Ardını oxu...
Qax rayonu, İbaxlı kənd sakini Abdurahmanova Vüsalə Firudin qızı tərəfindən ölkə rəhbrliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Mən, Vüsalə Abdurahmanova 2012-ci ildə Qax rayonun Qıpçaq kənd sakini Osmanov Rüstəm Rafiq oğlu ilə ailə həyatı qurmuşdum. Hazırda 9 yaşında Zəhra və 7 yaşında Zeynəb adlı övladlarımız var. Lakin çox təəssüflər olsun ki, həyat yoldaşım Rüstəmin anası bizim ailə işlərimizə qarışması nəticəsində imkan vermədi ki, ailə bir olsun. Hər ikimizin istəyinin əksinə olaraq qaynanam Sevda Həsənovanın əmrilə boşanmaq məcburiyyətində qaldıq.
2014-cü ildən boşanma rəsmiləşmişdir. Və mən yenidən övladlarımla ata yurdu olan Qax rayonun İbaxlı kəndindəki evdə yaşayıram. Budur rəsmi boşanmadan 7 il keçməsinə baxmayaraq ailə başçısı olmuş Rüstəm hər bir uşağa aliment olaraq əvəllər bir neçə il cəmi 25 manat pul ödədi. Halbuki, keçmiş ərimin maddi imkanları çox genişdir. Ailəsinin yeganə övladı kimi onların hazırda Qaxın İbaxlı kəndindəki geniş evlərindən başqa Bakı, Mingəçevir, Qax şəhərlərində də şəxsi evləri vardır. Yaşadıqları Qıpçaq kəndində isə 1000 baş xırdabuynuzlu və 55 baş baş iribuynuzlu malqara sahibidir. Geniş torpaq sahələri(hansı ki, rəsmən taxıl əkməyə görə son illər 6 ha torpağa görə 2019-cu ilədək 3000 manat subsidiya alırlar), fındıq, qoz bağları, fermaları, kənd təsərrüfatı texnikaları və işçiləri vardır. Bir sözlə, kəndin ən imkanlı və varlı fermer ailəsi hesab olunurlar. Amma Rüstəm iki zavallı və köməksiz qalmış övladlarına dövlətin təyin etdiyi hər bir uşaq üçün olan 157 manatı ödəməmək üçün Sosial Təminat Nazirliyinin yerli şöbəsində özünü 2-cü qrup əlil kimi sənədləşdirərərk(tam sağlam olan Rüstəm 2017-ci ilin iuyl ayında 3000 manat rüşvət hesabına əlillik dərəcəsi almışdır) guya 55 manat pensiya aldığını bəyan etməklə aliment vermək imkanının olmadığını rəsmi orqanlara bildirmişdir.
Hələ o vaxtı - 6 yanvar 2018-ci il tarixli şikayət ərizəmizə 19 fevral 2018-ci il tarixli Ombudsman Aparatının sədrinin imzasıilə daxil olmuş cavab məktubunda bizə bir çox məsələlər aydın olmuşdur. Belə ki, hörmətli Elmira Süleymanova Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə tapşırıq verərək mənim aliment məsələmin araşdırılmasını xahiş etmişdir. Rəsmi cavabdan aydın olur ki, Qax İcra Şöbəsi əvvəlcə 2014-cü ildən başlanmış icraat zamanı borclu alimenti qeyri-müntəzəm şəkildə ödədiyini bildirir və yaranmış aliment borcunun ödənilməsi üçün R.Osmanovun yetərli əmlakı "aşkar edilməməsini" vurğulayır. Bəs o zaman sual olunur ki, valideynlərilə birlikdə yaşayan və fermer fəaliyyətilə intensiv məşğul olan Rüstəmə görəsən heç olmasa ailənin əməkhaqqı verdiyi çoban və nökərləri qədər əməkhaqqı və pay vermirmi?
Mən bu ailə ilə yaşadığım illərdə qaynanam olmuş Sevda Həsənova kimdən acığı tuturdusa evdə dərhal hədə-qorxuya keçirdi və 20 il öncə otlaq sahədə onun sifarişi əsasında vaqonda yandırılıb öldürülmüş şəxsi mal-qarasını otaran 2 cavan və çox sağlam naxırçısının gününə salacağıilə hədələyirdi. Əvvəlcə onun əsəsbi halda olanda niyə belə hədə-qorxu gəlməsini başa düşmürdüm. Sonradan kənd sakinlərinin dediklərindən aydın oldu ki, bu ailənin mal-qarasını otaran çobanlar otlaqda əkdikləri kətənə kollarını satmaq üçün sahədə qaldıqları vaqona yığıblarmış. Necə olursa yerli polis bu məsələdən duyuq düşür. Və necə olursa S. Həsənovanın mal-qarasını otaran iki pəhləvan kimi coban müəmmalı formada həmin gecə ikən qaldıqları vaqonda yanıb ölürlər. Halbuki, vaqon ot sahəsində yerləşdiyindən heç bir elektrik xətti olmayıb. Və necə olub ki, vaqon yanmağa başladıqda iki cavan oğlan qapını açıb çıxmağa macal tapmayıblar? Vaqonun qapısı çöldən niyə qıfıllanıb? Izi itirmək kimin maraqlarına cavab verib? Və s. suallara polisin istintaq zamanı necə cavab verdiyi yerli camaata aydın olmasa da, başlanmış cinayət işi müəmmalı səbəbdən ört- basdır edildi. Yəni, Sevda Həsənovanın ailəsinin alın tərilə bu qədər varidata, mala-mülkə sahib olmasını bu gün nə icra şöbəsi, nə də digər hüquq mühafizə orqanları bilməsə də yerli sakinlər yaxşı bilirlər. Yaxşı bilirlər ki, çobanlar tərəfindən vaqona yığılmış narkotik bitkiləri polisin əlinə keçməməsi üçün otlaq sahəsinin ortasında qəfil yanaraq külə niyə dönür. Və iki nəfərin ölümünə səbəb olmuş hadisə nəyin hesabına ört-basdır edilir.
Qax İcra şöbəsi Ombudsman Aparatına rəsmi cavab verir ki, R.Osmanov 55 manat təqaüd aldığı müəyyən edilərək tələb həmin vəsaitə yönləndirilmişdir. Yəni, son 3 il ərzində bu şöbə müəyyən edib ki, 2017-ci ilin iyul ayında Rüstəm 3-ci qrup əlil olub və dərhal hərəkətə keçib məsələni “Həll ediblər. Digər tərəfdən sağ olsunlar ki, İcra şöbəsi 2016-cı ildə R.Osmanov barəsində aliment verməkdən yayındığına görə formal olaraq inzibati protokol tərtib edib Qax rayon Məhkəməsinə göndəriblər. Və bugünə kimi bizə məlum olmayan 08.11.2016-cı il və təkrar olaraq 01.02.2018-ci il tarixli məhkəmə qərarına əsasən yerli icra şöbəsinin təqdimatının rədd edilməsilə bağlı vicdansız hakim məhkəmə qərarı verilmişdir. Əsaslandırlmışdır ki, guya R.Osmanovun maddi imkanı yoxdur və o əlildir. Halbuki, R.Osmanov rəsmən 2017-ci ildə rüşvət hesabına “əlillik” dərəcəsi almışdır. Nə qədər cəhd etsək də biz məhkəmədən bu əsassız qərarı bir tərəf olaraq ala bilmədik. Və məhkəmədə vicdanlılıq nümayiş etdirib maraqlı tərəf kimi bu əsassız qərarların surətlərini bizə təqdim etmədi. Ki, apellyasiya şikayəti verək. Çünki, vicdansız Qax rayon Məhkəməsinin hakimi maddi marağının təmin olunması müqabilində belə bir əsassız qərar vermiş və bizim yeni şikayətlərdən sonra 01. Fevral 2018-ci ildə yenə əsassız olaraq icra şöbəsinin verdiyi yeni təqdimatı rədd edən yeni qərar qəbul etmişdir. Belə yerdə Mən də hesab edirəm ki, Yer kürəsində ən şərəfsiz məmurlar- hakimlər, icra məmurları öz vəzifə səlahiyyətindən süi-istifadə edərək bir dələduz ailə başçısının əlinə baxıb sərvət toplayan və ailəsinə yedirib onları haramzadaya çevirən iyrənc ünsürlərdir.
Amma mən bir insan olaraq, bir ana olaraq Osmanovlar ailəsinin var-dövlətində gözüm və iddiam yoxdur, başlarına dəysin. Mənim bircə istəyimvarki, son üç ildə dövlətin tə yine tdiyihər bir uşaq üçün alimentpulunualıbbuzavallı uşaqları dolandırım. Başqaheçnə.
Rafiq Osmanov 2015-ci ildən 2017-ci ilədək hərdən bir neçə dəfə ayda 25 manat olmaqla 2017-ci ildən isə sağlam olduğu halda özünə rüşvət hesabına aldığı əlillik dərəcəsinə görə bir neçə dəfə az miqdarda pul ödəsə də, son illərdə aliment ödəməmişdir. Cəmi yığılan pul isə 4500 manatdır. Ona görə alimentdən yayınmaq üçün R.R. Osmanov bu il 2022-ci ildə yenidən 4000 manat ( norma belədir) rüşvət verib ikinci 5 illiyə özünü 2-ci qrup əlil kimi yerli komisiyaya təsdiq etdirib. Amma 44 günlük Qarabağ Müharibəsində Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrində vuruşmuş Elvin Əliyevə, Vüsal Abbasova, Siruz Müsüzadəyə isə partlayşlar nəticəsində çox ağır yaralanmaqlarına və hamısının kəllə- beyin kontuziyaı almalarına və ağır xəstəliklərini DQ-nin həkim komisiyaları bir daha təsdiq etmələrinə baxmayaraq onlara Sosial Müdafiə Nazirliyində əlillik dərəcələri müəyyən olunmadı.( imtina verildi) Çünki 4000 manat tələb olunan rüşvətləri verilmədi. Amma öküz kimi sağlam olan sabiq ərim Rüstəm Rafiq oğlu Osmanov ömründə heç vaxt xəstələnmədiyi halda dərhal 2-c i qrup əlillik verildi. İndi nazirliyin Daxili Təhqatın müdiri olan Heybət İmanov buyurub qaldırdığım faktları yoxlatdırsın. Necə ki, özünə uyğun başqa maraqlı faktları yoxlatdırdığı və razı qalmadığı halda (xoşuna gəlməyənlər barədə) isə prokurorluğa təqdimat yazdığı kimi... bu işin də sonuna çıxsın Görək hansı vicdansız həkim komisiyası Osmanov Rüstəm Rafiq oğluna 2-ci dəfə "olmayan xəstəliyinə görə 2-ci qrup əlillik təyin edib. O adam da «əlillik» adı altında aliment verməkdən birdəfəlik yayınır. Tədbir görənsə yoxdur.
Və onagörə də çox hörmətli İlham Əliyevdən, Birinci vitse-prezidentdənvə çoxhörmətli Ədliyyə nazirimiz Fikrət müəllimdən xahiş edirəm ki, düşdüyüm indiki ağır vəziyyəti nəzərə alaraq şikayətimin araşdırlmasını daha vicdanlı, daha təcrübəli və nəfsitəmiz (Sevda Həsənovadan qorxmayan) aidiyyatı icra məmurlarına həvalə edəsiniz ki, 2017-ci ilin iyul ayınadək, ödəmədiyi və yəni Rüstəmin aliment verməkdən yayınması üçün rüşvət verib özünü 2017-dən 2-cü qrup , bu il isə 2022-də yenə 2-ci qrup “əlil” etməsindən sonra ödəmədiyi alimentlərin cəmi yığılıb qalmış 4500 manatın aliment pulunun mənə verilməsi üçün tədbir görülməsinə köməklik göstərsinlər".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
 
 
Ardını oxu...
Bütləşmiş icra başçısı Alı Alıyevin haqqında yazılan, deyilən tənqidi fikirlərə rəğmən hələ də uzun illər zəbt etdiyi kreslonu buraxmaması, həbs olunan həmkarlarının aqibətini yaşamaması onu araxayınlaşdırıb, özündən razı salıb. Alıyevi fərqləndirən əsas mənfi cizgilərdən biri onun alçaq itaətinə boyun əyməyən rayon sakinləri ilə qeyri-ordinar rəftarıdır. Xoşuna gəlməyən kiməsə zaval yetrirmək qərarına gəldisə, Alıyev hətta əlində olan inzibati resurslarla da kifayətlənmir, məqsədinə çatmaq üçün qoçuların, başıpozuqların, kriminial ünsürlərin, böhtançıların, cəmiyyətin tör-töküntülərinin də xidmətindən istifadə edir.
“RealMedia.az” xəbər verir ki, bu günlərdə redaksiyamıza müraciət edən Füzuli rayonunun Araz Dilağarda kənd sakinlərindən olan Həsənovlar (Xəyyam Həsənov) ailəsinin bir üzvü bildirib ki, Alıyev bir müddət onun haqlı tələbini vaxtında yerinə yetirmədiyi, sənədli torpaq sahəsi ilə təmin edə bilmədiyi üçün müvəqqəti olaraq öz əkin yerini veribmiş ki, əkib-becərsin. Həmin əkin sahəsində Şahmurad adlı bir şəxsin ferması yerləşir. Fermanın qoyunları hər il Həsənovların əkininə xeyli ziyan vurur. Bu il də həmin səbəbdən 7 hektardan çox yerdə qoyun yatdığına görə kombayn biçin apara bilməyib.
Şikayətçi qeyd edir ki, Füzuli rayon suvarma idarəsinin balansında olan həmin heyvanları Alıyev özününküləşdirib həmin fermada saxlatdırır: “Atam gedib Alı Alıyevin yanına bizə ziyan vurulduğunu dedi. Alıyev də dedi ki, Şahmurada zəng vurub tapşırmışam, get evinə, ziyanın qarşılığı veriləcək. Atam da qayıdıb gəlib, amma Şahmuraddan aldığı cavab bu olub ki, mən Alı – zad bilmirəm, mənim qoyunum orada otlamayıb, heç nə də ödəmirəm. Atamı susdurmaqü üçün özlərinin əlaltısı olan Kürdmahmudlu kənd sakini Fəxrəddin adlı şəxsi öyrədib şikayət elətdiribllər ki, guya biz həmin ərazidə qanunsuz olaraq öz yerimizdən əlavə Fəxrəddinin də yerindən arpa biçmişik. Bax, Alı Alıyev bizə belə zülm edir!..”
Yeri gəlmişkən, Alı Alıyev Həsənovlarla çoxdan götürüşüb, vaxtilə bu ailəyə məxsus, “VAZ 21015” markalı avtomobil yandırılıb, taxıl zəmiləri yandırılıb. Amma hüquq-mühafizə orqanları cinayətkarları tapmayıblar. Eyni aqibəti rayonun hörmətli, sanballı, qorxmaz adamlarından olan, rayon icra hakimiyyəti başçısı vəzifəsini müvəqqəti icra etmiş mərhum Kazım İbişovun övladları da yaşayıb: Onların da evləri, maşınları, ət dükanları yandırılıb.
Beləliklə, dəvə kimi kinli olan Alı Alıyev onun qaranlıq keçmişinə bələd olan köhnə kişilərin övladları ilə də ədavət aparır, onları sındırmaq üçün cəmiyyətin tör-töküntülərindən istifadə edir, şər atmaqdan, təxribat və cinayət törətməkdən belə çəkinmir.

RealMedia.az
 

Ardını oxu...
Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Aydın Əliyevin qaynı Anar Hacıyev və onun ortağı olduğu bildirilən Səfər Səfərovun 100 min dollardan çox pulu mənimsədiyi iddia olunur.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı “Qafqazinfo”ya müraciət edən sahibkar Mövlud Məmmədov bildirib ki, tanışı Gülcənnət Abdullayeva ilə birlikdə bizneslə məşğul olublar və iş prosesində özünü gömrük brokeri kimi tanıdan Səfər Səfərovla tanış olublar. M.Məmmədov qeyd edir ki, S.Səfərov onların məhsulla dolu yük maşınını gömrükdən keçirmək üçün 40 min dollar alıb: “Səfər bizə dedi ki, Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin qohumu, yəni həyat yoldaşının qardaşı Anar Hacıyev vasitəsilə istənilən işi görə bilər. Bu işə görə Səfər Səfərov bizdən 30 min dollar aldı, sonra Anar Hacıyev də Gülcənnət Abdullayevanın həyat yoldaşından 10 min dollar aldı. Yük maşınında olan 100 min dollarlıq malı da mənimsədilər”.

Sahibkar iddia edir ki, bununla bağlı hüquq-mühafizə etdiyi şikayət bir ilə yaxındır ki araşdırılmır: “Yanvar ayından iş Yasamal Rayon Polis İdarəsindədir, amma müstəntiq cinayət işi açmaq üçün bizdən 10 min manat rüşvət tələb edir. Əvvəlcə Pərviz adlı müstəntiq bizim əleyhimizə material toplayaraq cinayət işinin başlanılmasını rədd etdi. Bizim prokurorluğa şikayətimizdən sonra bu qərar ləğv edildi, bu dəfə iş müstəntiq Azər İsmayılovun icraatına verildi. Budəfəki müstəntiq bizdən izahat alanda dedi ki, “bu iş üçün əziyyət çəkmişəm”, 500 manat istədi. Həmin vaxt üstümüzdə manat yox idi, 300 dollar verdik”.

Mövlud Məmmədovun sözlərinə görə, daha sonra işin gedişatı ilə maraqlanmaq üçün müstəntiq Azər İsmayılovla təkrar görüşüblər: “Müstəntiq bizə dedi ki, Yasamal prokuroru Elman Süleymanov cinayət işi başlatmaq üçün 10 min manat istəyir. Biz də pul vermədiyimiz üçün iş yubadıldı, araşdırılmadı və bütün sübutları istintaqa təqdim etsək də, cinayət işi başlanmadı. Buna görə də təxminən bir ay əvvəl prokuror Elman Süleymanovun qəbulunda oldum və baş verənlər haqda ona məlumat verdim. Lakin heç bir tədbir görülmədi. Növbəti dəfə iş başqa müstəntiqə həvalə edildi. Hər dəfə şikayət edəndə müstəntiqi dəyişirlər və işdə Aydın Əliyevin qaynının adı keçir deyə cinayət işi başlatmırlar. Bütün sübutları təqdim etsək də, bir ilə yaxındır Anar Hacıyev və Səfər Səfərovun izahatları alınmayıb. Həmin şəxslər barəsində cinayət işinin başlanmasını, müstəntiq Azər İsmayılovun barəsində müvafiq hüquqi tədbirlərin görülməsini xahiş edirəm”.

Müraciətlə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirdi ki, iş üzrə materiallar Yasamal Rayon Prokurorluğuna göndərilib: “Vətəndaş Mövlud Məmmədov, tanışı Səfər Səfərovun ondan birgə iş görmək adı ilə külli miqdarda pulu aldığını, lakin əvəzində heç bir iş görmədiyi ilə bağlı ərizə ilə polis orqanlarına müraciət edib. İşlə bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılıb və toplanmış materiallar cinayət işinin başlanılması üçün aidiyyəti üzrə Yasamal Rayon Prokurorluğuna göndərilib”.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə sorğumuza cavab kimi bildirildi ki, müraciət üzrə araşdırmalardan sonra cinayət işi başlanılıb: “Qeyd olunan faktla bağlı Yasamal rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı aparılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib”.

Qeyd edək ki, Aydın Əliyev 2006-2018-ci illərdə Dövlət Gömrük Komitəsinin sədri olub.
Ardını oxu...
Yasamal İcra Hakimiyyəti və onun gənc başçısı 8 aydan çoxdur ki, rəhbərlik etdiyi rayonun ərazisində fiziki məhdudiyyətli şəxslə apardığı “mübarizə”sini ən son həddinə çatdırıb. Belə ki, İcra Hakimiyyəti fiziki məhdudiyyətli vətəndaş Zaur Seyidzadənin yaşayış evinin qapısını dağıtması yetməzmiş kimi, indi də məhkəmə salonlarında hüququnu axtaran zərərçəkənə ölkə mətbuatına çıxmağı, müsahibə verməyi qadağan edə bilmək üçün qollarını sıvayıb.
İcra başçısı Elşad Həsənovun sahiblik etdiyi Yasamal rayonu İcra Hakimiyyətinin nümayəndəsi Zaur Seyidzadəyə bildirib ki, O, gedən proseslər barədə tez-tez mətbuata açıqlama verməklə, həm məhkəmənin, həm də icranın işini çətinə salır. Qarşı tərəf iddia edir ki, zərərçəkən Zaur Seyidzadənin başına açılan müsibətlər barədə mətbuata çıxaraq ölkə rəhbərliyinə və ictimaiyyətə mütəmadi məlumatlar verməsi, məhkəmə prosesinə təzyiq vasitəsidir və bu səbəbdən də Zaur Seyidzadə növbəti dəfə icra hakimiyyəti tərəfindən məhkəməyə verilib. Sentyabrın 6-da keçiriləcək məhkəmə prosesində Zaur Seyidzadənin ölkə mətbuatına çıxışına qadağa qoyulması tələb edilir.

İcra Hakimiyyətinin özbaşınalığından ölkə rəhbərliyinə şikayət etdiyi üçün məhkəmə vasitəsilə mətbuata çıxışına qadağa gətirilməsi, ölkə gündəmində bir ilkdir və lətifə kimi hadisədir. Söz azadlığının belə kəskin qərarlarla məhdudlaşdırılması və bu özbaşınalığa “məhkəməyə təzyiq” adı altında don geyindirilməsi, ictimaiyyətə müraciətin məhkəmənin vasitəsilə qadağan olunmağa çalışılması, səkkiz ay fiziki məhdudiyyətli şəxslə prinsipə düşən icra başçısının hələlik heç kimə məlum olmayan hansısa planlarından, məqsədlərindən xəbər verir.

İcra hakimiyyətinin özü ilə prinsipə düşüb, söz azadlığına məhdudiyyət gətirməyə çalışdığı birinci qrup əlil Zaur Seyidzadə Bizimyol.info-ya bildirib ki, mətbuata çıxışı ilə bağlı icra hakimiyyətindən ona ilk olaraq şifahi şəkildə xəbərdarlıq olunub, bundan sonra isə Zaur Seyidzadə məhkəməyə verilib: “ İcra Hakimiyyəti evimə qapı açıdığım üçün məni 300 manat məbləğində cərimələmişdi. Daha sonra bu qurumun hüquqşünası kimi tanınan Sərxan bizə gəldi və bildirdi ki, həmin o 300 manat cərimədən imtina ediblər, bununla bağlı da sənəd göndəriləcək. Ancaq cərimənin ləğvi barədə kağız mənə verilmədi. Dedikləri elə şifahi olaraq qaldı. Bundan əlavə, nümayəndə mənə dedi ki, problemlə bağlı icra başçısı ilə də danışacaq ki, mənə dəstək olsun. Halbuki, burda heç bir dəstəkdən söhbət gedə bilməz, adamlar qapımı dağıdıblar, aylardır məni məhkəmələrdə süründürürlər, indi də mətbuata çıxışıma qadağa gətirmək istəyirlər. Guya ki, hansısa mətbuat orqanına müsahibəmdə demişəm ki, İcra Hakimiyyəti məndən 10 min manat pul istəyir. İndi bunu əllərində bayraq edib, məhkəməyə veriblər ki, guya başçıya böhtan atıram. Halbuki, mən heç bir media orqanına belə bir açıqlama verməmişəm. Görünür, elə bu da icra başçısının bir oyunudur ki, məhkəməyə verməsi üçün əlində bir əsası olsun. Ancaq bu, əsas sayıla bilməz. Çünki mən heç bir mətbuat orqanına içində belə bir cümlə keçən müsahibə verməmişəm. Əksinə, böhtanı atanlar, mənim elə bir müsahibə verdiyimi yazan “mətbuat orqanı” və bu dezinformasiyadan sui-istifadə edən Yasamal İcra Hakimiyyətinin özüdür. İndi mənə qaranlıq qalan önəmli məsələ odur ki, inzibati məhkəmənin öncəki qərarında evə baxış keçirmələri üçün ekspertlər təyin olunmuşdu, onlar gəlib, evin qapısına baxmalı idilər. Ancaq vaxtı uzatdılar, gələn-gedən də yoxdur. İndi İcra Hakimiyyəti onların gəlməməyindən də sui-istifadə edib, mətbuata çıxışıma qadağa gətirmək istəyir. Əgər məhkəmə mənə mətbuata çıxışı qadağan etsə, bu, açıq-aşkar söz azadlığının, insan hüquqlarının kobud şəkildə pozulması olacaq və bütün bunlar İcra Hakimiyyətinin açıq-aşkar məhkəmənin qərarlarına müdaxiləsi kimi qiymətləndiriləcək. Ümidvaram ki, məhkəmə ədalətli qərar qəbul edəcək. Hansı ki, evimə qapı qoyulması barədə müvəqqəti qərardaddan apellyasiya şikayəti verən İcra Hakimiyyətinin həmin şikayəti məhkəmə tərəfindən rədd edildi və ədalətli qərar qəbul olundu. Eyni ədalətli qərarın inzibati məhkəmə tərəfindən də qəbul olunmasına ümidvaram”,– deyə Zaur Seyidzadə bildirib.
Bizimyol.info
Ardını oxu...
Son günlər sosial mediada Lənkəranda yerləşən çınqıl karxanasının qanunsuz fəaliyyəti barədə məlumatlar yayılıb.

Sakinlər sözügedən vəziyyətdən narazıdırlar.

Vətəndaşlar bildirib ki, karxana səkkiz ildir fəaliyyət göstərir və daş-çınqılın daşınması səbəbindən ətrafda iri yarğanlar yaranıb. Sözügedən yarğanlar ərazidə yerləşən evlər üçün ciddi təhlükə yaradır.

Baku TV məsələ ilə bağlı iddia qaldırılan MMC ilə əlaqə saxlamağa çalışsa da, bu, mümkün olmayıb. Sakinləri narahat edən problem ilə bağlı Rvo kənd bələdiyyəsi ilə əlaqə saxlamaq da alınmayıb.

Maraqlı məqam budur ki, kənd bələdiyyə sədrinin otağı kənd icra nümayəndəliyinin binasında yerləşir.

Bələdiyyə səndrinin kənd icra nümayəndəsi ilə bir binada qonşu otaqlarda olması və Lənkəran Şəhər İcra Hakimiyyətinə sığınmasının səbəbi də məlum olmayıb.

 
Ardını oxu...
S.Vurğun küçəsi Astara şəhərinin mərkəzində yerləşir. Bu küçədə dördmərtəbəli yaşayış binasının zirzəmisi çirkab suyu ilə doludur. Zirzəmiyə gedən yolu dəmir lövhə ilə qaynaq ediblər. Ancaq balaca pəncərələri açıqdır. Elə yerlər var ki, oradan çirkab suyu daşır.

"Kanalizasiya xətti işləmədiyinə görə..."
Bina sakini Səkinə Ağayeva (ad şərtidir ) deyir ki, burda yaşamaq çətinləşib: "Kanalizasiya xətti işləmədiyinə görə mənzillərin çirkab suları zirzəmiyə axır. Elə vaxtlar olur ki, zirzəmi də daşır. Şikayət edirik, gəlib nasosla çəkirlər, bir neçə gün keçməmiş yenə dolur. Binanın sovet dövründə inşa ediblər, o vaxtları çirkab suyu normal axırdı. Zirzəmidə Mülki Müdafiə Qərargahı fəaliyyət göstərirdi. Təmiz və quru idi. İndi dəhşətdir. Müxtəlif xəstəliklər var".

Yaxınlıqda olan beşmərtəbəli yaşayış binasında da eyni vəziyyətdir. Rayonun su-kanal sahəsinin işçiləri çirkab sularını binanın zirzəmisindən motor vasitəsilə xəttə vururdular. Onların demələrinə görə, ərazidə 10-dan çox dörd- və beşmərtəbəli yaşayış binası var: "Kanalizasiyanın xətti köhnədir, onun vasitəsi ilə axıdırıq".

"Varlı dövlətimiz var, kanalizasiya qura bilmir?"
Həmin binanın bir sakinin də deməsinə görə, zirzəmi çirkab suları ilə həmişə dolu olur: "20 ildən çoxdur bura köçmüşəm, elə belə görmüşəm. Payızda, qışda vəziyyət daha pis olur, çirkab suları ətrafa yayılır. Yaxınlıqdan Bakı-Astara yolu keçir. Oradan dövlət adamları, rəhbərlər də keçir. Bir fikirləşmirlər ki, əhali burda çirkab suyunda boğulur? Varlı dövlətimiz var, kanalizasiya qura bilmir? Axşam olur, milçək, ağcaqanad basır buranı".

"İldə dörd dəfə 60 manatdan pul toplayıb çirkab sularını..."
Şəhərdəki ikimərtəbəli yaşayış binalarında vəziyyət fərqlidir. Sakinlər demələrinə görə, çirkab sularını özləri daşıyırlar. Sakinlərdən biri Əmir Qasımov bildirir ki, bunun üçün pul ödəyirlər: "Gömrüyün önündə olan ikimərtəbəli yaşayış binasında yaşayıram. İldə dörd dəfə 60 manatdan pul toplayıb çirkab sularını anbardan daşıtdırırıq. Gördük ki, heç kim əhəmiyyət vermir, özümüz üstünə düşdük. Çirkab sularını hara daşıyırlar, bilmirik".

Astara şəhərində 20-yə yaxın iki- və çoxmərtəbəli yaşayış binası var. Son illərdə daha bir doqquzmərtəbəli yaşayış binası inşa edilib.

Şəhərin Xəzər dənizinə baxan hissəsində inşa edilən binaların sayı 50-yə yaxındır. Bunların heç birində kanalizasiya xətti yoxdur. Tikilən binalarla yanaşı, çirkab suları üçün anbar da inşa edilir.

Kələdəhnə çayı...
Şəhərin mərkəzindən 7-8 kilometr kənarda Kələdəhnə çayı keçir. Çay Xəzər dənizinə axır. Kanalizasiya xətti də bu çayın üstündən çəkilib. Çürüyüb dağılmış xətdən ətrafa çirkab suyu daşır. Məhəllənin sakinlərindən biri Vasif Mirzəyev problemin həllini vacib sayır: "Kanalizasiya xətti çayın üstündən keçirdi. İndi dağılıb, yaşamaq olmur. Mal-qara var ətrafda, ev quşları çirkab suda üzür. Mənim 70 yaşım var. Gözümü açıb bu kanalizasiya xəttini belə görmüşəm. Hər dəfə gəlib qaynaq edirlər. Bu xətti heç vaxt dəyişməyiblər".

"Gec partlayan minaya bənzəyir"
Sakinlərdən inşaatçı- mühəndis Asən Həşimli deyir ki, 30 ildən çoxdur Astara şəhərinin kanalizasiya xətləri dağılıb: "Fərdi evlərdə də vəziyyət yaxşı deyil. Çirkab suların az bir hissəsi köhnə xətlə dənizə axıdılır. Dənizi də çirkləndirirlər".

Onun sözlərinə görə, kanalizasiya xətti olmadan çoxmərtəbəli yaşayış binalarının inşası düzgün deyil: "Astara şəhəri İranla sərhəddə yerləşir. Şəhərin 20 minə yaxın əhalisi var, bir o qədər də yayda adamlar bura istirahətə gəlirlər. Şəhərin Xəzər dənizinə yaxın olan hissəsində çoxmərtəbəli hotellər, müxtəlif tikintilər inşa edilib. Çirkab sularının axıdılması üçün bunların heç birisinin normal şəraiti yoxdur. Məəttəl qalmışam ki, kanalizasiya olmadan böyük tikililərə necə icazə veriblər? Antisanitariya var... Kanalizasiyanın olmaması gec partlayan minaya bənzəyir".

Onun xatırlamasına görə, Astara şəhərində kanalizasiyanın inşası dəfələrlə dövlət proqramlarına salınıb: "...İndi Astara rayonunda kanalizasiyanın tikilməsi barədə, ümumiyyətlə, söhbət getmir".

İcra hakimiyyəti: "...Problem həllini tapacaq"
Astara rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Balacan Həbibov isə Azadlıq radiosuna məsələ ilə bağlı yalnız bunları söylədi: "Astara şəhəri içməli su ilə təchiz olunub. Bu problem həll edilib. Şəhərdə yeni kanalizasiya xəttinin çəkilməsi "Regionların sosial- iqtisadi inkişafı Dövlət Proqramı"na salınıb. Müharibə başladı, işlər dayandı. İcra hakimiyyəti başçısı bu barədə məktubla müraciət edib. Çirkab suları anbarlardan maşınla daşınır. Yeni tikilən binalarda da vəziyyət eynidir. Bu məsələ bizi narahat edir. Yəqin ki, yaxın vaxtlarda bu problem həllini tapacaq".dia.az
 
Ardını oxu...
Teref.az yazır ki,şikayətçi Yasamal rayon İcra Hakimiyyətinin əli ilə həyata keçirilən qanunsuzluğun axırı "komendantın" döyülməsi ilə başa çatıb. Şikjayətçi şikayətinin mahiyyətindən danışaraq döyülməsinin nədənini açıqlayıb.
Bakı şəhər Yasamal rayonu Hakim Abbasov küçəsi ev 9 b mənzil 6-da yaşayan Cəfərov Ziya İmaməddin oğlu komendat işlədiyi iş yerində, yaşadıqları binanı tikən EL-CA MTK-nın direktoru Fərhad Kazımovun kürəkəni Yunis Məmmədovun "qoçu" dəstəsi tərəfindən döyülməsinə hüquqi qiymət verilməməsindən şikayətlənir.

 

Ardını oxu...
 
 

 
 Samuxda kənd təsərrüfatı ilə məşğul olmaq bu gün ən böyük iztiraba bərabərdir. Bu barədə DİA.AZ-a rayondan daxil olan müraciətdə deyilir.

 

Müraciət müəllifləri yazır: "Samux Azərbaycanın elə bir rayonudur ki, sanki hər kəs buraları unudub. Dövlət də unudub. Əgər belə olmasaydı, Alı Qocayev 10 il ərzində bu rayona rəhbərlik etməzdi. Samuxlular elə düşünür ki, Alı Qocayev yaddan çıxıb icra başçısı vəzifəsində qalıb. Hökumətin yadına düşsəydi, yadında olsaydıŞ Alı Qocayevi çoxdan çıxarardılar..."

Daha sonra KTN-nin yerli idarələrindən giley edən sakinlər bildirir ki, bu gün Samuxda yiyəsiz kəndlilərin əkin-biçini məhv olmaq üzrədir.

Xatırladaq ki, dia.az olaraq az əvvəl də belə bir müraciəti təqdim etmişdik:

Zaur Mikayılovun kadrları BELƏ İŞLƏYİR... - Məmurun əkininə su verilir, yetim-yesirə yox...

Sakinlər DİA.AZ-a bildirir ki, yerli su idarəsinə, icra hakimiyyətinə dəfələrlə müraciət etsələr də, onları eşidən yoxdur: "Ona görə də tək ümidimiz cənab Prezidentdir. Dia.az vasitəsilə ölkə başçısından Samuxa sahib çıxmağı, problemlərimizə diqqət ayırmağı xahiş edirik".

Məsələ ilə əlaqədar dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

XalqXeber.A
Ardını oxu...
 

Kürdəmir Rayon İcra Hakimiyyəti SMM xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

 

DİA.AZ-ın “Ölkə.Az”a istinadən məlumatına görə, tenderin qalibi fiziki şəxs Məmmədzadə Emin Adil oğlu olub.
Qalib şəxslə 26 400 manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Tenderin qalibi 6 ay ərzində “Facebook” və “Instagram” sosial şəbəkələrindəki səhifələrinin və səhifələrdə yerləşdirilən təbliğat və təşviqat xarakterli materialların həmin sosial şəbəkələrdə reklam məqsədi ilə yerləşdirilməsini təmin edəcək.

Xatırladaq ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı İbrahimov Elxan Oqtay oğlu Prezidenti cənab İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə bu vəzifəyə təyin olunub.

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti