Ardını oxu...
Azərbaycanın Laçın yoluna nəzarəti qismən bərpa etməsindən Ermənistan qədər, heç şübhəsiz, onun regiondakı simsarı İran da təlaş keçirir. Hər halda, düz iki həftədir o da bu yoldan əvvəlkitək məkrli məqsədlər üçün istifadə edə, ərazi bütövlüyümüz və suverenliyimizi istədiyi kimi poza bilmir. Hərçənd Tehran rəsmiləri riyakarcasına “bölgə ölkələrinin ərazi bütövlüyü bizdən ötrü qırmızı xətdir” deməkdən yorulmurlar.

Hanı bəs? Azərbaycana gələndə niyə “qırmızı cizgi” yaddan çıxır? Axı Laçın yolunda etiraz aksiyasına gətirən səbəblərdən biri də elə iranlı 27 (14+13) təlimatçı-diversantın Qarabağa qanunsuz keçidi olub?! Hansı ki, ekoloji problemlərlə birgə Bakının səbir kasasını daşırdı. Amma görün mollakratiya rejiminin elçiləri nələr danışırlar...

Misal üçün, İran XİN rəsmisi Nasir Kənani, nəhayət Laçın-Xankəndi yolundakı aksiyaya münasibət bildirərkən deyib ki, Laçın dəhlizi ilə bağlı məsələnin Ermənistan və Azərbaycan arasında danışıqlar yolu ilə operativ həllinə ümid edir. Onun sözlərinə görə, İran hər zaman Ermənistan və Azərbaycan arasında mübahisələrin sülh yolu ilə həllini vurğulayır. “10 noyabr 2020-ci il tarixli Üçtərəfli atəşkəs bəyannaməsinin şərtlərinin tam yerinə yetirilməsi iki ölkə arasındakı fikir ayrılıqlarına son verə bilər”, - XİN təmsilçisi bildirib. Kənaniyə görə, regionda sülh və sabitliyin bərqərar olması lüzumsuz gərginliyin aradan qaldırılmasını tələb edir.

Bu sözlərdə, əlbəttə ki, səmimiyyət yoxdur. Ən azı ona görə ki, 10 noyabr sənədinin 9-cu bəndi bilavasitə Zəngəzur dəhlizi barədədir - hansına ki, İran ilk gündən etiraz edir, əngəllər yaradır, İrəvanı məsələdə radikal mövqeyə kökləyir, ona stimul verir. Bu məqsədlə hətta heç bir lüzum olmadığı halda, Qafanda - gələcək dəhlizdən 1-2 km aralıda tələm-tələsik İranın konsulluğu da açılıb.

İkinci yandan, düz üç həftə öncə - dekabrın 3-də Azərbaycan XİN-i 14 iranlı diversantın Laçın yolu ilə Qarabağa qanunsuz keçidilə bağlı İran tərəfinə nota verib. Üstündən 21 gün keçir, amma rəsmi Tehranın cavabı yoxdur. Amma məsələyə İranın Ermənistandakı səfirindən (!) reaksiya gəlib. Əgər buna reaksiya demək mümkünsə...

Belə ki, yerli mediaya müsahibəsində səfir Abbas Badaxşan Zohuri deyib ki, İran vətəndaşlarının Dağlıq Qarabağa səfəri ilə bağlı onlarda mötəbər məlumat yoxdur. “Bu kimi məsələlər Azərbaycan tərəfdən qaldırılıb. İran məsələni araşdırır və məlumatın doğruluğunu aydınlaşdırmağa çalışır” - səfir açıqlayıb.

Əlbəttə ki, yalandır. İran Rusiyaya Ukraynaya əleyhinə zərbə dronları verməsini dandığı kimi, bunu da həyasızcasına boynuna almaq istəmir.

Başqa yandan, “Dağlıq Qarabağ” ifadəsi işlətməklə diplomat İran adından Azərbaycan dövlətinə sayğısızlıq edir. Hərçənd onun sözlərini Tehranın notaya ilk rəsmi reaksiyası da saymaq olar. Ancaq niyə məhz səfir səviyyəsində və niyə məhz İrəvandakı səfir? Bunu Bakıdakı diplomatik nümayəndə edə bilməzdi? Hər necə olmasa, nota Azərbaycandakı səfirliyə təqdim olunmuşdu. Bir də İran hələ də nəyi araşdırır, iki həftəlik zaman bəs eləmədi?

Əlavə edək ki, cibində az qala daşnak bileti gəzdirən şovinist Zohuri çıxışı zamanı növbəti dəfə ermənilərə reverans da edib. İddia edib ki, guya uzun müddətdir Cənubi Qafqazda “İran mədəni irsinin təhrif və məhv olunmasına cəhdlər” edilir. Bununla bağlı o, müvafiq addımların atılmasını zəruri hesab edib. Səfir həmçinin erməni və İran xalqları arasında “zəngin tarixi və mədəni əlaqələri” xüsusi vurğulayıb.

Vaxtilə Şuşadakı Gövhər Ağa məscidini, İrəvandakı Göy məscidi haylarla birləşib farslaşdırmağa çalışan bir ölkənin səfiri təbii ki, daşı bizim bostanımıza atmalıydı. Əks halda, 30 ilik işğal dövründə Qarabağdakı erməni vandallığından, o sırada məscidlərimizin yerlə-yeksan edilməsi, salamat qalanlarda isə donuz saxlanılmasından da bir kəlmə deyərdi İran anti-islam respublikasının İrəvandakı ermənisifət səfiri...

“İran-Ermənistan sərhədi ən təhlükəsiz və dinc sərhədlərdən biridir”.

Bu iddianı isə İran Polisinin Sərhəd Qoşunları Komandanlığının sərhəd və hüquq məsələləri üzrə müavini Yusefi dilə gətirib. O, iki ölkə arasında sərhəd əlaqələrinin yaxşılaşmasının zəruriliyinə toxunaraq bildirib: “Bizim Ermənistanla birgə sərhədlərdə hər hansı xüsusi problem yoxdur, ətraf mühitin və sərhəd çaylarının qorunması üçün xüsusi səylər göstərməliyik”.

Onun sözlərinə görə, narkotik maddələrin qanunsuz dövriyyəsi və sərhəd pozucuları qonşu dövlətlər və Avropa ölkələri üçün təhlükədir. Həmin ölkələrin sərhəd xidməti xüsusi təyinatlı qüvvələr hazırlayaraq sərhəd pozucularının qarşısını alır. Bundan başqa, İranla Ermənistanın Orbeli İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Tehranda isə “İran və Ermənistan əlaqələri və Qarabağdakı son proseslər” adlı toplantı keçirilib. İranlı jurnalist Abed Əkbəri özünün Tvitter hesabında Ermənistanın Orbeli İnstitutunun eksperti Janna Vadyanyanla əməkdaşlıq sazişi imzalamasına dair foto paylaşıb. Bu qədər fakt kifayət etmir ki, İran Ermənistanın “qardaşlaşmasını” etiraf etsin?

DİA.AZ bildirir ki, professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İran həmişə qeyri-səmimi hərəkət edib. Politoloq hesab edir ki, Tehran rejiminin nümayəndələri hətta ən elementar hadisələrdə belə riyakarlıq göstərirlər.

Onun fikrincə, Azərbaycan Xarici İşlər Nazirliyinin 27 İran terror təlimçisinin Xankəndiyə daxil olması haqda notaya İran XİN cavab verməli idi. “Müstəsna hallarda Bakıdakı İran səfirliyi cavab verə bilər. Lakin bu dəfə heç birinin ”tükü tərpənmir" və İrəvanda olan İran səfiri danışır, üstəlik, çaşdırıcı mövqe sərgiləyir. Bu da terrora dəstək verən dövlət üçün təbii haldır. Çünki Tehran ikiüzlülüyə adət edib".

İran XİN rəsmisinin Laçın yolu haqda açıqlamasına gəlincə, Q.Hüseynli qeyd etdi ki, üçtərəfli birgə sənəddə Azərbaycanın qərb rayonlarından Naxçıvana avtomobil və dəmiryol nəzərdə tutulur: “Bundan başqa, Prezident bildirib ki, Laçın yolu hansı statusa malikdirsə, Zəngəzur da elə olmalıdır. İndi yeni yol Laçın dəhlizi adı ilə fəaliyyətdədir, amma Zəngəzur istiqamətində Ermənistan tikinti barədə qərar belə verməyib. Ona görə İran rəsmiləri ağzına gələni danışırlar”.
 

Ardını oxu...
“Laçın yolu ətrafında ortaya çıxan məsələlər Azərbaycan qanunları əsasında həll edilməlidir”.

DİA.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Rusiya ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert İqor Korotçenko deyib.

Ekspert ərazilərimizdəki separatçıların Azərbaycan qanunlarına tabe olmalı olduqlarını bildirib:

“Laçın dəhlizində mövcud vəziyyətin həlli çox sadədir:

Qondarma DQR ərazisində fəaliyyət göstərən bütün mədənlər Azərbaycan şirkətlərinin nəzarətinə verilir;

Mədənlərdə çalışan erməni işçilər Azərbaycan qanunvericiliyinə əsasən işə götürənlərlə əmək müqaviləsi bağlayırlar. Onların əmək haqqı Qarabağda yeganə qanuni ödəniş vasitəsinə çevriləcək manatla verilir;

Qarabağda fəaliyyət göstərən mədən şirkətlərindən alınan bütün vergilər, o cümlədən Azərbaycanın Vergi Məcəlləsi ilə müəyyən edilmiş erməni işçilərdən alınan vergilər və ayırmalar Azərbaycanın büdcəsinə köçürülür;

Separatçıların mövcud olduqları ərazilərdə təbii sərvətlərin işlənməsi və çıxarılması sahələri Azərbaycan Daxili İşlər Nazirliyinin qüvvələri tərəfindən mühafizə altına alınmaqla Azərbaycanın mədənçıxarma müəssisələrinin fəaliyyəti üçün zəruri təhlükəsizlik rejimi təmin edilir.

Xarici audit və hüquq şirkətlərinin cəlb edilməsi ilə Ermənistan büdcəsindən müvafiq kompensasiya ödənilməklə Azərbaycana dəymiş ekoloji və iqtisadi zərərin məbləği müəyyən edilir”.

Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronla telefon danışığında Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını qeyd edib.

“Report” xəbər verir ki, Emmanuel Makron Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
 
Ardını oxu...
Dost və qardaş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edirik. Azərbaycan Prezidenti hər zaman öz hümanistliyi‚​ nəcibliyi‚ yüksək dünya görüşü və dərin intellekti‚ parlaq zəkası və güclü Diplomatik bacarığı ilə bütün dünyada özünəməxsus yer tutmuş bir prezidentdir və bütün dünyada yüksək nüfuza və dərin hörmətə malik‚ sayılıb seçilən dövlət başçılarındandır. Azərbaycanın Avropa və Qərb ölkəkələri ilə ortaq enerji layihələrinin reallaşması və Azərbaycan iqtisadiyyatının yüksələn xəttlə‚ sürətlə inkişaf etməsi Prezident İlham Əliyevin zəngin Diplomatiyasının‚ parlaq daxili və xarici siyasətinin nəticəsidir. Prezident İlham Əliyev güclü Diplomat‚ praqmatik siyasətçi olmaqla bərabər güclü iqtisadçıdır. Bölgənin bütün nəhəng iqtisadi və enerji layihələrinin müəllifi və təşəbbüskarı məhz cənab İlham Əliyevdir. Qafqazda və Türk dünyasında heçbir layihə Azərbaycansız və İlham Əliyevsiz reallaşa və heçbir addım İlham Əliyevsiz atıla bilməz. Cənab İlham Əliyev nəinki öz ölkəsinin və xalqının‚ hətta bütün bölgənin təhlükəsizliyi və əmin-amanlığı üçün əzmlə çalışmaqda‚ bölgədə və bütün dünyada sülhə əmin-amanlığa öz töhvəsini verməkdədir. Hazırda Prezident İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycan iqtisadiyyatını daha da dayanıqlı edir və sürətli inkişafı təmin etməklə‚ Azərbaycanın gələcəyi üçün daha da yüksək uğurlar və böyük nailiyyətlər yaradır.
Azərbaycan prezidentinin parlaq siyasəti hərbi sahədə də öz töhvəsini verib. Azərbaycan ordusunun 44 günlük müharibədə işğalçı Ermənistan üzərində qələbə qazanmasında prezident İlham Əliyevin ordu quruculuğu siyasəti əhəmiyyət kəsb etdi. Və məhz bunun nəticəsidir ki‚ 2020-ci ilin 44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycan ordusu Ermənistan ordusu üzərində analoqu olmayan qələbə qazanmışdır. Hazırda məhz Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda güclü xalq-iqtidar və xalq-dövlət birliyi mövcuddur. Prezident İlham Əliyevə olan ümumxalq sevgisi və rəğbəti bütün Azərbaycan xalqını Azərbaycan dövlətinin və iqtidarının ətrafında sıx birləşdirmişdir. Təkcə Azərbaycan daxilində yox‚ Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda yaşayan Azərbaycanlıların və həmçinin Arazın Cənubundakı bütün Güney Azərbaycanlıların cəm halda İlham Əliyevə böyük sevgisi vardır. 2020-ci ilin 44 günlük Qarabağ müharibəsində bu‚ açıq-aşkar göründü. Hazırda dünyanın hər yerində prezident İlham Əliyevə böyük sayqı və ehtiram vardır. Bunun da səbəbi‚ İlham Əliyevin müdrikliyi‚ hümanistliyi‚ yüksək insanpərvərliyi və öz siyasi xəttində ali və insani dəyərləri rəhbər tutmasıdır. Əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan tolerantlıq və multikultural siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdə və bu ali dəyərlər daha da inkişaf etdirilməkdədir.​ Azərbaycan daxilində yaşayan bütün etnik xalqlar və müxtəlif dini inanclar bir-biri ilə qardaşlıq və doğmalıq şəraitində yaşayır və günü gündə də qardaşlaşmaqda və doğmalaşmaqdadır. Məhz İlham Əliyevin tolerantlıq və multikultural siyasəti Azərbaycanı dünyada ən nümunəvi ölkələr sırasına yüksəltmişdir. Hazırda Azərbaycanda yaşayan və Azərbaycandan xaricə və İsrailə köçmüş bütün Yəhudilər‚​ hər zaman prezident İlham Əliyevə sonsuz sevgi və rəğbət bəsləyir. İsraildəki‚ Avropa və ABŞ-dakı‚ eləcə də Rusiyadakı azərbaycanlı-Yəhudi icması cənab İlham Əliyevə böyük hörmət və ehtiram bəsləyir.​ Prezident İlham Əliyevin yüksək insanpərvərliyi və nəcib insani​ keyfiyyətlərə malik olması onu bir lider və​ bir şəxsiyyət olaraq hər zaman nəinki Azərbaycan daxilində‚ hətta bütün dünyada sevdiririr. Yəhudi xalqı da hər zaman cənab İlham Əliyevi özünün ən yaxın dostu hesab edir.
Azərbaycan hal-hazırda dünya birliyində çox önəmli və əhəmiyyətli yerə malikdir. Dünyanın ən önəmli yüksək çəkiyə malik zirvə görüşlərində Azərbaycan Prezidenti xüsusi hömətlə qarşılanır. Bu‚ cənab İlham Əliyevin uğurlu siyasəti və parlaq strategiyaları nəticəsində Azərbaycanın daha da güclənməsi və inkişaf etməsi nəticəsindədir.​
Azərbaycanın İsraildə Səfirlik açması da prezident İlham Əliyevin tarixə qızıl hərflərlə yazılacaq uğurlu Diplomatik addımıdır. Cənab İlham Əliyevin tolerant siyasəti‚ uğurlu strateji addımları nəticəsində Yəhudi xalqı ilə Azərbaycan xalqının hələ minillərə dayanan dostluğu və qardaşlığı‚ Azərbaycan və İsrail dövlətinin dostluğu daha da da inkişaf edəcək və daha da möhkəmlənəcəkdir.
Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir‚ uzun ömür və can sağlığı arzu edirik.



İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi
Teref.az
 
 

Ardını oxu...
Zelenskinin bu ölkəni Rusiyanın Ukraynaya qarşı genosid müharibəsinin müttəfiqi adlandırması İranın "xoşuna gəlməyib".

İran Xarici işlər Nazirliyində Prezident Volodimir Zelenskinin ABŞ Konqresindəki çıxışından narazı qalıblar, çünki o, İranın və Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədəki ittifaqını dayandırmağa çağırıb.

Bu barədə İran XİN bəyanatında deyilir («UNİAN»).

Xüsusilə, İran XİN nümayəndəsi Nasser Kanaani İslam Respublikasına qarşı ABŞ Konqresinin iclasında edilən «kobud iradı və ittihamları» pisləyib. Kanaani deyib ki, dron məsələsində İran dəfələrlə «əsassız ittihamlara» reaksiya verib və yenidən qeyd edib ki, «İran İslam Respublikası Ukraynaya qarşı müharibədə heç bir tərəfi heç bir silahla təmin etməyib».

O, bəyan edib ki, İran həmişə bütün ölkələrin ərazi bütövlüyünü, o cümlədən, Ukraynanın ərazi bütövlüyünü qeyd edib və Zelenski bilməlidir ki, İranın strateji səbri belə əsassız ittihamlara qarşı sonsuz deyil.
 
Ardını oxu...
Kremlin “dost” hesab etdiyi Çin faktiki olaraq Rusiyaya köməkdən və onu texnologiya ilə təmin etməkdən imtina edir. Bununla yanaşı, Pekin Moskvadan nefti 30% endirimlə satmağı tələb edir.

Axar.az xəbər verir ki, bu sözləri amerikalı diplomat Maykl Makfol deyib.

O bildirib ki, Çin Rusiyaya qarşı sanksiyaları qeyri-ictimai şəkildə dəstəkləyir və Kremlə texnologiya verməkdən imtina edir:

“Onlar çox sakitdirlər, Putinə yardım etmirlər. Texnologiyadan danışırıqsa, bu, olduqca vacibdir. Çünki çinlilərdə texnologiya var, lakin onu vermirlər. Əgər Rusiyanın belə müttəfiqləri varsa, düşünürəm ki, Kreml dünyadakı mövqelərinə yenidən baxmalıdır”.
 
Ardını oxu...
Ukrayna avropalı siyasətçilərin Rusiya üçün “təhlükəsizlik təminatları” ilə bağlı “dinc” təşəbbüs və ideyalarına əhəmiyyət verməməlidir

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qarşı müharibə başa çatdıqdan sonra Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsi ideyasını təbliğ etməyə davam edir. Xüsusilə, dekabrın əvvəlində o, NATO-nun genişlənməsinə dair təminatları xatırladıb. Və bu yaxınlarda o, dedi: “Rusiya Federasiyası Qərbdən belə təhlükəsizlik zəmanəti almasa, yeni müharibə bütün Avropa qitəsini bürüyəcək”.

Bu cür ritorika heç də təəccüblü deyil, nəzərə alsaq ki, bəzi Avropa ölkələrində - Fransa və Almaniyada - vəziyyətlə bağlı təsəvvür 24 fevraldan əvvəlki ilə müqayisədə xeyli dəyişsə də, əhalinin böyük bir hissəsi hələ də bu siyasətin tərəfdarıdır. "Nə bahasına olursa olsun, sülh." Onlar ilk növbədə öz maraqlarını müdafiə edirlər: işığın, benzinin, qidanın qiymətlərini. Yəni mağazalarda qiymətləri görürlər, amma baş verənlərin mahiyyətini anlamırlar. Nisbətən desək, “hər şey o qədər də sadə deyil” tezisinin tərəfdarlarıdırlar. Və insaf naminə qeyd etmək lazımdır ki, belə mənzərə Ukrayna vətəndaşlarının müəyyən kateqoriyalarına da xasdır...

Əlavə faktor kimi Rusiya mediasının Avropada uzun illər apardığı təbliğatdır. İndi onlar bloklanandan sonra Rusiya başqa bir aktivə - bütün dünyada "konservlərin" aktivləşdirilməsinə keçib. Kreml həmişə təbliğata, siyasətçilərə və ictimai rəy liderlərinə rüşvət verməyə böyük diqqət yetirib. Fevralın 24-dən sonra bu səylər daha da gücləndi. Cəbhədə Rusiyanın vəziyyəti nə qədər ağırlaşırsa, bir o qədər “sülhpərvər” bəyanatlar, yazılar, təkliflər görmək olar.

Fransaya gəlincə, o, tarixən çoxdan rusofil olub. Və bu mövqe 2014-cü ildən sonra da dəyişməyib. Yadınızda saxlayın ki, tam miqyaslı müharibə başlayandan sonra nə qədər fransız Putin tərəfdarı Marin Le Peni dəstəklədi, baxmayaraq ki, o, sülh, Putinlə münasibətlər, onun üzünü xilas etmək və s. var. Yaxud Boris Consonun son vaxta qədər Putinin hücum edəcəyinə inanmayan Makronun mövqeyindən danışdığını xatırlayın. Şols da çox uzun müddət idi ki, iqtisadiyyatla məşğul olmaq və ukraynalıların ruslar tərəfindən necə "tez və ağrısız" öldürüləcəyinə göz yummaq lazım olduğuna inanırdı...

Ona görə də Makron, Şols və digərlərinin açıqlamaları bizim üçün deyil. Onlar öz oyunları üçün çalışırlar. Onlar siyasətçidirlər və elə illüziya yaradırlar ki, haradasa nəyəsə razılaşırlar, haradasa nəyəsə nail ola bilirlər - əhalinin o qədər də yaxşı başa düşməyəcəyinə və hər şeyin yaxşı olacağına arxalanaraq. Yəni siyasətçilərin bir vəzifəsi var - öz reytinqlərini yüksəltmək və yenidən seçilmək. Bunun üçün yoxlanılması mümkün olmayan və sonra unudulacaq hər hansı bir ifadə işlədəcəklər.

İnsan psixikası elə işləyir ki, insan inanmaq istədiyinə inanır. Bir tərəfdən, eyni Makron və Şols birbaşa Putinlə əlaqə saxlayır. Ona görə də onların sözləri o baxımdan həqiqət kimi qəbul edilir ki, Rusiya diktatoru doğrudanmı Avropa ölkələrinin liderlərini belə açıq şəkildə aldatmağa hazırlaşır. Digər tərəfdən, bizim aşağılığımızın eyni Makron və ya Şolsun bəzi ukraynalılar üçün daxili siyasətçilərdən daha nüfuzlu görünməsinə səbəb olması utancvericidir.

Ancaq buna rusların məharətlə istifadə etdiyi tənqidi düşüncənin olmaması da təsir edir. Məsələn, ağır texnikanın düşmən tərəfindən Zaporojye AES-dən çıxarılması ilə bağlı iddia edilən razılaşmalar nağılı kimi...

Bu atom elektrik stansiyası Avropanın ən böyüyüdür. O, Ukrayna enerjisinin 20 faizini əhatə edir. Ukraynanın kritik infrastrukturunu vurmağa başlayan ruslar tərəfindən son atəş səbəbindən indi ölkənin yarısı elektriksiz qalıb. Buna görə də başa düşmək üçün sadəcə beyinləri işə salmaq lazımdır ki, belə bir şəraitdə rus qoşunlarının Zaporojye AES-dən çıxarılması və stansiyanın MAQATE-nin nəzarətinə verilməsi ilə bağlı bütün deyilənlər heç bir əhəmiyyət kəsb etmir. Ruslar AES-i verəcəklər ki, elektrik problemimizin böyük hissəsi həll edilsin? Yaxşı, burada məntiq haradadır?

Odur ki, avropalı siyasətçilərin Rusiya üçün “təhlükəsizlik təminatları” ilə bağlı “dinc” təşəbbüs və ideyalarına qayıdaraq, ukraynalılar onlara o qədər də əhəmiyyət verməməlidir. Bəli, biz Ukrayna mərkəzliliyindən bezmişik və hər şeyi bu prizmadan dərk edirik. Amma Avropa cəmiyyətləri üçün bizim tariximiz başqadır. Ona görə də düşünməyə dəyər: Avropa siyasətçilərinin yuxarıda qeyd etdiyimiz bəyanatları öz elektoratında müharibənin bitmək üzrə olduğu illüziyasını yaratsa, sakitcə bunu edəcəklər.

Müəllf: Maksim Yali - Ukrayna Siyasi Elmlər Akademiyasının müxbir üzvü

Mənbə: UNİAN

Qeyd: tərcümə AYNA-ya məxsusdur
 
 

Ardını oxu...
Stalinin nəticəsi Selim Bensaad Rusiya Prezidenti Vladimir Putinə «qırmızı» diktatorun imicini bərpa etmək təklifi ilə müraciət edib.

Bu barədə Rusiya KİV-i yazır.

Bensaad təsdiqləyir ki, Stalinin əleyhinə «informasiya müharibəsi», «yadlaşdırma» «qanlı diktator» obrazı yaradılması təşkil olunub.

Bu kampaniyanın təşkilində və eləcə də «banderovçuların» reabilitasiyasında o, Nikita Xruşovu günahlandırıb.

Buna qədər Rusiyada Stalinin meyitinin Mavzoleyə qaytarılmasını təklif ediblər.
 
Ardını oxu...
Ukrayna XİN başçısı Dmitri Kuleba bəyan edir ki, Ukrayna Rusiyanın BMT Təhlükəsizlik Şurasında olmasının qanunsuz olduğunu sübut etməyə hazırlaşır.

Rusiya bir çox illərdir ki, BMT-ni zəhərləyir, bu, heç kim üçün sirr deyil. Eləcə də o, bütün beynəlxalq təşkilatları zəhərləyir - hansılara üzvdürsə.

“Rusiya BMT Təhlükəsizlik Şurasında daimi üzv yerini lazımi əsaslar olmadan və aşkar fırıldaqçı sxem əsasında tutur - bu, fırıldaq 31 il əvvəl baş tutub. Ukrayna hazırda hazırlaşır ki, rəsmi addımlara Rusiyanın BMT TŞ-da olmasının qeyri-qanuniliyini sübut etsin və onun bu yeri itirməsi üçün siyasi prosesin işə salınmasına nail olsun, bu, həddindən artıq mürəkkəb proses olacaq» - Kuleba onlayn-brifinq zamanı deyib («UNİAN»).

XİN başçısı əlavə edib ki, Ukrayna beynəlxalq hüquqa əməl olunmasını israr edəcək, Rusiyanın nəfinə olaraq, «intriqa və fırıldaqların» saxlanmasına yox.
 
 
 
Ardını oxu...
Mixeil Saakaşvili cümə axşamı, dekabrın 22-də məhkəmə iclası zamanı Ukrayna dilinə keçib, amma hakim qaydalara əməl olunmasını və gürcücə danışmağı tələb edib.

Bu barədə «Gürcüstan xələrləri» nəşri yazıb («UNİAN»).

Belə ki, Saakaşvili bəyan edib ki, hazırda onun yalnız Ukrayna vətəndaşlığı var, ona görə də o, Ukrayna dilində danışacaq.

«Cənab Mixeil, qaydalara əməl edin və gürcücə danışın» - hakim əmr edib, amma Saakaşvili yenə də Ukrayna vətəndaşlığına işarə edib.
 

Dünyapress TV

Xəbər lenti