd tərəfi odur ki, Gürcüstanın özü saxta soyqırımı tanımayıb. Üstəlik, elə bu səfır ərəfəsində baş nazir Nikol Paşinyan qondarma genosid iddiasını şübhə altına alan açıqlama ilə gündəm yaratmışdı. Elə isə ürəkbulandıran, Türkiyə və Azərbaycan rahatsız edən belə demarşa, əklil-məklilə nə lüzum var idi? Rəsmi Tiflis bununla Bakı, Ankara və İrəvana hansı mesajı verir, nəyin anonsunu, siqnalı çatdırır?...

Yada salaq, Türkiyə və Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran, onun iki ən böyük ticarət tərəfdaşıdır. Adi dilə çevirəndə bu, həm də minlərlə iş yeri, etibarlı əmək bazarı deməkdir.

Əlavə olaraq, qərb qonşumuz Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatında hərbi-strateji və digər sahələr üzrə fəal əməkdaşlıq içindədir. Öz ordusunu gücləndirir, iqtisadiyyatını inkişaf etdirir. Vaxtilə, mərhum Heydər Əliyevin dövründə qazsız qalan Gürcüstanı və onun əhalisini soyuq qışdan xilas edən də Azərbaycan olmuşdu.

O zaman bu nə turşu, o nə pəhriz?..

Böyük ehtimalla, erməni tərəfi ziyarət məsələsində təkid etməyib. Yoxsa baş nazir Kobaxidze də üzdəniraq kompleksə baş çəkərdi. Yəni bu, çörəyi dizi üstündə olan gürcülərin XİN başçısının öz təşəbbüsüdür.

Yeri gəlmişkən, ötən ay bir qrup İran deputatı da İrəvanda eyni yaramazlığa imza atmışdı. Ancaq o İrandır. Keçmiş Dağlıq Qarabağ problemi zamanı erməni işğalına hər cür dəstək verən, daim Azərbaycanın və Türkiyənin ayağının altını qazan, Zəngəzur dəhlizinə qarşı çıxan, dövlət maraqlarını həmişə ümmət maraqlarından üstün tutan türkofob İran.

Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?..

Bəs Gürcüstana nə gəlib? Belə şeylər unudulmur. Unudula bilməz. Heç nə yaddan çıxmır, çıxmayacaq. İllah da arxadan vurulan zərbələr...

Zahid SƏFƏROĞLU - musavat.com
 
Ardını oxu...
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu haqqında Türkiyə Baş Prokurorluğunun başlatdığı istintaq işi çərçivəsində bu gün İstanbul Ədliyyəsində ifadə verib.

Bu barədə "Haber Global" televiziya kanalında efirə gedən süjetdə qeyd olunub.

Qeyd olunur ki, Ekrem İmamoğlunun ifadəsi iki saata yaxın çəkib. Daha sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri ədliyyə orqanı binasını tərk edib.

Xatırladaq ki, E.İmamoğlu bir neçə gün əvvəl televiziya proqramında iştirak edərkən İstanbul baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə "hədə" və "terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə" ittihamları ilə üzləşib. Bununla yanaşı, o, məhkəmə ekspertinə təzyiq göstərmək cəhdində ittiham edilir.
 
Ardını oxu...
AŞPA Ukraynanın tələbi ilə Putini terrorçu kimi tanımaqdan imtina edib.

Ali Radanın deputatları “Ukraynada ədalətli və davamlı sülh üçün Avropanın öhdəlikləri” adlı qətnamə üzərində işləyərkən Rusiya liderini “terrorçu” kimi tanıyan düzəliş təklif ediblər. Lakin bütün təkliflər dərc edildikdən sonra bu düzəlişin olmadığı diqqət çəkib.

Avropa Şurası Parlament Assambleyasının Katibliyi Kiyev nümayəndələrinin diqqətinə çatdırıb ki, dövlət başçısının terrorçu kimi təqdim edilməsi Assambleyanın rəsmi sənədində yersiz olan təhqiramiz və ədəbsiz ifadələrdən istifadə etməyə bərabərdir.
 
Ardını oxu...
Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının müddətinin 2027-ci il fevralın 19-dən uzadılması ilə bağlı qərar təsdiqlənib. Buna əsasən, missiya daha iki il Ermənistanın sərhəd ərazilərində monitorinq aparmağa davam edəcək.

Həmçinin müşahidəçilərin say tərkibinin dəyişməz qalması da razılaşdırılıb. Hazırkı missiyada 165 beynəlxalq və 44 ermənidən ibarət heyət fəaliyyət göstərir. Bakının İrəvandan dəfələrlə missiyanın fəaliyyətinin sonlandırılmasını tələb etməsinə rəğmən qərarın dəyişməməsi, birmənalı qarşılanmayıb. Bu qərar Qərbin regionda qarşıdurma, gərginlik yaratmasına xidmət edən addım kimi dəyərləndirilir.

Avropa İttifaqı sözügedən missiyanı regionda saxlamaqla nəyə nail olmağa çalışır?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Aİ missiyası əsasən Praqa danışıqlarından sonra yaradıldı:

“Missiyanın əsas məqsədi Ermənistan-Azərbaycan şərti dövlət sərhədində delimitasiya və demarkasiya prosesinə dəstək göstərmək idi. Yəni ittifaqın bu vasitə ilə prosesə texniki yardımının nəzərdə tutduğu qeyd edilirdi.

Artıq bir ildir ki, Bakı ilə İrəvan delimitasiya və demarkasiya prosesini davam etdirirlər. Aİ missiyasının burda artıq heç bir funksiyası yoxdur, müşahidəçilər prosesdə iştirak edə bilməzlər. Ona görə də Azərbaycanın onlarla bağlı gözləntisi əsaslıdır. Lakin müddətin uzadılması qərarı geosiyasi məqsəd daşıyır.

İttifaq artıq regionda ikinci ölkədə öz missiyası ilə təmsil olunur. Söhbət Gürcüstan və Ermənistandan gedir. Bu missiya Ermənistan tərəfindən təhlükəsizlik qarantı olaraq görülür və bu səbəbdən geosiyasi məna daşıyır”.

Politoloq bildirib ki, sülh sazişinin iki bəndi prinsipial ziddiyyət təşkil edir:

“Bəndlərdən biri sərhəddə üçüncü tərəfin olmaması ilə bağlıdır. Yəni Aİ-nin öz missiyasını Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi sülh sazişinə maneədir.

Bu məsələ Bakı və İrəvan arasında danışıqlar yolu ilə həll edilə bilər. Məsələn, artıq delimitasiya və demarkasiya prosesinin tamamlandığı ərazilərdə həmin missiyanın yerləşdirilməməsi əsaslı olar. Yəni İrəvan missiyanı Ermənistandakı funksiyasını yenidən nəzərdən keçirə bilər. Danışıqlar vasitəsilə bu iki istiqamətdə iş aparılsa, tərəflər arasında gərginlik olmaz”.
Ardını oxu...
Təhlükəli infeksiyalara yoluxmuş və ya narkotik istifadə edən miqrantları dərhal Rusiyadan çıxarmaq lazımdır. Bu, miqrasiya sahəsində ən aktual problemlərdən biridir.

TASS xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Biz təcili diqqət və həll yolları tələb edən problemlərdən danışacağıq. Onlardan biri təhlükəli xəstəliklər aşkarlanan əcnəbilərlə, habelə narkotik və ya psixotrop maddələrdən istifadə edənlərlə bağlı vəziyyətdir. Ümumiyyətlə, burada yanaşma çox sadə olmalıdır – onlar dərhal xaric edilməlidir”, – deyə Medvedev “VKontakte” səhifəsində yayımlanan iclasda bildirib.

Təhlükəsizlik Şurası sədrinin müavini qeyd edib ki, belə bir tədbir olmadan Rusiya vətəndaşlarının epidemioloji təhlükəsizliyini təmin etmək və narkomaniya, cinayətkarlıq kimi təhlükəli tendensiyalarla mübarizə aparmaq mümkün deyil.

Medvedev həmçinin narkotik istifadə edən miqrantların və sosial baxımdan təhlükəli xəstəliklərə yoluxmuş əcnəbilərin Rusiyada leqallaşması və vətəndaşlıq almasını qeyri-mümkün edəcək mexanizmin hazırlanmasını tapşırıb.

“Qanunla nəzərdə tutulan prosedurlar əksər hallarda çox uzanır. Deportasiya qərarları gec verilir və həmişə icra olunmur”, – deyə o bildirib.

