Türkiyənin vasitəçiliyi ilə İyulda yaradılmış “taxıl dəhlizi” ilə 1 milyon tondan artıq kənd təsərrüfatı məhsulu ixrac edilib.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski ənənəvi axşam müraciətində bildirib.
O qeyd edib ki, “taxıl dəhlizi” normal işləyir. Artıq ölkədən ixrac edilən dənli bitkilərin həcmi 1 milyon tonu ötüb. 44 gəmi ilə 15 ölkəyə yük göndərilib. Məqsəd ayda 3 milyon ton yük göndərməkdir”.
Türkiyə mətbuatında İran İslam Respublikasının keçmiş xarici işlər nazirinin müavini, ali dini lider Ayətullah Əli Xameneiyə yaxın məmur sayılan Ebulfezl Zuxtevendin səs yazısı yayılıb. “Azərbaycan qorxulu fenomendir və bizim üçün potensial təhlükədir. Naxçıvan tamamilə İrana birləşdirilməlidir. Ermənilər İranın müttəfiqləridir. Bu, tarix boyu həmişə belə olub. Azərbaycan deyə bir yer yoxdur. Bunlar (azərbaycanlılar) əslində İran azərbaycanlılarıdır. Azərbaycan yenidən İrana birləşdirilməlidir. Əgər o, ilhaq olunmasa, İranı xərçəng hüceyrəsi kimi vuracaq”, - Zuxtevend hədələyir
2020-ci il iqtisadi böhranının nəticələrini yumşaltmaq və siyasi problemləri həll etmək üçün Ermənistan hökuməti dövlət borcunu artıraraq 9,97 milyard dollara çatdırıb.
“Report” “News.am”a istinadən xəbər verir ki, 2021-ci ildə Ermənistanın dövlət borcu 1,3 milyard dollar və ya 16% artdığı halda, cari ilin yanvar-iyul aylarında bu rəqəm 748,36 milyon dollar təşkil edib Ətraflı
Hazırkı hökumət isə dövlət borcunu 3,1 milyard dollar və ya 45,2% artırıb.
Qeyd olunub ki, bu ilin yeddi ayında İrəvanın daxili borcu 219,4 milyard dram və ya 18,4% artıb. O cümlədən, 2022-ci ilin iyulunda Ermənistanın dövlət borcunun 58,6%-ni xarici, 41,4%-ni isə daxili borclar təşkil edib.
Amerika Birləşmiş Ştatlar BMT-yə üzv dövlətlərin nümayəndələrinə dünya təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına getmək üçün viza vermək öhdəliyinə ciddi yanaşır.
“Report” xəbər verir ki, bunu keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün gələn xarici nümayəndə heyətlərinə vizaların verilməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.
“Mən fərdi viza hallarının təfərrüatlarını müzakirə edə bilmərəm, lakin bir daha qeyd edə bilərəm ki, Birləşmiş Ştatlar bütövlükdə təşkilata ev sahibliyi edən ölkə kimi, BMT-nin mənzil-qərargahı ilə razılaşmaya əsasən, quruma üzv dövlətlərinin nümayəndələrinə dünya təşkilatının mənzil-qərargahına getmək üçün viza verməyə borcludur” - deyə, o bildirib.
Zaporojye Atom Elektrik Stansiyası tarixdə ilk dəfə olaraq elektrik şəbəkəsindən ayrılıb. Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Nüvə Elektrik Şirkəti “Enerqoatom” məlumat yayıb. Məlumata görə, nüvə obyekti yaxınlığında baş verən yanğınlar elektrik stansiyasını Ukraynanın elektrik şəbəkəsinə birləşdirən xətləri zədələyib. Ukrayna bu yanğınlara görə Rusiyanı günahlandırır. Həmçinin, bildirir ki, yanğından zərər görməyən hissələr də elektrik şəbəkəsindən ayrılıb. Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES Ukraynanın cənub-şərqində yerləşir. Bura martın 4-də rusların əılinə keçib. Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları həyata keçirilir. Bu isə bütün Avropanı narahat edir.
Mərakeş kralı Məhəmməd Paris küçələrində görüntülənib. Mühafizəçilərinin müşayiəti ilə gəzən kralın həddindən artıq sərxoş vəziyyətdə olduğu görünüb. O, əlində bir stəkan içki tutaraq səki ilə hərəkət edib. Kralın mühafizəçilərindən biri çəkilişi dayandırmağa cəhd edib. Həmin anları əks etdirən videonu təqdim edirik:
"Rusiyanın Donbası qorumaq üçün xüsusi əməliyyat keçirməsinə səbəb NATO-nun Ukraynada məskunlaşma planları olub. Ölkəmiz bununla qəti şəkildə barışa bilməzdi".
TEREF publika.az-a istinadən xəbər verir ki, bu barədə avqustun 24-də Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev məlumat verib.
"Biz barışa bilməzdik ki, Şimali Atlantika Alyansı Ukraynada yerləşdiriləcək və onların bəzi çılğın rəhbərləri - bu və ya sonrakılar - məsələn, bizim ərazimizə, həmçinin Krıma hücum etmək qərarına gələcəklər", - Medvedev deyib.
O əlavə edib ki, buna görə də hakimiyyət qabaqlayıcı əməliyyata başlamaq qərarına gəlib.
Xatırladaq ki, bu gün Rusiya Təhlükəsizlik Xidmətinin rəis müavini Nijni Novqorod yaxınlığındakı Mulino poliqonunda olub və Qərb Hərbi Dairəsinin hərbçilərinin yay hazırlığını qiymətləndirib. Medvedev bu barədə televiziya kameraları qarşısında açıqlama verib.
Ukraynanın Müstəqillik Günü münasibətilə ABŞ-ın “The Washington Post” qəzetində maraqlı və geniş məqalə dərc edilib.
“AzPolitika.info” xəbər verir ki, yazıda Rusiyanın Ukraynaya qarşı işğalının ilk günlərində baş verənlərə dair bəzi məlumatlar yer alıb. Belə ki, qəzetin yazdığına görə, ilk olaraq fevralın 24-də Putinin ən yaxın adamlarından biri və onun “xüsusi tapşırıqları”nın icraçısı sayılan,
Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermaka zəng edib və Putinin adından “təslim olun” tələbini çatdırıb. Qəzet yazır ki, əvəzində, Yermak ona ağır söyüşlərlə cavab verərək, dəstəyi asıb.
Həmin günlərdə daha bir maraqlı dialoq Ukraynanın Müdafiə naziri Aleksey Reznikovla Belarusun Müdafiə naziri Viktor Xrenin arasında olub. Hələ fevralın 22-də Xrenin Reznikova “zabit sözü” verib ki, Belarus ərazisindən Ukraynaya hücum olmayacaq.
“Artıq fevralın 26-da baş tutan növbəti söhbətdə isə Xrenin titrəyən səslə Reznikova Şoyqunun tələbini çatdırıb: “Əgər Ukrayna kapitulyasiya aktını imzalasa, işğal dayandırılacaq”.
Reznikovsa cavabında deyib: “Mən Rusiyanın kapitulyasiyasını qəbul etməyə hazıram”".
Xatırladaq ki, bu günlərdə “The Washington Post” Ukrayna müharibəsilə bağlı daha bir məqaləsində Putinin “ildırım sürətli” işğal planının bəzi detallarını yayımlamışdı. Orada qeyd edilirdi ki, Rusiya başçısı ordudan qısa müddətdə Ukraynanın böyük hissəsinin işğalını, Kiyevi 3 günə ələ keçirməyi və “lazım gələrsə” Volodimir Zelenskini qətlə yetirməyi tələb edibmiş.
Ukrayna Prezidenti: "Bu qətiyyən bizim məsuliyyətimizə daxil deyil"
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, rəsmi Kiyevin rusiyalı jurnalist Darya Duqinanın qətli ilə əlaqəsi yoxdur.
AYNA-nın Reutersə istinadla xəbərinə görə, Zelenski bunu “Krım platforması” sammitində bildirib.
“Bu qətiyyən bizim məsuliyyətimizə daxil deyil. O, bizim ölkənin vətəndaşı deyil və bizi maraqlandırmır. O, Ukrayna ərazisində olmayıb” – deyə Zelenski qeyd edib.
"Rusiya və NATO arasında hərbi münaqişə baş verərsə, Finlandiya alyansa qoşulan zaman Helsinki cavab zərbəsi üçün potensial hədəfə çevrilə bilər".
TEREF publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının senatoru Vladimir Cabarov bildirib.
"Finlandiya Rusiya ilə əlaqələrin dondurulmasından nə qazanacaq? Heç nə! Üstəlik, NATO-ya daxil olmaq qərarı alan Helsinki alyansla Rusiya arasında hərbi münaqişə baş verərsə, cavab zərbəsinin potensial hədəfinə çevrilir", - senator qeyd edib.
Cabarovun sözlərinə görə, Finlandiya Prezidenti Sauli Niiniste Rusiya ilə münasibətlərin demək olar ki, tamamilə kəsildiyini bildirib:
"O, Ukraynada başladığımız "xüsusi əməliyyat"a görə Moskvaya etimadını itirildiyini deyəndə haqlı idi, fəqət əlavə etməyi unudub ki, "ölkəsi ilə Rusiya arasında münasibətlərdə buz böhranının təşəbbüskarı məhz özü olub".