Ardını oxu...
“Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru, “dişi canavar” ləğəbli Nürəngiz Bəşirovanın keçmiş və hazırki qanunsuz əməlləri barədə “RealMedi.az” veb-saytında və başqa kütləvi informasiya vasitələrində indiyə qədər yetərincə tənqidi informasiyalar getsə də, o, nəticə çıxarmaq əvəzinə yenə öz ampluasındadır.

Xatırladaq ki, sonuncu dəfə saytımızda Beyləqan polisinin həyata keçirdiyi əməliyyatla xəstəxanadan xəlvət yanacaq satan oğruların cinayət başında yaxalanması barədə məlumat vermişdik. Bildirilirdi ki, azı 8 nəfərin saxlanıldığı fakt üzrə cinayət işi başlanılıb. Həmçinin sızan informasiyaya görə, prokurorluqda ifadə verən təcili yardım xidmətinin sürücüləri direktor Nurəngiz Bəşirovanın onlara sığorta pulunu, ehtiyat hissələri və əlavə xərcləri vermədiyinə görə ehtiyac üzündən bunu etmək məcburiyyətində qaldıqlarını bildiriblər. Eləcə də qeyd olunurdu ki, məlum yanacaq oğurluğu hadisəsindən ciddi surətdə narahat olan N.Bəşirova “sudan duru çıxmaq” üçün çabalar göstərir və artıq havadarlarına ağız açaraq onlardan kömək umub. Məlumata görə ki, N.Bəşirovanın yaxın ətrafında olan adamlar dövriyyəyə belə bir informasiya buraxıblar ki, guya direktor xəstəxanadan yanacaq oğurlanması faktını özü aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına xəbər veribmiş. Müşahidələr göstərir ki, bu versiyanın rəsmiləşdirilməsi üçün N.Bəşirova rayon prokurorluğu ilə “dil tapmağa” müyəssər olub.

Hərçənd, bu mövzuda qələmə aldığımız ötən məqalədə ortaya qoyduğumuz suallar hələ də cavabını tapmayıb: Əcəba, humanist bir peşənin sahibi olan N.Bəşirovanın sürücülərin oğurluq etməsinin qarşısını almaq üçün əlində başqa vasitə yox idimi? Onları xəbərdarlıq etməklə, vurduqları ziyanı ödətdirib yalnız işdən çıxarmaqla kifayətlənə bilməzdimi? Bundan başqa, bəs xəstəxanada yaratdığı xüsusi mühafizə xidmətinin qoluzorluları hara baxırdılar, onların işi yalnız direktora cangüdənlik etməkdənmi və yaxud çantasını daşımaqdanmı ibarətdir?

Hələ də inamımızı qırmaq, ümidimizi itirmək istəmirik ki, Azərbaycan dövləti, onun baş prokurorluğu N.Bəşirovanın havadarlarının mümkün təzyiqinə duruş gətirmək gücündədir. Beyləqan rayon prokurorluğuna “ipucu” veririk ki, belə bir xüsusatın da ətrafında araşdırma aparılsın:

Əldə etdiyimiz məlumata və həmin məlumatı təsdiqləyən müşahidələrimizə görə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının uşaq həkimi, yaşı 70-i haqlamış Qənbər Salahov xəstəlik səbəbindən iflic olub, əmək qabiliyyətini tam itirib (Allah şəfa versin). İşə çıxa bilmədiyi halda həmin şəxsin adı ştat cədvəlində gedir, onun adına tabel, əmək haqqı yazılır. Məlumata görə, xəstəxananın heyətində adı maaş cədvəlində gedib, özü işə gəlməyənlər az deyil. O da məlumdur ki, N. Bəşirova dövlətin pulunu “ölü canlara” heç də təmənnasız bağışlamır. Təsdiqini tapacağına qətiyyən şübhə etmədiyimiz bu fakt belə deməyə əsas verir ki, N.Bəşirovanın qol qoyduğu bir növ cinayətin üzə çıxması onu əsla digər növ cinayətlərindən çəkinməyə vadar etmir.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

RealMedia.az
 
 
 
Ardını oxu...
Məlumdur ki, cənab Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün mühüm proqramlar hazırlanıb.
Bəllidir ki, faydalı qazıntı yataqları, neft, qaz zaman keçdikcə tükənir. Bu hər yerdə belədir. Ona görə də dövlətin gələcəyi üçün mütləq digər sektorlar da inkişaf etdirilməlidir.
Azərbaycanda tarixən aqrar sahə ənənəvi olub. Və son illər bu sahəyə, pambıqçılığa, üzümçülüyə, tütünçülüyə, baramaçılığa önəm verilir.
Digər tərəfdən dünyada ən gəlirli sahələrdən biri də turizmdir.
Bir çox dövlətlər il ərzində turizm biznesindən milyardlarla gəlir götürür.
Çox təəssüf ki, hətta yaxın qonşularımızla müqayisədə turizm biznesi bizdə zəif inkişaf edib.
Çox şükür ki, yenə də cənab Ptezidentin təşəbbüsü ilə bu sahədə son illər xeyli irəliləyiş var.
Birincisi, turizmin inkişafı üçün mütləq infrastuktur sahələr inkişaf etməli, rahat yollar salınmalı, otellər tikilməli, servis mədəniyyəti inkişaf etməlidir.
Bütün bunlardan sonra ölkəmizə turist axını ola bilər.
Maşallah, ölkəmizin dilbər guşələri, görməli, istirahət etməli yerləri kifayət qədərdir. Amma…
Əmması odur ki, turist pul xərcləyirsə, yüksək, keyfiyyətli xidmət tələb edəcək, əgər bu olmasa, o turisti bir də ölkəmizdə görə bilmərik.
Məlumdur ki, əhali sayına görə Azərbaycanın dördüncü böyük şəhəri hesab olunan Mingəçevir Kür çayının sahilində yerləşir. Elə şəhərin gəzməli, görməli yeri də məhz bu sahildir. Mingəçevirə gələn qonaqlar, turistlər mütləq Kürün sahilində salınmış parka baş çəkir. Son illər sahildə tikilən otel, kafe və restoranların hər nə qədər istirahət imkanlarının artmasına səbəb olduğu deyilsə də, yerli sakinlərin əksəriyyəti bu vəziyyətdən narazıdır. Səbəb də bu tikililərin çayın içərisinə doğru getməsi, çayın görünüşünün qarşısının alınmasıdır.
Təsəvvür edirsiniz, Kür çayının üzərində tikilən restoranlar, kafelər öz tullantlarını kür çayına buraxır.
Bu hələ harasıdır..?
Kür çayının üzərindəki restoranların tualetləri Kür çayına ifrazat, nəcis axıdır.
Birincisi və ən dəhşətlisi odur ki, Kür çayının suyu bir çox rayonların sakinləri üçün içməli su mənbəyidir.
Biz nə üçün vətəndaşlarımıza nəcis iyi verən su içirtməliyik..?
Yaxud bu iyrənc mənzərəni görən turist bir də Mingəçevirə, ümumiyyətlə, ölkəmizə gələrmi..?
Ümumiyyətlə, bu mənzərəni görən əcnəbilər millətimiz barədə nə düşünər..?
Bəs, televizora çıxan kimi ANA TƏBİƏT deyib, coşursunuz, şeir qondarır, mahnı oxuyursunuz.
Adam olan kəs ANASINI bu günə qoyarmı..?
Ümumiyyətlə, Mingəçevirdə Kürün ətrafı və üstü bəzi məmurlar tərəfindən zəbt, daha doğrusu işğal olunub.
Çayın üzərində müxtəlif adla “Liman” kafesi, “İnci” restoranı və daha nələr fəaliyyət göstərir.
Kürün bir sahilində “Ağsaray” oteli gecə-gündüz işləyir, çirkab sular Kürə axıdılır.
Biz otelin-filanın əleyhinə deyilik. Əksinə yuxarıda qeyd etdiyimiz kimi otellər olmalıdır ki, turist cəlb edə biləsən. Amma otelin normal kanalizasiya sistemi olmalıdır.
Yeri gəlmişkən, Kürün üzərindəki və ətrafındakı obyektlərin çoxunun iş adamı, “Sədərək Yusif” kimi tanınan şəxsə, “Deka” şirkətinə” məxsus olduğu deyilir.
Və bütün bu obyektlərin tikintisinə, Mingəçevir icra hakimiyyəti, Ekologiya Nazirliyi icazə verib.
Təsəvvür edirsiniz, elə ərazilər zəbt olunub ki, birbaşa mühafizə zolağına aiddir.
Heydər Əliyev adına parkın xeyli hissəsi zəbt olunub və ora giriş pulludur.
Yerli sakinlər də buna etiraz edirlər. Amma onların etirazını eşidən yoxdur.
Sakinlər iş adamı Yusif müəllimdən çox şikayət edirlər. Və deyirlər ki, Yusif müəllim deyib ki, camaatın acığına Kürün üstündə ikimərtəbəli şadlıq sarayı tikəcəm.
Bəli, gəlib-gedən icra başçıları Yusif müəllimin pulunu alıb qeyri-qanuni sərəncamlar verirlər.
Sakinlər isə, dövlət qurumlarına, Ekologiya naziri Muxtar Babayevə və başqa instansiyalara şikayət ərizələri yazmaqda davam edirlər.
Biz də bir media olaraq ekonazirdən soruşuruq ki, hara baxırsan, Muxtar Babayev, Mingəçevirdə Kür çayı üfunət iyi verir... //gundelik-baku.com//
 
 
 
Ardını oxu...
Xaçmaz rayon Seyidlər kənd sakini Əhmədova Kəmalə Qanunla.Az informasiya portalına şikayət edərək bildirib ki, gözündə yaranan problem üçün ”Dünyagöz Klinikası”na müraciət edib.

Kəmalə xanım bildirir ki, klinikada onu Nərgiz həkimlə görüşdürüblər.

“Ödəniş edəndən sonra Nərgiz həkim məni müayinə etmək üçün lazımi tibbi aparatlardan keçirdərək məni Yaqub Çevik hoca həkimə yönləndirdi ki, sizi o, əməliyyat edəcək. Yenidən kardioloq müayinəsindən keçdikdən və qan analizləri verdikdən sonra 28.10.2021-ci il tarixində əməliyyat olunacağımı bildirdilər. Əməliyyat masasında gözümün daxilində nəyinsə qopduğunu və çox ağrı hiss etdim. Əməliyyat bitəndən sonra mənə resept yazdılar və yoxlanış üçün 29.10.2021-ci il tarixində dəvət etdilər. Klinikaya gəlib yoxlanışdan keçdim və bildirdilər ki, hər şey yaxşıdır. Beləliklə noyabrın 7-si,12-si, 26-sı müayinə üçün həkim qəbulunda oldum yenidən bildirdilər ki, hər şey normaldır, hətta mən Nərgiz həkimdən soruşdum ki, niyə gözümə linza qoymadılar?

O, bildirdi ki, bizdə xüsusi şüşə var onu gözünüzə qoyub yoxlayacayıq gözdə görüntü görüləndən sonra ikinci əməliyyat edib linza qoyacağıq. Nərgiz həkim daha sonra məni dekabrın 15.12.2021-ci ildə gəlməyi tapşırdı. Dekabrda gəldim ancaq nə Nərgiz həkimi nə də ki, Yaqub həkimi tapdım. Klinikadan bildirdilər ki, həkim sabah işdə olacaq.

Qohumlarımın təkidilə Bakı şəhərində fəaliyyət göstərən məşhur klinikaların birində gözümü yoxlamaq üçün müraciət etdim. Burda göz cərrahı Cahid həkim gözümə baxış keçirəndən sonra bildirdi ki, sizin gözünüzdə böyük problem var əməliyyat uğursuz aparılıb və gözünüzdə tədricən çürümə olacaq. Mən xahiş etdim ki, siz bu problemi öhdənizə götürə bilərsiniz o, bildirdi ki, xeyr, hansı həkim əməliyyat edibsə məsuliyyətini öz üzərinə götürməlidir. Yenidən səhəri gün klinikaya getdim. Yaqub Çevik həkimi yenə tapa bilmədim. Məni hər dəfə bir həkimin qəbuluna saldılar. Boş-boş vədlər verdilər. Gözümdə müntəzəm olaraq ağrılar, şişmələr artmaqda idi. Sonda Dünyagöz Klinikasında Semih həkimin qəbulunda oldum o mənə bildirdi ki, sizin əməliyyatınız uğursuz olub çox təssüflər olsun ki, sizin gözünüzü bərpa etmək olmayacaq. Kəmalə xanım bildirir ki, uğursuz əməliyyat üçün ödədiyim məbləği qaytarmaq üçün etirazımı bildirdim. Məni eşitmək belə istəmədilər. Yaqub Çevik həkimin gözümdə uğursuz əməliyyat apardığı üçün mənə dəyən maddi və mənəvi ziyanı qarşılamasını istəyirəm. Hal-hazırda onun uğursuz əməliyyatı ucbatından görmə qabiliyyətini itirmişəm. Yaqub Çevik həkimin məsuliyyətə cəlb olunacağı günə qədər mübarizəmi aparıb lazımi dövlət orqanlarına məlumat verəcəm”. //aztoday.az//
 
 
 

Ardını oxu...
Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanası ilə bağlı uzun müddətdir ölkə mətbuatında müxtəlif şikayətlər, problemlər dərc olunur. Baş verənblərdən xəstəxana rəhbərliyinin xəbəri olmasına baxmayaraq problemlər və şikayətlər yerində qalmaqda davam edir.

xeberfakt.az-ın xəbərinə görə, MilliYol.az-a daxil olan məlumatada bildirilir ki, Sabirabad Mərkəzi Xəstəxanasının baş direktoru Ənvər Lumanov tibb müəssisininin idarəsini xəstəxananın baş tibb bacısı Lalə Dadoşaya həvalə edib.

Baş direktorun Lalə Dadaşovaya verdiyi külli-ixtiyarı səlahiyyətlər o qədər genişdir ki, xəstəxananın baş həkimi İkram Allahverdiyev belə baş tibb bacısı ilə hesablaşmaq məcburiyyətində qalıb.

Məlumatda qeyd olunur ki, bu gün ölkədə ən çox korrupsiyalaşmış tibb müəsissələrindən biri məhz Sabirabad Mərkəzi Xəstəxanasıdır və xəstəxananın korrupsiya yuvasına çevrilməsinin əsas səbəbi isə baş direktor Ənvər Lumanovun baş həkimi demək olar ki, bütün səlahiyyətlərindən məhrum etməsi ilə bağlıdır. Biz iddia etmirik ki, xəstəxananı baş həkim İkram Allahverdiyev idarə etsəydi, orda korrupsiya olmayacaqdı. Amma fakt odur ki, Ənvər Lumanov xəstəxananın idaredilməsini Lalə Dadaşovaya tapşırandan sonra, tibb müəsissəsi bazara çevrilib.

Saatlı rayonundan olan və uzun müddət dərman firmasında işləyən Lalə Dadaşovanın Sabirabad Mərkəzi Xəstəxanasına gəlib çıxma tarixçəsi də maraqlıdır. Bildirilir ki, Lalə Dadaşova dərman firmasında işlədiyi dövrdə Qaratəpə kənd xəstəxanasında pediatr işləyən Ənvər Lumanovla tanış olub. Məhz bu tanışlıqdan sonra Lumaovla Dadaşova arasında şəxsi iş birliyi yaranıb.
Ardını oxu...
Ardını oxu...
Daha sonra Ənvər Lumanov rayon mərkəzi xəstəxanasının baş həkimi təyin edilib və o 2018-ci ildə Lalə Dadaşovanı doğum şöbəsinə kiçik tibb bacısı kimi işə düzəldib. 2020-ci ilin əvvəlində Ənvər Lumanov Sabirabad Mərkəzi Xəstəxanasının baş direktoru təyin olunub və fevral ayında xanım Dadaşova baş tibb bacısı kimi fəaliyyətə başlayıb.

Məlumatda qeyd edilir ki, bu gün Sabirabad Xəstəxanasında mövcud olan korrupsiyanın başında üç şəxs dayanır. Bunlar baş direktor Ənvər Lumanov, onun sağ əli baş tibb bacısı Lalə Dadaşova və mühasib Rasim Vəliyev. Pandemiya dövründə bu üçlüyün saxta milyonlara imza atdığı deyilir.

Qeyd edilir ki, hazırda Sabirabad xəstəxanasına işə girməyin ən asan yolu məhz Lalə Dadşova ilə görüşüb, razılaşmaqdan keçir. Baş direktorun əvəzindən danışan xanım Dadaşova tez-tez xəstəxana işçilərini belə açıq şəkildə təhqir etməkdən çəkinmir. Xəstəxanaya ayrılan dərmanlar da baş tibb bacısının əli ilə satılır.

Aldığımız məlumata görə Lalə Dadaşova xəstəxana işçilərindən məcburi yığdığı rüşvətlə bağlı bir neçə dəfə narazılıq yaransa da, baş tibb bacısı açıq şəkildə bəyan edir ki, yığdığı pulların çox hissəsi baş direktor Ənvər Lumanova çatır.

Xəstəxanada işləyən hər kəs yaxşı bilir ki, baş direktoru idarə edən, yönləndirən məhz Lalə Dadşovadır. Ona görə də hər kəs baş tibb bacısının qarışısnda məsuliyyət daşıyır və əslində buna heç məsuliyyət daşımaq da demək olmaz. Xəstəxanada həkim çatışmamazlığı da Sabirabad səhiyyəsinin problemlərindən biridir. Çünki həkimlər Lalə Dadaşova ilə anlaşaraq kənarda pul qazanmağa üstünlük verirlər.

Qeyd edək ki, Ənvər Lumanovla Lalə Dadaşovanın və Rasim Vəliyevin pandemiya dövründə həyata keçirdikləri korrupsiya əməlləri barədə növbəti yazımızda oxucularımıza daha ətraflı məlumat verəcəyik.

Ardını oxu...

Quba rayonu Talabıqışlaq inzibati ərazi dairəsinin sakinləri, Xaroşa kəndinin mərkəzinə toplaşaraq, nümayəndəliyin ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarına etiraz ediblər.
Onların sözlərinə görə, kəndin kənarından keçən Vəlvələçayda fəaliyyət göstərən karxanaların ucbatından kənd susuz qala bilər.
Beləki, qum-çınqıl karxanalarının yarıtmaz və dağıdıcı fəliyyətlərinin ucbatından artıq Vəlvələçay bir neçə metr dərinləşib ki, bu da kəndlilərin su ehtiyaclarını ödəməyə ciddi mane olur.
Mövzunu diqqətdə saxlayacayıq....

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
 
Ardını oxu...
Yardımlı İcra Hakimiyyəti ilə bağlı mediyada çoxsaylı neqativ məlumatların intensivləşməsi bu qurumdakı vəziyyətin sadəcə islahatlarla düzələcəyinə dərin şübhə yaradır.
Ayaz Əsgərovun artıq 5 ilik erası başa çatsa da, Rayon İcra Hakimiyyətinin adını yalnız neqativlərlə assosiasiya etdirən iş prinsipindən imtina olunmaması bu təşkilata yönəlik narazılıqları xeyli artırıb.
Mediada yayılan materiallara əsasən, demək olar ki, indiki başçının dövründə haqlı tənqidlərə tuş gələn bütün mənfi cəhətlər Yardımlı rayon İcra Hakimiyyətinin yerli kadırları olan müavinlər sayəsində yeni forma taparaq israrla davam etdirilməkdədir.
Teref.az yazır ki, bunu öz səhiufəsində sosia şəbəkə fəali Əkbər Şadiyev nyazıb. daha sonra Əkbər bəy yazır:
Bunun nəticəsində Yardımlı-da yarıtmaz kadrların yenidən irəli çəkilməsi, vəzifələrə təyinatlarda şəxsi və qohumluq münasibətlərinin əsas götürülməsi, Yardımlının “durğunluq məkanı”na çevrilməsi kimi ciddi nöqsanların aradan qaldırılması əvəzinə, onların stimullaşdırılması müşahidə edilməkdədir.
Buradan gəlinən nəticə belədir ki, Başçının müavinləri Yardımlıda Ayaz Əsgərov “kult”unu yaşatmaqda təkid edir. Belə olan təqdirdə, Müavinlərin qurduğu sistemi demontaj etməyi və iş üslubunu dəyişməyi gözləmək sadəlövhlük olardı. Görünən budur ki, Müavinlər öz rəhbərini “böyük ustad”, hətta daha irəli getsək, “Piri-Mürşid"i kimi görməkdədir. Amma Müavinlər öz rəhbərinə göstərdiyi diqqəti bir az da öz Rayonunun inkişafına, abadlaşmasına, kadırların düzgün seçiminə yönəltsəydi, yəqin ki, indi bu qədər tənqid olunmazdı…
Əkbər Şadiyev
 

Ardını oxu...
DogruXeber.az: - Azərbaycanda kriminal vəziyyət ürəkaçan səviyyədə deyil. Ölkəmizdə xüsusi amansızlıqla törədilən qətl olaylarının sayında ciddi artım müşahidə olunmaqdadır. Baş verən qətllər, talançılıq, soyğunçuluq, oğurluq və s. tipli cinayət əməlləri fonunda isə mütəşəkkil qruplar özlərinin “parlaq dönəmləri”ni yaşayırlar. Bu baxımdan, son illər cəmiyyətin müəyyən kəsiminin ayrı-ayrı kriminal ünsürlərə sevgi ilə yanaşması heç də təsadüf deyil. Hətta vəziyyət o həddə çatıb ki, dövlət məmurları arasında da avtoritetlərin, “qanuni oğru”ların şərəfinə böyük məclislər qurulur, şəninə sağlıqlar deyilir. O cümlədən, rəhmətə gedənlərin hər il anım günləri, doğum tarixləri qeyd olunur. Bu haqda az sonra bəzi faktları təqdim edəcəyik. Bundan öncə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssində baş verən bir hadisə ilə bağlı dəyərli oxucularımıza məlumat verək.

Penitensiar Xidmətin Müalicə Müəssisəsində qalmaqal

“Hürriyyət”in etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, avqustun əvvəlində Penitensiar Xidmətin Müalicə Müəssisəsində 3 məhkum arasında dava düşüb. Belə ki, 1996-cı il təvəllüdlü Bəylərli Zaur Zeynal oğlu və 1990-cı il təvəllüdlü Süleymanov Vüsal İlqar oğlu aralarından düşən mübahisə nəticəsində 1986-cı il təvəllüdlü Məhərrəmov Orxan Nazim oğlunu ölümcül vəziyyətdə döyüblər. Nəticədə Orxanın bud sümüyü sınıb və ağır kəllə-beyin travması alıb. Hazırda məhkumun ölüm ayağında olduğu bildirilir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin (CM) 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə), 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 133.2.6 (işgəncə verməklə törədildikdə), 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və s. maddələri ilə azadlıqdan məhrum olunan Bəylərli Zaur və Süleymanov Vüsal 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhərrəmov Orxan isə CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə 6,6 il müddətinə həbsə atılıb.

Elxan İsgəndərov əvvəlki tarixə sərəncama göndərilib…

Əldə etdiyimiz məlumata görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində baş verən bu kimi hadisələrə birbaşa cavabdehlik daşıyan rəis müavini Elxan İsgəndərov sözügedən olaydan sonra sərəncama göndərilib. Əlbəttə, burda məqsəd heç də E.İsgəndərovu cəzalandırmaq olmayıb. Əksinə, mənbənin sözlərinə görə, Ədliyyə nazirinin müavini, Penitensiar Xidmət rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun oğlunun yaxın dostu olan Elxan İsgəndərov məlum qalmaqaldan əvvəlki tarixə sərəncama çıxarılmaqla, məsuliyyətdən uzaqlaşdırılıb. Yəni döyülən məhkum hazırda ölüm ayağında olduğundan, Elxan İsgəndərov hadisədən 2 gün əvvələ - 01.08.2022-ci il tarixinə sərəncama çıxarılıb ki, Orxan ölsə “sudan quru çıxmağı” bacarsın. O.Məhərrəmov “kəfəni yırtarsa” E.İsgəndərovun yenidən öz vəzifəsinə, yaxud başqa bir yüksək vəzifəyə təyin olunacağı istisna olunmur.

"Oğru ideyaları”nın daşıyıcıları üçün istirahət məkanı…

Əlbəttə, general-leytenant Ceyhun Həsənovun oğlunun dostu, özü ilə birlikdə gətirdiyi E.İsgəndərovu gələcəkdə hansı vəzifəyə təyin edib-etməyəcəyi bizim üçün o qədər də maraqlı deyil. Bu gün bizi düşündürən odur ki, kriminal aləmin üzvləri hansı “xidmətləri”nə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə istirahətə göndərilirlər?! Ən dəhşətlisi isə odur ki, onlar azadlıqda olduğu kimi, içəridə də öz əməllərini davam etdirir, istədiklərini “asıb-kəsirlər”. Əgər belədirsə, bəs məhkumlar necə islah olunmalıdır? Xüsusilə, məlum hadisəni törədən Bəylərli Zaur və Süleymanov Vüsalın "oğru ideyaları”nın daşıyıcıları olduğu haqda informasiyaları nəzərə alsaq, o halda, necə olur ki, onlar eyni vaxtda Müalicə Müəssisəsində toplaşır və digər məhkuma qarşı ölümcül xəsarət yetirirlər?! Bəs, əməliyyat üzrə müavin Elxan İsgəndərov hara baxır?

Onu da nəzərə alsaq ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə ya pulla, ya da tapşırıqla yerləşmək mümkündür, deməli, burda bir sıra qaranlıq məqamlar meydana çıxır. Əlbəttə, "oğru ideyaları”nın daşıyıcılarının müəssisəyə pulla yerləşdirilməsini hardasa başa düşmək olar. Çünki Penitensiar Xidmətin nəzarətində olan həbsxanalarda, eləcə də Müalicə Müəssisəsində “açıq bazar” olduğu haqda bundan öncə də dəfələrlə yazı dərc etmişik. O cümlədən, bu məlumatlar məhkumlar tərəfindən redaksiyamıza daxil olan məktublarda da öz əksini tapır.

Müalicə Müəssisəsinə kimlər yerləşdirilə bilər?

Əgər haqqında söhbət açdığımız Bəylərli Zaur və Süleymanov Vüsal pulla deyil, hansısa kriminal qruplaşma rəhbərinin, avtoritetin tapşırığı ilə Müalicə Müəssisəsinə istirahətə göndərilibsə, artıq bu haqda müvafiq qurumların ciddi araşdırma aparmasına ehtiyac yaranır. Doğrudur, Bəylərli Zaurun alışqanın dəmiri ilə sol qolunu, Süleymanov Vüsalın isə məftillə qarnını bir neçə yerdən cızdıqları bildirilr. Lakin kimsəyə sirr deyil ki, bu cür metodlar sadəcə Müalicə Müəssisəsi rəhbərliyinin işini asanlaşdırmaq məqsədi daşıyır. Əks halda, hər bir məhkum özünə yüngül xəsarət yetirib Müalicə Müəssisəsinə yerləşməyə can ata bilər. Üstəlik, daha ağır xəsarət alan, xəstələnən imkansız və kimsəsiz məhkumların illərlə Müalicə Müəssisəsinin üzünü görmədiyi də kimsəyə sirr deyil. Deməli, belə olduğu halda Bəylərli Zaur və Süleymanov Vüsalı digər məhkumlardan “fərqləndirən” hansısa səbəblər mövcuddur.

1 saylı “zon”un rəisi “oğru”lara yas mərasimi təşkil edib

O ki qaldı bəzi məmurların “qanuni oğru”ların şərəfinə məclislər təşkil etməsinə, mətbuatda dərc olunan informasiyaya əsasən, bir neçə gün əvvəl Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənov azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin ölüm günü ilə bağlı həbsxanada yas mərasimi təşkil edib və ehsan olaraq “çefir” (tünd çay) paylayıb. Məlumata əsasən, mərasimdə məhbusların 80%-i iştirak edib.

Həbsxanada yas mərasimi təhlükəsiz keçsin deyə, E.Həsənov cəzaçəkmə müəssisəsinin bütün işçilərini səfərbər edib və onlara “düzül” əmri verilib.

Jurnalist Samir Feyruzov yazır ki, R.Lənkəranskinin yas mərasimi 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi E.Həsənovun şəxsi tapşırıqları əsasında təşkil edilib.

“Sabah isə – 19 avqust “Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifovun anım günüdür. E.Həsənovun “Lotu Quli”nin ölüm günü ilə bağlı yas mərasimiin təşkil olunması üçün tapşırıq verib və hazırda həbsxanda bununla bağlı hazırlıqlar həyata keçirilir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan islahatlardan kənarda qalan yeganə və ən problemli sahələrdən biri və birincisi məhz Penitensiar Xidmətdir. Azərbaycan qalib ölkə kimi təhsili, iqtsiadiyyatı inkişaf etdirməyi və ordunu daha da gücləndirməyi, maaarifləndirmə prosesini sürətləndirməyi qarşısına əsas mqəsəd qoyub.

Ancaq belə bir şəraitdə əynində zabit rütbəsi daşıyan 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi E.Həsənovun cinayətkarlığı təbliğ etməsi, məhbusları islah etmək əvəzinə, onları kriminallaşdıran üsullara əl atması rəzalətdir və bu, qanunla hüquqi məsuliyyət yaradır.

E.Həsənov vəzifə səlahiyyətlərindən istifadə edərək bütün məhbusları, cəzaçəkmə müəssisəsinin əməkdaşlarını qanundan kənar mərasimlərin keçirilməsinə cəlb edir, havayı ehsan (hələ bu ehsanın hansı pulla verildiyi bilinmir) paylayır”, - deyə jurnalist yazır.

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda cinayətkarlığın artmasının əsas səbəblərindən biri cəzaçəkmə müəssisələrində islah prosesinin aparılmamasıdır. Ona görə də məhbuslar azadlığa çıxandan sonra yenidən cinayət törədərək həbxanaya yollanırlar.

Bu prizmadan yanaşsaq, bəzi həbsxana rəislərinin öz vəzifələrinin öhdəsindən layiqincə gəlmədiyi şübhə doğurmur. Mərhum dövlət başçısı Heydər Əliyevin məşhur bir fikri var: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Çox təəssüflə qeyd edilməlidir ki, bu gün məhkəmələr cinayətkarlar barəsində cəza tətbiq etsə də, onların bir qrupu Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində azadlıqda olduqlarından daha yaxşı həyat yaşayırlar. Bu isə, şübhəsiz ki, ölkədə “oğru dünyası”na marağı daha da artırır. Və son dönəmlər Azərbaycanda kriminal şəbəkələrin çox ciddi şəkildə baş qaldırmasına da məhz bununla aydınlıq gətirmək olar. //hurriyyet.az//

Ardını oxu...
 
 

 
"Samuxun icra başçısı Alı Qocayev təkcə özü yox, bizi də qocaldır. Rayonu elə hala salıb ki, bu gün Samuxda kimsə daşı daş üstünə qoymaq istəmir. Camaatın əli hər şeydən soyuyub. Bunun səbəbi isə Alı Qocayevin özbaşınalığıdır. Rayonda ev tikmək üçün gərək, ona HAQQ ÖDƏYƏSƏN..." DİA.AZ bildirir ki, bu ifadələr Samux sakinləri adından edilən müraciətdə yer alıb.

 

Daha sonra narazı vətəndaş bildirir: "10 ildir Samuxu Alı Qocayev idarə edir. İdarə edir deyəndə, əslində TALAYIR... Etiraz etmək də olmur.. Keçən səfər Qarabağ Qazisi özünü yandırmaq məcburiyyətində qaldı...

Dərhal ağzıgöyçəklər ortaya çıxıb dedilər ki, bəs qazimizə filan-filan yardımlar edilib. Bunlar onsuz da olmalı idi... Niyə minnət qoyurlar ki? Məsələ ondadır ki, dövlət Qazimizə dəstək olsa da, bu dəstəyi çatdırmalı olan qurumlar - başda Alı Qocayev olmaqla elə bir sifət alırlar ki, sanki dədələrinin malına əl uzadan var.

Bu adamlar dövlətin puluna dədə malı kimi baxdığından bu gün Samux rayonunun dizi tam yerə gəlib. Dia.az saytı vasitəsilə ölkə rəhbərliyindən kömək istəyirik...

Bizi tək qoymayın. İmkan verməyin QOCAYEV BİZİ QOCALDIB ÖLDÜRSÜN..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti