Ardını oxu...
Tarif Şurası tərəfindən dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı 15 sentyabr 2023-cü il tarixində yeni qərar qəbul edilib. Dəyişikliyə görə, artıq dərmanlarla bağlı vahid qiymət siyasəti yoxdur.

Yəni dərmanların yuxarı həddi müəyyən edilir və apteklər dərman vasitələrini bundan daha aşağı qiymətə sata bilərlər. Bəs tətbiq edildiyi zaman ərzində bu qərar özünü doğrulda bilirmi?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli dedi ki, bu qərardan sonra daha ucuz dərmanlar ölkəyə gətirilə biləcək: "Dərman vasitələri haqqında” qanunvericilikdə olan dəyişikliklər və Nazirlər Kabinetinin müvafiq qərarından sonra dərman qiymətlərinin üst həddi Tarif Şurası tərəfindən müəyyənləşdirildi. Aşağı hədlər isə rəqabət prinsiplərinə uyğun şəkildə tənzimlənəcək. Dərman idxalını həyata keçirən böyük şirkətlər keyfiyyətinə təminat verilən və daha ucuz qiymətə olan preparatları ölkəyə gətirəcəklər. Dərman preparatlarının ölkəyə idxalı nisbətən asanlaşacaq. Beləliklə, rəqabət nəticəsində qiymətlərin aşağı düşməsi mümkün olacaq. Hazırda apteklərdə müəyyən preparatlarda qiymətlərdə ucuzlaşmanı müşahidə edirik”.

Deputatın sözlərinə görə, bu qərardan sonra tapılmayan dərman problemimiz aradan qalxıb: "8-9 ay bundan öncə bəzi dərman preparatlarının apteklərdə tapılmadığının şahidi olurduq. Çünki bir çox dərmanların qiyməti cəlbedici olmadığına görə, idxal edən şirkətlər tərəfindən onların gətirilməsi maraqlı deyildi. Amma dəyişikliklərdən sonra müşahidə edirik ki, hansısa preparatın olmaması məsələsi daha gündəmdə deyil. Artıq lazım olan preparatları dərman bazarında tapa bilirik. Amma qiymətlərdəki enmələri hələ düşündüyümüz səviyyədə görə bilmirik, gözlənilən effekt alınmır. Yəqin ki, bir neçə aydan sonra bunu da müşahidə edə biləcəyik. Qiymətlərin enməsi insanların əlavə xərclərinin daha da azalmasına gətirib çıxaracaq”.

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bu yenilik, əksinə, apteklərə ziyan verəcək: "Aptek sahəsində hər hansı ciddi dəyişiklik müşahidə olunmur. Bu qərarın dərmanların çeşidinə, yaxud dərman bazarında gətirilməyən preparatların yenidən bazara qayıtmasına elə də ciddi təsiri olmayacaq. Bundan əvvəlki qərarlarda dərmanın üzərinə konkret rəqəm vurulurdu və həmin qiymətdən aşağı və yuxarı satmaq qadağan idi. İndi isə topdansatışla məşğul olan bir neçə iri şirkətlər öz aptek şəbəkələrində istədikləri qiyməti qoymaqla digər pərakəndə satışla məşğul olan apteklərin sıradan çıxmasına nail olacaqlar. Topdansatış ilə məşğul olan şirkətlərə aptek şəbəkələri yaratmaları ilə bağlı qadağalar tətbiq olunsa, o zaman bazarda pərakəndə satışla fəaliyyət göstərən apteklərin sıradan çıxmasının qarşısı alına bilər. Əks halda, bu qərar tədricən kiçik sahibkarların fəaliyyətlərini dayandırmalarına gətirib çıxaracaq. Çünki apteklərin maliyyə imkanları eyni deyil”.

Ekspertin fikrincə, dərman qiymətlərində böyük fərq olmayacaq: "Qiymətlər arasında elə böyük faiz fərqi yox idi. Ona görə deyə bilmərik ki, insanları dərmanların ucuzlaşması ilə bağlı ciddi sürprizlər gözləyir. Çünki əslində qiymət ucuzlaşması baş vermir. Amma dərman bazarında qiymətlərin liberallaşması vacibdir”.

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, farmakoloq Aydın Əliyev qeyd etdi ki, insanlar bu qərardan məlumatlı olmalı və apteklərdən haqqını tələb etməlidir: "Müəyyənləşdirilmiş qiymətdən daha aşağı satan apteklər mövcuddur. Bu qərar apteklərə sahibkarlıq nöqteyi-nəzərdən xeyirdir ki, insanlar onlara daha çox müraciət edir. Vətəndaşlar aptekdə soruşmalıdır ki, aldığı dərmana Tarif Şurası hansı qiyməti qoyub. İnsanlar dərmanların qiymətinin aşağı və yuxarı həddini bilməlidir. Amma vətəndaşlar qərardan məlumatsızdırlar və heç nə soruşmurlar. Vətəndaşlar Tarif Şurasının qərarından istifadə etməlidir”.

Yeni qanunun nə qədər işlək olduğunu müəyyən etmək üçün şəhərin müxtəlif istiqamətlərindəki apteklər arasında da sorğu keçirdik. Sorğu zamanı ortaya çıxdı ki, həm paytaxtın mərkəzində, həm də kənarda yerləşən apteklərin heç birinin yenilikdən xəbər yoxdur. Özəl şirkətlərə məxsus apteklərdən bildirildi ki, onlara qiymət tabe olduqları müəssisə tərəfindən göndərilir. Şəxsi apteklərdə isə qiymətlər depolar tərəfindən müəyyən edilir. Depo apteklərdən verilən məlumata görə, onlarda Tarif Şurası tərəfindən qəbul edilən qiymətlər əsasında satış edilir. ("Kaspi" qəzeti)
 
Ardını oxu...
Yaxşı yuxu sağlamlığın həm təməli, həm də göstəricisidir. Bildiyimiz kimi, gecə yuxusu zamanı orqanizm yenilənir və bərpa olunur.

Gecə yuxusu immun sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir. İnsan gecə pis yatır, tez-tez oyanırsa, bu proseslər pozulur və nəticədə insanda müxtəlif xəstəliklər inkişaf edə bilər.

Digər tərəfdən gecə yuxusu zamanı səbəbsiz olaraq tez-tez oyanmaq bəzi xəstəliklər və pozulmaların simptomu kimi də meydana çıxa bilər. Bu pozulmalar hansılardır?

Gununsesi.info Saglamolun.az- a istinadən bildirir ki, əgər insan 1 ay ərzində müntəzəm olaraq gecə vaxtı 2 dəfə və bundan çox oyanırsa, mütləq həkimə müraciət etməlidir.

Bunun əsas səbəblərindən biri ürək və ağciyər xəstəlikləri ola bilər.

Digər səbəblər arasında – nevroloji pozulmlardır (xroniki stress, depressiya və s.).

Şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri də yuxu pozulmasına və gecə vaxtı tez-tez oyanmağa səbəb olur.

Gecə tez-tez oyanıb sidiyə gedirsinizsə, bu sidik kisəsi problemləri və kişilərdə prostat vəzi xəstəliklərinə işarə edə bilər.

Nəzərə almaq lazımdır ki, bəzi dərman preparatları (tərkibində kofein olan, sidikqovucular və s.) da gecə tez-tez oyanmağa səbəb olur.

Qadınlarda bu hal menstrual dövrlə bağlı ola bilər – menstruasiyadan qabaq qadınların yuxusu daha həssas olur. Həmçinin klimaks zamanı da qadınlar gecə pis yatır, tez-tez oyanırlar.

Gecə tez-tez oyanmağın obyektiv səbəbləri də ola bilər – çox isti, havasız otaq, işıqlı otaq, səs-küy və s. Bunlar yoxdursa, lakin insan tez-tez oyanırsa, buna mütləq fikir vermək lazımdır.
 
 

 


Ardını oxu...
Son altı ayda nitazen kimi tanınan yeni təhlükəli narkotik vasitə 54 ölümə səbəb olub. Cinayətkar təşkilatlar tərəfindən şərq ölkələrindən gətirildiyi güman edilən bu sintetik narkotiklər bir çox icmalarda fəsadlar törədir.

Gununsesi info xəbər verir ki, “The Sun” həyəcanverici vəziyyət, onun dağıdıcı nəticələri və təcili tədbirlər görülməsi zərurətindən yazıb.

Nitazenlər, heroin kimi opioidlərin təsirlərini təqlid etmək üçün yaradılan süni maddələrdir. Onların gücü o qədər böyükdür ki, onları “Frankenşteyn narkotiki” də adlandırırlar. Bu ölümcül maddələr tez-tez digər dərmanlarla, o cümlədən kokainlə qarışdırılır və asanlıqla əldə edilə bilən ölümcül bir kokteyl hazırlanır. Xüsusilə narahatlıq doğuran odur ki, insanlar bilmədən heroindən 300 dəfə daha güclü olan nitazenlərdən və fentanildən də istifadə edə bilərlər.

Vəziyyət o qədər ağırlaşıb ki, indi nitazenləri kokain, ekstazi və heroinlə eyni kateqoriyaya salaraq A sinfi narkotik vasitə adlandırırlar.

Nitazenlərin qaranlıq tarixi 1950-ci illərə, alternativ ağrıkəsici kimi inkişaf etdirildiyi vaxta təsadüf edir. Bununla belə, onların güclü və asılılıq yaradan xüsusiyyətləri tibbi istifadə üçün icazə almasına mane olurdu. Bu dərmanlar toz, tablet və maye daxil olmaqla müxtəlif formalarda olur. Nitazenlər ağrıkəsici, eyforiya, rahatlama və yuxululuq hissi yaradır, lakin tərləmə, qaşınma və ürəkbulanma kimi xoşagəlməz yan təsirlərə də səbəb olur.

Nitazenlərin şərq ölkələrindəki qeyri-qanuni laboratoriyalar tərəfindən istehsal edildiyi güman edilir və bu laboratoriyalar tez-tez poçt sistemi vasitəsilə Böyük Britaniyaya çatır. Mütəşəkkil dəstələr tez-tez nitazenləri heroinlə qarışdıraraq, küçələrdə satışını həyata keçirir. Bu ölümcül maddə hər gün can almaqda davam edir.
 
 
 
Ardını oxu...
Bəzi xərçəng növlərində pasiyentlər daha çox bağırsaq işində pozulmadan şikayətlənir.

“Medicina” xəbər verir ki, xərçəng çox zaman başqa əlamətlərlə maskalanır, ciddi təhlükə yaratmır.
Adətən bu 3 xərçəngdə bağırsaq funksiyası pozulur.

Bunlar mədəaltı vəz xərçəngi, yumurtalıq və bağırsağın müxtəlif seqmentlərinin şişləridir.

Pasiyentlər daha çox qarında köp, şişkinlik, qəbizlik, ishal, ağrıdan şikayətlənir.

Mədəaltı vəz şişində həzmsizlik, bəzi qidaların həll olmadan xarici, müəyyən qidaları yeyəndə ağrı olur.

Yumurtalıqda qəbizlik və ya ishal olur. Eləcə də qarından belə yayılan ağrı.
 
Ardını oxu...
Qastroenteroloq, Hemotest laboratoriyasının eksperti Yekaterina Kaşux gavalıların faydalı xüsusiyyətlərindən danışıb.Qara gavalı B, A, E və K vitaminləri ilə yanaşı, kalium, dəmir, fosfor, sink, mis, manqan, maqnezium kimi minerallarla zəngindir, deyə o, "İzvestiya" qəzetinə müsahibəsində bildirib.Tərkibində həll olunan və həll olunmayan liflərin yüksək olması səbəbindən mədə-bağırsaq traktına da faydalıdır.Bundan əlavə, tədqiqatlar gavalıların sümük toxumasının qorunmasına və formalaşmasına kömək etdiyini təsdiqlənib.
 
Ardını oxu...
Mütəxəssislər "Hər şey daxil" sistemi ilə fəaliyyət göstərən otellərdə ən intensiv qastronomik təcrübə əldə etməyin yolları ilə bağlı məsləhətlərini bölüşüblər. Bu barədə Foodinfo.az Tourprom portalına istinadən məlumat verir.“The Angle” otellər qrupunun mütəxəssisləri tətil zamanı bufetin nəinki dadlı, həm də mümkün qədər çeşidli olmasını izah ediblər.Birbaşa stola qaçmayın. Mütəxəssislər əvvəlcə ətrafda gəzməyi, baxmağı və nə yemək istədiyinizi qiymətləndirməyi məsləhət görürlər. Əgər çox acsınızsa, o zaman süfrəyə yaxınlaşmazdan əvvəl özünüzü təravətləndirmək üçün bir az qoz-fındıq və ya quru meyvə yeyin.Yeməklərin seçiminə yaradıcı yanaşın. Özünüzü ilk rastlaşdığınız şeylə məhdudlaşdırmayın, yeməkləri qarışdırmayın. Bufetdə müxtəlifliyi nəzərə alsaq, siz həmişə qeyri-adi, lakin çox dadlı yeməklər tapa bilərsiniz.Duzlu qidalardan uzaq durmağa çalışın. Mütəxəssislərin fikrincə, sağlam yeməklərə və ya məhsullara diqqət yetirməyə dəyər. Məsələn, yumurta ağları və ya çia, həmçinin qoz-fındıq və avokado bufetinizi daha da zəngin və ləzzətli edəcək.
 
Ardını oxu...
Alimlər insanın ömrünü qısaldan, insult, infarkt riskini artıran iş və peşələri araşdırıb.
“Medicina” xəbər verir ki, Çin alimləri növbəti dəfə ən təhlükəli işin ofis işi, oturaq işlər olduğunu sübut ediblər.
Tədqiqat göstərib ki, gündə 8 saata yaxın oturaq iş infarkt, insult riskini 50% artırır.
Oturaq iş insan üçün ölümcül təhlükəlidir.
Ofis işçiləri, mühasiblər, bank, idarə işçiləri daxili orqanlar, damarlar, ürək problemlərindən əziyyət çəkir.
10 il ərzində oturaq iş insan ömrünü digər peşələrdən fərqli olaraq, 20% azaldır.
İnsan üçün optimal oturma saatı gündə 4-5 saatdır. Bu zaman 40 dəqiqədən bir fasilə olmalı, bədən vəziyyəti dəyişilməli, insan gəzməlidir.
Ofis işçilərinin sağlamlığı ciddi təhlükə altındadır.
 
 
 
Ardını oxu...
“Amiloid PET” Türkiyədə ilk dəfə olaraq Qazi Universiteti Tibb Fakültəsi Xəstəxanasında həyata keçirilib.

Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, Görüntüləmə sayəsində Alzheimer simptomları görünməzdən əvvəl erkən mərhələdə aşkar edilə bilər.

Prof. Dr. Lütfiye Özlem Atay və komandası təməlqoyma işi üçün patent üçün müraciət edəcək.

Hazırda Türkiyədə qeydiyyatda olan 1 milyon demensiyadan əziyyət çəkən insandan 700 mini Alzheimer xəstəsidir. 2050-ci ildə Alzheimer xəstələrinin sayının 4 milyona çatacağı təxmin edilir.

Böyük ictimai problem olan Alzheimer xəstəliyinin diaqnozunda təməlqoyma hadisəsi Ankarada baş verib.
 
Ardını oxu...
Mərhələli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrini sığorta hesabına qarşılamağı nəzərdə tuturuq.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, hazırda həmin layihəyə aidiyyəti qurumlara göndərilib:

"İlk il ürək-damar sistemi xəstəlikləri, 2-ci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil etməyi hədəfləmişik. Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub.

Həmçinin, dərman vasitələrinin pozitiv siyahısı hazırlanacaq. Pozitiv siyahı ambulator şəraitdə sığorta ilə qarşılanan dərman vasitələrinin məcmusudur.

Əlbəttə ki, bütün bu qeyd etdiklərim layihə şəklində hazırlanır, rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim ediləcək".

Trend.az
Ardını oxu...
“Pandemiya zamanı vaksin vurdurdum. Zamanla səhhətimdə problem yarandı. İlk dozadan sonra qolum keyiməyə başladı. Fikir vermədim, özü keçdi. Amma digər dozalardan sonra bu ağrı və uyuşma daha da artdı. Günlərlə qolumu tərpədə bilmədim. Həkimə gedib, müalicə olunduqdan sonra düzəlməyə başladı. Amma hələ də tam düzəlməyib. Ani hərəkət etdikdə və ya ağır qaldırdıqda yenə həmin problemlə üzləşirəm. Həyatımda ilk dəfə vaksindən sonra bu halla rastlaşdım… Amma sonradan həkimim dedi ki, bunun səbəbi vaksin deyil. Yenə də vaksinə qarşı əngəl ola bilmədiyim mənfi fikirlər və fobiyam yaranıb. İndi də deyirlər qızılca vaksini vurdurmalıyıq. Övladlarım körpədir, onlara vaksin vurdurmaqdan çəkinirəm. Uşaqlarımda ciddi və qalıcı problem yaranacağından qorxuram”.

Peyvəndin əks təsirindən narahat olan Bakı sakini Leyla Qurbanlı Pressklub.az saytına uşaqlarına qızılca peyvəndi vurdursa, ciddi xəstəliklərin yaranacağından qorxduğunu deyib.

Son zamanlar bütün dünyada olduğu kimi Azərbaycanda da kəskin respirator viruslara yoluxma sayında artım müşahidə olunur. Buna həm payız-qış mövsümü, həm koronavirus infeksiyasının hələ də davam etməsi, eləcə də qızılca xəstəliyinin yenidən alovlanması səbəb olub. Lakin insanlar bu virusdan qorunmaq üçün peyvəndləmədən imtina edir. Onlar düşünür ki, peyvənd olunduqdan sonra daha böyük fəsadlar yarana bilər. Halbuki hər orqanizm fərqlidir. Düzdür, istisna hallarda bəzən müəyyən əks təsirlər baş verə bilər. Amma bu, əks təsirin hər kəsdə olacağı demək deyil.

Mövzuya aydınlıq gətirən uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev Pressklub.az-a açıqlamasında bildirib ki, peyvəndin bəzən əks təsiri olsa da faydası zərərindən dəfələrlə çoxdur.

“Azərbaycanda peyvənddən imtinanın əsas səbəbi onun bəzən yaratdığı əks təsirlərdir. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində göy öskürəyə qaşı tam hüceyrəli peyvənd vurulur. Bu peyvənd göy öskürəyə qarşı daha yaxşı immunitet yaradır. Amma tam hüceyrəli peyvənd vurulduğu üçün peyvəndin əks təsirlərinə daha çox rast gəlinir”.

Doktor deyir ki, bu cür peyvənd olunan uşaqların 36 faizində qızdırma yaranır. Bundan başqa ayaqda ağrı, şişkinlik, qızartı kimi mənfi hallar görülür. Hər iki uşaqdan birində əlavə təsirlər yarandığına görə, valideynlər narahat olur: “Bu narahatlığı da valideynlər bir-birinə yayır. Hətta bəzən çox şişirdib, “peyvənd vurdurdum, uşağım iflic oldu” deyirlər. Bu da çox absurd fikirdir. Ona görə də fikirləşirlər ki, qızılca peyvəndində də həmin yan təsirlər olacaq. Amma elə deyil.”

Onun sözlərinə görə qızılcaya qarşı toplum immunitetin yaranması üçün əhalinin 95 faizi peyvənd olunmalıdır. Lakin bizim cəmiyyətdə qızılcaya qarşı peyvəndləmə 50 faizdir.

Qızılca təkcə Azərbaycanda yox, bütün dünyada yayılıb. Rusiyada, Qazaxıstanda, Şərqi Avropada, Afrikada, Asiyada bu xəstəliyə kütləvi yoluxma halları müşahidə edilir. Ona görə də qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir.

Müsahibimiz deyir ki, peyvəndin ilk dozası 1 yaşda vurulur. Bu zaman xəstəliyə qarşı 85 faiz immunitet yaranır. Qalan 15 faizin yaranması üçün də 2-ci dozanı vurulur. Hər iki dozadan sonra 96 faiz immunitet yaranır: “Yəni, yüz uşağa 2 doza peyvənd vurmuşuqsa, onların yalnız dördündə qızılca ola bilər. 96 uşağı peyvəndlə qoruyuruq. Ona görə də, yayılan bütün şayiələrə baxmayaraq peyvəndləmə çox vacibdir. Peyvənd xəstəliyin qarşısını alır”.

Həmsöhbətimiz bildirir ki, qızılca peyvəndini yüksək səviyyədə apara bilsək, bu infeksiyanı aradan qaldıra bilərik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) da hədəfi elə budur. İnsanları peyvəndə cəlb etmək üçün maarifləndirmə, təbliğat işləri aparılmalıdır: “Biz insanlara deyirik ki, hər peyvəndin əks təsiri ola bilər. Lakin QPM (Qızılca-Parotit-Məxmərək–red.) peyvəndinin faydası zərərindən müqayisə olunmayacaq dərəcədə çoxdur. Səhiyyə orqanları da müəyyən resurslardan istifadə edərək insanları peyvəndə cəlb etməlidir”.

Müsahibimizin sözlərinə görə, koronovirus zamanı müxtəlif şayiələr yaranmışdı. Guya insanlara çip yerləşdirirlər, zombiləşdirirlər və bu da müxtəlif xəstəliklər yaradır. Əhalinin bir hissəsi bu səbəbdən vaksindən yayınırdı. Orqanizmində problem olanlarda istisna hallarda əks təsirlər baş verirdi. Həmin şəxslər də bu əks təsirlər barədə məlumatı ətrafındakılara yaymağa başladı və insanlarda mənfi fikirlər yarandı. Amma pediatriyada peyvənddən imtinanın səbəbi göy öskürək vaksini ilə əlaqəlidir.

Pediatr bildirir ki, indi qızılca epidemiya formasında deyil. Hazırda xəstəxanalar da boşdur: “Amma insanlar arasında elə bir panika yaranıb ki, guya qızılca koronovirus kimi yayılıb. Həmçinin onlar düşünür ki, hər kəs qızılca tutacaq, tutanlar da öləcək. Halbuki elə bir şey yoxdur. Birincisi, hər kəsin qızılcaya yoluxma məsələsi absurddur. Elə insanlar var ki, heç vaxt yoluxmur. İkincisi də yoluxanlarda ölüm halı min nəfərdən bir nəfərdə görülür”.

Çip taxmaq, zombiləşdirmək, əhalinin sayını azaltmaq, Bill Qeytsin oyunları… İnsanlarda peyvəndə qarşı yaranan bu yalan neqativ fikirlər tezliklə düzəlməlidir. Əks təqdirdə müxtəlif xəstəliklərə yoluxmalar daha da yayılacaq. Ona görə də özümüzü və ətrafımızdakı insanları qorumaq naminə mənasız şayiələrə inanmayıb, vaxtında peyvənd vurdurmalıyıq.

Mövzu ilə bağlı Pressklub.az saytına danışan həkim-infeksionist İbrahim Rufullayev deyir ki, vaksinlərə qarşı əks fikir, güvənsizlik və doğru kimi təqdim edilən yanlışlar var: “Bu düşüncələr təkcə ölkəmizdə yox, dünyanın hər yerində mövcuddur. Vaksinlərin zərərsiz olduğunu isbatlamamız üçün əhalini maarifləndirməliyik”.

Dünyada hər il vaksini mövcud olan xəstəliklərdən 1 milyon insan dünyasını dəyişir. Əsas səbəb isə insanların vaksinin zərərli olduğunu düşünərək vurdurmamasıdır.

Müsahibimiz deyir ki, vaksinlər haqqında yanlış fikirlərdən biri QPM vaksini ilə autizm arasında əlaqənin olmasıdır: “QPM vaksini ilə autizm arasında elmi təsdiqini tapmış heç bir məlumat yoxdur. Hətta 1998-ci ildə bu əlaqəni təsdiqləyən məqalənin müəllifi məsuliyyətə cəlb olunub və doktorluq lisenziyası ləğv edilib. Daha sonra bir çox çalışmalarda QPM ilə autizm arasında əlaqə olmadığı elmi sübutlarla inkar edilib”.

Doktor deyir ki, bəzi insanların düşüncəsinə görə, körpələrə vaksinlər erkən vaxtda vurulmamaldır, çünki ana südü onları qoruyur: ”Burada kiçik həqiqət var. Ana südü ilə passiv immunitet, yəni antikorlar körpəyə keçə bilər, amma bu, ömürlük qalmır”.

O, bildirir ki, körpə və azyaşlı uşaqların onların həyatına təhlükə yaradan bir çox infeksion xəstəliklərdən peyvənd olunması mütləqdir. Ölkəmizdə bu proses milli təqvim planı çərçivəsində aparılır.

Bu problemi həll etməyin tək yolu maarifləndirməni gücləndirməkdir. Vaksinlə qarşısı alına biləcək xəstəliklər üçün vaksin vurulmalı, o xəstəliyin yaşam parçasına çevrilməsinə izin verilməməlidir. Həmçinin vaksin digər qorunma üsullarından (karantin, izolyasiya və s.) daha effektiv və qənaətlidir.

Həkim-infeksionist Ləman Qalimova mətbuata açıqlamasında deyib ki, peyvəndlər təhlükəsizdir və müalicəsi olmayan bir çox xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür.

Onun sözlərinə görə, müraciətlər arasında respirator viruslar üstünlük təşkil edir: “Pasiyentlər həm qrip, həm pnevmoniyadan ağırlaşma ilə gəlir. Hazırda poliklinikaların hamısında qrip peyvəndi var. Bütün yoluxuculuq qabiliyyəti yüksək olan xəstəliklərin qarşısının alınmasında peyvənd ən yaxşı çıxış yoludur”.

Həkim-infeksionist vurğulayıb ki, bir xəstəliyin yayılması zamanı onun pandemiya və ya epidemiya halına çevrilməsini epidemioloqlar müəyyən edirlər: “Hazırda ölkədə yayılması davam edən qızılca xəstəliyinə hələ kütləvi yoluxmalar qeydə alınmayıb. Peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır. Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər.”

Qalimova deyir ki, qızılca yüksək yoluxuculuq qabiliyyətinə malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90 faizini yoluxdura bilər.

Yüksək risk qrupuna 5 yaşdan aşağı, immuniteti zəif olan uşaqlar, onkoloji, revmotoloji xəstəliyi olanlar, kimyəvi terapiya alanlar, immun sistemi pozitiv İİV xəstələri aiddir. Artıq ölkə üzrə qrip əleyhinə peyvəndləmə işlərinə də başlanılıb.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı mətbuata danışarkən deyib ki, milli təqvim planında 11 infeksiyanın idarə olunması yer alıb.

“Qızılca peyvəndi də həmin sıradadır. Valideynlərə çağırış edirəm ki, övladlarınızı vaxtında peyvənd təqviminə uyğun şəkildə vaksinasiyadan keçirin”.

Onun sözlərinə görə, qızılca əleyhinə peyvəndin tərkibində yumurta zülalı olmadığından allergiyası olanların vaksinasiyası qorxulu deyil.

Tibb işçiləri insanlara vaksinin zərərsiz olduğunu bildirsə də, bəzi insanlar hələ də bunun əksini düşünməkdə davam edir. Nəticədə özlərini və övladlarını təhlükəyə atırlar. Covid-19 pandemiyası zamanı allergiyası olan şəxslər vaksindən azad edilirdi. QPM vaksini isə həmin şəxslər üçün təhlükəsizdir. Yəni, tibb işçiləri əhalinin həyatına risk törədəcək məlumatları bildirir. Ona görə də mənasız yerə təşvişə düşmək lazım deyil. Orqanizmi vaksinə uyğun olan şəxslər rahatlıqla peyvənd etdirə bilər.

Azərbaycanda qızılcaya yoluxmanın qarşısını almaq üçün əhali peyvəndləməyə cəlb olunacaq. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva mətbuata açıqlamasında bildirib ki, heç vaxt peyvənd olunmamış şəxslərin 1-ci və 2-ci peyvənd dozası arasında müddət 4 həftə olmalıdır.

“Nə vaxtsa 1 doza peyvənd vurulubsa 2-ci doza buraxılıbsa, həmin şəxslərə buraxılmış 1 doza peyvəndin vurulması kifayətdir”, – o deyib.

N.Mustafayeva bildirib ki, bir dəfə peyvənd sxemini tamamlamış və ya qızılca xəstəliyinə yoluxub sağalmış şəxsin peyvənd olunmasına ehtiyac yoxdur. Daha əvvəl hər hansı bir peyvəndə qarşı anafilaktik şok reaksiyası müşahidə edilibsə, həmin şəxslərə peyvənd vurulması əks-göstəriş hesab olunur: “Eyni zamanda hamiləlikdə və immunosupresiv şəxslərə peyvənd vurulması tövsiyə olunmur”.

Əhalinin maariflənməsi mühüm məsələdir. Gün keçdikcə xəstəliklər artır. İnsanlar bu neqativ fikirlərlə tək özünü yox, ətrafındakıları da təhlükəyə atır. Ona görə, insanları məcbur etmədən, səbirlə başa salıb, gerçəkləri aşılamaq lazımdır.

Sağlamlığımız öz əlimizdədir. Araşdıraq, maariflənək və özümüzü qoruyaq!

Müəllif: Günay Elşən - Mənbə: Pressklub.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
Facebook-da paylaş
 

Dünyapress TV

Xəbər lenti