Ardını oxu...
Məhv edilən erməni mövqeləri və hərbi texnikası, onlarla yaralı və ölən, itirilmiş strateji yüksəkliklər… Həmçinin nümayişkaranə ictimai “şallaqdan” sonra kəskin utanc və alçalma hissi… Ermənistan tərəfi az da olsa rasional düşünsəydi, avqustun 3-də bütün bu hissləri keçirməyə bilərdi. Ancaq Nikol Paşinyan bir palçığa ikinci dəfə batmaq üzrə dünya çempionudur. O və komandası həqiqətən Ermənistanın Nensi Pelosi, Azərbaycanın isə çinvari xəbərdarlıq ölkəsi olduğuna inanırdı.
Bu barədə “Caliber” analitik “YouTube” layihəsinin növbəti buraxılışında deyilir.Müəlliflər qeyd edirlər ki, Bakı uzun müddət, israrla xəbərdarlıq və öyüd versə də, ermənilər iki il əvvəl olduğu kimi, bu mövqeyi zəiflik kimi qəbul ediblər.
Ətraflı “Caliber”in növbəti süjetində:

 
Ardını oxu...
Mixail Podolyak bəyan edib ki, danışıqlar yalnız atəşin dayandırılmasından və Rusiya ordusunun Ukraynadan çıxarılmasından sonra başlana bilər.

Almaniyanın sabiq kansleri Herhard Şröder bəyan edib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara açıqdır. Belə fikirlər kapitulyasiyaya dəvət kimi qiymətləndirilə bilər.

Bu barədə Ukrayna Prezident Ofisi başçısının müşaviri Mixail Podolyak «Tvitter»də yazıb.

«Rusiya bir əli ilə terrorun dərəcəsini yeni barbar cinayətlərlə artırır, digəri ilə kapitulyasiyaya dəvət edir. Şröder Rusiyada məşhurdur və çar sarayında səsdir. Əgər Moskva dialoq istəyirsə, top onun sahəsindədir» - xəbərdə deyilir.

Onun sözlərinə görə, danışıqlar yalnız atəşin dayandırılmasından və ordunun Ukraynadan çıxarılmasından sonra ola bilər.
 
 
 
Ardını oxu...
“Vaşinqton Post” qəzetində “ABŞ Rusiyadan çox güclüdür. Özümüzü bu cür də aparmalıyıq” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin icmalçısı Maks Butdur. Novator.az saytı məqaləni ingiliscədən çevirib oxuculara təqdim edir.

Ukraynada müharibə üçüncü mərhələyə qədəm qoyub.

Fevralın 24-dən başlanan birinci mərhələ Rusiyanın Kiyevi ələ keçirmək cəhdindən ibarət idi. Lakin Rusiyanın bərbad logistikası (40 mil uzunluğunda hərbi karvanı xatırlayırsınız?) və Qərbdən tədarük olunan “Stinger”, “Javelin” kimi əl silahlarından bacarıqla istifadə edən Ukraynanın müqaviməti hesabına bu cəhd iflasa uğradı.

İkinci mərhələ aprelin ortalarında Rusiya diktatoru Vladimir Putinin öz qüvvələrini Donbasın şərqindəki Luqansk bölgəsində cəmləşdirdiyi dövrdə başlandı. Rusiya artilleriyasının fasiləsiz zərbələri ilə səciyyələnən bu mərhələ iyulun əvvəlində Ukrayna qoşunlarının Luqanskdan geri çəkilməsi ilə nəticələndi.

Müharibənin üçüncü mərhələsində Ukrayna qoşunları Donetsk vilayətində güclü müdafiə mövqeyi tutur və Qərbdən gətirilən yüksək mobil artilleriya sistemləri, eləcə də daha uzaq mənzilli başqa silahlar vasitəsilə effektiv şəkildə cavab zərbələri endirir. ABŞ-ın HİMARS raket sistemi ukraynalılara Rusiyanın silah-sursat anbarlarından və komanda məntəqələrindən ibarət 100-dən çox mühüm obyektini məhv etməyə imkan verməklə oyun qaydalarını dəyişib.

“Vaşinqton Post”a açıqlamasında ukraynalı tabor komandiri bildirib ki, HİMARS işə düşəndən bəri Rusiyanın endirdiyi zərbələrin sayı on dəfə azalıb.

Başqa bir ukraynalı zabit “Wall Street Journal” qəzetinə deyib: “Bura bir cəhənnəm idi. İndi isə cənnət kimi görünür. Çox sakitlikdir. HİMARS əldə olunandan sonra hər şey dəyişdi”.

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin gündəlik hərbi itkilərinin 100-200 nəfərdən 30-a düşdüyünü bildirib.

Ukrayna cəmi 12 ədəd HİMARS (tezliklə onların sayı 16 olacaq) sistemindən yararlanmaqla belə effektiv mübarizə aparırsa, görün onlarca daha güclü silahlarla, habelə Ordu Taktiki Raket Sistemləri (ATACMS) ilə təchiz olunsa nələr edər.

ATACMS eyni platformadan istifadə edən, lakin diapazonu dörd dəfəyədək güclü olan raket kompleksidir. Amma bu raket sistemlərinə Qərbin tankları və qırıcıları da əlavə olunmalıdır. Əgər Qərb bütün bu silahları Ukraynaya göndərsəydi, Kiyev ölkənin cənub və şərqində itirilmiş torpaqları geri qaytara, müharibənin dayandırılması ilə nəticələnəcək bir əks-hücuma keçə bilərdi.

ABŞ prezidenti Cozef Baydenin administrasiyası getdikcə Ukraynaya daha çox HİMARS tədarük etməyə başlayıb və mart ayında Polşanın MiQ-29 göndərmək planı ləğv edildikdən sonra ilk dəfədir Ukraynaya Qərb istehsalı olan qırıcı təyyarələrin göndərilməsini də müzakirə edir.

ATACMS texnikası isə müzakirə olunmur. Çünki ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın bu günlərdə bəyan etdiyi kimi Ağ ev üçüncü dünya müharibəsinə aparacaq bir yol tutmaq istəmir.

Ukraynaya hətta ikinci böyük şəhəri olan Xarkovu atəşdən qorumaq üçün HİMARS-dan istifadə etməyə icazə verilmir. Nədir-nədir, Xarkovu atəşə tutan rus artilleriya batareyaları Rusiya ərazisində yerləşir.

Bu cür yanaşmaya strateji hesablama demək olmaz. Doğrudanmı Ceyk Sallivan inanır ki, bizim Ukraynaya 50 mil mənzilli raketlər göndərməyimiz Putini dayandıra bilər, 180 millik məsafəni vuran raketlər göndərməyimiz isə Putinin yeni dünya müharibəsinə başlamasına gətirib çıxarar?

Doğrudanmı Ukraynaya HİMARS raketlərinin, NASAMS hava hücumundan müdafiə sistemlərinin, 155 millimetrlik haubitsaların, “Phoenix Ghost” dronlarının, “Javelin” və “Stinger”lərin göndərilməsi təxribat deyil, qırıcıların və tankların göndərilməsi isə təxribatdır?

Prezident Bayden Amerika qoşunlarını ruslarla birbaşa döyüşə göndərməməkdə haqlıdır, lakin ATACMS raket kompleksi, F-16 qırıcıları, “Abrams” tankları göndərilsə, çox düzgün olardı.

Sovet İttifaqı ABŞ-ın döyüş təyyarələrini vurmaq üçün Şimali Koreyanı və Şimali Vyetnamı qırıcılarla təmin etməkdən çəkinməmişdi. Şimali Koreyaya hətta birbaşa sovet pilotları uçurdu. İndi biz niyə eyni metodla cavab verməyək?

Ukraynada müharibə başlananda bəziləri qorxurdu ki, Putin çox aqressiv davranır, lap nüvə silahına da əl ata bilər. Ancaq son beş ay bizə göstərdi ki, Buça qəssabı nə qədər qəddar olsa da, intihar yolunu tutacaq dərəcədə ağılsız deyil.

Uduzacağını anlayanda Putin Kiyevdən geri çəkildi. Bu, müdrik addım idi. Onun Luqanskda artilleriyadan istifadə etməsi isə, nə qədər amansız olsa da, ağıllı gediş idi.

Putin Ukraynanın Rusiyadakı hərbi obyektlərə zərbə endirməsi haqda deyilənləri faktiki qulaqardına vurub. O, Ukraynaya silah daşınmasında əsas məntəqəyə çevrilmiş Polşaya hücum etməyib. Finlandiya və İsveçin NATO-ya qoşulması prosesi start götürsə də, NATO Rusiya sərhədinə əlavə qüvvə yerləşdirsə də, Putin heç kimin üstünə atılmayıb.

Putin ABŞ və NATO kimi güclərlə kəllə-kəlləyə gəlməkdən qaçan, zəiflərin – Gürcüstanın, Ukraynanın, Suriya üsyançılarının üstünə şığıyan klassik bir xuliqandır.

Onun ağlı-başı üstündədir. Putin anlayır ki, rus ordusu Ukrayna ilə müharibədə çətinlik çəkirsə, deməli, NATO ilə müharibədə heç bir şansı olası deyil.

Birləşmiş Ştatlar nüvə arsenalının gücü baxımından Rusiyadan geri qalmır. Başqa imkanlarına görə isə Rusiyadan çox-çox üstündür.

Bayden Putindən qat-qat güclü mövqedə olsa da, aciz kimi davranır. Biz Ukraynadan heç bir dəstəyimizi əsirgəməməliyik. İmkan verməyin Putin bizi bundan çəkindirsin. Putin bizdən qorxmalıdır, biz Putindən yox!

Müharibə artıq Moskvaya baha başa gəlib. Rusiya 1000-ə yaxın tankını itirib, onun 60 minə yaxın əsgəri ya öldürülüb, ya da yaralanıb. Ukraynalıların çoxlu HİMARS-ı, ATACMS-ı, habelə tankı, döyüş təyyarələri olsa, Rusiya silahlı qüvvələrindən əsər-əlamət qalmayacaq. ABŞ, nəhayət ki, Ukraynanın qalib gəlməsinə kömək etmək öhdəliyi götürməlidir. Onda müharibənin dördüncü mərhələsi həlledici olardı.

Mənbə: Washingtonpost.com
 
 
 
Ardını oxu...
Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin 6-cı ayında Avropanın enerji xəritəsində ciddi dəyişiklik yaranıb. Ekspertlər yaxın gələcəkdə "qoca qitə"nin neft-qaz təchizatında Rusiyanın inhisarçı rolunun daha da məhdudlaşacağını gözləyirlər.

Belə ki, müharibədən qabaq Avropanın qaz tələbatının 39%-ni Rusiya təmin edirdi. Bu gün bu rəqəm 25%-dir. Avropa İttifaqı bəyan edib ki, 2023-cü ilin aprelinə qədər bu rəqəmi 10%-ə qədər endirmək niyyətindədir və bu barədə Avropa Komissiyası plan təqdim edib, müvaffiq işlərin görülməsi artıq başlayıb.

İspaniya bu gün faktiki olaraq Avropanın sıxılmış təbii qaz idxalının mərkəzidir. İspaniya Avropanın ümumi sıxılmış təbii qaz idxalının 20%-ni ixrac edir. Fransa isə bəyan edib ki, növbəti qış üçün Almaniyaya qaz ixracına hazırdır.

Paralel olaraq Avropa ölkələri qışda Rusiyadan gözlənilən enerji şantajını önələmək üçün təcili qaz saxlama terminallarının tikintisinə başlayıblar. Belə ki, Almaniya təbii sıxılmış qazın idxalı üçün yeni 3 terminalın tikintisini elan edib.

İspaniyanın 6 terminalı var, Fransanın 4 terminalı var, əlavə 1 terminalın tikintisinə hazırlıq gedir. Türkiyənin də 4 terminalı var, daha 1 terminalın tikintisi planlaşdırılır. İtaliya isə daha hazırlıqlıdır, hökumət mövcud 3 terminaldan əlavə daha 3 terminalın tikintisinə başlamağa qərar verib. Bundan başqa Polşa və Baltikyanı ölkələrdə də terminallar var.
Ətraflı

Əlavə olaraq Avropadaki terminalların gücünün artırılması üzrə texniki işlər başlayıb.

Rusiyadan neft alışının kəskin azaldılması da əsas prioritetlər sırasındadır. Xatırladaq ki, ABŞ Rusiyanın maliyyə qaynaqlarını və süni gəlirlərini kəsmək üçün neftin idxalına məhdudiyyətlərin 40-60 dollar tətbiqini təklif etmişdi. Buu istiqamətdə hazırda ciddi iş gedir.

ABŞ-ın Hindistanla uğurlu danışıqlarından sonra, ABŞ maliyyə nazirinin 1-ci müavini Adevalo Adeymo bəyan etdi ki, 2022-ci ilin dekabr ayında qiymət limiti tətbiq olunacaq. Bu təşəbbüs Rusiyanın dəhşətli dərəcə narahat edir və Baş nazirinin müavini Aleksandr Novak bəyan edib ki, əgər qiymət limiti tətbiq olunsa biz neft idxalını dayandıracağıq.

Onu da xatırladaq ki, iki həftə əvvəl Aİ-nin Rusiyaya qarşı sanksiyaların 7-ci paketi tətbiq olumuşdu. Bu paketdə əvvəl planlaşdırılan qaz embarqosu çıxarılaraq Avropa Komissiyasının planı ilə əvəzləndi. 7-ci paketdə Rusiyanı gözləyən ən böyük sürpriz ölkənin ən böyük bankı olan "Sberbank"ın Avropada bütün aktivlərinin dondurulması barədə razılaşmadır.
 
Ardını oxu...
3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Nəticədə Azərbaycan əsgəri Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Teref.az xəbər verir ki, bu barədə Azərbaycan Ombudsmanı müraciət ünvanlayıb.
Bildirilir ki, bununla yanaşı, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalandığı vaxtdan bu günədək Ermənistan davamlı olaraq terror təxribat əməlləri törədərək günahsız insanların həyatlarını itirməsinə, münaqişənin yenidən alovlanmasına səbəb olurlar.
Regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanın‭ ‬işğaldan‭ ‬azad‭ ‬olunmuş‭ ərazilərində‭ bərpa-quruculuq‭ işlərinin‭ ‬davam etdirildiyi‭ bir‭ zamanda‭ Ermənistan tərəfinin sülh yaratma prosesinə ciddi təhlükə yaradan bu kimi əməlləri bizi olduqca narahat edir.
Qanunsuz erməni silahlı qüvvələri tərəfindən törədilmiş‭ növbəti ‬terror‭ ‬aktı‭ ilə‭ ‬Ermənistan‭‭ ‬üçtərəfli‭ razılaşmanı kobud‭ şəkildə‭ ‬pozduğunu,‭ ‬eyni‭ zamanda‭ regionda‭‭ ‬sülhə‭‭ ‬və sabitliyə xələl gətirdiyini, iki dövlət arasında münasibətlərin normallaşmasını istəmədiyini, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini bir daha nümayiş etdirir.
İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara müraciət edərək günahsız insanların həlak olması ilə nəticələnən və regionda sülhün təmininə ciddi təhdid olan Ermənistanın davamlı terror təxribat əməllərini pisləyir, bu kimi cinayətkar əməllərə son qoyulması, beynəlxalq‭ hüquqdan‭ irəli‭ ‬gələn‭ ‬öhdəlikləri yerinə yetirməsi üçün Ermənistana hüquqi təsir tədbirləri göstərməyə dəvət edirik.
 
Ardını oxu...
"Ukraynada yeləşən və Avropanın ən böyük atom elektrik stansiyası hesab olunan "Zaporojye" AES tamamilə nəzarətdən çıxıb"

"AzPolitika.info" xəbər verir ki, bunu BMT-yə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Grossi mətbauta açıqlamsaında deyib.

O, xəbərdarlıq edib ki, "Zaporojye" AES-də hər an nüvə qəzası baş verə bilər: "Hər iki ölkə dərhal xarici mütəxəssislərin nüvə obyektini yoxlamasına icazə verməlidir. Əks halda hər an nüvə qəzası baş verə bilər".

Bölgədə qarşıdurmaların və raket hücumlarının davam etdiyini qeyd edən Qrossi, obyektdəki təhlükənin gündən-günə artdığını vurğulayıb: "Burada nüvə təhlükəsizliyi ilə bağlı bütün qaydalar pozulub. Vəziyyət çox ağırdır. Obyektdə lazımi ehtiyacların ödənildiyinə əmin deyilik. Öyrənilməsi lazım olan çoxlu nüvə materialı var".

Həmçinin qeyd olunur ki, son zamanlar "Zaporojye" AES-dən gələn müəmmalı ölüm xəbərləri də reaktorlarda nüvə sızıntısının olma ehtimalnı gücləndirir.
 

Dünyapress TV

Xəbər lenti