Rusiya media menecerlərinin və jurnalistlərin Ermənistana girişinə qadağalar Moskva-İrəvan münasibətlərinə mane olmamalıdır.
Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Bundan əvvəl İrəvan jurnalistlər Aram Qabrelyanov və Marqarita Simonyan, habelə rusiyalı siyasətçi Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyub. Onlar ölkədə arzuolunmaz şəxslər siyahısına salınıblar.
Peskovun sözlərinə görə, Moskva bu cür hadisələri mənfi qarşılayır. Eyni zamanda o, belə hadisələrin ikitərəfli münasibətlərə mane olmamasının vacibliyini vurğulayaraq, Rusiya və Ermənistanın gələcəkdə belə hadisələrdən qaçacağına ümid etdiyini bildirib.