“Ukrayna Silahlı Qüvvələri gələn il də ölkənin bütün işğal olunmuş ərazilərinin azad edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov “Ukrayinska Pravda” qəzetinə müsahibəsində bildirib.
“Luqansk, Donetsk, Simferopol mütləq bizə qaytarılmalıdır. Həyatda mümkünsüz heç nə yoxdur. Əsas odur ki, qorxmayın. Ağıl, hesab və hərəkət olmalıdır. Əgər ağlın, hesabın və hərəkətin varsa, o zaman qələbə mütləq sənin olacaq. Ən əsası isə həqiqət sənin tərəfində olmalıdır. Həqiqət isə bizim tərəfimizdədir”, – deyə Danilov vurğulayıb.
Ukrayna rəsmisi Melitopolun Ukrayna Silahlı Qüvvələrinin yeni hədəfi olub-olmayacağı sualına cavab verməyib. Onun sözlərinə görə, növbəti hədəf bütün ölkədir.