Pakistan və Çin daha üç dəhliz layihəsinə start verəcək
Milyardlarla dollarlıq Çin-Pakistan İqtisadi Dəhlizinə (CPEC) əlavə olaraq, Pakistan və Çin ikitərəfli əlaqələri gücləndirmək məqsədi ilə noyabr ayında üç yeni dəhliz layihəsinə başlamağa hazırlaşırlar.

Layihələrin rəsmi açılışı Pakistanın Baş naziri Şahbaz Şərifin gələn ay Çinə səfəri zamanı baş tuta bilər. Səfər Çin lideri Si Cinpinin dəvəti əsasında baş tutub.

Səhiyyə və rəqəmsal dəhlizləri əhatə edən bu layihələri Pakistanın Çindəki səfiri Moinul Haq Pekində “China Economic Net” (CEN) ilə müsahibəsində deyib: “Biz proqram təminatının inkişafı baxımından Çin üçün mühüm kömək mənbəyi ola bilərik. Buna görə də, biz Pakistanda müxtəlif İT sahələrində proqram təminatının hazırlanması üçün təlim mərkəzləri yaratmaq üçün birlikdə işləyirik”.

Pakistan mətbuatı yazır ki, yeni dəhlizlər Pakistan-Çin əlaqələrini gücləndirmək üçün mənbə olacaq və iki xalq arasında yeni sarsılmaz yaxınlıq yaradacaq.

2015-ci ildə işə salınan CPEC Çinin Sincan-Uyğur Muxtar Bölgəsini Pakistanın Ərəb dənizindəki strateji Qvadar limanı ilə birləşdirən planlaşdırılmış yol, dəmir yolu və enerji layihələri şəbəkəsi ilə çox milyardlıq inkişaf layihəsidir.

Bu ilin əvvəlində Hindistan Çin-Pakistan İqtisadi Dəhlizinin Əfqanıstana qədər uzadılması təklifinə qarşı çıxıb.

Xarici işlər üzrə dövlət naziri Şri V. Muraleedharan yazılı cavabında bildirib ki, hər iki tərəfin bu cür hərəkətləri birbaşa Hindistanın suverenliyini və ərazi bütövlüyünü pozur. Onun sözlərinə görə, bu cür fəaliyyətlər mahiyyət etibarilə qeyri-qanuni və qəbuledilməzdir, Hindistan buna uyğun davranacaq. “CPEC Pakistanın tərkibində olan Cammu və Kəşmir və Ladaxın Birlik ərazilərinin bir hissəsindən keçir və bu səbəbdən Hindistanın suverenliyi və ərazi bütövlüyü məsələsinə toxunur”.

Hindistan hökuməti hesab edir ki, əlaqə təşəbbüsləri hamılıqla qəbul edilmiş beynəlxalq normalara əsaslanmalıdır.
 
 
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!
17 Aprel 2025 Anar Əlizadəyə Serbiya pasportunu kim və niyə verdi: Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir - SENSASİYA
17 Aprel 2025 Medvedev şirkətlərindən 8 milyard qazandı, pulu "gizli bağ evi"nə xərclədi
17 Aprel 2025 Paşinyanın Çingiz xan travması - Parlamentdə Monqol xaqanının adını buna görə çəkibmiş…
16 Aprel 2025 İran ABŞ-la danışıqlara hazırdır – “Uran zənginləşdirmə prinsipindən geri dönməyəcəyik”
16 Aprel 2025 Narazı ermənilər küçələrə çıxdılar: “Qarabağ klanı” Paşinyanı devirmək istəyində
16 Aprel 2025 İranın parçalanması planında inanılmaz detal – Hədəf başqadır

Dünyapress TV

Xəbər lenti