Ardını oxu...
Məlum olduğu kimi, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixində güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilmiş, Agentliyin şəffaf fəaliyyətinin təcəssümü kimi bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilmişdi. Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanıldı və kibercinayət törətmiş şəxslər saxlanıldı. Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edildilər.

İndi cəmiyyətdə heç kəsi inandıra bilməzsən ki, xakerlər MİDA-nın rəhbərliyində yüksək vəzifəli şəxslərlə əlbir olmadan belə bir cinayəti törətməyə cəsarət etmiş olsunlar. Amma bu məqaləmizin qayəsi heç də MİDA olayı deyil. Diqqətləri o məqama çəkmək istəyirik ki, DTX növbəti belə bir əməliyyatı məktəbləır elktron qəbul prosesindəki qanunsuzluqlara rəvac verənləri ifşa eləmək üçün keçirməlidir.

Məlumdur ki, 4 may saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır və elektron qeydiyyat 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.

Qaydaya görə, Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri ümumi təhsil müəssisəsinə təqdim etməlidir: Azərbaycan Respublikasının vətəndaşları üçün — valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti; Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi; Xarici ölkə vətəndaşları üçün — valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti; Digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U); 2 (iki) ədəd 3×4 ölçüdə rəngli fotoşəkil; Valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az elektron sistemində yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.

Lakin bütün tələb olunan sənədləri toplayıb təhvil verən öz vətəndaşlarımız sözügedən prosesdə kifayət qədər haqsızlıqla üzləşdiklərini deyirlər. Məsələn, Sabunçu rayonunun Zabrat – 1 qəsəbəsindəki 192 saylı tam orta məktəbin birinci sinfinə qəbul olunmaq istəyən, faktiki həmin ərazidə yaşayan Cənnətova Rəqsanə Alim qızının valideynləri nə billah eləyiblər qeydiyyata tez düşmək üçün barmaqlarının həssaslığı çatmayıb. Fikirləşiblər ki, yəqin bu xoşbəxtliyə nail olan başqa uşaqların valideynləri xakerlərin xidmətindən istifadə ediblər. Məktəbin direktoru Təhmasib Məmiyev və təlim –tərbiyə işləri üzrə direktor müavini Raziyyə Ağayeva yaxalarını qırağa çəkirlər.

Redaksiyamıza müraciət edən Rəqsanənin valideynlərinə köməklik göstərmək, həm də məsələyə aydınlıq gətirmək məqsədiulə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini və İctimaiyyətlə əlaqlələr sektorunun müdiri Cəsarət Valehova müraciət etdik. O, məsələ ilə bağlı fikir mübadiləsi aparmağımız üçün bizi rəhbərlik etdiyi sektorun bir xanım əməkdaşına yönəltdi. Həmin xanım bizi dinlədikdən sonra köməklik etməyin onun imkanı xaricində olduğunu dedi və yenidən Cəsarət müəllimə müraciət etməyimizi tövsiyə etdi. Yenidən əlaqə saxladığımız sektor müdiri uşaq üçün toplanmış olan sənədlərin surətləri ilə tanış olmaq istədi. Həmin sənədlərin şəkilləri vatsap vasitəsilə ona göndərildi. Lakin bundan sonra Cəsarət Valehovla artıq tanıdığı nömrə ilə əlaqə saxlamağımız müşkülə çevrildi, xeyli müddət telefon zəngimizə cavab vermədi. Nəhayət, başqa nömrə ilə bağlantı qura bildik. Son sözü bu oldu ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin sərəncamında olan bu məsələyə nəinki o özü, hətta heç nazir də müdaxilə edə bilməz. Başqa sözlə, qəbul məsələsi BŞTİ-dəki “kor-mehriban xəlifənin” külli-ixtiyarındadır və onun işinə heç kim qarışa bilməz. “Qarışmaq” dedikdə, Rəqsanə və onun kimi uşaqların valideynləri hansısa haqq etmədikləri üstünlüyü, imtiyazı qazanmaq niyyətində deyillər, öz haqlarını və şəffalığın təmin olunmasını tələb edirlər.

Maraqlıdır, əgər söhbət təhsildən gedirsə, gələcəyimiz olan uşaqların taleyindən, elmi biliklərin əsaslarına yiyələnmələrindən gedirsə, bu barədə kim düşünməlidir? Əgər adı Cəsarət olanın, vəzifəsi nazir olanın, əli qələm tutan yazarın bu problemi çözməyə gücləri çatmırsa, belə çıxır ki, meydan qara maskalı qardaşlara verilməlidir.

Deryaz.az
 
Ardını oxu...
44 saylı məktəbdən də xaric olunan Sevinc Allahverdiyeva test imtahanlarında iştirak edir...

Məlumdur ki, bir neçə il öncə Sabunçu rayonu Aydınbəyov küçəsi 9 ünvanında yerləşən 215 saylı tam orta məktəbin direktoru Sevinc Allahverdiyava haqqında mediada gedən tənqidi yazılardan sonra vəzifəsindən, ümumiyyətlə, məktəbdən uzaqlaşdırıldı.
Həmin vaxt Sevinc Allahverdiyeva jurnalistləri asıb-kəsir, onları ağı ağ, qaranı qara yazmağa dəvət edirdi. Və yazılanları şər-böhtan adlandırırdı.
Bu adamdan soruşan olmadı ki, əgər yazılanlar şər-böhtan idisə, niyə səni direktorluqdan qovdular, hətta məktəbdən kənarlaşdırdılar.
İkincisi, sənin haqqında yazılanların nəyi şər-böhtan idi..?
Tənqidi yazılarda məktəb direktorunun şagirdlərdən, onların valideynlərindən, hətta məktəbin müəllimlərindən belə rüşvət tələb etdiyi qeyd olunurdu.
Bildirilirdi ki, məktəbdə tədris prosesinin səviyyəsi aşağı vəziyyətdədir. 1-ci, 9-cu, 10-cu və 11-ci siniflərdə şagirdlərin davamiyyəti bərbad haldadır.
Və üstəlik ali məktəblərə repetitor yanında hazırlaşan şagirdlər direktorla nəyinsə qarşılığında razılaşıb dərsə gəlmirlər.
Bundan başqa, məktəbdə müəllimlər arasında ayrıseçilik salınır. Belə ki, hansı müəllimin Sevinc Allahverdiyeva ilə münasibətləri yaxşıdırsa, ona çox dərs saatı yazılır. Direktorun qanunsuz əməllərinə etiraz edən müəllimlərə isə az dərs saatı yazılır.
Tənqidi yazılarda Sevinc Allahverdiyeva özünə yaxın olan bir neçə şəxsin adını məktəbdə texniki işçi kimi qeydiyyatdan keçirib maaşlarını alması qeyd olunurdu.
Sözün qısası Sevinc Allahverdiyevanın bu əməlləri kollektivdə ciddi narazılıq yaradırdı.
Ümumiyyətlə, Sevinc Allahverdiyevanın həmin məktəbə direktor gəlməsindən sonra məktəbdən ali məktəblərə qəbul olunanların sayı aşağı düşmüşdü.
Bütün bu neqativ hallar azmış kimi, Sevinc Allahvediyeva dövlət tərəfindən məktəbin saxlanmasına, təsərrüfat mallarının alınmasına yetərincə vəsait ayrılsa da, təsərrüfat malları həmin vəsaitlə yox, müəllimlərdən, eləcə də şagirdlərdən yığılan pulla alınırdı.
Hətta 1-ci sinifə qəbul məsələsi Təhsil Nazirliyinin nəzarəti altında aparılsa da, Sevinc Allahverdiyeva bir sıra yollara baş vuraraq bu işdən də öz xeyrini götürür. Məsələn, övladı 1-ci sinifə gedən valideynlər məcburiyyət qarşısında direktora «minnətdarlıq» edir. Bundan başqa, məktəbdə təhsil alan bütün şagirdlər maddi vəziyyətlərindən asılı olmayaraq bayramlarda direktoru «təbrik» etməlidirlər.
Sevinc Allahverdiyeva isə guya arxasında Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin durduğunu hamıya deyərək məktəbdə istədiyi qaydanı tətbiq edirdi.
Bütün bunara görə, Təhsil Nazirliyinin ozamankı rəhbərliyi Sevinc Allahverdiyevanı 215 saylı məktəbdən uzaqlaşdıra bildi. Amma...
Əmması odur ki, Sevinc Allahverdiyeva hansı yollasa özünü Nəsimi rayonu ərazisindəki 44 saylı orta məktəbə pərçim edə bildi. Özü də direktor müavini kimi.
Bir soruşan da olmadı ki, neqativ əməllərinə görə, məktəb direktoru vəzifəsindən qovulan adam, qısa vaxtdan sonra başqa bir məktəbdə necə direktor müavini ola bilər..?
Təkcə bu fakt onu göstərir ki, orta məktəblərdə direktor olmaq istəyənlərə himayədarlıq edən geniş bir rüşvətxor şəbəkə var.
Beləcə, Sevinc Allahverdiyeva 44 saylı orta məktəbdə direktor müavini kimi çalışmağa başladı.
Amma öyrəşdiyi əməllərdən əl çəkə bilməyən Sevinc Allahverdiyeva 44 saylı məktəbdə də qalmaqallara səbəb oldu. Və işindən uzaqlaşdırıldı. Amma...
Əmması odur ki, “verdiyimi qaytarın” deyərək hay-küy salan Sevinc Allahverdiyeva doğma bacısını öz yerinə, yəni direktor müavini vəzifəsinə təyin etdirə bildi.
Və beləcə Sevinc Allahverdiyeva ikinci bir məktəbdən də “deport” edildi.
Amma illər uzunu tamah dişi məktəblərə batan, külli miqdarda qazanan Sevinc Allahverdiyeva direktor olmaq üçün hər yerə baş vurmağa başladı. Təki hansısa məktəbdə direktor olsun.
Bəs görəsən, bir neçə məktəbdə imzası olan Sevinc Allahverdiyeva indi haradadır..?
Mediaya daxil olan məlumata görə, Sevinc Allahverdiyeva hazırda yenidən məktəb direktoru olmağa hazırlaşır.
Belə ki, sabiq məktəb direktoru yenidən direktor olmaq üçün test imtahanlarında iştirak edir.
Sözümüzün canı odur ki, Sevinc Allahverdiyeva kimilərinin tamah dişi məktəblərə necə batıbsa, onlar heç vaxt bu işlərindən əl çəkmək istəmirlər.
Ona görə də məktəblərimizi rüşvətdən xilas etmək üçün belə məktəb direktorlarının ya tamah dişlərini çəkmək, ya da ağızlarını möhkəm-möhkəm tikmək lazımdır.
gundelik baki.com
 
 
 
Ardını oxu...
Ta sovet hakimiyyəti illərində qabaqcıl məhsul becərən rayonlardan biri də İmişli idi. Həm torpaq yetişdirirdi, həm sakinləri.

Nəinki İmişli, ümumiyyətlə aran camaatı zəhmətkeş, çalışqan camaatdır. Amma, o qədər çalışıb-çarpışmanın qarşılığında, özləri demişkən, "nə əldə var, nə ovucda"...

İlk baxışdan "kasıb rayon" təsiri bağışlasa da 5-6 nəfər tərəfindən bölüşdürülən İmişli rayonu heç də göründüyü kimi deyil. Məsələn "Hacı Tofiq" kimi tanınan Tofiq İsayev, 8 saylı vergilər ərazi idarəsinin keçmiş rəisi Elçin Kazımov, Yasəf Hüseynov, Aslan Manafov, Yusif və Fərhad Ağayev qardaşları arasında "ata mülkü" kimi bölüşdürülüb. Keçmiş millət vəkili Əsabil Qasımov və Hidroqovşaq rəisi Mirqoca Mirişov da bu "mülkün" "mülkədar"larından - yəni "şərikləri"ndən sayılırlar.

"Rayonda ən çox mülk sahibi kim olacaq" deyə, sanki, biri-biri ilə "yarışa girən " bu şəxslərə "ev sahibliyi" edən İcra başçısı Elçin Rzayev isə yerli saytların bildirdiyinə görə öz yaxınlarını - ailə üzvlərini, həmçinin mülkədarlardan bəzilərinin yaxın adamlarını başına yığıb, o da dövlət idarəsini öz mülkü kimi idarə edir.

Belə ki, əldə etdiyimiz məlumata görə, bu yaxınlarda Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham olunmuş, ayağında “bilərzik” (elektron nəzarət vasitəsi) gəzdirən Səmədov Sahib Mehralı oğlunu İmişli Kommunal Məssisələr Birliyinə rəhbər təyin edib.

Belə olan halda isə Elçin Rzayevin vəzifəsindən öz mənafeyi naminə sui-istifadə etdiyi özünü aşkar büruzə verir.

İmişli sakinləri "DogruXeber.az"a deyir ki, "Gedirik problemimizi deyirik, Elçin Rzayev deyir, "Mən rüşvət almıram, sənə kömək edə bilim".

Rüşvət almayan Rayon Rəhbəri maraqlıdır, hansı səbəblərdən yuxarıda adlarını çəkdiyimiz şəxslərin rayonu bölüşdürmələrinə göz yumur?

İcra Hakimiyyəti binasının düz qarşısında, Heydər Əliyev parkındakı obyektlərin, parkın düz yanında tikintisi yarım qalmış otelin və digər bir neçə obyektlərin sahibi Tofiq İsayev bütün bunlar üçün icazəni necə alıb?

Bir halda ki, İcra Hakimiyyəti şəhid ailəsini belə balaca bir tikintiyə icazə vermək üçün az qala bir ildir ki, yollara salıb.

Bu yaxınlarda yolumuz İmişli rayonuna düşmüşdü. Gənclər Mərkəzini gördük. Qarşısında heç nə yazılmadığı üçün, sakinlərdən sözügedən binanın nəyin binası olduğunu soruşduq, sakinlər "toyxana" cavabını verdi. Sən demə Gənclər Mərkəzinin fəaliyyəti sadəcə gənclərin toyuna şahidlik etməkdən ibarət imiş.

Camaatgözünə də olsa əksər rayonlarda İcra Hakimiyyətləri bütün özəl günlərdə Gənclər Mərkəzində tədbirlər təşkil edir, 5-10 nəfəri bir yerə yığırlar. Maraqlıdır ki, İmişli rayon İcra Hakimiyyətinin şəxsi səhifəsində bu kimi məlumatlara çox təsadüf hallarda rast gəlinir.

Bundan əlavə, sakinlər deyir "Vilyam Hacıyev hər gün çıxıb inzibati binanın qarşısındakı Heydər Əliyev adına istirahət parkında gəzişirdi. Elçin Rzayev gələndən hələ onu parkda, ümumiyyətlə cəmiyyət arasında görən olmayıb. Elə buna görədir ki, çalışanlar da əraziyə laqeyd yanaşırlar. Parkdakı çoxillik yaşıllıq ağacları baxımsızlıqdan quruyub, ağacların arasında bitən vəhşi alaq otları dizə çatır. Oturacaqların əksəriyyəti qırılıb, məhv olub və götürülüb. Qalan 2-3 oturacaq da taxtaları sınmış, bərbad vəziyyətdədir. Vaxtında boşaldılmayan zibil qablarının içində yandırılan zibil, həm zibil qablarını bərbad vəziyyətə salıb, həm də adına "istirahət parkı" deyilən ərazinin havasını zəhərləyir. Hələ bütün bunlar azmış kimi, parkın içi sahibsiz itlərin məskəninə çevrilib. Bu sahibsiz itlər üzündən günün günorta çağı böyüklər belə parkın içindən qorxa -qorxa keçir, o ki, qaldı uşaqlar orada əylənə.

Parkın gecə görüntüsü isə qaranlığa qərq olmuş vahiməsi ilə fantastik filmlərdə gördüyümüz paranormal hadisələrin cərəyan etdiyi ərazini xatırladır. Parkda cəmi 2-3 işıq yanır ki, sakinlərin sözlərinə görə həmin işıqlar da sakinlərin özü tərəfindən alınıb.

Yeri gəlmişkən, elə bugünlərdə digər saytlardan birində çalışan həmkarlarımızdan biri İmişli rayon İcra Hakimiyyətində gülməli vəziyyətlə üzləşib.

Belə ki, o sakinlərin şikayətləri əsasında İcra Hakimiyyəti binasına yaxınlaşıb, mövqe almaq istəyib. Ona başçının və müavinlərinin idarədə olmadığı cavabı verilib. Bundan sonra idarədə çalışanlardan özünü təqdim etməyən biri xanımın vəsiqəsinə baxıb və "Xanım, prezident administrasiyasından keçmədiyiniz üçün sizə fikir bildirə bilmərik. Özü də siz xanımsınız, ona görə hörmət edib, polis çağırmıram. Sizə görə deyirəm administrasiyadan keçməmiş heç yerə getməyin."

Həmkarımız da özünü həmin şəxsin sözlərinə inanmış kimi göstərib və susub. Bundan sonra həmin özünü "ağıllı və savadlı" hiss edən, əslində isə müstəqil mediadan zərrəcə anlayışı olmayan şəxs, xanıma eşitdirmək amacı ilə yanındakı digər işçi ilə söhbət etməyə başlayıb. "Bizdən kim narazı ola bilər ki? Bir dənə şəhid ailəsi bizdən narazı ola bilməz. Hamısına lazımi köməkliklər olunur."

Elə söhbətin bu yerində sahibini qorumağa çalışan həmin şəxsə xatırlatmaq üçün 44 günlük müharibədə sağlamlığını itirən qazi Nahid Şıxalıyevin və şəhid xanımı Adilə Babaşovanın öz dillərindən dedikləri və hələ də həllini tapmayan problemləri xatırlatmaq üçün bu videoları təkrar təqdim etməyi, özündən və "sahibi"ndən razı idarə işçisinin yaddaşını təzələməyi özümüzə borc bildik.

Yeri gəlmişkən, şəhid xanımı Babaşova Adilə Novruz qızının "Dogruxeber.az"a bildirdiyinə görə, tikinti aparmaq üçün İcra Hakimiyyətinin icazəsini ala bilmədiyi Xanhüseyn Bəylərov küçəsindəki həmin ərazi "setqa" çəpərə alınıb və orada yaşayan sakinlərdən biri onlara, "siz başçıdan şikayət etməyin, "kupça"nı (çıxarış) Aslandan istəyin, burda hamıya Aslan verib" deyib.

Adilə xanım sözügedən iş adamı Aslan Manafov ilə telefon əlaqəsi saxlayıb. Telefona cavab verən və özünü Aslanın köməkçisi kimi təqdim edən şəxs, "Hələ Nazim sizin sənədinizi verməyib? Nazim verməli idi axı. Yaxşı, qoy görüm " deyib, telefonu söndürüb.

Gördüyünüz kimi iş adamı ilə İcra Hakimiyyətinin məsul, eyni zamanda işi korrupsiyada olan işçisi Nazim Rəsulov vətəndaşları, özü də şəhid ailəsini "pas-pas topu" kimi bir-birilərinə ötürürlər.

İmişli rayonunda diqqət çəkən biznes sahələrindən biri də daş, çınqıl, qum karxanalarıdır. Özü də bu karxanaların demək olar hamısı yaşayış ərazisinin çox yaxınlığında, hətta bəziləri kəndlərin içində fəaliyyət göstərir. Hansı ki, hələ 2020-ci ildə müasir texnologiyalarla çalışmayan, standartlara cavab verməyən çox karxanaların fəaliyyətləri dayandırılmışdır. Biz bu karxanaların standartlarla Hansi formada uzlaşdıqlarını deyə bilmərik, lakin gözlə görünən köhnə avadanlıqları, havaya buraxdıqları tüstü və tozu gördüyümüz üçün, bu karxanaların müasir dövrlə yaxından -uzaqdan hər hansı bir əlaqəsinin olmadığını düşünürük.

Qeyd edək ki, karxanaların belə yuxarıda adlarını çəkdiyimiz şəxslərə, həmçinin İmişli rayon Yol İstismar İdarəsinin müdiri Şükür Astanova məxsus olduğu deyilir. Oysa ki, karxanaların istehsal etdiyi materialları daşıyan yük avtomobilləri karxanalara gedən bütün yolların bərbad vəziyyətə düşməsinə səbəb olurlar.

Ərazisinə görə çox da böyük olmayan İmişli rayonunda baş verən qanunsuzluqlar barəsində yazmağa sözlər tükənməsə də, oxucularımızı yormamaq üçün bu dəfəlik bu qədər deyirik.

Növbəti dəfə mövzuya qayıtdığımızda İmişli rayon Məşğulluq idarəsi, "DOST" mərkəzi və DSMF-da cərəyan edən qanunsuzluqlardan, hansı idarələrdə kimlərin himayə etdiyi kimsələrin dövlət büdcəsinə və sakinlərin cibinə hansı yollarla şərik çıxmasından bəhs edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır. //dogruxeber.az//
 
Ardını oxu...
Bəlkə də çoxları bilmir ki, indi ASC olan qurum vaxtilə nazirlik olub.
Bəli, vaxtilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyi fəaliyyət göstərirdi, sonra Dövlət Komitəsinə çevrildi.
Daha sonra isə, daha dəqiq desək, 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə çevrildi.
Sözümüzün canı odur ki, bu qurumun “rüşvət və korrupsiya” mənbəyi digər nazirlik və komitələrdən daha çoxdur.
Məsələni çox uzatmadan qurumla bağlı cənab Prezident İlham Əliyevin dediyi fikirlərə nəzər salaq:
“Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.
Prezident açıq şəkildə dedi ki, itki adı ilə suyu silirlər.
Təsəvvür edirsiniz, 40-50 faiz su itkisi nə deməkdir..?
Bəlkə 100 miloyonlar..?
Xeyir milyondan deyil, milyarddan söhbət gedir.
Bircə fakta nəzər salaq:
Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev qeyri-qanuni əməlinə görə, 582.000 manat, yəni yarım MİLYON-dan çox cərimə olunub.
Əgər bir adam yarım milyondan artıq cəriməni ödəyə bilirsə, bunu dövlət hesabına qazandığı 10, bəlkə də 100 milyonları təsəvvür edin.
Tahir Rzayev ASC-nin yüzlərlə qurumundan biridir. Onun bu qədər pulu varsa, indi ASC-nin sədr müavinləri Zakir Quliyevin, Rafiq Aslanovun 100 milyonlarını təsəvvür edin.
Tahir Rzayevi kanallardakı lil-palçıq maraqlandırmır, onun işi-gücü görülməyən işlərə görə Forma 2 yazmaq və milyonları mənimsəməkdir.
Bircə faktı deyək ki, Tahir Rzayevin tabeçiliyində, təxminən 1500 km uzunluğunda suvarma kanalı var. Son 10-15 ildə bu kanalların çoxu təmizlənməyib, ancaq ayrılan pullar mənimsənilib.
Tahir Rzayevin “Melioservis”ə köçürdüyü pulları hesablayan olsa, onu ən ağır cəza gözlədiyini müəyyən etmək olar. Melioservisin adına nə qədər saxta Forma 2-lər yazılıb.
Kanallar isə çirkab əlindən iylənir.
Rayon sakinləri dəfələrlə müxtəlif dövlət orqanlarına yazsalar da baxan olmayıb.
Hətta Tahir Rzayev onun barəsində yazanları şər-böhtan adı ilə həbs etdirmək istəyir.
Tahir Rzayev hər yerdə deyir ki, mənim arxamda ASC-nin sədr müavini Zakir Quliyev dayanır, heç kim mənə toxuna bilməz.
Rayonda Tahir Rzayevin əsas dostlarından biri də Saatlı Mənzil Kommunal Təsərrüfatı İehsalat Birliyində hüquqşünas işləyən Nəriman Ağayevdir.
Nəriman Ağayev dostu Tahir Rzayevdən şikayət yazanlara hüquqi don geydirməyə çalışır.
Sözün qısası, Tahir Rzayev fermerləri, sahibkarları, təsərrüfat sahiblərini sudan imtahana çəkərək istədiyi pulu alır.
Bütün bunlar azmış kimi Tahr Rzayev idarənin bütün maşın, avadanlıq və texnikasını özəl şirkətlərə verərək yüz minlər qazanır. Kanallar isə lilin-palçığın içində qalır.
Təsəvvür edirsiniz dövlətin verdiyi texnikanı Tahir Rzayev öz istədiyi kimi, kimə istəyir arendaya verir.
Hələ bu harasıdır..?
Tahir Rzayev çayın bəndini dağıtmaqla ekoloji tarazlığı pozur, bu müdaxilələr isə gələcəkdə fəlakətlərə səbəb ola bilər.
Tahir Rzayevlə bərabər onun qardaşı Zahid Rzayev də rayonda böyük biznesə sahibdir.
Rzayev qardaşlarının daş karxanası, qum-çınqıl sexləri gecə-gündüz işləyir. İdarənin texnikası qardaşların daş karxanalarında işləyir.
Görəsən, bu qardaşlar karxanalardan qazandığı milyonlardan nə qədər dövlətə vergi ödəyirlər..?
Saatlı bələdiyyəsi nə üçün bu qardaşlardan vergi tələb etmir..?
Sözün qısası Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev milyonları qazanır və ASC-nin sədr müavinləri Zakir Quliyevlə, Rafiq Aslanovla bölüşdürür.
Görəsən ASC-nin təzə sədri Zaur Mikayılov hara baxır..? //gundelik-baku.com//
 

Ardını oxu...
Bir müddət əvvəl Bakıda tanınmış meyxanaçı Aqşin Fatehin işlətdiyi “ByFateh1” restoranında baş verən insidentdən yazmışdıq. Yazıda qeyd olunurdu ki, restoranda A.Fatehlə şəriki Füzuli Alıyev arasında narazılıq yaranıb və dava da bu səbəbdən baş verib.
Narazılığın səbəbinə gəlincə, Aqşin Fatehlə Kamal ləqəbli Füzuli Alıyev ötən ilin payızında şərik restoran açıblar, amma bəlli olmayan səbəbdən aprelin əvvəlindən F.Alıyev A.Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib. Bu il aprelin 17-də isə A.Fateh təhvil-təslim üçün restorana gedib və tərəflər arasında dava düşüb. Restoranı işlədənlər “102” xidmətinə və Binəqədi rayon Polis İdarəsinin 5-cı Polis Bölməsinə şikayət ediblər.
Onlar iddia ediblər ki, A.Fateh bir neçə idmançıyla restorana hücum çəkib, əllərində bıçaqla onları hədələyiblər, zor tətbiq ediblər. Bu zaman restoranda gül satan qız isə zədələnib. Qarşı tərəf bunun böhtan olduğunu, onlara məxsus əşyaları mənimsəmək üçün və qisas məqsədi ilə belə bir şikayət verildiyini bildirib. Məsələ ilə bağlı 6-cı Polis Bölməsi şikayətçilərin iddialarının əsassız olmasını, heç bir sübut olmadığını əsas gətirərək şikayəti rədd edib.
Dia.az xəbər verir ki, bu hadisənin detalları, həm də yazıda adı hallanan Füzuli Alıyev barəsində Bakupost.az-a ilginc məlumatlar daxil olub. Hazırda həbsdə olan Füzuli Alıyev kimdir və həbsxanaya hansı səbəbdən düşüb? Füzuli Alıyev həbsdə ola-ola şəhərdəki prestijli restoranları necə idarə edir?
Bu suallar ətrafında apardığımız araşdırma zamanı maraqlı detallar üzə çıxdı. Aydın oldu ki, Füzuli Alıyev yalnız Aqşin Fatehlə deyil, digər şərikləri ilə də problemlər yaşayıb, kriminal dillə desək, onlara da "atıb". Hər halda Füzuli Alıyevin keçmiş şəriklərindən olan Nuru Qurbanov dediklərindən belə anlaşılır:
"Bu işdə adı hallandırılan İlqar Əliyevin Moskvada Füzuli Alıyevlə yaxın münasibəti olub. İlqar Moskvadan gələndən sonra onunla görüşüb. Təklif edib ki, bir restoran işi var, gəl bir yerdə başlayaq. Razılaşıblar və bir yerdə işləməyə başlayıblar. Sonra elə oldu ki, Füzuli Alıyevin "Baku City" restoranında saxta spirtli içkidən ölüm hadisəsi baş verdi və onu həbs etdilər".
Bu yerdə qısaca olaraq, adı müxtəlif qalmaqallarda hallanan Füzuli Alıyevin həbsi barədə bəzi məlumatları xatırlatmaq yerinə düşərdi. Qeyd edək ki, onun həbsi ölkədə böyük səs-küyə səbəb olan cinayət işi ilə bağlı idi. Belə ki, Füzuli Alıyevin Tibilisi prospektində yerləşən "Baku City” restoranında müştərilərə saxta içki verilməsi nəticəsində iki nəfər - Hacıqabul rayonu, Nəvahi kəndi sakini Ü.Qurbanov və Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin böyük müstəntiqi, baş leytenant Sərxan Bayramov dünyasını dəyişiblər. İkincinin dostu isə Cəlal Həmzəyev isə zəhərli içkinin təsirindən tamamilə kor olub.
Onu da qeyd edək ki, zərərçəkənlər Füzuli Alıyevin "Baku City” restoranında "Chivas Regal 12” viskisi qəbul ediblər və məhz bu içki 2 nəfərin ölümü, bir nəfərin isə şikəst olması ilə nəticələnib. Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında aparılmış "Chivas Regal 12” nümunəsinin təhlili nəticəsində güclü zəhərli təsir göstərən metil spirtinin tərkibinin icazə verilən normadan (76,6%) dəfələrlə çox olması səbəbindən içkilərin sağlamlıq üçün təhlükəli olduğu müəyyən edilib.
Məhz bu səbəbdən Füzuli Alıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1 və 314.2 maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. O da maraqlıdır ki, baş vermiş ölüm hadisələri ilə əlaqədar olaraq, "Baku City" restoranın fəaliyyəti dayandırılsa da, bir müddət sonra restoran yenidən oranın işçisi Yetər Əliyevanın adı altında fəaliyyətini davam etdirməyə başlayıb.
İndisə Füzuli Alıyevlə digər şərik arasında baş verənlərə qayıdaq. Nuru Qurbanov deyir ki, Füzuli həbs olunduqdan sonra o, pandemiya ərəfəsində "Everest" restoranına sərmayə qoyub, daha sonra restoranın adını dəyişib "Baku Music Hall" qoyublar: "Füzuli həbsxanada ikən İlqar Əliyev ora 140-150 min arası xərc qoydu. Restoran isə sənədlərdə mənim adıma gedirdi. Sonra oranı işlətməyə başladıq. Düşünürdüm ki, Füzuli həbsdən çıxandan sonra təmirə qoyduğum pulun yarısını verər. Elə oldu ki, 2021-ci ilin noyabr ayında Aqşin Fateh ora gəldi. Füzulinin qardaşı Kəmaləddin həmin vaxt ora nəzarət edirdi. Bizim xəbərimiz olmadan Kəmaləddin Aqşin Fatehi şərik gətirdi. Başladıq onunla birlikdə işləməyə. Kəmaləddin bizə dedi ki, Aqşin Fateh şou aləmində tanınmış adamdı, ona görə gətirib. İş gedən vaxtlarda hər şeyə Aqşinlə Kəmaləddin nəzarət edirdi. İlqar həmin vaxt Moskvada idi. Bakıya gələndən sonra Aqşinlə tanış oldu".

Ardını oxu...
Füzuli Alıyevin qardaşı Kəmaləddin Alıyev

Müsahibimiz deyir ki, bundan bir ay sonra onların xəbəri olmadan kassadan pul götürülüb: "Füzuli (ləqəbi "Kamal"dır- red.) həbsxanadan zəng edib pul istəyib. Həbsxananın "nadzor"u gəlib 5 min manat məbləğində pulu götürüb. Kassir də onların öz adamıdır. Bunu bizə xəbər vermədən ediblər. Bundan sonra Aqşin Fatehlə Füzuli Alıyev arasında mübahisə başladı. Bundan sonra İlqar bu işdən uzaqlaşmaq istədi. Beləd də oldu: hər şeyi orada qoyub çıxdıq. İlqar dedi ki, Füzuli həbsxanadan çıxar, onunla görüşüb söhbətimizi edərik. Buna baxmayaraq, Füzuli həbsxanadan göstərişlər verirdi, işçi qrafiki qururdu, işçilərlə əlaqə saxlayırdı. Hətta vəziyyətlə bağlı xadimə ilə də əlaqə saxlayırdı. Bir sözlə, Füzuli Alıyev həbsxanadan restoranın işinə tam nəzarət edirdi. Biz ordan çıxanda obyekt sahibilə mənim aramda olan icarə müqaviləsinə xitam verdik. Aprelin 15-də Füzuli Alıyevin tapşırığı ilə obyekt sahibi və Füzulinin xalası oğlu arasında müqavilə bağlandı".
Nuru Qurbanovun sözlərinə görə, müqavilə bağlanan günü Füzuli Alıyev işçilərini göndərərək, restoranın qarşısında Aqşin Fatehin adına olan reklamı sökdürüb: "Aqşin də gəlib gördü ki, reklamını sökürlər, ona çox pis təsir etdi. Həmin vaxt arada mübahisə oldu. Daha sonra mediada yazdırdı ki, İlqarın mənə borcu var, orada yeyinti ediblər. 2 milyona yaxın şişirtmə rəqəmdən danışır. Həmin müddətdə Füzulinin qardaşı Kəmaləddin orada hər şeyə, eləcə də pula nəzarət edirdi. Bu yaxınlarda mediada yazıblar ki, guya, pandemiya dövründə dövlət bizə 35 min manat yardım edib. Lakin heç bir yardım olunmayıb. Bunların hamısı cəfəngiyyat, yalan üzərində qurulmuş bir oyundur".
Müsahibimiz deyir ki, qardaşlar öz oyunlarını şər-böhtanla davam etdirmək istəyirlər.
Nuru Qurbanovun sözlərinə görə, ona və Aqşin Fatehə qədər Füzuli Alıyev digər şəriklərini də başına eyni oyunları açıb: "Sonradan mənə məlum oldu ki, Füzuli Alıyev əvvəllər mafiya klub işlədib. Bir nəfərin təklifi və şərikliyilə "Melodiya" adlı restoran açıblar. Həmin şəxs oraya külli miqdarda vəsait qoyub. Bir neçə ay işlədikdən sonra Füzuli Alıyev həmin şəxsə şər-böhtan atıb, hədə-qorxu gəlib və onu restorandan uzaqlaşdırıb. Daha sonra həmin restoranın adını dəyişərək, "Baku City" qoyub. Eyni ssenari üzrə bizi "Baku Music Hall" restoranından uzaqlaşdırdı. Bezdirdi və İlqar xərclədiyi pulları qoyub çıxmağa məcbur oldu. İlqar burada olmadığı müddətdə Füzuli Alıyevin qardaşı Kəmaləddin Alıyev işçilərin, aşpazların əmək haqlarını belə ödəməyib. Onlar da Əmək Müfəttişliyinə şikayət ediblər. Əmək Müfəttişliyi tərəfindən də 4 min manat cərimə olunmuşuq. Füzuli Alıyev indi həmin pulları ödəməkdən imtina edir".
Qeyd edək ki, Füzuli Alıyevin hazırda Bakıda iki restoranı var. Onlardan biri Tiblisi prospektindəki "Yaşıl Ada" ( keçmiş Baku City) restoranı, digəri də indiki "Baku Music Hall"dır. Sonradan "Baku Music Hall"ın adı dəyişdirilib və restoran "Məktub" adlandırılıb. Məlumatlara görə, "Yaşıl Ada"ya (Baku City) Füzuli Alıyevin qardaşı Kəmaləddin, Baku Music Hall-a isə Vüsal Rəhimov nəzarət edir.
Onu da qeyd edək ki, uzun müddətdir Füzuli Alıyev həbsxananın hospitalında yatır. Lakin məlumatlara görə, onun səhhətində heç bir problem yoxdur.
Maraqlıdır, iki nəfərin ölümü, bir nəfərin isə gözdən əlil olmasına səbəbkar olan Füzuli Alıyev həbsxanada ola-ola bizneslə necə məşğul olur? Həbsxanada mobil telefon və smartfonlar qadağan olunduğu halda o, hər gün dəfələrlə öz işçilərinə necə zəng edir və səsli mesajlar göndərir? Buna həbsxana nəzarətçiləri, yoxsa Kürdəxanı təcridxanasının rəhbərliyi şərait yaradır?
Suallar çoxdur. Biz də elə bu saysız-hesabsız suallara aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu ilə müraciət etdik. Lakin təəssüf ki, sorğumuza olduqca qeyri-müəyyən bir cavab aldıq. Bizə göndərilən mətndə yuxarıda sadaladığımız konkret sualların heç birinə cavab tapa bilmədik. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin bakupozt.az-ın sorğusuna verdiyi cavabı olduğu kimi təqdim edirik:

"Müraciətinizə uyğun olaraq bildirmək istərdik ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsininin 16-cı maddəsinə (Cəzanın icra edildiyi yer barədə məlumat verilməsi) əsasən, cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verməlidir və müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin razılığı ilə onlar barəsində cəzanı icra edən müəssisə və ya orqan onların dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə onlara himayədarlığı öz üzərinə götürmüş beynəlxalq təşkilatlara dərhal məlumat verir. O cümlədən qeyd etmək istərdik ki, həbs edilmiş və azadlıqdan məhrum edilmiş şəxslərin sağlamlığı ilə bağlı məsələlərlə əlaqədar olaraq aidiyyəti üzrə bu işə məsğul olan quruma - Tibb baş idarəsinə müraciıət edilməlidir".
Cavabdan belə aydın olur ki, məhkumla bağlı yalnız onun yaxınlarına, əcnəbi vətəndaş olduqda isə həmdə onun vətəndaşı olduğu ölkənin diplomatik nümayəndəliyinə məlumat verilə bilər. Ancaq iş burasındadır ki, Füzuli Alıyevlə bağlı situasiya fərqlidir. Restoran biznesi ilə məşğul olan bu şəxsin cinayət törətdiyi, istehlakçı hüquqlarını kobud şəkildə pozduğu, müştərilərinə saxta içki təklif etdiyi artıq həm AQTA, həm də hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib və o, layiq olduğu cəzanı alıb. Lakin şahidlər təsdiq edir ki, Füzuli Alıyev yenə də Bakıda iki restoranı idarə edir. Onun köhnə əməllərini yenidən təkrarlamayacağına kim qarantiya verir? Kim qarantiya verir ki, Füzuli Alıyev müştərilərinə yenidən saxta, zəhərli içki təklif edib yeni yeni ölümlərə səbəb olmayacaq?
Təəssüf ki, aidiyyəti qurumlar hələlik bu suallara aydınlıq gətirmək istəmirlər. Ancaq biz mövzunu diqqətdə saxlayacağıq.
Ardını oxu...
"Şikayətim "Duzdağ Hotel Naxçıvan"dandır. 02.08.2022 tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilləri göndərdiyi qrupla Bakıdan ora getdim 4 yaşında olan oğlumla". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Gülya Nəcəfli adlı istifadəçi giley edir.

`Ardını oxu...
Daha sonra narzı vətəndaş yazır (Qeyd: bəzi səbəblərdən dolayı narazı vətəndaşın gileyini olduğu kimi, səhvlərinə toxunmadan təqdim edirik): "Ve catan kimi bizi duzdağ fizioterapiyaya mağaraya apardılar həkim daha sonra baş həkim qəbul elədi və puryofkamı aldı qoydu dedi uşağa ödəniş edin.izah etdimki mən otel rəhbəri ilə əvvəldən danışmışdım dedi uşağla gəl heç bir problem olmayacaq axı o azyaşlıdı ana himayəsinə möhtacdı. Ürəyin,gözün pul bürümüş bir "insan" bunu nə başa düşsün. Dedi sabah gəl ama mənim haqqım olan dövlətin əllilərə verdiyi orda yatmaq imtiyazımı əlimdən aldı. Min dənə bəhanə deyərək. Otel rəhbəri sağ olsun mene dedi vipdə xahiş edəcəm sənə yer ayırsın oğlan.o da seheri getdim dedi yer yoxdu sonra 2dəfə cəmi orda 2 3saatlığ yer verdilər.
Ayın 9u mən xəstələndim skoru çağırmışdım və günorta guya gəlib menden covid testi götürdülər hec bir xəbər məlumat vermədən məni otelin maşını aparib naxçıvan yoluxucu xəstəxanasına apardı. Buranı isə yatsam yuxumda görməzdim kabus idi. Guya karonayam xəstəxanada heç kim maskada deyildi,spirt,sabun bunlardan əsər əlamət yox idi. Covidə görə nəinki dərman hətta hansı dərmanı deyirsən deyirlər yoxdu. Həmin gün uşağımla ac susuz qaldığ.10 u men çerez tanış tapıb olmayan şeyləri aldırdım gətirdilər. Otel rəhbərinə vəziyyəti dedimki bəs bura gətirmisiz mən burda nəinki müalicə alıram hətta ac susuz ölürəm. Səhər yeməyi 1stəkan süd və peçeniyə idi. Mən cəhənnəm o uşağ orda xəstə düşdü. Səhiyə işçisi Asəf həkimə yığdı məni istədi deyir nə şikayət edirsən kobud şəkildə danışdı. Deyirəm həkimin təyin etdiyi arbidol dərmanı yoxdu qayıtki yoxdu get əvəz edicini özün al hər şeyi bizdən gözləmə. Mən şok mən iptal.deyirəm spirt sabun yoxdu deyir spirti neynirsən. Nəysə səhər baş həkim Leyla qışqır üstüməki sənə burda sabun verməyinlər yalan deyirsən.məndə nəsilin söydüm yaıançının.sağ olsun tibb bacısı dediki səhiyə işçisindən sonra qoymuşuğ pərt olmuş vəziyyətdə rahatladı)özünə də dediyim kimi elə insanamki ayağımdan assalar olanı deməkdən əl çəkmərəm. Nəysə 11 səhər analiz götürən qız gəldi dedi bilirəm məni öldürəsdən çünki özü də biıirdi ki məni nə əccamə idi bilmirəm karona adı ilə soxmuşdular ora.qız bu dəfə ağızdan yaxma götürdü burnumdan götürmək istəyəndə qorxuram yavaş dedim dedi yaxşı götürmürəm. Axşam cavab çıxdıki karona deyilsən. 09 da karona idim 11də artıq sağaldım)spirt pambıqla boğazımı sildim yəqin ona görə)
Otelə getdim reseptionda olan Saniyə xanımın göstərişi ilə mənim otağımı 528dən 427yə dəyişiblər. Deyir elə bildim gəlmiyəsdiz. Mən başa düşmürəm şəxsiyyət vəsiqəm və bütün əşyalarım ordadısa men nece gelmeye bilerem? və müdriyyətdə həmin gün gələcəyimi mene teldə demişdi bir gün qabağ. Orda qaldığım zaman 3dəfə məni 528 427 arasında dəyişmişdilər səbəb isə qapısı xarab idi qalmışdığ çöldə qırıb açmışdılar. Ama bu dəfə otağımıza gedəndə başqa xanımı ora yerləşdirmişdilər. Axırıncı mən olmayanda əşylarımı daşıdan zaman mənim və oğlumun şəxsi əşyaları itdi.(biri baha alınmışdı)bunu orda bildirsəmdə heç nə etmədilər çünki 12si tezdən artıq mən bakıya qayıdırdım... mən ora müalicəyə ,istirahətə getmişdim ama mən bütün əsəbləri pozulmuş biri olaraq qayıtdım. Dövlət əlillərə şərait yaradır gedirik (1ci dəfə idi yararlanırdım) və dövlət otelə vəsait ayırır axı niyə belə rəftar gördüm orda özümü bağışlaya bilmirəm.
naxçıvan yoluxucu xəstəxanasında isə əməlli özbaşınalığdı. Xəstələrə yemək bərbad vəziyyətdə verilir və işçilərə sensor tel işlətməyə baş həkim icazə vermirki birdən kimsə çəkər paylaşar bu yeyə bilməz.
Ən əsas isə putyofka bir hissəsin kəsib əlillərə qaytarırlar ki qayıdanda biz onu dost mərkəzə təqdim edib şikayətimizi edək onu da mənə qaytarmadılar. Mən sizə haqqımı halal eləmirəm Allah da eləməsin".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

Ardını oxu...
Şəhid Sahib Həsənovun anası Vüsalə Gülbala qızı Məmmədova intihara əl atıb.
DİA.AZ Gundelik-baku.com-a istinadla xəbər verir ki, bu barədə bloger Mehman Hüseynov məlumat paylaşıb.
Məlumatda deyilir ki, xeyli sayda dərman qəbul edən şəhid anasının durumu ağırdır. Hazırda Gəncə Şəhər 3 Saylı Xəstəxanada həyatı ilə çarpışır:
Səbəb bilirsiz nədir? Şəhid anası bir il imiş evinin kirayə haqqını ödəyə bilmirmiş. Dəfələrlə Gəncənin icra başçısı Niyazi Bayramova müraciət etsə də, həmin yekəbaş, korrupsioner başçı Şəhid anasını qəbul etməkdən imtina edirmiş…
Gəncənin icra başçısı Niyazi Bayramov bir şəhid ailəsinə ev verə bilmir, onu qəbul edə bilmir, amma öz qızına Cahan Rəhimova üçün Fransada 30 milyonluq villa tikdirib”.
Qeyd edək ki, Cahan Rəhimova mərhum nazir Azad Rəhimovun gəlinidir.

 

Ardını oxu...



Əvvəlki deputatların çoxunu xalq az-çox tanıyırdı. Ancaq bugünkü deputatların adını, soyadını eşidəndə adam mat-məəttəl qalır. Hətta şəkillərinə baxanda da heç nə xatırlamaq olmur. Bu mənada obyektivlik naminə qeyd edək ki, Ülvi Quliyev tanınan deputatdır. Xatırladaq ki Ülvi Quliyev ilk dəfə 2015-ci ildə də 15 saylı Yasamal 1-ci seçki dairəsindən deputat seçilib. Ülvi Quliyevin adı bu vaxta qədər bir çox qalmaqallarda hallanıb. Belə ki, cumhuriyyet. az olaraq onunla bağlı media üzərindən apardığımız araşdırmalarda ölkədən qanunsuz kürü çıxartmaqdan tutmuş, biznes fəaliyyətinə, MTN-lə ilişkilərə qədər müxtəlif məlumatlara rast gəlindi.

Ancaq cumhuriyyet.az olaraq indi təqdim edəcəyimiz iddia Ülvi Quliyevin nəinki deputat kimi karyerasına son qoya bilər, hətta onun azadlqda olmasını şübhə altına salar. Belə ki, söhbət Deputat Ülvi Quliyevin dostu, Avropa mühacir müxalifətinin fəallarından biri olan Laçın Məmişovla hazırkı əlaqələrindən gedir. Çünki Ülvi Quliyevlə Laçın Məmişovun arasındakı əlaqələr depuatatın hakimiyyət komandası yanında daha da gözdən düşməsinə səbəb olub.

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, Ü.Quliyevin Avropadakı Azərbaycan siyasi mühacirlər arasında özünəməxsusluğu ilə seçilən və radikal müxalifət nümayəndələrindən biri hesab olunan Laçın Məmişovla isti münasibətlər mövcuddur. Məlumatda bildirilir ki, Laçın Məmişov 2000-ci illərin əvvələrində Ülvi Quliyevin yaxın ərtafında yer alıb. Laçın Məmişov, həmçinin Ülvi Quliyevin bəzi biznes layihələrində də iştirak edib. Ülvi Quliyev 2005-ci ildə 21 saylı Nəsimi birinci seçki dairəsindən namizədliyini irəli sürərkən onun seçki qərargahının ən aktiv üzvlərindən biri, bəlkə də birincisi Laçın Məmişov olub.

Ölkə mediasında yer alan xəbərlərə istinadən cumhuriyyet.az bildirir ki, Laçın Məmişov 2005-ci ildə Ülvi Quliyevin seçkiqabağı təbliğatı ilə məşğul olmur, həm də seçicilərlə görüşlərində cangüdənliyini edirmiş. Ülvi Quliyevin deputat seçildiyi elan olunduqda isə Laçın Məmişov öz FB səhifəsində Ülvi Quliyevin seçildiyini vurğulayaraq, “dəfələrlə “Allaha şükürlər olsun…” postunu paylaşıb. Eyni zamanda iddialı məlumatlar arasında Ülvi Quliyevin gənc oğlu Orxan Quluzadənin Avropadakı həyatında da mühacir şəxsin ciddi dəstəyinin olduğu yer alır. Bildirək ki, Orxan Quluzadə Londona, Gardiff Univetsitetinə təhsil üçün gedəndə onun cəmi 17 yaşı vardı. Cəmi 1 il sonra, 18 yaşlı tələbə Orxan artıq atası Ülvi Quliyevin sayəsində həm də Britaniya Krallığında şirkət sahibi idi.
Təkcə ölkə xaricində deyil, elə Azərbaycanda da Ülvi Quliyevin biznesini oğlu idarə edir.

Quliyevin oğlu Orxan Quluzadənin rəhbərlik etdiyi və 2007-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan “Ugano Limited” adlı şirkət ötən il üçün maliyyə hesabatını açıqlayıb. Cumhuriyyet.az-ın məlumatına görə, Yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Orxan Quluzadənin rəhbərlik etdiyi “Ugano Limited”in aktivləri son bir ildə 1,82 milyon funt-sterlinq (3, 69 milyon manat) artaraq 2,78 milyon funt-sterlinqə (4,8 milyon manat) yüksəlib. Şirkətin aktivləri ilə bərabər öhdəlikəri də artıb. Belə ki, son bir ildə “Ugano Limited”in öhdəliyi 1,16 milyon funt-sterlinq artaraq 2,23 milyon funt-sterlinqə (3,8 milyon manat) çatıb.

Məlumat üçün bildirək ki, Londonda “11 Larch Court Admiral Walk, Carlton Gate, London, W9 3UA” ünvanında qeydiyyatda olan “Ugano Limited” şirkətinə yarandığı gündən (28 avqust 2007-ci il) Orxan Quluzadə (18 yaşından) rəhbərlik edir. 2007-2010-cu illərdə Ahmad Han adlı Böyük Britaniya vətəndaşı, 2010-2020-ci illərdə isə Aynur Quliyeva adlı (millət vəkili Ülvi Quliyevin həyat yoldaşı) Azərbaycan vətəndaşı şirkətdə katib vəzifəsini icra edib.

Qeyd edək ki, hərbi xidmətdə olmayan fərari Orxan Quluzadə bir neçə il əvvəl Londonda “Miss USSR” (“SSRİ gözəli”) müsabiqəsinə bir ətək pul töküb. 2017-ci ildə o, “Rubicon Production” studiyasının və Litva əsilli rus prodüser Valentina Gordeevanın prodüserliyi ilə London, Mayfairdakı bahalı və dəbdəbəli Hilton otelində keçirilən konkursun çəkilişlərinə sponsorluq edib.

https://cinando.com/…/rubicon_production_132630/Detail

Nəyə görəsə müstəqil Azərbaycanın deputatının oğlu 30 il əvvəl qəbrə qoyulmuş SSRİ-nin Londonda xiffətini çəkib. SSRİ dağılanda onun cəmi 2 yaşı vardı. //cumhuriyyet.az//
 
 

Dünyapress TV

Xəbər lenti