Olaf Şolz ermənilərə "od qoydu" -
“Əgər Almaniya lideri Bakı və Ankaranın təzyiqi ilə geri addım atırsa, bu zaman onun sözlərinin zərrə qədər də dəyəri yoxdur”.

KONKRET.az xəbər verir ki, bu fikir erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb. Görünən odur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya bu yaxınlarda etdiyi səfər və kansler Olaf Şolzla görüş “hay”lara yamanca “od qoyub”. Elə bu səbəbdən də Arşakyan “dığa”ların etirazlarını məqalə formasına salaraq erməni mediasında dərc etmək qərarına gəlib. “Birincisi, Almaniya Avropa İttifaqının öncül iqtisadi gücə malik ölkəsidir və kiçik Ermənistanın onunla dost olması sadəcə iqtisadi baxımdan məqsədəuyğundur. İkincisi, Berlin son vaxtlar xarici siyasətdə müstəqillik əldə etməyə çalışır və Almaniyanın regionumuzdakı vəziyyətə düzgün baxışı bizim üçün son dərəcə vacibdir. Bu kontekstdə qeyd etmək lazımdır ki, Aİ-nin Ermənistandakı uzunmüddətli missiyasının onurğa sütunu məhz almanlar və fransızlardır. Xatırladaq ki, missiyanın rəhbəri vəzifəsinə Ştutqart Federal Polis İdarəsinin keçmiş rəhbəri Markus Ritter təyin edilib. Bundan başqa, Almaniya vəziyyəti sabitləşdirmək üçün Ermənistanın sərhədyanı rayonlarına daha çox müşahidəçi göndərmək niyyətindədir. Ancaq təəssüf ki, Almaniya federal hökumətinin başçısının qorxaqlığı ucbatından münasibətlərdə heç bir irəliləyiş olmadı. Bildiyiniz kimi, Paşinyanla birgə mətbuat konfransı zamanı Şolz Ermənistan-Azərbaycan məsələsinə toxunaraq, “bu münaqişə ərazi bütövlüyünün bərabər prinsipləri əsasında sülh yolu ilə həll edilməlidir” desə də, sonradan qəfil geri çəkildi və ermənilərdə məyusluq yarandı. Belə ki, Almaniya hökumətinin saytında Şolzun “Artsax” ermənilərinin öz müqəddəratını təyinetmə hüququ ilə bağlı sözləri yer almayıb. Almaniya hökumətinin sözçüsü Volfqanq Büşner kanslerin bəyanatına düzəliş edib. Aydındır ki, burada öz kanalları ilə Berlinə azərbaycanlılar və türklər təzyiq göstəriblər”, – deyə erməni analitik vurğulayıb.

Arşakyan Almaniyanın indi aktiv şəkildə nüfuzlu geosiyasi oyunçular klubuna girməyə çalışdığını bildirib: “Berlin təkcə Avropanın özündə deyil, həm də ondan kənarda, məsələn, Cənubi Qafqaz da daxil olmaqla, postsovet məkanında fəaldır. Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi fonunda Almaniya hərbi büdcəsini xeyli artırıb, faktiki olaraq genişmiqyaslı hərbiləşdirməyə başlayıb. Lakin Berlinin hələ də İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın kiçik qardaşı rolunda oynamaqdan vaz keçə bilməyib. Fransızlar isə erməniləri yalnız növbəti seçkilər ərəfəsində xatırlayacaqlar. Neft və qaza ciddi ehtiyacı olan Almaniya haqqında isə heç nə deyə bilmərik. Odur ki, artıq Qərbdən, Rusiyadan, İrandan və ya digər dövlətlərdən anlayış gözləməyi dayandırıb öz məqsədlərimizə nail olmağın vaxtıdır. Hələlik işimiz o qədər də yaxşı deyil”, – deyə Arşakyan fikirlərini tamamlayıb.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı

Dünyapress TV

Xəbər lenti