Ardını oxu...
Hindistan Azərbaycanın qarşıdan gələn BRİKS sammitində qonaq qismində iştirakına mane olub.

TEREF KONKRET.az-a istinadla xəbər verir ki, Hindistan Azərbaycanın qarşıdan gələn BRİKS sammitində qonaq qismində iştirakını əngəlləyib.

Belə ki, bu il Bakı Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu BRİKS sammitində qonaq qismində dəvət alıb. Moskva, Pekin, Pretoriya, Braziliya buna müsbət reaksiya verib, lakin Nyu-Dehli buna qarşı çıxıb.

Diplomatik mənbələrin məlumatına görə, diplomatik dairələrdə Hindistan son vaxtlar Azərbaycana qarşı bir sıra təxribat xarakterli hərəkətlər həyata keçirib.

Məlum olduğu ki, Hindistan Qoşulmama Hərəkatının yaradıcılarından biridir. Azərbaycan Qoşulmama Hərəkatının sədri (2019-2023) olmaqla 120 üzv ölkə arasında hörmət və böyük nüfuz qazanaraq bu strukturun institusional inkişafına böyük töhfə verib. Lakin Qoşulmama Hərəkatında az qala yeganə dövlət kimi Azərbaycanın kürəyindən gizlicə zərbə vurmağa başlayan Hindistan olub.

Bakının BRİKS sammitinə iştirakına Hindistan mane olub. Digər ölkələr buna müsbət reaksiya versə də, Nyu-Dehli gözlənilmədən buna qarşı çıxıb.

Hindistanın düşməncəsinə davranışının başqa bir nümunəsi isə, Qoşulmama Hərəkatı Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı olub. Qoşulmama Hərəkatı səfirliyə hücumla bağlı həmrəylik bəyannaməsi hazırlayırdı. Lakin Hindistan və onun əlaltısı Butan bu bəyannamənin qəbuluna mane olub.

İyulun 25-29-da Şuşada keçirilən Gənclər Zirvəsi çərçivəsində gəncləri birləşdirən Gənclər Təşkilatı yaradılıb. Zirvə toplantısında iştirak edən üzv dövlətlərin nümayəndələri tərəfindən təşkilatın yaradılması alqışlanıb və dəstəklənib. Lakin Hindistan yenə buna qarşı çıxıb və yekun sənədin imzalanmasına mane olmağa çalışıb.

44 günlük müharibədən əvvəl də və elə həmin günlərdə də Hindistanın Ermənistanı necə silahlandırdığını da yaxşı xatırlayırıq. 2020-ci ildə Hindistan 40 milyon dollar dəyərində yerli istehsal olan dörd Swathi radarını öz dəyərinə satmaqla Ermənistanla müdafiə müqaviləsi bağlayıb.

Hindistanın Azərbaycana qarşı bu cür təxribatçı, dağıdıcı davranışında heç bir məntiq yoxdur. Bakının Hindistanda, ümumiyyətlə, o regionda xüsusi maraqları yoxdur.

Hindistan Azərbaycan üçün dördüncü ixracatçı ölkədir. Bu barədə Hindistanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Vinay Kumar deyib.

Qardaş Pakistanla sıx əməkdaşlığa baxmayaraq, Azərbaycan həmişə Hindistanla dialoqa meylli olub.

Bakı ilə İslamabad arasında müttəfiqlik münasibətləri Nyu-Dehlini gərginləşdirməməlidir, çünki onlar üçüncü tərəfə qarşı yönəlməyib.

Bununla belə, Hindistanın xarici siyasətində Bakıya mənfi münasibət açıq şəkildə üstünlük təşkil edir. Ermənistanı dəstəkləməklə Hindistan, açıq-aydın, Azərbaycan və Türkiyə ilə yanlış qarşıdurma kursu seçib.

Hindistanın Xəzər və Qara dənizdə xüsusi maraqları varsa, o zaman məğlub Ermənistanla deyil, yalnız Bakı və Ankara ilə sıx əməkdaşlıq etməklə təmin oluna bilər.

Hindistan Azərbaycanla ciddi şəkildə pozulmuş münasibətləri nə qədər tez normallaşdıra bilsə, bu, önun özü üçün yaxşı hal olar, Bakıya fərq etməz.
 
Ardını oxu...
İşğal olunmuş Ukrayna ərazilərinin anneksiyası üçün bu gün Kremlin iki əsas planı var.

Bu barədə «Kanal 24»-ə rusiyalı hüquq müdafiəçisi və bloger Mark Feygin bəyan edib.
Ətraflı

«Plan nəzərdə tutur ki, rusiyalılar pilot referendum keçirəcəklər və hələlik işğal olunmuş Donetsk və Luqansk vilayətlərinə toxunmayacaqlar. Ən pis halda bu psevdorespublikaların sadəcə birləşdirilməsini feyk parlamentlər elan edəcəklər» - o, deyib.

Hüquq müdafiəçisi əlavə edir ki, digər işğal olunmuş ərazilərdə hələlik bu plan çərçivəsində Rusiya «referendum» keçirməycək.

AzPolitika.info
 
Ardını oxu...
Fəxrəddin MEHDİLİ

Rusiyanın Ukraynaya təcavüzü elitanın keyfiyyət problemini də gündəmə gətirib.

Hesab edilir ki, elita intellekt və yaradıcı potenisalına görə xüsusi sosial təbəqədir.

Cəmiyyətin inkişaf perspektivlərini, məqsədlərini müəyyənləşdirir və bunun üçün strateji qərarlar qəbul edir.

Politologiyada əsasən, siyasi, iqtisadi, hərbi, mədəni-informasiya elitaları fərqləndirilir, qeyd edilən həmin elitaların formalaşmasına və keyfiyyətinə məhz siyasi elitanın təsiri böyükdür.

Sosioloqların fikrincə, elitanın hətta bir faizi, yüksək mənəvi və intelektual keyfiyyətlərə malik olduğu təqdirdə ölkənin bütün sahələrdə mütərəqqi inkişafını təmin etməyə qadirdir.

Siyasi elita öz keyfiyyətinə görə ölkənin dinamik inkişafını təmin edə bilər və ya əksinə, mənəvi – intellektual səviyyəsinə görə deqradasiya uğradıqda ölkənin inkişafını ləngidə və hətta məhv edə bilər.

Son illərdə siyasi-elmi institutlar tərəfindən dünya ölkələri elitalarının keyfiyyətlərinin müəyyən edilməsinin metodikası hazırlanıb.

Elitanın keyfiyyətinin müəyyən edilməsi dörd baza prinsipi əsasında aparılır: siyasi hakimiyyət, siyasi dəyərlər, iqtisadi hakimiyyət, iqtisadi dəyərlər.

2020-ci il üçün dünya ölkələri elitalarının keyfiyyətinin reytinq cədvəlinə görə birinci beşliyə - Sinqapur, İsveçrə, Almaniya, ABŞ və Böyük Britaniyanın elitaları layiq görülüb.

Rusiyanın siyasi elitası bu siyahıda axrıncı yerlərdə qərarlaşıb.

Təhlildə göstərilir ki, Rusiya elitası sovet industrial elitasının qarışığı olub, idarəetmənin komanda sistemində işləyir, hədsiz sərvət hərsliyinə malikdir və zamanın tələbinə cavab vermir.

Demokratik elitadan fərqli olaraq avtoritar siyasi elitanın formalaşması qapalı xarakter daşıyır, şəxsi sədaqət, yerliçilik, qohumbazlıq, tayfabazlıq, prinsipləri əsasında formalaşır, elitanın fəaliyyətinə ictimai nəzarətin təsiri yoxdur, elitanın yenilənməsi, təzələnməsi, (elitanın dövriyyəsi) baş vermir, hakimiyyəti əldə saxlanılması üçün zorakılıqdan, manipulyasiyadan geniş istifadə edilir.

Ən fəlakətlisi odur ki, əks elita (real müxalifət) təqib və məhv edilir.

Nəticədə siyasi elitanın intelektual deqradasiyaya baş verir, düzgün strateji qərarlar qəbul etmək imkanlarından məhrum olur, paralel olaraq korrupsiyaya uğrayır, sərvət hərisliyi və harın həyat tərzi onu mənəvi deqradasiyaya aparır və legitimlikdən məhrum edir.

Bu proseslər bütün avtoritar elitaya bu və ya digər formada aiddir.

Avtroritar idarəetmədə əks siyasi elitanın (real müxalifətin) sıradan çıxarılması ölkəni fəalkətə aparır.

Rusiyada müxalifətin aparıcı lideri Boris Nemtsov 2015-ci ildə Moskvanın mərkəzində qətlə yetirilib.

O, ölkənin demokratik dəyərlər əsasında inkişafı üçün ardıcıl mübarizə aparırdı, Ukrayna ilə dostluq, sülh şəraitində yaşamağın tərəfdarı idi.

Bugünkü müharibə də onun dediklərini, proqnozlarını təsdiq edir.

Digər müxalifət lideri A.Navalnının ölümünə sui-qəsd göstərilməsi, sonrakı həbsi Rusiyada əks siyasi elitanın tamamilə məhvinə apardı.

Müxalifətin məhvi müharibə qərarını reallaşdırdı, hər iki ölkənin xalqlarına fəlakət və dünyaya təhlükə gətirildi.

Hazırda qüvvələrin nisbəti dünya demokratik elitasının xeyrinə surətli dəyişir.

Dünya hədsiz qloballaşdığından hər hansı bir ölkədə baş verən ədalətsizlik bütün dünya üçün təhlükədir.

Bütün insanlar Yer kürəsi gəmisinin üzvləridir. Ona görə də demokratik dünya Ukrayna xalqının yanındadır.

Hazırda Ukrayna dəyişir və eyni zamanda, dünyanı da dəyişdirir.

Ümumiyyətlə, avtokratiya özünə məxsus elitanı formalaşdırır.

Ən əsası odur ki, avtoriatr elitanın formalaşması və fəaliyyəti cəmiyyətin inkişaf qanunlarına uyğun deyildir, ona görə də onun deqradasiyası labüddür.

Deqradasiya uğramış elitanın yola salınması isə xalqların hüququ, vəzifəsi və məsuliyyətidir.
qlobal.az
 
 
 
Ardını oxu...
Rusiyalılar Bolqarıstana gəlmək istəmir, gələ bilmir və ya buna hüquqları yoxdur...
Bolqarıstanın Qara dəniz sahili: ruslar olmayanda...

"İsti hava, qızıl qum, dəniz və ruslar..."

"Siz orada Odessaya düşən bombaların səsini eşidirsinizmi?.."

Rusiyalılar Bolqarıstana gəlmək istəmir və ya bu ölkəni ziyarət edə bilmir.

Modedator.az xəbər verir ki, bu barədə Dnes.dir.bg saytı yazıb.

Dəniz sahilindəki otellərdə bu yaxınlarda ukraynalı qaçqınlar olub, indi isə, əsasən, Rumıniyadan olan turistlər və bolqarlar istirahət edir. Nəşrin oxucuları orada ruslarsız işlərin necə getdiyindən danışıb.

Üç almandilli nəşr Qara dənizin Bolqarıstan sahillərində istirahətin ənənəvi icmalını verir.

"İsti, qum, dəniz və ruslar. Bu yaxınlaradək Bolqarıstam sahillərini belə təsvir etmək olardı. İndi isə Rusiya vətəndaşları Bolqarıstana ya gəlmək istəmir, ya gələ bilmir, ya da buna ixtiyarları yoxdur. Bolqarıstan icmaları üçün bu, pis xəbərdir", - İsveçrənin SFF nəşri yazıb.

"Son hadisələrədək Bolqarıstan yayda Bolqarıstan, Rusiya, Ukrayna, Rumıniya, Almaniya və başqa Şərqi və Qərbi Avropa ölkələrindən olan turistlərə rast gəlinən yer olub", - bunu "Süddeutsche Zeitung" nəşri yazıb.

Hazırda Qızıl Qum otellərində, əsasən, Bolqarıstan və Rumıniyadan olan turistlər istirahət edir, hərçənd, bu yaxınlaradək burada ukraynalı qaçqınlar olub.

Nəşrin yazdığına görə, Günəşli sahil və Qızıl Qum sakit istirahətə üstünlük verən əyləncələri sevən, ailələr və təqaüdçülər arasında populyardır, onlar Albenanı-sakit istirahəti, gözəl çimərliyi, sərfəli qiymətləri seçir və attraksion və ya restoranlarda növbələr gözləməyə ehtiyac olmur.

"Mənə Almaniyadan zəng vurub soruşurlar ki, siz Odessaya düşən bombaların səsini eşidirsinizmi, - Varna üzrə bələdçi Vera Mitkova danışıb, - bəziləri elə düşünür ki, bizim Ukrayna ilə birbaşa sərhədimiz var". Turistlərin sayı azalıb, tusdilli bələdçilərin işi xüsusilə mürəkkəbdir.

"Bu il təkcə Rusiyadan deyil, bir çox başqa ölkələrdən Varnaya və Burqasa birbaşa reyslər ləğv edilib. Bəzi rus turistlər Türkiyə vasitəsilə gələ bilir. Bizdə Bolqarıstandan, Almaniyadan və İsraildən olan xeyli rus istirahət edir. Bolqarıstan Avropa İttifaqında rusiyalılara qarşı ən dostcasına münasinət göstərən ölkədir".

Almaniyanın WDR telekanalı danışıb ki, Bolqarıstan təkcə "Qızıl qum" və "Günəşli sahil" çimərlilləri demək deyil. Bu Balkan ölkəsində istirahətin başqa tərəfi də var-mənzərəli Nesebr, Kamçiya qoruğu, Balçik sarayı, Varnada arxeoloji muzeydə saxlanılan qədim qızıl sizdə böyük maraq oyadacaq.
 
 
 
Ardını oxu...
Rusiyalı təbliğatçılar Qazaxıstana göz qoyub
"Qazaxıstan Rusiya və SSRİ tərəfindən böyük hədiyyə olub..."

Qara siyahı"da Baltikyanı ölkələr, Ukrayna, Gürcüstan, hətta Belarus var...

Rusiyalı təbliğatçılar federal telekanalların efirində getdikcə daha tez-tez Qazaxıstana qarşı ərazi iddiaları irəli sürür.

Onlar utanmadan heç vaxt belə dövlətin olmadığını, onun ərazisinin isə "Rusiya və SSRİ tərəfindən böyük hədiyyə" olduğunu bəyan edirlər.

Moderator.az xəbər verir ki, bu barədə "Nastoyaşşeye vremya" ("İndiki zaman") telekanalının süjetində deyilir.

Qeyd olunur ki, KİV-lər müntəzəm olaraq keçmiş sovet respublikalarının ünvanına "nankor qonşular" ifadəsi işlədilir.

"Qara siyahı"da ilk olaraq Baltikyanı ölkələr, daha sonra Ukrayna və Gürcüstan, bəzən hətta Belarusun da adı çəkilir.

Başlıca səbəb- Kremlə qarşı loyal münasibət göstərməməkdir.

İndi isə növbə Qazaxıstana çatıb. Rusiyalı siyasətçi və təbliğatçılar bu ölkənin ərazisini əzəli rus torpaqları" hesab edir, son zamanlar isə Qazaxıstanı "ikinci Ukrayna" və "Cənub sərhədlərində antirusiya" adlandırır.

"Qazaxıstan, sadəcə, mövcud olmayıb", "Ukrayna, Belarus, Qazaxıstan-bunlar, ümumiyyətlə, tarixi Rusiya imperiyasının torpaqlarıdır", "Qazaxlar, qardaşlarımız, bu nə nankorluqdur?",

"Qazaxıstanın ərazisi, ümumiyyətlə, Rusiya və SSRİ tərəfindən böyük hədiyyədir", "Bir var xeyirxah rus insanı bunu sizə hədiyyə edib və siz bunu qiymətləndirib, onunla dostluq edirsiniz, bir də var siz buna tüpürürsünüz", - hakimiyyətyönlü federal kanallarda təbliğatçılar və siyasətçilər belə deyir.

Öz süjetlərində jurnalistlər Dmitri Medvedevin "V kontakte" sosial şəbəkəsində "geniş postu"nu xatırladıb.

Orada Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rusiya imperiyasının sərhədlərinin bərpasından danışıb, belə fikir yürüdülüb ki, Ukraynadan savayı, Gürcüstan da, Qazaxıstan da süni şəkildə yaradılan ölkələrdir və əsrlər boyu orada ruslar yaşayıb.
 
Ardını oxu...
ABŞ-ın keçmiş prezidenti Donald Trampın Mar-a-Laqodakı malikanəsində aparılan axtarışlar siyasətçinin xeyrinə olub.

Belə ki, FTB-nin reydi Ağ Evin keçmiş rəhbərinin Respublikaçılar Partiyasının sıralarında mövqeyini yaxşılaşdırıb.

Respublikaçı tərəfdarların 57%-i Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyi təqdirdə ona səs verməyə hazır olduqlarını bildirib. Yalnız 17%-i isə onun partiya daxilində əsas rəqibi Florida ştatının qubernatoru Ron DeSantisi dəstəkləməyə qərar verib.

Halbuki bir ay öncə bu qərəmlər müvafiq olaraq 53% və 23% olub.

Mənbə: gazeta.ru
 
Ardını oxu...
Latviyada iş və ictimai yerlərdə rus dilinin istifadəsini məhdudlaşdıran qanun hazırlanır. Bu barədə ölkənin ədliyyə naziri Yanis Bordans məlumat verib.

“Məhsulların satışı və ya xidmətlərin göstərilməsi zamanı dövlət dili ilə yanaşı, Avropa İttifaqı ölkələri xaric, digər ölkə dilinin istifadəsinə qadağa qoyulmalıdır”, - deyə nazir bildirib.

O, rus dilinin telefon və bank mesajlarından da çıxarılacağınıistisna etməyib.

Bordans qeyd edib ki, yaxın vaxtlarda belə bir qanun hökuməti formalaşdıran partiyalara, sonra isə Latviya Seyminə təqdim ediləcək.
 
 
 
Ardını oxu...
Ukrayna istənilən silahın köməyi ilə öz ərazilərini rus işğalçılarından azad edə bilər.

Bunu Ukrayna prezidentinin dəftərxana rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində yazıb.

“Krım da Donetsk və ya Xerson kimi Rusiya Federasiyasının bir hissəsi deyil. Zaporojye AES Rusiyanın obyekti deyil, Ukraynanın atom elektrik stansiyasıdır.

Rusiya yad bir ölkə ərazisinə müharibə ilə gəlmiş işğalçı və qatildir. Ukraynanın öz ərazilərini istənilən silahın köməyi ilə azad etmək üçün hər cür hüquqi əsası var”, - Podolyak qeyd edib.
Ardını oxu...
Pekin ABŞ-ı ölkənin daxili işlərinə qarışmağı dayandırmağa və “Vahid Çin” siyasətinə riayət etməyə çağırır.

“Report” xəbər verir ki, bu barədə Çin hökumətinin Koreya yarımadası üzrə xüsusi nümayəndəsi Lyu Syaomin tvitter səhifəsində yazıb.

“Bu, odla oynamaq kimi çox təhlükəli bir hərəkətdir. Odla oynayanlar isə ondan öləcəklər. Biz aidiyyəti ölkələri “Vahid Çin” siyasətinə riayət etməyə, Tayvanla bağlı məsələləri düzgün həll etməyə və Pekinin daxili işlərinə qarışmağı dayandırmağa çağırırıq”, - Çin rəsmisi qeyd edib.

O, həmçinin qeyd edib ki, Çinin yenidən birləşməsinə mane olmağa çalışan hər kəs ölkədə 1,4 milyarddan çox insanın əli ilə hörülmüş “böyük polad divar”la üzləşəcək.

Qeyd edək ki, ABŞ Konqresinin nümayəndə heyətinin Tayvana iki günlük səfəri başlayıb. Senator Ed Markinin başçılıq etdiyi nümayəndə heyətinə konqresmen Con Qaramendi, Alan Louental, Don Bayer və Amata Radevagen daxildir.
 
Ardını oxu...
ABŞ hökuməti Əfqanıstanda qadın və qızların hüquqlarını dəstəkləmək, təhsil imkanlarını genişləndirmək və ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq üçün 150 milyon dollar ayıracaq.

Bu barədə şənbə günü Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays “Twitter” səhifəsində məlumat verib.

“Birləşmiş Ştatlar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə Əfqanıstana göstərilən dəstəyi genişləndirir və ərzaq təhlükəsizliyi problemlərinin həlli üçün 80 milyon dollar, əfqan uşaqlarının təhsil hüquqlarını dəstəkləmək üçün 40 milyon dollar, qadın və qızların ictimai həyatda iştirakını artırmaq üçün 30 milyon dollar ayrıldığını elan edir”, - Prays qeyd edib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyindən bildirilib ki, bu vəsaitlər BMT bazasında fəaliyyət göstərən müvafiq fondlar və təşkilatlar vasitəsilə bölüşdürüləcək.
 
 
 

Dünyapress TV

Xəbər lenti