Ardını oxu...
Yeddi saatlıq əməliyyatın nəticələrini hərbi və siyasi olaraq qiymətləndirə bilərik.
Hərbi nəticələr:
Birincisi, Ermənistanın sərhəd boyunca təhdid yarada biləcək hərbi infastrukturu sıradan çıxdı: hərbi hissələr və hava hücumundan müdafiə sistemləri;
İkincisi, erməni ordusuna ağır zərbə vuruldu: rəsmi məlumatda 49 itki deyilsə də, erməni mənbələrin məlumatı, eləcə də endirilən zərbələrin görüntüləri bunun qat-qat çox olduğunu deməyə əsas verir; məlumatlara görə, 200-ə yaxın canlı qüvvə itkisi olub, postlar darmadağın edilib, dəyəri yüzmilyonlarla olan iki ədəd S-300 raketi və artilleriya qurğuları sıradan çıxıb;
Üçüncüsü, strateji yüksəkliklər nəzarətə götürülüb: rəsmi açıqlamada Ermənistanın nəqliyyat-kommunikasiya sisteminə nəzarət imkanı əldə etdiyimiz qeyd olunur. Qeyri-rəsi məlumatlara görə,
- 100 kvadratkilometr ərazi ordumuzun nəzarətinə keçib;
- İrəvan-Gorus yolu ordumuzun bir atış məsafəsi qədər nəzarintədir;
Strateji yüksəkliklərə nəzarət Ermənistanın sərhəddə Azərbaycana qarşı təhdid potensialını da sıradan çıxarır.
Siyasi nəticələr:
Birincisi, hərbi gedişlə masadakı gündəliyi dəyişməyə çalışan Ermənistan istəyinə nail ola bilmədi və bu, İrəvanın tələblərlə razılaşmaqdan başqa yolunun olmadığını yenidən gündəmə gətirir;
İkincisi, Bakı həm Moskva, həm Brüssel masasındakı razılaşmların icrası tələbini sərtləşdirəcək: son əməliyyatın nəticələri Bakının diplomatiyada da əlini gücləndirə bilər;
Allah şəhidlərimizə rəhmət eləsin!
Asif Nərimanlı
DİA.AZ
Ardını oxu...
Bir neçə il əvvəl cənab Prezident İlham Əliyev Ali Məhkəmənin möhtəşəm yeni binasının açılışında qeyd etdi ki, bu bina cəmiyyətimiz üçün ƏDALƏT SARAYI olmalıdır. Cənab Prezidentin bu müdrik fikri məhkəmə-hüquq sisteminə verilən ən böyük dəyər idi. Bəli, məhkəmə hakimləri heç bir tərəfə deyil, heç bir sifarişə deyil, məhz dövlətin qanunlarına və ƏDALƏTƏ əsaslanıb qərar verməlidirlər. Cənab Prezidentimiz də məhz bunu nəzərə alaraq hakimləri ədalətli qərarlar verməyə çağırmışdır. Çox təəssüf ki, bəzi məhkəmə hakimləri ƏDALƏT SARAYINDA oturmağa layiq olmadıqları üçün gec-tez bu sarayı tərk etməli olurlar. Və haqlı olaraq onların səlahiyyətinə xitam verilir. Sözün qısası, son 20-30 ildə rayon və şəhər məhkəmələrimiz müasir, hər cür texniki avadanlıqla təchiz olunmuş binalarda fəaliyyət göstərirlər. Hətta dəfələrlə hakimlərin maaşların artırılması da baş verib. Amma bəzi hakimlərin tamahı ucbatından vətəndaşlarımızın məhkəmə-hüquq sisteminə olan inamı bəzən zədələnir. Bu isə vətəndaşlarımızın dövlətə inamını sarsıdır. Ulu öndərimiz Heydər Əliyev əbəs yerə demirdi ki, dövlət iki halda sarsılır: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Bəli, etiraf etməliyik ki, bəzi hakimlərimiz ədalətsizlik edərək bəzən günahı olmayan şəxsləri də cəzalandırır. İndi haqqında bəhs edəcəyimiz uzun məhkəmə prosesi Sumqayıt şəhər məhkəməsində baş verib.
Belə ki, məcburi köçkün, Qarabağ müharibəsi veteranına dövlət tərəfindən ayrılan müavinətin kəsilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinin hakimi Mirzəyeva Leyla Eytibar qızı heç bir hüquqi, qanuni, mənəvi, əxlaqi normalara və dəyərlərə əsaslanmadan qərar qəbul edib.
Birincisi, məcburi köçkün statusu beynəlxalq hüquq normalarına əsasən müəyyn edilir. Bunu hansısa hakimin, yaxud məmurun ləğv etməsi mümkün deyil.
İkincisi, məsələnin hüquqi tərəfini bir kənara qoysaq belə, Qarabağda döyüşmüş veteranı dövlətin verdiyi müavinətdən məhrum etmək ən azı insanlığa yaraşmayan haldır.
Sözün qısası, hakim Leyla Mirzəyeva ən elementar mənəvi dəyərlərə məhəl qoymayıb. Ümumiyyətlə, dünyada dövlət ərkanı, dövlət tərbiyəsi deyilən bir anlayış var. Görəsən Leyla Eytibar qızına atası Eytibar kişi belə tərbiyə verib..?
Bu yerdə məşhur “Adını soruşdum...” misrası yada düşür. Amma çox dərinə getmək istəmirik. Sözün qısası, Leyla Mirzəyevanın Qarabağ veteranı, Zəngilanlı məcburi köçkünlə bağlı verdiyi qanunsuz, ədalətsiz qərarı iki gün öncə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Zaur İkram oğlu Məmmədov, Hökümə Çingiz qızı Babayeva və Zahid Tahir oğlu Məmmədov ləğv ediblər. Bəli, Leyla Mirzəyevanın qərarı qüvvəyə minmədi, ədalət Leyla Mirzəyevanın qərarını...üstələdi. Bu bir ədalət nümunəsidir.
Zaur Məmmədov, Hökümə Babayeva, Zahid Məmmədov kimi ədalətli hakimlərin qərarları vətəndaşların dövlətimizin gələcəyinə olan ümidlərini daha da artırır. Və biz əminik ki, digər vətəndaşlar da Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası üzvlərinin çıxardığı ədalətli qərarların tez-tez şahidi olacaqlar. Və bu nümunə kimlərin “Ədalət sarayı”nda oturmağa layiq olduğunun bariz nümunəsi olacaq.
Unutmaq lazım deyil ki, dahi Mirzə Fətəli Axundov deyirdi ki, moizə oxumaqla nəsə düzəlsəydi, Sədi və Hafiz Şirazilərin 100 min beytəri İranı çoxdan xoşbəxt etmişdi, ən gözəl vasitə nümunə olmaqdır. İnanırıq ki, hər üç hakim məhkəmə-hüquq sistemi üçün gözəl nümunə olacaq.
P.S. Görəsən, Leyla Mirzəyevanın özü ankoloji xəstə, həyat yoldaşı, Ramiz Mehdiyevin şəri nəticəsində həbsxanada, böyük oğlu ön cəbhədə əsgəri xidmətdə, ikinci uşağı ali təhsil aldığı halda, üçüncü uşağı orta məktəbdə, 9-cu sinifdə oxuyardısa, həmin ailənin son ümidi olan həmin çörəkpulu deyilən vahid aylıq müavinət kəsilərdisə onda Leyla Mirzəyeva nə edərdi. Əgər bu işlərə Leyla Mirzəyeva göz yumubsa İNŞALLAH onun da başına bu işlər gələr. Həyatda mərdlik və yazılmamış qanunlar səhifəsi həmişə açıq olur.
Sabahnews.az
 
 
 
Ardını oxu...
“Əgər bölgədə yeni təhlükə, yeni qarşıdurma yaranmasını istəmirlərsə, Azərbaycanın təklifləri qəbul olunmalıdır”.

Bu sözləri Ruben Vardanyanın Qarabağda yaratdığı hərəkatlar və Azərbaycan tərəfinin atmalı olduğu addımları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Azərbaycan ərazisinə qanunsuz daxil olan Vardanyana qarşı rəsmi Bakı hər şey edə bilər:

“Vardanyan və digər “yan”lar qüvvələrini birləşdiriblər ki, Qarabağın inkişafı və probleminin həlli üçün fond yaratsınlar. Vardanyan dələduzun biridir. Ona görə də, inanmıram ki, onun etdiyi cəhdlər hansısa nəticə versin. Əgər bölgədə yeni təhlükə, yeni qarşıdurma yaranmasını istəmirlərsə, Azərbaycanın təklifləri qəbul olunmalıdır. Üstəlik, Ermənistan tərəfi Azərbaycanın sülh sazişi ilə bağlı 5 təklifini qəbul edib. Sülh danışıqları gedir və sülh müqaviləsinin layihəsi hazırlanır. Vardanyan kimi Moskvanın digər agentləri aranı qarışdırmağa çalışırlar. Bu da baş tutmayacaq.

Vardanyan Azərbaycanın suveren ərazisinə qeyri-qanuni daxil olub. Azərbaycan həmin adamı həbs eDə, hərəkətlərini azaltmaq üçün lazım olan digər tədbirləri həyata keçirə bilər”.

Səxavət Məmməd
 
Ardını oxu...
Ukrayna siyasətçiləri və mediası Qarabağdakı hadisələrlə bağlı daha diqqətli olmalıdır

Azərbaycan beynəlxalq hüququn prinsiplərini, xüsusilə də suveren dövlətlərin ərazi bütövlüyünə hörməti dəstəkləməkdə ardıcıl siyasət yeridir. Bakı qarşısında kimin olmasından asılı olmayaraq, hətta dünya siyasətinin əsas oyunçuları ilə münasibətlərdə fəsad riski yaratdıqda belə, bu prinsiplərə edilən təcavüzləri eyni dərəcədə pisləyir.

Beləliklə, Bakı Qərb dövlətlərinin təşəbbüslərini dəstəkləmədən Kosovonun tanınmasından qəti şəkildə uzaqlaşdı və öz sülhməramlı kontingentini dərhal bu Balkan regionundan çıxardı.

Azərbaycan 2008-ci ilin avqust müharibəsi zamanı Gürcüstanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyib və qondarma Abxaziya və Cənubi Osetiya regionlarının “müstəqilliyini” tanımayıb.

Bakı təbii ki, 2014-cü ildə Krımın ilhaqını və Donbasda separatçı qurumların yaradılmasını dəstəkləməyib. Azərbaycan Rusiyanın Ukraynaya qarşı başlatdığı hazırkı müharibədə onun ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir.

Üstəlik, hərbi əməliyyatların ilk günlərindən Bakı Ukraynaya konkret yardım göstərməyə başladı. Belə ki, Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə şirkətinin yanacaqdoldurma məntəqəsində fövqəladə hallar xidmətinin avtomobilləri - təcili yardım maşınları, yanğınsöndürənlər pulsuz yanacaq doldura bilər.

Bundan əlavə, Azərbaycan Ukraynada məhsul yığımına cəlb olunan kənd təsərrüfatı texnikasını təmin etmək üçün yanacaq ayırıb. Azərbaycan hökuməti və ölkənin iri şəhərlərinin administrasiyaları vasitəsilə Ukraynaya böyük humanitar yardımlar göndərilib. Azərbaycan vətəndaşlarının öz təşəbbüsü ilə toplanan humanitar yardımı saymırıq hələ.

Bu yaxınlarda müharibədə valideynlərini itirmiş ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana dəvət olunublar. Ukraynadakı etnik azərbaycanlılar ikinci vətənlərinin müdafiəsi üçün ayağa qalxdılar, onlarla insan bu mübarizədə ölkənin bütövlüyü uğrunda canlarından keçdi.

Təəssüf ki, Ukraynanın dövlət xadimləri və ictimai rəy liderləri Azərbaycanın və azərbaycanlıların dəstəyini heç də həmişə yüksək qiymətləndirmirlər. Ukrayna mətbuatının və rəsmilərinin Ermənistan-Azərbaycan münaqişəsinə qərəzli qiymət verməsi, tarixi həqiqəti və obyektiv reallığı beynəlxalq hüquq normalarına əsaslanaraq təhrif etməsi xüsusilə çaşqınlıq doğurur.

Və ümumiyyətlə, hətta simvolik yardımla belə, Ukraynaya dəstək verməyən Ermənistana rəğbət və dəstəyin heç bir məntiqi izahı yoxdur. Hələ ermənilərin işğal olunmuş Ukrayna ərazilərinə göndərdiyi humanitar yardımları və könüllüləri demirik.

Azərbaycana qarşı belə ədalətsiz qərəzin ən parlaq təzahürlərindən biri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun Ukraynanın “1+1” telekanalının efirində səsləndirdiyi bəyanatlar oldu. Belə ki, o, Qərb dövlətlərinin Ukraynaya xəyanət etməyəcəyinə əminliyini ifadə edərək, onun müttəfiqlərinə “xəyanət edə bilənin” Rusiya olduğunu diqqətə çatdırıb.

“Ruslar bunu edə bilər: onlar ermənilərə elə xəyanət ediblər - Azərbaycan özünün hesab etdiyi əraziyə daxil olub. Görürsünüz ki, bu gün ruslar Suriyaya xəyanət ediblər - orada müəyyən proseslər gedir. Mən Avropanın bizə bunu etməsini həqiqətən istəmirəm. Amma düşünürəm ki, bu, baş verməyəcək, çünki dünya bunu izləyir”, - deyə Danilov vurğulayıb.

Ukrayna dövlətində belə yüksək səviyyəli təhlükəsizlik məmuru öz ölkəsinin və beynəlxalq ictimaiyyətin tanınmış rəsmi mövqeyinə malik olmalıdır. Qarabağın Azərbaycan ərazisi olması təkcə Bakı tərəfindən deyil, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ukrayna başda olmaqla, bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir.

Bu həqiqəti Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski də yorulmadan təkrar edir, onun dilindən Azərbaycan dövlətinin və xalqının ölkəsinə göstərdiyi köməyə görə minnətdarlıq sözləri tez-tez səslənir.

Danilov yüksək səviyyəli dövlət xadimi kimi bu cür “səhvlərə” yol verir. O, nə jurnalistdir, nə bloqçu, nə də ictimai xadim. Onun sözləri Ukrayna dövlətinin mövqeyinə kölgə salır, tarixin belə çətin məqamında ikitərəfli münasibətlərə xələl gətirir.

Peşəkar məlumatsızlığın və bəlkə də, bilərəkdən təxribatın başqa bir nümunəsini Ukraynanın aparıcı iqtidaryönlü “Freedom” telekanalı da nümayiş etdirib. Kanalın aparıcısı “ruslar qəfildən Laçını və bu kəndləri (Zabux və Sus) tərk ediblər, nəticədə Azərbaycan qoşunları 1992-ci ildən bəri onlara məxsus olan ərazilərdən daha çox mövqeləri zəbt ediblər” deyə təəssüfləndi. Azərbaycan telekanalı Kiyevin Donbasdakı əraziləri geri qaytarmasını “işğal” adlandırsa, ukraynalıların reaksiyasını görmək maraqlı olardı.

Ukraynanın siyasi diskursunda Azərbaycana qarşı bu cür hücumlar cavabsız qalmamalıdır. Təbii ki, hər bir blogerə və ya fəala cavab vermək qeyri-mümkündür və mənası da yoxdur. Lakin təhlükəsizlik orqanları əməkdaşlarının, məmurların, deputatların açıqlamaları, hökumətyönlü telekanalların efirində eşidilən bəyanatlar Azərbaycanın Kiyevdəki səfirliyi tərəfindən, Milli Məclisin Ukrayna parlamenti ilə əlaqələr üzrə qrupunun üzvləri, azərbaycanlı ekspertlər və s. tərəfindən cavabsız qalmamalıdır.

Belə hallar davam edərsə, təbii ki, Bakı narazılığını daha yüksək səviyyədə bildirməli olacaq. Dövlətlər və ölkələr arasında münasibətlərdə dostluq qarşılıqlı xoş niyyət və eyni zamanda qarşılıqlı məsuliyyətdir. Bu, hər iki tərəfdən qiymətləndirildikdə dəyərlidir.

Müəllif: Fed Bakinski
ayna.az
 
Ardını oxu...
“Bu gündə beynəlxalq ödəmələrdə əsas üstünlük dollaradır. Dollar hər bir dövlətin valyutasına təsir etmə gücünə malikdir desək yanılmarıq. Sabiq prezident Taft 1912-ci illərdə “ dollar diplomatiyası” adlı siyasət yeritmişdi. Dollar o vaxtdan Amerikanın dünyanı əlinə alma planlarının mühüm bir hissəsi olmuşdur. Dollar 1971-ə qədər qızıl ilə çevriləbilmə qabiliyyətinə malik tək beynəlxalq valyuta idi. Bilirik ki, ABŞ-da dolları özəl bank olan FED hazırlayır. FED-in yiyəsi ABŞ deyil, FED özəl bankdır. Bankın ən böyük hissələri Rokfeller, Rotşildlər, Varburq, Şiff və Stillman ailələri arasında bölünür”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elman Vəliyev deyib. Politoloqun sözlərinə görə, Amerika ölkədə inflasiyanın çox olmaması üçün FED-ə dollar çapının çoxaldılmasını deyir.
“Ayda 308 milyard dollar çapı olsa da, bu qədər dolların çapına rəğmən dəyəri düşmür. Pulun dəyəri ehtiyacdan artıq çap olunarsa, düşər. Amma dollar düşmür, çünki ABŞ dolların yarada biləcəyi inflyasiyanı digər ölkələrin belinə yıxma bacarığına malikdir. Amerikada 10 % infliyasiya ölkə üçün təhlükə deməkdir. Ölkədə getdikcə inflaysiya artımı müşahidə edilməkdədir. Hər hansı bir dövlətin mərkəzi bankı öz valyutasını faizini artırarsa, bu onun üçün müsbətdir. FED dolların fazini artırarsa, dollara indeksli digər valyutalar çətin vəziyyətlə üzləşər. Rusiya mərkəzi bankı sanksiyalar qarşılığında faiz dərəcəsini 20-yə qədər artırdı və müsbət effekt verdi. Faiz dərəcəsi artarsa, istehlak azalar və inflyasiya da aşağı düşər. Həmçinin investorlar da çoxala bilər”.

“Türkiyə iqtisadi probelmlərlə üzləşən dövlətlərdən biridir. Ölkənin milli valyutasının dəyərinin düşməsi bu problemin başlıca səbəbidir. Lirənin dollar qarşısında dəyər itiməsinin əsas səbəblərindən biri ölkənin ticari hissəsinin dollara indekslənməsidir. Prezident Ərdoğan əhaliyə səslənərək, əllərindəki dollarları lirəyə çevirmələrini bildirdi. Bir ölkədə başqa bir dövlətin valyutasına tələbat çox olarsa, ölkənin milli valyutası dəyər itirər. Türkiyə mərkəzi bankı faiz dərəcəsini artırdı. Bunlar müəyyən qədər işə yarasa da, böyük fayda vermədi. Səbəbini yuxarıda dediyim kimi, ölkədə güclü dollar indekslənməsi mövcuddur.

Çin öz yuannı bazara daxil etməyə səy göstərir. Rusiya satdığı enerjini rublla etmək qərarı verib. Rusiya, Türkiyə, Çin, İran, Hindistan, Malayziya kimi dövlətlər qızıla indeksli ticari dövriyəyə keçmə barədə fikirləşirlər. Rusiyada bu açıq dilə gətirilmişdi. Bu ölkələr “Btetton Woods” sistemini yenidən tətbiq etmək istəyirlər. Əgər bu baş tutsa və digər dövlətlər də tətbiq etsə, bu dolların sonu deməkdir. Ancaq bu bir xeyli vaxt tələb edən prosesdir. Bunun üçün bu dövlətlərdə bir xeyli qızıl ehtiyatı olmalıdır. İçlərində ən çox Rusiyanın qızıl ehtiyatı-2300 ton mövcuddur”, - deyə politoloq qeyd edib.

Politoloq qeyd edib ki, artıq yeni dünya nizamı uğrunda mübarizə şiddətlənib:

“ABŞ-ın yenə supergüc olacağını, doların da dominant valyuta olacağını zənn etmirəm”.
 
Ardını oxu...
“BakuBus” MMC üçün dövlətin aldığı 715 avtobusun 303 ədədi yoxa çıxıb. Bunu yol-nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında iddia edib.

Bildirdiyinə görə Bakı Nəqliyyat Agentliyi 303 avtobusun istifadəyə yararlı müxtəlif ehtiyat hissələrini söküb digərlərinə quraşdırıb:

“Əslində bir neçə il əvvəl Hesablama Palatası bu faktı ortaya çıxarmışdı. Məlum oldu ki, indiyədək alınan avtobusların 25 faizi istismara yararsız hala gətirilib. “BakuBus” bunu qeyri-rəsmi olsa da belə əsaslandırdı ki, onlar dövlətə müraciət ediblər ki, ehtiyat hissələrinin alınması üçün vəsaitin ayrılsın. Guya dövlət tərəfindən də onlara heç bir vəsait ayrılmayıb. Belə olan təqdirdə “BakuBus” avtobusları söküb o birilərinə ehtiyat hissələri kimi istifadə etmək məcburiyyətində qalıb. Hesablama Palatası iddia edir ki, 303 avtobus istismara yararsız hala salınıb və onları təmir etmək belə mümkün deyil. 2015-ci ildə dövlət tərəfindən alınan 715 avtobusun 303-ü sıradan çıxıbsa, yerdə 412 avtobus qalır.

Məndə olan məlumata görə həmin avtobusların gündəlik 100-120 ədədi xəttə buraxılmır. Hansı səbəbdən buraxılmır, bunu da araşdırmaq lazımdır. Ehtimal olunur ki, yanacağın qiyməti bahalaşandan sonra “BakuBus” və digər daşıyıcı şirkətlər ehtiyat hissələrinə, eləcə də digər xərclərə qənaət etmək məqsədilə avtobusları bilərəkdən xəttə buraxmır. Düşünürəm ki, bu qanunsuz hərəkətin qarşısı alınmalıdır”.


Elməddin Muradlının sözlərinə görə BNA bu prosesə heç bir müdaxilə edə bilmir və nədənsə məsələni aqressiya ilə qarşılayır:

“Amma biz özümüzdən demirik. Hesablama Palatası araşdırıb və qüsurları üzə çıxarıb. Bunu kim eliyib bilinmir. Bilinən bir var, hal baş verəndə “BakuBus” BNA-nın tərkibində olub. Hər bir halda bu məsələyə görə BNA cavab verməlidir. Məntiqlə yanaşsaq, Bakıda fəaliyyət göstərən 30-a yaxın daşıyıcı şirkət necə dolanır? Özəl sektordur, nə qədər vergi ödəyirlər və müəyyən xərcləri var. Bu şirkətlər yaşaya bilir, amma “BakuBus” özünü batırdı.

Deməli burada qaranlıq məqamlar və qüsurlar var. “BakuBus”vaxtilə öz sürücüləri üçün bir dəst kostyumu 800 manatdan daha baha qiymətə qeydiyyata salıb. Bilmirsən bunlar hansı firmanın kostyumunu alıblar ki, bu qədər vəsait xərclənib. Əlbəttə ki, 800 manata kostyum alanda, ehtiyat hissəsi almağa pul çatmayacaqdı. İnvestisiya Holdinqi də “BakuBus”ı tam rahat şəkildə idarə edə bilmirsə, özəl şirkətlərə versinlər.

Ya da bazar qiymətinə hesablayıb onlara satıla bilər. Hətta uzunmüddətli kredit şərtilə də verilə bilər. Özəl daşıyıcı şirkətlər bunun öhdəsindən daha yaxşı gələr. İstənilən halda bu sahənin özəl sektora verilməsi vacibdir. Həm də dövlət nəzarəti üzərlərində olmalıdır”, - deyə ekspert qeyd edib.

Hesablama Palatası 01.01.2019-cu il tarixindən 01.0.2021-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı ortaya çox ilginc məqamlar çıxıb. Belə ki, “BakuBus” MMC-nin balansında olan 303 ədəd “İveco” markalı sərnişin avtobusundan 198 ədədinin istismarı dayandırılıb.


Nə az, nə çox 80 milyon manat vəsait hesabına alınan avtobusların 25 faizini ümumiyyətlə xəttə buraxmayıblar.

Alçina Amilqızı, Bizim.Media
 
Ardını oxu...
İlk öncə “Tüfan”dan əvvəlki Birinci Böyük Turan İmperatorluğunun (Ceyms Çörçvordun yazdığı kimi Böyük Uyğur İmperatorluğunun – A.M.), Oğuz Xaqanın (Alp Ər Tonqanın, Əfrasiyabın – A.M.) yaratdığı İkinci Böyük Turan İmperatorluğunun, daha sonra Saka (İskit, Skif) Türklərinin yaratdığı Saka İmperatorluğunun davamı olan Böyük Hun İmperatorluğunun əsasını eradan əvvəl 220-ci ildə Mətənin atası Teoman (Tuman) qoymuşdur. Eradan əvvəl 220-209-cu illərdə ayrı-ayrı Türk boylarını öz bayrağı altında toplayan Teoman Çinin bəzi bölgələrini və digər qonşu ölkələri də öz hakimiyyəti altına alaraq böyük bir İmperatorluq yaratmağa müvəffəq olmuşdur. Teoman Tanhunun (“Tanhu” Hun Türklərinin dilində “İmperator” deməkdir – A.M.) 11 illik (eradan əvvəl 220-209-cu illər) hakimiyyətindən sonra taxta çıxan oğlu Mətə (Çinlilər “Mətə”nin adını “Mao-tum şəklində yazmışlar – A.M.)eradan əvvəl 209-cu ildə “Hun Tanhusu” elan edilmişdi.
35 illik (eradan əvvəl 209-175-ci illər) hakimiyyəti dövründə Mətə bütün ətrafdakı Türk, Moğol və Tunquz qövmlərini bir araya toplayaraq bütün Altay, sonra isə Hindistan və Xəzər dənizinə qədər Asiyanın mühüm bir qismini fəth etmişdi. Mətənin dövründə Türk Hun Xaqanlığı Sakit okeandan Xəzər dənizinə, Tibet və Kəşmirdən Şimali Sibirə qədər 18 milyon kilometrlik böyük bir ərazini əhatə edirdi. Mətənin sayəsində Çin, Hindistan və Persiya xaric Asiyanın bütünü Türklərin əlinə keçmişdi. Tədqiqtçılar göstərirlər ki, Mətə kimi xüsusi bir hərb dühasının, təşkilatçı bir dövlət adamının sayəsində Hun Türkləri Cahan hakimiyyətinə yiyələnmiş, onun qurduğu İmperatorluq ərazi baxımından Əhəmənilərin, Makedoniyalı İsgəndərin və Roma İmperatorluğunun ərazilərindən daha geniş olmuş, Mətə strateji baxımdan Kir, İskəndər və Sezardan üstün olmuş, bu cahangirlərin heç biri dünya coğrafiyası üzərində Mətə dərəcəsində geniş hərbi hərəkatlara girişməmişlər (Seçmələr bizimdir – A.M. Bax: Yılmaz Öztuna, Böyük Türkiyə tarihi. Birinci cilt, İstanbul 1988, səh. 47-78, 59).
İlk öncə Tunquz – Moğol qəbilələr birliyi olan Tunq – huları məğlub edərək hakimiyyətini Quzey Peçiliyə qədər genişləndirən Mətə Xaqan güney –batiya dönmüş və Orta Asiyadakı Yüəçiləri oradan qovub çıxarmış, güneyə yönələrək Ordos bölgəsini ələ keçirmiş və oradan da Çinə yürüşə başlayaraq Mai-yi, Tai-yuan şəhərlərini zəbt etmişdi. Mətə Çindəki Xan sülaləsinin qurucusu İmperator Kaotinin 320 minlik piyada ordusunu eradan əvvəl 201-ci ildə mühasirəyə almış, əlacsız qalan İmperator Kaotin vaxtilə çinlilər tərəfindən zəbt edilmiş Türklərin yaşadığı bütün torpaqları Hun dövlətinə qaytarmış, illik vergi verməklə sülh bağlamış, özünü və ordusunu qurtarmağa müvəffəq olmuşdu.
Çin ilə ticarət əlaqələri yaradan Mətə İrtış yatağına qədər olan Qırğız məmləkətini və buranın qərbindəki Tinqlinqlərin ərazilərini, bəzi qədim Oqurların qolları ilə məskun əraziləri və Şimali Türküstanı zəbt edərək Issık gölü ətrafındakı Vusunları da öz hakimiyyəti altına almışdı.
Beləliklə, Böyük Hun hökmdarı Mətə o dövrdə Asiya qitəsində yaşayan Türk soyundan olan əksər topluluqları öz hakimiyyəti altında birləşdirməyə müvəffəq olmuşdu. İmperatorluğun sərhədlərini Mancuriyadan Aral gölünə, Qərbi Sibirdən Qobu çöllərinə və Tibetə qədər genişləndirən Mətənin tabeliyində Türk boyları ilə yanaşı Moğol, Tunquz və Çinlilər də var idi.
Mətə tərəfindən Çin hökmdarına göndərilən eradan əvvəl 177-ci il tarixli bir məktubdan anlaşıldığına görə, Hun dövlətinə bağlı qövmlərin sayı 26 idi və Tanhu (İmperator) Mətənin ifadəsi ilə bunların hamısı “yay gərən xalq” yəni “Hun” olmuşdular.
“Göy Tanrının yer üzündəki təmsilçisi”, “Göy Tanrı qədər müqəddəs” sayılan Mətənin yaratdığı Hun İmperatorluğu mülkü və hərbi təşkilatı ilə, daxili və xarici siyasəti ilə, dini ilə, ordusu və hərbi taktikası ilə, sənəti ilə yüksək vəsfli bir cəmiyyət halında daha sonraları əsrlər boyunca bütün Türk dövlətlərinə örnək olmuşdu.
Mətə Xaqanın sayəsində Hun türkləri Koreyadan Macar Ovasına qədər olan ərazilərə sülh, əmin-amanlıq və rifah gətirmişdilər. Məşhur Hun tədqiqatçısı De Groot özünün “Hunlar” adlı əsərində göstərir ki: “Mətə Çin İmperatoruna yazdığı bir məktubda ona hakimiyyəti altında olan qövmlərin qüdrətli Hun İmperatorluğunun bütün nemətlərindən faydalandıqlarını, sülh və səadət içində yaşadıqlarını bildirmişdi” (Bax: De Groot, Die Hunnen, Berlin 1927, səh.74).
Mətə taxta çıxınca dövlət quruluşunda yeni qaydalar tətbiq etmiş, cox nizamlı ordu yaratmış, İmperatorluğu 24 ordu başçısı arasında bölüşdürmüş, hər komandanın ixtiyarına on min süvaridən ibarət bir tümən vermişdi.
Mətə ordusunu dəmir intizama alışdırmış, döyüş anlarında özünün fit çalan oxunu haraya atardısa, əskərlərinin də qeyd-şərtsiz dərhal oxlarını o istiqamətə atmaları gərəkirdi. Bu işdə ən kiçik tərəddüd və ya səhv ölümlə cəzalandırılırdı.
Çin mənbələrinin verdiyi məlumata görə, Mətə eradan əvvəl 177-ci ilə aid digər bir məktubunda bildirmişdi ki: “Yay gərməsini bilən bütün qövmlər birləşdi”. Mətənin ordusunda əsas silahlar yay, ox, mizraq və qılınc idi. Hun əskərləri kənarları kürklü dolmandan ibarət dəri paltarlar, ayaqlarına çəkmə geyər, bellərinə toqqalı dəri kəmərlər bağlayar, başlarına kalpaq keçirərdilər. (Bax: Prot. Dr. Laszlo Rasonyi, Tarihte Türklük, Ankara 1971, səh.66,67).
Mətə öz müəzzəm ordusunu onluq sistemi əsasında qurmuş, ordunun başına onbaşı, yüzbaşı, minbaşı və tümənbaşılar təyin etmişdi (Bax: Prof.Dr. Anil Çeçen, Türk devletleri, Ankara 2003, səh.53).
Mətənin yaratdığı Hun İmperatorluğunda ən önəmli vəzifə və ünvanlar sol və sağa görə bölünmüş, sol tərəf aparıcı ünsür sayılmışdı. Çünki Günəşi öyən Türklərdə üzü cənuba çevirəndə sol tərəf Günəşin doğduğu yer idi. Hunlarda bu vəziyyət “Sol Bilgə Eliq” (Sol bilikli hökmdar) və “Sağ Bilgə Eliq” (Sağ bilikli hökmdar) olaraq adlandırılmışdı. Sol Bilgə Eliq Böyük Tanhunun (İmperatorun) soyundan olmaqla vəliəhd sayılmışdır. İstər sol, istərsə də sağ hökmdarlar Tanhunun qardaş və oğullarından ibarət olmuşdur.
Mətə və Mətədən sonrakı bütün Hun hökmdarları Göy Tanrı tərəfindən taxta çıxdıqlarına, Göy Tanrının onlara vəzifələrini yerinə yetirməsi üçün fərdi qabiliyyət və üstünlüklər verdiyinə inanmışlar.
Mətənin başçılığı ilə öz paytaxtlarını Ötükəndə yaradan Hun Türkləri yüksək sənət əsərləri ilə bu bölgəni bəzəmiş, Hun Türklərinin sayəsində bütün Altay bölgəsi o dövr Türk mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Hun Türklərinə məxsus Altay dağlarındakı zəngin kurqanlar bunu sübut etməkdədir. Bu kurqanlardan tapılan düz və əyri qılınclar, qızıldan və gümüşdən işlənmiş müxtəlif əşyalar, ayrı-ayrı əşyalar üzərindəki ov səhnələri, müxtəlif heyvan rəsmləri, bronz üzərindəki heyvan heykəlcikləri, yarı insan, yarı maral formasında ruhları təmsil edən heykəllər, Hun Türklərinin kutsal saydıqları xallı maral fiqurları, at heykəlləri, göy cisimlərinin rəsmləri və s. Hun Türklərinin günümüzədək gəlib çatan maddi mədəniyyət nümunələridir.
Mətə Xaqanın dövründə Türk sənəti Qara dənizin quzeyindən Sakit Okean sahillərinə qədər hakim bir mövqeyə yüksəlmişdi. Mətənin dövründə o zamana qədər dağınıq halda olan Türk qovmlərinin mədəniyyət mərkəzləri birləşdirilmiş, Türk qovmləri arasında üslub bənzərliyi təşəkkül tapmış, Türklərin yenidən millət halına gəlməsində mühüm rol oynamışdı ki, bütün bunlar siyasi birliyin və böyük bir İmperatorluğun bəxş etdiyi nemətlərdəndir.
Mətənin başçılığı ilə Hun Türkləri Uzaq Şərqlə Yaxın Şərq mədəniyyətləri arasında əlaqə yaradaraq, Asiyanın iki ucu arasında mədəniyyətləri çulğalaşdıraraq insanlıq tarixində mühüm rol oynamışlar. Mətənin eradan əvvəl 177-ci il səfərində Xəzər dənizinə, yəni Avropa qapılarına erişməsi onu Yaxın Şərqin də əlaqələndiyi bir şəxsiyyətə çevirmişdi. Mətəni yalnız şimalda Şimal Buzlu Okean, cənubda Himalay dağları, şərqdə Sakit Okean, qərbdə isə Xəzər dənizi və Ural dağları durdura bilmişdi. (seçmələr bizimdir – A.M. Bax: Yılmaz Öztuna, Böyük Türkiye tarihi, birinci cilt, İstanbul 1983, səh.59 .)
Mətənin dövründə də Hun Türkləri “Göy Tanrı” dedikləri tək Tanrıya inanmışdılar. Bu baxımdan onların dünyaya hökm etmək üçün yaradıldıqları və bu müqəddəs işin yerinə yetirilməsinin Göy Tanrı əmri olduğu haqqındakı qənaətləri çox səmimi idi.
Hun Türklərində “Vətən, torpaq” müqəddəs sayılmışdı. Mətənin “Torpaq millətin köküdür” kimi məşhur ifadəsi tarixi qaynaqlarda xüsusi qeyd edilmişdi.
Yalnız piyada ordu birliklərindən ibarət çinlilər Mətədən sonra Hun Türklərini təqlid edərək ilk dəfə atı yəhərləmiş, süvari ordu birlikləri yaratmış, əskərləri Çinli qiyafəti ilə ata minmək çətin olduğundan Hun Türkləri kimi şalvar geymişlər.
Mətə oğullarına milli birliyə bağlı qalmalarını və Türk törələrinə əməl etmələrini tövsiyyə etsə də Mətənin ölümündən sonra oğlu Tan-hu (İmperator) Ki-ok (eradan əvvəl 174-160-cı illər) Böyük Hun İmperatorluğunun əzəmətini qoruyub saxlasa da İmperatorluğun ərazisini daha da genişləndirsə də Türk törəsinə və atası Mətənin tövsiyyəsinə əməl etməyərək böyük bir tarixi yanlışlıq yapmış, Çin prensesi ilə evlənmiş, bununla da Türk dövlətçilik tarixi baxımından pis nəticələr verə biləcək bir cığır açmış, Türk dövlətlərinin məhvinə aparacaq bir ənənənin əsasını qoymuşdu. Mətənin oğlu Ki-okun dövründə bu yanlışlıq bir o qədər hiss olunmasa da, onun ölümündən sonra oğlu Tanhu Kun-sin (eradan əvvəl 160-126-cı illər) də bu səhvi təkrarlayaraq Çinli prenseslə evlənmiş və beləliklə də Çin cəsusları və diplomatları bu prenseslər vasitəsilə Hun İmperatorluq sarayına yol tapmış, Türk ordu sistemini və silahlarını mənimsəyib Çin ordusuna tətbiq etmiş, ilk dəfə olaraq Çin ordusunda Hun tərzində suvari birlikləri yaratmış və nəhayət bizim eranın III əsrinin başlanğıcında Böyük Hun İmperatorluğunu parçalamağa müvəffəq olmuşdular.
Bəzi tədqiqatçılar Böyük Hun İmperatoru Mətə ilə İkinci Böyük Turan İmperatorluğunun yaradıcısı Oğuz Xaqanı (Alp Ər Tonqanı, Əfrasiyabı) eyniləşdirmişlər. (Bax: Prof.Dr.Osman Turan, Türk cihan hakimiyeti mefkuresi tarihi, Ahkara 1969, səh 78; Yılmaz Öztuna, Büyük Türkiye tarihi, I cilt, İstanbul 1983, səh. 48,52; Rəfik Özdək, Türkün qızıl kitabı, Bakı 1992, səh 6, 60 və s .
Halbuki, təkcə “Avesta”nın yazıldığı eradan əvvəl 1300-cü ili və bu müqəddəs kitabda Əfrasiyabın (Oğuz Xaqanın, Alp Ər Tonqanın) adının çəkilməsini nəzərə alsaq Hun hökmdarı Mətə ilə Turan İmperatoru Oğuz Xaqanı (Alp Ər Tonqanı, Əfrasiyabı) ən azı min yüz (1100) illik bir zaman kəsiyi ayırır.
Mətənin yaratdığı Böyük Hun İmperatorluğu özündən əvvəlki Birinci və İkinci Böyük Turan İmperatorluqları (Birinci və İkinci Böyük Turan İmperatorluğu haqqında geniş məlumat üçün bax: Aydın Mədətoğlu Qasımlı, Türklər, Bakı 2012) və Saka (Skif, İskit) İmperatorluğu kimi Türk tarixi və Türk dövlətçilik tarixində önəmli rol oynamışdı. Mətə Xaqanın yaratdığı Böyük Hun İmperatorluğu özündən sonrakı bütün Türk dövlət və İmperatorluqları üçün örnək olmuşdur.
Mətə Xaqan eradan əvvəl 174-cü ildə vəfat etmişdir.
Ruhu şad olsun! Amin.
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU
Teref.az
 
Ardını oxu...
“2022-ci ilin sonuna qədər Ukrayna Rusiya qüvvələrini fevralın 24-dən əvvəl olan demarkasiya xəttindən kənara çıxara biləcək”.

Bunu ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, Əfqanıstan və İraq müharibələrinin veteranı, istefada olan general-leytenant Ben Hodces deyib. O hesab edir ki, Ukrayna Krımı işğaldan azad edəcək:

“Bunun üçün sadəcə lazımi şərait təmin edilməlidir. Düşünürəm ki, Krım gələn ilin əvvəlində Ukraynanın nəzarətinə keçəcək. Çünki rusların döyüşmək üçün iradəsi olmadığına əminəm”.

Maraqlıdır, generalın dedikləri nə dərəcədə realdır? Həqiqətən yaxın tarixdə Ukrayna başda Krım olmaqla, ərazilərini işğaldan azad edə bilər?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, artıq Ukraynanın ərazilərini işğaldan azad etmə prosesi başlayıb:

“Ukraynanın bugünkü hədəfi Rusiyanın təchizat əlaqələrini qırmaq, bütün silah anbarlarını və canlı qüvvəsini məhv etməkdən ibarətdir. Bununla da, logistika tamamilə sıradan çıxarılacaq. Çünki mütəmadi təchiz olunmayan ordu qısa müddətdən sonra öz döyüşkənliyini itirəcək. Əlbəttə ki, silah-sursat və canlı qüvvə qıtlığı yaşanması ordunun məğlubiyyəti ilə nəticələnəcək. Ona görə də artıq çox ciddi nəticələrin olduğunu da düşünürəm.

Demək olar ki, Rusiya Ordusunun hücum potensialı tamamilə tükənib. Hətta onların hücum əməliyyatlarındakı intensivlik də minumuma enib”.

Həmsöhbətimiz əlavə edib ki, bir çox istiqamətlərdə Ukrayna Ordusu Rusiya qüvvələrini iflic vəziyyətinə salıb:

“Artıq Ukrayna Ordusu əks-hücum əməliyyatları da həyata keçirir və konkret olaraq hərbi nailiyyətlər əldə olunub. Ukrayna Ordusunun Baş Qərargahı işğaldan azad olunan yaşayış məskənləri və əraziləri hələlik açıqlamaq istəmir. Onlar rus ordusunun ciddi artilleriya zərbələrinə məruz qalmamaq üçün azad olunan əraziləri açıqlamırlar. Ancaq xarici mənbələrdən təsdiq olunan konkret informasiyalar var. Artıq Xarkov istiqamətində bir sıra ərazilər işğaldan azad olunub. Eyni zamanda, Xerson istiqamətində də kiçik həcmdə də olsa əks-hücum əməliyyatı davam edir. Proseslər sadəcə Ukraynanın cənubunda deyil, Donetsk və Luqansk istiqamətində də gedir. Hətta Rusiya Luqanskda ələ keçirdiyi əraziləri də tədricən itirməkdədir. Artıq Ukrayna Ordusu Luqanskın içərisinə doğru irəliləməkdədir. Həmçinin, Donetskdəki bir neçə yaşayış məntəqəsi də işğaldan azad olunub”.

Politoloqun sözlərinə görə, amerikalı generalın dediklərində böyük həqiqət var:

“Ancaq Ukrayna Ordusu qısa müddət ərzində istədikləri silahları almalıdır. Belə olacağı təqdirdə, Ukrayna ilin sonuna qədər əks-hücum əməliyyatları ilə hədəflərinə nail ola bilər. Daha sonra isə Donbasın tamamilə azad olunması hədəflənəcək. Eyni zamanda, Ukrayna ərazilərini tamamilə işğaldan azad etmək imkanı qazanacaq. Hətta bu, danışıqlar yolu ilə də mümkün ola bilər. Nəzərə almaq lazımdır ki, Ukraynanı müdafiə edən ABŞ və Böyük Britaniya kimi güc mərkəzləri Rusiyaya zaman qazandırmaq istəmirlər. Çünki müharibənin uzanması Rusiyanın aqressiyasının artacağı mənasına gəlir. Ona görə də Rusiyanın silah təchizatı cəhətdən tükəndiyi bir zamanda Ukrayna ağır zərbələr endirərək, rus ordusunu tamamilə məhv etmək iqtidarındadır”.

Elmir
Cebhe.info
 

Ardını oxu...
Londonda təhsilli icra başçısının təyinatından sonra da Lerikdə sular durulmur. Əhali hələ də Rövşən Bağırovdan qalan süründürməçi və talançı komandanın idarəçiliyində çabalayır. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bir aydan artıq vaxt keçsə də, Əkbər Abbasov rayonda ciddi kadr islahatları apara bilməyib.

Ötən yazımızda qeyd etdiyimiz kimi, “köhnə komanda” yeni və gənc icra başçısına ciddi dirəniş göstərir. Bu da, deyəsən, leriklilərdə ciddi xəyal qırıqlığı yaradır.

Rayondan gələn şikayətlərdən aydın görünür ki, köhnə komanda qismən də olsa, niyyətini gerçəkləşdirə bilib.Yəni “təzə də köhnədən yaxşı olmayacaq” ifadəsi artıq Lerikdə xalq arasında yayılmaqdadır. Halbuki buna qədər lerikllər ümid edirdilər ki, Əkbər Abbasov rayonu korrupsiya yuvasına çevirən, əhalinin rayondan didərgin düşməsinə səbəb olan azı üç məmuru – Cəlil Baxşıyev, Habil Məlikov və Əlipənah Bayramovdan yaxasını qurtaracaq.

Bəs, nə baş verir? Rayondan aldığımız məlumata görə, yeni icra başçısı yalnız Cəlil Baxşıyevin idarəetmədəki fəaliyyətini məhdudlaşdırıb, hər gün demək olar ki, digər iki şəxslə – Habil Məlikov və ƏlipənahBayramovla məsləhətləşir.

Həmin Əlipənah Bayramov ki, əgər yeni icra başçısı “Youtube” və “Google” platformalarında axtarış aparsa, onun icra başçısının adından Orandkənd sakini, İcra Hakimiyyəti başçısının Orand İnzibati Dairəsi üzrə nümayəndəsinin müavini işləmiş Vaqif Cənnətovdan necə rüşvət tələb etməsinin və onu hədələməsinin şahidi olacaq.

Bu, sadə bir fakt deyil, məhz Əlipənah Bayramovun səs yazısı bütün media orqalarında yayılıb. O, Cənnətovu hədələyirdi ki, əgər icra başçısının tələb etdiyi pulu çatdırmasa, başı ağrıyacaq. Ola bilərki, Bayramov indi bunu əvvəlki başçının tapşırığı kimi qələmə verib, canını qurtarmağa çalışacaq. Amma bəs, London təhsilli, intellektual bir şəxs olan Əkbər Abbasov belə bir məmurun komandasında təmsil olunmasına necə razı ola bilər?

Əlipənah Bayramovun rüşvət istəməsinin səsyazısı:



Əldə etdiyimiz məlumata görə, artıq dostluq və qohumluq prinsipləri yeni təyinatların da idarəetmə fəlsəfəsinə çevrilir.Belə ki, Əlipənah Bayramov özü də etiraz edir ki, onu Şamaxıdan olan icra başçısına tapşırıblar. Bu tapşırıq da icra başçının yeni kadr təyinatları və hədəfləri qarşısında ona “toxunulmazlıq” şansı verib.

Əlipənah Bayramovdan fərqli olaraq, Cəlil Baxşıyevi isə hətta deputat İqbal Məmmədovun tapşırıqları və xahişləri də xilas edə bilməyib. Hərkəs yeni başçının Baxşıyevlə işləməyəcəyi qənaətidədir.

Digər bir “odioz” fiqur isə bütün rayonu intriqa mənbəyinə çevirən Habil Məlikovdur. Bu, o, Habil Məlikovdur ki, indiyə qədər bir neçə icra başçısını yola salıb, kasıb, güzaranı ağır olan leriklilərə rəğmən, özünə kral həyatı qurub. Hətta özünü yeni icra başçsına savadlı kadr kimi təqdim etməklə göstərməyə çalışır ki, bu olmasa, Lerikdə heç bir iş qaydasında getməyəcək.

Əslində, hər bir lerikli bilir ki, Habil Məlkov orta məktəb şagirdi səviyyəsində savadı olan bir şəxsdir. O, uzun illər rayonun Maliyyə şöbəsinin müdiri olmuş atasının imkanları hesabına təhsil alıb. Bunu London təhsilli, kifayət qədər savadlı gənc olan Əkbər Abbasov görməyə bilməz…

Habil Məlkovu kim tapşırıb? Lerikdən verilən ilginc məlumatda deyilir ki, Habil Məlikovu yeni icra başçısına Mingəçevirdən olan qudası tapşırıb. Bildirilir ki, yeni icra başçısını “təcrübəsiz”, “uşaq –muşaq” kimi təqdim etməkdən belə çəkinməyən Məlikov da Abbasovun “tapşırıq siyahısı”nda yer alıb.

Lerikdə keçirilən və korrupsiya mənbəyi olan bütün tenderlərə imza atan, Fövqəladə Hallar Komissiyasının sədri olmasına baxmayaraq, heç bir “yaralı barmağa dərman olmayan” Məlkovun var-dövlətini, korrupsioner əməllərini araşdırmaq da məhz yeni icra başçısının əsas vəzifəsi olmalıdır.

Lerik sakinləri hələ də ümid edirlər ki, icra başçısı bu qədər özbaşnalığa, süründürməçiliyə, bacarıqsız kadrların üzündən xarabaya çevrilən rayonun taleyinə biganə qala bilməz, ondan asılı olan bütün problemləri, neqativləri həll edəcəklər.

Onlar hesab edir ki, bu, həm də Əkbər Abbasovun aktivinə yazılacaq. Əks halda, rayon sakinləri yenə də ölkə başçısına, Birinci vitse-prezidentə üz tutacaqlarını deyirlər.

İndi sıra Əkbər Abbasovundur. O, Prezidentin ona etimadını doğrultmalı, xalqın qanını soran bu məmurlardan Leriki xilas etməlidir…

Gözləyək…
 
Ardını oxu...
Bu silah tədarükü bizə lazım olan həcmləri ödəyəcəkmi, hələ sual altındadır

Yaxın həftələrdə ABŞ Ukraynanı dəstəkləmək üçün hərbi missiyasının adını aşıqlamağı, təlim və yardım işlərinə rəhbərlik edəcək general təyin etməyi planlaşdırır. Lakin bu, ölkəmizə yeni statusun verilməsi demək olmayacaq. Söhbət Ukraynaya silah verilməsi ilə bağlı bütün məsələlərlə bağlı qərar qəbuletmə mərkəzinin yaradılmasından gedir.

Əslində amerikalılar yardım prosesində öz koordinasiyalarını təkmilləşdirirlər. Üstəlik, söhbət çox böyük sifarişlərdən, Qərb istehsalı olan silahların tədarükündən və pul axınından gedir. Ona görə də belə bir mərkəzin yaradılması ABŞ üçün məntiqli addımdır.

Lakin onun yaradılmasının ilk səbəbi, yəqin ki, silahların yoxa çıxması və ya yenidən satışı ilə bağlı hər hansı insident üçün tənqiddən yayınmaq cəhdi idi. Prosesi daha nizamlı etmək üçün həm Demokratlar Partiyası, həm də Respublikaçılar Partiyasından çağırışlar gəldi.

Aralıq Konqres seçkilərinin noyabr ayına təyin edildiyini nəzərə alsaq, müxalifətin də daxil olduğu bu cür tənqidlər Bayden üçün böyük əhəmiyyət kəsb edir. Aydındır ki, Ağ Ev buna reaksiya verməli idi. Yəni ki, "biz Ukraynaya verilən yardımlara nəzarət edirik".

Ukrayna üçün yaxşı xəbər isə odur ki, ABŞ-da hakimiyyət dəyişikliyindən sonra belə, bu struktur fəaliyyətini dayandırmayacaq. Yəni ki, hətta Ağ Evin yeni administrasiyası da mərkəzi miras olaraq alacaq.

Bu missiyanın adının dəqiqləşdirilməsinin növbəti səbəbi ABŞ-ın prosesləri nəzərə almasıdır: çox güman ki, Rusiya Federasiyasının Ukraynaya qarşı işğalçı müharibəsi bir neçə il çəkəcək. Ona görə də indidən düşünmək lazımdır ki, resurslar daha yaxşı hesablansın, vəsaitlərin ayrılması planlı şəkildə olsun və büdcə ayrıca maddə kimi formalaşdırılsın. Yəni ki, yardım prosesi əvvəllər olduğu kimi edilməyəcək, sistemli olacaq.

Məsələn, bu il qanunlar sadəcə olaraq Konqresə çıxarılanda, onlar Amerika parlamentariləri arasında heç də həmişə anlayışla qarşılanmayıblar. Yadınızdadırsa, bu yaxınlarda Ukrayna ilə bağlı 40 milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsi demək olar ki, bloklanmışdı. Deməli, ABŞ-ın Ukraynaya dəstək missiyasına cavabdeh olan strukturu müəyyən etmək lazım idi. Aydındır ki, indi Pentaqona bu məsələlərlə məşğul olacaq komanda toplamaq tapşırılacaq. Pentaqon generalları birbaşa qərarların qəbuluna təsir edə bilməz. Lakin məhz bu təyin olunmuş general ABŞ parlamentarilərinin fikrinə təsir edə biləcək. Ona veriləcək mandata uyğun olaraq, o, əməliyyatın nəticələri ilə bağlı Konqresə hesabat verə, həmçinin vəsait toplaya biləcək. Axı buna cavabdeh ABŞ Konqresi olacaq.

Amerikanın nöqteyi-nəzərindən Ukraynaya yardımın göstərilməsi prosesi daha rutin, adət halında bürokratik və mərkəzləşmiş xarakter alacaq. Bu Ukrayna üçün nə deməkdir? Bir tərəfdən daha çox nəzarət olacaq. Ona görə də Ukraynanın tez-tez silah alıb-almayacağını proqnozlaşdırmaq çətindir. Daha doğrusu, əlavə bürokratik prosedurun yaradılması hətta müəyyən prosesləri ləngidə bilər. Amma burada biz heç nə etməyəcəyik: Amerika qanunvericiliyinin və ABŞ seçicilərinin tələbləri var.

Ukraynanın strateji maraqları baxımından isə müsbət cəhətləri görmək lazımdır. ABŞ indi silahları bizə daha yavaş ötürsə belə, biz yenə də hərbi təchizatın olub-olmayacağı fikrini çəkməyəcəyik. İndi biz əmin ola bilərik ki, yardım uzun müddət gələcək. Amma bu silah tədarükü bizə lazım olan həcmləri ödəyəcəkmi, hələ sual altındadır.

Müəllif: İliya Kusa - Beynəlxalq siyasət və Yaxın Şərq üzrə ekspert

Mənbə: UNİAN

Müəllif: Turan Abdulla
 

Dünyapress TV

Xəbər lenti