İstanbulun İstiqlal küçəsində baş verən terror aktı ilə bağlı aparılan istintaq çərçivəsində daha 2 nəfər həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, həbs edilən şəxslər terroru törətməkdə şübhəli bilinən Əhlam Əlbəşir, həmçinin fərari şübhəli Bilal Hassanı Türkiyəyə qanunsuz keçidini təmin etməkdə şübhəli bilinirlər.
Qeyd edək ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığında yerləşən İstiqlal prospektindəki terakt nəticəsində 6 nəfər həlak olub, 81-i isə yaralanıb.
İstintaq təbdirləri nəticəsində bundan öncə 8 nəfər saxlanılıb.