ABŞ-ın keçmiş prezidenti Donald Trampın Mar-a-Laqodakı malikanəsində aparılan axtarışlar siyasətçinin xeyrinə olub.
Belə ki, FTB-nin reydi Ağ Evin keçmiş rəhbərinin Respublikaçılar Partiyasının sıralarında mövqeyini yaxşılaşdırıb.
Respublikaçı tərəfdarların 57%-i Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyi təqdirdə ona səs verməyə hazır olduqlarını bildirib. Yalnız 17%-i isə onun partiya daxilində əsas rəqibi Florida ştatının qubernatoru Ron DeSantisi dəstəkləməyə qərar verib.
Halbuki bir ay öncə bu qərəmlər müvafiq olaraq 53% və 23% olub.
Latviyada iş və ictimai yerlərdə rus dilinin istifadəsini məhdudlaşdıran qanun hazırlanır. Bu barədə ölkənin ədliyyə naziri Yanis Bordans məlumat verib.
“Məhsulların satışı və ya xidmətlərin göstərilməsi zamanı dövlət dili ilə yanaşı, Avropa İttifaqı ölkələri xaric, digər ölkə dilinin istifadəsinə qadağa qoyulmalıdır”, - deyə nazir bildirib.
O, rus dilinin telefon və bank mesajlarından da çıxarılacağınıistisna etməyib.
Bordans qeyd edib ki, yaxın vaxtlarda belə bir qanun hökuməti formalaşdıran partiyalara, sonra isə Latviya Seyminə təqdim ediləcək.
Ukrayna istənilən silahın köməyi ilə öz ərazilərini rus işğalçılarından azad edə bilər.
Bunu Ukrayna prezidentinin dəftərxana rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində yazıb.
“Krım da Donetsk və ya Xerson kimi Rusiya Federasiyasının bir hissəsi deyil. Zaporojye AES Rusiyanın obyekti deyil, Ukraynanın atom elektrik stansiyasıdır.
Rusiya yad bir ölkə ərazisinə müharibə ilə gəlmiş işğalçı və qatildir. Ukraynanın öz ərazilərini istənilən silahın köməyi ilə azad etmək üçün hər cür hüquqi əsası var”, - Podolyak qeyd edib.
Pekin ABŞ-ı ölkənin daxili işlərinə qarışmağı dayandırmağa və “Vahid Çin” siyasətinə riayət etməyə çağırır.
“Report” xəbər verir ki, bu barədə Çin hökumətinin Koreya yarımadası üzrə xüsusi nümayəndəsi Lyu Syaomin tvitter səhifəsində yazıb.
“Bu, odla oynamaq kimi çox təhlükəli bir hərəkətdir. Odla oynayanlar isə ondan öləcəklər. Biz aidiyyəti ölkələri “Vahid Çin” siyasətinə riayət etməyə, Tayvanla bağlı məsələləri düzgün həll etməyə və Pekinin daxili işlərinə qarışmağı dayandırmağa çağırırıq”, - Çin rəsmisi qeyd edib.
O, həmçinin qeyd edib ki, Çinin yenidən birləşməsinə mane olmağa çalışan hər kəs ölkədə 1,4 milyarddan çox insanın əli ilə hörülmüş “böyük polad divar”la üzləşəcək.
Qeyd edək ki, ABŞ Konqresinin nümayəndə heyətinin Tayvana iki günlük səfəri başlayıb. Senator Ed Markinin başçılıq etdiyi nümayəndə heyətinə konqresmen Con Qaramendi, Alan Louental, Don Bayer və Amata Radevagen daxildir.
ABŞ hökuməti Əfqanıstanda qadın və qızların hüquqlarını dəstəkləmək, təhsil imkanlarını genişləndirmək və ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq üçün 150 milyon dollar ayıracaq.
Bu barədə şənbə günü Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays “Twitter” səhifəsində məlumat verib.
“Birləşmiş Ştatlar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə Əfqanıstana göstərilən dəstəyi genişləndirir və ərzaq təhlükəsizliyi problemlərinin həlli üçün 80 milyon dollar, əfqan uşaqlarının təhsil hüquqlarını dəstəkləmək üçün 40 milyon dollar, qadın və qızların ictimai həyatda iştirakını artırmaq üçün 30 milyon dollar ayrıldığını elan edir”, - Prays qeyd edib.
ABŞ Beynəlxalq İnkişaf Agentliyindən bildirilib ki, bu vəsaitlər BMT bazasında fəaliyyət göstərən müvafiq fondlar və təşkilatlar vasitəsilə bölüşdürüləcək.
Tayvan həmişə ABŞ-Çin münasibətlərində ən mübahisəli məsələ olub.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Sülh İnstitutunun eksperti Endryu Skobell "TRT Haber"ə açıqlamasında deyib.
"Niyə indi həddindən artıq həssasdır? Çünki Tayvan ABŞ və Çin arasında artan qlobal güc mübarizəsinin sıfır nöqtəsidir. Çindən 150 kilometr aralıda yerləşən Tayvan ətrafında gərginlik bütün ölkələri narahat edir. Gərginlik texnologiyada qlobal təchizat zəncirinə təsir göstərir. Bütün ölkələr ABŞ ilə Çinin yetkin insanlar kimi davranacağına ümid edir.
Yaxşı xəbər odur ki, heç bir ölkə müharibə istəmir. Pis xəbər isə iki ordunun bölgədə yaxınlığını nəzərə alsaq, dənizdə, su altında və ya havada münaqişə mümkündür.
ABŞ və Çin arasında Tayvanla bağlı artan gərginliyin Sakit okean hövzəsində güc mübarizəsi formasında davam edəcəyi ehtimalı yüksək hesab olunur", - Skobell bildirib.
Çin Rusiya Federasiyasının təleyi barədə Amerika Birləşmiş Ştatları ilə razılığa gəlib.
Bu barədə rusiyalı hüquq müdafiəçisi Mark Feygin Ukrayna Prezidenti Ofisi başçısının müşaviri Aleksey Arestoviçlə söhbətin gedişində bəyan edib.
O, xatırladıb ki, G20 sammiti çərçivəsində Co Bayden və Si Cinpin arasında danışıq getməlidir.
«Bayden Nensi Pelosinin Tayvana səfərindən iki gün əvvəl Si Cinpinə zəng edib və mənim şəxsi nəzərimcə, onlar hər şey barədə razılığa gəliblər. Deyin, kimin hesabına, necə deyərlər, bayram olacaq? Bayden nə təklif edə bilər və Si bonus qismində nəyə razılıq verə bilər? Mənim fikrimcə, nəticə aydındır. Cavab belədir: bu (bonus - Red.), Rusiya olacaq. Hər şey Rusiyanın hesabından olacaq» - hüquq müdafiəçisi deyib.
İranın sabiq prezidenti Mahmud Əhmədinejad şok etirafı ilə diqqət çəkib.
Cebhe.info xəbər verir ki, o, İranda Aşura günü keçirilən bir çox ritualların əsl səbəbini açıqlayıb. Əhmədinejad bildirib ki, Aşura günü olan bəzi fəaliyyətlərin arxasında İran mafiyası dayanır:
"Aşura günü oynamaq, Xomeyninin şəklini cırmaq, bankları və məscidləri yandırmaq, o cümlədən, dövlət və xüsusi əmlaka ziyan vurmaq kimi əməllər İranın təhlükəsizlik mafiyaları tərəfindən törədilir. Onların bunları etməkdə məqsədi xalqın haqlı etirazlarını susdurmaq üçün bəhanə yaratmaqdır".
Sənədlər arasında “tam məxfi” kimi təsnif edilən materiallar var
Federal Təhqiqat Bürosunun (FTB) agentləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki evindən 11 dəst məxfi sənəd ələ keçiriblər. AYNA xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, mülkdən sənədlər, fotoşəkillər və qeydlər olan 20-yə yaxın qutu çıxarılıb.
Müsadirə edilən sənədlər arasında Trampın keçmiş müşaviri Rocer Stounun əfv fərmanı, həmçinin “Fransa prezidenti” ilə bağlı bəzi məlumatlar var.
Ümumilikdə 11 dəst məxfi sənədlər müsadirə edilib ki, onların arasında “tam məxfi” kimi təsnif edilən materiallar da var. Nəşrin yazdığına görə, bu cür materiallar yalnız “xüsusi dövlət müəssisələrində” saxlanıla bilər.
Xəbər verdiyimiz kimi, Federal Təhqiqatlar Bürosu avqustun 8-də keçmiş ABŞ prezidenti Donald Trampın Florida ştatındakı “Mar-a Laqo” tətil zonasında yerləşən evinə basqın edib. Axtarış Trampın prezidentliyi dövründə Ağ Evdən Floridadakı evinə bəzi sənədləri gətirib-gətirməməsi ilə bağlı olub.
ABŞ-ın Ədliyyə Nazirliyinin rəhbəri və Baş prokuror Merrik Qarland keçmiş prezident Donald Trampın Florida ştatındakı mülklərində FTB-nin axtarışını şəxsən təsdiqlədiyini və bunun ictimaiyyətə faydalı olduğu üçün paylaşıldığını açıqlayıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu açıqlamanın yaratdığı şok effekti keçməmiş Donald Tramp M.Qarlanda özünün “Truth” sosial sosial şəbəkəsindəki hesabından cavab verib.
“Prezident Obamanın Çikaqoya apardığı 33 milyon səhifəlik sənədlər necə oldu? Saxta xəbər saytları bu barədə danışmaqdan imtina edir. Onlar buna məhəl qoymaq istəmirlər” – Tramp yazıb.
Trampın digər paylaşımlarında isə evində aparılan axtarışdan ciddi narahatlıq keçirdiyi hiss olunur: “Vəkillərim və nümayəndələrim əməkdaşlıq edirdilər. Hökumət bacardığı qədər istədiyini ala bildi. Müəyyən ərazini bağlamağımızı istədilər, bağladıq! Hər şey çox yaxşı gedirdi, bir çox əvvəlki prezidentlərdən daha yaxşı idi, lakin birdən-birə, heç bir xəbərdarlıq etmədən səhər saat 6:30-da Mar-A-Laqodakı mülkümə çoxsaylı agentlər tərəfindən basqın edildi. Hədlərini aşdılar. Bu, dəlilikdir!”
ŞOK EFFEKTİ YARADAN İDDİALAR
Qarşılıqlı söz savaşının davam etdiyi bir vaxtda “Washington Post”un irəli sürdüyü iddia daha da çaşqınlıq yaradıb.
Qəzet yazır ki, FTB Trampın evinə gizli nüvə silahı sənədlərini axtarmaq üçün basqın edib: “Təhqiqatla bağlı məlumatı olan şəxslərin sözlərinə görə, nüvə silahı sənədləri FTB-nin Trampın mülkündə ələ keçirdiyi “xəzinə”də ola bilər. Mənbələr bu sənədlərin ABŞ arsenalına, yoxsa başqa ölkəyə aid edildiyini dəqiqləşdirməyiblər”.
TRAMP BU SƏNƏDLƏRLƏ ÖYÜNÜRDÜ
Məhkəmə hökumətə tapşırıq verib ki, vəsatəti Trampın vəkillərinə təqdim etsin və bu gün saat 15:00-a qədər Trampın həbs qərarının götürülməsinə etiraz edib-etmədiyini bildirsin.
Qeyd edək ki, bu cür sənədlərin şübhəli mövcudluğu ABŞ baş prokurorunun FTB agentlərinə verdiyi axtarış əmrinin səbəbini açıqlaya bilər. Belə ki, Mar-a-Laqodakı mülkdə, həqiqətən də, nüvə silahı sənədləri tapılarsa, Qarlandın niyə siyasi addım ataraq belə bir göstəriş verdiyi məlum olacaq. Çünki sənədlərin geri qaytarılması milli təhlükəsizlik prioriteti kimi qəbul ediləcək.
Musavat.com xatırladır ki, Tramp prezidentliyi dövründə ABŞ-ın nüvə arsenalına xüsusi diqqət yetirirdi və əlində olan məxfi nüvə silahı sənədləri ilə öyünürdü.