“Blokada”da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?”“Blokada”da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?” facebook sharing buttontwitter sharing buttonwhatsapp sharing buttonsmartbee sharing button
Azərbaycan Xarici İşlər Nazirliyi Estoniya XİN-i pisləyib. Bu barədə Azərbaycan XİN “Twitter”də bildirib.
“Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırması qəbuledilməz hesab edirik. Görünür, bu, qeyri-qanuni iqtisadi fəaliyyəti insanların iztirabları ilə bağlı iddialarla ört-basdır etmək, qanunsuz hərəkətlərə qarşı fəaliyyəti qabaqlamaq üçün yeni bir tendensiyadır. “Blokada”da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?”, – XİN qeyd edib.