Ardını oxu...
Təkrar-təkrar yazmağa məcburuq ki, Azərbaycan səhiyyəsinin üzərində çox zərərli və çirkin eksperiment aparılır. İslahat adı altında Səhiyyə Nazirliyinə alternativ olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, sonra isə onun nəzdində TƏBİB deyilən ( Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) qurum yaradılır.
Biz bir media olaraq zaman-zaman yazmışıq ki, eyni sahə üzrə pararlel qurumların olması çox zərərlidir. Birincisi, ona gərə ki, vətəndaşlar bu qurumların arasında qalır, o bir teatrda deyilən kimi, şap elə bilir şupdadır, şup elə bilir şapdadır.. Və bu məsələdə vətəndaşlar olmazın əziyyətini çəkirlər. Biz vaxtilə onu da qeyd etmişdik ki, paralel qurumlar həm də dövlət büdcəsinə ziyan vurur. Yeri gəlmişkən, bir neçə gün əvvəl qardaş Özbəkistanda nazirlik və komitələrin sayının 2-3 dəfə azaldılması qərarı verildi. Biz əhalimizin sayına və ərazimizə görə, Özbəkistandan bir neçə dəfə balacayıq.
Biz də bir dövlət olaraq büdcənin BELİNDƏ, BOYNUNDA oturan dövlət qurumlarının sayını azaltmalıyıq. Dövlət aparatını bu boyda şişirtmək olmaz. Lap loru dildə desək, Səhiyyə Nazirliyi varsa, TƏBİB, yaxud əksinə TƏBİB varsa, Səhiyyə Nazirliyi nəyə lazımdır..?
Bunun birini ləğv edin, həm camaatın canı qurtarsın, həm də dövlət büdcəsinin xərci azalsın. Söhbət təkcə səhiyyə sferasından getmir ee... Məsələn, mədəniyyət sahəsini götürək. Bu sahədə rüşvət və korrupsiya dəhşətli həddə çatıb, naziri qoyub 1 il sonra çıxarırlar. Amma buna baxmayaraq hər bir rayonda mədəniyyət şöbəsi olduğu halda, Allah qoymasa, üstəlik 2-3 rayonu birləşdirib Regional Mədəniyyət Mərkəsi yaradırlar, onlara yer, əmək haqqı, xidməti maşınlar verirlər. Bu mədəni formada büdcəni talamaqdır. Axı, Azərbaycan bir quberniya boyda deyil, bu qədər quruma, bu qədər məmura nə ehtiyac var ? Bir misal da çəkib kifayətlənək.
Təsəvvür edirsiniz, Azərbaycanın Mərkəzi bankı üçün tikilən yeni bina Rusiya Federasiyasının bankının binasından az qala 5 dəfə böyükdür. Nə isə əsas mövzudan yayınmayaq. Söhbət Sabunçu rayonundakı 3 saylı Tibbi Mərkəzin fəaliyyətindən gedir. Qısa da olsa məlumat verməyə məcburuq ki, TƏBİB rəhbərliyinin apardığı qondarma islahat nəticəsində rayonlarda Ərazi Tibbi Bölmələri yardılıb. Bakının rayonlarında isə rayonun ərazisindəki xəstəxanalar, poliklinikalar birlşdirilərək Tibbi Mərkəzlər yaradılıb.
Təsəvvür edirsiniz Doğum evi ilə Stomatoloji Poliklinika bir mərkəzdə birləşdirilib. Ötən yazılarımızda Nərimanov Rayon Tibb Mərkəzinin və onun direktoru Fazil Alməmmədovun yarıtmaz faəliyyətindən bəhs etmişdik.
