Fransaya qarşı 8 təklifimiz -
Beynəlxalq hüquq üzrə ekspertdən erməniləri məyus edəcək maraqlı açıqlama
Noyabrın 15-də üzvlərinin mütləq əksəriyyəti erməni lobbisinə satılmış Fransa Senatı öz tarixində növbəti rüsvayçı sənədə səs verdi. Beynəlxalq hüquqa kobud şəkildə sayğısızlıq edərək, Azərbaycan əleyhinə daha bir riyakar, real faktlara və gerçəkliyə deyil, hüquqi, tarixi əsası olmayan, başdan-ayağa erməni yalanlarına əsaslanan fitnəkar qətnamə qəbul elədi. 1993-cü ildə Fransa ilə imzalanan ikitərəfli sülh müqaviləsini ayaqaltı edərək ərazi bütövlüyümüzü şübhə altına qoydu.

Amma hələ ki, Fransa prezidenti Emmanuel Makron öz imzası ilə onu təsdiqləməyib. Təsdiqləyəcəkmi? Makronun nə qədər vaxtı qalıb qərar vermək üçün? Prosedur necədir? Bəs Fransanın pisliyinə Azərbaycanın reaksiyası necə, adekvatdırmı? Ümumiyyətlə Fransanın Azərbaycana qarşı təxribatlarını necə durdurmalı? Bu xüsusda Fransaya qarşı Milli Məclisin hökumətə etdiyi təkliflərdən hansıları həyata keçirilə bilər?

Həmin təkliflər aşağıdakılardır:

* Fransa hökuməti tərəfindən bitərəflik təminatı verilməyənədək onun Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi ilə bağlı təşəbbüs və fəaliyyətlərdə iştirakına imkan verilməməsi, bu məsələlər barəsində Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması.

* Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivlərinin aşkar edildiyi təqdirdə onların dondurulması.

* Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi.

* Fransa şirkətlərinin Azərbaycan tərəfi ilə enerji sektorunda əməkdaşlığına yenidən baxılması.

* Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi və iqtisadi münasibətlərə yenidən baxılması.

* Qoşulmama Hərəkatının sədri kimi, Fransanın müstəmləkəçilik siyasəti, insanlıq əleyhinə cinayətləri və hərbi cinayətləri ilə bağlı məsələlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması.

* Fransanın islamofobiya siyasəti məsələsinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində gündəliyə çıxarılması.

* Fransanın türkofobiya siyasəti məsələsinin Türk Dövlətləri Təşkilatı çərçivəsində gündəliyə çıxarılması.

Daha bir detal: Prezident Makronun xələfi nə vaxtsa bu sənədləri, o cümlədən qondarma “atsax”ın tanınması haqda olan 25 noyabr 2020-cil qətnaməsini təsdiqləmək hüququna malikdirmi?

Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev “Yeni Müsavat”a bildirdi ki, Senatın Azərbaycana qarşı qəbul etdiyi qətnamənin Fransa Prezidenti tərəfindən imzalanmasına ehtiyac yoxdur. Çünki qanun mahiyyətində olan, qanun layihəsi sayılan sənədləri ölkə prezidentinin və ya baş nazirin təsdiq eləməsi tələb olunur: “Senatın qəbul etdiyi qətnamə qanun mahiyyətində olan sənəd deyil, qanun layihəsi də deyil. Bu, sadəcə direktiv kimi siyasi bəyanat, tövsiyə xarakterli hüquqi qüvvəsi olmayan bir sənəddir. Odur ki, bu qəbildən olan sənədlərin Prezident və ya hökumət başçısı tərəfindən imzalanması proseduru, tələbi yoxdur. Qanun mahiyyəti daşıyan sənədləri isə Fransa parlamentinin hər iki qanadı qəbul eləməlidir. Fransada həm Milli Məclis var, həm də Senat. Əgər bu qanun mahiyyəti daşıyan sənəd olsaydı onların hər ikisində səsvermədən keçərdi, qəbul olunardı və bundan sonra təsdiq üçün prezidentə təqdim olunardı. Bütün bunlar da olmadığı üçün Senatın qəbul etdiyi o sənədin hüquqi qüvvəsi yoxdur. Bu, sadəcə, bir çağırışdır, siyasi bir sənəddir, hüquqi sənəd deyil, hüquqi nəticələr yaratmayan bir sənəddir. Hökumət oradakı çağırışlara əməl edə də bilər, etməyə də bilər. Senatın hökumətə etimadsızlıq göstərməsi də Fransa qanunvericiliyində əksini tapmır. Hökumətə etimadsızlıq üçün Milli Məclisin rəyi - razılığı olmalıdır”.

