Çanaqqala boğazı gəmilərin hərəkəti üçün müvəqqəti olaraq bağlanıb.Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.Məlumata görə, buna səbəb səhər saatlarına doğru bölgədə güclənən dumanın dənizdə görmə qabiliyyətini pisləşdirməsidir.Duman aradan qalxdıqdan sonra naviqasiya bərpa olunacaq.