Ardını oxu...
9 iyul, Rusiyada günün şəkli. RF Təhlükəsizlik Şurasının sədr müavini, möhtərəm Dmitriy Anatolyeviç Medvedev Rusiya Ordusunun hərbi təlimlərini müşahidə edir. Guya müşahidə edir, əslində sadəcə poz verir, özü də çox ucuz poz, çünki binoklun qapaqlarını axıracan açmasan, nə görəcəksən?. Yaxşı, özü görmür səhvini, bəs şəkli çəkən fotomüxbirə nolub? Bu şəkli sayta qoyan redaktora nolub? O da görmür, baş redaktora nolub? Hamısı dəmdi, lül-qəmbərdi?!
Mən uzun illər müxtəlif medialarda işləmişəm, əməkdaşlıq eləmişəm, 6 il Press-Klubda mətbuat konfransları düzənləmişəm, Azadlıq Radiosunun Azərbaycan xidmətinin rus bölümündə 5 il işləmişəm, əvvəlcə üç il müxbir, sonra iki il redaktor kimi təkbaşına idarə eləmişəm, MeydanTV-nin rus bölümünün redaktoru olmuşam, nəinki belə səhv, heç buna yaxın gələn səhvim olmayıb...
TEREF yazır ki, bunu Çingiz Sultansoy yazır. Daha sonra Çingiz bəy qeyd edir:
O boyda keçmiş imperiya, Rusiya Federasiyasının prezidenti olmusan, RF hökumətinin sədri olmusan, hakim "Edinaya Rossiya" partiyasının sədri olmusan, indi də RF Təhlükəsizlik Şurasının (!) sədr müavinisən. Bu ağılnan, bu təfəkkürnən ?!
İndi də ABŞ-dan, Almaniyadan ağır silah alan, NATO-dan ordu quruculuğu öyrənən Ukraynanı məğlub etmək istəyirsiniz?! Bu səriştəynən ? O nə Təhlükəsizlik Şurasıdı, o nə dövlətdi ki, TŞ-nın sədr müavini bu təfəkkürdə, bu ehtiyatda biridi?
Ardını oxu...
Teref.az
 
 

Ardını oxu...
Əvvəlcə “Putin Suriya naminə Türkiyəni qurban verməz, Ərdoğanın haqlı tələblərinə yox deməyəcək” yönündə iddialar vardı, lakin…

Soçidə keçirilən Ərdoğan-Putin görüşləri həmişə kritik olub. Təbii ki, günün konyukturasından asılı olaraq müxtəlif ton fərqləri ilə. Məsələn, ötən ilin sentyabrındakı görüşdən bir neçə gün əvvəl Türkiyə ilə Rusiya arasında 2020-ci ilin ilk günlərində başlayan və Ankara-Moskva xəttini az qala müharibə həddinə çatdıran böhran xəbərləri vardı.

Xüsusilə, ona görə ki, Rusiyanın dəstəklədiyi Əsəd qüvvələrinin İdlibdə dinc əhaliyə qarşı hücumları səngimədən davam edirdi. Çünki həm İdliblə bağlı 17 sentyabr 2018-ci il tarixli Soçi razılaşması, həm də onu tamamlayan 5 mart 2020-ci il tarixli Moskva Əlavə Protokolu Rusiyanın sahəyə ağır hücumlarından sonra sammitlərdə ortaya çıxdı.

Və əvvəllər yaşanan bütün gərginliklərə baxmayaraq, bu zirvələrdə hər dəfə masada “iplər qırılmadan” Ərdoğanla Putin arasında bir uzlaşma nöqtəsi formalaşıb. Ona görə də 2021-ci ilin sentyabrında keçiriləcək həmin sammitdən əvvəl bir-birini razılaşmaya əməl etməməkdə ittiham edən iki tərəf arasında İdlibdəki gərginliyin necə sona çatacağı maraq doğururdu.

Təxminən üç saat davam edən görüşdən sonra problemlər ya aradan qaldırıldı, ya da həll olundu. Yəni ABŞ-ın çox istədiyi Türkiyə-Rusiya münasibətlərində heç bir qırılma olmadı.

İki liderin Soçidəki son görüşünə qədərki prosesdəki imic əvvəlkilərdən xeyli fərqlənir. Rusiya-Ukrayna müharibəsinin və işğalın başlanğıcından bu yana Türkiyə izlədiyi unikal aktiv balans siyasəti ilə bütün tərəflərdən ayrı mövqe tutub və heç bir dövlətin əldə edə bilmədiyi konkret nəticələr əldə edib. Məsələn, BMT-nin “ilk dəfə olaraq iki müharibə edən tərəf dünyanı ərzaq və gübrə qıtlığından xilas etmək üçün sövdələşmə aparır” deyə təşəkkür etdiyi “taxıl dəhlizi” kimi.

Yenə Avropa Birliyi ölkələri bütün hava məkanlarını bağladığı halda, Türkiyənin hava məkanının və hava limanlarının Rusiya təyyarələrinə açıq qalması Rusiyanın xarici dünya ilə əlaqəsi üçün əhəmiyyətli bir nəfəslik rolunu oynadı. Yəni Türkiyə həm Avropaya, həm də Rusiyaya qarşı əlini xeyli gücləndirmiş durumdadır.

Buna görə də sammitöncəsi ən çox maraq doğuran sual bu idi: Tətbiq edilən ağır sanksiyalara qatılmayan və hava məkanını bağlamayan Türkiyəni yeganə çıxış yolu kimi görən Rusiya Türkiyə Silahlı Qüvvələrinin mümkün əməliyyatında Suriya hava məkanını açacaqmı?

Bildiyiniz kimi, ötən günlərdə Tehran sammitində həm Rusiya, həm də İran Türkiyənin mümkün əməliyyatına qarşı çıxıb - İran daha kəskin, Rusiya isə nisbətən üstüörtülü. Bu səbəbdən də görüşdən öncə Türkiyənin Suriyaya qarşı mümkün sərhəd əməliyyatı ilə bağlı fikirlər beləydi: “Putin Suriya naminə Türkiyəni qurban verməz, verə bilməz. Türkiyənin haqlı tələblərinə yox deməyəcək. Mütləq ortaq məxrəcə gəlinəcək”.

İki liderin Soçidə dörd saatdan çox davam edən görüşündən sonra müsbət mənzərə göz qabağındadır. Bəli, Putinin Türkiyənin Suriyaya qarşı 5-ci əməliyyatına “yaşıl işıq” yandırdığına dair konkret açıqlama, məlumat sızması yoxdur. Moskvanın Ankaraya “buyur, istədiyini et” demədiyi, əksinə, bunun qarşısını almaq üçün hər cür üsula və taktikaya əl atacağı da istisna deyil.

Deməli, bu sualın cavabı artıq bəllidir. Yəni, Türkiyə bu bölgədə “Sülh çeşməsi”, “Zeytun budağı”, “Fərat qalxanı” kimi kritik əməliyyatlar həyata keçirib. Bütün bunlar da hər kəs qəbul etdiyi üçün baş verməyib. ABŞ, Avropa Birliyi ölkələri və Rusiya bu prosesə həmişə “ayaqlarını sürüyərək”, candərdi bəyanatlarla yanaşıb. Hətta, Rusiya ilə hava məkanından istifadə ilə bağlı ciddi danışıqlar nəticəsində biz istədiyimiz mühiti əldə edə bildik.

O vaxtlar “Suriya rejimi ilə təmas qurun, əcnəbi əsgərlər bölgədən çıxsın” yönündə vurğular var idi. Yəni bu əməliyyatlar icazə alaraq, şərtləri ilə razılaşaraq deyil, uyğun vaxtı gözləyərək və zamanında düyməyə basaraq həyata keçirildi.

İndi 5-ci əməliyyatın mümkünlüyü artıq seçim deyil, bir zərurətə çevrilib. Çünki bölgənin terrorçulardan təmizlənməsi mövzusunda nə Rusiya, nə də ABŞ masa arxasında verdiyi vədlərə əməl edib…

Müəllif: Tunca Bengin

Mənbə: "milliyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli
 
 
 
Ardını oxu...
Ötən iyul ayı Avropada qeydə alınmış ən isti altı aydan biri kimi tarixə düşüb.

Bir neçə ölkədə temperatur rekordları qırılıb.

Bunu Aİ-nin “Kopernik” Yerin Müşahidə Proqramının saytındakı materiallar sübut edir.

“2022-ci ilin iyul ayı Avropa və dünyanın qalan hissəsinə təsir edən güclü və bəzi yerlərdə uzun sürən istilik dalğaları ilə səciyyələnib. Bir neçə ölkədə hava temperaturu rekordları qırılıb. 2022-ci ilin iyul ayı dünyada qeydə alınmış ən isti üç iyuldan biri, Avropada isə altıncı ən isti iyuldur”, - deyə proqramın onlayn resursu məlumat yayıb.

Məlumata görə, Fransa, Portuqaliya, İrlandiya, İsveç və Böyük Britaniyada temperatur rekordları qırılıb.
Ardını oxu...
ABŞ mediası Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş Prezident Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında aparılan axtarışla bağlı yeni məlumatlar yayıb.

Trampın özünün bildirdiyinə görə, FTB əməkdaşları onun şəxsi seyfini açıblar. Keçmiş Prezident axtarış vaxtı Nyu Yorkda olub.

FTB, hələlik informasiyanı şərh etməyib. Ancaq ABŞ mediası mənbələrə istinadla yazır ki, qurum əməkdaşları keçmiş Prezidentin Ağ Evi tərk edərkən özüylə götürdüyü xidməti, o cümlədən gizli sənədləri axtarıblar. Qanunla bu sənədlər dövlət mülkiyyətidir. ABŞ-ın Milli Arxivi uzun müddət sənədləri geri tələb edib. Onların bir hissəsi qaytarılıb. Bir neçə ay öncə Milli Arxiv Baş Prokurorluğa müraciət edərək Trampı sənədləri verməkdən imtina etməkdə suçlayıb.

“New York Times” yazır ki, FTB axtarış orderi əldə etməkdən ötrü hakimi əmin edib ki, potensial cinayət hərəkətlərini araşdırdığına inanmaq üçün əsasları var. Ekspertlərin fikrincə, keçmiş Prezidentin əlində əsaslandırılmamış şəkildə gizli sənədlərin olması üzə çıxardısa, bunu cinayət hərəkəti kimi təsnif etmək olar. Nəticədə Trampın ciddi-cəhdlə hazırlaşdığı 2024-cü il prezident seçkilərində iştirakı əngəllənəcək.
Ətraflı

Keçmiş Prezidentlə bağlı təkcə sənədlərlə əlaqədar araşdırma aparılmır. Son vaxtlar yayılan məlumata görə, Baş Prokurorluq Trampın 2020-ci ildə prezident seçkisinin nəticələrinin təsdiqlənməsi proseduruna təsir göstərmək cəhdlərinin istintaqını genişləndirib. Tramp seçkidə məğlubiyyətini qəbul etmirdi.

Donald Tramp FTB-nin hərəkətlərini kəskin tənqid edib: “ABŞ-ın keçmiş Prezidentləri ilə belə şey baş verməyib. Müvafiq dövlət xidmətləri ilə əməkdaşlığımıza baxmayaraq, evimdə belə bir reydin keçirilməsi gərəksiz, yaxud yersiz idi”.

Nümayəndələr Palatasında respublikaçı azlığın başçısı Kevin Makkarti xəbərdarlıq edib ki, bu ilin noyabrında Konqresə seçkilərdə respublikaçılar çoxluğu qazanarsa, prokurorluğun keçmiş Prezidentə münasibətdə hərəkətləri təhqiqat obyekti olacaq.

Media xatırladır ki, Tramp prezident postunda olanda Mar-a-Laqo iqamətgahında xeyli vaxt keçirib. İqamətgahın bir hissəsi qolf klubu kimi istifadə olunur.
Ardını oxu...
Nəticələri PNAS jurnalında dərc olunmuş yeni araşdırmanın müəllifləri hesab edirlər ki, iqlim dəyişikliyinin səbəb olduğu fəlakətlər və insanlığın yox olması ssenariləri lazımi səviyyədə araşdırılmır.

Onların fikrincə, iqlim dəyişikliyinə müdaxilə edilmədiyi təqdirdə ekstremal hava hadisələrinə və bunun sosial nəticələrinə hazır olmamaq çox təhlükəli ola bilər.

Ekspertlər BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelindən (IPCC) tələb edirlər ki, “iqlimdə son oyun” kimi ssenarilər üzrə xüsusi bir hesabat hazırlansın.

