“Azercell Telekom” bəzi tarifləri artırır, bəzi tarif paketlərini isə ləğv edir.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, mobil operator bəzi tarifləri 20-33% civarında bahalaşdırır.
Mobil operator qeyd edib ki, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “İstəSən” tarif paketi və “GəncOl” tarif paketləri çərçivəsində təqdim edilən istifadə imkanı istifadə müddətindən əvvəl bitdikdə, həmçinin müvafiq paketin yenilənməsi üçün nömrənin balasında kifayət qədər vəsait olmadıqda ölkədaxili zəngin 1 dəqiqəsi üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək. Bundan əvvəl isə sözügedən zənglərin 1 dəqiqəsi 0,06 AZN-dən hesablanıb.
Bundan əlavə, “Bölgə” tarif paketi çərçivəsində bölgələrdə ölkədaxili zəngin 1 dəqiqəsi üçün xidmət haqqı 0,05 AZN-dən 0,06 AZN-ə artırılıb. Bununla belə, müvafiq paket çərçivəsində şəbəkədaxili zənglərin 3-cü dəqiqədən sonra pulsuz olan 1 zəngin müddəti 15 dəqiqədən 20 dəqiqəyə artırılıb.
“Azercell” bildirib ki, mayın 13-dən etibarən “Hədiyyəli eSim” kampaniyasına yeni qoşulmaları dayandırır. Qeyd olunan tarixədək Kampaniyaya qoşulmuş abunəçilərə Kampaniyanın mövcud şərtləri və qaydaları tətbiq ediləcək. “Sərbəst 6”, “Sərbəst 10”, “Sərbəst 15”, “Sərbəst 25”, “Sərbəst 50” və “Sərbəst 75” tarif paketləri isə ləğv ediləcək.
Qeyd edək ki, bütün sözügedən dəyişikliklər mayın 13-dən qüvvəyə minəcək.
“Apple” süni intellekt üçün özünün xüsusi server çiplərini hazırlayır “Apple”, məlumat mərkəzlərində süni intellektin idarə edilməsi üçün nəzərdə tutulmuş öz xüsusi çipini inkişaf etdirir.
İndex.az xəbər verir ki, bu hərəkətlə “Apple”, “Google”, “Meta”, “Microsoft” və “OpenAI” kimi rəqiblərinə qoşula bilər.
“Apple” şirkəti daxili kod adı “Project ACDC” (Məlumat Mərkəzində “Apple Chips”) olan məlumat mərkəzi layihəsində öz xüsusi süni intellekt çiplərini inkişaf etdirir.
Həmçinin, “Apple”in bir neçə ildir ki, ACDC Layihəsi üzərində çalışdığı və onun rəsmi elanının iyun ayında WWDC-də veriləcəyi bildirilir.
Bundan əlavə, “Apple”in çip istehsalında TSMC ilə işləyəcəyi də qeyd edilir.
Bu gecədən çərşənbə axşamına qədər Yer günəş plazmasına bürünəcək.
Ucnoqta.az xəbər verir ki Günəş Astronomiya Laboratoriyası artıq üç dəqiqləşdirici proqnoz açıqlayıb.
Ekspertlər bildirirlər ki, Günəşin partlayışlar şəklində buraxdığı ümumi enerji son illərin ən yüksək səviyyələrindən biridir. Bu gün, bazar günü səhər, ən yüksək X dərəcəsinin alovlanması baş verib.
AiF yazır ki, kosmik havanı öyrənən əsas dünya mərkəzləri yaxın iki gün üçün konsolidasiya edilmiş proqnoz hazırlayıblar - mayın 6 və 7-də maqnit qasırğalarının ümumi müddəti təxminən 30 saat ola bilər.
“Süni intellekt çoxlu yeni iş yerləri yaradır, lakin bundan daha çoxunu məhv edir”. Bizimyol.info xəbər verir ki, Üsküdar Universiteti Sosiologiya şöbəsinin müdiri Prof. Dr. Barış Ərdoğan "AA"ya süni intellektin insan həyatına təsirlərini qiymətləndirərək, bunun işsizlik narahatlığına səbəb olduğunu bildirib.
Universitetdən verilən açıqlamada fikirlərinə yer verilən Ərdoğan insanların xüsusilə texnologiyaya nikbin olduğunu bildirib.
Ərdoğan: "Deyirlər ki, "Texnologiya bütün problemlərimizin həllini tapacaq." Bu var, amma texnologiyanın yaratdığı və məhv etdiyi iş yerləri də var. Süni intellekt çoxlu yeni iş yerləri yaradır, lakin onların çoxunu məhv edir və əsas odur ki, o, yaratdığı ilə müqaisədə daha çoxunu məhv edir", - deyə bildirib.
Süni intellektin iş modellərini də dəyişdirdiyini açıqlayan Ərdoğan buna bel açıqlama gətirib: “Bir tərəfdən 100 iş yeri yox olur və onların yerinə 5 yeni iş yeri gəlir. 95 nəfərin başına nə gələcək? Necə uyğunlaşacağıq? Aşağı ixtisaslı sənayelərdə çalışan minlərlə işçi haqqında nə qərar veriləcək? Göy yaxalıqlıların sayı getdikcə azalır. Onların sayı getdikcə azalmaqdadırlar. İkinci təhdid dalğası ağyaxalıqlılar üçün olacaq. Süni intellekt ofis işlərinin çoxunu görəcək, bankdakı analiz işlərinin çoxunu artıq etməyə başlayıblar”, - deyə o bildirib.
Ərdoğan süni intellektin elektron məktublara avtomatik cavab verdiyini də qeyd edib: “Bu, yavaş-yavaş onu göstərir ki, ağ yaxalıların əhəmiyyətli bir hissəsi işdən çıxarılacaq. Sabah, ertəsi gün onların çoxu “nə edəcəyik?” deyə suallar barədədüşünəcəklər. Pul necə qazanılacaq, kim xərcləyəcək? Gərəksizliyin başlanğıcı budur. İstehsal edə bilməzsən, çalışıb pul qazana bilməzsən və qazana bilmədiyin üçün istehlak edə bilməzsən. Sonra nə olur? Sistem üçün lazımsız olursunuz. “Lazımsız” əslində bunu deməyin nəzakətli yoludur. Əslində aşağı sinif deyilən bir anlayış var”, - deyə o qeyd edib.
Elektrikli avtomobillər dövrün trendləri arasındadır. Bir çox brendlər bu sahəyə sərmayə qoymağa davam edərkən, infrastrukturla bağlı da işlər görülür. Lakin bütün bunlara baxmayaraq, istifadəçilər elektromobillərin çeşidindən şikayətlənirlər.
Mövzu ilə əlaqədar olaraq, bir çox istifadəçi elektrik avtomobillərinin şəhər məsafələri üçün ideal olduğunu, lakin uzun səfərlərə çıxanda əsl problem olduğunu bildirir.
Avtosfer.az xəbər verir ki, elektromobillərin batareya ömrü uzun məsafələri qət etmək üçün çətinlik yaradır. Belə ki, ən uzun məsafəyə malik elektrikli avtomobillərin siyahısı aşağıdakı kimidir:
Atakama səhrasının altında gizli bakterial ekosistem aşkar edilib. Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər. Bu barədə "PNAS Nexus" jurnalında dərc olunan məqalədə bildirilir. Çilidə yerləşən Atakama səhrasında həyatın ali formaları, demək olar ki, tamamilə yoxdur, lakin torpaq duzlarla, o cümlədən sulfatlarla zəngindir. 80 santimetr qalınlığında olan üst təbəqənin bakteriyalar üçün ultrabənövşəyi şüalardan mümkün sığınacaq təmin etdiyi və bir qədər su ehtiva etdiyi güman edilir. Yeni ekspedisiya zamanı tədqiqatçılar torpaq nümunələrini toplamaq üçün Yunqay vadisində dörd metrdən çox dərinlikdə qazıblar. Bu halda, sonrakı ardıcıllıqdan ötrü bütöv hüceyrələrdən DNT çıxarmaq üçün yeni bir üsuldan - nukleotid ardıcıllığının müəyyən edilməsindən istifadə edilib. Məlum olub ki, mikrob qruplarında yuxarı 80 santimetrdə Firmicutes bakteriyaları, 200 santimetrdən aşağılarda isə aktinobakteriyalar üstünlük təşkil edirlər. Müəlliflər bakteriyaların 19000 il əvvəl playya çöküntüləri (quru göl yatağı) tərəfindən basdırılmadan əvvəl torpağı koloniyalaşdırmış ola biləcəyini ehtimal edirlər. Bu bakteriya qrupu qeyri-müəyyən bir məsafəyə enməyə davam edərək, hiperarid səhra torpaqlarının altında əvvəllər naməlum dərin biosfer meydana gətirib. Çox güman ki, bakteriyalar gipsdən su mənbəyi kimi istifadə edirlər.
ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.
Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahibi olan Çinin “ByteDance” platformanı satmasa, qadağa işə düşəcək.
Beləliklə də, çinlilərin ultra-populyar sosial şəbəkənin satışı ilə bağlı razılığa gəlmək üçün bir ilədək uzatmaq imkanı ilə doqquz ay vaxtı var. Bu müddətdə satış baş tutmasa, sosial şəbəkəyə giriş bağlanacaq. “Biz heç yerə getmirik. Konstitusiya bizim tərəfimizdədir və biz qalib gələcəyimizi gözləyirik”, - “Tik-Tok”un rəhbəri Şou Tzu Çyu yeni qanunu şərh edərkən bildirib.
Tutaq ki, bizdə hansısa bir qurum, dövlət qurumu, yaxud özəl qurum, yaxud da bir elmi -tədqiqat qurumu hansısa bir süni intellekt həlli yaratmaq istəyir. Onlar indiki anda bunu reallaşdıra bilərlərmi ? Təəssüf ki, hazırda bu, real görsənmir. Bunun üçün 4 əsas şərt vacibdir : 1. Superkompüter, yəni süni intellekt sistemlərini işlətmək üçün zəruri olan, yeni nəsil çiplərlə təmin olunan yüksək gücə malik kompüter. Təəssüf ki, maraqlı tərəflər üçün əlçatan belə bir superkompüter hələlik bizdə yoxdur, UFAZ-da və ADA-da olanlar dar çərçivədə istifadə üçün nəzərdə tutulub 2. Data, hansı ki, əsasən hökumətin əlində cəmləşib- maraqlı tərəflər üçün əlçatan deyil 3. Dilin Milli Korpusu, hansısa komponentləri mövcud olsa da, hamı üçün əlçatan bir milli resurs ortada yoxdur 4. Enerji, varımızdır, həm də yaşılından
Milyarder İlon Maskın nəzarətində olan kosmik müəssisə tərəfindən ABŞ tənzimləyicilərinə verilən təhlükəsizlik məlumatlarının “Reuters” tərəfindən araşdırmasına görə, “SpaceX”in obyektlərində xəsarət halları nisbətləri 2023-cü ildə sənaye ortalamasını keçməyə davam edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın Əməyin Təhlükəsizliyi və Sağlamlığı İdarəsi tərəfindən yeni açıqlanan 2023-cü il qeydləri də göstərir ki, “SpaceX”in bəzi obyektlərində xəsarət nisbətləri şirkətin 2022-ci ildə açıqladığı rəqəmdən daha çoxdur. Məsələn, Texas ştatının Braunnsvil şəhərindəki istehsal və buraxılış müəssisəsində “SpaceX” 2022-ci ildə 4,8 xəsarət nisbətini ötərək və kosmik sənayedə orta hesabla 0,8-i ötərək, hər 100 işçiyə 5,9 xəsarət olduğunu bildirib. Bu xəsarətlər əzilmiş əzalara, amputasiyalara, ciddi baş-beyin xəsarətlərinə və bir ölümə səbəb olub.
Təhlükəsizlik mütəxəssisləri deyirlər ki, yüksək xəsarət nisbətləri “SpaceX” müştərilərini, o cümlədən NASA-nı narahat etməlidir. Federal kosmik proqram son illərdə getdikcə daha çox “SpaceX”ə etibar edilir və 2022-ci ilə qədər şirkətə müxtəlif müqavilələr üçün ən azı 11,8 milyard dollar ödənilib.
Sakit Okeanda raket gücləndiriciləri əldə edən bir bölmədə “SpaceX” keçən il hər 100 işçiyə 7,6 xəsarət halı düşdüyünü bildirib ki, bu da sənaye göstəricisindən doqquz dəfə çoxdur.