Ardını oxu...
“Bəlkə bir gecə sadəcə bir “dənləmə” əməliyyatı keçirərək ünvanları Xankəndində də, Əsgəranda da, Ağdərədə də, Xocavənddə də xüsusi xidmət orqanlarımıza yaxşı bəlli olan separatçı-terrorçu fəalları tutuqlayıb Bakıya komlamaq gərəkdir? Axı indi də 1988-1989-cu il deyil ki, belə əməliyyatlar üçün Moskvanın icazəsi, göstərişi tələb oluna...”

Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun 44 günlük müzəffər(!) savaşımızdan sonra da Rusiya imperiyasının “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarətində qalan Xankəndi şəhərində elə həmin kontingentin himayəsinə sığınmış separatçı, terrorçu, işğalçı, revanşist ruhlu hayklar daha bir qanunsuz hərəkat qondarıblar.

Moderator.az xəbər verir ki, Ermənistanın Mamul.am saytının yaydığı məlumata görə, “artsax milli hərəkatı” adlanan bu separatçı hərəkat keçmiş “polis”, “prokurorluq” əməkdaşları tərəfindən qondarılır.

Hərəkatın təşəbbüskarı, keçmiş qanunsuz “hüquq-mühafizə” orqanı əməkdaşı Sergey Amiryan qurumun yaradılması təşəbbüsü barədə özünün “Facebook” səhifəsində yazıb.

“Mövcud vəziyyəti və hüquq-mühafizə sistemində dövlət və cəmiyyət üçün müstəsna xidmətlər göstərən, heç vaxt partiya maraqlarını və ya başqasını rəhbər tutmayan keçmiş həmkarlarım ilə birgə qarşılaşdığımız problemləri nəzərə alaraq biz artsax milli hərəkatını yaratdıq.

Biz bu addımı vətənlərinin gələcəyindən narahat olan yüzlərlə artsax sakininin xahişi ilə atdıq. Bizim üçün yeganə və müstəsna fayda artsaxı ermənilərinki kimi saxlamaqdır. Ümid edirik ki, tezliklə bu hərəkat yalnız müsbət nəticələrə gətirib çıxaracaq. Artsax sakinləri təslim olmur”,- bu cümlələri çərənləyən separatçı hərəkatın Xankəndi şəhərindəki konkret ünvanını da göstərir:

“Yaratdığımız hərəkatın mərkəzi ofisi Stepanakertdə yerləşir, ünvan Azatamartikner 9. Digər ofislər haqqında, planlaşdırılan mətbuat konfransları və elanlar hərəkatın “Facebook” səhifəsində yerləşdiriləcək”.

Qondarma hərəkatın "təsisçisi" S.Amiryanın "Facebook" səhifəsində o da diqqəti cəlb edir ki, bu separatçı 2021-ci ilin oktyabrında Şuşa yaxınlığında Azərbaycan ordusunun postuna qumbara atan və dərhal "sülhməramlı"lar tərəfindən aradan çıxarılaraq Xankəndindəki separatçı-terrorçu rejimə təhvil verilən 2016 və 2020-ci illərdə "polis" mayoru Norayr Mirzoyana böyük rəğbət bəsləyir... Yəni özü də belə terror aktlarına hazırdır...

Zəruri şərh:

Çox güman ki, bu qondarma separatçı-terrorçu xislətli hərəkat da Rusiyanın Yuxarı Qarabağda fəal olan “FSB”-si tərəfindən dəstəklənir. Çünki tarixən məlumdur ki, hayklar arxalarında etibarlı güc hiss etmədən heç bir hərəkat, təşkilat qurmurlar...

Biz isə iki gündən bir mediada “Azərbaycan Qarabağdakı separatçılara qanunsuz silahlılara qarşı antiterror əməliyyatı keçirəcək” “sensasion” xəbərləri ilə özümüz öz başımızı qatırıq. Bəlkə gecikirik? Bəlkə heç hansısa hay-küylü “antiterror əməliyyatı”-filana ehtiyac yoxdur. Bəlkə bir gecə sadəcə bir “dənləmə” əməliyyatı keçirərək ünvanları Xankəndində də, Əsgəranda da, Ağdərədə də, Xocavənddə də xüsusi xidmət orqanlarımıza yaxşı bəlli olan separatçı-terrorçu fəalları tutuqlayıb Bakıya komlamaq gərəkdir? Axı indi də 1988-1989-cu il deyil ki, belə əməliyyatlar üçün Moskvanın icazəsi, göstərişi tələb oluna... Axı bizdə elə oğullar var ki, istənilərn təhlükəli adamı gecə yatağından götürüb yoxa çıxara bilir...

Mənbə: moderator.az
 

Ardını oxu...
Bakının o başında yaşayan adama 1 manat verib onun maşını ilə işə gələndə kimin qarnı ağrıyır? Niyə mən taksi ilə 15 dəqiqəyə qət etdiyim yolu uzun və yöndəmsiz avtobusla 55 dəqiqəyə getməliyəm?

Bu ölkədə bircə ucuz olan taksi xidməti qalmışdı, onu da digər qiymətlərə “uyğunlaşdırırlar”. Siz Allah, arqumentə baxın: Qiymətlər çox ucuzdur, hamı taksi xidmətindən istifadə etmək istəyir.

Bəli, qiymətlər çox ucuzdur. Məsələn, iki gün əvvəl mən məşhur 8-ci kilometr bazarından aeroportun yanına 5 manata getdim. Yolda sürücüdən bu məbləğin ona sərf edib-etmədiyini soruşanda, yaşına uyğun olmayan ağayanalıqla belə dedi: "Allah bərəkət versin".

Allah ürəyinə görə verdi. Mən maşından düşməyə macal tapmamış başqa bir müştəri özünü içəri təpdi.

Biz bahalı istirahət mərkəzlərinə gedə bilmirik. Teleqüllədəki məşhur restoranda nəinki yemək yemirik, heç çay da içə bilmirik. Cahangir Əsgərovun acgözlüyü üzündən daha təyyarəyə də minmirik. Bircə taksi xidmətindən istifadə edə bilirik. Onu da bizə çox görürlər. İstəyirsiniz ki, köhnə, təmirsiz, kondisionersiz metro vaqonlarında, turşumuş kələm qoxan kirli avtobuslarda bir-birimizin belinə minək?

İctimai nəqliyyatdan istifadənin zəruriliyini anlatmağa çalışan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevdən soruşuram: Müşahidə Şurasının sədri olduğunuz Bakı metrosunun xidmətindən istifadə edən sərnişinlərin hansı məşəqqətlərə qatlaşmasından xəbəriniz varmı? Siz bahalı maşınınızda xumarlana-xumarlana işə gedəndə, sıravi vətəndaşların hansı zülmə qatlaşdığını yazım, öyrənin. Öyrənmək heç vaxt gec deyil.

Cənab nazir, Mərdəkanda yaşayan Məmmədəli kişi Yasamaldakı iş yerinə getmək üçün kökünü qurutmağa çalışdığınız 1 manatlıq taksilərlə əvvəlcə metronun "Koroğlu" stansiyasına gəlir. Sonra min bir əziyyətlə, qan-tər tökə-tökə vaqonların hərəkət etdiyi platformaya enir. Təbii ki, Dərnəgül istiqamətində hərəkət edən qatara minə bilmir. Əlacı kəsildiiyi üçün üzünü o tərəfə çevirib "Həzi Aslanov" stansiyasına gedən qatara əyləşir. Ehtiyac üzündən çuxura düşmüş gözlərini qıyıb ətrafı müşahidə edir. Adam az olsa, "Neftçilər", çox olsa "Xalqlar Dostluğu" stansiyasında enir. Təkrar Dərnəgül istiqamətində hərəkət edən qatara minib "İnşaatçılar" stansiyasına qədər yol gedir. Yüzlərlə insanla birlikdə yol getdiyi üçün 20 dəfə ayağını tapdalayırlar, şalvarının qırışı itir, pencəyinin yaxası əzilir. Hanasısa yekəpər sərnişinin müdaxiləsi ilə azı üç dəfə yerində dövrə vurur, beş dəfə onun bunun tənəsini eşidir. Əgər həmin gün cibgirlə qarşılaşırsa, üstündəki beş-on manat da əldən çıxır. Ürəyində yüz dəfə özünə, iki yüz dəfə də ona bu zülmü yaşadanlara söyə-söyə gəlib iş yerinə çatır...

Mənə inanmırsınızsa, gəlin birlikdə metroya minək. Narahat olmayın, sizi öz kartımla keçirəcəyəm. Təki, gəlin və görün...

Seymur VERDİZADƏ
 //yenisabah.az//
Ardını oxu...
Təxminən bir əsr yarım əvvəl Qacarlar dövlətində etnopolitik proseslərin çox maraqlı bir müşahidəsi:
“... Aderbeycanlılar yalnız türkcə danışır və fars dilini yalnız xarici dil olaraq öyrənirlər. İranın digər əyalətlərində türk dili xalq arasında tam hakim olmasa da, elə bir vilayət yoxdur ki, əhalinin bir hissəsi bu dildə danışmasın.
İrandakı hərbi ünsür, hazırda hökmranlıq edən Qacar ​​sülaləsinin də mənsub olduğu Türk irqinə aid olduğu üçün, sarayda və ən yüksək vəzifəli şəxslər arasında, mərasim olmasa da, ümumi danışıq dili Türk dilidir.
Tehran və ətrafı əsasən türk dilində danışır. İranın hər yerində hər gün fars dilində danışanların sayı azalır, türkcə danışanların sayı artır. Yaxın gələcəkdə İran, yalnız türk dilində danışan dövlətlərin sırasını artıracaq."
Mənbə: Мамед Шахтахтинский, Фельетон "Кавказа". 25-го апреля 1882 года.
Elvin Məmmədli.
 
Ardını oxu...
Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı İbrahim Rəisi ilə telefonla 90 dəqiqə nəyi müzakirə edə bilərdi? İranın Prezident Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi bildirib ki, guya danışıqlar zamanı Makron Parisin Tehranla əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb.
Ağlabatan deyil. İran Fransanın tərəfdaşı və dostu deyil ki, iki ölkənin dövlət başçısı uzun-uzadı “əməkdaşlığın inkişafı” mövzularını müzakirə etsinlər?Fransanın “Le Figaro” qəzeti fransalı rəsmilərə istinad edərək telefon danışığında Makronun Rəisini xəbərdar etdiyini və İranın Rusiyaya pilotsuz uçuş aparatları göndərməyi dayandırmaq tələbini səsləndirdiyini yazıb. Fransa prezidenti Tehranın Rusiyaya dronlar göndərməkdə davam edəcəyi halda bunun İran üçün təhlükəsizlik və humanitar sahədə ağır nəticələri olacağını bildirib. Qərb ölkələrinin kəşfiyyat strukturlarının İranın Rusiyaya göndərdiyi dronların sayını artırdığı barədə məlumatları var.
İran Rusiyaya dronlar göndərməkdən imtina etməyəcək. İranın Qərb sanksiyaları fonunda valyutaya ehtiyacı var. Rusiya dronların qarşılığında İrana böyük miqdarda pul ödəyir. Ukrayna səmasında hər gün onlarla İran dronu vurulur. Bu o deməkdir ki, İranın pilotsuz uçuş aparatları istehsal edən müəssisələri Rusiya üçün tam gücüylə işləyirlər.
Bəs Tehranı Makron niyə xəbərdar edib? Makron Fransanı Avropanın lider dövləti hesab edərək hər məsələdə rol almağa çalışır. Ancaq bu Makronun və Fransanın statusunu xüsusi olaraq artırmır.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
ATV telekanalında yayımlanan “Astar şou” adlı komediya verilişində müəllim adının urvatsızlaşdırılmasına yönəlik təqdimat ictimaiyyətdə hiddət doğurub.

Şounun dünən axşamkı növbəti buraxılışında “aktyorlar” guya meşşanlığı satirik dillə tənqid etdiklərini tamaşaçılara çatdırmaq istəyiblər. Əslində isə dolayı yolla onsuz da tez-tez əsassız olaraq hədəf seçilən müəllim adını daha da ucuzlaşdırıb, onu gülüş obyektinə çeviriblər.

Belə ki, verilişin ssenarinə görə, aşpaz eyş-işrət məclisində artıq qalan kababı özü ilə götürüb “Corc müəllim”ə aparıb verəcəyini bildirir. “Jurnalist”in “yəqin Corc müəllim hörmətli adamdır ki, ona kabab aparmısınız” sualına aşpaz “Corc müəllim Kərim müəllimin itinin adıdır” cavabını verir.

Teref.info Modern.az-a istinadən xəbər verir ki, müəllimlə bağlı bu cür təqdimat sosial şəbəkələrdə də etiraz doğurub. Müzakirələrə qoşulanlar ATV rəhbərliyini tənqid edib, qınayıblar.

Jurnalist Rövşən Kəbirli bu təqdimatı ölkənin minlərlə müəlliminə və müəllim adına açıq həqarət adlandırıb.

“Təsəvvür edin ki, bu verlişin ssenasisini yazan hansısa danabaş adam itə müəllim deyir – “Corc müəllim” və biabırçılıq bir neçə dəfə xüsusi əda ilə ekrandan səsləndirilir.

Tələb edirəm ki, ölkədə teleyayıma nəzarət edən Azərbaycan Respublikası Audiovizual Şurası reytinq xatirinə müqəddəs müəllim adına “qarmaq atan” verilişə görə ATV kanalının yayımını azı bir sutka dayandırsın. Həmçinin, sözügedən verilişin telekanalın proqramdan həmişəlik çıxarılması barədə qərar qəbul edilsin. İnanıram ki, Audiovizual Şurası dövlət qurumu olaraq bunu edəcək”.

Jurnalist Rövşən Kəbirlinin bu çağırışına Qarabağ qazisi, hazırda Bakıdakı məktəblərdən birində müəllim işləyən Vaqif Əlisoy da dəstək verib:

"ATV-nin rəhbərliyinə müraciət edirəm. Sizə kim haqq verib ki, 150 minlik müəllim ordusunu təhqir edirsiniz? İndi bu ağsaqqal vaxtımda durum mən də sizi təhqir edim?

Ayıb olsun! 44 günlük Vətən müharibəsində həlak olan 3 min şəhidi, minlərlə qazini yetişdirən biz müəllimlər olmuşuq. Şəxsən mənim yetişdirdiyim 50-yə yaxın şagird əsgər, gizir və zabit kimi döyüşlərə qatılıb, şəhid və qazı olublar. O şəhidlərin ruhu sizə qənim olsun! 46 ilin müəllimi, Qarabağ qazisi kimi dərhal üzr istəmənizi tələb edirəm!

Elm və təhsil naziri Emin Əmirullayevə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə müraciət ünvanlayıram, bu məsələyə müdaxilə etsinlər”.
 
Ardını oxu...
İş elə gətirdi... son günlər bir neçə rus qadınla həmsöhbət oldum. Onlardan biri son otuz ili Amerikada yaşayan, əri amerikalı olan bir Bakılı idi. O biri Moskvada yaşayan, qaynanasının təbiri ilə desəm bir "kənd qızı" idi.
ABŞ-da yaşayan rus qadının fikirləri diqqətimi çəkdi. O, Putini qınayır və deyirdi:
- Axı sən nə istəyirsən Ukraynadan? Niyə dağıtdın o ölkəni? Sən dön, öz əhalinə bax, camaat it günündə yaşayır...
Biz bir xeyli bu mövzuda danışdıq. Dedim, dünyanın ən bədbəxt xalqıdı rus, kiçik istisna ilə zillət içində keçinir. Və bu dövlətin ayağı hara dəyirsə fəlakət gətirir o xalqa.
İlk dəfə bir rusun bu fikrimi təsdiqlədiyini, hətta qüvvət verdiyini gördüm. Ümunilikdə, rus şüuru şovinist yüklüdür...
Görünür, Kremlin təbliğat məngənəsindən uzaq düşmək, Amerika şüuru daşımaq da öz işini görüb.
Qonşumda da həmsöhbətim olan rus qadın var, tanışlar da var... gördüklərimin hamısı Putin fanlarıdı. Putinə "gözü üstdə qaşı var" demək olmur. O saat iş yetişir "şələni qoy, gəl dalaşaq" məsələsinə.
Ümumiyyətlə, Bakı rusu Putin heyranıdı.
Biz, Bakı rusunu, xüsusən rus qadınları küçələrdə pişiklərə yemək verən, humanist təbiətli, küçəyə zibil atmayan, dükan-bazarda növbəni pozmayan, qonşuluqda xoş keçinən... gördük, amma bir dəfə də onların Xocalı qətliamına, 20 yanvar qırğınına etiraz edən görmədik. Rus qadını Rusiyanın tökdüyü qanı -gənəldə- təqdir edir.
...Ertəsi gün bir başqa qadınla, Moskva rusu ilə bir arada olduq. Həyatsevər bir qadın idi, təbiətə, yeməklərə, havaya, suya... hər gördüyünə bayılırdı, dağlarda kəklik otu toplayır, uşaq kimi sevinirdi.
Yanaşı oturduq, uzun uzadı həyatı, təbiəti sevməyindən danışdı. Azərbaycanı behşt kimi gördüyünü dedi. Nifrətin nə qədər pis bir duyğu olduğunu deyib sözü müharibəyə gətirdi. Bir xalqın nifrət dolu olmasını pislədi. Əlbəttə, çox iri bir nitqlə... amma fikrini konkretləşdirmədi... o üzdən soruşmalı oldum:
- Siz bir Rusiya insanı olaraq necə düşünürsünüz, Ukraynada ictimai nifrət çoxdur, yoxsa Rusiyada...
Heyrətlə üzümə baxdı, yəni necə bilməzsən bu sualın cavabını...
- Əlbəttə, Ukraynada... Rusiyada nifrət deyə bir şey yoxdur, qətiyyən yoxdur. Ukrayna anaları gecə-gündüz bizim yeddi nəslimizə qarğış tökür. Amma bizim orada ölən əskərlərimizin anaları heç vaxt onlara nifrət yağdırmır...
Əlbəttə, bu qadın, indiyə qədər həmsöhbət olduğum - bircə istisna - rus qadınları kimi Putin yanlısı idi və bu sevda onu elə kor etmişdi ki, gözü yeri-göyü görmürdü...
Amma həssaslığı da vardı və görünür üzümdən bir şeylər oxuyurdu.
- Putin nə etsin? Öz ölkəsini qoruyur. Bu, Putinin borcudur, vəzifəsidir...
Mənim hər hansı bir etirazım başqasının evində deyişmə açmağa gətirə bilərdi. Yaxşı ki buna vaxt qalmadı, qızı onu yığışmağa çağırdı... uçuşlarına bir neçə saat qalırdı...
Həm də daşlaşmış şüura heç bir fikir təsir etməz. Belə insanlara nəsə demək mənasızdır. Həm də mənə bir yazıçı kimi insanın halı, əhvalı, mahiyyəti daha maraqlıdır... görmək, bilmək... mübahisə etməkdən yeydir...
Bəlkə də vaxt qalsaydı sözümü gülə-gülə deyərdim, bunu yaxşı bacarıram
Deyərdim:
-Putin dəyişə bilmədi, yeni düzəni anlamadı. Qonşu dövlətlərin boğazına son dörd əsrdə olduğu kimi bir daha caynaq atmaq istədi və Rusiyanı fəlakətə sürüklədi. Lap yaxşı! Bəlkə də rus işğalından qurtamağın, eləcə də rus xalqının öz dövlətinin ona gətirdiyi faciədən xilas olmasının yolu budu. Halbuki hər xalqın süverenlik haqqını tanıyıb Avropa Birliyi kimi bir ittifaq qura bilərdi.
Lakin... bu, mümkün deyil, olmayacaq. Rus şüuru, insanlıqdan, analıqdan çıxıb fana çevrilmiş bu şüur rusa nicat yolunu göstərə bilməz. Çarə yalnız məğlubiyyətdədir. Rusların özünü belə indiki rus federasiyasının - Rusiyanın məğlubiyyəti xilas edəcək. Hərcənd federasiya deyilən bir şey yoxdur, olmayıb. Rusun bərabər hüquqlu münasibət kültürü yoxdur. Rus şüuru uzun yüz illərdir qapazlamaq və yağmalamaq formatına düşüb və o formatdan çıxmaq yolu axtarmır. Çarə tarixin və zamanın rus şüuruna atacağı yeni formata qalıb.
Belə... demək, rus qadının fanlıqdan çıxıb adam kimi, qadın kimi, ana kimi düşünə bilməsi üçün Amerikada 30 il yaşaması lazımdı.
"Musa Peyğəmbər kölə şüurundan çıxarmaq üçün soydaşlarını 40 il çöllərdə süründürdü..." hekayətinin yeni bir varinatı kəşf ediləcək kimi görünür
Mehriban Vezir
Teref.az
 
Ardını oxu...
İyunun 2-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri arasında növbəti görüş keçirildi.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk belə bir açıqlama verib ki, tərəflər yüklərin daşınmasında gömrük nəzarətinin necə həyata keçiriləcəyi ilə bağlı razılığa gəliblər.
Rusiyalı rəsmi danışıqların 9 saat çəkdiyini və ümumi razılaşmanın əldə olunduğunu bildirib. Mətnin hazırlandığını deyən Overçuk iki-üç uyğunsuzluq olduğunu və onlar üçün əlavə müzakirə keçiriləcəyini vurğulayıb.
Rusiya baş nazirinin müavinin sözlərinə görə, bu, dəmir yolu, pasport, sərhəd, gömrük nəzarəti olan adi sərhəd olacaq: “Heç kim Ermənistanın suverenliyinə şübhə etmir. Bütün tərəflər mümkün qədər tez işə başlamaq istəyir”.
Overçukun açıqlamasından çıxış edərək iki sualın cavabına ehtiyac var. Birincisi, Ermənistan tərəfdən sərhəd və gömrük xidməti necə həyata keçiriləcək, bu Ermənistanın sərhədçiləri və gömrükçüləri olacaq, yoxsa nəzarəti Rusiya həyata keçirəcək?
Azərbaycan və Ermənistan Ümumdünya Gömrük Təşkilatının dəstəyindən yararlanacaqlarmı? Bu sual ona görə aktualdır ki Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-də Brüsseldə Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə Ümumdünya Gömrük Təşkilatının imkanlarından istifadə edilməsi barədə şifahi razılıq əldə edilmişdi.
Bu barədə görüşdən sonra Şarl Mişelin açıqlaması olmuşdu. Overçuk Mişeldən fərqli olaraq açıqlamasında Ümumdünya Gömrük Təşkilatının adını çəkməyib.
Deməli, Moskva bu təşkilatın Ermənistanla Azərbaycan arasında gömrük fəaliyyəti göstərməsinin əleyhinədir, özünü bu rolda görür.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Həm ukraynalılar, həm də ruslar daha çox insanın həyatına son qoyacaqlar və birincilər üçün üzülürük, ikincilər üçün isə...

Ukraynanın BMT-dəki nümayəndələri Kaxovka su elektrik stansiyasında (SES) baş verən partlayışla əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıblar. Bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Görüş iştirakçıları bir sıra beynəlxalq tədbirlər haqqında razılığa gəliblər, o cümlədən: BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması, beynəlxalq ekoloji təşkilatlara, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət. Çünki rusların bu cür hərəkətlərində Cenevrə Konvensiyasının pozulmasının açıq əlamətləri var”, - deyə məlumatda bildirilir.

Təbii ki, Ukrayna tərəfi necə davranmağa borcludursa, elə də hərəkət edir. Yeganə problem odur ki, BMT həmişə faydasız danışıq məkanı olub və olaraq qalır. Üstəlik, bu gün bu, sarsıdıcı təfərrüatlarla sübuta yetirildi. Baş verənlərin rüsvayçılığı haqqında düşünün - rus işğalçılarının Xerson vilayətində Kaxovka SES-i partlatdığı gün BMT-də... rus dili gününün bayram edilməsi barədə məlumat yayılır.

SES-in partladılması, dəhşətli texnogen fəlakətin törədilməsi əmri eyni dildə verilirdi. Eyni dildə başqa cinayət əmrləri də verilirdi - Krımın ilhaqından tutmuş Donbasda ləng, hibrid müharibənin başlanmasına qədər. Məhz bu dillə rus müdaxiləçiləri Donetsk və Luqansk vilayətlərində separatizmi alovlandırdılar.

Bu dildə rusların Ukraynaya genişmiqyaslı hərbi işğalına başlamaq əmri verildi. Bu dildə Buçada, İrpendə, Qostomeldə soyqırımı təşkil edənlər danışırdılar. Bu dildə Xarkov, Odessa, Dnepr, Kiyev və Ukraynanın digər dinc şəhərlərini bombalamağı əmr edənlər danışırdı. Bu dildə gözlərinə görünən hər şeyi oğurlamaq üçün boş Ukrayna evlərinə və mənzillərinə soxulan talançılar danışırdılar.

Bu dildə Ukraynanın bir vaxtlar çiçəklənən şəhərlərini - Mariupol, Baxmut, Soledar, Maryinka və bir çox başqa şəhərləri yerlə bir edənlər danışırdılar. 3 milyondan çox Ukrayna vətəndaşını mənzillə təmin edən 154 min mənzil fondu zədələndi və dağıdıldı. Bunu rusca danışan rus işğalçıları edirdi. Onlar Ukraynada 1500-dən çox məktəb, 1000 uşaq bağçası və 538 ali təhsil müəssisəsini dağıdıblar.

Onlar həmçinin 500-dən çox ukraynalı uşağı öldürüb, 20 mindən çox kiçik ukraynalını zorla Rusiyaya aparıblar. Görün, BMT-də hansı dilin günüdür! Şəxsən mənim üçün rus dili çoxdan yazıçı və şairlərin dili olmaqdan çıxıb. Mənim üçün rus dili Rusiyanın törətdiyi cinayətlər barədə oxuculara məlumat vermək dilidir. Sonu olmayan cinayətlər. Əksər rusların hətta utanmadığı cinayətlər...

Eyni şəkildə, faşist Almaniyasının vətəndaşları da Reyxin və SS-in cinayətlərindən utanmırdılar – o, məhv olana qədər. Və sonra hamısı öz ölkələrinin, ordusunun, hökmdarlarının dünyanın müxtəlif ölkələrində nə işlə məşğul olduqlarından xəbərsiz ifadələrlə özlərinə haqq qazandırmağa başladılar. Növbəti mərhələ adi almanların bununla heç bir əlaqəsi olmadığı, lakin Hitler, Himler, Gebbels, Bormann və Reyxin digər rəhbərlərinin hər şeydə günahkar olduğu iddiası idi.

Mən əminəm ki, Rusiya ilə də eyni olacaq, o, artıq uduzur. Sadəcə olaraq, onun məğlubiyyəti zamanla gecikir və həm ukraynalıların, həm də rusların özləri daha çox insanın həyatına son qoyacaqlar. Birincilər üçün üzülürük. Ruslara isə nasist Almaniyasının sakinlərinin qırılmasından peşman olmadığımız qədər peşman deyilik. Bombalanmış Drezden, Berlin və digər alman şəhərlərinə yazığımız gəlmir. Çünki alman təyyarələri bundan əvvəl dünyanın bir çox şəhərlərini bombalayırdı. Bumeranqın isə geri qayıtma qaydası var.

Yeri gəlmişkən, o, artıq ilhaq edilmiş Krımın sakininin yanına qayıdıb. Rusların Kaxovskaya SES-i partlatmasından sonra yarımada susuz qalıb. Yeri gəlmişkən, rusların hərəkətlərində heç bir yenilik yoxdur. Axı Rusiya Federasiyasında onlar özlərini SSRİ ilə əlaqələndirməyi xoşlayırlar. Beləliklə, 1941-ci il avqustun 18-də Sovet rəhbərliyi geri çəkilən Qırmızı Orduya Dnepr GES-i partlatmaq əmrini verdi. Bəndin partlaması nəticəsində həmin an bəndi keçən sovet əsgərləri həlak oldular və hələ o an sovet qoşunlarının nəzarəti altında olan Zaporojye su altında qaldı, Dneprin aşağı axınında olan Qırmızı Ordu əsgərləri su altında qaldı və onlar ya boğulmalı, ya da təslim olmalı idilər.

O vaxt da, indi də “rus qadınları yenilərini doğacaq” prinsipi ön plana çəkilirdi. Ukrayna indi belə bir qüvvə ilə döyüşməlidir!

Bəs BMT? Orada Rusiyanın terror hücumuna "cəsarətlə" reaksiya verdilər, lakin mesajda su elektrik stansiyasının adı belə, qeyd olunmadı. Daha dəqiq desək, BMT-nin reaksiyasını onun “Twitter” səhifəsində görmək olar. Nəşrdə təşkilat “mülki əhali və mülki infrastruktur hərbi hədəf olmamalıdır” deyir. "Onları qorumaq lazımdır. İstənilən vaxt. Hər yerdə", - mesajda deyilir.

Eyni zamanda, BMT iyunun 6-sı gecə rus işğalçıları tərəfindən partladılmış SES-in adını birbaşa qeyd etmir. Bu, nə deməkdir? Deməli, BMT-nin buraxılması lazımdır. O, heç kimi və heç nəyi qoruya bilmir.

Biz bunu dörddə bir əsrdən çox davam edən erməni işğalının timsalında gördük. Ukrayna və bütün dünya BMT-nin Rusiyanın cinayətlərinin qarşısını ala bilməməsinin nümunəsini görür. O Rusiyanın ki, BMT Təhlükəsizlik Şurasının üzvü olmağa davam edir...

Müəllif: Əkbər Həsənov
ayna.az
Ardını oxu...
Naxçıvan şəhəri, Ordubad rayonu, Vənənd kənd sakini Məmmədov Məzahir Fazil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, oğlu döyüş təlimi zamanı hərbi hissədə vəfat etdiyi halda, ona şəhidlik status verilmir:

"Mən, Ordubad rayonu, Vənənd kənd sakini Məmmədov Məzahir Fazil oğlu, yazaraq bildirirəm ki, oğlum Məmmədli Fazil 29.06.2022-cı ildə Naxçıvanın N saylı hərbi hissəsində döyüş təlimi zamanı, hərbi əmri yerinə yetirərkən faciəli şəkildə şəhid olmuşdur. Yas mərasimində hərbi qulluqçular 4 gün iştirak etmişdir. Mərasim vaxtı iştirak edən 15-ə yaxın hərbçi mənə deyirdi ki, oğlunuz şəhid olub. Bayrağı mənə təqdim edərkən də bildirdilər ki, bayrağı qəbul edin, oğlunuzun şəhidlik sənədləri də komissarlığa göndəriləcək.

Mərasimin 40-cı günü hərbi komissar zəng edib, məni komissarlığa cağırdı. Mənə arayış təqdim etdi və dedi ki, bu arayışa əsasən oğlunuza şəhidlik status düşmür. Həmin arayışı da götürüb, oğlumun qulluq etdiyi N saylı hərbi hissəyə üz tutdum. Hərbi hissənin komandiri Umman adlı zabit mənə dedi ki, general-polkovnik Kərəm Mustafayev nə desə, odur.

Ailəmlə birgə Ordu qərargahına getdik. Orada bizi general Rəhim Cəfərov qəbul etdi. Yas mərasimi vaxtı bu insan bizə demişdi ki, oğlunuz şəhiddir. Qəbulda isə tam fərqli danışaraq, “oğlunuza şəhidlik düşmür” dedi. Daha sonra məni və bacılarımı təhqir edərək otaqdan çıxmamızı tələb etdi. Bacılarım uşağın haqqını tələb edib, otaqdan çıxmadıqda, məni kənara çəkib dedi ki, “get Kərəm paşanın qəbuluna, onu razı sal, o, desə şəhiddir, biz sənədləri hazır edərik”.

“Kərəm paşa”nın qəbulu zamanı dedi ki, oğluna şəhidlik düşmür, hara istəyirsən get şikayət et. Sonradan bəzi hərbçilərlə görüşəndən sonra aydın oldu ki, bu, “Kərəm paşa” nəyi necə istəyirsə, elə də qərar verir. Qorxudan da heç kəs səsini çıxara bilmir. Bu hadisələrdən sonra hərbi hissəni İnzibati Məhkəməyə verdim, 10 ay məhkəmə prosesi getdi. Mənim “Kərəm paşa”dan tələb etdiyim sənədləri məhkəməyə gətirmədilər. Səbəb isə, “hərbi sirrdir” dedilər.

Naxçıvandakı hərbi hissədəkilərin hamısı Kərəm Mustafayevin şəxsi ordusudur. Öl desə, ölərlər.

Kərəm Mustafayevin qardaşının villasında işləyən fəhlə yıxılıb öləndə, ona şəhidlik statusu verilir. Amma mənim oğlum hərbi əmri yerinə yetirərkən vəfat etdiyi halda şəhidlik verilmir”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Seçkidən sonra lirə mütləq dəyərdən düşəcəkdi, qalib Kılıcdaroğlu olsa da düşəcəkdi, lirənin dərdi daha dərindir, iqtidarlı-müxalifətli pafosun, populizmin, vəədlərin son günlərdəki ucuzlaşmada payı olsa da, əsas səbəbləri obyektiv və subyektiv olaraq ayırmaq olar:
Obyektiv səbəblər - Türkiyənin enerjidən kəskin asılılığı, kovid oyununun 3 il (2020-22) Türkiyənin əsas gəlir mənbəələrindən biri olan turizmi kəskin vurması, ixracatın artımının idxalı da artırması kimi amilləri göstərmək olar.
Subyektiv səbəblər: Erdoğanın kobud səhvləri, "Damad ekomomisi" dövrü, Mərkəzi Bankın müstəqilliyinin və subyektivluyinin əlindən alınması, Erdoğanın, "Faiz səbəb - inflyasiya nəticədir", heç bir məntiqi olmayan israrı, iqtisadi institutların zəifləməsi, məhkəmənin müstəqilliyinə kölgə düşürülməsi, populist "solvari" siyasət, dövlət xərclərinin kəskin artırılması, son 4 ildə durmadan (təqribən 1 trilyon lirə), heç nə ilə qarşılanmayan pul çap edilməsi.
Yəni, bu gün görünən son 10 ilin kobud səhvlərinin təzahürüdür.
Yaxşı, bunun manata təsiri varmı: Yoxdur, manatın öz balaca dünyası, üzdüyü kiçicik neft gölməçəsi, inzibatı qaydalarla tənzimlənən həyatı var.
Xub, bəs Azərbaycana təsiri varmı: İnhisarçı iqtisadiyyat olmasa idi, hətta pozitiv təsiri olacaqdı, Türkiyə malları kəskin ucuzlaşacaqdı. Amma bir müsbət təsiri var, o da vətəndaşlar üçün Türkiyəyə səfər etmək yayda daha sərfəli olacaq - təbii ki, AZAL-ın nəfsi imkan versə. Belə...
Natiq Cəfərli
Teref.az
 

Dünyapress TV

Xəbər lenti