Goranboy təhsilində RÜŞVƏT MƏSƏLƏSİ
Goranboy sakinləri dünən saytımıza videofakt göndərib bildirmişdirlər ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən kənd və qəsəbələrdəki tam orta məktəblərdə summativ və digər adlar altında pullar yığılır.Həmin faktı ictimailəşdirdikdən sonra artıq 13 yanvar 2023-cü il tarixdə Goranboy-Naftalan Təhsil sektorunun rəhbərliyi hərəkətə keçdi.
Belə ki, Goranboy rayon, M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində direktor Güntəkin Cəfərova bütün siniflərə bir-bir girərək şagirdlərə deyib ki, gələn yarım illikdən sonra daha sizdən summativ pulu yığılmayacaq.Həm də sinif rəhbərlərinə göstəriş verilib ki, yığılan bütün pullar təcili geri qaytarılsın.
Bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayon, M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində təhsil alan şagirdlərin valideyinləri tərəfindən yenidən səs yazısı göndəriblər.
Həmin səs yazısında ingilis dilini tədris edən sinif rəhbəri Günay adlı müəllimə valideyinlərə bildirir ki, gözünüz aydın olsun.Bu yarım ilikdən sonra uşaqlaınız “Summativ” pulu vermiyəcəklər.
Bu səs yazısı həqiqətən də sübut etdi ki, sözügedən məktəbdə pul yığılırmış.Belə olan halda sual meydana çıxmaya bilməz.Hörmətli sektor müdiri Xəyal Məmmədov, onda siz deyə bilərsinizmi bu yığılan pullar kimin cibinə gedir? Əgər valideyinlər bu və ya digər adlara pullar ödəyirsə onda dövlət büdcəsi hesabına verilən mal-materialları kim mənimsəyir? Ölkəmizin təhsil sisteminə biznes mənbəyi kimi baxanları ancaq qandallamaq lazımdır.Yoxsa bu həşarətlərin ücbatından dövlətimiz inkişaf edə bilməyəcəkdir.
Redaksiya olaraq inanırıq ki, hüquq mühavizə orqanları Goranboy-Naftalan təhsil sektorunda yoxlamalar aparıb vəzifə səlahiyyətlərindən sui-istifadə etməni, vəzifə saxtakarlığını eləcə də dövlət əmlakaını mənimsənilməsi faktlarını üzə çıxaracaqdır.
Yazıda adları keçən tərəflərin mövqelərini də dərc edə bilərik.
Müəllimənin səs yazısını təqdim edirik;
 //Dünyanınsəsi.Az//

 

Bölmənin digər xəbərləri

21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO

Dünyapress TV

Xəbər lenti