Ardını oxu...
Müdriklər deyir ki, hər kəs öz dilinin altında gizlənib, ağzını açıb danışan kimi hər şey bəlli olur. Bu müdrik kəlamı belə də ifadə etmək olar: Hər kəs öz tərcümeyi-halında gizlənib. Ona görə də Gündəlik-Bakı olaraq kimdən yazırıqsa, mütləq onun tərcümeyi-halını diqqətlə təhlil edirik, onun karyerasına nəzər salırıq. Bu günkü “qəhrəman”ımız bir neçə ay öncə vəzifəsindən azad edilən, polis işçisinə "Sən nə qanmaz adamsan" deyən, Dövlət Gömrük Komitəsinin sabiq sədri, Səfər Mehdiyevdir.
Səfər Mehdiyev 1973-cü ildə Naxçıvanda anadan olub. Rəsmi tərcümeyi-halında yazılıb ki, orta məktəbdən sonra həqiqi hərbi xidmətdə olmuşdur. Səfərin orta məktəbi bitridiyi 1990-91-ci illər Qarabağda qanlı müharibənin getdiyi illər olub. Görəsən, Səfər harada, hansı cəbhədə qulluq edib..? Və neçənci illərdə..? Niyə Səfər tərcümeyi-halında bunu gizlədir..? İkincisi, yazır ki, Səfər orta məktəbdən sonra Nehrəm kəndində "kolxoz"da fəaliyyətə başlamışdır. O illərdə "kolxoz"lar artıq ləğv olunurdu. Görəsən, Səfər "kolxoz"da nə işində çalışıb..? Həm də rəsmi tərcümeyi-halında orta məktəbdən sonra həqiqi hərbi xidmətdə olduğu yazılır. Bəlkə, Səfər "kolxoz"la hərbi xidməti səhv salır..? Deməli, Səfər savadsız şagird olub ki, dünyanın düz vaxtında nəinki ali məktəblərdən birinə, heç texnikuma da qəbul olunmayıb. Bəs necə oldu ki, bu savadsız Səfər bir neçə il sonra Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirdi ? Kolxoz hara, Egey universiteti, Beynəlxalq İqtisadi əlaqələr hara..? Axı, elementar məntiq deyilən bir anlayış var. Hətta texnikuma girə bilməyən biri necə oldu ki, Türkiyədə universitetə daxil ola bildi..? Bu hələ harasıdır..? Nehrəm "kolxoz"undan Türkiyəyə “uçan” Səfər oranı bitirən kimi Dövlət Gömrük Komitəsində yüksək vəzifəyə təyin olunub. Vallah, belə möcüzəli kadr təyinatları ancaq bizdə ola bilər. Və bir müddət sonra bu adam DGK sədrinin müavini, sonra birinci müavini təyin edilib. Nəhayət 2018-ci ildə DGK-nın sədri vəzifəsinə təyin olunub. Və gömrük xidməti general-polkovnik rütbəsi qazanıb, hətta Allah qoymasa, “Vətənə xidmətə görə” ordenin TAM KAVALERİ olub. Deyirəm nə yaxşı Səfər Mehdiyev MARŞAL olmayıb.
Təsəvvür edirsiniz, harada, neçənci illərdə hərbi qulluqda olduğu bəlli olmayan birisi az vaxtda general-polkovnik rütbəsinə yüksəlib. Səfər Mehdiyev cəmiyyətin yaddaşında rüşvətxor və korrupsioner biri kimi qaldı. Bu hələ harasıdır..? Səfər Mehdiyev həmçinin yerlipərəstlikdə və diskriminasiyada ittiham olunur. Belə ki, komitənin 4.000 əməkdaşının 1400-ündən çoxu Səfər Mehdiyevin doğulduğu Nehrəm kəndindəndir. Təsəvvür edirsiniz, Dövlət Komitəsinin az qala yarısı eyni kənddən və Səfər Mehdiyevin özünün və arvadının qohumları olub. Bəli, 2022-ci ildən başlayaraq DGK-da bir neçə dəfə xüsusi əməliyyatlar keçirildi, generallar, vəzifəli şəxslər saxlanıldı. Və indi növbə Səfər Mehdiyevin özünə çatıb. Bütün proqnozlar onu göstərir ki, yaxın zamanda Səfər Mehdiyev həbs olunacaq. Səfər Mehdiyev bir il öncə özündən razı halda açıqlama verəndə ki, əgər DGK-da 1 FAİZ rüşvət və inhisar halı olsa, istefa verməyə hazıram. Gündəlik-Bakı olaraq o vaxt yazdıq ki, istefa vermək sənin “razmerində” olan məsələ deyil. Ümumiyyətlə, DGK-dakı rüşvət və korrupsiyanın miqyası milyonlarla ölçülürdü.
Təsəvvür edirsiniz, ölkədən çıxarılan əlvan və digər metalların kodunu dəyişməklə, yəni xammalı hazır məhsul kimi qeydə almaqla Səfər Mehdiyev milyonlar qazanıb. Amma dövlət büdcəsinə dəfələrlə artıq ziyan dəyib. Səfər Mehdiyevin Nehrəmdəki, Qusardakı, Şamaxıdakı, Mərdəkandakı, Badamdardakı villalarının, Milli Onkologiya Mərkəzinin yanında supermarketinin, mərasim zallarının, Gömrük Komitəsinin Hospitalının yanındakı diş klinikasının dəyəri ən azı yüz milyon yox ee, milyard deməkdir. Biz hələ Şahbuz rayonunda dağların arasındakı malikanədən danışmırıq. Səfər Mehdiyevin Nehrəmdəki 350 hektarlıq üzüm bağlarının məhsulu şərab üçün istifadə olunur. Səfər Mehdiyevin qardaşı Kazım Mehdiyev üzümçülük təsərrüfatını idarə edir. Səfər Mehdiyevin bacısı oğlu Fərman Əliyev Dövlət Gömrük komitəsinin əməkdaşı, digər bacısı oğlu Əli İsmayılov avtomobillərin gömrük rəsmiləşdirilməsi idarəsinin (rastamoşka) əməkdaşı, digər bacısı oğlu Məhərrəm İsmayılov Gömrük Komitəsi mobil rabitə xidmətinin əməkdaşı idi. Gömrük Komitəsinə işə qəbula, KADRO məsələsinə Səfər Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edirdi. Xalası oğlu Vüsal Nuruyev Sınıq körpü gömrük postunun rəisi, Səfər Mehdiyevin bacısının 3 kürəkəni, bacısı oğlu, qaynatası, bacanağları, bibisi və dayısı uşaqları, bir sözlə, 70-ə yaxın qohumu gömrük xidmətində işləyirdi. Qayınları Əli, Zeynal, İlham Tarquliyevlər də məhz Səfər Mehdiyevin sayəsində Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Çox rahatlıqla xarici ölkələrdən istədikləri qədər mal gətirirlər. Sizcə belə adamlara sərf edərmi ki, sıravi vətəndaşlar ayda bir neçə dəfə xaricdən nələrsə gətirsinlər?
Məsələn, onun Gündüz adlı bacanağı “Babək” və “Orxan-SS” şirkətlərinin sahibidir. O, Hindistandan ölkəmizə idxal olunan camış ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib. Bəli, Səfər Mehdiyev bu boyda biznes imperiyasını DGK-dan qazandığı yüz milyonların hesabına əldə edib.
Yəqin ki, yaxın zamanda Səfər Mehdiyevin TİFAQ-ını dağıdacaqlar.
P.S. Bu gün bütün monopolislərə qarşı mübarizə aparılmalı və azad ticarət rəqabəti hökmən yaradılmalıdır. //gundelik-baku.com//
Ardını oxu...
"Küçə söyüşləri ilə təhqir edir, aşağılayır, deyir ki, mən heç kimdən qorxmuram, çəkinmirəm, mənim arxam var, mənə heç kim heç nə edə bilməz, get, nə edirsən, et”.
TEREF.AZ xəbər verir ki bunu Bakupost.az -a Sabirabad rayonu, Kürkəndi kənd sakini, İkinci Qarabağ Müharibəsi qazisi Abış İsmayılov deyib.
22 yaşlı qazi mühafizəçi işlədiyi Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Maliyə şöbəsinin rəis müavini Bayram Mikayılovun özbaşınalığından şikayətlənib.
Abış İsmayılov bir müddət əvvəl xəstəxanaya mühafizəçi vəzifəsinə işə qəbul edilib.

Qazinin sözlərinə görə, maliyyə işləri üzrə direktor müavini Bayram Mikayılovun ona qarşı qərəzli münasibətinin kökündə xəstəxanaya işə düzələrkən rüşvət verməməsi durur:
“10 aydır ki, Sabirabad rayon Mərkəzi Xəstəxanasında mühafizəçi işləyirəm. Sağ olsun, məni bura xəstəxananın direktoru Ənvər Lümanov təmənnasız işə götürüb. İş üçün müraciət etdiyim ilk gün mənə dedi ki, sənədlərini topla, gəl. Bayram Mikayılov isə xəstəxanaya 3 ay olar ki, maliyyə işləri üzrə direktor təyin edilib. Gələn gündən araşdırıb ki, mən bura müharibə iştirakçısı kimi bir qəpiksiz işə düzəlmişəm. O gün-bu gün, kollektivin qarşısında mənə aşağılayıcı sözlər deyir. Bayrağımızı, medallarımı təhqir edir".
A. İsmayılov qeyd edib ki, Bayram Mikayılovun bu davranışlarından rayon rəhbərliyinin də xəbəri var, ancaq tədbir görülmür:
"Bununla bağlı icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarova, Rayon Polis Şöbəsinin rəisinə, Daxili İşlər Nazirliyinə, Prezident Adminstrasiyasına və digər qurumlara da yazmışam. Məsələni qaydaya qoyacaqlarına söz versələr də, hələ ki heç bir nəticə yoxdur. Bununla əlaqədar TƏBİB rəhbəri Vüqar Qurbanovun da qəbulunda olmuşam. Mənə deyib ki, biz onu işdən çıxarsaq, sənə pis baxacaqlar. Necə olur Azərbaycan bayrağını təhqir edənə pis baxmırlar, mənə pis baxırlar? Niyə? Ramil Səfərov kimi oğullarımız bayrağımızı təhqir etdiyinə görə ermənin başını kəsib. Əgər bir insanın damarlarında azərbaycanlı qanı axırsa, bayrağımızı təhqir edən Bayram Mikayılovun əməlinə reaksiya verməlidir".
A. İsmayılov İkinci Qarabağ Müharibəsində Füzulinin, Cəbrayılın, Xocavəndin və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən ona Azərbaycan Respublikasının müdafiəsi zamanı zədə alması barədə arayış da verilib.
Qazi bildirib ki, Bayram Mikayılov şikayətlərindən əl çəkməsi üçün ona 20 min manat rüşvət təklif edib:
“Bayram Mikayılov şikayətlərdən əl çəkməyim üçün avtoritetləri mənim üstümə göndərdi. Gördü, belə alınmır, rüşvət kimi 20 min manat pul, maşın təklif etməyə başladı. Təbii ki, qəbul etmədim. Bayrağım müqəddəsdir, şanlıdır və onu heç nəyə satmaram. Biz o bayraq amalında vuruşub, minlərlə şəhid vermişik. Təbii ki, Bayram Mikayılov şəhid, döyüş yoldaşının yanında can verdiyini görməyib. Ona görə də o insan Vətən, bayraq nədir, anlamaz. Sosial Müdafiə Fondundan rüşvət üstündə işdən çıxarılan məmurun maliyə şöbəsinə təyin olunması da absurddur”.
Bakupost.az Bayram Mikayılovun Sabirabad Rayon Mərkəzi Xəstəxanasınadək olan iş fəaliyyəti ilə bağlı kiçik bir araşdırma aparıb.

Məlum olub ki, o, 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbəsinin müdiri işləyərkən, rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir etdiyinə görə işdən çıxarılıb. Həmin dövrdə hadisənin videogörüntüsü sosial şəbəkələrdə də geniş yayılıb.
Elə həmin il Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqladığına görə Xətai rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsiylə cinayət işi başlanıb. 2019-cu ildə isə o, DSMF-nin Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Ancaq vətəndaşların pensiyasıyla bağlı külli miqdarda pul mənimsəmədə iittiham olunaraq işdən çıxarılıb. Həmin vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun vəzifəsini icra edərkən kobud nöqsanlara yol verdiyi üçün işdən çıxarıldığını bildirib.
Hətta əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib, qısamüddətli həbsdə olub. 3 aya yaxındır ki, TƏBİB rəhbərliyi onu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına direktorun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin edib.
 
 
 
Ardını oxu...
Yayılan səs yazısında baş direktor Ənvər Lumanovun sağ əli Lalə Dadaşova çəkinmədən vətəndaşla rüşvət pulunu müzakirə edir. TEREF.AZ AzFakt.com-a istinadla xəbər verir ki, ötən həftə ölkə mətbuatında Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanası ilə bağlı daxil olan məlumatlar əsasında hazırlanan yazıda qeyd edilmişdi ki, baş direktor Ənvər Lumanov tibb müəssisininin idarəsini xəstəxananın baş tibb bacısı Lalə Dadoşaya həvalə edib. Məhz baş direktorun Lalə Dadaşovaya verdiyi külli-ixtiyarı səlahiyyətlər o qədər genişdir ki, xəstəxananın baş həkimi İkram Allahverdiyev belə baş tibb bacısı ilə hesablaşmaq məcburiyyətində qalıb.
Ardını oxu...
Yazıda Baş direktor Ənvər Lumanovla, baş tibb bacısı Lalə Dadaşovanın və mühasib Rasim Vəliyevin iş birliyinin təməlinin isə COVİD-19 pandemiyasının başlanğıc dönəmində qoyulduğunu bildirilirdi.

Məlumatda iddia edilirdi ki, 2020-ci ildən 2021-ci ilin yarsına kimi Sabirabad Mərkəzi Xəstəxanasında koronavirus infeksiyasının qarşısının alınmasında iştirak edən tibb işçilərinin 80-ə yaxının əmək haqqısını Ənvər Lumanovla Lalə Dadaşova və Rasım Vəliyev mənimsəyib. Belə ki, xəstəxanada çalışan 140 tibb işçisindən 60-70-i işə gəlib, qalanın isə adı olub özləri olmayıb. Yəni Ənvər Lumanov, baş tibb bacısı Lalə Dadaşova və mühasib Rasim Vəliyev 70-dən artıq "ölü can"ın pulunu mənimsəyib. Daha doğrusu o ağır zamanlarda bu üçlü büdcəni talan etməklə məşğul olublar.
Ardını oxu...
Bundan başqa baş tibb bacısı Lalə Dadaşova koronavirus infeksiyası ilə bağlı vaksin vurulması zamanı vətəndaşlara saxta vaksin vurulması arayışının satışına nəzarət edirmiş. Hətta həmin vaxt Sabirabadda saxta arayış satan tibb işçilərindən biri hüquq mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilmişdi. Ancaq Lumanovun çoxsaylı xahişindən sonra məsələ bağlanıb.

Digər məlumatda isə qeyd olunurdu ki, hazırda Sabirabad Xəstəxanasında icbari tibb sığortdan əsər əlamət qalmayıb. Xəstəxanada fəaliyyət göstərən şöbələr hər ay baş direktora aylıq "hesab" verirlər. Bu hesabların yığılmasına və çatdırılmasına nəzarəti birbaşa baş tibb bacısı Lalə Dadaşova edir. Həmçinin xəstəxanaya dövlət tərəfindən verilən bir çox dərman pereparatlarının satılmasını isə Sabirabad rayonunda bilməyən yoxdur. Şəkər iynəsi insulindən tutmuş hətta doğuş zaman bəzi qadınlara vurulmasına ehtiyyac olan "Antirezus" (roqonda deyilir) iynəsinə qədər pulsuz verilən dərmanlar müxtəlif apteklərdə satılır.

Bundan başqa Sabirabad xəstəxanasının kənd xəstəxana və məntəqələrində adları olub özləri olmayan xadimələrin əmək haqqlarının bir hissəsidə Ənvər Lumanova çatır. Bu işə nəzarəti isə baş direktorun sağ əli olan Lalə Dadoşva ilə sol əli sayılan mühasib Rasim Vəliyev edir.

Həmçinin daxil olan məlumatda iddia edilirdi ki, bir müddət öncə baş tibb bacısı Lalə Dadaşovanın Sabirabad xəstəxanasına gələn xəstələrlə açıq şəkildə rüşvət söhbəti eləməsi ilə bağlı auido səs yazısı yayılıb.

Qeyd edilən səs yazısı yotub sosial şəbəkəsində yayılıb. Həmin səs yazısında isə baş tibb bacısı Lalə Dadaşova ilə adını bilmədiyimiz Saatlı rayon sakini arasında qeysəriyyə əməliyyatındna danışılır. Xəstəsi olan vətəndaş Lalə Dadaşovadan kömək istədiyini və qeysəriyyə əməliyyatı üçün 500 manata gücünün çatdığını deyir. Baş tibb bacısı Lalə Dadaşova isə vətəndaşa köməklik göstərəcəyini və əməliyyatın 500 manata həll edilə biləcəyini bildirir. Sözügedən audio səs yazısını dinlədikdən sonra Sabirabad Mərkəzi Xəstəxanasında rüşvətin açıq şəkildə alındığını deyə bilərik. Bu məsələnin araşdırılması və baş verənlərin aydınlaşdırılması isə hüquq mühafizə orqanlarının və səhiyyə sisteminin bir hissəsinə nəzarət edən TƏBİB-in işidir. İnanırıq ki, həm hüquq mühafizə orqanları və TƏBİB Sabirabad Mərkəzi Xəstəxanasının baş tibb bacısı Lalə Dadaşovanın səs yazısını araşdıracaq və lazımı tədbirini görəcək.

Məsələ ilə bağlı Sabirabad Mərkəzi Xəstəxanasından münasibət örgənməyə çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Qeyd etdiyimiz səs yazısına bu linkdən baxa bilərsiniz:

 
Ardını oxu...
"Təzadlar"ın redaksiyasına "Azərpoçt" MMC-nin Şamaxı Poçt Filialında baş verən qanunsuzluqlarla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə ünvanlı növbəti şikayət məktubu daxil olub.

Budəfəki şikayət məktubu Şamaxı Poçt Filialının kənd şöbələrinin rəislərindən gəlib.

Şikayətçi şöbə rəisləri yazır:

"Hörmətli cənab Baş Prokuror!

Sizə müraciət etməyimizin səbəbi Şamaxı Poçt Filialında baş verən qanunsuzluqlar, özbaşınalıq və xaosla bağlıdır. Bildirmək istəyirik ki, son zamanlar Şamaxı Poçt Filialında baş verənlərdə PF-nin Poçt Əməliyyatları üzrə mühəndisi Zamir Məmmədov və MXŞ-nin əməliyyatçısı Faizə Tağıyevanın birbaşa əli var.

Belə ki, Şamaxı Poçt Filialının yeni rəisi Mahir Babayevlə əvvəlcədən isti münasibət quran Zamir Məmmədov yaxın dost kimi hər gün onunla bir yerdə olmasından, gündəlik yeməyini, siqaretini və ev pulunu təmin etməyini öz üzərinə götürməsindən ağızdolusu danışaraq onun toxunulmaz olduğu mifi yaradıb. Mahir Babayevin ev, siqaret və yemək xərclərini ödəmək məqsədilə onun adından kənd şöbələrinin rəislərinə pul yığılması barədə xəbərdarlıq edib, imkan olmadıqda bahalı siqaret və ya telefonuna kontur yükləməyi tapşırıb. Əks təqdirdə, bir şeyi bəhanə edərək bizləri yeni rəisin əli ilə işdən çıxarılacağını bildirib.

Zamir Məmmədov Mahir Babayevlə olan dostluq münasibətlərindən yararlanaraq, onun vasitəsilə poçt müdiri təyin olunması üçün 10 min manat verəcəyinə söz verib. Qeyd edək ki, Mahir Babayevin arxasının "Azərpoçt"un baş direktorunun xüsusi nümayəndəsi Azər adlı şəxsə, Azərin isə arxasının şəkili nazir müavininə bağlı olduğu bildirilir. Hətta "Azərpoçt"un baş direktorunun Azərdən çəkindiyi söylənilir. Onu da bildirmək istəyirik ki, Azər rayon şöbələrinin rəislərindən "haqq" tələb edir, razılaşanlara himayədarlıq edir, etiraz edənləri isə şərləyərək Mahir Babayevin əli ilə işdən kənarlaşdırır. Necə ki, son üç ayda 2 şöbə rəisi bu yolla işdən azad ediliblər. Bundan başqa, Azərin arxası möhkəm olduğundan son zamanlar İsmayıllı Poçt Filialının rəisini belə işdən azad etdirmək istəyib. "Azərpoçt"un baş direktorunun xüsusi adamı olan Azər İsmayıllı Poçt Filialında yoxlama adı ilə olarkən pul müqabilində razılığa gəliblər. Və bu gün Azərin sayəsində İsmayıllı filialının rəisi meydan sulayır.

Hörmətli cənab Baş Prokuror!

Sizdən xahiş edirik, bu məsələ faktiki barələrində şikayət etdiyimiz şəxslərə bağlı olmayan nümayəndələriniz tərəfindən araşdırılsın.

Hörmətlə:

Zəhim Şükürov – Çuxuryurd PŞ-nin rəisi, Cilovlan Sadıqov – Qızmeydan PŞ-nin rəisi, Tağı Mirzəyev - Nağaraxana PŞ-nin rəisi, Rəna Salahova - Bağırlı PŞ-nin rəisi, Xatirə İbrahimova - 1 saylı PŞ-nin rəisi, Əlfin Heybətov – Quşçu PŞ-nin rəisi, Emin Salahov - Muğanlı PŞ-nin rəisi, Şahbaz Həmzəyev - Məlhəm PŞ-nin rəisi, Elçin Rəsulzadə - MXŞ-nin əməliyyatçısı, Umud Səməndərov – Mirikənd PŞ-nin rəisi və Asif Qəniyev – Cabanı PŞ-nin rəisi".

Xatırladaq ki, bu yaxınlarda "Azərpoçt" MMC-nin Şamaxı Poçt Filialında baş verən qanunsuzluqlarla bağlı Baş Prokuror Kamran Əliyevə və "Təzadlar"a ünvanlı şikayət məktubunu dərc etmişdik. Nəticədə, Şamaxı Poçt Filialının rəisi Rövşən Mirzəyev vəzifəsindən azad edildi…

Məsələ ilə bağlı bütün maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
 //tezadlar.az//
 
Ardını oxu...
 

 
Milli Məclisin “Şöhrət” ordenli deputatı Ağalar Vəliyevin şan-şöhrətini görmək üçün medya üzərindən qısa bir araşdırma aparmaq kifayətdir. Millət vəkili adlanan şəxsin indiyə qədər millətdən yana quruca bir çıxışı olmasa da barəsində türlü-türlü informasiyalar verilir. İndiyə qədər bir şəhid, qazi ailəsinə hər hansı yardımı toxunmayan A.Vəliyev Milli Məclisin sabiq sədri Oqtay Əsədova dəyəri milyonlarla ölçülən villa hədiyyə edib. Uçuq-sökük komalarda böyüyən və bu ölkənin zəfər tarixini yazan qəhrəmanlarımızın birinə bir otaq bağışlamayan tikinti maqnatı A.Vəliyev sabiq spikerinə qarşı görəsən nədən belə səxavətli davranıb? Bəlkə 2013-cü ildə bir məclisdə buraxdığı “səhv”inə görə o zamankı MTN şefinin toruna düşən deputat bir daha belə səhvlərə yol vermək istəməyib. Xatırladaq ki, o vaxt Ağalar Vəliyev MTN tərəfindən özünün səs yazısı ilə vurulmuşdu. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib.

 

“Kristal Abşeron” demişkən, fəaliyyəti heç də kristal olmayan bu şirkət haqqında da çoxsaylı məlumatlar vardır. Şirkətin qeyri-rəsmi sahibi olan deputatın tikinti sektorunda böyük payı var. İnşa edilən binalarda yol verilən qanunsuzluqlar, alıcılarla yaranan problemlər barəsində isə dastan bağlamaq olar. Deputatın rəhbəri olduğu “Azəraqrartikinti” ASC-də baş verənlər isə xüsusi araşdırma mövzusudur. Qeyri-şəffaf tenderlər, milyonlarla vəsaitin havaya sovrulması, özəlləşdirmə maxinasiyaları və s. Unutmayın ki, bu və sairədən sonra yenə də söhbət milyonların qaranlıq taleyindən keçir. Yoxa çıxan milyonların bir qismi isə deputatın oğlunun ölkədə və xaricdə rəhbərlik etdiyi şirkətlər tərəfindən “yuyularaq” yenidən dövriyəyə daxil olur. Pərviz Vəliyevin biznes şəbəkəsi Türkiyədə, Ukraynada, Gürcüstanda da şaxələnib. Beləcə Azərbaycanda havaya sovrulan milyonlar digər ölkələrdə “ikinci həyat” qazanır. Olmazmı ki, Azərbaycanın millət vəkili adını daşıyan bir şəxs elə biznesini öz ölkəsində çiçəkləndirəydi? Dövlət başçısı xarici sərmayədarları ölkəyə dəvət etdiyi halda “Şöhrət” ordenli deputatın oğlu hansı səbəbdən milyonları xaricdə dövriyəyə sürür? Sizcə də qeyri-anormal deyilmi?

Görünür A.Vəliyev cənabları millət vəkili statusunu daha çox biznes imperiyasının toxunulmazlığı üçün işlədir. Əks təqdirdə onun fəaliyyətindən bu millətə də bir zərrə xeyir toxunardı. Ən azından böyük qələbəmizdən keçən bir ildə bu baş verməyibsə fikirləşməyə dəyər. Ortada “kristal” kimi faktlar var…
Rubrika.Az

 

XalqXeber.Az
Ardını oxu...
 
 

 
Bəzi dövlət qurumlarında «ailə podratı»nın tətbiqinin xeyli tarixçəsi var…

 

Bu əməllər əsasən, dövlət müəssisəsələrində baş verir. Amma məmurlar, görünür, «Korrupsiya haqqında» Qanunun 7-ci maddəsini oxumadıqlarından bu əmələ yol verirlər.

Sözümüzün mənası var: Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlının rəhbəri olduğu təşkilat daim bu məsələlərə ciddi reaksiya verib.

«Təzadlar»a daxil olan məlumatda da bu məzmunlu maraqlı məlumat verilir. Bildirilir ki, SOCAR-ın tabeliyində olan «Neftqazelmitədqiqatlayihə» İnstitunun əməkdaşları maraqlı faktları bölüşüblər… M.Qəhrəmanlı da əməkdaşımıza bu barədə bilgi verdi:

-İnstitutun direktoru İsmayılov Fəxrəddin Səttar oğludur… İnstitutun əməkdaşları bu günlərdə test və atestasiyaya hazırlaşmaları barədə xəbərdarlıq alıblar. İndi hamı həyəcan içindədir! Hamımı??? Nəticədə ixtisar olub olunmayacaqlarını demək çətindir. Amma son beş altı ayda instituta hardasa yetmişə yaxın işçi qəbul olunub. Hamısı gənclərdir. Özü də müsabiqədən kənar! Deyirlər ki, kimlərinsə dost, tanış və qohumlarıdır. İnstitut özü isə "ailə podratı» ilə işləyir…

-İşçilər deyir?

-Nəinki deyir, maraqlı faktları da təqdim edirlər… Məsələn, məlum olur ki, İnstitutun baş mühəndisi Fazil Həsənovdur. Onun isə oğlu, qızı və gəlini burada çalışır… Geofizika və geologiya departamentinin rəisi Şəkərovun isə arvadı, özü və oğlu, eləcə də institutun direktoru Fəxrəddin İsmayılovun katibəsi, katibənin oğlu və qızı və s. burada çalışır. Siyahi isə uzundur… Hətta bizə verilən məlumata görə, qohumlar «NİPİ Neftqaz"MMC vasitəsilə də instituta yerləşdirilir. Belə ki, institutun əksər vəzifəli şəxslərin uşaqları, yaxin qohumları həmin MMC-yə yerləşdirilir, sonra hansısa proqram vasitəsilə MMC-dən instituta keçdilirlər. Hazırda da proses davam edir. Kənardan gələnlər də var. Lakin İnstitutun "Qazın yoxlanması və analizi" laboratoriyasının regionlardakı laboratoriyaları ləğv olunanda işçiləri xadimə götürdülər. Həmin işçilər arasında ali təhsillilər də var idi. Dedilər ştat yoxur. Bax belə…Hətta institutda çalışan işçilər bizə yazırlar ki, qalan qohum-əqrabaların da siyahısını verməyə çalışacaqlar. Məsələ ondadır ki, test yoxlamalarından sonra bu qohumlardan kimsə kənarda qalacaqmı??? Qiyamət onda olacaq… buna islahat deyirlərsə, daha nə deyək?! //«Təzadlar»//

 

XalqXeber.Az
Ardını oxu...
İmişli rayonunda fəaliyyət göstərən dövlət idarələrindən və rayonu bölüşdürən sahibkarlardan bəhs edən son yazımızda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Mil Muğan regional Filialında yaşananlar barəsində yazacağımızın anonsunu vermişdik.

Odur ki, mövzunu çox uzatmamaq üçün birbaşa keçid edirik əsas məsələyə.

Belə ki, "DogruXeber.az" redaksiyasına etibarlı mənbədən daxil olan məlumata görə 2021-ci ilin noyabr ayından etibarən "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Mil Muğan regional Filialında kütləvi işçi ixtisarları başlayıb və bu proses 2022-ci ilin mart ayına qədər davam edib.

İşdən çıxarılan işçilərdən birinin redaksiyamıza bildirdiyinə görə texniki heyyət qarışıq 62 nəfərə yaxın işçi işdən çıxarılıb və yəqin ki, bu barədə sözügedən filial rəhbərliyi "Öz ərizələri ilə çıxıblar" cavabını verəcək ki, bu cavabı da təxmin etmək heç də çətin deyil. Çünki, filialın keçmiş direktoru, hazırda isə Gəncə regional filialına təyinat alan Rafael Məmmədov tərəfindən, hamıya bir nəfər kimi ərizəsini yazmaq "əmri verilib" - "Nazirliyin əmridir, özün ərizəni yaz, çıx". Özü də həmin işdən çıxarılanların bir neçəsinin iddiasına görə "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Mil Muğan regional Filialında son illər işçi ilə əmək müqavilələri 3 aylıq bağlanır. 3 ay bitdikdə kiminin müqaviləsi özündən xəbərsiz təzələnir, kimininkinə müəyyən maraqlar xatirinə xəbərdarlıq edilir. Çünki, müqavilənin yenidən bağlanıb-baglanmayacağına "qərar vermək" üçün, bu "xəbərdarlıq" böyük önəm daşıyır. Kiminin də müqaviləsi ümumiyyətlə yenilənmir.

DogruXeber.az: - Halbuki, Əmək qanunvericiliyinə əsasən, İşçi ilə işəgötürən arasında əmək müqaviləsi müəyyən müddətə (müddətli) və ya müddət göstərilmədən (müddətsiz) bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Belə ki, müddətli əmək müqaviləsi bağlanan halda, işçi və işəgötürən onun müddətini (2 il, 4 il və s.) özləri sərbəst şəkildə müəyyənləşdirirlər.

Əgər əmək müqaviləsində onun hansı müddətə bağlanması nəzərdə tutulmayıbsa, həmin əmək müqaviləsi müddətsiz bağlanmış hesab olunur. Tərəflər müddətsiz əmək müqaviləsi bağlamışlarsa, onda həmin əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əgər əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəllidirsə, onda əmək müqaviləsi müddətsiz bağlanmalıdır.

Müddətli əmək müqaviləsinin bağlanması üçün əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakterə malik olmaması tələb olunur.

Əmək Məcəlləsinin 47-ci maddəsində konkret hallar göstərilmişdir ki, həmin hallarda müddətli əmək müqaviləsi bağlanılır. Həmin hallar aşağıdakılardır:

• işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;

• təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;

• işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbilədən olan digər işlərin görüldüyü hallarda;

• müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;

• işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;

• müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;

• Əmək Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar (Azərbaycan Respublikasının Milli Məclisinin deputatları və bələdiyyələrə seçilmiş şəxslər ) istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;

• tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;

• Bu Məcəllədə nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;

• qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Yuxarıda göstərilən hallarda müddətli əmək müqaviləsinin bağlanması məcburi deyil, tərəflərin iradəsindən asılı olur. Onu da qeyd edək ki, işçinin müddətli əmək müqaviləsinin müddəti bitdiyi halda, həmin əmək müqaviləsinə müddətin bitməsi ilə xitam verilir. Həmin əsasla işçi ilə əmək müqaviləsinə xitam verildikdə “İşsizlikdən sığorta haqqında” Qanuna edilmiş yeni dəyişikliyə əsasən həmin şəxsin işsizlikdən sığorta ödənişi almaq hüququ yarana bilər.

DogruXeber.az: - Bundan əlavə bəzi işçilərə yaxınlarının pensiya alması əsas gətirilib və işdən çıxarılıb.
Hansı ki, bu da tamamilə absurd bəhanədən başqa bir şey deyil. Əgər qanunda belə bir maddə varsa, o zaman hazırda sözügedən filialda, həmçinin respublika üzrə demək olar ki, ƏƏSMN-nin bütün sahələrində və şöbələrində yaxınlarının, ailə üzvlərinin, hətta özünün belə hazırda pensiya aldığı şəxslər var.

Bundan əlavə, bəzilərinə yaşını əsas gətirərək (halbuki, hələ 62 yaşı var) ərizəsi yazdırılıb və sair bu kimi kobud desək, dəxlisiz "səbəblər" gətirilərək işdən çıxarılıblar.

Yeri gəlmişkən, işdən çıxarılan şəxslərin bir neçəsi ilə telefon əlaqəsi saxladıq, hamısı bildirdi ki, işlərinə xitam verilməsi barəsindəki əmrin surəti idarə tərəfindən hələ də onlara təqdim edilməyib. Dəfələrlə tələb etsələr də, bütün tələbləri nəticəsiz qalıb.

Məlumata görə ƏƏSMN-nin daxili qaydalarına əsasən işçilər arasında "daxili imtahan"lar keçilir. Şərtlərə görə imtahanda zəif iştirak edən şəxslər işindən azad edilir.

Yeri gəlmişkən, müqavilə müddətinin bitdiyi deyilən və özünə işdən çıxması haqqında könüllü ərizə yazması əmri verilən şəxslərdən biri - 43 yaşlı Ramil Bağırov deyir, "Mən artıq, iki il idi ki, Əmək pensiyası üzrə Asan xidmətə göndərilmişdim, orada çalışırdım. Asan xidmətin rejimi ağır olduğu üçün çox adam tab gətirmirdi. Lakin mən, "işimdir" deyib, sakitcə iki ildir, bütün çətinliklərinə rəğmən, işimi işləyirdim. İşlədiyim müddətdə iki dəfə daxili imtahan keçirilib, özü də mənim iki ildir əmək pensiyası məsələlərinə baxdığım halda, mənə Mühasibat uçotu üzrə imtahan salınıb. Mən iki ildən çoxdur bu sahədən uzaq olduğum və imtahana hazırlıqsız olduğum halda, məndən xəbərsiz mühasibat uçotu imtahanına adım verilib. Mən də arxayın idim ki, çalışdığım sahə üzrə olacaq və yüksək nəticə göstərəcəyimdən əmin idim. Amma, imtahanda "sürpriz"lə rastlaşdım. Özü də imtahan nəticəmi mənə vermədilər ki, öz balımı hesabladım. Mən heç mənə şifahi deyilən az nəticə ilə razı deyiləm. Bəlkə çox toplamışam."

Yeri gəlmişkən, etibarlı mənbənin redaksiyamıza bildirdiyinə görə, imtahan elə də böyük "əhəmiyyət kəsb etmir". Onsuz da rəhbərlik kimi istəməsə nəticə yüksək də olsa, zəif olduğu deyilir özünə, kimi də istəsə topladığı nəticə nə qədər olursa-olsun həmin şəxs işinə davam edir. Beyləqanda keçmiş "pensiya şöbəsi"nin - hazırda müavinət şöbəsinin müdiri Bəhruz Quliyev kimi.

Mənbənin sözlərinə görə "Bəhruz Quliyev keçirilən imtahanlarda ən zəif nəticə göstərən şəxslərdəndir. Lakin, kimsə ona "gözün üstə qaşın var " demir. Daha doğrusu deyə bilmir.

Yeri gəlmişkən rayon sakinlərinin "oliqarx həyatı" yaşadığını, hektarlarla torpaq sahəsinin, mal-qara fərmasının, Bakıda evlərinin olduğunu, tez-tez bahalı avtomobillər dəyişdiriyini dedikləri Bəhruz Quliyevin Himalay Məmişovun və keçmiş direktor Rafael Məmmədovun "ən qiymətli" adamlarından biri olduğu deyilir.

Hazırda da Beyləqanda müavinət şöbəsinin müdiri olsa da, Mil-Muğan filialında Rafael Məmmədovun yerinə "ağsaqqallıq edir". Baxmayaraq ki, Rafael Məmmədovdan sonra direktoru müvəqqəti olaraq, tamamilə başqa bir şəxs əvəz edir.

Bundan əlavə, 2019-cu ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiya baş İdarəsi İmişli DSMF-da yoxlama aparıb və orada mühüm vəzifələrdən birində çalışan Nofəl Atakişiyevin işində çox ciddi faktlar aşkar edilib. Nofəl Atakişiyev Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə işdən çıxarılıb. Lakin, çox keçmədən, İmişli Rayon Məşğulluq İdarəsində mühüm vəzifəyə təyin olunur.

Maraqlıdır, o yoxlamalar, o maddə ilə işdən çıxarılma nə üçün idi, əgər yenidən bu cür mühüm vəzifə veriləcəkdirsə?!...

Adətən 70-ci maddənin "Ç" bəndi ilə işdən çıxarılan şəxslər, iş tapmaqda çətinlik çəkirlər. Lakin, görünür Sahil Babayevin könlü "sevimli işçisi"nin o çətinlikləri yaşamasına razı gəlməyib. Odur ki, elə öz idarəçiliyi altında başqa bir mühüm vəzifə ilə təmin edib.

Yeri gəlmişkən, Nofəl Atakişiyevi "sevimli" göstərən yaxınlarının kimliyi və harada, hansı vəzifələrdə çalışdıqları barəsində hələlik heç nə yazmırıq.

"DOST" İş Mərkəzinə gəldikdə isə, həmişə əlillərin, sosial durumunun çox zəif olduğu şəxslərin boğazından kəsib, güya "dövlət büdcəsini artıran" ƏƏSM naziri Sahil Babayevi İmişli rayonunun bu idarəsində ciddi yoxlamalar aparmağa dəvət edirik.

Çünki, etibarlı mənbənin bizə bildirdiyinə görə, işə çoxlu sayda xadimələr götürən "DOST İŞ mərkəzi"ndə, heç də o qədər təmizlikçi xanımlar çalışmır. Amma, adları o işlərdə qeydiyyatda olub, dövlət büdcəsindən maaş ayrılan adlar var ki, ad sahiblərinin çoxu o maaşlardan bixəbərdirlər.

Yeri gəlmişkən onu da qeyd edək ki, redaksiyamıza daxil olan daha bir məlumata görə Beyləqan DSMF-nun keçmiş müdiri Ülfət Vəliyev işdən haqsız və qeyri-qanuni şəkildə çıxarıldığına görə DSMF-na qarşı məhkəmə iddiası qaldırıb və qanunvericilikdə 3 aylıq əmək müqaviləsinin olmadığını, daha doğrusu hansı hallarda mümkün olduğunu sübuta yetirib. Odur ki, Ülfət Vəliyev məhkəmənin qərarı ilə işinə bərpa olunub və məhkəmə qərarında, hətta buvaxta qədər - yəni işdən azad edildiyi gündən, buvaxta qədər olan müddət üçün də əmək haqqının ödənilməsi nəzərdə tutulur. Amma, çox təəssüflər olsun ki, məhkəmə iddiası qaldırmaq üçün maddi imkanlarının olmadığını deyən digər işdən çıxarılan işçilər hələ də işsizdirlər və hətta, işdən çıxarılma əmrinin surətinin belə, dəfələrlə tələb etmələrinə baxmayaraq, özlərinə verilmədiyini bildirirlər.
Qeyd edək ki, həmin 3 aylıq müqavilənin bitdiyi səbəbilə işdən çıxarılanlar arasında Dövlət Qulluğuna keçirilən imtahanlarda yüksək nəticə göstərən şəxslər də var ki, hazırda onlar da işsizdirlər.

P.S: "DogruXeber.az"a daxil olan məlumatlarla bağlı bütün qeyd edilənlərin başlıca səbəbkarı olduğu deyilən Rafael Məmmədov ilə telefon əlaqəsi saxladıq və barəsində redaksiyamıza bəzi məlumatlar daxil olduğunu bildirdik. Rafael Məmmədov isə DSMF-nun mətbuat xidməti ilə əlaqə saxlamağımızı, yaranmış suallarımızı onlara ünvanlamağımızı istədi.

Bildirdik ki, "o uzun vaxt aparacaq".
Rafael Məmmədov isə, "Gec olmaz. Niyə gec olur?! Bir günə cavab verəcəyik." dedi.
Razılaşdıq və ardından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə zəng etdik. Özümüzü təqdim edib, daxil olan məlumatları diqqətinə çatdırdıq.

Müəyyən qeydlərini apardıqdan sonra Rəşad Mehdili mövzu barəsində araşdırılıb, bizə cavab veriləcəyini bildirmişdi ki, ona zəng gəldi.

Rəşad bəy, "Müəllim, mən indi sizə zəng edəcəm" deyib, telefonu söndürdü. Lakin, təəssüflər olsun, artıq üç gün keçməsinə baxmayaraq, hələ də sözügedən tərəf redaksiyamızla əlaqə saxlamayıb.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
 
 

Dünyapress TV

Xəbər lenti