Ardını oxu...
Son illər AMEA rəhbərliyində olan boşluqlar Fizika İnstitutunun keçirdiyi satınalmalarda qanunsuzluqlara daha geniş vüsət verib…

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun keçirdiyi tenderlərdə maxinasiya halları baş verir.

AzFakt.com xəbər verir ki, İnstitutda bu işləri satınalma komissiyasının sədri Xanlar Xanlarov həyata keçirir. Xanlar Xanlarov həm də Fizika İnstititunun baş iqtisadçısıdır.

Son illər AMEA rəhbərliyində olan boşluqlar Fizika İnstitutunun keçirdiyi satınalmalarda qanunsuzluqlara daha geniş vüsət verib.

Kimliyi, mənbəyi bilinməyən, 5 manatlıq MMC-lər institutun fərqli sahələr üzrə keçirdiyi tenderlərdə “qalib” olurlar.

Xanlar Xanlarova bu cür “gecəqondu” MMC-ləri tapıb gətirən isə Rəhman adlı nəvəsinin olduğu iddia edilir.

“Otkad” MMC-lərin “ovçusu” olan Rəhmanın Fizika İnstitutuna gətirdiyi son təşkilatlardan biri “Zəfər 052” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN- 1007513961) olub.

“Zəfər 052” MMC 2022-ci ilin mart ayında qeydiyyata alınıb. MMC-nin rəhbəri Əliyev Cavad Həmdulla oğludur.

Mart ayından bu günədək Fizika İnstitutu ilə “Zəfər 052” MMC-nin arasında 4 satınalma “müqaviləsi” bağlanıb.

Bu müqavilələrin ümumi məbləği 82.771 manat olub.

Əldə etdiyimiz məlumata görə bu tenderlər formal olaraq keçirilib.

Burada əsas məqsəd müqavilədə göstərilən pulları silmək olub.
 
Ardını oxu...
"DogruXeber.az" xatırladır ki, 28.12.2022-ci il tarixində Prezident İlham Əliyev Apellyasiya məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri sədrlərinin, sədrləri müavinlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

Həmin sərəncama əsasən təyinat alan hakimlərdən biri Etibar Zülfüqar oğlu Hümbətovdur ki, o da Şamaxı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Şirvan Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib.

"DogruXeber.az" bildirir ki, bununla bağlı təhsil işçisi Kazım (Cəbrayılov) Ağamikayıloğlu şəxsi facebook hesabında paylaşım edib:

"Şamaxı rayon məhkəməsinin hakimi Etibar Hümbətov.
Şirvan şəhər məhkəməsinin hakimi təyin olundu.
Etibar sözünün E hərifindən xəbəri olmayan bu yaramaz adam,Şamaxı rayonunda azyaşlı qızların rüşvət müqabilində yaşını 18 edirdi,Boşanmaya gələn gözəl qadınlara isə əxlaqsızlıq təklif edirdi,Bu yaramaz adam Azərbaycan qanunlarına tüpürən adamdır, Başınız sag olsun Şirvan camaatı qaragünləriniz bu gündən başlayır,hazır olun şərlənərək həbs olunmağa.
Yaxın günlərdə əxlaqsızlıq təklif etdiyi qızı yaşında qadının çıxışını yayımlayacam."

Ardını oxu...

Qeyd edək ki, qısa zamanda Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Eldar İsmayılovun verdiyi qərarın ədalətsiz və məqsədli olduğunu iddia edən Əsgərov Kamal Aydın oğlunun narazılıqları tam təfərrüatları ilə "DogruXeber.az" informasiya portalında yayımlanacaq.

Adları çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.a

Ardını oxu...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.

Əvvəli burada: Texniki universitetdən nəticə gözləməyin: REKTOR MƏŞĞULDUR... - ELMLƏ YOX HA...

Daha sonra müəllimlərin müraciətində deyilir: "Bəs keçən tədris ilinin sonunda dövlət imtahanları necə keçirildi? Çox biabırçı vəziyyətdə. İmtahanlar şifahi formatda keçirildi. Tələbələr imtahandan yarım saat əvvəl elektron sistemə daxil olaraq, onlara hansı suallar düşdüyünü öyrənirlər. Bundan sonra imtahan başlayana qədər yarım saat müddətində həmin sualları mühazirə konspektləri materiallarının mobil telefonda və ya çap olunmuş kağızlardakı mətnlərindən oxuyub, öyrənirlər. Sonra imtahana daxil olurlar və həmin materiallar yenə də imtahan getdiyi 2-3 saat müddətində qarşılarında stolun üstündə açıq şəkildə qalır və bunu heç kim onlara qadağan etmir (???). Bu 2-3 saat müddətində heç nəyə hazırlaşmayan tələbə də ona düşən 5 sualı oxuyub, əzbərləyə bilir. Tələbə yalnız cavab vermək üçün ayağa qalxdıqda bu materiallardan ayrılır. Ancaq elə hallar olub ki, tələbələr komissiya qarşısında cavab verməkdə ikən deyirlər ki, müəllim, yadımdan çıxıb, olar bir də telefonumu götürüb baxım? Komissiyanın sədri də deyir, “bala, niyə olmur, olar, götür bax”. Belə imtahandan kim inciyər ki? Buna heç hazırlaşmaq da lazım deyil, nəinki 4 ay çalışıb, buraxılış işi layihəsini işləmək. Qəribəsi odur ki, bütün bu biabırçılıq “innovativ metodlardan” istifadə etməklə, yəni video kameraların çəkilişi şəraitində baş verir və imtahan zamanı tələbələrin istədikləri materiallarının qarşılarında olmaları və onlardan istifadə etmələri də çəkilişə düşür. Tələbələrlə şəxsi söhbətdə soruşanda ki, “bəs bu ixtisaslara həvəsiniz yoxdursa, niyə bu universitetə daxil olmusunuz?”, çoxu cavab verir ki, “ona görə ki, deyirlər ki, burada oxumadan da universiteti bitirmək olur”. Həqiqətən, Texniki Universitetin iki fakültəsindən başqa qalan fakültələrə abituriyentlər qəbul imtahanında toplanılan 200 balla daxil olurlar. Buna görə də təəccüblü deyil ki, AzTU-da tələbələrin əvəzinə müəllimləri “yenidən oxudurlar”, tələbələrdən isə yalnız dərsə gəlib-getmək, görüntü yaratmaq tələb olunur. Müəllimlər rəhbərlik tərəfindən hədsiz mənəvi təzyiqlərə məruz qalırlar, onları sübut edilməmiş “cinayətkar keçmişləri” ilə hədələyərək, şantaj edirlər, üzüyola olmağa məcbur edirlər. Bu kompaniyaya tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli də yaxından qoşulub. O da professional tədris işçisi deyil, baxmayaraq ki, nominal olaraq bir neçə il ADNSU-də kafedra müdiri işləyib (unun tərcümeyi-halından görünür ki, o yer qalmayıb ki, orada işləməsin). Nurəli Yusifbəyli AzTU-da imic qazanmaq üçün özünü bürokrat kimi göstərməyə çalışır. Tədris prosesində sillabus adlanan bir sənəd vardır ki, bu da sadəcə olaraq, fənn üzrə tədris olunan mövzuların təqvim planı deməkdir, vəssalam. Əvvəllər 3-4 səhifədən ibarət olan sillabusları indi N.Yusifbəyli 20-25 səhifəyə çatdırıb. Sillabuslar hər semestr başlayanda təsdiq edilməlidir. N.Yusifbəyli və onun tədris personalının “diqqəti” nəticəsində isə bunlar semestrin sonuna qədər də təsdiq edilib qurtara bilmir və dəfələrlə yenidən çap edilir. Kafedralarda onlarla kiloqram yararsız sillabuslar qalaq-qalaq yığılıb, qalır. Sillabus təsdiq etdirmək indi AzTU-da bir epopeyaya çevrilib. N.Yusifbəyli özünə zəhmət verib, sillabuslardakı saysız-hesabsız cədvəl və rəqəmlərin necə hesablanması haqqında bir göstəriş də hazırlayıb, kafedralara vermir ki, başa düşsünlər ki, o nə istəyir. Yeri gəlmişkən bir məsələni də qeyd edək. Hər tədris ili başlanana qədər müəllimlərin illik tədris yükü planları təsdiq edilməlidir. Əvvəllər belə də olurdu. Son üç ildə isə tədris ilinin yarısı keçir, tədris yükü təsdiq edilmir ki, edilmir, dəfələrlə dəyişdirilir. Bu il dekabr ayının ortalarına qədər dəqiq bilirdik ki, hələ bu ilin tədris yükü təsdiq edilməmişdi, baxmayaraq ki, tədris ilinin yarısı keçmişdir. Bunda N.Yusifbəylinin də “xidmətləri” az deyildir.
Dərs vaxtı tələbələrdən dərs soruşduqda, görürsən ki, onların bir çoxu nəinki soruşulan fənni bilmir, heç öz doğma dilində əməlli danışa bilmir, ən adi məsələlərdə fikrini izah edə bilmir, cümləsinin mübtədası ilə xəbəri bir birinə uyğun gəlmir, uzlaşmır. Sanki bunlar 21-ci əsrdə Azərbaycanda orta məktəb təhsili almayıblar, Babilistandan gəliblər. Bu da bizim orta məktəb sistemimizin acınacaqlı vəziyyəti ilə əlaqədardır. Bununla əlaqədar bir məsələni də xatırlatmaq yerinə düşər. Bu il avqust ayının axırlarına yaxın ölkəmizin bir çox kütləvi informasiya vasitələrində Dövlət İmtahan Mərkəzinin verdiyi məlumat getdi ki, Azərbaycanın hər rayonunda neçə-neçə orta məktəb məzununun adicə yazmaq-oxumaq bilmədiyi aşkar edilib, və belələrinin rayonlar üzrə sayının göstərildiyi cədvəl də nümayiş etdirildi. Təsəvvür edirsinizmi, 21-ci əsrdə gənc adam 11 il məktəbə gedib-gəlir, 32 hərfi, adicə yazmaq-oxumağı öyrənmir?
Qayıdaq öz universitetimizə. Bu günlərdə AzTU-ya Elm və Təhsil Nazirliyinin akkreditasiya komissiyası gəldi. Məlumdur ki, bu komissiyanın vəzifəsi universitetdə təhsilin və tədrisin vəziyyətini, universitetin fəaliyyətinin tələblərə uyğunluğunu yoxlamaq və universiteti yeni müddətə akkreditasiya etməkdir. Adətən əvvəllər belə komissiya universitetə gəldikdə bəzi fənlərdən tələbələrin biliklərini də yoxlayar, bu məqsədlə yüngül səviyyədə test imtahanları da keçirərdilər. İndi isə heç tələbələrin təhsilinin nə səviyyədə olduğu yoxlanmadı, yalnız sənədlər, yəni kağız-kuğuz yoxlandı. Yəni kağız-kuğuz yerindədirsə, təhsil də qaydasındadır. Görünür, onlar tədris məsələsini “tərpətməyə” qorxdular, özləri bilirlər niyə. Bundan əlavə, akkreditasiya komissiyası hələ gəlməzdən əvvəl onlar yoxlama üçün hazırlanmalı olan sənədlərin siyahısını göndərmişdilər. Texnik Universitetdə həmin siyahıya baxıb, başa düşməyə çalışırdılar ki, komissiya filan adla nəyi, hansı sənədi nəzərdə tutur. Çünki, çox hallarda məlum tədris sənədlərinin adları elə tərzdə yazılmışdı ki, onları başa düşmək olmurdu, tapmaca tapmaq lazım gəlirdi. Bu da bizim nazirliyimizdəki mütəxəssislərin səviyyəsi, onlar heç sənədlərin düzgün adlarını bilmirlər, bunların yoxlaması nə olacaq?
V.Vəliyev Texniki Universitetin təcrübəli, öz sözünü deyə bilən (onların sayı az olsa da, var) ömrünü Texniki Universitetə həsr etmiş müəllimlərini, əsasən də ixtisas kafedralarının texniki profilli müəllimlərini özünün əsas rəqibləri hesab edir. Yəqin ki, o, elə buna görə 3 ildir ki, onlara düşmən kəsilib və onları hər vasitə ilə dağıtmağa, buradan uzaqlaşdırmağa çalışır. Məlumdur ki, ali təhsil müəssisələri haqqında əsasnamədə göstərilir ki, professor-müəllim heyəti üçün yaş həddi Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilir. Nazirlər Kabineti isə hələ ki, belə bir yaş həddi müəyyən etməmişdir. Buna baxmayaraq, rektor V.Vəliyev AzTU-ya gələn kimi öz yanından yaş həddi müəyyən etmişdir. O elmi şurada qərar qəbul etdirmişdir ki, “70 yaşdan yuxarı professor-müəllim heyəti 1 ştatdan artıq, 75 yaşdan yuxarı isə 0,5 ştatdan artıq akademik yük apara bilməz”. Əvvəla, bu qərarın özü Nazirlər Kabinetinin qərarı olmadan qanunsuzdur. İkincisi isə, rektor bu qərarı kafedra müdirlərinə də tətbiq edir. Məlumdur ki, kafedra müdiri vəzifəsi akademik yük deyil, inzibati vəzifədir. Kafedra müdirlərinin demək olar ki, hamısı tam ştatda müdirlikdən əlavə, həm də 0,5 ştat dosent və ya professor vəzifəsi tutmaqla dərs deyir, yəni cəmi 1,5 ştatda işləyir. Lakin, bu 1,5 ştat akademik yük deyil, bunun 1 ştatı inzibatı vəzifə, 0,5 ştatı isə akademik yükdür. Buna görə də yuxarıda qeyd olunan qərar buna şamil edilə bilməz, çünki, kafedra müdiri 0,5 ştat akademik yük aparır. Rektor isə bu sadə həqiqəti başa düşmür. Hər il tədris yükü bölgüsü olanda, o, 70 yaşdan yuxarı kafedra müdirlərinə hətta 0,5 ştat dərs aparmağa da icazə vermir ki, bu cəmi 1,5 ştat olacaq. Bu isə ali təhsil müəssisələri haqqında əsasnamənin yuxarıda göstərilən qaydalarına ziddir. Məlumdur ki, texniki universitetdə pedaqoji kadrların çatışmazlığı var, gənclər müəllimliyə gəlmir, indi texniki təhsil populyar deyil. Ancaq rektor hazırda universitetdə işləyən yaşlı və təcrübəli kadrlardan səmərəli istifadə etmək, onları gənc müəllim kadrların hazırlanmasına həvəsləndirmək əvəzinə, olanları da qaçırıb dağıdır. Ümumiyyətlə, hiss olunur ki, o, müəllimlərə patoloji nifrətlə baxır. Müəllimlərə nifrət isə pis tələbələrə məxsus xüsusiyyətdir. Görünür, V.Vəliyev özü universitetdə təhsil alan zaman zəif tələbə olub, zəif tələbələrin isə müəllimlərə münasibəti məlumdur.
Son iki ildə V.Vəliyev 75 yaşına çatmış müəllimləri 0,5 ştata keçirir və qəribədir ki, o həmin müəllimləri məcbur edir ki, dərs ilinin əvvəlində özləri bu haqda xahiş ərizəsi ilə rektora müraciət etsinlər. Sual olunur, əgər rektorun və elmi şuranın bu qərarı qanunidirsə, niyə müəllimlər bu haqda xahiş ərizəsi ilə ona müraciət etməlidirlər? Çünki, V.Vəliyev özü də yaxşı başa düşür ki, onun bu qərarı qanuna ziddir və o, ərizə yazdırmaqla özünü sığortalamaq istəyir ki, bir gün yoxlama gəlsə, ya da müəllimlərdən kimsə məhkəməyə müraciət etsə, o desin ki, mən onları 0,5 ştata keçirməmişəm ki, onların özləri ərizə yazıblar. Ümumiyyətlə, onun buna bənzər rəzil metodlardan istifadəsi başqa sahələrdə də olub. Müəllimlərdən bir hissəsi üzüyola adamlardır və dərhal ərizə yazırlar, bir hissəsi isə dirənir və ərizə yazmaqdan imtina edir. V.Vəliyev onlara qarşı görünməmiş təzyiqlər tətbiq edir, böyük dava-dalaş düşür və hələ ki, son nəticədə onlara bir neçəsi istisna olmaqla, ərizə yazdıra bilib. Biz müəllimlərə müraciət edirik ki, belə hallar təkrar olunarsa, heç vəchlə ərizə yazmasınlar və məhkəməyə müraciət etsinlər, qanun onların tərəfində olacaq".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə iş adamı, sahibkar, fermer, biznesmen dövlətimizin yaratdığı münbit şəraitdən istifadə edərək fəaliyyət göstərir, yeni iş yerləri yaradır, milyonlar qazanır, dövlətin büdcəsinə böyük miqdarda vergi ödəyir, xeyriyyəçilik edir, orduya, şəhid ailələrinə yardım edir və s, və i. Bu adamların adı mətbuatda da nadir hallar da çəkilir.
Amma.... Əmması odur ki, Azərbaycanda özünü iş adamı, sahibkar kimi qələmə verən bir Müqayis Verdiyev var. Ki, neçə ildir adı mətbuat səhifələrindən düşmür. Bu adam qaşınmayan yerdən qan çıxartmaq, kimlərisə şantaj etməkdən sanki xüsusi ləzzət alır.
Yuxarıda qeyd etdiyimiz kimi... Sahibkar, iş adamı birincisi, yeni iş yerləri açır, insanları işlə təmin edir... Müqayis Verdiyevdən soruşan lazımdır ki, son 20 ildə neçə iş yeri açmısan, kimləri işlə təmin etmisən, maaş vermisən... Müqayis cavab verməsə də biz cavab verə bilərik. Bəli, Müqayis Verdiyev nəinki sıravi insanları, hətta Qarabağ qazilərini işlədərək pullarını verməyib.
Gördünüzmü, bunun əsl sifətini..?
İkincisi, iş adamları milyonlar qazanır, halal xoşları olsun. Amma... Əmması odur ki, Müqayis Verdiyev digər iş adamlarından daha çox qazanıb. İndi ondan soruşan lazımdır ki, bu illər ərzində dövlətin büdcəsinə neçə manat ödəmisən..?
Müqayis Verdiyev cavab verməsə də biz cavab verə bilərik. Bu özündən razı biznesmen dövlət büdcəsinə bu illər ərzində vergi ödəməkdən yayınıb. Kimin şübhəsi varsa, qoy müvafiq dövlət qurumlarına müraciət eləsin və obyektiv yoxlama keçirilsin. Onda məlum olacaq ki, bu illər ərzində Müqayis Verdiyev vergidən külli miqdarda yayınıb.
Üçüncüsü, yuxarıda qeyd etdiyimiz kimi iş adamları, biznesmenlər adətən xeyriyyəçilik edir, orduya, şəhid ailələrinə yardım edir. Amma tanıyanlar yaxşı bilir ki, bu uzun illər ərzində Müqayis Verdiyev hələ bir adamın bir yaralı barmağına ... məlhəm qoymayıb.
Fikir verdinizmi, Müqayis Verdiyev sadaladığımız heç bir kateqoriyaya uyğun gəlmir. Amma... Əmması odur ki, Müqayis Verdiyev digər halal sahibkarlardan fərqli olaraq insanları aldatmaqla məşğuldur. Bəli, Müqayis Verdiyev insanları aldadaraq onları istismar edir, işlədib pullarını vermir, müxtəlif şirkətlərdən tikinti materialları alır, pullarını vermir.
Bəli, Müqayis Verdiyevin bu gün təkcə fəhlə və ustalara deyil, həm də tikinti materialları şirkətlərinə böyük miqdarda borcu var. Və həmin şəxslər Müqayis Verdiyevi axtarırlar. Hətta həmin şəxslər dövlət qurumlarının qarşısında aksiya da keçirmək istəyirlər.
İndi görürsünüzmü, Müqayis Verdiyev nə qədər insanları dövlətdən narazı salır. Bu adam heç bir sahəni, nə tikinti, nə inşaat, nə də digər sahəni normal bilmir. Çünki təhsili-filanı yoxdur. Əlindən heç bir normal iş gəlmir. Bu adamın bildiyi, özü də yüksək səviyyədə bildiyi bir sahə var: dələduzluq, işverənlik, aldatmaq, atmaq, şantaj, hədə-qorxu, təhdid və s. Yəni bu adam pul qazanmağın ancaq bu yollarını mükəmməl öyrənib.
Bu adam təkcə sadə, sıravi insanlara deyil e, vəzifəli şəxslərə, iri məmurlara da hədə-qorxu gəlir, onları şantaj edir və böyük miqdarda pullar qazanır. Bu adamın amalı, məqsədi çirkli yolla pullar qazanmaqdır. Bu adam təkcə iri məmurları pulla satın aldığını demir. Həm də medianı, mətbuatı əlində saxladığını iddia edir. Harada oturub-durursa, Prezident Administarsiyasındakı xanımların, məmurların adını çəkir, onlara bahalı hədiyyələr verdiyini deyir. Bütün bunlar azmış kimi, bəzi media orqanlarını, hətta müxalifət mətbuatına sponsorluq etdiyini də dilə gətirir.
Bəli, Müqayis Verdiyev dost olduğu, faydalandığı bir neçə icra başçısının üzünə duraraq onları şantaj edib. Hətta həbs olunmalarına da səbəb olub. Bütün bu qanunsuz əməllərinə görə, bir neçə dəfə həbsxana həyatı yaşayan Müqayis Verdiyev deyəsən islah oluna bilməyib. İndi onu yaxşıca islah etmək üçün növbəti dəfə yaxın zamanda hüquq-mühüfizə orqanları lazım olan yerə göndərəcəklər. Hazır ol, Müqayis Verdiyev. İçəridəki icra başçıları səni gözləyir.
P.S. Müqayis Verdiyev, bilirsəndə içəridə ərizə yazmağın işğalı var. Amma sənin üçün deyəsən içərindən də bir reportaj hazırlanır. 
//gundelik-baku.com//

Ardını oxu...

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər Gəncə şəhərində geniş abadlıq-quruculuq işləri aparılır, yeni infrastruktur layihələri icra olunur. Amma buna baxmayaraq Gəncənin İcra başçısı görülən bu işlərdən şəxsi maraqları naminə istifadə edir.
Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin də birgə icra etdiyi layihə üzrə çalışan fələləri istismar etməklə nə onlarla əmək müqaviləsi bağlayıblar nə də ki, əməkhaqlarını verirlər.

Bu haqda  Kəlbəcər, Goranboy və ətraf rayonlardan əməyə cəlb edilmiş fəhlələr tərəfindən video-şikayət göndərilib.

Şikayətçilər qeyd edirlər ki, Gəncənin küçə və prospektlərinin işıqlandırılması sistemi yenidən qurulması ilə nəzərdə tutulan layihədə çalışırıq.Buna baxmayaraq bizimlə nə əmək müqviləsi bağlayıblar nə də ki, rəhbərliyimiz tanımırıq.Məhz buna görədə konkret olaraq kimdən əməkhaqlarımızı tələb edə bilək.Bizə təyin edən başçı isə deyir ki, Xaliq müəllim Bakıdan gələn kimi maaşlarınız verəcəkdir.İndi isə bəhanə edərək bildiri ki, sizin pullarınızı Bəxtiyar müəllim verəcəkdir.O da laçına gedib.
Redaksiya olaraq apardığımız araşdırma nəticəsində məlum oldu ki, sözügedən layihəni Gəncə Şəhər İcra Hakimiyyəti, “Bakı Abadlıq Xidməti ” MMC və Polşanın “The Company Signify Poland sp.z.o.o” şirkəti icra edir.Amma fəhlələr bu genə kimi şikət sahibləri tərəfindən istismar olunduqlarından xəbərsizdirlər.Belə fors-majot vəziyyətdə Dövlət Əmək müfəttişliyi Xidməti eləcə də Dövlət Vergi Xidməti hara baxır?

Prezident İlham Əliyevin son illər diqqət və qayğısı sayəsində regionlarda aparılan abadlıq-quruculuq işlərinə dövlət büdcəsindən ayrılmış olan MİLYONLARLA vəsait bu cür icra başmçıslarına yaxın olan MMC-lər tərəfindən əlbir olmaqla talanıb.
Şikayətçilər mətbuat vasitəsi ilə Prezident İlham əliyev cənablarına üz tutaraq xahiş edirlər ki, əməkhaqlarının veriməsinə aidiyyatı üzrə müvafiq göstərişlər versin.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Vətəndaşların video-şikayətini təqdim edirik:

Dünyanınsəsi.Az

 
 
Ardını oxu...
 

 

“Avtobusda düşəndə azyaşlı övladımı maşın vurdu. Hadisə bu ilin oktyabrın 23-də Suraxanı rayonu, Zığ qəsəbəsində baş verib. Sürücü xəstəxananın xərclərini çəkib, müalicəsi üçün yardım etdi. Övladım 2 ay xəstəxanada yatdı, həkimlər ona yaxşı baxmadılar, buna görə də vəfat etdi”.
 
Xalqxeber.az xəbər verir ki, bunu Meydan TV-yə müalicə aldığı xəstəxanada vəfat edən Hüseyn Cəfərovun anası Yasəmən Cəfərova deyib.

Onun sözlərinə görə, 5 yaşlı oğlunu yaralı vəziyyətdə iki xəstəxanaya aparıblar, amma heç biri qəbul etməyib. Sonra onu Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriblər:
“Uşaq başından, ciyərindən, qabırğalarından zədə almışdı, amma komadan ayıldı. Vuran sürücünün yaxınları müalicəsi üçün pul verirdi. Həkimə dedim ki, uşağın vəziyyət pisdirsə, müalicə edə bilməyəcəksinizsə, daha yaxşı şəraiti olan xəstəxanaya, özəl klinikaların birinə aparım. Həkim dedi ki, yaxşılaşıb, 4 günə palataya köçürəcəm. Qızdırması yoxdur, səhhəti get-gedə düzəlir”.
O bildirib ki, həkimlə danışdığı gün övladı vəfat edib:
“Həkimlə danışdım, uşağın yaxşı olduğunu dedi. Bir neçə saat sonra müstəntiq yığıb vəfat etdiyini xəbər verdi. Uşağım axşamdan ölüb, nə bizə, nə də vuran sürücünün ailəsinə xəbər veriblər. Bizim xəbərimiz olmadan uşağı “morq”a aparıblar. Halbuki, telefonlarımız onlarda vardı. Ölən kimi bizə xəbər vermədən uşağımı niyə “morq”a yerləşdiriblər? Həkim məni arxayın etdi, uşağıma baxmadılar”.
3 saylı Şəhər Klinik Xəstəxananın qəbul şöbəsindən bildiriblər ki, onlar xəstəxanada ölüm baş verən kimi hüquq-mühafizə orqanlarına məlumat verirlər. Mətbuatın suallarını isə yalnız TƏBİB cavablandıra bilər. TƏBİB-dən isə müraiətin araşdırılacağını deyiblər.

 

XalqXeber.Az

Ardını oxu...
DİA.AZ: - "Bakı şəhər Narkoloji Dispanserinin fəaliyyətindəki neqativ hallar barədə indiyədək çox deyilib, çox yazılıb. Dispanserin əvvəlki rəhbərliyi, vəzifəli şəxslərlə bağlı gurultulu həbslər bir yana dursun, elə hazırki baş həkim – narkoloq Qalib Məmmədovun da vəzifəsindən sui-istifadə etməsi barədə internet resurslarında bu mövzuda kifayət qədər ciddi tənqidi informasiyalara rast gəlmək olar". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Həmin məlumatlar doktor Qalib Məmmədovun özü tərəfindən təsdiq və ya təkzib olunmasa da, baş həkimin malik olduğu nəhayətsiz kapital, var-dövlət, mülk-səltənət hər şeydən xəbər verir.
Bizim indilərdə əldə etdiyimiz, amma tibb ictyimaiyyətinə çoxdan məlum olan informasiyaya görə, Qalib həkimin paytaxtda bir neçə özəl klinikası fəaliyyət göstərir. Onlardan ikisi (“Yasamal” və “Medikus” klinikaları) dispanserin yerləşdiyi Yasamal rayonundadır. Haqlı bir sual doğur: Quru maaşa işləməklə, bunca dəyərli daşınmaz əmlaka necə yiyələnmək, onları müasir tibb texnikası və avadanlığı ilə necə təchiz etmək olardı? Cavab bəllidir: Əlbəttə ki, vəzifədən sui-istifadə etməklə, yeyinti və maxinasiyalara yol verməklə, rüşvət almaqla. Doktor Q.Məmmədovun profili isə elə bir sahədir ki, burada əliəyrilik eləmək insanların taleyi ilə oynamaq deməkdir, narkomaniya kimi ağır bəlaya düçar olmuş gənclərin, yeniyetmələrin həyatını korlamaq sayılmalıdır. Bu böyük günahı isə Qalib Məmmədovun arabir “narkomaniyaya qarşı mübarizə” mövzusunda keçirilən tədbirlərdə gözdən pərdə asmaq üçün çıxış etməklə yuması qeyri-mümkündür. Çünki elin gözü tərəzidir. Dispanserin fəaliyyətini qiymətləndirmək üçün çox uzağa getmədən, elə qonşuluqda yaşayan sakinləri dindirmək, müəssisədə ötəri, vizual müşahidə aparmaq kifayətdir.
Dispanserdə xəstələrə pulsuz verilməli olan dərman preparatlarının xəstələrə verilməsi təmin edilmir. Müəssisədə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində müraciət edən şəxslərdən müxtəlif məbləğlərdə pullar rüşvət kimi tələb edilir. Burada müalicə kursu keçənlərin əksəriyyəti yenidən narkotikdən istifadə edərək dispanserə qayıdır. Çünki müalicə kursu tam deyil, psixoloji işlər qaydasında deyil, incidilmə halları var. Xörək normativə uyğun verilmir, döşək ağları təmiz olmur".
Mövzuya qayıdacağıq.
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Abşeronda musiqi məktəbinin 30 müəllimi direktordan şikayət edib.

Onlar dərs saatının azaldılmasını iddia edərək məktəb rəhbərliyindən narazıdırlar.

Söhbət Novxanı kəndi ərazisində yerləşən Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Laçın rayonu, Şəlvə kənd 7 illik musiqi məktəbindən gedir.

Musiqi məktəbinin müəllimləri iddia edirlər ki, direktor Azər Əliyev onların dərs saatını bilərəkdən azaldır. Buna etiraz edənlər isə təzyiqlə üzləşirlər.

İddia edilir ki, adıçəkilən direktor kollektivə qarşı haqsızlıq edir.

Daha ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Son illər yerli icra hakimiyyətlərində aparılan araşdırmalar bir daha sübüt edir ki, tələb edilən rüşvət bir başa icra hakimiyyətinin başçısı tərəfindən “qüvvəyə minir”. GündemXeber.az saytına daxil olan müraciətlərdən biri də məhz bu cür məmur özbaşınalıqlarından və rüşvət tələb hallarından xəbər verir. Belə ki, Nəsimi rayonunda fəaliyyət göstərən kafelərdən biri (adı şərtdir) həyatyanı sahəsində köhnə “palatka”dan yığılmış kabineti sökmək və onu müasir üsulla şüşəli profillə yığmaq üçün rayon icra hakimiyyətinə şifahi müraciət edir. İcra hakimiyyətinin əməkdaşı Kamran adlı şəxs kafeyə gələrək həmən yerə baxış keçirmişdir. Onu da nəzərinizə çatdıraq ki, baxış zamanı həmən palatkanın fotoları da lentə alınıb. Təbii ki, Kamran söz sahibi deyil və arada “gül aparıb, gətirəndir”. Məsələ ilə bağlı bir müddət susqunluq höküm sürsə də yenidən icra hakimiyyəti ilə telefon əlaqəsi yaratdıq. Təklif olundu ki, kafenin sahibi Nəsimi rayon icra hakimiyyətinə təşrif büyürsün.

Bazarın gəlha-gəl vatına bax…

Beləliklə adı hallanan quruma yollandıq. Nəhayət bizi Nəsimi icra hakimiyyətinin təsərrüfat şöbəsində Bağırov Elvin Yaşar oğlu qəbul etdi. Nə üçün gəldiyimizdən məlumatlı olan Baş məsləhətçi özünü rayon rəhbəri kimi göstərirdi. Şəhərsalma və Tikinti Məcəlləsi, Fövqalada Hallar Nazirliyi ilə özü danışaçağını, eyni zaman da onlara çatacaq pulu özü verəcəyini bildirdi. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları ilə çətin razılaşacağını vurğulayan Elvin Bağırov onları “erməni”adlandırdı. Onun dediyinə görə, həmin qurumun əməkdaşları olduqca yüksək məbləğ tələb edəcək. Əslində, bütün danışıqlar cəfəngiyyatdan başqa bir şey deyildi. Əvvəla, sözügedən ərazidə heç bir tikinti aparılmır ki, sadaladıqları dövlət qurumun əməkdaşları hər hansısa problem yaratsın.”Bizə nə qədər verə bilərsiz?” Sualına isə 10.000(on min) manatdan artıq imkan olmayacaq deyə bildirdik. E.Bağırov öz növbəsində isə rəhbərliklə danışdıqdan sonra cavab verəcəyini söylədi. Görünən odur ki, rüşvətə bulaşan baş məsləhətçi vəzifə səlahiyyətindən sui-istifadə edərək, korrupsiya hallarına yol vermişdir.

Vasitəçinin 20.000(iyirmi min) manat tələbi

Təsərrüfat şöbəsinin digər əməkdaşı Kamran adlı şəxslə yenidən telefon əlaqəsi yaratdıq. Qarşı tərəfin tələbi isə olduqca yüksək idi. Onun dediyinə görə rəhbərlik 20000 (iyirmi min) manat rüşvətin qarşılığında razılıq verəcək. Hələ üstəlik tələb olunan məbləğ hazır olsa belə rayon rəhbərliyi “hə” dedikdən sonra işə başlamaq mümkündür.
GündemXeber.az olaraq bildiririk ki, faktları, səs yazıları Dövlət Təhlükəsizlik Xidmətinə təqdim etməyə hazırıq. Digər tərəfdən ölkə başçısı cənab İlham Əliyevin rüşvətə qarşı apardığı amansız mübarizədən nəticə çıxartmayan Nəsimi RİH başçısı Asif Əsgərov öz çirkin əməllərini hələ də sərbəst həyata keçirir.
 
Ardını oxu...
Redaksiyamıza Masallı rayonundan şikayət daxil olub. Masallı şəhər Seybətin küçəsi, ev 38 ünvanında yaşayan sahibkar Azər İsmayılov 2 ildən çoxdur ki, rayon rəhbərliyi tərəfindən ona yaradılan problemlərdən bəhs edir.

Dövlət Başçısına ünvanladığı şikayətində sahibkar qeyd edir ki, icra başçısı ona qarşı bəlli olmayan səbəblərdən qərəzli mövqe nümayiş etdirir.

28 il Rusiya Federasiyasında yaşayan, orada bir neçə il dövlət işində işlədikdən sonra orada sahibkar kimi fəaliyyət göstərib.
GUNDEMİNFO.AZ-a daxil olan müraciətində iş adamı Azər İsmayılov Dövlət Başçısına ünvanladığı şikayətində yazır: "Vətənim Azərbaycana pandemiya dövründə qayıtmışam. 44 günlük Vətən Savaşı dönəmində Milli Ordumuza dəstək məqsədilə 10 min manat vəsait köçürmüşəm. Masallı şəhərinin Seybətin küçəsinin təmiri, asfalt örtüyünün çəkilməsinə kömək göstərmişəm. Küçənin işıqlandırılması üçün lazımi vəsait ödmişəm. Masallı rayonu Əhmədli kəndində iki Qazımız üçün fərdi yaşayış evinin tikilməsini tam olaraq üzərimə götürmüşəm. İki şəhid anasının, Ziba xanımın övladları üçün şəhid muzeyinin inşa olunması üçün yaxından köməklik göstərmişəm. Və etdiyim bütün bunları özümə Vətən qarşısında borcum olaraq hesab etmişəm".
İş adamı daha sonra müraciətində yazır ki, Masallı şəhəri 25 nəfər işçinin çalışdığı 448 kvadratmetrlik ticarət obyektim olub. Həmin obyektdə 250 min manatlıq mal rəsmi olaraq vergi qeydiyyatında olub. "Lakin rayonun icra başçısı Araz Əhmədov rayona icra başçısı təyin edildikdən sonra həmin obyektin fəaliyyətini tam olaraq dayandırmaq barədə göstəriş verdi" deyə iş adamı bildirir.

İş adamı qeyd edir ki, A.Əhmədov 25 iyul 2022-ci ildə rayona başçı təyin ediləndən sonra Dövlət Başçısı ilə görüşü oldu. Dövlət televiziyası vasitəsilə yayımlanan görüşdə Prezidentimiz yeni təyin etdiyi icra başçısına tapşırıqlar verdi. Rayonda əhalinin problemləri ilə yaxından tanış olmaq, sahibkarlara dəstək vermək məsələləri ilə bağlı xüsusi göstəriş verdi.


Cənab Prezident Araz Əhmədova xüsusi tapşırıq verdi ki, Masallıda iş adamları incidilməsin. Lakin icra başçısı təyin edildikdən bir neçə gün sonra Araz Əhmədov mənə qarşı "savaş açdı" deyə müraciət müaəllifi qeyd edir.
İcra başçısı mənə məxsus olan Masallı şəhər Heydər Əliyev prospeki 44/5 ünvanında yerləşən qeyri-yaçayış sahəsi və Masallı şəhəri S.Məmmədov küçəsi 110A ünvanında yerləşən və mənə məxsus olan 0.448 HA olan torpaq sahəsində obyektin fəaliyyətin qadağa qoydu. Bundan sonra həmin ünvanda olan 46 kvadratmetrilk zirzəminin də fəaliyyətinə qadağa qoyuldu.
Eyni zamanda icra başçısı Masallı şəhəri Heydər Əliyev prospekti 44/5 ünvanında yerləşən 26 kvadratmetrlik obyektin də sökülməsinə göstəriş verib.


İş adamı qeyd edir ki, bu günə qədər ona dəyən ziyanın həcmi milyonlarla manat həcmindədir.

Mətbuat vasitəsilə uzun illər Rusiya Federasiyasında yaşayaraq fəaliyyət göstərdikdən sonra Vətənə qayıdaraq öz doğma rayonunda biznes fəaliyyəti ilə məşğul olmaq istəyinin qarşı bəlli olmayan səbəblərdən alınır.

Əslində Azər İsmayılova təzyiqlər kifayət qədər geniş bir mövzudur. Biz sadəcə olaraq ünvanlanan şikayət və Dövlət Başçsından istənilən kömək müraciətindən kiçik bir hissəni təqdim edirik.

GUNDEMİNFO.AZ-a daxil olan şikayətlə bağlı, eyni zamanda iş adamına qarşı bir İcra Başçısının qərəzli davranışlarının səbəbi bizə məlum deyil. Bu səbəbdən də mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Yaxın zamanlarda mövzu ilə bağlı detallı bilgiləri sizlərə təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Dünyapress TV

Xəbər lenti