Ardını oxu...
Bir həftə ərzində iki rusiyalı tanınmış şəxs - deputat Pavel Antov və alim Vladimir Budanov müəmmalı şəkildə vəfat ediblər.

Daha öncə hər iki şəxs açıq şəkildə Vladimir Putini və onun Ukraynadakı işğal siyasətini tənqid ediblər.

Bir sıra iddialara görə, adıçəkilən şəxslər Putinin işğal siyasətini tənqid etdikləri üçün qətlə yetiriliblər.

Xəbərə görə, P. Antov Hindistanın Odişa şəhərində yaşadığı otelin üçüncü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Vladimir Budanovun isə səhhətinin yaxşı olmasına baxmayaraq, cümə günü infarktdan öldüyü bildirilir.
 
Ardını oxu...
Amerikalı iş adamı İlon Mask Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin 2023-cü il üçün proqnozlarını dəyərləndirib.
Tribunainfo.az bu barədə RBC-ya istinadla xəbər verir.

Mask Medvedevin Tvitter səhifəsindəki statusunun altında “Epic thread!” (epik müzakirə) qeydini yazıb (Roskomnadzorun tələbi ilə Rusiya Federasiyasında bu sosial şəbəkə bloklanıb – red.), daha sonra “bir ildən sonra bunu ona xatırlatmağı” xahiş edib.
Medvedevin gələn il üçün proqnozlarının siyahısı on bənddən ibarətdir. Birinci yerdə neftin qiymətinin 150 dollar/barelə, qazın qiymətinin 1000 kubmetr üçün 5 min dollara qalxmasıdır. Daha sonra, siyasətçinin fikrincə, Böyük Britaniyanın Avropa İttifaqına qayıtması mümkündür və bundan sonra Aİ-nin dağılması və avronun “keçmiş Aİ-nin valyutası kimi” istifadəsinin ləğvi mümkündür.
Proqnozların son iki bəndi dünyadakı maliyyə vəziyyətinə aiddir. Paraqrafların birində Medvedev bütün əsas fond bazarlarının və maliyyə fəaliyyətinin ABŞ və Avropadan Asiyaya transferindən yazır. Sonuncu, onuncu bənddə isə siyasət BVF və Dünya Bankının dağılmasını, həmçinin avro və dolların dünya ehtiyat valyutaları kimi rədd edilməsini nəzərdə tutur.
Həmçinin 2023-cü ildə Medvedevin fikrincə, Polşa və Macarıstan Ukraynanın qərb rayonlarını ələ keçirə, Almaniya, Polşa, Baltikyanı ölkələr və s. bazasında Dördüncü Reyx yarada, Fransa ilə Dördüncü Reyx arasında müharibəyə səbəb ola bilər ki, bu da “Polşanın yenidən bölünməsi də daxil olmaqla Avropanın parçalanmasına səbəb ola bilər.
Bundan əlavə, Təhlükəsizlik Şurası rəhbərinin müavininin sözlərinə görə, Şimali İrlandiya Britaniyadan ayrılaraq İrlandiyaya qoşula, Kaliforniya və Texas isə ABŞ-dan ayrıla bilər. Eyni bənddə Medvedev “vətəndaş müharibəsindən sonra respublikaçılara həvalə edilmiş” bəzi ştatlarda ABŞ-da prezident seçkilərində Maskın qələbəsini proqnozlaşdırır.
 
Ardını oxu...
İsrailin Ankaradakı yeni səfiri İrit Lillian çərşənbə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim edib. Bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

Mərasim mətbuata bağlı qapılar arxasında keçirilib.

Daha əvvəl Ankarada İsrailin müvəqqəti işlər vəkili vəzifəsində çalışan Lillian 4 illik fasilədən sonra yəhudi dövlətinin Türkiyədəki ilk səfiri olub. Onun təyinatı oktyabr ayında İsrail hökuməti tərəfindən təsdiqlənib.

Eyni zamanda Türkiyənin Təl-Əvivdəki səfiri də təyin edilib. Diplomatik nümayəndəliyə 2010-2013-cü illərdə Şakir Özkan Torunlar rəhbərlik edib. O, Türkiyənin Qüdsdəki baş konsulu vəzifəsində çalışıb.

Səfirlərin təyin edilməsi və akkreditasiyası ilə Ankara və Təl-Əviv diplomatik münasibətləri tam bərpa ediblər.

Qeyd edək ki, 2018-ci ildə Türkiyə Qəzza zolağı ətrafında yaranmış vəziyyətə görə İsraildəki səfirini geri çağırıb. Eyni zamanda yəhudi dövlətinin səfiri də Ankaranı tərk edib.

Bu ilin avqustunda Ərdoğanla daha sonra İsrailin baş naziri Yair Lapid arasında telefon danışığı olub, nəticədə diplomatik münasibətlərin tam şəkildə bərpası və iki dövlətin səfirlərinin paytaxtlara qayıtması barədə razılıq əldə edilib.
Ardını oxu...

 
Ardını oxu...
Bütün dünya Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a rəsmi səfərini, amerikalı həmkarı Co Baydenlə görüşünü izlədi. Əgər Ukrayna dövlətinin başçısının çıxışını və mühüm görüşlərinin, danışıqlarının nəticələrini xalqımızın ağıllı beyinləri yüksək dəyərləndirsə də, dar düşüncəli insanları vaxtlarını onun geyimini tənqid etməyə sərf etdilər. Sən demə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının görünüşü uyğun deyilmiş.

Zelenskinin timsalında "moda mütəxəssisləri" və "stilistlər"in xoşuna nə gəlməyib? Hərbi üslubda geyim bu səviyyəli səfərlər üçün uyğun deyilmiş. Prezidentin şalvarı onlara idman şalvarını xatırladıb, köynəyi isə yerində olmayıb. Bəziləri yazır ki, idman zallarında idman geyimi, səngərlərdə kamuflyaj, evdə xalat, siyasi məclislərdə isə kostyum-qalstuk olmalıdır. Digərləri isə bu geyim seçimini amerikalı tərəfdaşlara hörmətsizliyin təzahürü kimi qiymətləndirdilər. Hətta hesab edənlər var ki, xaki rənginin özü müharibə aparan dövlətin başçısı üçün olduqca normaldır, lakin bu rəngdə sviter və xaki şalvar deyil, kostyum seçmək lazım idi.

Vətəndaşlar, siz ciddisiniz? İndi gəlin lazımsız emosiyaları atıb, mümkün qədər beynimizi işə salaq və Ukrayna dövlətinin başçısının görünüşünü anlamağa çalışaq. Ukrayna 305 gündür ki, rus qoşununa müqavimət göstərir. Bütün bu müddət ərzində onun Prezidenti ölkəni tərk etmir, xalqa müraciətlər ünvanlayır, cəbhənin ən qaynar nöqtələrinə səfərlər edir, işğaldan azad edilmiş ərazilərin sakinləri ilə görüşür. Tammiqyaslı işğalın ilk günündən etibarən Zelenski 24 fevral 2022-ci ilə qədər bizə tanış olan kostyum və köynəklərini hərbi geyimə dəyişdi. Və bu, təkcə geyim deyil, həm də güclü bir mesajdır. Bəs niyə fürsət düşən kimi bu mesajı beynəlxalq arenada yayımlamayaq?

Ukrayna dövlətinin başçısı ABŞ-a səfəri zamanı hərbi imici ilə dünyaya hansı siqnalları verdi? Mən sadalayım: bizdə çoxlu qurbanlar olan böyük miqyaslı, real müharibə gedir; Putin ordusuna və Kreml rejiminə cəsarətlə qarşı çıxan insanlardan biri olmaqdan qürur duyuram; mən siyasi cəbhənin döyüşçüsüyəm; kostyum və ağ köynək - indi bu, lazım deyil, bu geyimi sadəcə qazanmaq lazımdır. Zelenski bunları deyir – geyimi ilə.



Bilməyənlər üçün: Zelenskini sonuncu dəfə ağ köynək və kostyumda 24 fevral 2022-ci ildə görüblər, ondan sonra isə yalnız “hərbi komissar” görkəmindədir. Bu cür geyim seçimi ondan xəbər verir ki, Ukrayna Prezidenti hətta xarici səfərlər zamanı da ətrafındakı hər kəsə xatırladır: ölkəmiz öz müstəqilliyimizi qoruyuruq, bunun üçün Rusiya ilə hər dəqiqə müharibə aparırıq!

Elə oldu ki, bəzi ukraynalılar nədənsə məzmuna yox, formaya diqqət yetirirlər. Bəs həm Baydenin, həm də Zelenskinin yekun bəyanatları öz sözünü demirmi? Ukrayna Prezidentinin xarici görkəmini tənqid edənlər, siz iki dövlət başçısının nə barədə razılığa gəldiyini heç düşündünüzmü? Bu görüşün nəticələrinin inanın mənə, Ukrayna liderinin hansı paltar geyinməsindən - işgüzar kostyumda və ya hərbi formada – olmasından asılı deyil. Geyim ölkəmizə ABŞ hava hücumundan müdafiə sisteminin “qızıl standartı” olan “Patriot” sistemini almağın yanında kölgədə qalan məsələdir. Bununla Bayden öz mövqeyini açıq şəkildə nümayiş etdirir və deyir: sivil dünya qalib gəlməlidir. Zelenski isə vurğuladı ki, Amerikanın köməyi böyükdür, xüsusən də belə kömək üçün qısa müddətə də olsa, ölkəni tərk edə bilər.

Ən nəhayət: müharibə şəraitində olan ölkədə Prezident xaricə səfərə kostyum geyinmək üçün yox, qələbəmizi yaxınlaşdıracaq məqamlarda razılığa gəlmək üçün gedir. Zelenskinin konkret mesaj daşıyan tamamilə məntiqli və düşünülmüş obrazından yapışmaq vaxt itkisidir. Tənqidləriniz əvəzinə Ukrayna Silahlı Qüvvələrinə ianə vermək daha yaxşıdır, bu siz və ətrafınızdakılar üçün daha faydalı olacaq!

Hamıya sülh və tezliklə Zelenskini köynək- kostyumda görməyi arzulayıram!

Müəllif: Olqa Robeyko
Mənbə: UNİAN
Qeyd: tərcümə AYNA-ya məxsusdur.
Ardını oxu...
Putinin varisi postuna namizədlərin adları açıqlanıb.
Teref.az KONKRET.az-a istinadən xəbər verir ki, politoloq Yevgeni Minçenko Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin 2022-ci ildə öz mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdiyini və bu gün Rusiya prezidenti Vladimir Putinin yerinə əsas namizəd olduğunu bildirib.
“Hələlik əsas senari Putinin 2024-cü ildə seçkilərə getməsi və seçkilərdə qalib gəlməsidir. Təbii ki, fərqli senarini fərz etsək, Medvedev bir nömrəli varis namizəddir”, – ekspert bildirib.
Təsiri artan digər siyasətçilər arasında politoloq, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Moskva meri Sergey Sobyaninin, Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonun adını çəkib.
Lakin o, Medvedevi Vladimir Putinin heç vaxt böyük siyasətdən getməyən ən etibarlı tərəfdaşlarından biri adlandırıb. Ekspertin fikrincə, bunu məhz Medvedyevin Çinlə rabitəçi kimi çıxış etməsi sübut edir.
Minçenko onu da izah edib ki, Medvedev Telegram kanalında yazılar yazmaqla yanaşı, reklam olunmayan, lakin vacib olan çox iş görür. Xüsusilə, o qeyd edib ki, hərbi sənaye kompleksinin yenidən qurulmasını məhz Medvedev müşayiət edir.
 
Ardını oxu...
Bu il media sahəsi fevral ayında prezidentin təsdiqlədiyi “Media haqqında” Qanunun qüvvəyə minməsi ilə yadda qaldı. Daha sonra bu ilin sentyabr ayında fəaliyyətə başlayan Media Reyestri də media orqanları üçün daha bir yük oldu. Bəs Media haqqında yeni qanunun və Media Reyestrinin fəaliyyətə başladığı bu il bu sahədə hansı hadisələrlə yadda qaldı?

Media Hüququ qrupunun rəhbəri Xalid Ağəliyev mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

* * *

Sual: Xalid bəy, Media haqqında qanunun işlədiyi birinci ilin sonuna çatdıq. Bu il ərzində media sahəsində hansı xüsusi əlamətdar hadisələrlə yadda qaldı?

Cavab: Yeni qanun yeni tənzimləmələri nəzərdə tutur. Bu kontekstdə xüsusi dəyişiklik kimi media, jurnalistlərin reyestrinin yaradılmaqda olmasını qeyd etmək olar, bu proses hələ davam edir. Olduqca sərt tənzimləmələr əsasında qurulan reyestrin hansı yer tutacağını indidən dəqiq söyləmək asan deyil. Amma ümumi proses media azadlığı baxımından pozitiv düşüncələrə yer qoymur. Reyestrin formalaşdırılması davam edir, proses başa çatandan sonra hansı addımların atılacağı ümumi mənzərəyə aydınlıq gətirəcək. Reyestrdə olmayanlarla dövlətin necə davranacağı, onların fəaliyyətinə gətiriləcək məhdudiyyətlərin çərçivəsini bəlli edəcək. İndilik bəlli olan odur ki, akreditasiya imkanları reyestrdə olmayanların əlindən alınacaq. Həm də tənzimləyici orqan, yəni, Media Agentliyi reyestrdə olmayanların fəaliyyətinin qanuniliyinə qiymət verilməsi üçün məhkəmələrə müraciət edəcək. Yeni qanun dolaşıq, media azadlığına müdaxilələr üçün kifayət qədər geniş imkanlar yaradan olduğundan bu addım atıla bilər. Atılacaqsa, reyestrdə olmayanların fəaliyyətinin məhdudlaşdırlmasına gediləcəksə, bu, müstəqillik dövründə media azadlığına vurulan ən ağır yara olacaq.

Sual: Bu il Media haqqında qanuna görə hansı media orqanları və ya jurnalistlər zərər gördü?

Cavab: Bu qanunun mürtəce, Avropa Şurası ölçülərinə uyğun olmayan müddəalarının hamısı eyni vaxtda tətbiq edilsəydi, bunun ağırlığını gətirmək mümkün olmazdı. Ona görə, qanun tədricən tətbiq edilməkdədir. Ümumən müstəqil media, jurnalistlər əndişəli bir gözlənti içindədilər. Nə baş verəcəyini, necə fəaliyyət göstərəcəklərini gözləyirlər. Ölkəni tərk edib xaricdən fəaliyyət göstərmək düşüncəsində olanlar da var. Bu məsələlərə reyestr tam formalaşdıqdan və ardınca atılacaq addımlar zamanı tam aydınlıq gələcək. Hazırda reyestrə daxil edilməyən jurnalistlər, medialar var. İşi bilgi toplamaq, yaymaq olan həmin media, jurnalistlər məhkəmə qapılarında qalıblar. Qanun ümumilikdə media mühitinə təsirlər göstərməkdədir, bu da tədricən bütün jurnalistlərə, medialara sirayət edəcək.

Sual: Bu il Media Reyestri də fəaliyyətə başladı. Media Reyestrinin fəaliyyətinin hansı nəticələri oldu?

Cavab: Azərbaycan media mühitinin başlıca problemləri media, jurnalistika ilə bağlı qanunların qabaqcıl standartlara uyğun olmaması, jurnalistləri senzuraya zorlayan tənzimləmələrin mövcudluğu, medianın xeyrinə olan qanunların ümumiyyətlə işləməməsi, medianın maliyyə müstəqilliyini qarantiya altına alan reklam bazarının mövcud olmamasıdır. Media reyestri, yeni qanun kontekstində bu problemlərin heç biri aradan qaldırılmayıb. Yenə də defamasiyaya görə cinayət məsuliyyəti var, həm də bu qanunlar daha sıx işləməyə başlayıb. Media maliyyə baxımından tam olaraq, hökumətin kontrolu altına keçib. Reklam bazarı müstəqil media, jurnalistlər üçün mövcud deyil, bu vəsaitlər hökumətin nəzarətində olan medialara yönəlib. Ümumilikdə hər hansı pozitiv nəticələrdən danışmaq çətindir.

Sual: Media Reyestrinin gətirdiyi qaydalar media orqanlarına necə təsir edib? Qeydiyyatdan keçmiş media orqanlarının hansısa problemləri varmı? Yoxsa, onlar üçün yaşıl işıq yanıb?

Cavab: Agentlik reyestrə daxil edilən, imtina cavabı verilən medialar, jurnalistlər haqda məlumatları açıq tutmur. Cəmiyyət hansı medianın reyestrə daxil edildiyini, kimə imtina cavabı verildiyini görməli, bilməlidir. Ancaq bu ictimai tələbat qarşılanmır. Reyestrə daxil edilən medialar maliyyə baxımından hökumətdən asılıdılar, onlar da bu mövzuda o qədər açıq danışmağa həvəsli deyillər. Ancaq narazılıqlar var, bəzən bizimlə söhbətlərinə bunu açıq ifadə edirlər. Media Agentliyi onlayn medialara maliyyə yardımı edir. Aylıq yardım təxminən, 3 min manat təşkil edir. Yeni qanunvericilik hər medianın üzərinə hər ay azı 400 xəbər, məqalə yaratmaq öhdəliyi qoyur. Bu, çox ağır və mənasız yükdür. Hər ay 3 min manat yardım alan medialar bundan ciddi narazıdır. Onlar haqlı olaraq deyir ki, hər ay 400 material yaratmaq çox nəhəng işdir. Bu işin öhdəsindən gəlmək üçün azı 5-6 nəfərlik jurnalist kollektivi çalışmalıdır. 3 min manata belə kollektiv toplamaq, onun qayğılarını qarşılamaq heç bir halda mümkün deyil. Tanıdığım bir neçə redaktor ümumiyyətlə mediadan çəkilmək istədiklərini ifadə ediblər. İndilik belə problemlər nəzərə çarpmaqdadır. Həm də nəzərə almaq lazımdır ki, belə narazı olan medialar davamlı hökumətin nəzarətində olmuş medialardır.

Sual: Venesiya Komissiyasının qanun ilə bağlı mənfi rəy vermişdi. Buna baxmayaraq qanun qüvvədən düşmədi və fəaliyyətə başladı. Belə olduğu halda qanunun dəyişdirilməsi üçün hansı tələblər ola bilər?

Cavab: Venesiya Komissiyasının mənfi rəyinin işığında yeni qanun məncə, hökuməti hər zaman düşündürür. Rəy verildi, əməl edilmədi, bitdi, formasında yanaşmaq düzgün deyil. Rəy verilibsə, onu nəzərə almaq, Avropa Şurasına üzv olan hər bir ölkənin öhdəliyidir, üzvsənsə, əsas qanunların Şuranın standartlarına uyğun olmalıdır. Standartlara uyğunlaşmayacaqsansa, bu, yekunda Şuraya üzvlük məsələsinin gündəmə gəlməsinə qədər gedib çıxa bilər. Həm də bir neçə gün əvvəl Avropa Şurası Nazirlər Komitəsi Media qanunu ilə bağlı növbəti qətnaməsini elan etdi. Həmin sənəddə açıq yazılıb ki, Azərbaycan Media haqqında qanunu dəyişdirməli, onu Şuranın standartlarına uyğunlaşdırmalıdır. Hazırda qlobal siyasi mühit, şərtlər belə sənədlərin icrasını xeyli yubadır.

Sual: Əgər qanun dəyişdirilməsə medianı, hakimiyyəti və cəmiyyəti nə gözləyir?

Cavab: Mən o ehtimalı təsəvvür etmək istəmirəm, gec-tez bu qanun dəyişdiriləcək. Media, jurnalistika tənzimləmənin 100 yolu yoxdur. Ya qabaqcıl, firavan ölkələrin, bizim də daxil olduğumuz Avropa Şurasının yolunu getməlisiniz, ya da Çin, Rusiya, İranın yolunu. Bu müqayisədə hər şey aydın görünür.
 
Ardını oxu...
Əfqanıstanda ali məktəbdə oxuyan oğlan tələbələr “Taliban”nın qızların universitetlərə buraxılmaması ilə bağlı göstərişinə etiraz olaraq aksiyalar təşkil ediblər.

Belə ki, bu gün Əfqanıstanın Bəlx vilayətində oğlan tələbələr üç universitetdə imtahanları boykot ediblər.

Sosial şəbəkələrdə yayılan görüntülər həmin üç universitetdən biri olan, Məzari-Şərif şəhərində yerləşən Əfqan Pamir Özəl Universitetində çəkilib.

Oxşar aksiyalar Bəlx Dövlət Universitetində və Mövlana Cəlaləddin Məhəmməd Bəlxi adına universitetdə baş tutub.

Xatırladaq ki, daha əvvəl Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatlı dörd səbəb irəli sürərək qadınların universitetlərdə təhsil alması qadağan edib.
 
Ardını oxu...
Terefd.az modern.az-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov növbəti illə bağlı gözləntilərini açıqlayıb.

İlk olaraq infilyasiyadan başlayaq:

• İnfilyasiya davam edəcək. 2023-cü ildə infilyasiyanın artım sürəti azalsa da, 2024-cü ilin ikinci rübünə qədər artım davam edəcək.

• Laboratoriyalarda yetişdirilən ət bəzi ölkələrdə satışa çıxarılacaq.

• Dünya bazarlarında neftin qiymətində dalğalanmalar yenə də olacaq. Amma ortalanma qiymət bu ildəkindən yuxarı olacaq. Müəyyən müddətdə isə 120 dolları ötəcək, hətta 130-a çatma ehtimalı da istisna deyil.

• Qızılın qiymətində artımlar olacaq. Çünki FES-nin bahalı dollar siyasətində yumşalmalara getməsi qızılın qiymətində artımlara səbəb olacaq.

• 2023-də geoiqtisadiyyat dövrü gəlib çatacaq. Çin və Qərbin yeni mübarizə formatına keçməsi diplomatiya, geosiyasət və iqtisadiyyatı mürəkkəb döyüş meydanında birləşdirəcək.

• İnkişaf etməkdə olan dövlətlər, nəhayət, ABŞ, Avropa və Yaponiyanın istədiyi kimi bütün addımları atmayacaq və mövcud dünya nizamını yıxacaqlar.

• Beynəlxalq ticarətdə əməliyyatların 1/3-dən çoxu dollarla aparılır, eyni zamanda dünya valyuta ehtiyatlarının 60%-i dollarda saxlanılır. ABŞ dünyanın əsas ehtiyat valyutasının emitenti kimi qlobal maliyyə sahəsində hegomonluğunu hələ qarşıdakı illərdə də saxlayacaq.

• Çin qlobal ticarətə və siyasətə daha çox təsir göstərməyə çalışacaq. Amma ABŞ-dan başqa Hindistanın da iqtisadi cəhətdən güclənməsi onun problemlərini artıracaq. Eyni zamanda Himalay dağlarında Hindistan-Çin gərginliyinin artma ehtimalı var.

• Dünya ölkələri infilyasiya ilə mübarizəyə görə uçot dərəcələrini kəskin artırmaq siyasətində nisbətən yumşaldılmaya gedəcəklər. Bu da iqtisadiyyatın daralmasının qarşısını almağa kömək edəcək.

• Qlobal ÜDM artımı 1.2% -1.5% ətrafında olacaq.

• ABŞ infilyasiyaya qarşı mübarizəyə görə kredit-monetar siyasətini sərtləşdirdiyi üçün onun iqtisadiyyatının 2023-cü il üçün artım proqnozunu 0,5%-dən çox olmasını gözləmək doğru deyil.
• Çinin 2023-cü ildə iqtisadi artımi 4%-dən yüksək olacaq.

• Rusiya hərbi siyasi arenada olduğu kimi iqtisadi cəhətdən çökməyə davam edəcək. Müharibənin növbəti ilin sonuna qədər davam etmə ehtimalı çox böyükdür.

• Qərbin dəstəyi Ukraynanı qalib edənə qədər Türkiyə beynəlxalq aləmdə nüfuzunu və günü daha artırmağa çalışacaq. Çünki, əks halda Rusiya üzərində istəyinə nail olan Qərb Rusiya- Ukrayna modelini Türkiyə-Yunanıstan münasibətlərinə tətbiq edə bilər.

• İranın parçalanmasını Qərb, ABŞ və Çin istəmir. Qlobal güclər bu dövlətdə rejimin dəyişməsini, iqtidara idarə edə bildikləri qüvvələrin gəlməsini istəyirlər. 2023-cü ildə də bu proses davam edəcək və molla rejimi ciddi islahatlara gedəcək.

• Avropanın iqtisadi həyatında vəziyyət o qədər də yaxşı olmayacaq. Ukraynadan qaçqın axınının və müdafiə xərclərinin artması Avropada dövlət xərclərinin artımına səbəb olacaq. Bu da Avropa ÜDM-nə mənfi təsir edəcək.

• 2023-cü ildə müdafiə xərcləri, bərpa işləri və yaşıl enerji keçidinə investisiyalar artacaq.

• Əvvəlki illərdən fəqli olaraq qloballaşma meylləri azalacaq. Dünya iqtisadiyyatı "müharibə iqtisadiyyatı" rejiminə keçəcək və milli iqtisadi faydalar qloballaşmadan daha önə çıxacaq. Bu da "Qloballaşma ideologiyası"nı sarsıdacaq.

• Ənənəvi enerjinin ekoloji cəhətdən təmiz olmaması, alternativ enerjinin isə həm baha, həm də etibarsız olması dünya iqtisadiyyatının 2023-cü ildə qayğılarından biri olacaq.

• Ümumdünya Səhiyyə Təşkilatı öz mövcudluğunun vacib olmasını göstərmək üçün COV1D-19 pandemiyasının başa çatdığını və təhlükəsiz həyatın başladığını elan etməyəcək. Müddətlər uzaldılacaq.

• Dünyanın bir çox ölkələri dollardan asılılığını azaltmaq üçün yeni ehtiyat valyutadan istifadə etməklə bağlı bircə cəhd göstərəcəklər. Amma bu yaxın bir neçə ildə mümkün olmayacaq.

• Türkiyə dünyanın qlobal qərarları verən 5 ölkəsindən biri olmaq istiqamətində ciddi irəliləyişlər edəcək.

• Regionda Azərbaycan-Türkiyə münasibətləri daha da güclənək, Türk dünyasının vahid inteqrasiyası planları növbəti mərhələyə qədəm qoyacaq.

• İlin sonuna kimi müharibə bitməsə belə özünün köz dövrünü yaşayacaq.
 
Ardını oxu...
“Fransızların bəslədikləri ilan özlərini sancmağa başladı. Artıq hər kəs bu terror təşkilatının əsl üzünü görməlidir”.
Bunları Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

“Terrorçulara kömək etmək və dəstəkləməyin necə problemli olduğunu gördülər. Bunun oxşarı buradan uzaqda oldu. Harada oldu? Parisdə”, – Fransanın paytaxtı Parisdə terror təşkilatının hücumlarına toxunan Akar əlavə edib.

“Müttəfiqlərimiz, bəzi digər dövlətlər müxtəlif səbəblərə görə PKK/YPG terror təşkilatı ilə əməkdaşlığı davam etdirir. Suriya qəbilələri gücü ancaq gücsüz və müdafiəsiz qadınlara çatan PKK/YPG terrorçularına təpki göstərdilər və bölgəni tərk etmələrini istədilər. Biz terror təşkilatına dəstək verənləri, yardım edənlər barədə açıq və qəti şəkildə xəbərdarlıq etdik. Bunların hamısının (terror aktlarının) hamısının və daha çoxunun ola biləcəyini söylədik.

Bu alçaqlarla, terrorçularla əməkdaşlıq etmək olarmı? Bir terrorçu ilə başqa terrorçunun üstünə getmək olarmı? Bu mövzuda əlaqələri davam etdirir, müttəfiqlərimizə yanlışlıqlarını deyirik”, – nazir deyib.


 
Ardını oxu...
İran hökumətinin türk dilinə qadağa qoyduğu sənəd üzə çıxıb.

DİA.AZ xəbər verir ki, türk dilinin fərdi şəkildə yazılı və şifahi öyrənilməsi üçün məzmunların çap edilməsinə dair Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İncəsənət Baş İdarəsinin 4/126/H/M saylı, 23.05.1957 tarixli məktubuna və M/73/211 saylı, 27 iyun 1957-ci il tarixli hesabatının surətinə əsasən, türk dilində kitabların və hər hansı digər nəşrlərin dərc edilməsi qadağandır.

Sənədi Baş idarə rəisi Derəxşənde Zəimi imzalayıb.
 

Dünyapress TV

Xəbər lenti