Onlar qeyd edirlər ki, iqlim böhranıyla bağlı araşdırmalarda təkcə elmi tədqiqatlara yox, 2019-cu ildə nəşr olunmuş “Yaşanmaz Dünya – İstiləşmədən Sonra Həyat” kimi məşhur kitablara da istinad olunur.

“Ən pis ehtimallar nəzərə alınmalıdır”
Son illərdə iqlim mütəxəssisləri havanın sənaye inqilabından əvvəlki temperaturunu indiki ilə müqayisə edir, istiliyin 1,5-2 dərəcə artmasının dünyaya təsirini qiymətləndirirlər.

2015-ci ildə Paris İqlim Sazişini imzalayan ölkələr qlobal temperaturu 2 dərəcədən və hətta mümkünsə, 1,5 dərəcədən aşağı salmağı öhdələrinə götürüblər.

Hesab olunur ki, bu ssenari qlobal iqtisadiyyata ciddi dərəcədə təsir edəcək, amma insanlığın məhvinə səbəb olmayacaq.

Elə alimlər də buna oxşar “yaxşı vəziyyət ssenariləri”nə fokuslanırlar.

“Məncə, “ən pis vəziyyət ssenariləri” haqqında düşünməmiz risklərin idarə edilməsi baxımından çox vacibdir. Həyatımızın digər sahələrində ən pis ehtimallara hazırlaşdığımız halda, niyə bunu planetimizin və növümüzün yaşaması uğrunda mübarizədə də etməyək?” – araşdırmanın müəlliflərindən biri, Kembric Universitetinin əməkdaşı Luke Kemp belə deyir.

Mütəxəssislər vurğulayırlar ki, dünyada istiliyin 3 dərəcə artması ehtimalı adekvat qiymətləndirilməyib; bu baş verərsə, siyasi baxımdan ən həssas bölgələrdə illik orta temperatur 2070-ci ilə qədər 29 dərəcəyə çatacaq.

Çinin Nankin Universitetinin tədqiqatçısı Chi Xu isə deyir ki, hazırda 30 milyon insan məhz bu şəraitdə yaşayır:

“2070-ci ilə qədər belə temperaturun nəticələri çox dəhşətli ola bilər. İki atom elektrik stansiyası və dünyanın ən təhlükəli patogenlərinin saxlandığı yeddi mühafizə laboratoriyası bundan təsirlənə bilər”.

Qida böhranı, iqtisadi böhran, münaqişələr və pandemiyalar
Tədqiqatçılar deyirlər ki, iqlim dəyişikliyi təkcə istiliyin artmasına yox, həm də qida çatışmazlığına, iqtisadi böhranlara, münaqişələrə və yeni pandemiyalara səbəb ola bilər.

Araşdırmada vurğulanır ki, istilik artdıqca, metan emissiyalarının artması, donmuş torpaqların əriməsi və ya meşələrin karbon yayması kimi qarşısıalınmaz proseslər, yəni əsas “məhvedici nöqtələri” elmi və sosial məlumatlandırma fəaliyyətinin diqqət mərkəzində olmalıdır.

Tədqiqatçılar bildirirlər ki, bu ehtimalların nəzərə alınması sayəsində lazımi texnologiyaları inkişaf etdirmək, riskləri analiz etmək, ictimaiyyəti məlumatlandırmaq və beləliklə də iqlim böhranının qarşısını almaq olar.

Kemp qeyd edir ki, “Mümkün, amma narahatedici ssenariləri anlamamız həm siyasətdə, həm də cəmiyyətdə maarifləndirmə prosesini genişləndirməkdə və bu sahədə fəaliyyəti canlandırmaqda çox faydalı ola bilər. 1970 və 1980-ci illərdə potensial nüvə təhlükəsi dərk olunan zaman oxşar vəziyyət yaranmışdı. Onda ictimaiyyətin səyləri nəticəsində silahsızlaşma hərəkatı yarandı”.

Gənc fəallar da dəstək verirlər

Daha ekstremal iqlim ssenarilərini dəyərləndirmək təklifini gənc fəallar da dəstəkləyirlər.

“Qorxulu ehtimalları da nəzərə almağımız vacibdir. Reallıqdan xəbərimiz olmasa, düzgün qərar verə bilmərik. İllərdir ki, iqlim böhranının təsirlərini bizdən gizlədirlər, bizə səhv məlumatlar verirlər. Amma artıq buna son qoymaq lazımdır, yoxsa böhranın nəticələri ilə gənc nəsillər mübarizə aparmalı olacaqlar” – iqlim fəalı, 25 yaşlı Laura Young belə deyir.
pressklub
 
Ardını oxu...
Zaporojye Atom Elektrik Stansiyasında açıq paylayıcı stansiyada tüstülənməyə səbəb olan gərginliyin artması baş verib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Tüstülənmənin yanğınsöndürmə xidməti tərəfindən söndürüldüyü açıqlanıb.

Rusiya Müdafiə Nazirliyi hadisənin Ukraynanın Marqanets şəhərindəki mövqelərindən AES-i atəşə tutmasına görə baş verdiyini bildirib.
 
Ardını oxu...
“ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin adaya səfəri fonunda Pekindən Tayvanla bağlı əlavə hansısa addımlar gözlənilmir”.

Bu barədə ABŞ Prezidenti Co Bayden jurnalistlərə bildirib.

“Mən [Tayvandakı vəziyyətlə bağlı] narahat deyiləm, lakin onlar (Çin səlahiyyətliləri - TASS qeydi) tərəfindən çox addımlar atılır və bundan narahatam. Ancaq onların əlavə nəsə etmək niyyətində olduğunu düşünmürəm”, - deyə Bayden qeyd edib.
Ardını oxu...
Ərdoğan Aşura günü ilə bağlı sosial şəbəkədədə paylaşım etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşura günü ilə bağlı sosial şəbəkədədə paylaşım edib.
Ərdoğan bildirib ki, birlik və bərabərliyin simvolu olan Aşura və Məhərrəm ayının İslam dünyası üçün xeyirli olmasını diləyir.
“Şəhidliyinin ildönümündə şəhidlərin ağası, Peyğəmbərin nəvəsi həzrəti Hüseyn əfəndimizi və Kərbəla şəhidlərini rəhmətlə yad edirəm” – o qeyd edib.
 
Ardını oxu...
Soyuq müharibədən sonra qloballaşma tendensiyası müsbət proseslərlərlə yanaşı təhdid konsepsiyasını yenidən şəkilləndirərək, genişlətmiş və şaxələndirmişdir.

Bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, təhdid termini dövlətlərarası münaqişələrlə məhdudlaşmayaraq, beynəlxalq sərhədləri tanımayaraq, transmilli və beynəlxalq təhdidləri də özündə əks etdirir.

“Hər kəsə aydındır ki, artıq heç bir dövlət ənənəvi yeni növ təhdidlərlə tək başına mübarizə aparmaq iqtidarında deyil. Təsadüfi deyil ki, beynəlxalq münasibətlərin təməlini təşkil edən ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birilərinin daxili işlərinə qarışmamaq və digər prinsiplərə bütün ölkələr tərəfindən eyni məsuliyyətlə yanaşılsaydı bu gün bir çox münaqişə və ədalətsizliklərin qarşısı alınardı”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, həm iqlim dəyişikliyi, həm də hərbi münaqişələr və onların iqtisadi nəticələri bəşəriyyəti qida qıtlığı kimi qorxunc ssenarilərlə qarşı-qarşıya qoyur: “Bu gün Ukrayna ətrafında yaşanan hadisələr ciddi narahatlıq yaradır və bir daha beynəlxalq sistemin bütün aktorlarına xatırladır ki, dünyanın istənilən bir yerində baş verənlər hər birimizə təsir edir”.

APA
 
Ardını oxu...
Böyük Britaniyanın istefa verən baş naziri Boris Conson Londonda yerləşən evini 1,6 milyon funt-sterlinqə (1,8 milyon dollar) satışa çıxarıb.

Teref.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
“Boris və Kerri Conson cütlüyü 400 milyon funt-sterlinq qazanmaq ümidi ilə 1,2 milyon funta aldıqları evi satışa çıxarıblar. Onlar evi 2019-cu ildə əldə ediblər”, - bildirilib.

Belə ki, Conson evi öncə ayda 4 min funta kirayə vermək istəsə də, sonradan fikrindən daşınıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti