Ardını oxu...
Teref.az “Azərişıq” ASC, Sumqayıt Elektrik Şəbəkəsinin İstismar üzrə mühəndisi Quliyev Anar Ələmqulu oğlu tərəfindən Prezidentə ünvanlanmış və surəti redaksiyamızın poçtuna daxil olan şikayət məktubunu oxuculara təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti
İlham Heydər oğlu Əliyev Cənablarına
surəti: Azərbaycan Respublikasının
Birinci Vitse-prezidenti
Hörmətli Mehriban Xanım Əliyevaya
surəti: Azərbaycan Respublikasının Energetika
naziri cənab Pərviz Şahbazova
surəti: “Azərişıq” ASC-nin sədri
cənab Vüqar Əhmədova


Möhtərəm Cənab Prezident,

Sumqayıt Elektrik Şəbəkəsinin rəisi Arzuman İsmayılovun rüşvətxorluğu, korrupsiyaner əməlləri barədə dəfələrlə məlumat verməyimə baxmayaraq barəsində heç bir tədbir görülmür. Buna görə də Arzuman İsmayılov yeni özbaşınalıqlara yol verərək dövlətin və Azərişığın cibinə girməkdə davam edir.
2022-ci iklin avqust ayında Sumqayıt şəhər, Kotec qəsəbəsində yeni tikilən fərdi evin qarşısındakı mövcüd 0.4 kV-luq elektrik dayağınının yerinin dəyişdirilməsi üçün abonenti ASAN xidmətə 700 manat ödənişdən yayındırılıraq Azərişıq ASC-yə ödəniləcək rüsum mənimsənilmişdir.
(faktı təsdiq edən fotoşəkillər əlavə edilir, vidomateriallar da mövcuddur)
Əfsuslar olsun ki, özbaşınlalıq edib, dövlətin pulunu mənimsəyən Arzuman İsmayılov kimiləri ifşa etməyim nədənsə Azərişığın baş hüquşünası “hörmətli” Arif müəllimi çox narahat edir.
Bu faktların araşdırıb araşdırılması, dövlətə ziyan vuranlar barəsində tədbir görmək yerinə Arif müəllim məni Azərişığın nüfuzuna kölgə salmaqda ittiham edir, qurumun sədri cənab Vüqar Əhmədovla dost olduğunu tez-tez təkrarlayaraq məni işdən qovmaqla hədələyir.
Azərişıq sədri cənab Vüqar Əhmədov xalqa, Ali Baş Komandanımıza sədaqətilə seçilən, qanunlara hörmət edən rəhbərlərdəndir. Dövlətin pulunu mənimsəyənlərin cinayətkar əməllərinə göz yuman Arif kimilər Vüqar müəllimin dostu ola bilməz !
Sadəcə olaraq, şikayətlərim cənab sədrə çatmadığı üçün mən müraciətimi mətbuat vasitəsilə çatdırıram.
Bundan öncə A.İsmayılov Sumqayıt ş. 21-ci mk/rn-da KTM-in yerinin dəyişdiriləməsi üçün abonentdən 20 000 manat rüşvət alaraq abonenti dövlətə ödənəcək 35 000 manat rüsumdan yayındırmış və ASAN xidmətə cəmi 1400 manat pul ödənilmişdir. Bu faktı aşkar etməyim üçün hadisəni ört-basdır etmək üçün KTM-i əvvəlki yerinə bərpa etməyə çalışalar da abonent buna yol verməmişdir. Lakin bu günə qədər də dövlətə, quruma dəyən ziyan məbləği də ödənilməyib.
Xahiş edirəm Sumqayıt EŞ-nin rəisi Arzuman İsmayılovun növbəti korrupsiya əməlinin araşdırılması və barəsində tədbir görülməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz.
Əvvəlcədən Sizə minnətdaram.

Sumqayıt EŞ-nin istismar üzrə mühəndisi Quliyev Anar Ələmqulu o
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Qazi Ümid Etiram oğlu Hüseynovun qardaşı Vüsal Hüseynov Sabunçu rayon Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 63 ünvanında yerləşən 78 nömrəli tam orta məktəbin direktoru Əfqan Həsənov Qəşəm oğlundan şikayətçidir. V.Hüseynov övladının təhsilə qəbul edilməməsi ilə bağlı dəfələrlə direktora müraciət etdiyin deyir. Lakin direktor onu get gələ salaraq qəbul sisteminin bağlanmasına qədər süründürmüşdür. Bu azmış kimi hər dəfəsində köməkçisi xanıma yönəldərək sizinlə əlaqə saxlanılacağın vurğulayıblar.

Ardını oxu...
Aldığımız məlumata görə Qazi ailəsinin kiçik nümayəndəsi məktəbə qədər hazırlığada məhs qeyd edilən mətəbdə getmişdir. Hazırda məktəbin sistemində uşağın adının qeydiyyatda olduğun vurğulayan Vüsal Hüseynov övladını rayona aparmaq məcburiyyətində olduğunu və bir il Bakı şəhərində yaşaya bilmədiyini qeyd edib. Sistemdə övladı Yusif Hüseynovla bağlı bir dəfə olsun belə məktəb rəhbərliyi tərəfindən maraqlanmamışdır. Övladımın bir il təhsilə gəlmədiyindən direktor Əfqan Həsənovun xəbəri olmayıb. Ona mən durumu dedikdən sonra bundan məlumatlı olub. Buda o deməkdir ki bu məktəbdə ölü canlar sayının çox olması direktorun hansı uşağın təhsildən qalmasından xəıbərsiz qoyub. Direktorun gəlir mənbəyi olan bu qaranlıq işlərin nəticəsi olaraq övladımın ikinci sinifdə oxumalı olduğu halda mənə gələn il üçün müraciətimə köməklik göstəriləcəyi bildirilir. Bu gün isə mən direktorun bu verdiyi qərarla razılaşmır və övladımın məcburi təhsilinin davam etdirilməsini şərait yaratmasını tələb edirəm.

Qazi qardaşı etdiyi müraciət bizi məktəblə bağlı araşdırma aparmağa vadar etdi. Demək məktəbdə həqiqətəndə çox böyük oyunların oynanılması bir tərəfə qalsın gördüyümüz mənzərə bizə heçdə xoş olmadı. Məktəb binasına daxil olarkən görünən mənzərə sanki məktəbdə deyil, sanki yun sexində olduğumuzu xatırlatdı məsdələ ilə bağlı araşdırma aparmağımıza gördüyümüz bu mənzərə maniə oldu şəkilərin çəkdikdən sonra məktəbi tərk etmək məcburiyyətində idik. Çünki bu mənzərədə direktorla dialoq aparmağımız mümkünsüz hesab edirik. Yun sexlərinin xatırladan bu inzibati binada direktor otura biləcəyi düşüncəsindəndə daşındıq. Haçansa bəlkədə dərslərin başlamasından sonra bu binada təhsil binasına dönməsi diləyi ilə “yun sexi”ndən ayrıldıq.

Vətəndaş Vüsal Hüseynov 22.08.2022-ci il tarixində Direktorun qəbulunda olduğunu və danışdığını lakin heç bir nəticə ala bilmədiyin qeyd edib. Bu gün isə Ulutv.info olaraq Əfqan Həsənovla əlaqə saxladıq. Təhsil müəssisəsinə direktor işləyən təhsil işçisi yalan danışmaqdan çəkinmədi. Əfqan Həsənov məzuniyyətdə olduğunu və bu ərəfədə açıq ürək məməliyyatı keçirdiyini qeyd etdi. Hansı tarixdən məzuniyyətdə olduğunu sual etdikdə isə Əfqan Həsənov konkret olaraq sualımıza cavab vermək istəmədiyin və məkdtəbdə baş verən bu çirkin görüntülərlə başlı Bakı Şəhər üzrə Təhsil idarəsi ilə əlaqə saxlamağımızı məsləhət gördü. Əfqan Həsənov məzuniyyətdə olduğu müddətdə isə Təhsil İdarəsi kimi onun yerinə təyin etməsindəndə xəbərsiz olduğunu vurğuladı. Direktor Əfqan Həsənov 65 yaşında olduğun dedikdən sonra ağ yalan danışması isə bizi təcübləndirdi. Beləki, Direktor 22.08.2022-ci il tarixində yəni bizimlə danışdıqdan düz bir gün öncə vətəndaş Vusal Hüseynovla kabinetində görüşüb. Lakin media nümayəndəsinə yalan danışaraq məktəbdən xəbərsiz olduğun deyib. Xəbər portalının Baş redaktoruna yalanları sıralayan məktəb direkrounun yalanlarını vətəndaş sayəsində ifşa etdik.

Amma edilən şikayətə görə qarşı tərəfi dinləmək məcburiyytində olduğumuzdan direktorla əlaqə saxladıq. Ədqan Həsənovun iddiasına görə o məktəbə casvabdehlik daşımadığından Bakı Şəhər üzrə Təhsil İdarəsinədə zəng etdik. Odur ki məsələyə aydnlıq gətirmək məqsədi ilə Bakı Şəhər Təhsil İdarəsinə zəng etdik. Təsüflər olsun ki rəsmi portalda qoyulan (012)599 12 22 nömrəsinə heç kəs cavab vermədi. Qısa operator nomresi deyilən qaynar xətti olan 146 nomrəsinə zəng edərək 18 dəqiqə gözləmədə qaldıq. Amma suallarımıza cavab verən tapılmadı.

Ulutv.İnfo
 
 

Ardını oxu...
HƏRBİ XİDMƏTDƏN YAYINAN qeyri ixtisaslı KADRIN vəzifəyə təyin edilməsi nə dərəcədə qanunauyğundur?
İki ali təhsilim, ixtisaslı kadr olsam da bu günə kimi İŞSİZ qalmışam, Goranboy Rayon İcra Hakimiyyətinin icra başçısı Məhərrəm Quliyev başda olmaqla bir qrup əməkdaşları bildirirlər ki, sənə bu rayonda İŞ yoxdur.
Çox təəssüflər olsun ki, bəzi İŞSİZ xanım vətəndaşlar var ki, Goranboy Rayon İcra Hakimiyyətinə İŞSİZ vətəndaş olduqlarını bildirdikdə işlə təmin olunurlar, problemlərini elə yerindəcə həll edirlər. Bu rayonun icra hakimiyyətində bəzi şöbə müdürləri, vəzifəli şəxslər var heç imkan vermirlər ki, işsizliklə bağlı müraciət edən bəzi xanım vətəndaşları İcra Başçısı Məhərrəm Quliyev qəbul etsin, problemlərlə maraqlansın, şöbə müdürləri özləri dərhal məsələni müəyyən şərtlər adı altında həll edirlər, razılığa gəlirlər.
Çox təəssüflər olsun ki, mənim kimi işsiz vətəndaşlar, canını vətən uğrunda qoyan QAZİLƏRİMİZ süründürməçiliklə üz-üzə qalırıq, problemlərimiz həll olunmur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
SURƏTİ : Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Xanım Mehriban Əliyevaya
SURƏTİ : Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə
SURƏTİ : Azərbaycan Respublikasının Mədəniyyət Naziri Cənab Anar Kərimova
SURƏTİ : Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi Cənab Arzu Rəhimova
SURƏTİ: Dəyərli KİV-nin rəhbərlərinə, SAYTLARA, hörmətli sayt rəhbərlərinə
İŞSİZ vətəndaş Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən

Ş İ K A Y Ə T
Möhtərəm Cənab Prezident!
Çox hörmətli Birinci Vitse Prezident!
Mingəçevir Turizim Kollecini bitirmiş, qeyri ixtisaslı və ən əsası HƏRBİ XİDMƏTDƏN yayınaraq vətəninə olan borcunu ödəməyən Goranboy rayonu Qızılhacılı qəsəbəsində yaşayan Qurbanov Elşad Müşfiq oğlunun MƏDƏNİYYƏT sahəsinə işə qəbul edilərək, yaşadığı Qızılhacılı qəsəbəsində fəaliyyət göstərən Regional Gəncə Mədəniyyət idarəsinin tabeliyində olan "DİYARŞÜNASLIQ evinə" rəhbər vəzifəyə təyin edilməsi nə dərəcədə doğrudur?
Hərbi xidmətə yararsız olan kadra yüksək, məsul vəzifə verilməsi qanunauyğundurmu?
Goranboy mədəniyyət şöbəsində, tabeliyində olan qəsəbə və kəndlərində fəaliyyət göstərən mədəniyyət ocaqlarında, kulublarda QEYRİ İXTİSASLI kadrlar çalışırlar, nə səbəbə belə kadrlar işdən azad edilmirlər?
İxtisası fransız-dili müəllimliyi olan mədəniyyət sahəsində BƏDİİ RƏHBƏR vəzifəsində çalışır. Bu nə dərəcədə qanunidir?
Hərbi xidmətdən yayınan Elşad Həsənovun illərdi ki, Goranboy Gənclər və İdman İdarəsinə rəis təyin edilməsi nə dərəcədə doğrudur?
Maliyyə yoxlaması aparılarkən bu idarədə küllü miqdarda maliyyə saxtakarlığı aşkar edilmişdir, bu idarənin işçiləri var ki, imzaları saxtalaşdırılmışdır. İşçilərin bir aylıq əməkhaqqısı yoxlamalara veriləcək adı ilə işçilərdən alınmışdır.
Bu idarədə nə səbəbə obyektiv, ədalətli araşdırmalar aparılmır?
İnanıram və hesab edirəm ki, Möhtərəm Cənab Prezidentin TAPŞIRIĞI əsasında yuxarıda qeyd edilən məsələr obyektiv araşdırılacaq, cəzasızlar cəzalanacaqlar.
Haqq-ədalət öz yerini tapacaq.
İmza: Eminov Neman Bayram oğlu
TARİX : 21 .08.2022-ci il
 
Ardını oxu...
Deyir, "Dəyirman öz işində, çak-çak baş ağrıdır"...

DogruXeber.az: - Nə qədər deyilsə, nə qədər yazılsa da Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzi öz "köhnə qaydası" ilə fəaliyyətini davam etdirir.

Az müddət əvvəl Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində xəstələrdən və xəstə yaxınlarından pul tələb edildiyi barəsində məlumat vermişdik. Ardından isə eyni "qayda"da fəaliyyət göstərən Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası barəsində məlumat dərc etdik. Onu da qeyd etmişdik ki, əlimizdə hər iki klinika barəsindəki məlumatları təsdiq edən səs yazıları və görüntülər də var və bu materiallar tərəfimizdən aidiyyatı üzrə səhiyyə Nazirliyi və Baş Prokurorluğa göndərilib.



Bu tibb müəssisəsində korrupsiya tüğyan edir

Jurnalistdən rüşvət tələb olunan müəssisənin rəhbərindən maraqlı teleqram ...

Lakin, Baş Prokurorluq həmişəki kimi məsələyə laqeyd qaldı.



Hələ, Naxçıvan Muxtar vilayətinin Ordubad rayonundan redaksiyamıza müraciət edən Nihal Hüseynovun da yeganə övladının müalicəsi üçün Səhiyyə Nazirliyi və Naxçıvan rəhbərliyi gülməli təklifləri ilə kənarda qalmağı bacardılar. Halbuki, birinci vitse-prezident Mehriban Əliyeva da Nihal Hüseynovun dediyinə görə, onun müraciətinə baxılması üçün Səhiyyə Nazirliyinə xüsusi tapşırıq vermişdi.

Səhiyyə Nazirliyi vitse-prezidentin göstərişini icra etməyib? - VİDEO

Səhiyyə ilə Prokurorluğu nə bağlayır?... - VİDEO

Belə çıxır ki, Səhiyyə Nazirliyi ümumiyyətlə kimsəni saymadan öz "daxili qaydaları" ilə fəaliyyət göstərir.

Bundan əlavə, "Dogruxeber.az"a müraciət edən Astara rayon Şuvi kənd sakini Cümşüdova Solmaz Canhəsən qızının sözlərinə görə, həkimin cərrahi əməliyyat zamanı övladının ölümünə səbəb olan səhvinə də prokurorluq biri-birindən fərqlənən cavabları ilə biganə qaldı.

"Həkim mənim balamı öldürdü"... - Dövlət xəstəxanasında QAN DONDURAN DƏHŞƏT ! // VİDEO + FOTO

Yəni, prokurorluğun Müəmmalı "ağ xalat sevgisi" bu dəfə də özünü aşkar büruzə verdi. Səhiyyə Nazirliyi desək, o da heç bir addımı ilə Baş Prokurorluqdan fərqlənmədi. Ümumiyyətlə bu kimi faktlara "göz yuman" yeni nazir Teymur Musayev rəhbərlik fəaliyyəti ilə sələfi - sabiq nazir Oktay Şirəliyevi təkrarladığı hər addımda özünü göstərir.

O zamanlar da səhiyyə sahəsində rüşvət, imkansız xəstələri qəbul etməmək, etdikdə belə bərbad palatada ümumiyyətlə baxımsız qoymaq var idi, indi də var. Bu cür fəaliyyət göstərən tibb işçiləri isə heç nədən, heç kimdən çəkinmədən, özbaşınalıqlarını davam etdirirdilər.

Amma, son zamanlar sayı artan narazı vətəndaşların müraciətlərindən və bizə göndərilən, həmçinin digər sosial media və sosial şəbəkələrdə yayımlanan görüntülərdən o da görünür ki, səhiyyə sahəsində dəyişən təkcə nazirdir. Qalan bütün fəaliyyət olduğu kimi davam etdirilir.

Xüsusilə də Səhiyyə Nazirliyinin tabeçiliyində olan Zərifə Əliyeva adına göz klinikası və ATU-nin Onkoloji klinikasında qeydə alınan - USM və digər müayinələr, həmçinin qeydiyyat üçün tələb edilən ödənişlər onun göstəricisidir ki, sözügedən müəssisələrinin çəkinəcəyi bir qurum yoxdur.

Görünür, ölkəmizdə, "Dəvədən böyük, fil də var" misalı getdikcə mənasını itirir. Xüsusilə də tibb sahəsində baş verənlər hər iki varlığın bir yolunu tapıb əməkdaşlıq etdiyi fikrini yaradır.

Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanı olan Baş Prokurorluq öz "soyuqqanlı" münasibətləri ilə bu kimi müəssisələrin fəaliyyətində bu cür qanun pozuntularına yol vermələri üçün sərbəst olmalarına şərait yaradır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
SOCAR-ın Təchizat və Satınalmalar Departamentinin fəaliyyəti və bu departamentin direktorunun, eləcə də onun müavini Fuad Həziyevin korrupsiya fəaliyyəti barədə dəfələrlə mətbuatda dərc olunub. 21.07.2022-ci il tarixində Dövlət başçısının sərəncamı ilə Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunub.

SOCAR-ın prezidenti Rövşən Nəcəf doğru qərar qəbul edərək departamentin direktoru Mehman Əkbərovu vəzifəsindən kənarlaşdırdı.Çox güman ki,departamentin əsas korrupsionerlərindən olan Fuad Həziyev vəzifəsindən çıxarılacaq və barələrində araşdırmalar aparılaraq cinayət işi də başlanılacaq.

Nəzərinizə çatdıraq ki, Fuad Həziyev ölkənin spirtli içkilər biznesinin əsas sahiblərindən biri hesab olunur.

Ölkədə taxılın, unun az qala qızıl qiymətinə olduğu indiki dönəmdə yumurtadan “yun qırxan”, daha doğrusu, undan spirt çəkən işbazlar varmış. Özü də nə az, nə çox, hər il yüz min tonlarla.İş burasındadır ki, bu kəmfürsət hansısa bir iş adamı da deyil, SOCAR-ın təchizat idarəsi rəisinin müavini Fuad Həziyevdir. Bu “iş adamı” barədə xeyli vaxtdır mediada çeşidli məlumatlar dolaşır, materiallar sosial şəbəkələrdə və mediada tirajlanır.

Məlumat kimi bildirək ki, SOCAR ölkə iqtisadiyyatımızın sütunu kimi dəyərləndirilir. Və bu şirkətdə yüksək vəzifə sahibi adı korrupsiyada hallanan Fuad Həziyev həyat yoldaşının adına rəsmləşdirilmiş İsmayıllı rayonunun Kürdmaşı kəndindən fəaliyyət göstərən Kürdmaşı şərab zavodunda “Baku Spirits” zavodu üçün yüz min tonlarla undan şərab hazırlamaqla məşğuldurlar.

Müvafiq qurumlar il ərzində bu nəhəng şərab zavodunda neçə yüz min ton unun israf edildiyini və həmin şərab Fuad Həziyevin Bakıdakı şərab zavoduna daşınaraq nə qədər şərab çəkildiyini müəyyənləşdirə bilər. Əldə etdiyimiz məlumata görə, bu zavoda axırıncı dəfə yaxın günlərdə min tonlarla un daxil olub.Məlumat üçün bildirık ki,bu zavodun adında “şərab” sözü olsa da, hələ indiyədək bir kiloqram üzüm də bu müəssisəyə daxil olmayıb ki, ondan da şərab istehsal edələr.

Belə olduqda ortaya bir sual çıxır: Ölkə başçısı cənab İlham Əliyev vətəndaşın güzəranından qayğılanaraq büdcədən əlavə vəsiat ayırıb taxıl istehsalçılarına subsidiya verilməsini tapşırır, o biri yandan Fuad Həziyev kimi işbazlar ölkəyə idxal olunan yüz min tonlarla unu tükənməyən sərvət ehtirasının güdazına verir.
 //Qanunla.Az//

Ardını oxu...


– Şəhər nümayəndəsi İlqar Salmanovun sabiq icra başçısı Ceyhun Cəfərovla birgə həbs olunmaması şirkət sahiblərini tərəddüd içində buraxıb

Bu günlərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Ceyhun Cəfərovun və digər vəzifəli şəxslərin korrupsiyaya görə həbs olunmalarının iki ili tamam olur.

Bu barədə cinayət işinin materiallarında qeyd edilib ki, Ceyhun Cəfərov 2014-cü il aprelin 16-dan 2020-ci il avqustun 20-dək Kürdəmir RİH-in keçmiş birinci müavini Tacəddin Novruzov və İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Natiq Kərimovla cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq yaratdıqları korrupsiya şəbəkəsində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşiblər.

Belə ki, onlar 2004-cü il tarixdən Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin rəisi vəzifəsində işləyən Balayev Ata Seyfəddin oğlundan vəzifədə qalıb fəaliyyətini davam etdirməsi müqabilində 18 000 manat, rayonun Atakişili kənd bələdiyyəsinin sədri Ömərov Habil Ələddin oğlundan 10 000, rayonun Şıxımlı kənd uşaq bağçasının müdiri İslamova Nazlı Yusif qızından 1 300 manat, rayonun Carlı kənd sakini Novruzov Sədrəddin Şəmsəddin oğlundan 187,0 ha torpaq sahəsinin örüş-otlaq məqsədilə 15 illik müddətə icarə əsasında istifadə edilməsinə görə 81 200 manat pulu rüşvət qismində alıblar.

Bundan başqa, C.Cəfərovla T.Novruzov Kürdəmir RİH başçısının Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş və öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Rəsulov Rasim Aydın oğlu və “Ruslan-Qərb” MMC-nin direktoru Səfərov Ramiz Məhəmmədəli oğlu ilə cinayətkar əlaqəyə girib.

İttihamda qeyd edilib ki, R.Rəsulov Topalhəsənli kənd körpələr evi-uşaq bağçasına və kənd tam orta məktəbinə guya müxtəlif təsərrüfat malları və qiymətlilərin alınması görüntüsü yaradıb. Daha sonra onlar 32 896,05 manat məbləğində pul vəsaitini Kürdəmir rayonu üzrə Maliyyə Şöbəsi vasitəsilə “Ruslan-Qərb” MMC-nin bank hesabına köçürüb. Yalnız 18 may 2020-ci il tarixli elektron qaimə ilə 3 adda 1 083,05 manat məbləğində mal-material qiymətliləri alınaraq nümayəndəlik üzrə maddi-məsul şəxsin hesabına mədaxil edilib. Qalan, o cümlədən, həmin nümayəndəlik üzrə 2 432 manat, Topalhəsənli kənd körpələr evi-uşaq bağçası üzrə 27 276 manat və Topalhəsənli kənd tam orta məktəbi üzrə 2 105 manat, cəmi 31 813 manat məbləğində pul vəsaiti R.Səfərov tərəfindən rayon ərazisində həmin müddətdə bankdan çıxarılaraq nağdlaşdırılıb, Rasim Rəsulova verilib. C.Cəfərov həmin pul vəsaitini əlbir olduğu T.Novruzov, R.Rəsulov və R.Səfərovla bölüb.

Eyni zamanda C.Cəfərovla T.Novruzov 13 oktyabr 2014-cü il tarixdən 30 iyun 2016-cı il tarixədək Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının direktoru vəzifəsində işləmiş, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Sadıqov Müşfiq Qubad oğlu və kombinatın digər əməkdaşları ilə cinayətkar əlaqəyə girib. Keçmiş icra başçısının verdiyi tapşırıq əsasında M.Sadıqov tamah niyyəti ilə tərtib etdiyi kassa məxaric orderləri ilə həmin kombinata guya təsərrüfat malları və yumşaq inventarların alınması görüntüsü yaradıb. Daha sonra kombinatın sabiq təmizlik şöbəsinin müdiri Xələfov Vaqif Osman oğlunun adına qeyd edilən tarixlərdə saxta kassa məxaric orderləri tərtib edilib. V.Xəlilov inzibati binada kassadan həmin müddətlərdə nağd qaydada 11 729 manat məbləğində pul vəsaitini götürərək M.Sadıqova verib. Həmin pul isə C.Cəfərova T.Novruzov vasitəsilə çatdırılıb. Keçmiş icra başçısı pulu öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib.

İstintaqla həmin şəxslərin birbaşa və icra hakimiyyətinin digər vəzifəli şəxsləri vasitəsilə ayrı-ayrı vaxtlarda rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrindən ümumilikdə 137 min manat, Kommunal Müəssisələr Kombinatından 58 min manat, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrindən 120 min manat, “Azbiyan” Məhdud Məsuliyyətli Cəmiyyətindən 71 min manat məbləğində vəsaiti rüşvət qismində istəyərək almaları müəyyənləşdirilib.

Qeyd edək ki, Ceyhun Cəfərov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimovun hər biri 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev, Rəsəb Hüseynovun hər biri 8 il üç ay, Emin Sadıqov 4 il, Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib.

Təqsirləndirlilən Məhəmməd Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.

Kürdəmirdə bir çoxları bu qənaətdədirlər ki, Ceyhun Cəfərovun korrupsioner dəstəsinin əhatə dairəsi tam müəyyənləşdirilməyib və o sıradan kənarda qalanlar olub. Redaksiyamıza müraciət edən rayon sakini bildirmişdir ki, məlum əməliyyat zamanı Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Kürdəmir şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsi İlqar Salmanov da saxlanılıbmış. Lakin o, hansısa himayədarının sayəsində məsuliyyətə cəlb olunmadan yaxasını qurtara bilib. İnformator qeyd edib ki, Cəfərov bir çox korruptiv əməliyyatlarını məhz Salmanovun əli ilə həyata keçirib və şəhər nümayəndəsi yaxşı mənimsədiyi üsulları sabiq başçı tutulandan sonra da davam etdirib.

Məsələ ilə əlaqədar İlqar Salmanovun özü ilə telefon əlaqəsi qurub münasibət bildirməsini xahiş etdik. Salmanov bildirdi ki, nə keçən il, nə bu il Kürdəmir şəhəri üçün dövlət vəsaiti hesabına heç bir iş görülməyib. Səbəb də bu olub ki, şəhər nümayəndəliyinin elan etdiyi tender və kotirovkalara heç bir firma qatılmayıb. İlqar Salmanov deyir ki, bu, firmalara sərf eləməyib.

Amma hamımız bilirik ki, Azərbaycan hökuməti səxavətlidir və heç cür inandırıcı deyildir ki, elan olunan tender və kotirovkalar üzrə nəzərdə tutulan maliyyə vəsaiti görülməsi nəzərdə tutulan işlərin real dəyəri ilə adekvat olmasın.

Bəs elə isə nəyə görə şirkətlərə həmin işləri görmək sərf eləməyib? Burada bir neçə versiya var: Birincisi, ola bilsin şirkət sahibləri qorxurlar ki, sabiq icra başçısı Cəfərov və digər vəzifəli şəxslər həbs olunandan sonra rayon hələ də xüsusi xidmət orqanlarının nəzarətindədir. İkincisi, Azərbaycanda çoxdan oturuşmuş bir stereotip var ki, iş görən sahibkarlar ilk növbədə “yapışmağa ətək”, on lardan “şapka” istəyəcək adam axtarırlar. İndi isə bu ilin əvvəlindən vəzifəyə başlayan Elxan İbrahimov yəqin heç kəsə “ətəyini öpdürmədiyindən”, bu vəziyyət şirkət sahiblərinə qəribə görünür və onlar tərəddüd edirlər.//Deryaz.az//

Mövzuya qayıdacağıq.

Ardını oxu...


Mingəçevir şəhər sakinləri tərəfindən "DogruXeber.az"a verilən məlumata görə, 21.08.2022-ci il tarixində günorta saatlarında Mingəçevir şəhərində "Heydər Əliyev" küçəsi ilə "20 yanvar" küçəsinin kəsişməsində avtomobil qəzası baş verib.

Belə ki, Mingəçevir şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyevə məxsus olduğu deyilən "Tayota Land crouther" markalı avtomobil "Lada Priora" markalı avtomobili zədələyib.

Vüqar Əkbərov adlı şəhər sakini "DogruXeber.az"a bildirir ki, "Hadisə yerinə çoxlu adamlar toplaşdı. Biraz səs-küy qalxdı. Mən oradakı insanları sakitləşdirmək üçün, "Ay camaat, biraz sakit olun, qoyun hər iki şəxs öz aralarında danışıb, aydınlaşdırsın" dedim. Elə bu zaman hadisə yerindəki İcra başçısının əmisi oğlu Nəriman İsmayılov yüksək səslə mənə "ayə sən kimsən" dedi. Cavab verdim ki, "ayə deyiləm, adım Vüqardır". Nəriman İsmayılov səsini biraz da qaldıraraq, "mənim üçün sən ayəsən" dedi və yumruq qaldırıb üstümə atıldı. Ətrafdakılar onu tutdular və məni vurmasına imkan vermədilər".

Qeyd edək ki, bu həmin Nəriman İsmayılovdur ki, bir neçə ay əvvəl sosial medialarda Mingəçevir şəhərində iki şəhid bulağını sökdürdüyü yazılırdı.



Sakinlərin sözlərinə görə "Nəriman İsmayılov İcra Hakimiyyəti başçısı İlham İsmayılovun əmisi oğlu - eyni zamanda Qres qəsəbəsindəki səlahiyyətli nümayəndəsidir. Bundan əlavə onlar "Nəriman İsmayılovun sakinlərə qarşı kobud davranışları ilə də "məşhur" olduğunu" da vurğulayıblar.

İcra başçısının məmur əmisi oğlu və kirvəsi bələdiyyə sədrinin "həm suçlu, həm güclü" prinsipilə vətəndaşlara qarşı nümayiş etdirdikləri "həmrəylik" məmur özbaşınalıqlarından cana doyduqlarını deyən şəhər sakinlərini daha qəzəbləndirib. Odur ki, Nəriman İsmayılovun yumruq göstərdiyini iddia edən şəhər sakini Vüqar Əkbərov artıq hüquq-mühafizə orqanlarının bu duruma müdaxilə etməsini istədiyini deyir.

Qeyd: Bir daha vurğulamaq istəyirik ki, məlumatda qeyd edilənlərin hər biri Mingəçevir sakinlərinin redaksiyamıza bildirdikləri və sosial mediada yayımlanan məlumatlardır.

P.S: Baş vermiş hadisə ilə bağlı məlumat barəsində qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Mingəçevir şəhər Bələdiyyəsinin rəsmi internet səhifəsində yerləşdirilən telefona zəng etdik, dəstəyi qaldıran olmadı. Sonra bələdiyyə sədri Ramiz Əliyevin mobil nömrəsinə iki dəfə zəng etdik yenə cavab verilmədi. Bundan sonra mövqe öyrənmək üçün digər adı çəkilən şəxs Nəriman İsmayılova zəng etdik.

Nəriman İsmayılov şəhər sakini Vüqar Əkbərovun iddialarının böhtan olduğunu dedi və bildirdi ki, "O adam ümumiyyətlə orada aidiyyatsız şəxs idi. Ramiz müəllim ilə digər şəxsin söhbətinə müdaxilə etdi. Mən də dedim ki, "Qarışmayın. Qoyun özləri sivil qaydada həll etsinlər". Lakin, o bundan sonra mənə səsini qaldırdı. Özü də bütün bunları telefona çəkirdi. Mən dedim, "İcazəsiz niyə çəkirsən?". Bundan sonra həmin şəxs özü mənə hücum etdi. Lakin, sizə əksini deyib."

Qeyd edək ki, sakinlərin redaksiyamıza verdiyi məlumata görə bələdiyyə sədri Ramiz Əliyev artıq avtomobilini zədələdiyi şəxslə öz aralarında qeyri-qanuni şəkildə - yəni, Dövlət Yol Patrul xidmətinə məlumat vermədən razılığa gəliblər. Bu isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən yolverilməzdir.

Söhbət əsnasında Nəriman İsmayılov bu məlumatı da təsdiqlədi.

Biz Ramiz Əliyevin telefonlara cavab vermədiyi üçün, onun mövqeyini öyrənə bilmədiyimizi dedik. Nəriman müəllim Ramiz Əliyevin iş otağının telefon nömrəsini bizə verdi və o nömrəyə cavab verəcəyini dedi. Biz bu dəfə də həmin nömrəyə zəng etdik. Telefona cavab verən şəxs özünü təqdim etmədən, "Ramiz müəllim yoxdur" cavabını verdi. Dedik, "mobil nömrəsinə də cavab vermir". Həmin şəxs yüksək aqressiv səslə "Ola bilər xəstədir, cavab verə bilmir, qardaş" cavabını verdi. Bildirdik ki, beləcə də dərc edərik. "Hə yaxşı" dedi və telefonu söndürdü.

Təkrar xatırladırıq ki, bundan əvvəl Mingəçevir şəhər Bələdiyyəsi barəsində məlumat dərc etdiyimizdə də Ramiz Əliyev telefonlara cavab verməmişdi və sonra bizi onun mövqeyini öyrənməməkdə günahlandırmışdı.

Maraqlıdır ki, dünən idarə etdiyi avtomobili ilə qəza törədən və bunu qeyri-qanuni yollarla ört-basdır edən qurum rəhbəri, bu gün "xəstə olduğu üçün telefona cavab verə bilmir".

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Ardını oxu...
Teref.az yazır ki, Qazax rayon 1-ci Şıxlı kəndindən Ilkin Məmmədkərimov şikayət məktubunda yazır:
"Salam sizə şikayətim Smart Online internet provaydərindəndir. Deməli mənim dayılarımın yaşadığı Qazax rayon 1-ci Şıxlı kəndində yaşadıqları evə internet çəkilməsi üçün Aztelekom-a müraciət etdikdə telefon xəttində boş yer yoxdur deyirdilər və mən illərdir bununla bağlı Rabitə Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlak Bazarına nəzarət palatasına, Aztelekom-un özünə şikayət edirdim həmçinin dəfələrlə bu məsələni mediada içtimailəşdirmişdim. Çünki Aztelekom nə özü xidmət göstərir nədə bir dənədə olsun özəl provayderin fəaliyyət göstərməsinə imkan verirdi. İllərdi etdiyim şikayətlər və sizlər dəyərli media nümayəndələrinin problemi ictimailəşdirməsindən sonra problem həllini tapdı və Aztelekom 1 özəl provayder Smart Online şirkətinin kənddə fəaliyyət göstərməsinə imkan verdi. 2021-ci ilin iyul ayında Smart Online provayderinin Qazax rayonu üzrə işçisi Orxan adlı şəxs dayımgil daxil bütün kənd sakinlərindən internetə qoşulmaq üçün hər bir ailədən özü üçün kənd sakinlərinin saflığından istifadə edib 35 manat pul tələb edib və kənd sakinlərinin hər biri dedikləri pulu veriblər. Bu qanunsuzdur çünki ADSL internet xidmətinə qoşulma bütün provayderlərdə pulsuzdur. Oğurluq bununlada bitmir beləki Orxan bəy kənd sakinlərini aldadaraq guya hər biri sakini 3 Mb/s= 12 manatlıq tarifə qoşacağını bildirib lakin bütün sakinləri 2 Mb/s=10 manatlıq tarifə qoşub yüzlərlə kənd sakinindən hər birindən aylardır 2 manat əlavə özü üçün pul alıb. Üstəlik fırıldağının üstü açılmasın deyə heç bir istifadəçi ilə müqavilə bağlamayıb. Hər bir abonentin özünün şəxsi kodu olduğu halda ödənişi ödəniş terminallarına etməli olduqları halda Orxan bəy kənd sakinlərinin məlumatsızlıqlarından istifadə edib hər bir istifadəçidən ödənişi özü alıb hər ay vaxtlı vaxtında ödəniş terminalına ödəmədiyi üçün istifadəçilər ödənişi əldən birbaşa Orxan bəyə ödədikləri üçün günlərlə pulu verdikləri halda internetsiz qalırlarmış. Kənd sakinləri hər dəfə Orxan bəyə dəfələrlə zəng etdikdən sonra Orxan bəy hər ay günlər sonra ödənişi edirmiş bu görünməmiş oğurluq və fırıldaq halı 2021-ci ilin iyul ayından dekabr ayınadək davam edib. Orxan bəyin oğurluğunun və fırıldağının üstü 2021-ci ilin dekabr ayında dayım oğlu Turalın bu hal ilə bağlı internetdən Smart Online internet provayderinin 012952 telefon mərkəzinə şikayətindən sonra açılıb. Call center-dən dayım oğluna 12 manatlıq yox 10 manatlıq tarifdə olduqları deyilib. Bu hadisə ilə bağlı isə mənim özümə Yeni il günü dayım özü məlumat verdi və mən bütün bunları eşidib dəhşətə gəldim çünki indiyədək bir internet provayderi tərəfindən belə bir rəzillik və oğurluq görməmişdim bu birbaşa dələduzluqdur. Mən dərhal məsələ ilə bağlı Smart Online internet provayderinin 012952 telefon mərkəzinə, Rabitə Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Palatasına şikayət etdim. Şikayətimdən sonra Smart Online internet provayderindən əlaqə saxlayıb Orxan adlı şəxsi işdən qovduqlarını bu ilin yanvar ayında bildirdilər lakin mənə bildirdilər ki, dəymiş ziyan Orxan adlı əməkdaşlarının özü mənimsədiyi üçün geri qaytarılmayacaq. Aylardır provayder 2 dayımın ailəsi daxil yüzlərlə istifadəçinin etibarından istifadə edib oğurladıqları hər istifadəçidən 45 manat dəymiş ziyanı aylardır ödəməkdən imtina edir. Kənd sakinlərinə sadəcə bundan sonra ödənişi ödəniş terminallarına etmələri haqqında məlumat verilib. Smart Online kənd sakinlərinə minnətdar olsun ki, Orxan adlı əməkdaşdan Hüquq Mühafizə orqanlarına yüzlərlə kənd sakininə dələduzluq etməsi barədə şikayət etməyib və provayderi dəymiş zərərə görə məhkəməyə verməyiblər. Üstəlik son vaxtlar dayımgil daxil bütün sakinlər internetin sürətindən şikayət edirlər adı bir sayt belə açılmır ödədikləri pulun qarşılığında almalı olduğu 2 Mb/s sürətin heç yarısını belə ala bilmirlər. Lakin 2 dayımın ailəsi daxil yüzlərlə sakinə dəymiş zərər ödənilədək bu məsələnin sonuna qədər gedəcəm. Sağolun.
Ilkin Məmmədkərimov"
Teref.az olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 

Ardını oxu...
Bu gün Quba rayonu Talabıqışlaq inzibati ərazi dairəsinin sakinləri, Xaroşa kəndinin mərkəzinə toplaşaraq, nümayəndəliyin ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarına etiraz ediblər.
Onların sözlərinə görə, kəndin kənarından keçən Vəlvələçayda fəaliyyət göstərən karxanaların ucbatından kənd susuz qala bilər.
Beləki, qum-çınqıl karxanalarının yarıtmaz və dağıdıcı fəliyyətlərinin ucbatından artıq Vəlvələçay bir neçə metr dərinləşib ki, bu da kəndlilərin su ehtiyaclarını ödəməyə ciddi mane olur.
Mövzunu diqqətdə saxlayacayıq....
Teref.az

 
 
 

Yağlı-ballı Niyazi Bayramov üçün xalqın durumu maraqlı deyil…

Şəhid Sahib Həsənovun anası Vüsalə Gülbala qızı Məmmədova intihara əl atıb.

AzToday.az xəbər verir ki, bu barədə bloger Mehman Hüseynov məlumat paylaşıb.

Məlumatda deyilir ki, xeyli sayda dərman qəbul edən şəhid anasının durumu ağırdır. Hazırda Gəncə Şəhər 3 Saylı Xəstəxanada həyatı ilə çarpışır:

Səbəb bilirsiz nədir? Şəhid anası bir il imiş evinin kirayə haqqını ödəyə bilmirmiş. Dəfələrlə Gəncənin icra başçısı Niyazi Bayramova müraciət etsə də, həmin yekəbaş, korrupsioner başçı Şəhid anasını qəbul etməkdən imtina edirmiş…

Gəncənin icra başçısı Niyazi Bayramov bir şəhid ailəsinə ev verə bilmir, onu qəbul edə bilmir, amma öz qızına Cahan Rəhimova üçün Fransada 30 milyonluq villa tikdirib”.

Qeyd edək ki, Cahan Rəhimova mərhum nazir Azad Rəhimovun gəlinidir.

 

Dünyapress TV

Xəbər lenti