Fərhad Mehdiyev qeyd etdi ki, Azərbaycan dövlətinin Fransa Senatının qəbul etdiyi sənədə reaksiyası, cavab addımları istiqamətində Milli Məclisin hökumətə tövsiyələri adekvatdır və düzgündür: “Azərbaycanın əsas məsələsi 10 noyabr üçtərəfli bəyanatının bütün bəndlərinin icra edilməsinə nail olmaqdır. Gündəmdə iki əsas məsələ var. Biri Qarabağdakı erməni silahlı birləşmələrinin tərksilah edilib bölgədən çıxarılması, ikincisi isə Şərqi Zəngəzurdan Naxçıvana gedən xəttin açılması. Bu iki məsələdə konkret nəticə əldə olunmağa çalışılır. Fransanın və Ermənistanın istədiyi isə bunun qarşısını almaqdır.

Azərbaycan Milli Məclisinin Azərbaycan hökumətinə verdiyi təkliflərdə nəzərdə tutulan məsələlər isə Fransaya adekvat cavabdır. Orada qeyd olunan məsələlərin demək olar ki, hər birini Azərbaycan istəsə həyata keçirə bilər. Lakin hətta Milli Məclisin bu cür tövsiyə xarakterli sənəd qəbul etməsinin özü Azərbaycanın Fransaya qarşı addımlar atmaq üçün əlində kifayət qədər arqmentlərinin və faktlarının olduğunu göstərir. Bununla Bakı Parisə çatdırmış oldu ki, Azərbaycana qarşı Fransanın davranışından çox ciddi şəkildə narazıdır. İqtisadi münasibətləri dayandırmaq barədə düşünmək lazımdır. Amma məsələn, səfirimizin məsləhətləşmələr üçün geri çağırılmasına bu gün getmək olar. Həmçinin Azərbaycan sədri olduğu Qoşulmama Hərəkatında Fransanın zaman-zaman dünyanın müxtəlif xalqlarına qarşı həyata keçirdiyi qətliamlara münasibət bildirilməsi kimi məsələləri də rəsmi şəkildə qaldıra, müzakirələrə bu istiqamətdə sənəd təqdim eləyə bilər. Türk Dövlətləri Təşkilatında da eyni məsələləri qaldıra və burada xüsusi sənədin qəbuluna da nail olmaq asandır. Eyni zamanda Fransanın Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətləri, xüsusən də “Total”şirkətinin həyata keçirdiyi fəaliyyət, onların öz öhdəliklərini necə yerinə yetirdikləri məsələsinə baxmaq mümkündür".

Ekspert vurğuladı ki, Fransa Azərbaycanın yaxın qonşuluğunda yerləşən İranın təzyiqlərinə necə sərt reaksiya verdiyini unutmamalıdır: “İran Azərbaycana təzyiq üçün Ermənistanı dəstəkləmək istədi. Amma Azərbaycanın reaksiyası İranın gözlədiyindən sərt oldu. İranın Azərbaycana və Ermənistana təsir vasitələri Fransanın təsir vasitələrindən daha çoxdur. Fransa düşünsün ki, İrana bu cür reaksiya göstərən dövlət Fransaya necə reaksiya göstərər. Ona görə də Fransanın istər indiki rəhbərliyi, istərsə də bundan sonra gələcək rəhbərləri bu məqamları nəzərə almalıdırlar”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!
17 Aprel 2025 Anar Əlizadəyə Serbiya pasportunu kim və niyə verdi: Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir - SENSASİYA
17 Aprel 2025 Medvedev şirkətlərindən 8 milyard qazandı, pulu "gizli bağ evi"nə xərclədi
17 Aprel 2025 Paşinyanın Çingiz xan travması - Parlamentdə Monqol xaqanının adını buna görə çəkibmiş…
16 Aprel 2025 İran ABŞ-la danışıqlara hazırdır – “Uran zənginləşdirmə prinsipindən geri dönməyəcəyik”
16 Aprel 2025 Narazı ermənilər küçələrə çıxdılar: “Qarabağ klanı” Paşinyanı devirmək istəyində
16 Aprel 2025 İranın parçalanması planında inanılmaz detal – Hədəf başqadır

Dünyapress TV

Xəbər lenti