Ardını oxu...
Monteneqro hakimiyyəti rusiyalı diplomatı “persona non qrata” elan edib.

Bu barədə respublikanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Monteneqronun Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Monteneqroda akkreditə olunmuş səfirliyinin bir diplomatını “persona non qrata” elan edib. Buna səbəb onun Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə zidd fəaliyyət göstərməsi olub. Bu qərarla bağlı rəsmi nota Rusiya Federasiyasının səfiri Vladislav Maslennikova təqdim edilib. Notada diplomata Çernoqoriya ərazisini tərk etməsi üçün yeddi günlük müddət verildiyi qeyd olunub”, - deyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Rusiyanın Monteneqrodakı səfirliyi rusiyalı diplomatın “persona non qrata” elan edilməsi ilə bağlı məlumatı təsdiqləyib. Bu barədə Rusiya diplomatik nümayəndəliyindən bildirilib.
 
Ardını oxu...
Heç kimin, o cümlədən, Ukraynanın yüksək rütbəli məmurlarının Gürcüstana qarşı əsassız ittihamlar irəli sürməyə haqqı yoxdur.

Bu sözləri Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının deputatı Mixail Sardjveladze deyib.

O bildirib ki, Ukrayna rəsmiləri Gürcüstan haqqında danışarkən öz tonunu seçməlidirlər:

“Heç kəsin, o cümlədən müharibə aparan ölkənin yüksək rütbəli məmurunun belə bir tonda əsassız, tərəfin inkar etdiyi şəraitdə ittihamlar irəli sürməyə haqqı yoxdur. Əgər kimsə öz söhbətinin tonunu və məzmununu süzgəcdən keçirməlidirsə, bunu, ilk növbədə, məsələn, Podolyak etməlidir”.

Deputat deyib ki, Ukrayna tərəfi miflər uydurur, sonra onlarla özü mübarizə aparır:

“Əsassız və məsuliyyətsiz ittihamlara qarşı sərt cavab alan zaman təəccüblənməyin və heç kimi tənqid etməyin. Çünki Gürcüstan hökumətinin bu cür bəyanatlara qarşı bütün cavabları layiq olduğundan qat-qat balanslı və daha yumşaq şəkildə olub”.

Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak müsahibələrinin birində bildirib ki, gürcü rəsmiləri öz tonunu dəyişməli, əgər hansısa səbəbdən bunu edə bilmirlərsə, Ukrayna ilə bağlı ictimai bəyanatlar verməyi dayandırmalıdırlar.
 
Ardını oxu...
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İsveç və Finlandiya Ankaranın NATO-ya daxil olması ilə bağlı etirazlarını aradan qaldırmaq üçün üzərinə götürdükləri öhdəlikləri hələ də yerinə yetirməyib.

Nazirin sözlərinə görə, Skandinaviya ölkələri Türkiyə ilə razılaşmalar üzrə hələlik konkret addımlar atmayıb.
Çavuşoğlu qeyd edib ki, bu problemin müzakirəsi üçün üç ölkənin birgə komitəsinin ilk iclası avqustun 26-na planlaşdırılıb.
 
Ardını oxu...
"Hazırda Suriya ilə birbaşa təmaslardan söhbət belə gedə bilməz”.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşşar Əsəd arasında telefon danışığına hazırlıq görüldüyünə dair iddiaları təkzib edərkən deyib.

O bildirib ki, yalnız xüsusi xidmət orqanları vasitəsilə danışıqlara başlanılıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə KİV iki ölkə başçısının telefon danışığı apara biləcəyini yazmışdı.
Ardını oxu...
Bir müddət əvvəl Rusiya sərhədçiləri Sünik vilayətində Mehridən Aqarak, Şvanidzor, Alvank və Nrnadzora gedən yollarda beş modul tipli nəzarət-buraxılış məntəqəsi qurub. Bu barədə “Azadlıq Radiosu”nun Ermənistan xidməti Mehri şəhər hakimiyyətinə istinadla məlumat verib.

Mənbənin məlumatına görə, Rusiya FTX-nin sərhədçiləri bütün maşınları və vətəndaşları saxlayır, yoxlayır və yalnız bundan sonra onların hərəkətinə icazə verir. Buna qədər Rusiya sərhədçiləri yalnız İranla sərhədə nəzarət edirdi.

Yeni nəzarət-buraxılış məntəqələrinin quraşdırılması haqqında xəbərlərdən sonra Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsindən bildiriblər ki, yoxlamalar qaçaqmalçılıq, qanunsuz miqrasiya və narkotrafikin qarşısının alınması zərurəti ilə əlaqədardır. Bu tədbirlər Ermənistan hökuməti ilə razılaşdırılıb.

