Ardını oxu...
Avropa İttifaqı cümə axşamı Rusiyanı Ukraynaya zərbə endirmək üçün istifadə etdiyi İran dronları ilə təmin edən qurumlara yeni sanksiyalar tətbiq etməyə razılaşıb.

Avropa İttifaqının sədr ölkəsi olan Çexiya razılıq barədə cümə axşamı Twitter-də açıqlama verib və bildirib ki, razılıq Aİ nümayəndələri üç gün davam edən danışıqlardan sonra əldə olunub və cümə axşamı günü günorta qüvvəyə minəcək.

Onlar bildirib ki, Aİ “dronların çatdırılmasına görə məsuliyyət daşıyan” üç şəxs və bir qurumum aktivlərini dondurur.

Onlar əlavə edib ki, Aİ həmçinin daha əvvəl sanksiyaya məruz qalan dörd iranlı quruma tətbiq olunan sanksiyaları uzatmağa hazırlaşır.

Rusiya son bir həftədə havadan zərbələrini intensivləşdirib. Ukrayna rəsmiləri onların Ukrayna hədəflərini vuran partlayıcılarla dolu İran istehsalı dronlardan istifadə etdiyini müəyyən edib.

İran Rusiyanı dronlarla təmin etdiyini, Rusiya isə onlardan Ukraynada istifadə etdiyini inkar edib.
 
Ardını oxu...
Çanaqqala boğazı gəmilərin hərəkəti üçün müvəqqəti olaraq bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, buna səbəb səhər saatlarına doğru bölgədə güclənən dumanın dənizdə görmə qabiliyyətini pisləşdirməsidir.

Duman aradan qalxdıqdan sonra naviqasiya bərpa olunacaq.
Ardını oxu...
Polşa Prezidenti Anjey Duda dünyada təhlükəsizlik xatirinə Rusiya imperializminin dayandırılmasının qaçılmaz olduğunu bəyan edib və Ukraynada müharibənin başa çatması üçün iki başlıca addımı açıqlayıb.

Bu barədə o, İtaliyanın «RAİ» telekanalına danışıb.

«Biz, bilirik ki, Avropanın təhlükəsizliyi üçün, dünyada təhlükəsizlik üçün Rusiya imperializmi dayandırılmalıdır. Mənim üçün bu, hər şeydən əvvəl o deməkdir ki, Rusiya Ukraynanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə sıxışdırılmalıdır» - o, izah edib.

Dudanın sözlərinə görə, Polşa bilir ki, Rusiyanın hücumu və işğal nə deməkdir. O, qeyd edib ki, polyaklar görəndə ki, ukraynalılar nələrdən keçirlər, onların köməyi gerçək, emosional oldu və ürəkdən gəldi.

«Amma Polşa hakimiyyəti olaraq, biz, buna soyuq və rassional baxırıq. Biz bilirik ki, rusiyalıları dayandırmaq lazımdır, o, yenidən doğulmuş rus imperializmidir» - Duda qeyd edib.

Duda hesab edir ki, əgər Ukrayna məğlub olarsa, Rusiyanın növbəti hədəfi Polşa olacaq.
 
 

Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə Prezidentinin Administrasiyası yanında Kommunikasiya İdarəsindən məlumat verilib.

Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.

Türkiyə Prezidenti danışıqlar yolu ilə müharibənin sona çatması üçün hər cür töhfə verməyə hazır olduğunu bildirib.

Ərdoğan Bartında baş verən mədən partlayışı ilə bağlı başsağlığına görə Zelenskiyə təşəkkür edib.
Ardını oxu...
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ABŞ-a səfəri zamanı Pentaqon rəhbəri Lloyd Ostinlə İranın Rusiyaya silah göndərməsini müzakirə edib.

APA xəbər verir ki, bu barədə The Daily Telegraph nəşri məlumat yayıb.

Qəzet yazır ki, nazirlər Ukraynadakı vəziyyəti müzakirə edib, Rusiyanın bu ölkədə İran istehsalı olan PUA-lardan istifadə etməsinə xüsusi diqqət yetiriblər.
Ardını oxu...
Britaniyanın müdafiə naziri Ben Uolles İcmalar Palatasının Müdafiə Komitəsi qarşısında çıxışını təcili ləğv edərək, Vaşinqtona yola düşüb.

Bu barədə Britaniya mətbuatı məlumat yayıb.

“Müdirim Ben Uolles bu səhər Vaşinqtondadır”, - deyə Uollesin müavini Ceyms Hippi bildirib.

O, səfərin məqsədini dəqiq açıqlamayıb, lakin eyhamlarla danışıb. “Uolles “elə söhbətlər edəcək ki... həqiqətən də inanılmazdır ki, bu cür söhbətlərə ehtiyac duyulan bir dövrdə yaşayırıq”, - deyə Hippi əlavə edib.

“Sky News”un təhlükəsizlik və müdafiə üzrə redaktoru Debora Heyns isə Müdafiə Departamentindəki mənbəyə istinadən qeyd edib ki, müdafiə naziri ümumi təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Vaşinqtondadır. Həmçinin qeyd edib ki, bu məsələlərə Ukraynada vəziyyət də daxildir. Heyns bildirib ki, nazir Pentaqondakı həmkarını və Ağ Evdəki yüksək vəzifəli məmurları ziyarət edəcək.

Mənbə: Yevropeyskaya pravda
 
Ardını oxu...
ABŞ Rusiyaya yardım etdiyinə görə İrana qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır. Belə ki, Tehran Moskvaya ballistik raketlər göndərməyi də planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

“Biz İrana Rusiyaya ukraynalıları öldürməyə kömək edən hər kəsə mütləq sanksiya tətbiq edəcəyik”, - Ağ ev rəsmisi deyib.

Nəşr bildirib ki, ABŞ Prezidenti Cozef Baydenin administrasiyası əvvəllər İranın Rusiyaya silah satışı ilə bağlı məlumatları açıqlayıb və bunun sanksiyalara səbəb olacağını vurğulayıb.

Ağ ev rəsmisi söhbətin hansı sanksiyalardan getdiyini açıqlamasa da, böyük ehtimalla bunlara iqtisadi məhdudiyyətlər və ixraca nəzarət tədbirləri daxil olacaq. “Politico” qeyd edib ki, bu, İran və Rusiyaya yardım edən üçüncü tərəflərə qarşı yönəldiləcək.

Xatırladaq ki, hələ iyul ayında KİV-də İranın Rusiyaya “Shahed” pilotsuz uçuş aparatlarını satdığına dair məlumat yayılmışdı. Avqustda ABŞ-ın “The Washington Post” nəşri İran istehsalı “Mohajer-6” və “Shahed” PUA-larının ilk partiyasının Rusiyaya çatdırıldığını bildirmişdi. Sentyabrın 13-də Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi İran istehsalı olan ilk PUA-nın zərərsizləşdirildiyini açıqlamışdı. Sentyabrın 23-də isə İran İslam Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, səfir akkreditasiyasından məhrum edilib.
 
Ardını oxu...
İranın Ərdəbil şəhərində xəstəxanada mülki geyimli repressiv qüvvələr tələbələrə hücum ediblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.
Qeyd edilir ki, Tibb Universitetinin molla rejimindən narazı tələbələri hökumət qüvvələrinə xitabən “şərəfsiz” şüarı səsləndiriblər.
 
Ardını oxu...
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ rəhbərinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı aparıb.

Musavat.com-un xəbərinə görə, danışıq zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, müdafiə sənayesi və enerji sahələrində əməkdaşlıq, Ukraynadakı müharibə, Egey və Aralıq dənizində vəziyyət, digər regional məsələlər müzakirə edilib.

Ardını oxu...
"Makron əslində Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı. Fransanın özünün 1960-cı illərin sonundan bəri keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır. O, Fransanın Ermənistanı nə qədər çox sevdiyini şiddətlə deyir. Bununla o, müdrik və nəcib görünməyə çalışır. Son açıqlama açıq-aşkar erməni diasporasının rəğbətini qazanmağa hesablanıb".

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "VKontakte" hesabında paylaşıb.

O bildirib ki, Makronun Rusiyanı Ermənistan-Azərbaycan sərhədində vəziyyəti alovlandırmağı ilə bağlı ittiham etməsi çox yanlışdır:

"Avropa siyasətinin sevimli metodu günahı sağlam başın üzərinə yıxmaqdır. Fransa Prezidenti Emmanuel Makronun son bəyanatını izah etməyin başqa yolu yoxdur", - Medvedev hər iki dildə deyib.

Dmitri Medvedev Fransanı iyrənc müstəmləkə keçmişi olan ölkə adlandıraraq hazırkı ermənipərəst mövqeyinə görə qınayıb:

"İyrənc müstəmləkə keçmişi, hazırda isə açıq-aşkar amerikapərəst mövqeyi üçün - (C'est une honte) ayıb olsun, cənab Prezident!".

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalının efirində Rusiyanı Cənubi Qafqazda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib.

Dünyapress TV

Xəbər lenti