İndiki yazının mövzusu isə Sabunçu Rayon 3 saylı Tibbi Mərkəzdir. Məlumat üçün qeyd edək ki, Sabunçu rayonu ərazisində 246 min insan yaşayır, bu rayonda 18 tibb müəssisəsi var, bu tibb ocaqlarında 751 həkim, 1730 orta tibb işçisi fəaliyyət göstərir və çarpayı sayı 1254-dür. Sabunçu ƏRAZİ TİBB BÖLMƏSİNƏ aşağıdakı xəstəxanalar daxildir: 8 nömrəli Birləşmiş Şəhər Xəstəxanası 5 nömrəli Uşaq Yoluxucu Xəstəxanası 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası 4 nömrəli Vərəm Əleyhinə Dispanser 3 nömrəli Uşaq Stomatoloji Poliklinikası 11 nömrəli Şəhər Poliklinikası 22 nömrəli Uşaq Poliklinikası 2 nömrəli Doğum Evi 22 nömrəli Şəhər Poliklinikası 28 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Kürdəxanı Sağlamlıq Mərkəzi 12 nömrəli Şəhər Poliklinikası 36 nömrəli Şəhər Poliklinikası Həkimlərin Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə Klinikası 3 nömrəli Şəhər Klinik Xəstəxanası 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Zabrat Müalicə Diaqnostika Mərkəzi 21 nömrəli Şəhər Poliklinikası İndi isə bu xəstəxanalrın bir hissəsini birləşdirib 3 saylı Tibb Mərkəz yaradıblar. Və Mərkəzə 2 nömrəli Sabunçu Doğum Evini, Maştağa Ruhi Dispanserini və digər tibb müəssisələrini tabe ediblər. Mərkəzin direktoru isə Fikrət Zeynalovdur. Bizim Fikrət Zeynalovla, onun mərkəzdə çalışan qohumları, yaxınları, doğmaları ilə işimiz yoxdur. Bizim iradımız odur ki, Mərkəzin həkimləri əmək məzuliyyətində olduğu halda nə üçün hər gün işə gəlib-gedirlər ?
Onların məqsədi nədir..?
Mərkəzin şöbə müdirləri Qaracayev İlqar, Quliyev Heyran, Abdullayev Ədalət necə olur ki, hər dəfə yoxlamadan quru çıxırlar..?
Nə üçün bu şəxslər qanunsuz əməllərinə görə, həbs olunmurlar..?
Təsəvvür edirsiniz 3 saylı Tibb Mərkəzdə bir çox vətəndaşlar hərbi qulluqdan yayınmaq üçün külli miqdarda pul verib arayış alırlar. Sonra 3 saylı Tibbi Mərkəzdə narkotik xəstələri ilə bağlı baş verən cinayət əməlləri də diqqətdən yayınmır. Bütün bunlar və digər cinayət əməlləri ilə bağlı növbəti araşdırma yazısında bəhs edəcəyik.
Növbəti sayımızda 3 saylı Tibbi Mərkəzdə, Nevrologiyadakı xəbər daşıyan Zema xanımın, Baş həkimin köməkçisi Firdovsinin, xəstəxananın yeməkxanasından oğurlanan ərzaq məhsullarının Kürdəxanıda satılmaq üçün hansı marketə boşaldılmasından, xəstəxananın yeməkxanasının yeni müdiri Aynur kişinin iş fəaliyyətindən, Mahirlə İlqarın və Xəqaninin xəstəyə sağlam arayışı verməsindən və arada olan narazılıqdan bəhs edəcək yazı dərc edəcəyik. Hətta Baş həkimin qohumlarının kimliyi və ya aptekin müdiri Müşviqə xanımın, Şövkət xanımın, Aynurun, Mürsəlin, (Gərayın dayısı oğlu) Sədaqətin, anbardar Yaqutun, kirvə Zəminənin, parkovşik Farizin, böyük tibb bacısı Sevil xanımın, lor Arzunun, Əsmərin, Kəmalənin, rəfiqə Vəfanın, rengen Heyranın və başqalarının qohumluq münasibətlərinə aydınlıq gətirəcəyik.
P.S. Xatırlatma: Bir nəfərin kürəkənindən xahiş edirik ki, işimizə müdaxilə etməsin, əks halda rəhbərlyinizə məlumat veriləcək.
 //gundelik-baku.com//
Ardını oxu...
Bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyinə tabe "Aqroservis" ASC-də narazılıqlar yaşanırdı.
İşdən çıxarılan şəxslərdən bir neçəsi əllərində olan mənimsəmə faktlarını əks etdirən rəsmi sənədlərlə Prezident Administrasiyasına getməyi planlaşdırırdılar.Bir neçə gün sonra nədənsə bundan imtina edildi.Hazırda isə qrumun bölgələrdə yerləşən bölmələrindən edilən şikayətlər şoxluq təşkil edir,saytların elektron poçtuna məlumatlar göndərilir.

