Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlının siyasi keçmişi müsavatçı olub...? - Nazir vəzifəsini icra edən Adil Kərimli Faiq Xudanlının cinayət əməlləri barədə nə düşünür..?
Mədəniyyət sahəsi cəmiyyət üçün çox vacib sferalardan biridir. Sovetlərin dağılma ərəfəsində Azərbaycanda bir “bambılı” ləqəbli birinci katib var idi, Əbdürrəhman Vəzirov. Onun vaxtında, yəni 1988-ci ildə Vəzirov Mədəniyyət nazirliyinə Polad Bülbüloğlunu nazir təyin etdi. Yeri gəlmişkən, Polad Bülbüloğlu bunu gizlətmək üçün öz tərcümeyi-halında yazır ki, guya 1991-ci ildən nazir olub.
Sözün qısası, Vəzirovun, sonra prezident Ayaz Mütəllibovun, daha sonra prezident Elçibəyin sevimlisi olan mədəniyyət naziri Polad Bülbüloğlu düz 2006-cı ilə kimi nazir oldu. Onun vaxtında muzeylərdən nələr satıldı, bunu gələcəkdə araşdıracaqlar. Buna vaxt ayırmaq istəmirik. Nəhayət 2006-cı ildə Əbülfəz Qarayev mədəniyyət naziri təyin olundu. Və 2020-ci ilin may ayının 21-dək mədəniyyət naziri oldu. Onun dövründə bütün kitabxanalar dönərxanalara, gözəllik salonlarına çevrildi, kinoteatrların binası söküldü, yerində uca binalar tikildi, korrupsiya dəhşətli həddə çatdı. Nəhayət 2020-ci ildə Əbülfəz Qarayevin müavinləri, departament rəhbərləri həbs olundu. Onlar məhkəmədə açıq şəkildə bildirdilər ki, biz musiqi məktəblərindən və digər mədəniyyət obyektlərindən aldığımız pulları nazir Əbülfəz Qarayevə verirdik. Bütün bunlara baxmayaraq müavinləri və departament rəhbərləri həbs olunsa da Əbülfəz Qarayev həbsdən canın qurtara bildi. Və onu 2020-ci ildə nazir Anar Kərimov əvəz elədi. Hamı düşünürdü ki, Əbülfəz Qarayevin biabırçı əməllərindən sonra yeni nazir Anar Kərimov çalışar ki, cənab Prezident İlham Əliyevin etimadını doğrultsun.
Təəssüf ki, Anar Kərimov öz sələflərindən də biabırçı işlədi, hətta 2 il də vəzifə də qala bilmədi. Onun dövründə hətta Kukla Teatrı da korrupsiya və rüşvətə görə ittiham olundu. Təsəvvür edirsiniz, təzə nazir 40 gün də normal işləyə bilmədi. Belə biabırçı nazirin sevimli kadrlarından biri də Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlıdır. Bu yazıda onun cinayət əməllərindən bəhs etmək istəyirik.
Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov vəzifədən azad ediləndə hamı düşündü ki, regionun mədəniyyət sferasında ciddi müsbət dəyişikliklər olacaq. Amma bütün camaat deyir ki, Allah Elman müəllimin ölənlərinə rəhmət eləsin.
Məlumat üçün qeyd edək ki, cənab sabiq nazir Anar Kərimovun əmri ilə Faiq Elman oğlu Xudanlı Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Onu da qeyd edək ki, Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli, Beyləqan, Xocavənd və Füzuli rayonlarını əhatə edir. Təsəvvür edirsiniz bu qədər ərazidəki musiqi məktəblərinə nəzarəti Kürdəmir Uşaq İncəsənət Musiqi məktəbinin müdiri Qəndab Zülfüqarova edir. Adama deyərlər ki, kimdir bu qadın..? Məlumat üçün qeyd edək ki, Qəndab Zülfüqarova Faiq Xudanlının müavini Vaqif Alıyevin “çox yaxın” adamıdır. Daxil olan məlumatlardan bəlli olur ki, məhz Vaqif Alıyevin dəstəyi ilə Qəndab Zülfüqarova musiqi məktəblərində işləyən müəllimlərin dərs saatlarını artıraraq hər ay külli miqdarda pul toplayaraq Faiq Xudanlıya çatdırır. Yeri gəlmişkən, Faiq Xudanlı xeyli müddət Mədəniyyət Nazirliyinin Katibliyində çalışıb. Və Kürdəmir Regional Mədəniyyət İdarəsinə rəsi təyin olunan kimi 2 məktəb direktorunu vəzifəsindən uzaqlaşdırıb.
Təsəvvür edirsiniz, təzə məktəb direktorları nazirlik tərəfindən təsdiq olunmayıb, amma direktor vəzifələrini icra edirlər. Bəli, Faiq Xudanlı özünün Füzuli rayonu üzrə nümayəndəsi Elşad Cəfərovun əli ilə Füzuli rayon 3 nömrəli uşaq musiqi məktəbinin direktorunu da işdən azad edərək yerinə Əhmədova Lamiyə Fəxrəddin qızını direktor təyin edib.
Bundan başqa Faiq Xudanlı Füzuli rayonunun Aybasanlı kənd uşaq musiqi məktəbinin direktorunu da heç bir əsas olmadan işdən azad edərək direktor vəzifəsinə orta ixtisaslı Anar Əliyevi təyin edib. Yəni Faiq Xudanlı musiqi təhsili olan şəxsləri direktor vəzifəsindən azad edərək, onların yerinə, ümumiyyətlə, musiqi təhsili olmayan şəxsləri təyin edib. Faiq Xudanlının 3 nömrəli uşaq musiqi məktəbinə direktor təyin etdiyi Lamiyə Əhmədova az vaxtda musiqi təhsili olmayan şəxsləri musiqi məktəbinə işə götürüb. Məktəbdə dərs saatları ilə bağlı ciddi narazılıq yaranıb. Təsəvvür edirsiniz başqa müsiqi məktəbində dərs deyən şəxs digər musiqi məktəbində direktordur. Axı, əsasnaməyə görə, 32 saat dərs yükü olan müəllim həftənin 6 gününü mütləq məktəbdə olmalıdıır. Həm də nəzərə almaq lazımdır ki, məktəbin biri Xətai rayonunda, o biri isə Qaradağ rayonunun Qobu qəsəbəsində yerləşir.
Bəli, Faiq Xudanlının direktor təyin etdiyi Anar Əliyev Xətai rayonu ilə Qaradağ rayonu arasında qalıb. Bəli, Lamiyə Əhmədovanın Faiq Xudanlının yanında sözü o qədər ötkəmdir ki.... Hətta Lamiyə Faiq Xudanlıya əmr formasında deyib ki, məni Mehdiabaddakı Musiqi məktəbinə direktor təyin elə.... Və Faiq Xudanlı həmin gün Lamiyəni Mehdiabaddakı Musiqi Məktəbinə direktor təyin edib. İndi isə gəlin Faiq Xudanlının “siyasi keçmişinə” nəzər salaq. Bəli, Faiq Xudanlı keçmiş müsavatçı olub, hətta 2003-cü ildə Prezident seçkilərində İsa Qəmbərin seçilməsi üçün şəhərdə stabilliyi pozmağa çalışanlardan biri olub. Amma uğursuzluğu görən kimi, Yeni Azərbaycan Partiyasına daxil olaraq özünə karyera qurmağa başlayıb. Faiq Xudanlının özünün dediyinə görə, sabiq nazir Anar Kərimovun həyat yoldaşı ilə onun həyat yoldaşı bir məktəbdə oxuyublar, rəfiqə olublar…
Sözün qısası, bu gün də Faiq Xudanlı musiqi məktəblərinin direktorlarını məcbur edir ki, könüllü ərizə yazıb işdən çıxsınlar. Məqsəd boş qalan direktor yerlərini “satışa çıxarmaqdır”. Bütün bunlardan sonra bizi bir sual düşndürür: Faiq Xudanlının “ağası” sabiq nazir Anar Kərimov biabırçı şəkildə vəzifəsindən qovuldu.
Görəsən, Prezidentin sərəncamı ilə mədəniyyət nazirinin 1-ci müavini təyin edilən və nazir vəzifəsini icra edən Adil Kərimli sabiq nazirin dostu Faiq Xudanlının cinayət əməlləri barədə nə düşünür..?
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
gundelik baki.com
 
 
 

Bölmənin digər xəbərləri

21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA

Dünyapress TV

Xəbər lenti