RF FTX-nin məlumatına görə, son vaxtlar İrandan Ermənistana narkotik qaçaqmalçılığının artması ilə əlaqədar gərgin vəziyyət yaranıb. Bundan başqa, ekstremist və terrorçu qrupların üzvlərinin sərhədi pozması halları artıb.

Ermənistanın bir sıra siyasi qüvvələri Rusiya sərhədçilərinin bu yolda nəzarəti haqqında məlumatı bu yolun Zəngəzur dəhlizi çərçivəsində Azərbaycana təhvil verilməsinə hazırlıq kimi qiymətləndiriblər.

Amma İran daha emosional reaksiya verib, növbəti dəfə “regionda geosiyasi dəyişikliklərə imkan verməyəcəyini” bəyan edib. Bu barədə İran prezidenti Rəisi dünən Ermənistan baş naziri Paşinyana zəng edərək bildirib. Göründüyü qədər, Tehranda heç cür başa düşmək istəmirlər ki, onlar burada heç nəyi həll etmir.
 
Ardını oxu...
"Ermənistanla normallaşma prosesi davam edir, bəzi addımlar atılıb".

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu, Azərbaycanla koordinasiya şəklində davam edir, Ermənistanda bundan bir az narahat olurlar, amma biz şəffaf ölkəyik. Hər nə qədər normallaşma prosesi ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi üçün hər birimizin addım atması lazımdır”, - deyə o bildirib.

Çavuşoğlu Ermənistanı bu məsələdə yayınmamağa, səmimi olmağa çağırıb: “Biz səmimiyik, Azərbaycanın da səmimi olduğunu görürük”.
 
Ardını oxu...
Kanadada STEVE adlı nadir atmosfer hadisəsi qeydə alınıb.

Kadrlar Alberta əyalətində yaşayan Alan Dayer adlı fotoqraf tərəfindən çəkilib. Hadisə şahidlərinin sözlərinə görə, yaşıl və bənövşəyi zolaqlar 40 dəqiqə ərzində səmada parıldayıb. STEVE fenomeni 2017-ci ildə kanadalı həvəskar astronomlar tərəfindən kəşf edilib. Əvvəlcə bu halı qütb parıltısı ilə səhv salıblar. Lakin sonda “Swarm” peykinin köməyi ilə mütəxəssislər zolaqların nə olduğunu müəyyən edə biliblər. Bunun təxminən 300 km yüksəklikdə 3000 dərəcə Selsiyə qədər olan temperaturda qaynar qaz zolağı olduğu aydın olub.

Mütəxəssislərin fikrincə, bu istilik geomaqnit qasırğaları zamanı atmosferdəki yüklü hissəciklərin toqquşması nəticəsində yaranır. Bununla belə, elm adamları hələ də bu nadir atmosfer hadisəsinin tam dəqiqliklə izahını verə bilmirlər. Bunun üçün çox sayda əlavə müşahidələr və araşdırmaların tələb olunduğu bildirilir.

Mənbə: Gazeta.ru
 
Ardını oxu...
Avqustun 9-da Türkiyənin Ukrayna Silahlı Qüvvələrinə “Kirpi” zirehli transportyorlarının ilk partiyasını təhvil verdiyi açıqlandı. Ukraynanın “Xalqın xidmətçisi” partiyasının deputatı Yuri Misyagin bildirdi ki, Dəniz Piyadaları Korpusunun iki briqadası artıq əlli belə maşından istifadə edir və daha yüz əlli maşının gəlməsi gözlənilir.

Bu isə özlüyündə Türkiyənin Rusiya-Ukrayna müharibəsində heç də Rusiyaya dəstək çıxmadığının bariz nümunəsidir. Lakin son günlər bəzi kənar qüvvələr Türkiyənin Rusiya ilə ticarət əlaqələrinə fərqli don geyindirməyə çalışırlar. Hətta Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqiylə bağlı çağırışlar etməkdən də geri qalmırlar.

Maraqlıdır, Rusiya-Ukrayna müharibəsində daim tərəfləri sülhə səsləyən, gərginliyi azaltmaq üçün vasitəçiliyə hazır olan, Ukrayna taxılının bazara çıxışında təhlükəsizliyi təmin etmək üçün əlindən gələni əsirgəməyən Türkiyənin siyasəti hansı qüvvələrin maraqları ilə toqquşur? Onu əsas aktor sırasından çıxarmağa çalışan qüvvələrin uğurlu olmaq ehtimalı varmı?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Oxu.Az-a açıqlamasında Türkiyə əleyhinə çağırışların ciddi nəticələr verməyəcəyini deyib: “Qərbdə Türkiyəyə qarşı mövqedə dayanan xeyli qüvvələr var. Onlar hər bir faktdan istifadə etməyə çalışırlar. Amma bildiyim qədərilə həm NATO rəhbərliyi, həm də ATƏT-in sədri bu yaxınlarda çıxış etmişdilər ki, Türkiyənin bu münaqişədə rolu çox konstruktiv, hətta bir sıra məsələlərdə pozitivdir. Məsələn, taxılın ixracıyla bağlı məsələləri həll etməyə çalışır. Həmçinin güman ki, Polşada “Bayraktar” PUA-larını istehsal edən zavod tikəcək, bunu Ukrayna üçün edəcək. Ona görə də mən sanksiya ilə bağlı çağırışların icra olunacağına, hansısa ölkənin buna cəhd edəcəyinə inanmıram”.

BMTM-in şöbə müdiri, politoloq Fuad Çıraqov isə hesab edir ki, Türkiyənin Rusiya ilə ticarət əlaqələrini müharibədə Rusiyaya dəstək çıxılması kimi şərh edən dövlətlər əvvəlcə özlərinin Rusiya ilə müharibədən əvvəl və müharibə dövründəki ticarət əlaqələrinin həcminə baxmalıdırlar: “Bu yaxınlarda “Şimal axını”nın fəaliyyətini bərpa etdilər, amma bunun müvəqqəti olduğunu deyirlər, zamanla görəcəyik. Ötən müddətdə Rusiya ilə ticarət əlaqələrinə və özlərinin iqtisadi maraqlarına görə Ukraynanı güzəştlərə getməyə çağıran, hətta məcbur etməyə çalışan dövlətlər hansılar idi? Aylardır Ukraynaya silah söz verdikləri halda, onu verməkdən boyun qaçıran, müxtəlif bəhanələrlə yubadan, bəzən yararsız silah göndərən ölkələr hansılardır? Müharibə gedişində hansı ölkələrin şirkətləri idi ki, Rusiyaya hərbi məqsədli müxtəlif texnologiyalar ötürürdü? Elə həmin dövlətlər bu gün Türkiyə-Rusiya münasibətlərindən narahatdır. Bu cür əks-arqumentlər kifayət qədərdir”.

Siyasi şərhçi qeyd edib ki, Türkiyə Rusiya ilə iqtisadi və ticarət əlaqələrini heç zaman prinsipial mövqeyindən, Ukrayna ilə hərbi əməkdaşlıqdan və ona yardımdan üstün tutmayıb: “Bəzi ölkələr Ukraynanın tezliklə məğlubiyyətini gözləyərkən müharibənin ilk vaxtlarında məhz Türkiyənin verdiyi silah və texnika Rusiyanın irəliləməsinin qarşısını aldı. Bu gün Türkiyənin Rusiya ilə iqtisadi əlaqələri dünya bazarına taxılın çıxarılmasına imkan verir ki, bu bəzi ölkələrdə aclıq təhlükəsinin qarşısını alır. Türkiyəyə qarşı bu cür iddialar sadəcə olaraq ənənəvi türk düşmənliyindən, qərəzliliyindən, ikili standartlardan irəli gəlir. Həmin dairələr Türkiyənin müstəqil dövlət kimi öz milli maraqları əsasında hərəkət etməsini deyil, başqa ölkələrin sözü ilə qalxıb-oturan oyunçu olmasını istəyirlər
 
Ardını oxu...
Türkiyənin Suriyanın şimalında gözlənilən əməliyyatı ilə bağlı şok kəşfiyyat məlumatı ortaya çıxıb. İranın dəstəklədiyi “Həşd əş-Şaabi”nin bölgədən geri çəkilən Rusiya qüvvələrinin yerinə keçərək, PKK terror təşkilatı ilə anlaşdığı bildirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Professor Məsud Haqqı Caşın, “Haber7”yə bildirib ki, İran tərəfindən dəstəklənən “Həşd əş-Şaabi”nin Rusiyanın geri çəkilən qüvvələrini əvəz edərək PKK ilə əməkdaşlıq etdiyinə dair kəşfiyyat məlumatları var. O, bu gəlişmədən sonra Türkiyənin antiterror əməliyyatının gözlənilmədən başlaya biləcəyini bildirib.

“Fəratın qərbində, xüsusilə Təl Rıfat və Mənbiçdə PKK ünsürlərinin ağır silahlarla Türkiyəyə təcavüz atəşi açdığı müşahidə edilir. Bu baxımdan birinci ehtimalın Təl Abyad və Mənbiç olduğunu güman edirik. Burada birinci məqsəd təhlükəsizlik dəhlizinin tamamlanması, ikinci məqsəd isə ən çox hücumların edildiyi əraziləri təmizləməkdir. “Bir gecə qəfil gələ bilərik” düsturu ilə bu əməliyyat ən qısa zamanda həyata keçiriləcək. Türkiyə bu məsələdə qərarlıdır. Müdafiə nazirinin dediyi kimi, əməliyyat sonuncu terrorçu təmizlənənə qədər davam edəcək”, - Çaşın vurğulayıb.

Əməliyyatı dəyərləndirən terror və təhlükəsizlik mütəxəssisi İbrahim Kələş İranın bölgədəki rolu ilə bağlı bunu deyib:

“İranın bizə qarşı rolu var. İran Türkiyənin Suriyada söz sahibi olduğunu özünə təhdid olaraq görür. İran Suriyanı özünün müttəfiqi hesab edir. İran zaman-zaman SEPAH-dan həmin bölgələrdə istifadə edir. Bu məqamda İran bizim orada terrorla mübarizəmizə mane olmağa çalışan tərəflərdən biridir”.

Onun sözlərinə görə, terror təşkilatı Suriyadan İraqın şimalına qədər olan bölgədə özünə yer edib:

“Bəzilərini təmizləmişik, amma hələ də terror təşkilatının nəzarətində olan bölgələr var. Prezident Ərdoğan bu əraziləri birləşdirib, sərhəddən 30 km dərinliyədək təhlükəsizlik zolağının yaradılmasından danışır. Başqa bir məsələ də budur ki, İran sərhədindən Aralıq dənizinə qədər cənub xəttimizdə terror təşkilatı ilə qonşu olmaq istəmirik. Deməli, bu əməliyyat gec-tez başlayacaq. Hazırlıqlar və əməliyyat şəraiti dəqiqləşdirildikdən sonra prezidentin göstərişi ilə əməliyyat start götürəcək”.

Kələş Türkiyənin artıq Afrin, İdlibin bir hissəsi, “Fərat Qalxanı” əməliyyatı bölgəsi və Təl Abyadda təhlükəsizlik zonası yaratdığını bildirib.
Ardını oxu...
Dünyanın gələcəyi daha çox Afrikanın gələcəyindən asılı olacaq, bununla bağlı Amerika Birləşmiş Ştatları (ABŞ) qitə ölkələri ilə münasibətlərə böyük diqqət yetirir.

Bu barədə Cənubi Afrika Respublikasında (CAR) səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinken Fransa Beynəlxalq radiosuna (RFİ) verdiyi müsahibədə bəyan edib. Müsahibə avqustun 9-da dərc olunub.

«Mən burada (CARda - Red.) ona görə deyiləm ki, kiminləsə rəqabət aparırıq. Bu, sadəcə səfər və ya Amerika tərəfin Afrika ilə hansısa başqa bir ölkəyə görə qarşılıqlı fəaliyyəti deyil. Əksinə, bu, ona görə baş verir ki, dünyanın gələcəyi çox böyük nisbətdə Afrikada müəyyən olunacaq. 2050-ci ildə planetin hər dördüncü vətəndaşı afrikalı, 2025-ci ilə qədər Afrika əhalisinin 50 faizinin isə 25 yaşı və ya aşağı olacaq. Ona görə də gələcək çox konkret olaraq, Afrikada həll olunur» - o, fransızca danışaraq, qeyd edib.

Blinkenin izah etdiyi kimi, ABŞ cəhd edir ki, Afrika ölkələri ilə daha çox möhkəm həmkarlıq münasibətləri qursun və çağırışları dəf etmək üçün birlikdə işləsin, o cümlədən, iqlim dəyişikliyi və pandemiyanın nəticələrinin aradan qaldırılması ilə aktiv mübarizə aparsın.

«Beləliklə, bizim üçün bu, heç də o barədə tələb deyil ki, seçim sırıyaq, əksinə, Afrika ölkələrinə seçim imkanları verməkdir, belə gələcək üçün bizim gündəliyimiz çox pozitivdir. Burada, CAR-da mənim imkanım oldu ki, bir qədər bizim Afrika strategiyamız barədə danışım və mən, onun barəsində gələcəkdə başqa səfərlərin gedişində də danışacam» - ABŞDövlət katibi deyib.

Xatırladırıq ki, Blinkenin CAR-a səfəri avqustun 7-də başlayıb. Cənubi Afrika Respublikası üç ölkədən birincisidir ki, Dövlət katibi hazırkı səfər zamanı ziyarət edir. CAR-dan o, Konqo Demokratik Respublikasına, sonra isə Ruandaya yollanacaq. Blinkenin Afrika turnesi avqustun 11-də başa çatır.

AzPolitika.info
 

Dünyapress TV

Xəbər lenti