Ardını oxu...
Son vaxtlar Azərbaycanda mənzil tikintisi adı ilə vətəndaşların külli miqdarda vəsaitini mənimsəyən tikinti şirkətlərinin sayı xeyli artıb. Mövcud problemlə bağlı hüquq-mühafizə orqanları lazımi tədbirlər görsə də, şəxsi evlərinə qovuşmaq arzusunda olan vətəndaşların aldadılması adi bir hala çevrilib.

Bu cür tikinti şirkətlərinin yalançı vədlərinə aldanaraq, onların qurbanına çevrilən vətəndaşlardan biri də İsayeva Fəridə Qəhrəman qızıdır. F. İsayeva "Yeni Ailə” MMC tikinti şirkətinin ona məxsus mülkiyyəti sökdüyünü və 4 ilə yaxındır ki, onu mülkiyyətsiz, evsiz-eşiksiz qoyduğunu bildirərək, dövlət orqanlarından kömək istəyir.

Şikayətçi bildirir ki, "Yeni Ailə” MMC –nin qanunsuz əməlləri artıq onu intihar həddinə çatdırıb: "Mənim Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəm var idi. Əsas gəlirimi buradakı obyektlərdən istifadə edərək qazanır, ailəmin təminatını qarşılayırdım. 2017-18-ci illərdə "Yeni Ailə” MMC əraziyə gələrək binaların pilot layihəyə düşdüyünü və sökülməli olduğunu bildirdi. Təqdim olunan şərtlərlə razı olmayan sakinlərin işıq, su və qaz təminatları dayandırıldı, əraziyə giriş-çıxışlarına maneçiliklər törədildi. Mən bu tip qanunsuz hərəkətlərə görə, məcburi şəkildə şirkətin təqdim etdiyi şərtlərlə razılaşmalı oldum. Daha sonra "Yeni Ailə” MMC şirkəti ilə aramızda 25.01.2018-ci il tarixli notarial qaydada müqavilə bağlanıldı.Həmin müqaviləyə əsasən şirkət iki ədəd qeyri-yaşayış sahəsini məndən təhvil aldı. Əvəzində isə həmin müqaviləyə uyğun olaraq tərtib olunmuş akt əsasında Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17, 18, 19-da yerləşən250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini 24 ay müddətində mənə tam təmirli formada təhvil verilmə öhdəliyi "Yeni Ailə” MMC-nin üzərinə qoyuldu. Həmçinin müqaviləyə əsasən aylıq 2200 manat icarə haqqının mənə ödənilməsi öhdəliyi müəyyən edildi”.

Fəridə İsayeva qeyd edir ki, bu müqavilədən 4 ilə yaxın müddət keçsə də həmin qeyri-yaşayış sahələri ona təhvil verilməyib, aylıq icarə haqqı da ödənilməyib: "Yaxın tarixdə bu faktla bağlı tikinti şirkətinə narazılığımı bildirdikdə mənə artıq həmin sahənin başqa şəxslərə satıldığı və sökülən əmlakımın qarşılığında isə heç bir əmlak verilməyəcəyi deyildi. Ona görə də üzləşdiyim bütün bu qanun pozuntuları ilə əlaqədar dövlət orqanlarına müraciət edirəm. Mən, 66 yaşlı bir Azərbaycan qadını olaraq, bu şirkətin əlində oyuncağa çevrilmişəm. İllər əvvəl məni məcbur edib imzalatdırdıqları müqaviləyə indi özləri əməl etmirlər. Hazırda mən öz mülkiyyətimdən məhrum edilmiş vəziyyətdəyəm.Bu şirkət davamlı olaraq özlərinin Nazirlər Kabinetinin qərarlarınının və İcra Hakimiyyətinin sərəncamlarının icraçısı olduqlarını bildirirlər. Lakin qəbul edilmiş qərar və sərancamlarda sakinlərin mülkiyyət hüquqlarına dair mənafeləri üstün tutmaqla yaşadıqları istismara yararsız binaların sökülərək inşa ediləcək müasir tələblərə cavab verən yeni yaşayış binalarında onlara tam təmirli və sahəsinə uyğun olaraq əvvəlkindən daha geniş yeni mənzillərin verilməsi və mənzillərin təhvil veriləcəyi müddətədək müvəqqəti yaşayış sahəsiilə təmin edilmələri nəzərdə tutulmuşdu. Hətta bu tikinti şirkəti öz məsuliyyətsizliyini də dövlət və dövlət orqanlarının üzərinə yıxmağa çalışır. Tikinti şirkətindən əmlakımı tələb etdikdə mənə açıq-aşkar tikinti işlərinin yubanmasının səbəbkarının dövlət olduğunu, dövlətin təlimatı ilə sakinlərin əmlaklarını vermədiklərini bildirirlər”.

"Xahiş edirəm ki, məni bu tikinti şirkətinin qanunsuz əməllərindən xilas edin. "Yeni Ailə” MMC vətəndaşların ev və obyektlərini sökür, onlarla məcburi müqavilə bağlatdırır və yekunda da tikdikləri əmlakları kənar şəxslərə satırlar. Tikinti şirkətlərinin bu tip qanunsuz əməlləri mütləq formada araşdırılmalı və müvafiq cəza tədbirləri görülməlidir”,-deyə müraciətdə bildirilir.

"AzPolitika.info”
 
Ardını oxu...
"Çox tərbiyəsiz bir sistem qurub. Yaynıda bir-iki nəfər saxlayır... Tərbiyəsiz adamlardır, düz-əməlli əxılaqları da yoxdur. Barəsində kimsə artıq-əskik danışırsa, ümumiyyətlə, kimsə onun adını tutursa, həminadamları salır "hədəfin" üstünə..." Bu barədə DİA.AZ-a Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı yazan mənbə bildirir.

Qaynaq iddia edir ki, çevrəsinə beş-on ağzıpozuğu toplayan Əhəd Abıyev rayonda bu gün hər kəsi susdurmaqla məşğuldur: "Bir növ "həyasız arvad" məsəli... Onun yanında elələri var ki, istənilən bir söyüşü eşitməyə hazırdırlar... Vətəndaşla elə ağız-ağıza girirlər ki... Vətəndaş nədən şikayətə gəldiyini də unudur. Əhəd Abıyev bu yolla narazıları susdurur. Hətta eyni üsulla Qazilərimizə qarşı da davranır... Yəni şərləmək, böhtan atmaq..."

Bu şok iddiaları səsləndirən mənbə dia.az-a sonda bunları bildirir: "Əhəd Abıyevin bu üsulu "yuxarıların" da qulağına çatıb... Yəqin onun qulağını burarlar..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
7 ay əvvəl Kürdəmir rayonuna icra başçısı təyin edilən Elxan İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin təbliğatına 26 min manat ayırıb. İcra başçısı SMM xidmətlərinin satın alınması üçün tenderdə Emin Məmmədzadə adlı şəxslə 26 400 manat məbləğində satınalma müqaviləsi imzalayıb.

Tenderin qalibi olan Emin Məmmədzadə ilə 6 aylıq müqavilə bağlanıb, qalibə hər ay 4.400, ümumilikdə isə 26 min 400 manat ödəniş olunacaq.

SMM xidməti göstərəcək fiziki şəxs icra hakimiyyətinin “Facebook” və “İnstagram” sosial şəbəkələrdəki səhifələrində yerləşdirilən təbliğat- təşviqat xarakterli materialların, həmin sosial şəbəkələrdə reklam məqsədi ilə yerləşdirilməsi işlərini görəcək.

Artıq təbliğat xarakterli fəaliyyətə start verilib. Amma sözügedən platformalarda icra hakimiyyətinin gördüyü işlərdən və fəaliyyətindən çox, Elxan İbrahimovun öz reklamı gedir.

Yeni təyin olunan icra başçısı da digərləri kimi ya “self”i çəkdirməklə, ya da əhalinin həssas təbəqəsi olan şəhid övladları ilə fotolarını paylaşaraq sanki ciddi-əhəmiyyətli iş gördüyünü diktə etməyə çalışır.

Ardını oxu...

“Facebook” və “instagram”platformalarında aktiv fəaliyyəti ilə seçilən icra başçısının təbliğatına yönələn vəsaitin çoxluğu daha çox kürdəmirliləri narahat etməyə başlayıb. Bu addıma görə qınanılan və tənqid edilən icra baçısının ünvanına müxtəlif formalarda etiraz dolu şərhlər yazılır.

Bu qədər vəsaitin əslində Kürdəmir sakinlərinin problemlərinə xərclənməli olduğu, vəsaitin selfi şəkdirməkdən başqa bir işə yaramadığı qeyd edilir.

SMM xidməti göstərəcək şəxsə aya ortalama 4 min 400 manatlıq bir büdcə ayrılması da müzakirə mövzusuna çevrilib. Hesabların idarə edilməsi və bəsit dizaynerlərlə sadəcə icra başçısının reklamının aparılmasına çəkilən xərcin ona ayrılan gəlirə adekvat olmaması sorğulanıb.

Görünən odur ki, 7 aydır təyin olunan Elxan İbrahimov özü ilə bərabər icra hakimiyyətinin reklama ehtiyacı olduğunu açıq-aydın nümayiş etdirir.

Halbuki görülən işlərin, həll edilən sosial-iqtisadi problemləri, həyata keçirilən vacib görüşlərin əməldən savayı reklama ehtiyacı olmamalıdır.

Qeyd edək ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan Oqtay oğlu İbrahimov 18 fevral 2022-ci il tarixində bu vəzifəyə təyin olunub.
 //bizim.media//
Ardını oxu...
AMEA-dakı özbaşınalıqlar dayanmadan həddi-hüdudunu aşır. Təəssüf ki, hörmətli akademik Arif Həşimovun azad jurnalist səsini “məhkəməyə veririk” hədə-qorxusu ilə susdurmaq çəhdi heç bir nəticə verməyəcək. Azad və demokratik Azərbaycanda Möhtərəm cənab Prezident İlham Əliyevin sayəsində hər bir jurnalistın cəmiyyətə həqiqətləri söyləmək hüququ var.

O həqiqətləri ki, əsaslı dəlillər və sənədlərdə öz təsdiqini tapır.

Bu günə qədər AMEA haqqında yazılan bütün məqalələrdə ictimaiyyətə çatdırdığımız məlumatların doğruluğu dəlil və sübutlarla təsdiqlənmişdir. AMEA-nı Ramiz Mehdiyevə ibadət ocağına çevirən Arif Həşimov günü bu gün Möhtərəm cənab Prezident İlham Əliyevə və Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kiçik bir lövhə belə qurmayıb, lakin Ramiz Mehdiyevə ibadət üçün divardakı xatirə lövhələri yadigar olaraq qalır və hamıya xatırladır ki, keçmiş rəhbərlikdən qalan komanda de-yuro olmasa da, de-fakto Arif Həşimovun əvəzinə AMEA-ya rəhbərliyi davam etdirir.

Növbəti biabırçı bir faktı araşdırdıq.

19 avqust 2022-ci il tarixində AMEA Rəyasət Heyətinin növbədənkənar iclası keçirilmişdir. Qapalı, hamıdan gizli saxlanılan bir iclas. Niyə? Məgər AMEA məxfi sirlərə malik bir təşkilatdır?! Ya bu o dərəcədə məxfi bir məsələdir ki, heç idarə və şöbə müdirləri də iclasa dəvət olunmamışlar.

Müəyyən olunduğu kimi, həmin iclasda AMEA-da qalan struktur vahidlərinin müzakirəsi aparılmışdır və yekunda nəhayət, 15/1 saylı qərar verilmişdir. Oxucu kütləsinə həmin sənədi təqdim edirik. Amma təəssüf ki, hansı səbəbdənsə bu qərar artıq bir aya yaxındır ki, hamıdan gizli saxlanılır, hətta AMEA İşlər idarəsinin müdirinə belə təqdim olunmayıb. Bu hal qərəzli deyilsə, bəs nədir?

Bu saymamazlığa səbəb bəlkə Elton Məmmədovun məhkəməyə müraciət edərək qanunsuz çıxarıldığı vəzifəsinə qayıtmasıdır?! Məlumdur ki, bu faktı Ramiz Mehdiyev-Arif Həşimov cütlüyü heç cür həzm edə bilmirlər.

Onu da qeyd edək ki, AMEA bir təşkilat kimi öz uğursuz fəaliyyəti nəticəsində son iki il ərzində bütün məhkəmələri uduza-uduza cəmiyyətdə onsuz da ləkələnmiş nüfuzunu tamam itirir. Amma buna baxmayaraq, eyni səhvlərə yol verməklə sanki bilərəkdən işçiləri narazı salaraq tək özlərinə deyil, dövlətə qarşı da qaldırırlar. Nəyə görə AMEA Kadrlar şöbəsinin müdiri Natiq Mehdiyev öz bacısının həyat yoldaşı İqbal Qəhrəmanovu Xüsusi şöbəyə müdir təyin elətdirə bilir, İşlər idarəsində ixtisara düşən və əyani magistraturada təhsil alan qardaşı oğlu Anar Mehdiyevi həmin Xüsusi şöbəyə baş mütəxəssis vəzifəsinə götürə bilir? AMEA Xüsusi şöbəsi necə vardısa, bu gün də Natiq Mehdiyevin ailə podratı kimi fəaliyyətdədir. Buradan səslənirik, hörmətli DTX rəhbərliyi, bu biabırçılığa nə üçün son qoyulmur? Harada görünüb ki, eyni təşkilatda Kadrlar şöbəsi ilə Xüsusi şöbə qohumluq prinsipi ilə fəaliyyət göstərsin? Bu halda hüquqları pozulan işçilər kimdən kimə şikayət etsin?

Amma siravi, rəhbərliklə əlaqəsi olmayan, 10-20-30 il AMEA-nın Rəyasət Heyətində çalışan işçilər xəbərdarlıq alaraq yola salınır. Kimdə qüsur tapa bilmirlərsə, işlənmiş sxem üzrə şər-böhtanla ləkələyərək işdən uzaqlaşdırırlar.

Qayıdaq həmin qərara. Onun tamamilə təzə strukturla əlavəsini görən olmayıb. Əlavə böyük bir dövlət sirri kimi saxlanılır və gizlədilir. Yəqin ki, yerdə qalan vəzifələr kimlərinsə yaxınları və qohumlarına paylanılıb müəyyən edilməyənədək də üzə çıxmayacaq. Məlum olduğu kimi, tək bu qərarın əlavəsi deyil, heç qərarın özü belə AMEA-nın vitse-prezidentlərinin xidmətlərinə, idarə və şöbələrinə təqdim olunmayıb. Kadrlar şöbəsinin məşhur müdiri Natiq Mehdiyev isə xəbərdarlıq verilən işçilərə işdən çıxarılmaları üçün əsas olan qərarı göstərmir, şifahi bilgi verir.
Arif müəllim, niyə gizlədirsiniz bu qərarın 1-ci və 2-ci bəndlərində göstərilən əlavələri?

Yeni struktur təsdiqlənməmiş köhnə struktur qüvvədə qalırsa, niyə indidən insanlara xəbərdarlıqlar paylanılır, ya o xəbərdarlığı arxa-dayağı, qohumu-əzizi olmayanlar alır? Onların taleyi-aqibəti artıq kiminsə tərəfindən həll olunub?!

Ədalət naminədirsə, hamı alsın o xəbərdarlığı bir nəfər kimi, amma az qala unutmuşduq axı, hər zaman olduğu kimi, AMEA Arif Həşimov üçün və keçmiş rəhbərin vaxtından qalan komandanın şəxsi obyekti kimi idarə olunur. Xoşuma gəlirsən – qal, gəlmirsən – get. Xoşuma gəlməyənlə dostsan – get… başqa hansı kriteriyalar əsas götürülür?

Qərarın 5-ci bəndinə əsasən, ştatların ixtisarları ilə əlaqədar işdən azad edilmış işçilər tabelikdə olan müəssisələrdə işlə təmin olunacaq. Yəqin qərarın icrasını üzərinə götürən Arif Həşimov unudub ki, AMEA-nın 28 institutu artıq onun tabeliyində deyil. Və ya 6-ci bənddə göstərilir ki, AMEA “Elm və Texnologiya Parkı” MMC ləğv olunur və onun balansında olan bina və tikililər “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-yə verilir.

Yəqin yaddaş zəifləyib. “AMEA Yüksək Texnologiyalar Parkı” MMC artıq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə verilib. Bu ciddi və kobud prosessual pozuntudur. Amma niyə təəccüblənirik ki? Bu artıq neçənci qanun pozuntusudur?

Xatırladaq ki, keçən il Arif Həşimov DİM-dən qeydiyyət keçməyən şəxsi rəhbərlik etdiyi Fizika İnstitutunda qanunsuz olaraq doktoranturaya qəbul edib. Bu haqda ətraflı yazmışdıq. Onu da xatırladaq ki, sabahdan başlayaraq 6-8 sentyabr 2022-ci il tarixlərində AMEA-nın doktoranturasına “Fəlsəfə” və ixtisas fənlərindən imtahanlar keçiriləcək. Biz azad pressa kimi bu prosesi müşahidə edəcəyik və ictimaiyyət əmin olsun ki, heç bir qanun pozuntusu gizli qalmayacaq.

Qərarın 7-ci bəndində artıq AMEA-nın əksər elmi tədqiqat müəssisələrinin Nazirliyə verilməsini yada salan Arif müəllim AMEA-nın yataqxanasının da Bakı Şəhər İcra Hakimiyyətinin balansına keçməsini elan edib. Əslində bu xoş xəbərdir, nəhayət ki, orada yaşayan insanlar üçün qayda-qanun olar. Amma görəsən onların özünün bundan xəbərləri var? Qərarın gizlədilməsini nəzərə alsaq, bu insanların da taleləri ilə oynayan Arif Həşimov öz hegemonluğundan əl çəkmir, yenə də vəzifəsindən sui-istifadə edir.
AMEA-da baş verən çoxsaylı qanun pozuntuları barədə həm bizim sayt, həm də digər saytlar silsilə məlumatlar verib.

Amma nə səbəbdənsə, AMEA-nın heç bir rəsmi nümayəndəsi tərəfindən bu məlumatlar bu günə qədər təkzib olunmayıb. Təvazökarlıqdan uzaq olsa da, aydındır ki, dəlil və sənədlərlə təsdiqlənən özbaşınalıq və qanunsuzluqlar necə təkzib olunsun axı?

Biz hələ də AMEA-nın mövqeyini dərc etməyə hazırıq, amma xatırladaq ki, bizi məhkəmə ilə qorxutmağa çalışmayın, bizim azad səsimizi susdura bilməzsiniz.

dosye.org

        
Ardını oxu...
“Vətən müqəddəsdir, vətən əzizdir” deyib onun hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan, eyni zamanda xalqımızın tarixində bənzəri olmayan qəhrəmanlıqlar göstərməklə canından keçən vətən övladlarının adları heç zaman unudulmur, heç zaman yaddaşlardan çıxmır.

Bəli, taleyinə çoxları kimi xalqına bağlılıq duyğusu ilə yanaşmaq, doğma Vətənini sevmək istəyi yazılmış Tovuz rayon sakini, Vətən müharibəsi şəhidi Əliyev Aqil Faiq oğlunun ömür yolları barədə söhbət düşərkən, o zaman bəlli olur ki, adı çəkilən bu Qəhrəmanımız da, məhz canını, qanını torpaqlarımızın bütövlüyü uğrunda qurban verən vətən oğullarındandır. Qeyd edək ki, Qəhrəmanımızın doğma qardaşı Anar Əliyev ailəlikcə üz-üzə qaldıqları ağrılı-acılı həyata qarşı fəryad etsə də, onu bu gün nə Tovuz RİH-nin başçısı Məmməd Məmmədov, nə də ki, digər vəzifə sahibləri saya salmırlar.

Qeyd edək ki, redaksiyamıza Tovuz rayonu, Çatax kənd inzibati ərazi dairəsinin Pələkli kənd sakini Əliyev Anar Faiq oğlu tərəfindən video-müraciət daxil olub. Adı çəkilən bu şəxs təqdim etdiyi video-müraciətində bildirir: “Qardaşım Vətən müəharibəsi şəhidi Əliyev Aqil Faiq oğlu müddətdən artıq hərbi xidmət qulluqçu (MAXE) idi. O, Azərbaycan Silahlı Qüvvələrinin MAXE-si olaraq həm Tovuz döyüşlərində, həm də 44 gün davam edən Vətən müharibəsində iştirak etdi. Bildirim ki, qardaşım Aqil Əliyev Beyləqan rayonu ərazisindəki “N” saylı hərbi hissədə xidmət edirdi və o, pulemyotçu idi. Bundan əlavə, qardaşım rabitə komandiri vəzifəsini də daşıyırdı və o, 44 gün davam edən Vətən müharibəsinin şiddətli vaxtlarında, daha dəqiq desəm 15 oktyabr 2020-ci il tarixdə Suqovuşan ərazisində həyata keçirilən döyüş əməliyyatlarının birində qəhrəmancasına şəhid oldu və Pələkli kənd qəbristanlığında da dəfn olundu. Qeyd edim ki, biz ailəlikcə dağlıq ərazidə yaşayırıq və belə bir səbəbdən də, kəndarası yollarımız bu gün də bərbad haldadır. Bildirim ki, rayonun Bozalqanlı kəndində fərdi yaşayış evim var və həmin evdə əlil bacım, xəstə qardaşım mənimlə birlikdə qalırdılar. Elə ki, qardaşım Aqil Əliyev şəhid oldu, o halda Bozalqanlıdakı evimin qapılarını bağladım və əlil bacımı, xəstə qardaşımı götürüb Pələkli kəndində yaşayan, eyni zamanda sinir xəstəsi olan anamın yanına köçdüm. Bir müddət keçdikdən sonra Tovuz RİH-nin başçısı Məmməd Məmmədova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədova müraciət etdim ki, Bozalqanlı kəndindəki küçəyə, hansı ki, mənim də evimin olduğu küçəyə qardaşım Aqil Əliyevin adının verilməsini, həmin küçəyə asfalt örtüyünün vurulmasının təşkil olunmasını onlardan xahiş etdim.WhatsApp Image 2022 09 05 at 10.13.19Hər iki vəzifə sahibi “Bu kimi işlərin görülməsi üçün qardaşının adına orden olmalı, bayraq meydanı olmalıdır” deyə cavab verdilər. Qeyd edim ki, qardaşımın adına “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları verilib. Mən Tovuz RİH-nin başçısı Məmməd Məmmədova, eyni zamanda Oruc Məmmədova təkrar bildirdim ki, əgər Bozalqanlı kəndindəki küçəyə, kənddəki məktəbə qardaşımın adının verilməsi, yaxud da həmin küçəyə asfalt örtüyünün vurulması çətin məsələdirsə, o halda heç olmazsa həmin küçəyə iki maşın çınqıl-daş tökdürün. Artıq iki ilə yaxınlaşır ki, RİH-də vəzifə sahibi olan bu şəxslər iki maşın çınqıl-daş tökülməsi ilə bağlı vəd veriblər, amma onlar bu gün də verdikləri vədlərinə əməl etməyiblər. Yəni, kənd yolları ilə bərabər, kənd qəbristanlığının yolları da bərbad haldadır. Bu gün ailəlikcə yaşadığımız evdə nə mavi qaz, nə də ki, internet var. Xeyli müddət bundan öncə təkrar RİH-nin başçısının qəbulunda oldum və kəndarası yolların bərbad halda olmasını bir daha Məmməd müəllimin diqqətinə çatdırdım. Dərhal o, Oruc Məmmədovun köməkçisi Azər müəllimə tapşırığını verdi və biz birlikdə küçəyə baxış keçirdik. Həmin vaxt Azər müəllim “Bu yola iki maşın çınqıl-daş bəhs edər” desə də, artıq 4-5 aydır ki, bu yöndə verilən vədə də əməl olunmayıb. Dəfələrlə zəng etmişəm, bir neçə dəfə qəbula getmişəm, hər dəfə mənə “yağlı vəd” veriblər, son anda heç bir iş görməyiblər.


Qeyd edim ki, qardaşım olduqca vətənpərvər bir gənc idi. O, mərhum general Polad Həşimovla birlikdə Tovuz döyüşlərində vuruşdu və o, həmin döyüşlərdən sağ çıxsa da, 15 oktyabr 2020-ci il tarixdə Suqovuşanda qəhrəmancasına şəhid oldu. Atamız rəhmətə gedəndə şəhid qardaşım yaşyarımında olur. Elə ki, o, vətən torpaqlarının bütövlüyü uğrunda şəhid oldu, həmin vaxtlarda onun adına olan bulaq kompleksini, yol kənarına vurulan lövhəni biz öz vəsaitimiz hesabına ərsəyə gətirdik. Bu gün xəstə anamla, əlil bacımla, xəstə qardaşımla yaşadığım evin döşəmələri çürüyüb, imkansızlıq ucbatından evdə təmir işlərini həyata keçirə bilmirəm. RİH Aparatına etdiyim müraciətlərim, sanki “daşa dəyir”. Artıq anamın ayaqları tutulub və yaşayış vəziyyətimizin ağırlığını hər kəs gəlib öz gözləri ilə görə bilər. Şəhid qardaşımın da dəfn olunduğu kənd qəbristanlığına gedən yol bərbad halda olduğundan, qəbristanlığa hər növ nəqliyyat vasitələri gedə bilmir. Qardaşımın qəbir daşının hazırlanmasına iki min manat pul xərcləmişik.
Bir müddət bundan öncə rayonun məşğulluq idarəsinin əməkdaşları şəhid ailəsinin üzvü olduğumuzdan, bizə iki iribuynuzlu heyvan verdilər. Amma, yaxınlığımızda yaşayan və kifayət qədər də dolanışıq imkanına sahib olan digər şəhid ailəsinə isə, üç iribuynuzlu heyvan verdilər. Elə ki, anam məşğulluq idarəsinin Nəsimi adlı əməkdaşına “Mənim övladıma niyə fərq qoyursunuz” deyə sual verir, o halda o, bizə “Nazirlik belə təsdiqləyib” cavabını verir”.Tovuzda RİH-nin başçısı şəhid ailəsinə rəzalət yaşadır
Bütün bunlar onu göstərir ki, Tovuz RİH-nin başçısı Məmməd Məmmədov və rayondakı digər vəzifə sahibləri Vətən müharibəsi şəhidi Aqil Əliyevin ruhuna hörmətsizlik etməkdən savayı, şəhidin sinir xəstəsi olan yaşlı anasına, əlil bacısına, xəstə və imkansız qardaşına qardaşına qarşı da “xor münasibət”lərini sərgiləməkdə davam edirlər. Deməli, çox yaxın vaxtlarda Tovuzda Məmmədov “erası”na son qoyulmalıdır ki, digər imkansız ailələrlə bərabər, şəhid ailəsinin üzvləri də rahat nəfəs ala bilsinlər. Yoxsa, ...
Mövzuya qayıdacağıq. //nyus.az//
 
 
 
Ardını oxu...
“Hürriyyət”in ötən saylarının birində “Ceyhun Həsənovun yeni sort pomidoru ölkədə böyük marağa səbəb olub” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Penitensiar Xidmət rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun yeni növ pomidor yetişdirməsindən söhbət açılırdı. Qeyd olunurdu ki, sosial şəbəkələrdə “Penitensiar pomidoru”, “General pomidoru” adı verilən bu tərəvəz növü çox sayda insanın diqqətini cəlb edib. Belə ki, vətəndaşlar general-leytenantın yetişdirdiyi pomidorun dadına baxmaq arzusunda olduğunu bildiriblər...

Etiraf edək ki, yazı müəllifi olaraq həmin pomidorun dadına baxmaq istəyi bizim də içimizdən keçməmiş deyildi. Amma eşidəndə ki, bu pomidorların böyük hissəsi ölkədən kənarda satılır, boşalmış, yarızay məhsullar isə Penitensiar Xidmətin tabeçiliyində olan həbsxanalara göndərilir, nəfsimizi boğmaqdan başqa çarəmiz qalmadı. Çünki karantin rejiminin davam etdiyi, quru sərhədlərin bağlı olduğu indiki dönəmdə ölkədən kənara çıxmağın çətinlikləri hər kəsə bəllidir. “Penitensiar pomidoru” yemək üçün cinayət törədib həbxsanaya düşmək isə heç də ağıllı fikir deyildi. Hətta bu yola əl atsaq belə, digər məhkumlar kimi, bizim də ancaq boşalmış, xarab pomidorların dadına baxmaqdan başqa şansımızın olmadığı bəlli idi.

Elə bu düşüncələr içərisində “General pomidoru” əldə etməyin yollarını axtararkən, təsadüfən saytların birində qarşıma maraqlı bir xəbər çıxdı. Məlum oldu ki, general-leytenantın yenicə biznesə qədəm qoyan oğlu Salyan rayonunda atasının şərəfinə “Yolüstü” adlı restoran açaraq, müştərilərə “Penitensiar pomidoru”, eləcə də Ceyhun Həsənovun yetişdirdiyi digər tərəvəz məhsullarını təklif etməkdədir. Sayt yazırdı ki, təmtəraqlı açılış mərasimi keçirilən restoran Bakı-Astara magistralının hər iki kənarında yerləşir və general-leytenantın doğulduğu kəndin adını daşıyır.

İşə bax ki, C.Həsənovun oğlunun restoran açması xəbərini eşidər-eşitməz könlümüzdən “quşdan qanad alıb” Salyana uçmaq həvəsi keçdi. Lakin qarşıdakı günlərdə peşə fəaliyyətimizlə əlaqədar cənub rayonlarından birinə səfərimiz nəzərdə tutulduğundan, “quşları narahat etməyib”, məhz həmin vaxt yolüstü general-leytenantın oğlunun restoranına da baş çəkməyi qərara aldıq.

Beləliklə, həftə sonu “Yolüstü” restoranında “Penitensiar pomidoru” yemək, Ceyhun Həsənovun bostanından olan məhsulların dadına baxmaq arzumuz çin oldu. Oxucularımız arasında da bu istəkdə olanların varlığına şübhə etmədiyimizdən, öncə restoranın yerləşdiyi ərazinin mənzərəsini canlandırmağa çalışaq. Yuxarıda da qeyd etdiyimiz kimi, restoran Salyan rayonu ərazisində yerləşir və Bakı-Astara yolunun hər iki hissəsini əhatə edir. Yanında “SOCAR” yanacaq doldurma məntəqəsi, mağaza, ibadət evi və s. iaşə müəssisələri fəaliyyət göstərir. Obyektin bir hissəsində, daha böyük ərazidə isə adı mətbuatda bir çox qalmaqalda hallanan “Salyan Aqro” yerləşir. Obyektin tikintisi hələ tam başa çatmasa da, ərazidə böyük sürətlə abadlaşma işləri aparılırdı...

Ətrafı bir qədər seyr etdikdən sonra “Yolüstü” restoranına daxil olduq. Gözlədiyimizin əksinə olaraq içəridə müştəri az idi. Görünür, həmin yolun üstündə uzun zamandır fəaliyyət göstərən və özünə müştəri toplayan “Hacıoğlu” kimi restoranlar olduğundan, yenicə fəaliyyətə başlayan “Yolüstü” təbii olaraq müştəri qıtlığı yaşayır...

Restorana daxil olanda diqqətimizi ilk olaraq cəlb edən içəridə quraşdırılan və qiyməti 4 min manatdan ucuz olmayan çoxsaylı “AUX” kondisionerləri oldu. Hiss olunurdu ki, general-leytenant oğlunun biznesi üçün yaxşı pul buraxıb. Amma kondisoner məsələsinin marağımıza səbəb olmasının başqa bir səbəbi vardı. Kimsəyə sirr deyil ki, Penitensiar Xidmətin nəzarətində olan cəzaçəkmə müəssisələrində kondisionerli otaqlar üçün məhkumlardan böyük məbləğdə pullar alınır. Əksər kameralarda isə yay aylarında temperatur 35-40 dərəcədən aşağı düşmür. Bu səbəbdən, bir anlıq fikrimizdən keçdi ki, kaş, Ceyhun müəllim oğlunun obyektinə qoydurduğu 4 min manatlıq “AUX” kondisionerlərindən ikisinin qiymətinə 10-12 ədəd sıradan kondisioner alıb, türmələrdə istidən əzab çəkən kasıb məhbusların kameralarına yerləşdirəydi. Lakin bunun heç vaxt olmayacağını bildiyimizdən, boş xəyala dalmaqdan vaz keçib, masalardan birinə əyləşdik.

Bir neçə dəqiqə sonra sonra ofisiant yaxınlşadı və bizi menyü ilə tanış etdi. İnsaf naminə, qiymətlər cənub zonasında mövcud olan digər restoranlarla müqayisədə münasib idi. Ətrafdakı milçəklərin çoxluğunu nəzərə almasaq, xidmət və yeməklərin keyfiyyəti də pis deyildi. İlk olaraq pomidor sifariş verməyimiz ofisiantı təəccübləndirsə də, istəyimizə uyğun olaraq masaya öncə ayrıca qabda pomidor, əlavə olaraq xiyar və qarpız gətirildi. Tərəvəzlərin yerli məhsul olub-olmadığı ilə maraqlandıqda isə, hamısının “Salyan Aqro”nun bostanından olduğunu söylədi.

Ardını oxu...
Beləliklə, Avropasayağı həzin musiqilərin sədası altında yeməyimizi yeyib, üstündən də çay içdikdən sonra hesabı istədik. Ofisiant məbləği birbaşa söylədikdə, “sizin restoranda müştərilərə çek verilmirmi” deyə sual etdik. O, “verilir” deyib, kassaya yaxınlaşdı. Az sonra üzərində sadəcə məbləğin qeyd olunduğu ağ kağız parçası ilə geri döndü. Bu zaman bizə agah oldu ki, əksər məmurların obyektlərində olduğu kimi, Ceyhun müəllim də vergi ilə “dərin anlaşma” içərisindədir. Amma uzunçuluq etməyib hesabı ödədik və ofisianta “çayvoy” verməyi də unutmadıq. Restoranı tərk edərkən hər şeydən xəbərsiz kimi, ofisiantdan obyektin sahibinin kim olduğunu soruşduq. Təbii ki, aldığımız cavab bizi heç də təəccübləndirmədi: “Bilmirsiniz, bura türmələrin rəisi Ceyhun müəllimin obyektidir”.

Çıxışda mağazaya da baş çəkib, yol üçün yüngül alış-veriş etdik. Maşına minərkən “Salyan Aqro”nun böyük anbarı diqqətimizi cəlb etdi. Yerli sakinlərin birindən bu anbarda nə saxlanıldığını soruşduq. Məlum oldu ki, Ceyhun Həsənov təkcə tərəvəz yetişdirməklə məşğul deyil, rayonda özünə məxsus hektarlarla ərazidə taxıl da becərir və toplanılan məhsulu “Salyan Aqro”nun anbarına yığır. Dedilər ki, general-mayor buğdanı daha baha qiymətə satmaq üçün qış fəslini gözləyir...

P.S. Əlbəttə, “Penitensiar pomidoru” yemək üçün Bakıdan Salyana gedib, sonra onun dadı ilə bağlı düşüncələrimizi oxucularla paylaşmasaq, doğru olmaz. Amma dəyərli oxucuların əfvinə sığınıb, bu haqda susmaq qərarına gəldik... //hurriyyet.az//
 
Ardını oxu...
İnci Mamedova adlı xanım Faktinfo.az saytına Tovuz Dövlət Sosial-İqtisad Kollecinin direktorundan şikayət göndərib.
Şikayətçi qeyd edir ki,kollecin direktoru Rizvan Qəmbərovu iş yerində tapmaq qeyri mümkündür.Digər tərəfdən kollecin maddi texniki bazası yox dərəcəsindədir, maliyyə pozuntusu, özbaşınalıq pikk həddə çatıb.O da bildirilir ki, işə gəlmiyən müəllimlərin, texniki işçilərin, tələbələrin təqaüd kartları direktor müavini Nuranə Ələkbərovadadır.

Məlumatda bildirilir ki,son bir neçə gündə valideynlər də direktor Rizvan Qəmbərovu iş otağında tapa bilmirlər. Valideynlərin kollecin direktoruna sözləri olduğundan dəfələrlə günün müxtəlif vaxtlarında kollecə getsələr də rəhbəri iş otağıda tapa bilməyiblər.Direktorun katibəsi isə bildirib ki,bütün iş müavin Nuranə Ələkbərovaya həvalə edilib,- məlumatda qeyd edilir.

Mövzuya münasibət öyrənmək üçün kollec rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də,cəhdlərimiz nəticəsiz qaldı.

Faktinfo.az
 
Ardını oxu...
Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binası sözün həqiqi mənasında dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib. İlk qanunsuzluq bu binanın tikilməsi zamanı böyük bir yaşıllıq zolağının məhv edilməsindən başlayıb. Ekoloji cinayətinə göz yumulan tikinti sahibləri bundan sonra qanunları təməl qazıntısına atıb üstünü betonlayıblar.
Sözügedən tikinti qonşuluqda yaşayan vətəndaşları ciddi narahat edir və müvafiq dövlət qurumlarına, surəti cumhuriyyet.az-a göndərilən məktublarda deyilir: “Bir az yaxın məsafədə Səmədbəy Mehmandarovun və Həzi Aslanovun doguldugu ev və həyət görünür. Qədim tariximizin şahidi olanlar indi sag deyillər. Ancaq biz onların varisləri kimi bu həyətdə ömür sürürük. Biz burada bir neçə nəsil yaşamışdıq, qeyri-adi hadisələrin şahisi olmamışdıq, ancaq keşən il olduq. Keçın il yaşadıgımız evin yarım metrliyində hasardan o tərəfdə, bizi aldadaraq , ag vərəqə imza atdırmış və üç mərtəbəli “Medicana Çentr” adı altında 8 mərtəbəli bina tikiblər. Biz öz həyətimizdə duranda binanın balkonları başımız üstündə çətir kimi durur!”
Maraqlıldır ki, vətəndaşların müraciətinə əlaqədar dövlət təşkilatlarının cavabında da tikintinin qanunsuz olduğu etiraf olunur. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, Lənkəran Şəhər İcra Hakimiyyəıi başçısının aparatı adından Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev isə bildirib ki, şəhərin Füzuli küçəsi 7 ünvanında Hadızadə Hünər Fəttah oğlunun mülkiyyətində olan 0.06751 ha torpaq sahəsində 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi şəhər Icra hakimiyyəti ilə razılaşdırılmışdır: “Lakin H.Hadızadə tərəfindən mansardın yerinə əlavə mərtəbədə tikinti-quraşdırma işləri aparıldığından şəhər lcra hakimiyyətinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 23 sentyabr tarixində inzibati qaydada protokol tərtib edilmişdir”. Vəssalam. İcra Hakimiyyəti bununla işini bitmiş hesab edib. Fövqəladə Hallar NazirliyiDövlət Yanğın Nəzarəti Xidməti Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi bildirib ki, “”ərazidə heç bir tikinti quraşdırma işlərininin aparılmadığı aşkar olundu”. Yeri gəlmişkən, cumhuriyyet.az olaraq icra hakimiyyətinin cavabında tikintinin sahibi kimi adı çəkilən H.Hadızadə ilə bağlı da araşdırma apardıq.

Ardını oxu...
Məlum oldu ki, tikinti prosesinə Hünər Hadıcadə və Hikmət Əsədov rəhbərlik edib. Amma Taleh Qaraşov kimi beş rayonda icra başçısı olmuş şəxsi, FHN kimi qazdan ayıq bir qurumu razı salmaq bu iki şəxsın işinə bənzəmir. İCRA HAKİMİYYƏTİ və FHN 2021 ci ilin sentyabr və oktyabr aylarında dəfələrlə bunlara tikintinin dayandırılması haqqında qərar verib, amma bunlar ötən 10 ay ərzində 8 mərtəbəli binanı tikiblər və bir gün olsun belə tikintini dayandirmayıblar və hal hazırda orda iş gedir!
Tikinti məcəlləsində, bina tikintisi üçün təstiq edilmiş bütün maddələr konud şəkildə pozulmuşdur! Beləki, tikinti üçün ayrilmış Lənkəran şəhər Füzuli küçəsi 7 ünvanında Hünər Hacızadənin mülküyyətində olan 0.06751 ha torpaq sahəsinin, hamısında tikinti aparılmışdır, hətta 1 kv² metr belə istirahət üçün yer saxlanılmamışdır! Binanın çırkab suları axıtmaqa və kanalizaçiya sistemi ümumiyyətlə yoxdur və harasa axıdılası yerdə yoxdu. Bina tikintisində içməli su və yangın üçün su anbarları və nasos sistemi ayrica tikilməlidir, lakin bu arqumentlər nəzərə alınmamışdır. Ətraf qonşu tikililərdə, pozulmuşdur, çunki bina qanuna uygun tikilmədiyinən ara məsafələr nəzərə alınmayıbdır və hətta bəzi evlər binaya bitişikdir!
Bu adamlar hansı statusa malikdirlər ki, Azərbaycan Respublikasının Ali Qanunlarını heçə sayırlar, dövlət qurumlarının qərarlarını görməzdən gəlib, istədikləri kimk tikinti aparırlar?! Tikilən binaya Ekspertiza rəyi Vacibdir. Cunki Eksprtiza rəyində binanın tikiıməyi və infrastrukturunun hansı formada olması üçün müdəalar vardir. Amma bu Bınaya eksprtiza rəyi verilməyib! Eksprtiza rəy vermədiyi binanın, Yerli İcra Orqanında çalışan arxitektur hansı səbəbə tikilməsinə göz yuması anlaşılan deyil. Bu insanlar Dövlətdən məgər üstündürlər?
 

Ardını oxu...


“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Xaçınçay su anbarının 7 km -lik magistral kanalla birlikdə təmiri və bərpası ilə bağlı elan etdiyi açıq tenderinin qalibini açıqlayıb.

9.903 milyon manatlıq tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC-dir.

Xatırladaq ki, "Körpü-Bina-Tikinti" MMC bundan əvvəl Mənzil İnşaat Dövlət Agentliyinin Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində ərazinin şaquli planlaşdırılması, yollar, səkilər və velosiped yollarının çəkilməsi üzrə 472 179 min manatlıq tenderini qazanıb (16.12.2021).

Bunlar da son deyil və ümumiyyətlə adı yerli KİV-də kifayət qədər qaranlıq işlərdə hallandırılan "Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovdur. Onun adı ilə bağlı olduqca ağır ittihamlar var. Pul qaçaqmalçılığından tutumuş büdcə oğurluğuna qədər...

Bununla bağlı daha geniş materialımız olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Ardını oxu...
Ağdamda icra başçısının “sağ əli” vətəndaşı ağır söyüşlərlə təhqir edib.

DİA.AZ bildir ki, bu barədə “Rezonans TV” videoçarx yayılıb.

Video da göründüyü kimi stola gələn vəzifəli şəxs vətəndaşa “cındır, şərəfsiz, sənin var yoxynu…” deyə ağır söyüşlər edərək təhqirlərə məruz qoyub.

Ətraflı videoda:



Məsələ ilə bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Dünyapress TV

Xəbər lenti