“Sərhəd nəzarətindən yayınıb ölkədə qalmağa davam edən şəxslər az deyil. Hətta belə problemləri olan bəzi əcnəbilər leqallaşıb və Rusiya vətəndaşlığı əldə ediblər. Bu, həqiqətən də qəbuledilməzdir! Biz elə bir mexanizm hazırlamalıyıq ki, bu cür xəstəliklərə yoluxmuş və ya narkotik asılılığı olan əcnəbilər mümkün qədər tez ölkədən çıxarılsın və onların Rusiyada qalaraq leqallaşmasının qarşısı alınsın”, – deyə Medvedev vurğulayıb.

Medvedev xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin bu sistemli problemlərin həlli üçün 1 fevral tarixinədək sərt müddətlər müəyyən edib.
 
Ardını oxu...
Avropa İttifaqının Ermənistandakı "müşahidəçilər"inin bu ölkədə fəaliyyətinin müddəti 2027-ci il fevralın 19-dək uzadılıb.

Azərbaycana qarşı "binokl diplomatiyası" həyata keçirən Aİ missiyası məkrli oyunlarından nə vaxt əl çəkəcək?

Siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu TNS-ə bildirib ki, Aİ-nin Ermənistana mülki missiya göndərməsinin heç bir əsası yoxdur: “Azərbaycan tərəfi ədalətli şərtlər irəli sürüb. Bu şərtlərə uyğun olaraq, tərəflər arasında sülh müqaviləsi imzalana bilərdi. Avropa İttifaqı mülki missiyanı göndərməklə əslində münaqişənin aradan qalxması faktını qəbul etmədiyini göstərir. Azərbaycan öz gücü hesabına münaqişəni aradan qaldırıb və torpaqlarını işğalından azad edib. Sadəcə olaraq sülh müqaviləsinin bağlanılması imkanlarından yararlanmaq lazım idi. Bu imkanları da Azərbaycan yaratmışdı və birinci missiya sona çatdıqdan sonra Avropa İttifaqı Azərbaycanla heç bir məsləhətləşmə aparmadan ikinci missiyanı Ermənistan ərazisinə göndərdi. Bununla da Qərb özünün hərbi mövcudluğunu Ermənistanda təyin etmiş oldu. İnformasiyalara əsasən, mülki missiyanın tərkibi Almaniyanın və Fransanın strukturlarının təmsilçilərindən ibarətdir. Sonra Kanada da prosesə qoşulmaq istəyini nümayiş etdirdi. Yəni, bu, o deməkdir ki, NATO mülki missiya adı altında öz mövcudluğunu regionda Ermənistan vasitəsilə təmin edib. Bu da bütövlükdə region üçün təhlükəlidir. Çünki Qərb Cənubi Qafqaz regionuna özünün geosiyasi mübarizəsinin bir meydanı kimi baxır. Təbii ki, bu mübarizəni həyata keçirmək istiqamətində addımlar atılan zaman bütün region ölkələri əziyyət çəkə bilər. Ona görə də Avropa İttifaqı Ermənistanla əməkdaşlığını başqa formada qurmalıdır. Bu gün mülki missiyanın geri göndərilməsi baş tutmuş olsaydı, onda deyərdim ki, Avropa İttifaqı Ermənistanla münasibətlərini artıq fərqli formada qurur, region üçün təhlükə yoxdur. Amma faktiki bu gün mülki missiya Ermənistan ərazisində fəaliyyətini davam etdirməkdədir. Ona görə də Avropa İttifaqının hələlik konstruktiv yanaşmasından danışmaq üçün əsaslar mövcud deyil”.

Politoloq sözlərinə görə, Aİ ümumilikdə Cənubi Qafqaz regionunda gərginlik elementlərinin qalmasında maraqlıdır: "Xatırlatmaq istəyirəm ki, ötən il aprel ayının 5-də Brüsseldə Ermənistan Baş nazirinin Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və ABŞ-nin həmin dövrdə dövlət katibi olan Entoni Blinken arasında görüşü baş tutub. Bu görüş zamanı Ermənistana əlavə təhlükəsizlik təminatlarının verilməsi məsələsi ətrafında müzakirələr aparıldı. Avropa Parlamentinin də Azərbaycana qarşı qərəzli müzakirələr aparması və qətnamələr qəbul etməsinin şahidi olduq.

Sözsüz ki, Cənubi Qafqaz regionunda konstruktiv əməkdaşlıq imkanları böyükdür. Region ölkələri belə bir əməkdaşlığın tərəfdarı ola bilərlər. Amma Ermənistanla Qərb arasındakı əməkdaşlığın xarakteri bu barədə nikbin danışmağa əsas vermir".
Ardını oxu...
Rusiya Fin körfəzinin adını dəyişdirməlidir.

TASS xəbər verir ki, bunu Rusiya Hərbi Tarix Cəmiyyətinin elmi direktoru Mixail Myaqkov bildirib.

“Mənə elə gəlir ki, bu körfəzin məntiqi adı Sankt-Peterburq və ya Sankt-Peterburq buxtası olmalıdır”, – tarixçi “Qara kitab: İsveç və Fin rusofobiyasının qısa tarixi”” adlı kitabının tədqiqat mərasimində deyib.

O bu adın seçilməsini Sankt-Peterburqun körfəz sahillərindəki ən böyük şəhər olması ilə izah edib.

Tarixçi Meksika körfəzinin adını "Amerika körfəzi adlandıran ABŞ prezidenti Donald Trampdan ilhamlanıb.
 

Ardını oxu...
 

Çingiz Qənizadə: “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur”

Elxan Şahinoğlu: “Təzyiqlərin əksəriyyəti Azərbaycanın torpaqlarını azad etməsi və suverenliyini bərpa etməsini həzm edə bilməməkləri ilə bağlıdır”

Bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı növbəti dəfə hücuma keçiblər. “Freedom House”,  “Amnesty İnternational”, “Human Rights Watch”  və onların yedək qurumları ard-arda bəyanatlar yayırlar.

İnsan hüquqlarını pozmaqda suçlamalarında ən dəhşətli məqam ermənilərlə bağlıdır.

“Human Rights Watch” təşkilatı antiterror əməliyyatından sonra  ölkəmizdən köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsini ortaya atıb.

Bu cür ittihamların arxasında nə dayanır? Bir mənası olacaqmı?

Qeyd edək ki, Qərbi Azərbaycan İcması məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir: "Özünü insan hüquqlarının müdafiəçisi adlandıran “Human Rights Watch”  təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabat dərc edib. Hesabatın Azərbaycana dair hissəsində çoxsaylı böhtanlarla yanaşı ölkəmizdən köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin, Ermənistana dair hissədə oradan qovulmuş azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilmir.

Hesab edirik ki, bu, “Human Rights Watch” təşkilatı tərəfindən Azərbaycan xalqına etnik və dini əsasda ayrı-seçkilikdir. İrqi ayrı-seçkilik hər bir halda qəbuledilməzdir. Bu ayrı-seçkiliyi özünü insan hüquqlarının müdafiəçisi kimi qələmə verən təşkilatların həyata keçirməsi isə insan hüquqlarına ikiqat ağır zərbə vurur. Ələlxüsus, xatırladaq ki, bu hesabatın dərc edilməsindən az əvvəl, keçmiş prezident Levon Ter-Petrosyanın Ermənistanın qərbi azərbaycanlılara qarşı etnik təmizləməsinin dövlət siyasəti olduğunu təsdiq edən çıxışı yayılmış və biz bu barədə “Human Rights Watch”a xüsusi müraciət ünvanlamışdıq.

Biz “Human Rights Watch” təşkilatı və onun arxasında duran qüvvələrdən insan hüquqlarından siyasi alət kimi istifadə etməyi, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi və Ermənistanın etnik təmizləmə siyasətinə dəstəyini dayandırmağı tələb edirik".

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb.

Ardını oxu...

Hüquq müdafiəçisi qeyd edib ki, beynəlxalq insan haqları təşkilatları, o cümlədən “Freedom House”,  “Amnesty İnternational”, “Human Rights Watch” və bu kimi digər qurumlar artıq müstəqil və bitərəf təşkilatlar kimi fəaliyyət göstərmirlər: “Onlar siyasiləşmiş strukturlara çevriliblər və müəyyən dövlətlərin siyasi hakimiyyətlərinə, eləcə də bu hakimiyyətlər tərəfindən yaradılan bəzi qurumlara tabe olurlar.

