Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidəki danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuat konfransı keçirmək təklifini qəbul etməyib.

Teref.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.

Nəşrin iddiasına görə, Ərdoğan Putinlə fotosessiyaları da minimuma endirib. Yalnız bir fotoqraf bir neçə foto çəkib.

“Türkiyə lideri 4 saatlıq danışıqlardan sonra dərhal ölkəsinə qayıdıb. Ərdoğan hətta şam yeməyinə də qalmayıb, 4 saatlıq görüş zamanı isə yalnız çay və qəhvə içib”, - nəşr bildirib.

Qeyd edək ki, liderlərin mətbuat konfransı keçirməyəcəyi əvvəlcədən elan edilmişdi./Axar.az
 
Ardını oxu...
Rusiya ilə NATO arasında nüvə savaşı riski ABŞ-ı Ukraynaya hərbi dəstək mövzusunda ehtiyatlı davranmağa vadar edir.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Ekonomist” jurnalı yazıb.

Məqalə müəllifinin fikrincə, Kiyevə daha ağır silahların verilməsi Qərbi Rusiya ilə nüvə müharibəsinə sövq edə bilər:

"Qərb Ukraynanı əvvəlcə “Javelin” tank əleyhinə raketləri, daha sonra “Stinger” daşına bilən hava hücumundan müdafiə sistemi və HİMARS reaktiv yaylım atəşi sistemləri ilə təchiz edib. Amerikanın ehtiyatlı davranmasının əsas səbəbi Rusiya qorxusudur. O, eskalasiyadan - Rusiyanın NATO-ya zərbə endirəcəyindən və ya Ukraynada kimyəvi və ya nüvə silahına əl atacağından qorxur”.
 
 
 
Ardını oxu...
Ermənistan Rusiyanın müttəfiqi ola bilər, lakin bu və ya digər strukturun başında duran konkret adamlar haqqında bu gün mən bu fikri çox ehtiyatla işlədərdim.

Teref.az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski "Solovyov Layf" proqramında deyib.

Y.Satanovski İkinci Qarabağ müharibəsinə də toxunub:

"Ermənistana biz necə kömək edə bilərdik ki, Rusiya rəhbərliyinin İrəvanla qapalı kanallarla danışıqlarının səsi uzağı 1-1,5 saatdan sonra Bakıdan gəlirdi və Bakıdan zəng edib, bu addımın atılmamasını xahiş edirdilər. Axı, danışıq bağlı kanalla olurdu. Bəs, Bakı necə xəbər tuturdu?

Ehtimal edirəm ki, Ermənistan dərhal ABŞ-a zəng edirdi, məruzə edirdi, Vaşinqton isə dərhal Azərbaycanı bununla bağlı məlumatlandırırdı. İş "Parçala və hökm sür" sxemi ilə aparılır".

O, sülhməramlıların Qarabağa yerləşdirilməsinə də toxunub:

"Biz hansı səylərlə sülhməramlıları Qarabağa göndərə bildik? Bu, ayrı mövzudur, bunun haqda vaxtı çatanda Şoyqu və Gerasimov danışarlar. Amma Müdafiə Nazirliyinin baş verənlərdən necə tamamilə məəttəl qaldığını yaxşı xatırlayıram.

Paşinyana necə təsir edəcəksiniz? Bilmək istərdim. Mən Paşinyanın hakimiyyətə gəlişini, İkinci Qarabağ savaşını, növbəti çevrilişi yaxşı bilirəm; Paşinyanın kim olduğunu bioqrafiyası ilə, bütün əlaqələri və simpatiyası ilə bilirəm..."

Satanovski qeyd edib ki, Qərb Rusiyaya hər tərəfdən təzyiq edir:

"Nə mümkündürsə, partladır - istər Kosova olsun, istər Cənubi Qafqaz. Rusiyaya hər tərəfdən təzyiq göstərmək üçün sxem işə salınıb. Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Berns İrəvana kabab yeməyə gəlməmişdi.

Paşinyan İkinci Qarabağ müharibəsinə yalnız səbəb olmadı, həm də rusları gözdən saldı: necə pis ruslardır, lazımlı raketləri vermədilər, yararsız radioelektron qurğular verdilər, bununla da türk PUA-larını vurmaq olmazdı... İndi isə deyir ki, bizim rus sülhməramlılara suallarımız var".
 
Ardını oxu...
Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Almaniyanın “Bild” telekanalının jurnalistini öldürməklə hədələyib.

Redaktor.az gazeta.ru-ya istinadən xəbər4 verir ki, o, bunu “Rossiya 1” telekanalının efirində bəyan edib.

Siyasi şou iştirakçıları Almaniyadan olan kanalın aparıcılarının bəyanatını müzakirə ediblər.

Hadisə “60 dəqiqə” verilişinin canlı yayımı zamanı baş verib.

Dövlət Dumasının deputatı alman jurnalistlə Ukraynada görüşəcəyi təqdirdə onu öldürəcəyinə söz verib.
Ardını oxu...
İnternetdə ukraynalı qızın atası ilə görüşünün inanılmaz emosional videosu yayılıb.

Teref.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə informasiyanı “bigkyiv.com.ua” nəşri yayıb.

Mənbə yazır ki, uşağa ad günü hədiyyəsi üçün şarlar və nəhəng hədiyyə qutusu göstərilib.

O, qutunu açanda cəbhədən qızını təbrik etməyə gələn sevimli atasını görüb. Hədiyyə və çiçəklər olan qutudan çıxan ata qızını bərk-bərk qucaqlayıb.
Ardını oxu...
Qəzza zolağında sabitliyin bərqərar olması üçün böyük səy göstəririk.

Axar.az xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah Sisi deyib.

“Qəzzada gərginlik artdı. Fələstin və İsrail arasında gərginlik, zorakılıq və müharibənin olmaması istəyimizi çatdırdıq. Prosesin nəzarətdən çıxmaması üçün bütün tərəflərlə təmasdayıq”, - deyə o bildirib.
 
 

Ardını oxu...
İsrail “İslam cihadı”n yüksək rütbəli komandiri Xalid Mənsurun öldüyünü açıqlayıb.

Bu barədə “Report” “Times of Israel”ə istinadən xəbər verir.

Hərbi kəşfiyyat məlumatlarına görə, Xalid Mənsur son onilliklər ərzində İsrailə qarşı terror və raket hücumlarının təşkilində fəal iştirak edib.

Mənsurla birlikdə “İslam cihad”ın siyasi rəhbərliyinin üzvü Əhməd Mədləl də öldürülüb.

Bundan əvvəl İsrailin Qəzza zolağına endirdiyi aviazərbə zamanı fələstinli qruplaşmanın daha bir komandirinin öldüyü məlum olub.
 
Ardını oxu...
“Rusiya qoşunları dünyada ilk dəfə olaraq atom elektrik stansiyasından (AES) terror üçün istifadə etdilər”.

“Report”un “RBC-Ukraina”ya istinadən məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.

Prezident Zaporojye Atom Elektrik Stansiyasının ətrafında ciddi gərginliyin olduğunu qeyd edib.

"Rusiya terrorçuları Avropada ən böyük atom elektrik stansiyasından dünyada ilk dəfə terror üçün istifadə ediblər. Biz dünyanın diqqətini buna cəlb edəcəyik və belə bir qlobal təhlükə yaratdığına görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqində israr edəcəyik", - dövlət başçısı deyib.

Xatırladaq ki, avqustun 5-də Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasını iki dəfə atəşə tutublar. Nəticədə radioaktiv maddələrin yayılması təhlükəsi ortaya çıxıb.

Zelenski Rusiyanın bu cür hərəkətlərini terror adlandırıb və dünya ölkələrini, beynəlxalq təşkilatları “Rosatom”a qarşı sanksiyalara çağırıb.
Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
Yəqin ki, Yaponiyaya atom bombasını atan hərbçinin bir saat ərzində saçlarının tam ağarması haqqında çoxları eşidib. Əslində bu fikir mifdən başqa bir şey deyil. 1945-ci il avqustun 6-da birinci atom bombasını daşıyan “Enola Gay” təyyarəsinin 12 nəfərlik heyət üzvündən biri, 2014-cü ildə 93 yaşında vəfat edən Teodor Van Kirk mətbuata verdiyi müsahibələrdə dəfələrlə bu fikrə münasibət bildirib:
“Mən bir hərbçi kimi vəzifə borcumu yerinə yetirirdim və öz dövlətimin mənafeyini qoruyurdum. Mənim üçün ən başlıca şərt döyüş tapşırığını lazımınca yerinə yetirmək idi. Tapşırığın icrası 45 saniyə geciksə də, mən və bütövlükdə heyət onu yüksək səviyyədə həyata keçirdik. Xüsusilə vurğulamaq istəyirəm ki, bu tapşırığı yerinə yetirərkən nə səhhətimdə, nə xarici görünüşümdə, nə də ki, psixoloji durumumda heç bir dəyişiklik baş verməmişdi. Sadəcə tapşırığın icrasından sonra özümü çox yorğun hiss edirdim. Geri qayıdan kimi bu yorğunluğu dərin bir yuxu ilə aradan qaldırdım...”
6 avqust 1945-ci il bəşər tarixinə dünyada baş vermiş ən dəhşətli bir hadisə kimi düşüb. Məhz həmin tarixdə nüvə silahı ilk və hələ ki sonuncu dəfə hərbi məqsədlə tətbiq olunub. II dünya müharibəsinin son mərhələsində Yaponiyanın kapitulyasiyasını sürətləndirmək üçün Amerika Birləşmiş Ştatları məhz bu vasitəyə əl atıb. Avqustun 6-da “Enola Gay” Amerika B-29 bombardman təyyarəsi atom bombasını Yaponiyanın Xirosima şəhərinə, 3 gün sonra isə, avqustun 9-da Naqasaki şəhərinə atıb. Birinci atılan atom bombası “Balaca oğlan”, ikincisi isə “Gombul” adlandırılıb.
Beləliklə, atılan atom bombaları Yaponiya rəhbərliyini daha tez “qərar” verməyə məcbur edib.
15 avqust 1945-ci ildə Yaponiya öz kapitulyasiyasını elan edib. 2 sentyabr 1945-ci ildə imzalanmış kapitulyasiya aktı II dünya müharibəsini sona çatdırıb.
Ardını oxu...
Qeyd edək ki, Yaponiyaya qarşı nüvə silahının tətbiq edilməsi, hələ 1944-cü ilin sentyabrında Amerika Birləşmiş Ştatlarının prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın baş naziri Uinston Çörçill arasında Hayd-parkda bağlanmış razılaşmada müzakirə olunub və birgə qərar qəbul edilib.
1944-cü ilin sonlarında atom bombasının atılmasını icra edəcək hərbçilər Yuta ştatında xüsusi təlimlərə başlayıblar. Bu təlimlər tam məxfi keçirilib. 12 nəfərdən ibarət heyət üzvləri bu təlimlərin ciddi və xüsusi olduğunu dərk ediblər. Amma heç kim atom bombası sözünü dilə gətirməyib və bu haqda hərbçilərə məlumat verilməyib. Keçiriləcək əməliyyata məsul olan yüksəkçinlilər hərbçilərə sadəcə onu söyləyirdilər ki, təyyarədə aparılan hərbi sursat bütöv bir şəhəri məhv edəcək. Sözsüz ki, heyət söhbətin atom bombasından getdiyini yaxşı anlayıblar.
Avqustun 5-də Tinian adasında sonuncu əməliyyat müşavirəsi keçirilib. Müvafiq göstərişlər və tapşırıqlar verildikdən sonra heyət üzvlərinə bir-iki saat istirahət verilib.
Avqustun 6-da saat 2.45-də adadan hədəfə doğru uçuş başlanıb. 2800 kilometr məsafə qət edilib. Heyət hədəf nöqtəsinə 45 saniyə gecikib. Müvafiq məsafənin qət edilməsi üçün bu saniyələr normal göstərici sayılıb.
Saat 8.15-də bort jurnalında qeydiyyat aparılıb: “Saat 8.15. Atom bombasını atırıq”.
43 saniyədən sonra Xirosima şəhərinin 580 metr hündürlüyündən bomba aşağı buraxılıb və dərhal təyyarə sürətli sıçrayışla hündürlüyə qalxıb.
Atom bombasının Yaponiyaya atılması nəticəsində Xirosimada 140 mindən çox insan həlak olub. Naqasakidə isə nüvə silahının qurbanlarının sayı 70 min nəfəri keçib.100 mindən artıq adam radiasiya şüalanmasına məruz qalıb. Sonrakı illərdə də üzə çıxan bu radiasiya təsirləri nəticəsində dünyasını dəyişən insanların sayı yüz minləri ötüb. Belə ki, radioaktiv zəhərlənmə və partlayışdan sonra yaranan digər effektlərdən ölənlərin sayı 90 mindən 166 minə qalxıb. 5 il ərzində partlayışdan sonra yaranan xərçəng və digər xəstəliklər nəticəsində isə ölənlərin sayı 200 mindən artıq olub.
Hadisə haqqında Vaşinqtona ilk xəbər Xirosimaya atom hücumunun baş verməsindən 16 saat keçdikdən sonra gəlib.
Amerika Birləşmiş Ştatlarının həmin dövrdəki prezidenti Harri Trumen hadisəyə belə münasibət bildirib:
“Biz indi hər bir şəhərdə yaponların bütün yerüstü istehsal güclərini əvvəlkindən daha sürətli və tam şəkildə dağıtmağa hazırıq. Biz onların fabriklərini və kommunikasiyasını dağıdacağıq. Biz Yaponiyaya müharibə apara bilməsi üçün sahib olduqlarının hamısını tamamilə məhv edəcəyik. Məhz bu məqsədlə Yaponiyanın dağıdılması ilə bağlı 26 iyul tarixində Potsdamda ultimatum verilmişdi. Onların rəhbərləri bizim şərtləri rədd etmişdilər. Əgər onlar indi bizim şərtlərimizi qəbul etməsələr, onları havadan məhvetmə yağışı gözləyəcək...”
Yaponiya imperatoru Hirohito isə ölkəsinə atom bombalarının atılması haqda fikirlərini belə qeyd edib:
“Rəqibin öhdəsində çoxlu dinc və günahsız insanlara ölçüyəgəlməz maddi ziyan vurmaq üçün dəhşətli silah var. Əgər biz vuruşmağa davam etsək, bu, yapon millətinin məhvinə gətirəcək, həm də insan sivilizasiyasının tamamilə yox olmasına səbəb olacaq. Belə vəziyyətdə biz milyonlarla vətəndaşımızı xilas edə bilərdikmi? Əcdadlarımızın ruhu qarşısında cavab verə bilərdikmi? Bu səbəbdən də rəqiblərimizin birgə deklarasiyasının şərtlərini qəbul etməli olduq...”
İlham Cəmiloğlu.
 
 

Ardını oxu...
Rusiyada yayılan məlumatlara görə, Ukraynada çətin vəziyyətə düşən Vladimir Putin Şimali Koreyanın diktator lideri Kim Çen Indan yüz min hərbçi istəyib. Putin bunun qarşılığında Şimali Koreyanı enerji resursları və taxılla təmin edəcəyini bildirib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, Şimali Koreya diplomatik kanallar vasitəsilə açıq şəkildə bəyan edib ki, müharibəni Rusiyanın xeyrinə dəyişmək üçün, işğalçılara hərbi yardım göstərməyə hazırdır.

Bu qüvvəllərin Kim Çen Inın bu yaxınlarda müstəqil ölkələr kimi tanıdığı qondarma "dnr" və "lnr"-in ərazilərinə yerləşdiriləcəyi bildirilir.

Rusiyalı jurnalist və hərbi ekspert İqor Korotçenko Rusiya dövlət televiziyasında çıxış edərkən bildirib ki, Kim Çen Inın Rusiyaya uzatdığı əli qəbul etmək lazımdır: "Məlumatlar var ki, Şimali Koreyadan 100 min könüllü gəlib münaqişədə iştirak etməyə hazırdır. Şimali Koreyalı könüllülər artilleriya və iri çaplı buraxılış raket sistemləri ilə münaqişəyə qatılmaq istəyirlərsə, gəlin onların könüllü impulslarına yaşıl işıq yandıraq. Şimali Koreya Ukrayna faşizminə qarşı mübarizə aparmaq üçün beynəlxalq borcunu yerinə yetirmək arzusunu ifadə edirsə, biz onlara icazə verməliyik".

Məlumat üçün bildirək ki, Rusiya ilə Şimali Koreya arasındakı əlaqələr 1948-ci ilə - Sovet İttifaqının KXDR-i rəsmən tanıyan ilk ölkə olduğu vaxta təsadüf edir. İki ölkə arasındakı münasibətlər Sovet İttifaqının dağılmasından sonra da davam edib.

Putin fevralın 24-də Ukraynaya hücuma başlayanda Şimali Koreya BMT-nin işğalı pisləyən qətnaməsinin əleyhinə səs verən 5 ölkədən biri olub. Həmçinin Şimali Koreya Ukraynanın şərqindəki separatçı "dnr" və "lnr"-in müstəqilliyini tanıyan üçüncü ölkədir.
 

Dünyapress TV

Xəbər lenti