Faktinfo.az xəbər verir ki, narazılıqlar artıq "Aqroservis" ASC-nin regional idarələrinə də sirayət edib,idarəçilik demək olar ki,itib.Bu qrumdan ölkə rəhbərliyinə ünvanlanan şikayət məktublarının sayı da durmadan artır. "Aqroservis" ASC-nin Qazax bölməsin mühasibinin qanunsuz işdən çıxardılması,Ağstafa bölməsinin mühəndis-mexanikinin şərlənərək vəzifəsindən kənarlaşdırılması, "Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsi rəisinin sıxışdırılması kimi onlarla hallar çoxlarını qələmə "sarılmağa" vadar edib.Yevlax,Kürdəmir,Ucar bir sözlə Aran bölgəsi daxil olmaqla bu qrumdan olunan şikayətlərin sayı-hesabı yoxdur.

"Hərə öz başına çarə qılsın" prinsipini əsas götürən regional idarələrin rəisləri, regional idarələrə tabe rayon bölmə müdirləri imkanlarından yararlanmağa çalışırlar.Bu isə təşkilatlarda iş ahəngini pozur. Rəhbər şəxslər idarələrin balansında olan texnikalardan,gübrə və digər ləvazimatlardan istifadə edərək, insanların əkə bilmədiyi 50 hektarlarla torpaqları əkib,gəlir götürürlər.

Gübrə oğurluğu fikrnə düşənlər də var.Məsələn,danışılan fikirlərə əsasən,Ağstafa bölməsində pul qazanmağın "orjinal" variantının tətbiqinə yol verilməyib.1500 gübrə kisəsinin hər birindən 2 kiloqram götürülməsi fikiri gülüş obyektinə çevrilib.Təssüf doğuran odur ki,belə "kreaktiv" fikirli şəxs nazirlik,"Aqroservis" ASC tərəfindən himayə olunur.Və yaxud,digər rayon bölməsində kartof çıxaran mexanizim satılır,başqasına aid gübrə satışı tutulur vəs. Bərbad idarəçiliyin ört-basdırı isə "gözədən pərdə asmaq üçün" "Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin rəisi Azər Əliyevə verilən töhmətlə yekunlaşır.

O ki, qaldı 2023-cü ilin bir sıra təxminlərinə və maliyyə təftişinə Kənd Təsərrüfatı nazirliyində,eləcə də "Aqroservis" ASC-kimi strukturlarında müəyyən təlatümlərin olacağı gözlənilir."Aqroservis" ASC-nin sədri Elmin Rəhimova gəlincə,o da bunları təxmin etməmiş deyil.

Bu sıralamaya gübrə satışından,maşın və mexanizmlərin icarə müqaviləsi əsasında verilməsindən gələn mənfəətin vəs. inzibati binaların icarəsinə,mexanizmilərin ehtiyyat hissələrinin alınmasına və digər xərclərə istifadə edərkən səmərəli istifadə olunub-olunmaması da aiddir.
ARDI VAR
FAKTİNFO.AZ
Ardını oxu...
Bir il qabaq Bakı İnzibati Məhkəməsində cavabdehlər DİN və ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı, 3-ü şəxs Maliyyə Nazirliyi olmaqla, “pensiyanın qanunvericiliyin tələblərinə uyğun hesablanması, MƏHKƏMƏ TƏMİNATI HÜQUQUNA QADAĞANIN ARADAN QALDIRILMASI, Prezidentə müraciətə görə 30 milyon tələb edilməsinə hüquqi qiymət verilməsi və dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələbi ilə iddia qaldırıb, (1.) tabur komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun , düzgün hesablanmış yeni hesablama vərəqinin DİN-dən ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi ; (2.) işdənçıxarma müavinətinin, geyim-əşya kompensasiyasının, sığorta ödənişinin, məzuniyyət – ezamiyyət pulunun , sanatoriya yollayışı əvəzində kompensasiyanın, xidməti davam etdirməyəcək dərəcədə aldığım xəsarətə görə birdəfəlik kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh DİN-in üzərinə qoyulması; (3.) Prezident fərmanı və sərəncamı ilə müəyyən edilmiş toplam aylıq 40 manatın, NK-nın qərarı ilə 10 ildir artan ərzaq payı əvəzinə aylıq müavinətin, pensiyaya 20 faizlik əlavənin hesablanıb verilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması; (4.) mənəvi ziyan olaraq cavabdeh DİN -in məndən tələb etdiyi məbləğin -30 milyon manatın DİN DQ-dən tutulub hesabıma ödənilməsi haqqında qərar qəbul edilməsini diləmişəm. Fərqləndirici şriftdən yararlanmağım məhkəmənin (hakim Orxan Həsənov) iddia tələbimi cavabdeh DİN -in artıq keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilovun sifarişi ilə saxtalaşdırmasından , ciblərinə uyğun formulə etmələrindən qaynaqlanır. Bəyəm məhkəmənin iddia tələbini özbaşına özünə uyğun göstərmək, cavabdehin (DİN) adını cavabdehlikdən çıxarmaq, 3-cü şəxsin adını , ümumiyyətlə, görməzliyə vurmaq hüququ, ixtiyarı var? Hakimə etirazım da sədrə verilməyib və etirazımın sonucu da bilinmir. Süründürməçilikdən bezib qanunverici orqanın hüquq siyasəti və dövlət quruculuğu komitəsinə, Məhkəmə-Hüquq Şurasına müraciət etdim və 20.06.2022-ci ildəki mümkünlük iclasında iddia mümkün sayılaraq, cavabdehlər üzrə tələblərin ayrılması barədə qərardad qəbul edildi. Daha 3 ay keçdi və 5 noyabr 2022-ci ilə hazırlıq iclası təyin olundu, ağır durumda yataqda olduğumdan, 1-ci dərəcəli Qarabağ əlili kimi İPM-in 31.1-ci maddəsinə uyğun olaraq Konstitusiyanın 61-ci, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsinə əsasən dövlət hesabına vəkillə təminatıma vəsatət ver(miş)dim. Hakim Orxan Həsənov vəkilə ehtiyac olmadığını, özünün qanuna uyğun olaraq 1-ci dərəcəli Qarabağ qazisinə hüquqi yardım etməyə borcu olduğunu de(miş)di. Növbəti hazırlıq iclasının 12.12.2022-ci ilə təyin edilməsini 05.11.2022 tarixli sms-bildirişdən bildim. 10.11.2022-ci ildə elektron ünvanıma göndərdiyi 2 məktubla Orxan Həsənov İPM-in 13 və 48-ci maddələri əsasında mənə “hüquqi yardım” edəndə “ cavabdeh DİN-in saxta vəkili və nümayəndəsi Əlirza Həbilova vəkillik etməsi bir daha bəlli oldu. Hakim iddia tələbimi saxtalaşdırıb, 15.02.2019 tarixli Şəki İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması haqqında qərardadının hələ də qüvvədə olduğunu və bu səbəbdən hazırkı iddia tələbimin əvvəlki ilə eyni olub-olmadığına , eyni deyilsə, 2011-ci ilə kimi iddia müddətini ötürməyim “hüquq yardım”ına məhkəmənin elektron poçtuna uyğun sənədləri qoşmaqla cavab verdim ki, 1-cisi, 15.02.2019-cu ildə Şəki İnzibati-İqtisadi Məhkəməsində qərar qəbul edilmədiyi, iclasın növbəti tarixə təyin edildiyi e-məhkəmə portalından sübut olunur ; 2-cisi, iddia tələbinin eyni olub-olmadığından asılı olmayaraq, Ali Məhkəmə Plenumunun “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015 tarixli 5 saylı qərarının 8.3 bəndi (“İDDİANIN MÜMKÜN SAYILMAMASI HAQQINDA QƏRARDAD, YENİDƏN MÜMKÜNLÜK ŞƏRTLƏRİNƏ ƏMƏL ETMƏKLƏ, EYNİ PREDMET ÜZRƏ İDDİA QALDIRMAQ İMKANINI İSTİSNA ETMİR”) iddiamı mümkün sayır; 3-cüsü, 20.06.2022-ci ildə mümkünlük iclası keçirilib və icraatın ayrılmasına qərar verilib və s.
12 dekabr 2022-ci ildə hakim Orxan Həsənov qərəzli sifarişlə iddianın mümkün sayılmaması haqqında qərardadını “Şəki dövləti” adından elan etməklə ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun 15.02.2019 -cu il tarixli Şəki İnzibati-İqtisadi Məhkəməsinin köhnə tarixə tərtib olunan “bic” qərardadının olduğunu bir daha qüvvəyə mindirdi. Hələ də - bir aydır - ən geci 5 günə verilməli olan qərardadın verilməsindən imtina edilir. Deyəsən, “Şəki dövləti” adından çıxarılan qərardad qətidir, şikayət verilə bilməz, təfsir oluna bilməz , yalnız ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qərardad kimi tövsif oluna bilər. Necə ki, təfsir olunur, hüquqi presedent qüvvəsindədir.
Artıq nöqtə qoyub, imzanı atmağın çağıdır. “İmza öncəsi”-
P.P: 15.02.2019-cu il tarixli “bic” qərardadın “ixtiraçısı”, “yiyəsi” İLQAR CABBAROV hüquq(suz) aktını Ali Məhkəmədə, Konstitusiya Məhkəməsində , Məhkəmə-Hüquq Şurasında elə “patentləşdirib” ki, 3 illik “rüşvət hakimliyi ödülündə” Xızı rayon məhkəməsinə sədr təyin edilib. (???)
Məğrur Bədəlsoy
Teref.az
Ardını oxu...
 
 
 
Ardını oxu...
Prezident İlham Əliyevin göstərişi ilə şəhər və rayon icra hakimiyyətlərində yaradılan Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbələrinin fəaliyyəti davam etdirilir. Amma Qəbələ rayonunda bu qurum fəaliyyətsizlikdə ittiham edilir.
TEREF.AZ bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına Qəbələ rayonun Uludaş kəndindən olan Qazimiz İsrafilov Zaur Yaşar oğlu tərəfindən video-şikayət göndərilib.

Ardını oxu...
Belə ki, şikayətçi qeyd edir ki, 44 günlük Vətən müharibəsinin iştirakçılarıdır.O, Ağdərə rayonun “Suqovuşan” və “Talış” kəndinin azad edilməsində iştirak edib.Döyüş əməliyyatı zamanı ağır yaralanaraq hosbitala yerləşdirilib.Hazırda 2-ci qurup əlildir.
Şikayətçimizin əsas problemi ondan ibarətdir ki, yaşadığı evin təmirə ehtiyacı var.Buna da onların nə ailə üzvülərinin maddi imkanı çatır nə də ki, özünün.
Qazimiz onu da qeyd edir ki, bu məsələ ilə bağlı dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısına çoxsaylı müraciətləri olsa da ona heç bir köməkdarlıq edilməmişdir.
Bu gün dövlətimizin başçısının göstərişi sayəsində Şəhid ailələri və Qazilərin bir çoxu özünüməşğulluq proqramına cəlb edilib, yüzlərlə şəhidin ailə üzvü və qazilərimiz işlə təmin olunub. Şəhid ailələrinin və qazilərimizin mənzil-məişət şəratinin yaxşılaşdırılması, imtiyazlı şəxs kimi mənzil uçotuna alınması istiqamətində işlər aparılmaqdadır.
Redaksiya olaraq inanırı ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bu şaxtalı soyuq havada şəraitsizlik üçbatından əziyyət çəkən xəstə qazimizin evinin təmir edilməsinə köməkdarlıq edəcəkdir.
Qazimizin video-şikayətini təqdim edirik:

 
 
 
Ardını oxu...
61 saylı Neftçala seçki dairəsinin sədri Zaur Kərimov haqda bu günlərdə məlumat dərc etmişdik. Dairə sədrinin oğlunun qalmaqalı yer alan həmin məlumatdan sonra redaksiyamıza Neftçala rayonunun bir qrup fermeri tərəfindən məktub daxil olub. Reportyor.info-ya müraciət edən fermerlər Z.Kərimovun dairə sədri olmasına baхmayaraq əsl torpaq bazarı açdığını bildirirlər. Müraciətdə bununla bağlı konkret faktlar yer alıb:”Həsənabad qəsəbə sakini İsayev Asif Əmiraslan oğlu ilə iş birliyinə girərək, rayonun müxtəlif ərazilərində ona torpaq sahələri verib gəlirin on faizinə şərik olub.
Ötən il Kürağzı dövlət fond torpağında, dənizin qorunma zolağında Ələkbərov Sərvər Sərdar oğluna hektarı 70 manatdan olmaqla 250 hektar torpaq satıb. Halbu ki, həmin ərazidə Zaur Kərimovla anlaşmadığı üçün İsbat Bayramov adlı fermer haqda inzibati tədbir görülmüşdü. Bu il isə, N saylı hərbi hissənin ərazisini şumlatıraraq əkin sahəsi kimi satmaq istəyir. Torpağın icarə müqaviləsi bitən fermerlərdən 1500 manat pul alaraq torpağın qanunsuz istifadəsinə şərait yaradır. Belə fermerlərdən biri rayonun Boyat kənd sakini Z. Kərimovla bu yaxınlarda eyni qiymətə anlaşıb. Lerik obasında Tofiq adlı şəxsin əli ilə fermerlərdən qanunsuz olaraq xərac yığır. Xol qəsəbəsində isə eyni işi Z. Kərimovun Vüsal adlı adamı görür. Birinci Mayak ərazisində Rəsul adlı şəxs Zaurla anlaşaraq 300 hektar ərazini əkir. Həmin ərazinin bələdiyyə sədri Nağıyev İmamnəzər Z. Kərimovun maxinasiya ortağıdır”.
Rayon fermerlərinin sözlərinə görə Zaur Kərimov torpaq bazarlıqlarını açıq aşkar DSK binasında aparır və bütün fəaliyyətini icra başçısı ilə razılaşdırdığını bildirir. Onu məntəqələr formalaşarkən topladığı pullar və DSK üçün büdcədən ayrılan vəsaitlərlə bağlı əməliyyatlarını növbəti yazımızda dərc edəcəyik. //Reportyor.info//
Ardını oxu...
Etibarlı mənbədən redaksiyamıza daxil olmuş məlumata görə, 2023-ci il Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin karyerasının sonunu gətirəcək. Çünki arxada qalan 2022-ci ildə o, həmişəki korruptiv əməllərindən başqa, həm də çox ciddi səhvə yol verib.

Mənbənin verdiyi informasiyaya görə, keçən il Prezident İlham Əliyev Qarabağa səfərlərindən birində kortej keçdiyi Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun Beyləqan – Ağcabədi nahiyəsində “Azərbaycan Əsgəri” abidəsini ötəndən sonra yerli sahibkara məxsus yolüstü restoranda qısamüddətli dayanmalı imiş. Qabaqcadan müəyyən olunmuş reqlamentə görə, yol hərəkətinin tənzimlənməsi işləri görülür. Lakin bir neçə saat öncə məlum olur ki, seçilən iaşə obyektinin yol ilə arasında qalan torpaq sahəsi asfaltlanmaya ehtiyaclıdır. Bu işin yerinə yetirilməsi qalan vaxt ərzində mümkün olduğu üçün Prezident Administrasiyasından göstəriş alan vəzifəli şəxslərdən biri RİH başçısı Asif Ağayevə zəng vurur. Amma dəfələrlə zəng vurulmasına baxmayaraq, aşağıdan yuxarı bütün müraciətlərə laqeyd yanaşmağı vərdiş eləmiş Asif Ağayev telefonu açmır ki açmır. Başçının hərəkətsizliyi barədə Administrasiyaya məlumat gedəndən sonra rayon rəhbərinin əvəzində bu məsul işi öz üzərinə Beyləqanda nüfuzu olan başqa bir vəzifəli şəxs götürür, yerli asfalt zavod müdirlərinə, yol inşaatı funksionerlərinə xahiş edir, vədə tamam olana kimi məsələni yoluna qoyur. Kortej həmin məkana çatana yaxın Asif Ağayev də gəlib hər şeyin qaydasında olduğunu görür.

Qeyd olunur ki, həmin hadisədən sonra Asif Ağayevin vəzifədən getməsi netləşib. Amma itirəcəyinin təkcə vəzifə kreslosundan ibarət olmayacağını başa düşən başçı xahiş-minnətlə möhlət götürüb və işdən kənarlaşana kimi bir çox kəm-kəsirini ödəyəcəyini vəd edib.

Mövzuya qayıdacağıq.

RealMedia.az
 
Ardını oxu...
Deməli, Ağstafa rayon icra hakimiyyətindən altı nəfər Vətən müharibəsinə çağırılıb. Lakin çağırış vərəqəsi gələnlərdən cəmi biri döyüşlərdə sona qədər olub. O da Ariz Qədiməliyevdir. Ağstafa İH aparatının sözügedən işçisi 44 günlük savaşda axıra qədər cəbhədə olsa da, digərləri geri çağırılıb. Guya həmin şəxslərə İH-də ehtiyac olduğuna görə işə qayıdıblar. Görəsən Ağstafa İH-də müharibədən daha vacib nə iş olub ki, onları geri çağırıblar?
Sadəcə, sual meydana çıxır – Agstafanın 1 saylı orta məktəbinin direktoru olmuş şəhid Elvin İmaməliyevə məktəbdə ehtiyac olsa da, nədənsə səfərbərlikdən saxlanılmadı, amma İH-nin işçiləri geri çağırıldı?

Bundan əlavə, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun tapşırığı ilə hüquq şöbəsinin müdiri Qayıb Hadıyevin səfərbərlikdən yayındığı iddiaları səslənməkdədir. Bu faktın özü də araşdırılmalıdır.

Mənbə Fb:Arifə Əliyeva //dunyanınsesi.az//
 
 
 

Ardını oxu...
 
 

 
İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı video çəkərək narazılıq edən müəllimə məsələ ilə bağlı açıqlama verib.

 

Həmin müəllimə qeyd edib ki, video iki-üç ay əvvəlin olub, amma o, bunu yayanlara təşəkkür etdiyini deyib:.
“Sosial portallarda mənim haqqımda videolar yayıldı. Əslində bu, iki-üç ay öncə çəkilmiş video idi. Bunu kim yaydısa, bilmirəm. Allah köməyi olsun, xeyirimizədir. Bu gün mən məktəbin problemlərini gizlədirəmsə, mənə ayıb olsun. Amma siz gizlədirsinizsə, sizə ayıb olmasın, eləmi? Ona görə də mən bir qarabağlı olaraq və bu məktəbə elə-belə gəlmədiyim üçün bunu etməli idim”.

Müəllim direktordan narazılıq edərək deyib ki, direktor müəllimin məşhurlaşmaq üçün bu videonu çəkdiyini qeyd edib:

“Direktor orada işlətdi ki, Leyla müəllim məşhurlaşmaq istəyir. Mən o direktora buradan demək istəyirəm ki, mən müğənni deyiləm, məşhurlaşam. Nə oldusa, siz o məktəbə gələndən sonra oldu. Siz orada banda yaratdınız, təhsilin də səviyyəsi aşağı düşməyə başladı. Boynunuza alın ki, yeganə müəllim mənəm ki, məktəbə gəldiyim ilk ildən şagirdlərimin nəticələri yüksəkdir. Bunu heç yerdə demədiniz, amma mən məktəbini vəziyyətini dedim deyə, Leyla müəllim məşhur olmaq istəyir ifadəsini işlətdiyiniz, üçün gəlib baxsınlar ki, kimdir yaman? Mən şagirdlərə görə hər şey edəcəyəm”.

Daha ətraflı videoda:

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti