“Taliban” hökumətinin təhlükəsizlik orqanları Əfqanıstanın şimal-şərqindəki Təxar əyalətində qruplaşma qüvvələrinin ikisi komandir olmaqla, 4 İŞİD yaraqlısını məhv etdiyini iddia edir.
“Bakhtar” Xəbər Agentliyi “Taliban”ın Şimal-Şərq Bölgəsindəki 217-ci Öməri Ordu Korpusunun komandiri Qari Aminullah Tayebə istinadən bildirir ki, onlar Təxarda İŞİD-in sığınacağını tapıb. Qari Aminullah Tayebin sözlərinə görə, İŞİD-in 4 üzvü, o cümlədən onların iki yüksək səviyyəli komandiri Taxar vilayətinin Dəşti Qala rayonundakı kənddə öldürülüb.
“Taliban” hökuməti başqa bir bəyanatda Kabildə cümə günü altı İŞİD üzvünün öldürüldüyünü bildirib. “Taliban” hökumətinin iddiasına görə, öldürülənlər həm Kaaj təhsil mərkəzinə edilən ölümcül hücuma, həm də Kabildəki Vəzir Məhəmməd Əkbər Xan məscidi yaxınlığında baş verən partlayışa görə məsuliyyət daşıyanlardı.
“Taliban” hakimiyyəti ələ keçirdikdən sonra İŞİD dinc əhaliyə qarşı ölümcül hücumlara görə məsuliyyəti öz üzərinə götürməyə davam edir. Digər tərəfdən, “Taliban” Əfqanıstanda terror təşkilatlarının, o cümlədən İŞİD-in mövcudluğunu rədd edir.