Ardını oxu...
Azərbaycan prezidenti İlham Əliyevin mayın 14-də Brüsseldə Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla 4 saat çəkən müzakirələrində hələlik şifahi razılaşdırılan bir neçə bənd var.
Bunlardan biri tərəflərin Ümumdünya Gömrük Təşkilatıyla birgə əməkdaşlığına aiddir. Bu nə deməkdir? İrəvan Zəngəzur dəhlizinin açılmasına etiraz etməsə də, hər iki tərəfdən gömrük yoxlamalarını beynəlxalq təşkilat olan Ümumdünya Gömrük Təşkilatının həyata keçirilməsi təklifinə müsbət yanaşıb.
Biz Zəngəzur dəhlizinin açıq olmasını, yəni Naxçıvana keçiddə heç bir yoxlama həyata keçirilməməsini istəyirik, ancaq güzəşt kimi sərhəddə yoxlamanın beynəlxalq təşkilatın həyata keçirməsi variantına razılaşmaq mümkündür.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Sinan Oqan çox çətin seçim qarşısındadır. Bir tərəfdən Ərdoğanla bazarlığa oturub özünə vəzifə qazana bilər. Amma bu halda həm Qılıncdaroğlundan, həm də Ərdoğandan narazı yeniləşmə tərəfdarından ibarət 3-cü gücün liderliyinə iddiasından əl çəkməlidir. Həm də onu nəzərə almaq lazımdır ki, seçkilərdə qələbədən sonra Ərdoğanın ondan heç bir asılılığı qalmayacaq. Sinan Oqanın partiyası parlamentdə təmsil olunmayıb. Bu halda onun MHP-yə qayıdıb yenidən Baxçəliyə beyət etməkdən başqa çarəsi qalmayacaq.

Digər tərəfdən Qılıncdaroğlunu dəstəkləyib məğlublar sırasında da yer ala bilər. İkinci turda Qılıncdaroğlunun qalib gəlməsi ehtimalə var, amma o qədər də böyük deyil. Qılıncdaroğlu prezident seçilərsə, Oqan özünü bu qələbənin əsas memarı elan edə biləcək və nüfuzu artacaq. Əksi olarsa, Oqan dəyişikliklər üçün mümkün olan bürün qurbanlara getməyə hazır olduğuni əmələdə sübut etdiyini bildirib, Qıllncdaroğlunun məğlubiyyətinin şəriki olmayacaq. Narazı elekloratın liderlərindən biri kimi yenə də nüfuzu artacaq.

Əslində Oqanın qarşısında duran seçim çox sadədir: ya "soğan olsun olsun, nəğd olsun" məsəlini rəhbər tutnalıdır, ya da ki...

Sadə olduğu qədər çətin seçimdir. Xüsusilə Sinan Oqanın Azərbaycan türkü olduğunu nəzərə alsaq...
Rauf Mirqədirov,
Siyasi şərhçi
Teref.az
 
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və Cümhur İttifaqını təbrik edib.

Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha qeyd ediblər.
Ardını oxu...
Kılıcdaroğlunun 50%+1 səs ala bimir, seçkinin əsas intriqası Erdoğanın 50%+1 səs alıb-almamasıdır.İkinci tur ehtimalı hələ də var, amma seçkilərin ilkin nəticəsi odur ki, Erdoğan öz rəqibindən 6-8% arası öndə bitirəcək. İkinci turda olsa əsas məsələ Sinan Oğan seçməni olacaq - Sinan bəy "açar fiqur", bloklayıcı azlıq ola bilər, bu da seçkilərin böyük sürprizidir. Oğanın seçicisi millətçi kəsimdir, 2-ci tur olsa AKP-yə üz tutması böyük ehtimaldır.
Hər bir halda ən böyük istəyim qardaş Türkiyədə seçkilərin olaysız bitməsi, uduzanın udanı təbrik edib əlini sıxmasıdır.
Azərbaycan üçün isə ən böyük təsiri qardaş ölkədə seçici aktivliyinin bizdə seçki institutuna marağı artırmasıdır - İnşallah, bizdə də heç olmasa 70-75% seçici aktivliyi görəcəyik.
Bunun üçün çalışmalıyıq! Məmləkətimizin nicatı qonşularda, dost ölkələrdə kimin prezident olmasından deyil də, seçki aktivliyindən, seçicidən asılıdır!
Natiq Cəfərli
Teref.az
Ardını oxu...
Bu vaxta qədər Ukraynadan döyüş xəbərləri əsasən Donetskdən gəlirdi. Luqanskının adı isə çox duyulmurdu. Bu gün isə Luqanskın mərkəzindəki iki strateji nöqtənin Ukrayna tərəfindən vurulduğu məlumatı yayıldı. Hədəf seçimi də təsadüfi deyildi. Biri texnikaları hərəkətə gətirən yanacaq deposu, digəri isə texnikaların təmiri və cəbhəyə göndərilməsi ilə məşğul olan təchizat məntəqəsi.

Üstəlik, bu strateji hədəflər Ukraynanın Böyük Britaniyadan uzaqmənzilli «Storm Shadow» raketlərini almasından bir gün sonraya təsadüf edir. Xatırladım ki, ABŞ Müdafiə Nazirliyinin adı çəkilməyən sözçüsü CNN-ə açıqlamasında bu raketlərin “oyun dəyişdirici” olduğunu və Ukraynada müharibənin taleyini büsbütün dəyişdirə biləcəyini bildirmişdi. Görünən budur ki, raketlərin ilk sınaqdan çıxarılması həqiqətən də Rusiya tərəfində şok effekti yaradıb. Separatçı Luqansk hərbi komandalığının rəhbəri Andrey Maroçko raketlərin ən azı 150 km uzaqlıqdan atıldığını bildirərək heyrətini gizlətməyib. Separatçı hərbi rəhbərin açıqlamasından belə anlaşılır ki, 150 km. onlar üçün əlçatmazdır və Ukrayna Ordusu Luqanskda yerləşən strateji hədəfləri rahatlıqla sıradan çıxaracaq.

Ukrayna Ordusunun Luqanskını məhz indi hədəfə almasının səbəbinə gəlincə, Donbassın xəritəsinə baxanda bunu daha aydın anlaya bilərik. Xəritədən də göründüyü kimi, Luqansk Ukrayna ilə nisbətdə Donetskin arxasında, daha doğrusu qərbində qalır. Bu da onu istər-istəməz daha təhlükəsiz hala gətirir. Zira Ukrayna əsgərləri Luqanska hücum edə bilmələri üçün ilk öncə Donetski keçməlidirlər. İndiyədək Ukrayna-Rusiya müharibəsinin Donetskdə getməsinin də əsas səbəbi bununla bağlı ola bilər. İndi isə sanki Luqansk hədəf götürülərək növbəti əks hücumların bu istiqamətdə aparılacağası təəssüratı yaranır.

Ukraynanın istər Xerson, istərsə də Xarkov döyüşlərinə nəzər salsaq, əks-hücum əməliyyatlarından əvvəl Rusiyanın təchizat xətlərini hədəfə aldıqlarını, bu xətlər dağıdıldıqdan sonra quru qüvvələrinin hərəkətə keçdiyini görə bilərik. Bu gün Luqanskda vurulan obyektlər də birbaşa təchizatla əlaqəlidir. Belə anlaşılır ki, Ukrayna Ordusu qərb cəbhəsində də böyük əks-hücumlara hazırlaşır.

Xəritədən o da görünür ki, bu gün ağır döyüşlərin getdiyi Baxmut da Donets vilayətinin ortasında və Luqanskə yaxın ərazidə yerləşir. Rus hərbi yetkililərinin, xüsusilə də “Vaqner” könüllülərinin komandanı Yevgeni Priqojinin iddialarına inansaq, Ukrayna qoşunları artıq Baxmutda çox ciddi nailiyyətlər əldə ediblər. Hətta şəhərətrafındakı cəbhə xəttini yanlardan yaran Ukraynalılar Baxmutu tamamilə mühasirəyə ala bilərlər. Məsələyə bu aspektdən nəzər salanda Luqanskdakı təchizat nöqtələrinin hədəfə alınmasının digər önəmli səbəbi ortaya çıxır. Görünən budur ki, Ukrayna Ordusu Baxmutdakı “Vaqner”çiləri tamamilə mühasirəyə alıb bu hərbi birləşməni tamamilə bitirmək istəyirlər. “Vaqner”in tamamilə bitirilməsinin təkcə hərbi-taktiki deyil, həm də hərbi-simvolik mənası var. Bu hərbi birləşmə tamamilə məhv olarsa, Rusiya Ordusu mənən çökə və işğalçıların Ukraynadan qaçışı başlaya bilər.

