Yunanıstan vətəndaşlığı olan rus diplomatın oğlu Avstriya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları tərəfindən Vyananın şərqində saxlanılıb.
“AzPolitika.info” xarci mediaya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizlik Departamenti onu Rusiya hərbi kəşfiyyatına casusluq etməkdə şübhəli bilir. Onu 5 ilə qədər həbs cəzası gözləyir. Rus əsilli 39 yaşlı şəxs martın 24-də Vyananın ucqar bölgələrindən birində mənzildə saxlanılıb. O, xüsusilə təhlükəli şübhəli sayıldğına görə həbsində iki xüsusi təyinatlı qrup iştirak edib.
Medianın yazdığına görə, onun mənzilində minalardan təmizləmə zamanı təhlükəsizliyi təmin etmək üçün lazım olan isehkamçı kostyumu və gizli kamera detektoru aşkar edilib.
İstintaq şübhəlinin Vyanada məlumatları ötürmək üçün istifadə etdiyi gizli yerlə müəyyənləşdirə bilib. Saxlanılan zaman onun yanında rus diplomatlar da olub.
Xatırladaq ki, aprel ayında Avstriya Rusiyanın Vyanadakı səfirliyinin üç əməkdaşını və Zalsburqdakı konsulluğun bir əməkdaşını ölkədən çıxarıb. Daha sonra onları diplomat statusu ilə bir araya sığmayan fəaliyətlərdə ittiham edib. Sözügedən deportasiyanın martın sonunda baş verən ifşa əməliyyatı ilə bağlı olub-olmadığı məlum deyil.
Prokurorluq bildirib ki, şübhəli şəxsə Rusiyanın Ukraynaya müdaxiləsinə Avstriyanın necə reaksiya verəcəyini araşdırmaq tapşırığı verilib. Onun Rusiyanın Ukrayanaya 24 fevral hücumundan əvvəl Moskvaya getdiyi bildirilir. Son 4 ildə o, Moskva, Minsk və Tbilisiyə ən azı 65 səfər edib.
Həbs edilən şəxs müxtəlif ölkələrin diplomatları və kəşfiyyatçıları ilə əlaqə saxlayıb. Onun atası da GRU-ya bağlı ola bilər. O, Almaniya və Avstriyada rus diplomatı adı altında işləyib.
Avstriyada nəşr olunan “Kronen Zeitung” qəzeti xatırladır ki, Vyana beynəlxalq casusluq mərkəzi kimi tanınır. Dövlət Təhlükəsizlik Departamentinin hesablamalarına görə, şəhərdə 7000-ə qədər xarici kəşfiyyatçı ola bilər.
Yerli media yazır ki, təqsirləndirilən şəxs Rusiya və Yunanıstanda daşınmaz əmlak alıb. Şübhəli istintaqla əməkdaşlıqdan imtina edib, irəli sürülən ittihamlarla özünü təqsirli bilməyib və məhkəməyə qədər sərbəst buraxılıb.