Bu təşkilatların maliyyələşmə mənbəyi haradandırsa, sifarişlər də oradan gəlir. Təəssüf ki, onları maliyyələşdirən dövlətlər uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe sərgiləyiblər. Bu, təkcə 30 illik işğal dövründə deyil, həm də torpaqlarımızı işğaldan azad etdiyimiz və antiterror tədbirləri həyata keçirdiyimiz dövrlərdə də müşahidə olunub.

Həmin dövlətlər və təşkilatlar Azərbaycana qarşı yalnız qərəzli bəyanatlarla kifayətlənməyib, eyni zamanda bu məsələləri BMT Təhlükəsizlik Şurasının gündəliyinə salmağa da cəhd ediblər. Bu prosesin əsas təşəbbüskarlarından biri isə məhz Fransa olub və bu kampaniyanın təşkilində bilavasitə iştirak edib.

Və ona görə də bu cür təşkilatların Azərbaycana qarşı mövqeyi birmənalı olaraq qərəzli hesab olunmalıdır. Çünki onların haqq və ədalətdən danışmağa nə mənəvi, nə də hüquqi haqları var. Şəhərlərimiz raketlərlə vurulanda, dinc insanlar yatdığı yerdə binalar başlarına uçanda, Gəncə, Bərdə, Goranboy, Tərtər kimi şəhərlərdə evlər dağılanda, mülki şəxslər məhv ediləndə, Arayıq Arutunyan kimi şəxslər “Bəli, bu əmri mən vermişəm” deyən zaman səs çıxarmayanlar, indi həmin canilərin azadlığa buraxılması üçün əllərindən gələni edirlər, bəyanatlar verirlər, onları siyasi məhbus kimi təqdim etməyə və əsir kimi qiymətləndirməyə çalışırlar. Lakin onların törətdikləri cinayətlərin toplusuna baxanda görünür ki, onlar Azərbaycan qanunvericiliyinin təxminən 20-yə yaxın maddəsi üzrə cinayət törətmişlər.

Həmçinin beynəlxalq hüquqla qadağan olunmuş cinayətlər törətmişlər. Bura müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, milli və dini zəmində ayrı-seçkiliyin salınması, insanların deportasiya edilməsi və ən ağır cinayətlərin törədilməsi daxildir. Bu gün isə həmin şəxsləri azadlığa buraxmağa çalışırlar. Niyə? Çünki sifariş onlara belə verilib.

Və qaldı ki Azərbaycanla bağlı, onlar Azərbaycandan köçüb getmiş ermənilərin geri qaytarılması məsələsini qaldırırlar. Amma bilməlidirlər və bilirlər ki, onları heç kim Azərbaycandan qovmayıb. Onların burada yaşamaq üçün nə mənəvi, nə də hüquqi haqları olub. Çünki oradan köçüb gedən insanlar separatizmə dəstək vermiş şəxslərin ailə üzvləri və yaxınlarıdır. Köçüb gedənlərin övladları, ərləri, qardaşları separatçı ordunun sıralarında 20-30 ildən artıq Azərbaycan xalqına qarşı terror törədiblər, xalqımıza qarşı silahdan istifadə ediblər, insanları kəndlərdən qovublar, kəndləri yandırıblar. Ona görə də gedənlər düşündülər ki, artıq onların xalqımızın arasında yaşamağa nə hüquqi, nə də mənəvi haqları yoxdur və könüllü şəkildə köçüb getdilər. Amma Azərbaycan dövləti elə o andan bəyan edir ki, biz mülki əhalinin getməsinin əleyhinəyik və onların qalıb yaşaya biləcəyini bildiririk. Amma o ermənilər ki, 1987-ci ildən bu ərazilərdə yaşayıblar, qalanlar da indi Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan qanunlarına tabe olacaqlarsa, burada qala bilərlər. Bunu da etmək istəməyənlər köçüb getdilər. Bir dövlətin ərazisində başqa bir dövlətin vətəndaşı kimi yaşamaq qeyri-mümkündür. Amma geri qayıtmaq niyyətləri varsa, buyursunlar gəlsinlər. Lakin eyni zamanda unutmasınlar ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın geri dönüşü üçün də təhlükəsiz şərait yaradılmalı və zəmanət verilməlidir ki, onlar da geri dönüb yaşaya bilsinlər. Bu proses paralel şəkildə həyata keçirilməlidir. Gəlmək və burada yaşamaq istəyən ermənilər, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər varsa, buyursunlar. Amma eyni zamanda Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın da geri dönüşü üçün şərait yaradılmalıdır.

Qaldı ki, bu cür təşkilatlara, onların bəyanatlarına əhəmiyyət vermək lazım deyil. Çünki onlar, qeyd etdiyim kimi, Ermənistan və ermənilər bizim kəndlərimizi, şəhərlərimizi raket atəşinə tutanda, mülki insanları məhv edəndə həmişə susmağa üstünlük veriblər. İndi isə dilləri açılıb, Azərbaycana təzyiq göstərmək üçün ağıllarına gələn bəyanatları səsləndirirlər.

Hesab edirəm ki, bu bəyanatların Azərbaycan üçün heç iki qəpiklik dəyəri yoxdur".

Ardını oxu...

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan müstəqilliyini qazandıqdan bu yana müxtəlif beynəlxalq qurumların hücumları ilə üz-üzədir: “1990-cı illərin əvvəllərində torpaqlarımız işğal olundu, yüzminlərlə insanımız qaçqına çevrildi, soyqırımlarla üzləşdik. O illərdə hansı beynəlxalq insan haqları təşkilatı ermənilərin hərəkətini qınadı? Və ya ABŞ Konqresi Azərbaycan əleyhinə ədalətsiz 907-ci düzəlişi qəbul etdi. Buna etiraz edən oldumu? Təzyiqlərin əksəriyyəti Azərbaycanın torpaqlarını azad etməsi və suverenliyini bərpa etməsi ilə bağlıdır. Bunu həzm edə bilmirlər. Eyni zamanda Azərbaycanda hüquqi və məhkəmə islahatlarının dərinləşməsinə də ehtiyac var. Hüquqi islahatlar nəticəsində müstəqil məhkəmə sistemi formalaşmalıdır ki, hansısa beynəlxalq təşkilat Azərbaycana qarşı ittiham irəli sürə bilməsin”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Ardını oxu...
Kaliforniya Universitetinin professoru hesab edir ki, Hind okeanının suları Şərqi Afrikanın Rift vadisini basa bilər və yeni okean Atlantik qədər dərinləşə bilər.
Afrika qitəsi ikiyə bölünərək yeni okean yarada bilər ki, bu da gözləniləndən çox daha sürətli baş verəcək. Bunu Kaliforniya Universitetinin professoru Ken MakDonald “The Daily Mail”ə (DM) bildirib.
Elm adamları əvvəllər Afrikanın Şərqi Afrika Yarışı (EAR) boyunca parçalanmasının yalnız on milyonlarla ildən sonra baş verəcəyinə inanırdılar.
Bununla belə, yeni məlumatlar göstərir ki, bu proses daha tez - bir-beş milyon il ərzində tamamlana bilər.
Qitədəki qlobal geoloji dəyişikliklər şimalda Efiopiyadan cənubda Mozambikə qədər olan ərazilərdən keçən, təxminən 3,5 min kilometr uzunluğunda nəhəng çat olan Şərqi Afrika Rifti ilə əlaqələndirilir.
Hər il 1,5 santimetr böyüyən yer qabığındakı qopma, yerin nüvəsindən həddindən artıq qızmış süxurun atılması nəticəsində baş verir. Alimlərin fikrincə, bu proses təxminən 22 milyon il əvvəl başlayıb.
Kaliforniya Universitetinin professoru Ken Makdonald bildirib ki, Hind okeanının suları Şərqi Afrikanın Rift vadisini su basa bilər və yeni okean “Atlantik qədər dərinləşə bilər”. Yeni yaranmaqda olan "Nubian" adlanan qitə Somali, Keniya, Tanzaniya və Efiopiyanın bir hissəsini əhatə edəcək.
Virginia Tech-in alimləri tərəfindən aparılan araşdırmaya görə, yeni okeandan gələn sular yarığın şimal hissələrini doldurmağa başlayacaq.
"EAR-ın genişlənmə sürəti şimalda ən yüksəkdir, buna görə də okean əvvəlcə orada formalaşmağa başlayacaq", - professor Sara Stamps bildirib.
 

Dünyapress TV

Xəbər lenti