Digər önəmli səbəblərdən biri də Ukrayna ordusunun şimal-qərb cəbhəsini tamamilə ələ keçirmək istəyi ilə bağlı ola bilər. Məlum olduğu kimi, ötən ilin sonlarında Xersondan rus əsgərlərini Dneprin şimal sahillərinə qovan Ukrayna ordusu bu sahədə ciddi problemlə qarşılaşıb. Hazırda onunla rus ordusunun arasında keçilməsi müşkül olan Dnepr çayı dayanır. Sözsüz ki, bu maneəni keçmək Ukrayna üçün ağır itkilər bahasına başa gələ bilər. Bu durumda ən optimal yol əks-hücum əməliyyatlarına Dnepr maneəsinin olmadığı şimal-qərbdən başlamaqdır. Cənub-qərb istiqamətindən isə əks-hücumçulara artilleriya dəstəyi vermək olar.

Ən əsası isə Rusiyadan gələn əsas təchizat yolları da bu bölgədən keçir. Ukrayna əsgərləri Luqanskı nəzarət altına ala bilərlərsə, işğalçıların logistikasına da ağır zərbə vura bilərlər.

Qısası, Ukrayna Silahlı Qüvvələrinin Luqanskı hədəfə alması həm moral baxımdan Rusiya Ordusunu çökdürməyə, həm döyüş əməliyyatlarını mərkəzdən uzaqlaşdıraraq şimal-qərbə çəkməyə, həm də təchizat yollarına nəzarəti ələ keçirməyə hesablanıb.
Heydər Oğuz//ovqat.com
 
Ardını oxu...
İrina Çukerman: "Nə qədər çox vaxt keçirsə, Çin təcavüz aktlarına bir o qədər yaxşı hazırlaşır"

Əsgər Cakişev: "ABŞ-ın Asiyada dünya gücü kimi əvvəlki statusunun qorunub saxlanması Tayvanı necə müdafiə etməsindən asılıdır"

"Bloomberg" öz mənbələrinə istinadən xəbər verir ki, Ağ Ev Tayvanı 500 milyon dollar dəyərində silahla təmin etmək niyyətindədir. Bayden administrasiyası Ukraynaya silah tədarükünü sürətləndirmək üçün istifadə etdiyi sürətli maliyyələşdirmə orqanından istifadə edərək, Tayvan üçün də 500 milyon dollarlıq silah paketi hazırlayır.

Agentlik mənbələri bildiriblər ki, Konqres ABŞ-ın ehtiyatlarından 1 milyard dollara qədər silahın təhvil verilməsinə razılıq verib. Xüsusi səlahiyyətlər silah istehsalçıları ilə müqavilələrin bağlanmasını sürətləndirəcək.

Xatırladaq ki, 2019-cu ildə ABŞ və Tayvan 8 milyard dollara 66 Amerika F-16V qırıcısının tədarükü barədə razılığa gəliblər.

ABŞ hakimiyyəti Tayvanda Çin xalqı arasında ikitirəlik yaratmağa çalışır, bu barədə "Global Times" yazır.
Hərbi ekspert Sonq Zhongpinin sözlərinə görə, ABŞ Çini cilovlamaq üçün effektiv üsulların tükəndiyini anlayır və Hind-Sakit okean strategiyası adlanan strategiyanın köməyi ilə Çin ətrafında münaqişələr yaratmaq Vaşinqtonun əsas alətinə çevrilib.

Buna görə də ekspert hesab edir ki, onlar Çin xalqının Tayvan boğazı ilə ayrılmış iki hissəsini bir-biri ilə vuruşmağa məcbur etmək istəyirlər.

“Global Times” yazır ki, ABŞ-ın Tayvana hərbi yardım göstərmək planları adanı "barıt çəlləyinə" çevirəcək.
Bəs bu halda, Tayvan adasını Pekinin çox potensial təcavüzündən birtəhər qorumaq üçün başqa çıxış yolu varmı? Və bir vaxtlar avtoritar kommunist ideologiyasının hökmranlığı olmadan azad inkişaf yolu seçmiş çin əhalisi olan kiçik bir ada belə bir taleyə (ələ keçirməyə) layiqdirmi?

Bu suallara tanınmış xarici politoloqlar cavab verib.

Amerikalı analitik, geosiyasət və təhlükəsizlik üzrə ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Çukerman qeyd edir ki, əslində, ABŞ deyil, Çin Xalq Respublikası (Pekin) son illərdə müharibəyə başlayıb. Cənubi Çin dənizini hərbiləşdirən və qonşu dövlətlərin ərazi bütövlüyünü pozan Çin Tayvanın müstəqil yolla getmək istəyinə hörmətsizlik nümayiş etdirir.

“Bundan başqa, öz hərbi qüvvələrini sürətlə artıran da Pekindir. Pekinin öz ərazisinin hücuma məruz qalacağını belə elan etmədiyinə görə, ordunun bu qədər genişlənməsinin yeganə izahı Tayvan kimi digər ölkələrə qarşı əsassız təcavüzdür.

Qeyd etmək lazımdır ki, Çin hər iki ölkənin sakinlərini “çinli” adlandırmağa meylli olsa da, əslində ÇXR çoxlu sayda etnik qruplara malikdir, onların çoxu zamanla zorla ilhaq edilmiş və Pekinin onların iradəsinə zidd olan siyasi normalara mədəni ənənələrinə uyğun gəlməyə məcbur edilmişdir. Ona görə də Çinin öz sərhədləri daxilində yaşayan müxtəlif insanların kimliyinə hörmət etmədiyi üçün bütün digər xalqların adından onların etnik və siyasi kimliyi ilə bağlı danışması ikiüzlülükdür”, - ekspert bildirib.

İkincisi, analitik əlavə edib ki, Çinin bu ərazidə hərbi manevrlərini sürətləndirdiyini, həmçinin aqressivliyini hətta ənənəvi olaraq ABŞ-ın təsir dairəsi hesab edilən ərazilərə də genişləndirdiyini nəzərə alsaq, Tayvanı ÇXR təcavüzündən qorumaq üçün açıq şəkildə başqa yol yoxdur.

“Nəzərə alsaq ki, Si öz ölkəsinin müharibəyə hazırlığını dəfələrlə qeyd edib və Yaponiya və digər ölkələri açıq şəkildə hədələyib, təkcə Pekini deyil, həm də Çinlə birlikdə hərbi əməliyyatlarda iştirak etmək istəyən müttəfiqlər kimi Rusiya və Şimali Koreyanı nəzərdə tutur, mənzərə tamamilə belədir. Aydındır ki, (gələcək hadisələrin qrafiki qeyri-müəyyən olsa da və yəqin ki, tezliklə baş verməyəcək) Çin həqiqətən də ya ətrafdakı hər kəsi birləşmiş cəbhə təhlükəsi və böyük ölümcül gücdən istifadə edərək razılığa gəlməyə məcbur etməyə çalışır, ya da hətta faktiki olaraq bu hadisələrin baş verməsinə hazırlaşır. Nə qədər çox vaxt keçirsə, Çin təcavüz aktlarına bir o qədər yaxşı hazırlaşır.

Yaponiya və Tayvan da qarşıdurmaya hazırlaşsalar da, Çinə çatmaq və sayca bərabər olmaq onlar üçün daha çətin olacaq. Buna görə də, hərbi gərginliyi azaltmaq və Pekini dinc danışıqlara qayıtmağa sülh yolu ilə inandırmaq və güc proyeksiyasına aparan yolun əsaslarını yenidən qiymətləndirmək üçün bütün tədbirlər görülməlidir. Amma, əslində, Si Cinpin və onun ətrafındakı insanlar onun mövqeyi ilə şəksiz razılaşdıqlarını nəzərə alsaq, Çin beynəlxalq hökmranlıq axtarışının bu son isterasiyasında qələbə qazana bilməyəcəyinə inandırmaq çətin olacaq”, Çukerman hesab edir.

Problem Tayvan və onun milli suverenliyindən daha böyükdür, dedi. “Problemin mahiyyəti ondan ibarətdir ki, ÇXR yeganə və şəksiz fövqəldövlət olmaq arzusundadır, burada hamının Pekinin fərmanlarını qeyd-şərtsiz qəbul edərək, dünyada hər kəsin tabeçi dövlətlərə çevrilməsindən gedir. Bu, nə ABŞ, nə də özünə hörmət edən hər hansı başqa dövlət üçün qəbuledilməzdir”, - amerikalı ekspert yekunlaşdırıb.

Siyasi ekspert, tarix elmləri doktoru, Qırğızıstan-Rusiya Slavyan Universitetinin (Bişkek) professoru Əsgər Cakişev qeyd edib ki, Tayvanla bağlı ÇXR ilə ABŞ arasında qarşıdurma hazırda Asiya-Sakit okean regionunda hələ də hegemon olan Amerika üçün fundamental əhəmiyyət kəsb edir. Amerika Birləşmiş Ştatlarının Asiyada dünya gücü kimi əvvəlki statusunun qorunub saxlanması ABŞ-ın Tayvanı necə müdafiə etməsindən asılıdır.

“ABŞ-ın addımlarını ən yaxın müttəfiqləri: Yaponiya, Cənubi Koreya və Avstraliya diqqətlə izləyir. Buna görə də, onlar Tayvanın müdafiə qabiliyyətini intensiv şəkildə gücləndirirlər ki, ÇXR-in heç bir halda adanı hərbi yolla ilhaq etməyi planlamaqdan çəkindirsinlər”.

Professor hesab edir ki, Çinin özündə onun ordusunun imkanlarına inam yoxdur. “Üstəlik, müasir Çinin idarə olunduğu qədim Çin nəzəriyyəsində deyilir ki, düşməni başqasının əli ilə məhv etmək, hakim elitanı aradan götürmək, əgər bunun üçün zərrə qədər imkan varsa, hərbi güc tətbiq etməkdənsə, diplomatiyaya diqqət yetirmək lazımdır. Yəni, düşməni döyüşmədən məğlub etmək lazımdır. Buna əsaslanaraq Çin hərbi güc nümayiş etdirməklə, hər yolla ABŞ-ı Asiya regionundan sıxışdırıb çıxaracaq, onun yerini tutmağa çalışacaq. Çinin belə davranması üçün səbəbləri var. Bu gün Asiya dünyanın mərkəzinə çevrilir. Kim Asiyaya hakimdirsə, dünyanın qalan hissəsinə də hakimdir. Axı Asiyadan Avropaya gedən bütün yüklərin 80 faizi Tayvan boğazından keçir. ABŞ Tayvan boğazını bağlamaqla Çinin açıq okeana keçidini əngəlləyə bilər. Tayvan hələ də 20-ci əsr general Mak Arturun 50-ci illərdə dediyi kimi “batmaz təyyarə gəmisi” olmağa davam edir. Tayvan özü yarımkeçiricilər və mikroçiplərin əsas qlobal tədarükçüsüdür. Buna görə də Çin Tayvanı özünə birləşdirməklə, ümumilikdə iqtisadiyyatda, xüsusən də elektronika sənayesində nəhəng sıçrayış edəcək. Məsələn, Honq-Konqun ilhaqı Çinə böyük xarici sərmayə axını verdi”, - deyə tarix elmləri doktoru bildirib.

Cakişev qeyd edir ki, bu gün Tayvandan Çinə əhəmiyyətli investisiyalar qoyulub. “Çin Tayvan biznesləri ilə sıx əməkdaşlıq edir, lakin adi insanları nəzərdən qaçırıb. Bu gün Çinin məqsədi ABŞ-ı mümkün qədər zəiflətməkdir. Dövlətlər birbaşa Çinlə hərbi münaqişəyə cəlb olunmaq niyyətində deyillər. Amerikanın yaxşı qurulmuş təcrübəsi Yaponiya, Cənubi Koreya və Avstraliyanın təmsil olunduğu Çinə qarşı müttəfiq koalisiyanın yaradılmasıdır. ABŞ-ın vəzifəsi Çinin Tayvanı güc yolu ilə ilhaq etməyə cəhd etmək niyyətini birmənalı şəkildə xəbərdar etməkdir. Müəyyən mənada Çin və ABŞ arasında Tayvanla bağlı qarşıdurma perspektivləri də Ukraynadakı “xüsusi hərbi əməliyyat”ın nəticəsindən asılı olacaq".

"Tayvan əhalisinə gəldikdə, adanın statusu onların böyük əksəriyyəti üçün məqbuldur və əhalinin yalnız kiçik bir faizi Tayvanı Çindən müstəqil elan etmək istəyir və əhalinin eyni kiçik faizi materik Çinə qoşulmağa hazırdır. Beləliklə, iki şüar var: müstəqilliyə yox və qoşulmaya yox. Bu arada Tayvan ABŞ-ın dəstəyi ilə kommunist Çin xalqına demokratik idarəçilik və iqtisadi rifahın cəlbedici vitrini təqdim edir”, - deyə professor Cakişev yekunlaşdırıb.

Müəllif: Rauf Orucov
ayna.az
Ardını oxu...
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciət edib.
Heydər Əliyevin 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyini xatırladan dövlətimizin başçısı bildirib ki, bundan sonra dərhal ciddi islahatlara başlanıldı, siyasi sahədə islahatlar aparıldı, bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu.
O bildirib ki, sabitlik inkişaf üçün, təhlükəsizlik üçün əsas şərtdir. Hər kəs bunu Azərbaycanın timsalında əyani şəkildə gördü ki, sabitlik olan yerdə əmin-amanlıq da var, inkişaf da var. Sabitlik üçün güclü liderin lazım olduğunu bildirən dövlətimizin başçısı qeyd edib: "Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı. Azərbaycan xalqı müdrik xalqdır, dəfələrlə ən çətin anlarda, ən çətin dövrlərdə yeganə düzgün müdrik qərar qəbul edib".
O bildirib ki, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Azərbaycan dövləti “Əsrin kontraktı”nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün “Əsrin kontraktı”nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır. Elə kadrlar yetişdi ki, bu gün istənilən sahədə işləyə bilərlər. Bu da ölkəmizə böyük əlavə üstünlük verir.
Müstəqilliyin ən böyük nemət və ən böyük sərvət olduğunu bildirən dövlət başçımız vurğulamışdır: “Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür”.
Milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində Ulu Öndərin çox böyük rolunun olduğunu vurğulayan Prezident qeyd edib: "Məhz onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanda birinci Gənclər Forumu keçirilib. O vaxtdan bu günə qədər müntəzəm olaraq Gənclər Forumu keçirilir. Qarabağı, Zəngəzuru azad edən məhz gənclər olmuşdur, o vaxtkı gənclər və son 20 il ərzində yetişmiş gənclər".


Aysel Mənsimova - politoloq

 
Ardını oxu...
Əliyev Şuşadan xalqa müraciətində “Orta Dəhliz”in təməlinin Heydər Əliyevin dövründə qoyulduğu haqda danışarkən, bu layihənin Azərbaycandan keçməsini istəməyənlərin olduğunu xatırlatdı və qeyd etdi ki, “bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq”.
Son olaraq, Kılıçdaroğlunun təqdimatında Azərbaycanı bu layihədən kənarda saxlamaq niyyəti açıq elan olundu. Ki, bunun Türkiyə müxalifəti deyil, maraqlı qüvvələr – Fransa, Ermənistan, İran və s. – tərəfindən hazırlandığı istisna deyil.
Əliyevin bu sözləri həm də Kılıçdaroğluna və Azərbaycansız layihəni onun əlinə verənlərə ünvanlanıb.
Asif Nərimanlı
Teref.az
Ardını oxu...
İrəvanda bu ilin aprelin 25-də “Nemezis” terrorçularına qoyulan abidə Ermənistan-Türkiyə münasibətlərində gərginlik yaradıb. Halbuki, iki ölkə arasında danışıqlarda irəliləyiş əldə edilmiş və İrəvan sərhədin açılmasına ümidliydi. Ancaq məlum abidə normallaşma prosesini əngəlləyib.
Ankara dialoqun uğurla davam etməsi üçün İrəvandan həmin abidənin götürülməsini tələb edib. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bildirib ki, abidənin qoyulması Ermənistanın daxili işidir, yəni götürməyəcəklərinə işarə edib. İkinci Qarabağ müharibəsindən sonra Bakıda Hərbi Qənimətlər Parkının salınması və orada erməni hərbçilərinin maketlərinin yerləşdirilməsi də Azərbaycanın daxili işi idi, ancaq İrəvanın bundan şikayət etmədiyi, donos yazmadığı beynəlxalq təşkilat və dövlət qalmadı.
Həmin maketləri yenidən parka qaytarmaq lazımdır, nə zaman onlar “Nemezis” abidəsini ləğv edərlər, biz də maketləri yığışdırarıq. Unutmayaq ki, erməni terrorçuları 100 il əvvəl Azərbaycanın da tanınmış siyasi xadimlərini qətlə yetiriblər.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
"Azərbaycanı sülh sazişinin imzalanmasında güzəştlərə məcbur etməyə çalışırlar"
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərlərdən biri Aqşin Bəbirov 11 il yarım azadlıqdan məhrum edilib. Hərbçimiz “ölkə sərhədini qanunsuz keçməkdə, sərhəddən silah-sursat keçirməkdə” ittiham olunub. Bildirilib ki, Ermənistanda əsir saxlanılan digər azərbaycanlı hərbçi Hüseyn Axundov barəsində istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Əsgərlərimiz “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bir ay müddətində mühakimə edilib, istintaq aparılıb və əsgərimiz haqqında beynəlxalq hüquqa zidd bir qərar verilib. Bu qərar 2020-ci il kaputulyasiyaya uğramış, məğlub olmuş, əslin sülh üçün Azərbaycana yalvarmalı olan Ermənistan ərazisində, Ermənistan dövləti tərəfindən verilib.

“Ümumiyyətlə, bu prosesin başlanması və qısa müddət ərzində bitməsi bir daha ondan xəbər verir ki, Ermənistan Azərbaycandan bu məsələ ilə bağlı sanki qisas alır, Azərbaycandan intiqamını alır. İkinci Qarabağ müharibəsi başlamamışdan öncə, Ermənistanın növbəti təxribatları, avqust ayında Azərbaycana diversiya qrupunun göndərilməsi və o diversiya qrupu tərəfindən Azərbaycanda planlaşdırılan cinayətlərin qarşısının alınması məqsədi ilə Azərbaycan dövlətinin atdığı addımlar, o cümlədən də həmin o hadisədən sonra, Azərbaycana müxtəlif diversiya qruplarının göndərilməsi, həmin diversantlar tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlərin törədilməsi planlarının pozulması Ermənistanın həzm edə bilmədiyi məqamlardan biridir. Azərbaycan tərəfi həmin şəxslərə münasibətdə həm daxili hüquqa daxili qanunvericiliyə, o cümlədən də beynəlxalq hüquqa uyğun olaraq müvafiq tədbirlər gördü. Onların zərərsizləşdirilməsi, ədalətli, şəffaf və bütün beynəlxalq ictimaiyyətin gözü qarşısında, beynəlxalq ictimaiyyətin nümayəndələrinin iştirakı ilə, çəkişmə prinsipi əsasında mühakiməsi həyata keçirildi. Məhkəmələr tərəfindən onlar barəsində ədalətli qərarlar qəbul edildi”.

TEREF.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov danışıb. Onun sözlərinə görə, həmin o hadisədən sonra Ermənistan dövlətinin bütün istiqamətlərdə, beynəlxalq platformalarda qeyd olunan şəxslərin cinayətkarların hərbi əsir adı ilə gündəmə gətirməsi, onlara hərbi əsir adını sırımağa çalışması əslində o zamanlar Ermənistan tərəfinin niyyətindən xəbər verirdi. Bu səbəbdən də, bu gün Azərbaycanın zamanında Ermənistandan olan o cinayətlərə qarşı atdığı qanuna- hüquqa uyğun addımlar Ermənistanın bu gün qanuna və hüquqa zidd addımları ilə cavablandırılır.

Politoloq qeyd edib ki, ümumiyyətlə Ermənistan tərəfini zaman-zaman bu kimi ədalətsiz o cümlədən də bayağı addımlarının şahidi olmuşuq.

“Gəlin, proseslərə baxaq Azərbaycan həmin o diversantların ibtidai istintaqı ilə bağlı uzun müddət araşdırma apardı və sübuta yetirildi ki, həmin o şəxslərin müfaviq müddəalarla, maddələrlə ittiham edilməsini ciddi əsaslar var. Həmin o ittihamlar məhkəməyə göndərildi. Cinayət işinə məhkəmələrdə uzun bir müddət ərzində qanunvericiliyə nəzərdə tutulmuş müddət daxilində baxıldı və onlar barəsində müvafiq qanunvericiliyimizə uyğun olaraq, cinayət məsuliyyət tədbirləri görüldü. Ermənistanda o hadisə baş verəndən təxminən 1 ay ərzində həm ibtidai istintaq aparıldı, həm məhkəmə prosesi həyata keçirildi. Artıq onlar barəsində cəza tədbirləri də müəyyən edilib”,- deyə politoloq bildirib.

Xəyal Bəşirovun sözlərinə görə, onların dedikləri hallar mövcud olsa belə, 6-ay hərbi ximətdə olmuş şəxsin diversant kimi qələmə verilməsi və onların kəşfiyyatçı kimi Ermənistana göndərilməsi ilə bağlı iddiaların səsləndirilməsi öz-özlüyündə çürük ittihamlardır.

Politoloq hesab edib ki, amma Ermənistan tərəfi bu çürük ittihamlar əsasında olsa da, bir daha öz mahiyyətini və öz qanunvericiliyinin ədalət mühakiməsininin mahiyyətini sübut etmiş oldu.

“Bu yolla Azərbaycana təsir göstərməyə çalışacaqlar. İkinci Qarabağ müharibəsindən sonra baş verən proseslərin əsas mahiyyəti ondan ibarətdir ki, həm Ermənistan, həm də Ermənistana havadarlıq edən, ona dəstək nümayiş etdirən təşkilatlar və dövlətlər müxtəlif istiqamətlərdə Azərbaycana təsir göstərməyə çalışırlar. Azərbaycanı Ermənistanla sülh sazişinin imzalanmasında müxtəlif kompramislərə, müxtəlif əsassız güzəştlərə getməyə məcbur etməyə çalışırlar. Bunların hamısı əsassızdır. Çünki Azərbaycan prinsipial və qətiyyətli mövqe ortaya qoyur və o mövqedən zərrə qədər də olsa geriyə atdım atmayacaq”-deyən politolqoun fikrincə, o iki əsgərimiz Ermənistanın qanunsuz addımlarına tuş gəlib. Ermənistanda onlar hərbi əsirlər hesab olunurlar. Halbuki onlar yanlışlıq nəticəsində Ermənistan tərəfinə əsir düşmüş şəxslərdir.

Politoloq hesab edir ki, bu yanlışlıq Ermənistan tərəfindən düzəldilməli olduğu halda, Ermənistan tərəfindən həmin o şəxslərin Azərbaycana təhvil verilməsi ilə bağlı mövqe nümayiş etdirməli olduğu halda Ermənistan bu addımları atır. Bu da bir daha göstərir ki, Ermənistan Azərbaycanla sülhə hazır deyil.

Xəyal Bəşirovun fikirncə, Ermənistan ümumiyyətlə regionda sülhün, təhlükəsizliyin tərəfdarı deyil. Azərbaycanla münasibətlərin normallaşdırılması tərəfdarı deyil.

“O şəxslərin əsir düşmələri, bu gün onların həyatlarının təhlükə qarşısında olmaları Azərbaycan dövlətini və xalqını narahat edir. Biz İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhid verdik, 10 mindən artıq qazimiz var. Biz bütün bu qurbanlarımızı torpaqlarımızın işğaldan azad olunmasına görə verdik. Biz ona görə o müharibəni reallaşdırmadıq ki, bu gün Ermənistan bizim vətandaşlarımızı əsir götürsə, biz ona görə Ermənistana hansısa bir güzəştə gedək. Ermənistan tərəfi də bunu anlamalıdır. Hər bir halda proseslərin gedişatı bir daha göstərir ki, Ermənistan yenə də yanlış yoldadır. Azərbaycanla danışıqlar, Azərbaycanla masaya oturub müzakirələr aparmaq əvəzinə bu kimi yanlış addımlar atması Ermənistana daha baha başa gələcək”-deyə Xəyal Bəşirov qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti