MEDİA “Freedom House”un son hesabatı ilə bağlı bəyanat yayıb
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) “Freedom House” təşkilatının son hesabatı ilə bağlı bəyanat yayıb.

TEREF.AZ bəyanatı təqdim edir:

“Freedom House” beynəlxalq qeyri-hökumət təşkilatı açıqladığı son hesabatında Azərbaycanda medianın vəziyyəti ilə bağlı reallıqdan uzaq, qərəzli münasibətini bir daha nümayiş etdirib.

Azərbaycanın informasiya məkanı haqqında səsləndirilmiş qərəzli münasibətə cavab olaraq bəyan edirik ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununda hesabatda iddia oluduğu kimi xarici onlayn platformalara yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmək öhdəliyi qoyulmamışdır.

Belə ki, Qanunun müddəalarına əsasən Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin açılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir və bunun üçün həmin subyektlərin yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməsi heç bir halda tələb olunmur.

Xüsusilə vurğulanmalıdır ki, Qanunun müddəaları video paylaşım platformaları, internet televiziyaları və bu kateqoriyadan olan digər fəaliyyət növlərinə qətiyyən şamil edilmir, heç bir halda onların fəaliyyətini tənzimləməyi nəzərdə tutmur.

Beynəlxalq yanaşma nəzərə alınmaqla, media sahəsində baş verən qanunazidd hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməsi nəzərdə tutulmuş, dövlət orqanlarının bu istiqamətdəki səlahiyyətləri tamamilə məhdudlaşdırılmışdır. Heç bir dövlət orqanının media subyektlərinin fəaliyyətini dayandırmaq və ya onların fəaliyyətinə xitam vermək yaxud hər hansı şəkildə müdaxilə etmək hüququ yoxdur. Bu sahədə yarana biləcək bütün hüquqazidd hallar məhkəmələrdə tərəflərin bərabərliyi prinsipi əsas götürülməklə həll edilir.

Qanun “media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır” deməklə senzuranı tamamilə istisna edir. Əlavə olaraq, media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığının təmin edilməsini dövlətin vəzifəsi olaraq müəyyənləşdirir.

Həmçinin, Qanun jurnalistlərin ictimaiyyəti məlumatlandırmaq sərbəstliyini təmin etmək məqsədilə informasiyanın əlçatanlığının və operativliyinin təmin edilməsi üçün dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyur, jurnalistlərin peşəkar fəaliyyətinə müdaxiləni yolverilməz hesab edir.

Azərbaycan həqiqətlərini təhrif etməyə davam edən, münasibət bildirərkən rəsmi mənbələrlə əlaqə saxlamayan, dəfələrlə bəyan edilmiş dialoq təşəbbüslərimizi cavablandırmayan və nəhayət, öz ərazi bütövlüyünü bərpa edən ölkəni “işğalçı” adlandıran təşkilatın hesabatı hüquqi və məntiqi baxımdan tamamilə əsassız və etibarsız olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə də ziddir".
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!

Dünyapress TV

Xəbər lenti