Azərbaycan iqtisadi modeli “xəstədir”...
Azərbaycan iqtisadi modeli “xəstədir”, bu haqda illərdir danışırıq, rəsmi rəqəmlər isə bu “diaqnozu” təsdiq edir, amma açıq söyləmir.
Rəsmi rəqəmlərə istinad edərək, izahını verərək bu məsələyə aydınlıq gətirək:
1) 2022-ci ildə ölkədə 71300 iş yeri açılıb, 81%-i Bakının payına düşür – ölkədə iqtisadi və sosial disbalansın miqyasını bu rəqəm aydın şəkildə göstərir. Bütün iqtisadi, sosial, hətta mədəni fürsətlərin Bakıya toplanması davam edir, sonra da hamı şikayət edir ki, yaşamaq olmur, sıxlıqdır, tıxaclar var – bunlar nəticədir, səbəb ölkənin “xəstələnmiş” iqtisadi və siyasi sistemidir,
2) Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 359 min nəfərdir, onlardan 1 milyon 734 min nəfəri rəsmi müqavilə ilə, muzdla çalışır.
Ölkədə 800 minə yaxın VÖEN sahibi var (onların da hamısı aktiv deyil, amma olsun), rəsmi rəqəmlərə görə ölkədə, güya, 1,7 mln. nəfər də aqrar sektorda çalışır (əslində elə deyil, kimin pay torpağı var onu və ailə üzvülərini K/T-da çalışan sayırlar) – bunları toplayanda 4,2 mln. nəfər edir. İqtisadi fəal əhali nə qədərdir – bəli, 5,6 mln., bəs 1,4 mln. insan hardadır bu statistikada?! Axı rəsmən ölkədə cəmi 302 min işsiz olduğunu deyirlər – deməli 1,1 mln. nəfər “kölgə iqtisadiyyatında” çalışır, ya da hökumətin işsizlik statistikası yanlışdır, elə deyil?!
3) Gələk ən dəhşətli məqama – 2022-ci ildə Azərbaycan 38 mlrd. 146 mln. dollarlıq mah-məhsul ixrac edib ki, bunun da 35 mlrd. 100 mln. dolları neft-qaz sektorunun, yəni, 92,1%-i nəhz bu sektorun payına düşür. Ölkə üzrə bu sektorda nə qədər insan çalışır? Cəmi 32 min nəfər! Yəni, ölkədə 32 min nəfər 35 mlrd. dollarlıq neft-qaz istehsal edib satır, yerdə qalan 9 mln. 970 min nəfər də bunun hesabına dolanır – faciəvi rəqəmlərdir, ölkə iqtisadiyyatının “xəstəliyinin” əyani sübutudur.
İqtisadi problemlərin həlli yolu isə artıq iqtisadiyyatda deyil də, məhz idarəetmə və məhkəmə-hüquq mühafizə sistemindədir. Belə...
Natiq Cəfərli
Teref.az

Dünyapress TV

Xəbər lenti