Konstitusiyaya zidd hakim olanlar - İLGİNC FAKT
Azərbaycanın məhkəmə sistemində görünməmiş təyinatlar baş verib.

TEREF.AZ bildirir ki, bu barədə fakt Gununsesi.info-nun araşdırması zamanı üzə çıxıb.

Bəlli olub ki, Azərbaycan Ali Məhkəməsi İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov və Yasamal rayon Məhkəməsinin sədri İslam Əliyevin hakim təyinatı Konstitusiyaya zidd olub.

Konstitusiyaya zidd hakim olanlar

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I bəndinə əsasən seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10.06.1997-ci il tarixli Qanununun 93-cü maddəsinə görə də Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

Amma məlum olub ki, adıçəkilən hər iki şəxs hakim təyinatınadək 5 il hüquqşünas kimi çalışmayıb.

1673962573_2.jpg
Yasamal Rayon Məhkəməsinin sədri Əliyev İslam Əli oğlu;

Əliyev İslam Əli oğlu – 1970-ci il təvəllüdlüdür, 2000-ci ildə, yəni 30 yaşında Ali təhsil diplomu alıb, amma hüquqşunas ixtisası üzrə iş təcrübəsi nədənsə 1999-cu ildən hesablanır, 2003-cü ildən Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunur, 2007-ci ildə isə, yəni 37 yaşında Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunub.

Hazırda isə Yasamal Rayon Məhkəməsinin sədri vəzifəsini tutur.

Hətta İslam Əliyevin iş təcrübəsini 1999-cu ildən hesablasaq da onun hakim təyinatı üçün hüquqşünas ixtisasl üzrə 5 il iş təcrübəsinə malik olmadığı ortaya çıxır.

1673962572_3.jpg
Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov da qanunsuz hakim təyin edilənlərdəndir.

2004-cü ildə hüquqşünas təhsili alan Xəqan Məmmədov maraqlıdır ki, 2000-ci ildən Konstitusiya Məhkəməsində Məhkəmə qərarlarının icrasına nəzarət sektorunun müdiri olub. 2008-ci ildən isə Bakı Şəhər Yasamal rayon Məhkəməsinə hakim təyin olunub.

Göründüyü kimi onun da hüquqşünas diplomu aldığı müddətdən sonra iş təcrübəsi 5 il deyil.

Hazırda Ali Məhkəmənin İnzibati Kollegiyasının sədridir.

Araşdırmamız zamanı hər iki şəxsin Konstitusiyaya zidd olaraq hakim təyinatında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun rolu olduğu üzə çıxıb.

Məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasının da mövqeyini öyrənməyə çalışsaq da buna nail ola bilmədik.
Belə ki, Məhkəmə- Hüquq Şurasının saytında olan əlaqə nömrəsinin bir neçə çağırışdan sonra faksa qoşulduğu məlum olub.

Şuranın qaynar xətti də eyni qaydada zəngləri cavabsız qoydu.

Bütün hallarda Məhkəmə-Hüquq Şurasının mövqeyini işıqlandırmağa hazırıq.
 

Bölmənin digər xəbərləri

20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti