Ardını oxu...
 

Dünən Ermənistanın paytaxtı İrəvan meriyasında aparılan həbslər rüşvət işi ilə bağlı olub.

Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.

Ermənistanın Antikorrupsiyaya Komitəsindən bildirilib ki, qurum tərəfindən araşdırılan cinayət işi çərçivəsində istintaq hərəkətləri həyata keçirilib. Saxlanılanlar şəhər meriyasının əməkdaşlarıdır.

Daha əvvəl meriyanın mətbuat katibi Ayk Kostanyan bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxt meriyasının bir neçə əməkdaşını saxlayıb. Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohancanyan isə deyib ki, işlə bağlı araşdırmalar aparılır.

Ardını oxu...
Argentina hakimiyyəti ABŞ-nin ardınca ölkənin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxdığını elan edib.

XALQ.AZ xəbər verir ki, bu barədə Prezident Xavyer Mileyin rəsmi nümayəndəsi Manuel Adorni məlumat verib.

“Prezident Miley Xarici İşlər Nazirinə Argentinanın Ümumdünya Səhiyyə Təşkilatında iştirakını dayandırmağı tapşırıb. Biz, argentinalılar, beynəlxalq təşkilatın suverenliyimizə müdaxilə etməsinə icazə verməyəcəyik”, – deyə Adorni bildirib.

O qeyd edib ki, ÜST Buenos Ayresi maliyyələşdirmir, ona görə də təşkilatdan çıxmaq respublikanın səhiyyə sisteminə təsir etməyəcək.
 
Ardını oxu...
Yunanıstanın Santorini adasına 8 kilometr məsafədə yerləşən və Egey dənizinin dərinliklərində mövcud olan Kolumbo vulkanı tarixdə dağıdıcı təsirləri ilə yadda qalıb. Sonuncu dəfə 1650-ci ildə püskürən bu vulkan, bölgədə böyük bir fəlakətə səbəb olub. O dövrdə baş verən hadisələr Santorini xalqının yaddaşına o qədər dərin iz buraxıb ki, nəsildən-nəslə "Şər zamanı" olaraq keçib.

1650-ci ildə Ege dənizində nələr baş verdi?

"DogruXeber.az" xəbər verir ki, tarixi qeydlərə görə, 1650-ci ilin sentyabr ayında Kolumbo vulkanının aktivliyi artmağa başlayıb. Yerli əhali dəniz suyunun qaynamağa başladığını, rənginin dəyişdiyini və suyun səthində bir konus yüksəldiyini müşahidə edib. Ardınca göyə qalxan qatı tüstü, alov və yanan qayalar bölgəni qorxuya salıb.

Vulkanın püskürməsi zamanı atmosferə yayılan zəhərli qazlar Santorini adasında onlarla insanın və yüzlərlə heyvanın ölümünə səbəb olub. Eyni zamanda, püskürmənin yaratdığı 20 metr hündürlüyündəki sunami dalğaları bölgədə ciddi dağıntılara yol açıb. Vulkanik kül və pemza daşları isə Anadolu sahillərinə qədər çatıb.

Kolumbo vulkanı niyə bu qədər təhlükəlidir?

Cənubi Egey Vulkanik yaylasında yerləşən Kolumbo bölgədə ən aktiv vulkanlardan biri hesab olunur. Aparılan elmi araşdırmalar nəticəsində bu vulkanın hələ də aktiv olduğu və gələcəkdə təhlükə yarada biləcəyi müəyyən edilib.

2022-ci ildə elm adamları Kolumbo vulkanının altında daha əvvəl məlum olmayan bir maqma kamerasının olduğunu və hər il təxminən 4 milyon kubmetr böyüdüyünü aşkar ediblər. Bu templə davam edərsə, 150 il ərzində vulkanın yenidən böyük bir püskürmə həyata keçirə biləcəyi proqnozlaşdırılır.

2020-ci illərdə aparılan SANTORY layihəsi çərçivəsində alimlər vulkanın üçölçülü xəritəsini hazırlayıblar. Kraterin 500 metr dərinlikdə və 2,5 kilometr enində olduğu müəyyən edilib ki, bu da böyük bir püskürmənin nəticəsi hesab olunur.

Gələcəkdə Santorini və ətraf bölgə üçün risk varmı?

Yunanıstan hökuməti və elm adamları hazırda Santorini və Amorgos bölgələrində seysmik aktivliyi yaxından izləyir. Son illərdə qeydə alınan yeraltı təkanlar və dəniz dibindəki istilik dəyişiklikləri vulkanik aktivliyin artdığını göstərə bilər. Bununla belə, sismoloqlar bu aktivliyin Kolumbo vulkanı ilə əlaqəli olub-olmadığını dəqiq müəyyən etməyib.

Santorini adasının tarixində daha əvvəl də güclü vulkanik püskürmələr olub. Məsələn, eramızdan əvvəl 1630-cu ildə baş verən Santorini püskürməsi nəticəsində Minoa mədəniyyəti demək olar ki, məhv olub. Lakin ekspertlər bildirirlər ki, Kolumbo vulkanının böyük bir püskürməyə səbəb olması üçün hələ yüz illərlə vaxt var.

Santorini və ətraf bölgələrdə yaşayanlar üçün vulkanik fəaliyyət hər zaman potensial təhlükə yaradır. Buna görə də alimlər bölgəni daima izləyərək mümkün püskürmə risklərini qabaqcadan təxmin etməyə çalışırlar.
          
Ardını oxu...
Yaponiyanın şimalında yerləşən Hokkaydo adasına rekord miqdarda qar yağması nəqliyyatın fəaliyyətini dayandırıb, hava limanlarını bağlayıb və çatdırılmanı gecikdirib.

Hokkaydo prefektura hökuməti, rekord qar yağmasının xüsusilə adanın şərq hissələrində, o cümlədən Obihiro və Kushiroda müşahidə edildiyini, burada şəhər ofislərinin avtomobilləri qarda dayanmış sürücülərdən onlarla kömək çağırışını aldığını açıqlayıb.

Hokkaydonun cənubundakı Sapporoda güclü qarın yağması ilə nəqliyyatın hərəkətində fasilələr yaranıb. Tələfat və ya böyük dağıntılar barədə hələlik məlumat yoxdur. Obihiroya rekord həcmdə - 129 santimetr qar yağıb.

Yaponiya Meteorologiya Agentliyi iki güclü aşağı təzyiq sisteminin Yaponiya arxipelaqının hər iki tərəfində hərəkət etdiyini və bölgəyə soyuq hava göndərdiyini bildirib. Agentlik çərşənbə axşamına qədər növbəti 24 saat ərzində Yaponiyanın şimal-qərbində 100 santimetrə, Hokkaydoda isə daha 50 santimetrə qədər qar yağacağını proqnozlaşdırır.

Prefektura bəzi magistral və əsas yolların bağlandığını, təsirlənmiş ərazilərdə qatarların hərəkətinin dayandırıldığını bildirib.

Bildirilir ki, Hokkaydoda təxminən 370 məktəbdə dərslər ləğv edilib. Qar yağışı həm də poçt şöbələrini və digər çatdırılma xidmətlərini dayandırıb, Hokkaydoda və Yaponiya daxilindəki istiqamətlərə çatdırılmalar gecikib.
Ardını oxu...
ABŞ-ın artan rüsumlatına cavab olaraq Çin "Google" qarşı antiinhisar araşdırmasına başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası (SAMR) məlumat verib.

"Google" un axtarış və internet xidmətləri 2010-cu ildən Çində bloklansa da, araşdırma şirkətin çinli tərəfdaşları ilə digər biznes əlaqələrinə təsir göstərə bilər.

İstintaq Android bazarının üstünlüyü və onun Oppo və Xiaomi kimi Çin telefon istehsalçılarına vura biləcəyi potensial zərərlə bağlıdır.

Bu, Çinin son vaxtlar ABŞ texnoloji şirkətlərinə qarşı başlatdığı ikinci antiinhisar araşdırmasıdır. 2024-cü ilin dekabrında "Nvidia"ya qarşı analoji araşdırma başladılıb. .
 
 
 
Ardını oxu...
Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc edib.

Report xəbər verir ki, hesabat nazirliyin rəsmi saytında yerləşdirilib.

Hesabatda qəza sonrası əldə edilən məlumatlar, o cümlədən uçuş qeydiyyatçılarının (“qara qutuların”) təhlili əsasında ekspertlərin ilkin nəticələri yer alıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
 
Ardını oxu...
İran Prezidenti Məsud Pezeşkianın X hesabında Şəhriyarın “Heydərbabaya salam” poemasından bir bənd paylaşması etirazla qarşılaşıb.

Axar.az xəbər verir ki, bu barədə yerli sosial mediada məlumatlar yayılıb.

"Fəcr Film Festivalı təşkilatçıları və sənətçilərlə görüşümdə Şəhriiyarın ”Heydərbabaya salam” poemasından “Heydərbaba, göylər bütün dumandı, Günlərimiz bir-birindən yamandı, Bir-birizdən ayrılmayın amandı!” bəndini oxudum. Bununla demək istədim ki, bu gün daha çox birliyə ehtiyacımız var və aramızda dağınıqlıq yaradılmasına icazə verməməliyik", - Pezeşkian yazıb.

Azərbaycanlı sosial media fəalları Pezeşkianı seçkiqabağı Azərbaycan dili ilə bağlı verdiyi vədləri ört-basdır etməkdə günahlandırıblar:

"Cənab Pezeşkian! Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq bu, heç bir dərdə dərman deyil Yaxşı olardı ki, Konstitusiyanın 15-ci maddəsinin icrası və Urmiya gölünün bərpası ilə bağlı verdiyiniz vədləri yerinə yetirəsiniz".
Ardını oxu...
Makronun həyat yoldaşını kişi adlandıran jurnalist Rey Rusiyadan siyasi sığınacaq istəyib.

Demokrat.az xəbər verir ki, bu barədə onun vəkili Fransua Danqlin şəbəkəsində məlumat verib.

Bundan əvvəl amerikalı ifrat sağçı jurnalist Candace Owens də X sosial şəbəkəsindəki səhifəsində Bricitin guya kişi olaraq doğulduğuna dair sübutlarını təqdim edəcəyinə söz vermişdi.

France 24-ün məlumatına görə, Owens Bricit Makronun 2024-cü ilin martında guya kişi olaraq doğulduğu iddiasını təsdiqləyib.
 

Ardını oxu...
Azərbaycanın quru sərhədləri artıq 6 ilə yaxındır ki, bağlıdır. Bununla bağlı qərar 2020-ci ilin martında koronavirus infeksiyasına ilk yoluxma halı müəyyən edildikdən sonra tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində qəbul edilib.

Baxmayaraq ki, Azərbaycanın quru sərhədlərinin bağlı qalmasına dövlət rəhbərliyi səviyyəsində münasibət bildirilib, vaxtaşırı insanları sərhədlər niyə açılmır sualı maraqlandırır.

Ən popluyar məhsullara 60% endirim olundu QAÇIRMAYIN!

Musavat.com xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bir sıra çıxışlarında bildirib ki, quru sərhədlərinin bağlı qalması ilk illər xüsusi karantin rejimi ilə bağlı olsa da, indi daha çox təhlükəsizliklə əlaqəlidir:

“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”.

Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur.

“Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”, - deyə Prezident diqqətə çatdırıb.

Prezident İlham Əliyev deyib ki, sərhədlərin bağlı olması azərbaycanlılar, sərhədlərin digər tərəfində yaşayan azərbaycanlılar və digərləri üçün əlverişsiz olsada, milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır.

O, sərhədlərin bağlı olduğu müddətdə Azərbaycanda təhlükəsizliyin gücləndiyini gördüyünü deyib.

"Prezident, milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədlərin bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Və bu reallıqdır".

Göründüyü kimi Azərbaycan dövlətinin öz qonşuları ilə quru sərhədləri bağlı saxlaması səbəbsiz deyil. Azərbaycanın təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri dövlət sərhədlərinin qorunması və ölkəyə qanunsuz keçidlərin qarşısının alınmasıdır.

Son baş verən hadisə – Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi birgə xüsusi əməliyyat və nəticədə 8 terrorçunun məhv edilməsi, bu qərarın nə qədər haqlı olduğunu bir daha göstərdi.

Əməliyyat zamanı 8 silahlı terrorçu məhv edildi, dövlətə və vətəndaşlara ciddi təhlükə yarada biləcək terror planlarının qarşısı alındı, Azərbaycanın milli təhlükəsizliyini təhdid edən qanunsuz silahlı birləşmələrin ölkə daxilində məskunlaşmasının qarşısı alındı.

Bu hadisə göstərdi ki, radikal terrorçu qruplaşmalar müxtəlif yollarla ölkəyə sızmağa və öz fəaliyyətlərini həyata keçirməyə çalışırlar. Bu cür qruplaşmaların ölkəyə girişinin qarşısını almaq üçün quru sərhədlərinin bağlı saxlanması mühüm preventiv addımlardan biridir.

Son əməliyyat bir daha sübut etdi ki, Azərbaycan sərhədləri açıq olarsa, ölkəyə xaricdən silahlı terrorçular və radikal elementlər asanlıqla daxil ola bilər. Bu, daxili sabitlik və təhlükəsizlik üçün ciddi təhlükə yarada bilər.

Açıq quru sərhədləri eyni zamanda narkotik qaçaqmalçılığı və digər qanunsuz fəaliyyətlərin artmasına səbəb ola bilər. Bağlı sərhədlər bu cür halların minimuma endirilməsinə kömək edir.

Regionda baş verən münaqişələr və qeyri-sabitlik, Azərbaycanı qeyri-qanuni miqrasiyanın potensial hədəfinə çevirə bilər.

Müharibə panikası ilə bağlı ölkəmizə qaçqın kütlələrin axışması ehtimalı hər zaman var.

Sərhədlərin bağlı qalması, miqrasiya axınının idarə olunmasına kömək edir.

Quru sərhədlərin bağlı saxlanması, ölkəyə qeyri-qanuni yollarla idxal edilən malların qarşısını almağa və daxili bazarı qorumağa imkan verir.

Ən əsası Azərbaycanın yerləşdiyi regionda terrorçuluq riski həmişə mövcud olub. Qonşu ölkələrdə fəaliyyət göstərən radikal dini qruplar, müxtəlif terrorçu təşkilatlar daim fəaliyyət göstərir. Bu baxımdan, quru sərhədlərinin bağlı qalması ölkəmizin təhlükəsizliyi üçün mühüm faktor kimi çıxış edir.

Xüsusilə Yaxın Şərqdə və Cənubi Qafqaz regionunda baş verən hadisələr, terrorçu qruplaşmaların daha aktiv hala gəlməsinə səbəb olub.

Bu vəziyyət Azərbaycan kimi sabit və güclü ölkələr üçün əlavə təhlükələr yaradır. Dövlətimiz bu riskləri minimuma endirmək üçün ciddi təhlükəsizlik tədbirləri görməyə davam edir.

Bəzi şəxslər və qurumlar quru sərhədlərinin açılmasını tələb edirlər. Onların əsas arqumentlərindən biri sərhədlərin bağlı qalmasının vətəndaşlara çətinlik yaratmasıdır. Lakin DTX və DİN-in son əməliyyatı göstərdi ki, təhlükəsizlik məsələləri hər şeydən önəmlidir.

Sərhədlərin açılması ilə bağlı müzakirələr aparılarkən aşağıdakı məqamlar nəzərə alınmalıdır:

- Terror təhlükəsinin hələ də aktual olması,

- Regiondakı geosiyasi vəziyyətin qeyri-sabitliyi,

- Dövlətin təhlükəsizlik siyasətinin hər şeydən üstün olması.

Azərbaycan hökuməti vətəndaşların rahatlığını düşünməklə yanaşı, ilk növbədə ölkənin milli maraqlarını və təhlükəsizliyini qorumağı prioritet hesab edir.

Bu gün Azərbaycanı sevməyən qüvvələr, xaricdəki düşmən dəyirmanına su tökən bloggerlər tez-tez quru sərhədlərin bağlı qalmasına görə qınaq fikirləri səsləndirirlər. Onların planı və məqsədi bəllidir- Azərbaycana istədikləri pislikləri rahatlıqla keçirmək. Ekspertlər bildirirlər ki, müharibədən yeni çıxmış bir dövlət olaraq Azərbaycan indiki məqamda doğru addım atır. Düşmənin uzantılarını önləmək, sabitliyi qorumaq hər şeydən önəmlidir. Məhz bu kimi tədbirlərin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın ən sakit, sabit ölkələrindən biridir.

Musavat.com
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda etirazla qarşılanıb.

"DogruXeber.az" erməni mediasına istinadən xəbər verir ki, Paşinyan Vaşinqtonda Ermənistan səfirliyinin yaxınlığında onun siyasətini tənqid edən plakatlarla qarşılanıb.

Qeyd edək ki, Paşinyan və xanımı fevralın 3-5-də ABŞ-da işgüzar səfərdə olacaqlar.

Dünyapress TV

Xəbər lenti