Ardını oxu...
İranın ali dini lideri Xamneyi Şirazda İŞİD terror təşkilatınınüzərinə götürdüyü Şahçıraq ziyarətgahında edilən hücumla bağlı yazılı açıqlama verib.

Avropa.info xəbər verir ki, Xamneyi açıqlamasında hücumu edən və ya edənlərin "mütləq cəzalandırılacağını" vurğulayıb.

"Düşmən və onun xain və ya cahil agentləri ilə mübarizə aparmaq hamımızın borcudur. İnsanların həyatına, təhlükəsizliyinə, müqəddəsliyinə qəsd edən bu cərəyana qarşı təhlükəsizlik qurumları, məhkəmə sistemi, düşüncə fəalları və əziz xalqımız birləşməlidir", - deyə o qeyd edib.

Hücumla bağlı açıqlamasında İran prezidenti İbrahim Rəisi ölkə daxilində "iğtişaşlar" olaraq xarakterizə etdiyi etirazların "terror hücumlarına yol açdığını" bildirib.

İran dövlət televiziyası ötən gün Şirazda Şahçıraq ziyarətgahına silahlı hücumda 15 nəfərin həyatını itirdiyini açıqlayıb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

İranda 22 yaşlı Məhsa Əmininin saxlanıldıqdan sonra ölümündən sonra başlayan etirazlar təxminən 1,5 aya yaxındır ki, davam edir. İran administrasiyası etirazları “düşmənlərin sui-qəsdi” kimi qiymətləndirir.

 
 
 

SSRİ-nin süquta uğramasından illər ötsə də, bu prosesdəki bəzi hadisələrdə müəmmalar bu günə qədər sirr olaraq qalır. Əslində, Sovet İttifaqının məhv edilməsi bir neçə ilin məsələsi olmayıb. Ölkənin süquta uğraması üçün yuxarı eşalonlarda da illər boyu məxfi fəaliyyət göstərənlər olub. Bəzi araşdırmaçıların qənaətinə görə, 15 il DTK-ya, 15 ay isə SSRİ-yə rəhbərlik edən Yuri Andropov da rejimin məhv edilməsinə böyük “töhfə”lər verib.

Maraqlıdır, Andropovun fəaliyyətində hansı məqamlar belə qənaətə əsas verir?

Əvvəlcə onu qeyd edək ki, Andropov DTK sədri təyin edildikdən sonra bu qurumun səlahiyyətləri artırılıb. DTK “şef”i bütün fəaliyyəti dövründə siyasi elita ilə məsafə saxlamağa çalışıb. Üzdə Leonid Brejnevlə mehriban münasibətləri müşahidə olunsa da, baş katiblə DTK sədri daxilən biri-birlərini həzm edə bilməyiblər. Buna baxmayaraq, Brejnev üçün Andropov lazımlı kadr sayılıb. Belə ki, baş katib öz hakimiyyət mövqelərini qorumaqda, ona qarşı çıxmaq istəyənlərin zərərsizləşdirilməsində DTK-dan silah kimi istifadə edib. Andropov isə uzun illər Brejnevin və onun “Ukrayna kalnı”nın özbaşınalığına göz yummağa məcbur olub. Bəli, Andropov böyük təmkinlə birinci kürsüyə öz növbəsini gözləyib.
Ardını oxu...Münasibətlərin belə mürəkkəb olduğu illərdə Andropov Brejnevi nüfuzdan salmaq üçün heç də fəaliyyətsiz dayanmayıb. Bu məsələdə Andropovun şəxsi agentləri böyük rol oynayıb ki, onlardan biri də jurnalist Viktor Lui olub.

1928-ci ildə Moskvada anadan olan Viktor Lui Moskva Dövlət Universitetini bitirdikdən sonra bir müddət xarici ölkələrin SSRİ-dəki ayrı-ayrı səfirliklərində xidməti personalda çalışıb. Bir neçə dil bilməsi, çevikliyi, tez ünsiyyət qurmaq bacarığı ona yeni tanışlar qazanmağa imkan verib. Münasibətləri tənzimləməyi bacaran Lui səfirlik əməkdaşları ilə o qədər yaxınlaşıb ki, onlarla alış-veriş etmək imkanı da əldə edib. Belə ki, Lui onlara antikvar əşyalar daşıyıb, səfirlik əməkdaşları isə onu öz ölkələrindən gətirdikləri SSRİ-də əlçatmaz sayılan məişət texnikası, geyim, içki və s. mallarla təmin ediblər.
Ardını oxu...Luinin alveri uzun sürməyib. 1946-cı ildə o, xarici vətəndaşlarla qeyri-qanuni ticarətə görə həbs edilib və 25 il azadlıqdan məhrum olunub.

1956-cı ildə Lui amnistiyaya düşüb və tam bəraət alıb. Azadlığa çıxdıqdan sonra o, “CBS”in Moskva bürosunda işə düzəlib, eyni zamanda bir neçə xarici qəzetin Moskvadakı nümayəndəlikləri ilə əməkdaşlıq edib.

Kifayət qədər çevik olan Lui aylıq əmək haqqı ilə qane olmayıb. Bir müddət sifarişlə tərcümələr qəbul edib, yüksək qonorar alıb. Amma bu da Luini təmin etməyib.

 

Nəhayət, Lui daha çox pul qazanmağın yolunu tapıb. O, Qərb mətbuatına SSRİ-də məxfi saxlanılan hadisələr haqqında materiallar ötürüb.

Viktor Lui 1960-cı illərin ortalarında DTK tərəfindən əməkdaşlıq təklifini məmnuniyyətlə qəbul edib. Onun bu sahədəki fəaliyyəti Andropov DTK-ya sədr gəldikdən sonra daha geniş miqyas alıb. Müasirlərinin söylədiklərinə görə, Lui Andropovun bir nömrəli agenti olub. Onlar ən azı həftədə bir dəfə DTK sədrinin məxfi görüşləri üçün nəzərdə tutulmuş mənzildə görüşüblər. Andropov Luinin fəaliyyətindən tam razı qalıb və bunun qarşılığında ona ən yüksək şəraiti yaradıb. 1970-ci illərin əvvəllərində Luinin şəxsi qarajında onlarla xarici avtomobil olub, o, şəhərin ən prestijli yerində dörd otaqlı mənzillə təmin edilib. Lui istədiyi vaxt istədiyi ölkəyə gedə bilib. Bütün bunları onun üçün Andropov yaradıb.
Ardını oxu...Andropov Luidən SSRİ-nin gizlətdiyi məsələləri xaricə çatdırmaq məqsədi ilə istifadə edib. Bu gün də Andropovun bu məsələdə marağının nədən ibarət olduğunu anlamaq çətindir.

1970-ci illərdə Kremldə keçirilən müşavirələrdə, Siyasi Büro iclaslarında mübahisəli məqamlar, fikir ayrılığı olduqda elə həmin gün Qərb mətbuatı bu haqda məlumat verib. İnformasiyanın haradan çıxdığı isə Kremlə məlum olmayıb. Hətta belə hadisələrə görə hadisələrin “müəllifi” Andropov Brejnev tərəfindən tənqid edilib.

Luinin fəaliyyətində ən yaddaqalan hadisə isə Xruşşovla bağlıdır. Xruşşov hakimiyyətdən devrildikdən sonra onun gələcək fəaliyyəti Kremli ciddi çəkildə narahat edib. Mərkəzi Komitədə əyləşənlər Xruşşovun Qərb mətbuatına verəcəyi müsahibələrdən, informasiyalardan ehtiyat ediblər. Hətta hadisələri qabaqlamaq üçün Xruşşovun yaşadığı bağ evinə səs yazan qurğular da quraşdırılıb. Kremlin narahatlığı əsassız olmayıb. 1968-ci ildə məlum olub ki, Xruşşov öz memuarlarını yazır. Onu Mərkəzi Komitəyə dəvət ediblər, söhbət aparıblar və Xruşşova həmin memuarları çap etdirməyə qadağa qoyublar. Daha doğrusu, belə bir şərt qoyulub ki, memuarlar Mərkəzi Komitənin “redaktə”sindən sonra işıq üzü görə bilər. Ancaq Xruşşov bu şərtə məhəl qoymayıb. Memuarlar tam hazır olduqdan sonra Xruşşovun oğlu Sergey atasının xatirələrini xaricə çıxarmaq və orada çap etdirmək haqqında düşünüb. Bununla bağlı o, atası ilə razılığa gəlib. Bu məsələdə Sergey Xruşşova Lui kömək edib və o, kitabın Amerikada çap olunacağına söz verib.

Lui kitab məsələsi haqqında dərhal Andropovu da məlumatlandırıb. Sonralar verdiyi müsahibələrdə o, Andropovun Xruşşovun xatirələrinə münasibətini aşağıdakı kimi açıqlayıb:

“Bu cür işlərdə mənim maddi marağım var idi. Xruşşovun gizli şəkildə memuarlarını xaricdə çap etdirmək fikrində olduğunu Andropova çatdırmaq isə mənə böyük “qonorar” vəd edirdi. Hər halda mən belə düşünürdüm ki, bu informasiyanı çatdırmaqla böyük pul mükafatı alacam. Elə bu səbəbdən də Andropovla görüşdüm, ona bildirdim ki, Xruşşov xatirələrini bu günlərdə xaricə ötürəcək, həmin xatirələrdə SSRİ-nin bir çox sirləri açılacaq, mən həmin materialları sizə gətirə bilərəm, göndərməmişdən əvvəl lazım olan yerləri redaktə edə bilərik. O, gülümsəyərək mənə cavab verdi ki, necə varsa, elə də göndər, sən buna görə də mükafatlanacaqsan…”

Göründüyü kimi, Xruşşovun Amerikada çap olunan və Moskva üçün xoşagəlməz söz-söhbət yaradan kitabının qarşısını Andropov ala bilərmiş. Amma nədənsə DTK “şef”i özü də bu işə təkan verib. Lui ilə Andropov arasında bu cür işbirliyi çox olub. Lui pul qazanıb, Andropov isə Brejnevi nüfuzdan salaraq birinci kürsüyə doğru daha bir addım atıb. Hətta bəzi araşdırmaçıların qənaətinə görə, Andropov bunu SSRİ-nin süqutunu daha da sürətləndirmək üçün edib. Yəqin ki, Mixail Qorbaçova hamilik edən Andropov onu da Stavropoldan Kremlə məhz buna görə gətirib.

Musavat.com

Ardını oxu...
Rusiya telekanallarındakı qatı ermənipərəst mövqeyi ilə tanınan Dumanın ermənipərəst deputatı Konstantin Zatulini və erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın Ermənistana giriş qadağası ilə bağlı xəbəri rəsmilər artıq təsdiq ediblər.

Maraqlısı budur ki, onların mövqeyində heç bir dəyişiklik yoxdur. Zatulini və Simonyan hər zaman Ermənistanın işğalçı siyasətini dəstəkləyiblər və indi də həmin fikirdədirlər.

İTV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
 
 
Ardını oxu...
Britaniyanın xarici işlər naziri Ceyms Kleverli hesab edir ki, LGBT fanatları Qətərin adət-ənənələrinə hörmət etməlidirlər.

"Keçmişdə mən Qətər hakimiyyəti ilə dünya çempionatına gedəcək LGBT icması üzlərinin məsələsini müzakirə etmişdim. Mən yerli hakimiyyət orqanlarının Böyük Britaniyadan və digər ölkələrdən olan azarkeşlərlə necə davranacağını soruşdum.

Onlar azarkeşlərin təhlükəsizliyi üçün hər şeyi etməyə hazırdırlar və onların turnirdən həzz almasını istəyirlər. Onlar bilirlər ki, güzəştə getməli olacaqlar, çünki bura bizimkindən tamamilə fərqli mədəniyyət normalarına malik müsəlman ölkəsidir.

Futbolsevərlərə deyə bilərəm ki, lütfən, turnirin keçirildiyi ölkəyə hörmət edin. Onlar hər şeyi etməyə çalışırlar ki, insanlar özləri kimi olsunlar, futboldan həzz alsınlar. Düşünürəm ki, başqa ölkəyə gələndə onun mədəniyyətinə hörmət etmək vacibdir”, – deyə Ceyms Kleverli bildirib.
 
 
 
Ardını oxu...
Yunanıstanın Finlandiyadakı keçmiş səfiri Yorqos Aufantis maraqlı açıqlamalarla gündəmə gəlib. O, qatıldığı televiziya proqramında 2019-cu ildə şahidi olduğu hadisədən danışıb.

Keçmiş səfir ilk növbədə ölkəsinin Türkiyə ilə bağlı siyasətini sərt şəkildə tənqid edib.

Onun sözlərinə görə, 2019-cu ildə Yunanıstanın o vaxtkı xarici işlər naziri Yorqos Katruqalos türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşə bilmək üçün yalvarıb.

“Biz özümüzü dilənçiyə çeviririk”, - deyə diplomat vəziyyəti şərh edib.

Daha ətraflı “Haber Global”ın videomaterialında:

Yunan Bakan Mevlüt Çavuşoğlu'na yalvardı!
 
Ardını oxu...
Milyardlarla dollarlıq Çin-Pakistan İqtisadi Dəhlizinə (CPEC) əlavə olaraq, Pakistan və Çin ikitərəfli əlaqələri gücləndirmək məqsədi ilə noyabr ayında üç yeni dəhliz layihəsinə başlamağa hazırlaşırlar.

Layihələrin rəsmi açılışı Pakistanın Baş naziri Şahbaz Şərifin gələn ay Çinə səfəri zamanı baş tuta bilər. Səfər Çin lideri Si Cinpinin dəvəti əsasında baş tutub.

Səhiyyə və rəqəmsal dəhlizləri əhatə edən bu layihələri Pakistanın Çindəki səfiri Moinul Haq Pekində “China Economic Net” (CEN) ilə müsahibəsində deyib: “Biz proqram təminatının inkişafı baxımından Çin üçün mühüm kömək mənbəyi ola bilərik. Buna görə də, biz Pakistanda müxtəlif İT sahələrində proqram təminatının hazırlanması üçün təlim mərkəzləri yaratmaq üçün birlikdə işləyirik”.

Pakistan mətbuatı yazır ki, yeni dəhlizlər Pakistan-Çin əlaqələrini gücləndirmək üçün mənbə olacaq və iki xalq arasında yeni sarsılmaz yaxınlıq yaradacaq.

2015-ci ildə işə salınan CPEC Çinin Sincan-Uyğur Muxtar Bölgəsini Pakistanın Ərəb dənizindəki strateji Qvadar limanı ilə birləşdirən planlaşdırılmış yol, dəmir yolu və enerji layihələri şəbəkəsi ilə çox milyardlıq inkişaf layihəsidir.

Bu ilin əvvəlində Hindistan Çin-Pakistan İqtisadi Dəhlizinin Əfqanıstana qədər uzadılması təklifinə qarşı çıxıb.

Xarici işlər üzrə dövlət naziri Şri V. Muraleedharan yazılı cavabında bildirib ki, hər iki tərəfin bu cür hərəkətləri birbaşa Hindistanın suverenliyini və ərazi bütövlüyünü pozur. Onun sözlərinə görə, bu cür fəaliyyətlər mahiyyət etibarilə qeyri-qanuni və qəbuledilməzdir, Hindistan buna uyğun davranacaq. “CPEC Pakistanın tərkibində olan Cammu və Kəşmir və Ladaxın Birlik ərazilərinin bir hissəsindən keçir və bu səbəbdən Hindistanın suverenliyi və ərazi bütövlüyü məsələsinə toxunur”.

Hindistan hökuməti hesab edir ki, əlaqə təşəbbüsləri hamılıqla qəbul edilmiş beynəlxalq normalara əsaslanmalıdır.
 
 
 
Ardını oxu...
“Taliban” hökumətinin təhlükəsizlik orqanları Əfqanıstanın şimal-şərqindəki Təxar əyalətində qruplaşma qüvvələrinin ikisi komandir olmaqla, 4 İŞİD yaraqlısını məhv etdiyini iddia edir.

“Bakhtar” Xəbər Agentliyi “Taliban”ın Şimal-Şərq Bölgəsindəki 217-ci Öməri Ordu Korpusunun komandiri Qari Aminullah Tayebə istinadən bildirir ki, onlar Təxarda İŞİD-in sığınacağını tapıb. Qari Aminullah Tayebin sözlərinə görə, İŞİD-in 4 üzvü, o cümlədən onların iki yüksək səviyyəli komandiri Taxar vilayətinin Dəşti Qala rayonundakı kənddə öldürülüb.

“Taliban” hökuməti başqa bir bəyanatda Kabildə cümə günü altı İŞİD üzvünün öldürüldüyünü bildirib. “Taliban” hökumətinin iddiasına görə, öldürülənlər həm Kaaj təhsil mərkəzinə edilən ölümcül hücuma, həm də Kabildəki Vəzir Məhəmməd Əkbər Xan məscidi yaxınlığında baş verən partlayışa görə məsuliyyət daşıyanlardı.

“Taliban” hakimiyyəti ələ keçirdikdən sonra İŞİD dinc əhaliyə qarşı ölümcül hücumlara görə məsuliyyəti öz üzərinə götürməyə davam edir. Digər tərəfdən, “Taliban” Əfqanıstanda terror təşkilatlarının, o cümlədən İŞİD-in mövcudluğunu rədd edir.
 
Ardını oxu...
Yaxın vaxtlarda Ermənistan və Türkiyənin müvafiq qurumlarının nümayəndələrinin görüşü planlaşdırılır. Bu görüş zamanı birbaşa hava yüklərinin daşınmasına başlanması və üçüncü ölkə vətəndaşları üçün sərhədin açılmasına dair razılaşmaların həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

Bu barədə Ermənistan mediasına ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.

"Yaxın vaxtlarda iyulda əldə edilmiş iki razılaşmanın icrasını müzakirə etmək üçün iki ölkənin müvafiq idarələrinin nümayəndələrinin sərhəddə görüşünün keçirilməsi planlaşdırılır. Söhbət birbaşa hava yüklərinin daşınmasına başlanması və üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması haqqında razılaşmalardan gedir”, - Hunanyan bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistanla Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşünə dair razılıq yoxdur.
 
Ardını oxu...
İqtisadi sanksiyalar və Ukraynadakı müharibə səbəbindən ölkədə bütün sahələrdə daha yüksək tempdə işləməyə və ümumilikdə vəziyyətin daha real qiymətləndirilməsinə ehtiyac var.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib:

“Bütün sahələrdə daha yüksək tempə və ümumilikdə vəziyyətin çox real qiymətləndirilməsinə ehtiyacımız var. Bu, təkcə birbaşa xüsusi hərbi əməliyyata deyil, bütün sahələrdə demək olar ki, bütün işlərimizə aiddir”.
Bundan əlavə, Putin Ukraynadakı müharibədə rus əsgərlərinin texnika və xüsusi maşınlara təchiz edilməsinin vacibliyini vurğulayıb.
 
Ardını oxu...
Qarşıdan gələn qış Ukrayna üçün ölkənin bütün tarixində ən çətin qış olacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bizim rahatlaşmağa haqqımız yoxdur, biz hələ Ukraynanın qələbəsinə gedən yolu getməliyik. Bu, tariximizin ən çətin qışı olacaq. Dövlətin ehtiyac duyduğu nəticələri əldə etmək üçün payız, qış və yaz aylarında lazımi işləri görmək lazımdır”, - deyə Zelenski bildirib.
 

Dünyapress TV

Xəbər lenti