Ardını oxu...
Şabran İcra Hakimiyyətinin bir addımığında yerlən bu küçə baxımsız vəziyyətdədir.

TEREF.AZ-ın belediyye.net-ə istinadən məlumatına görə, “Beşsotlar” adlanan yaşayış massivindəki bu küçənin adı yoxdur. Sakinlərdən soruşsanız hərəsi bir ad deyər.

Kələ-kötür, təmirsiz kənd yollarını xatırladan bu yol Şabranın mərkəzi küçəsində olmaqla yanaşı həm də, Şabran rayon İcra Hakimiyyətinin bir addımlığında yerləşir.

Quraqlıq vaxtlarda torpaq yol rahat görünsə də, yağışlı, qarlı günlərdə keçilməz olur.

Uzun illərdir quru vədlərə möhtac qalan küçə sakinlərinin ümidləri yenə boşa çıxıb.

Artıq yağışlı günlər başlayıb. Yolun təmir işlərindən isə xəbər yoxdur. Sakinlər hər il eyni çətinliklərlə üzləşməkdən təngə gəliblər. Ölçü götürülməsini tələb edirlər.

Məsələ ilə bağlı üz tutduq Şabran rayon İcra Hakimiyyətinə. Qurumdan yenə vəd verdilər. Dedilər ki, 6 ay ərzində küçə əsaslı təmir olunacaq. Küçənin adı ilə bağlı müvafiq addım atılacaq. Şabran rayon İcra Hakimiyyəti başçısının müavini Nətavan Mustafayeva sakinlərin problemlərini həll etmək istədiklərini də əlavə etdi.

Sakinlərin xəbəri olsun ki, rəsmi qurumdan “Beşsotlar” yaşayış massivindəki adsız, təmirsiz küçənin problemlərinin diqqətdə saxlanılacağına yenidən söz verildi.

Məsələni diqqətdə saxlayacağıq.

 
 
 
Ardını oxu...
Yevlaxda “MERO” əməkdaşı vətəndaşdan rüşvət alıb – ŞOK İDDİA
Gundem / Bolge / MaraqliOxunub: 468 sen 2022 | 01:30
Redaksiyamıza Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova Göyçay rayonu Qaraməryəm kənd sakini 2-ci dərəcəli əlil Babayev Arzu Vidadi oğlu tərəfindən ünvanlanan şikayət əzizəsinin sürəti daxil olub.

Müraciət edən vətəndaş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya əməlləri ilə məşğul olan Yevlax Qeydiyyat İmtahan və Texniki baxış İdarəsinin əməkdaşı Pərviz Hacıyevin barəsində qanuni və ciddi tədbirlər görülməsini istəyir.
KanalS.az-a Babayev Arzu Vidadi oğlu tərəfindən daxil olan şikayət ərizəsini olduğu kimi oxucuların və müvafiq qurumların diqqətinə təqdim edirik:
“Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsinin zabit əməkdaşı Pərviz Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məndən 380 manat pul alıb və vəzifə saxtakarlığı etmişdir.
Onun bu hərəkətləri cinayət tərkibi yaradır.
Belə ki, 50 CR 659 nömrli VAZ-21011 markalı avtomobili qeydiyyata aldırmaq üçün 02 avqust 2022-ci il tarixdə Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsində oldum. Qeydiyyat şöbəsinin əməkdaşı Pərviz Hacıyev avtomobili qeydiyyata aldırmaq üçün məndən 400 manat pul istədi. İstənilən pulun çox olmasını bildirdikdə Pərviz Hacıyev mənə bildirdi ki, avtomobilin mühərriki dəyişdirilib buna görə sənin heç bir arayışın sənədin yoxdur. Bəlkə də bu mühərrik cinayət yolu ilə əldə edilib?
Buna görə mən məcbur olub Pərviz Hacıyevə 380 manat pulu heç bir terminal ödənişi etmədən əlbə-əl verdim.
50 CR 659 nömrəli VAZ-21011 markalı avtomobil dayım oğlu Göyçay rayonu Bəğır kənd sakini Hacıyev İqrar Asif oğlunun adına 23 BN 474 nömrəsi ilə qeydiyyata alındı. Həmin avtomobili idarə etmək hüququm var.
Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsinin əməkdaşı Pərviz Hacıyevin bu hərəkətləri cinayət əməlidir. Çünki, məndən istədiyi pulu almaq üçün özü mənə bildirdi ki, avtomobilin üzərindəki mühərrik dəyişdirilib hansı yolla əldə edilməsinə dair heç bir sənədi yoxdur. Polis zabitinin öz marağına görə cinayət əməli ilə məşğul olması ağır məsuliyyətdir. Pərviz Hacıyev hətta orada mənimlə kobud rəftar etdi. Pulu alandan sonra isə elə bil hər şey qanunların yox pulun başında idi.
Sizdən xahiş edirəm şikayət ərizəmi yerində mənim iştirakımla obyektiv araşdırıb vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya əməlləri ilə məşğul olan Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsinin əməkdaşı Pərviz Hacıyevin barəsində qanunu və ciddi tədbirlər görəsiniz.”

Qarşı: tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bir müddət əvvəl bir qrup şəxsin “SARA GROUP” QSC-də talançılıq əməlləri barədə xəbər vermişdik.

Əldə etdiyimiz yeni məlumatlarda Xaliq Məmmədovun rəhbərlik etdiyi həmin talançı qrupla bağlı hüquq-mühafizə orqanlarında araşdırma başlandığı və onların məsuliyyətə cəlb olunduğu deyilir.

Adıçəkilən QSC-ni talayan bu şəxslərin əməlinin üstü daxili audit nəticəsində açılıb.

Qeyd edək ki, 630 min manatlıq talama QSC-nin İmişli-Qəbələ rayonları üzrə anbardar və satış meneceri işləyən Əlişükür Vahabzadənin vasitəsi ilə həyata keçirilib. Ancaq bu əməli törədənlər guya bütün maliyyə əməliyyatlarının qanuni olması barədə təhvil-təslim aktı yazıblar.

Şirkətin hazırki direktoru Şirvan Əhmədov isə həmin aktı qəbul etməyib. Bundan sonra aparılan audit nəticəsində Xaliq Məmmədovun faktiki rəhbərlik etdiyi oğru dəstə – Əlişükür Vahibzadə, Elşən Cəfərli, Elçin Babayev və Vüsal Aslanov ifşa edilib. Qeyri-rəsmi söhbətlərlə və yazılı etirafları ilə əməllərini etiraf edərək, borcu qaytaracaqları barədə vəd versəllər də, sonradan buna əməl etməyiblər.

Əvvəlcə mühacir mediadan dəstək uman bu şəxslər indi də anti-milli mövqeyi ilə seçilən bir sıra internet resurslarından günahsız olduqlarını iddia etməyə çalışırlar. Araşdırmamız zamanı onu da öyrəndik ki, burada şirkətin sabiq rəhbəri Xaliq Məmmədovun xüsusi rolu var.

Elə mətbuatdakı son açıqlamasında da Əlişükür Vahabzadə etiraf edir ki, onu bu şirkətə atası Yusif Əzizovun tələbə yoldaşı, QSC-nin o zamanki rəhbəri Xaliq Məmmədov gətirib.

“Dunyaninsesi.Az ”
 
 
 
Ardını oxu...
“Emin Əhədovu ölümcül döyərək, qollarını sındıran şəxsləri kimlər müdafiə edir?” başlıqlı ötən yazımızda Masallı rayonunda baş verən zorakılıq, heç bir ölçüyə sığmayan qanunsuzluq hallarından bəsh etmişdik. Qısa xatırlatma üçün qeyd edək ki, Masallı rayonunda vaxtilə xırda ticarətlə məşğul olan, çirkli yolla pul qazananlar, hətta narkotik maddələrin satışı ilə məşğul olanlar qazandıqları külli miqdarda varidatın hesabına sıravi vətəndaşlara qarşı əzələ-güc nümayiş etdirirlər. Ən dəhşətlisi odur ki, bu kriminal ünsürlər hətta hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarını da ələ ala biləcəklərini düşünürlər. Və hətta buna nail olurlar. Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə Masallı şəhər sakini Əhədov Emin Əhəd oğlunun may ayının 29 - da qonşuları Spartak və Azər Nadirovlar tərəfindən amansızcasına döyülüb ağır bədən xəsarətləri alması barədə informasiya yayılmışdı. Məlumatdan bəlli olurdu ki, “qoçu”ların atası “Hacı” Abı Nadirov ötən əsrin 90- cı illərindəki qarmaqarışıqdan istifadə edib İrandan gətirilən xırdavatın və narkotik vasitələrin alqı- satqısıyla varlanıb və Həcc ziyarətinə getdikdən sonra Masallıda imkanlı iş adamı kimi tanınmağa başlayıb. Lakin el arasında ona deyilən ayaması bu gün də unudulmayıb. Həmin ayama ilə tanınan Abı ötən əsrin 90 -cı illərində uzun müddət pul alveri ilə məşğul olaraq həm də "dollar Abı" ləqəbi ilə tanınıb. Masallıda “Xan çinar” şadlıq sarayının və digər ticarət obyektlərinin sahibidir. Bunu biz yox, müxtəlif mətbu orqanlar yazır.
Spartakın adı isə 2000- ci illərin ortalarında müğənni Xatirə İslamla bağlı macəralarına görə gündəmə gəlib. Külli miqdarda borca düşüb. Deyilənə görə “Hacı” Abı onun borclarını qaytarmağın vahiməsindən hətta şəkər xəstəliyi tapıb. Spartak bu gün ətrafına bəzi qoluzorluları yığaraq Masallıda münaqişəli tərəflər arasında mübahisəli məsələlərin haqq- hesabını (razborka) aparır, sələm tələb edir, qanuna sığmayan digər əməllərlə məşğul olur. Deyilənlərə görə "Hacı" Abının və törəmələrinin bu əməlləri etməsinin əsas səbəbi Masallı rayon İHB- nın sabiq 1- ci müavini “Hacı” Nadir Abıyevlə qohumluq əlaqələridir. Belə ki, hər iki Hacı qudadırlar. Spartak məhz həmin qohumluğa görə dəfələrlə cinayət məsuliyyətindən yayına bilib. Bildirək ki, Spartak və qardaşı Azər tərəfindən vəhşicəsinə döyülən Emin Əhədov ruhi xəstədir. Xəstəliyinə görə pensiya alır, sakit həyat tərzi sürür. Kimsə ilə münaqişəsi olmur. Onun atası Əhəd Əhədov "Hacı" Abı ilə əmiuşağıdır. Əhəd Əhədov vaxtilə "Hacı" Abıya kömək edib, ona dəstək olub. Onların arasındakı mübahisənin əsas səbəbi Əhəd Əhədovun babasından miras qalmış evin Masallı rayon İH- nin sabiq Başçısı Rafil Hüseynov tərəfindən 2020- ci ildə “Hacı” Abının kürəkəni, Masallı şəhərinin keçmiş ərazi nümayəndəsi Laçın Sadıqova 70 min ABŞ dollarına qanunsuz olaraq satılması olmuşdur. Alqı -satqı prosesində Masallı rayon İHB- nın hazırkı 1- ci müavini Məmmədhüseyn Hüseynov və İH -nin memarlıq və tikinti şöbəsinin müdiri Abbas Mikayılov yaxından iştirak etmişlər. Yəni onların da hesabı ödənilib. Məhz bundan sonra Əhəd Əhədov ölkə Prezidenti cənab İ
lham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə və digər dövlət rəsmilərinə şikayət etmişdir. Masallının hazırkı icra başçısı Şahin Məmmədov isə Məmmədhüseyn Hüseynovun canfəşanlıq etməsi nəticəsində Masallı şəhərinin sabiq ərazi nümayəndəsi Kamal Mazanovu vəzifəsindən azad edib Prezident Adminstrasiyasına "günahkarın" cəzalanması barədə arayış göndərmişdir. Maraqlıdır ki, rayonun hüquq mühafizə orqanlarının məsul şəxsləri bu günə kimi Emin Əhədova ağır xəsarət yetirmiş Spartak və Azər Nadirovlar barəsində əsaslı hüquqi tədbirlər həyata keçirtmirlər. Görəsən Masallı polisinin rəisi Azay Ağayevi susduran səbəb nədir?
Sözün qısası, Gündəlik-Bakıya daxil olan məlumata görə, Masallı rayon məhkəməsinə gələn Spartak və onun qoçuları Əhəd Əhədovun oğlu Emin Əhmədovu yenidən vəhşicəsinə döyərək qanına qəltan ediblər. Görəsən, ölkə mediasının bu qədər yazmağına, dövlət başçısına, hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciətlərə baxmayaraq nə üçün heç bir tədbir görülmür..? Bəs ölkənin məhkəmə-hüquq sistemi hara baxır..? “Hacı Abı”nın oğlanları Spartak və Azər Nadirovlar Azərbaycan qanunlarından güclüdürmü..?
Gündəlik-Bakı olaraq növbəti yazıda bu suallara konkret cavab tapmağa çalışacağıq.
Yazıda adları çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
gundelik baki.com
 

Ardını oxu...
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ( DANX) Gəncə Regional Şöbəsində rəislə əməkdaş arasında insident baş verib.
DİA.AZ xəbər verir ki, bu haqda Dünyanınsəsi.Az saytına DANX-ın Gəncə Regional Şöbəsinin əməkdaşı Birakşani Şamxal Elxan oğlunun özü danışıb.
Şikayətçi bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsus “1 Saylı Gəncə Regional Nəqliyyat” MMC-nin direktoru Müzadil Həsənov tərəfindən fiziki zorakılığa məruz qalıb.
Belə ki, bu gün 13-30 iradələrində rəis M.Həsənov onu iş otağına çagıraraq tabeçiliyində olan avtomobili təhvil verilməsini tələb edib.
Birakşami Şamxal isə şöbə rəisindən nə səbəb görə maşının təhvil verilməsini soruşub.M.Həsənov isə ona bildirib ki, sizinlə yeni müqavilə bağlamayacam onun üçündə avtomobili təhxil verməlisiniz.Əməkdaş rəisə təkidlə bildirib ki, bu maşını keçmiş rəisə 1500 manat pul verərək yenicə götürmüşəm. Hələ də borc içində boğulduğunu və himayəsində 2 azyaşlı övladları olduğunu bildirsədə nəticəsi olmayıb.Əksinə DANX- ın rəisi əyləşdiyi stoldan qəflətən qalxıb Şamxal Elxan oğlunun mədəsinə və bədənin müxtəlif nahiyyələrinə bir neçə zərbə endirərək əməkdaşdan tələb etdiyi avtomobilin açarlarını zorla alıb.Məhz bundan sonra səhhəti ağırlaşan Birakşami Şamxal Gəncə Regional Şöbəsinin inzibati binasında yerə yıxılmışdır.Hadisə yerinə Gəncə şəhər Baş polis İdarəsinin əməkdaşları eləcə də Gəncə Təcili Tibbi yardım stansiyasının həkimləri gəlmişdir.
Fiziki zorakılığa məruz qalan DANX-ın Gəncə Regional Şöbəsinin əməkdaşı isə hazırda A.Səhhət adına 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalarımız davam edir.

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Döyülən şəxsin videoşikayətini təqdim edirik:


Ardını oxu...
Haqqında bəhs edəcəyimiz Şəki Rayon Mərkəzi Xəstəxanası ( RMX) barəsində qısa məlumat verək. Şəki rayonunda iki korpusda rayon Mərkəzi Xəstəxanası (RMX), Doğum evi, Birləşmiş uşaq xəstəxanası, Psixatriya xəstəxanası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 poliklinik şöbə və poliklinika, 3 kənd sahə xəstəxanası, 15 kənd həkim məntəqəsi, Təcili yardım və s fəaliyyət göstərir. Uzun illər, daha doğrusu, 2010-2017-ci illərdə Məcid Əliyev Şəki RMX-nin baş həkimi vəzifəsində çalışıb. Məcid Əliyev baş həkim olduğu zaman yol verdiyi ciddi qanunsuzluqlara və külli miqdarda dövlət vəsitini mənimsədiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. Belə ki, mediada yayılan məlumata görə, Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyevin həbs olunması məsələsi gündəmdə olub. Lakin bunlara baxmayaraq Məcid Əliyev yüksək vəzifəli məmurun vasitəsilə nəinki, vəziyyətdən çıxa bilib, hətta Zaqatalada xəstəxanaya direktor vəzifəsinə də təyinat alıb. Sonra isə Zaqatalada Mərkəzi xəstəxananın baş həkimi olub. Onun bu vəzifəyə təyin edilməsində TƏBİB-in rəhbəri Vüqar Qurbanovun da rolu olub. Görəsən bir soruşan olmadı ki, o boyda yeyintiyə, mənimsəməyə görə, vəzifəsindən azad edilən, az qala həbs olunmaq təhlükəsi ilə üz-üzə qalan Məcid Əliyev necə oldu ki, Zaqatala Mərkəzi Xəstəxanasına baş həkim təyin edildi..? Beləliklə Məcid Əliyev Şəkidəki əməllərini Zaqatalada davam etdirməyə başlayıb. Bəli, Məcid Əliyev Zaqatalada baş həkim kimi çalışarkən, rayonda “ölü canların” maaşını yeyən, korrupsioner birisi kimi tanınıb. Dövrü mətbuatda Zaqatala ziyalıları adından yayılmış müraciətlərin birində Zaqatala rayon Mərkəzi Xəstəxanasına Məcid Əliyevin baş həkim təyin olunduğu gündən sonra sözügedən səhiyyə ocağında özbaşınalığın baş alıb getdiyi, rüşvətxorluğun tüğyan etdiyini bildirirlər. Qeyd edirlər ki, bu gün elə bir tibb işçisi yoxdur ki, baş həkimə rüşvət vermək üçün Kapital Banka müraciət etməsin. Əgər doğrudan da dövlət qurumları və qanunları işləyirsə buyurun yoxlayın.
Məcid Əliyev rayona baş həkim gəldiyi gündən neçə nəfər tibb işçisi bankdan nə qədər kredit götürüb, miqdar isə onun tələb etdiyi qədərdir. Bu rəqəm 3000 – 5000 azn arasıdır. Bu hələ harasıdır..? Məcid Əliyev elektrik generatotu almaq , hətta tualet kağızı, tibbi əlcək almaq üçün həkimlərdən pul yığır. Bəs görəsən dövlətin ayrıdığı külli miqdarda vəsait kimlərin cibinə gedir..? Bütün bunlar ortada ola-ola Məcid Əliyev bir müddət əvvəl yenidən Şəkiyə qayıdıb. Bəli, TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Məcid Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. İndi gördünüzmü, Məcid Əliyevin Vüqar Qurbanovla dostluğu sarsılmaz imiş.
Bəli, bu gün Şəkidəki xəstəxanaların işləməyən, ancaq adı olan texniki personalı öz maaşlarını baş həkimlə bölürlər. Məcid Əliyev bir çox kənd sahə xəstəxanalarına və həkim məntəqələrinə öz yaxın adamlarını rəhbər təyin etməklə, onların əli ilə ayrılan vəsaitlərin silinməsinə və bir çox şəxslərin adlarının həmin tibb ocaqlarında getməsinə şərait yaradır. Şəkidəki kənd xəstəxanaları sanki XVIII əsrdən qalıb, heç birində müasir şərait yoxdur. Məcid Əliyev Şəkidə doğuşun, cərrahi əməliyyatların bahalı qiymətini müəyyən edib. Qeysəriyyə üsulu ilə doğmaq 600 manatdır.
Məcid Əliyev tibbi stansiyaların müdirlərindən hər ay 1500 manat aylıq alır. Təsəvvür edirsinizmi, Məcid Əliyev tibbi məntəqələrə lazım olandan çox sanitar-xadimələr götürür və onların da maaşına şərikdir. Bəli, Məcid Əliyev işçiləri işdən çıxardığını deyir və istədiyini alandan sonra onları yenidən işə bərpa edir. Bütün bu yazdıqlarımız Məcid Əliyevin Zaqatala və Şəki səhiyyəsində törətdiyi əməllərin cüzi bir hissəsidir.
Sözü qısası, Məcid Əliyev səhiyyə adına, həkim adına ləkə olan birisidir. Və biz media qurumu olaraq Məcid Əliyevin əməllərini sonadək araşdırıb dövlət orqanlarının nəzərinə çatdıracağıq. Qoy haqq-ədalət öz yerini tapsın. Media adından Səhiyyə naziri Teymur Musayevə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevə, TƏBİB-in sədri Vüqar Qurbanova müraciət edirik ki, Məcid Əliyev kimi işbazları səhiyyə sistemindən uzaqlaşdırsınlar.
P.S. Məcid doktor yazılanlara əgər şübhən varsa, Zaurdan aldığını qaytar özünə, daha o birilərini demirəm.
 //gundelik-baku.com//

Ardını oxu...
DİA.AZ: - Qarabağda şəhərsalma işlərini məmur öz oğlunun şirkətinə həvalə edib. DİA.AZ bildirir ki, bu barədə növbəti araşdırma materialı təqdim olunub.

Dəyəri 11 milyon 304 min manat olan 22 müqavilə müsabiqə keçirilmədən bağlanıb

DİA.AZ xəbər verir ki, hökumət adından bu müqavilələrin bağlanmasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öz tabeliyindəki quruma – Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə həvalə edib. Qurum Şuşa rayonunun Daşaltı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılması işlərini “Feniks-AA” MMC-yə təqdim edib.

Aydın Aydınlı “Feniks-AA” şirkətinin direktorudur. 27 yaşlı şirkət rəhbəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatovun oğludur.

Şok faktlar daha ətraflı formada aşağıdakı reportajda açıqlanır:


Ardını oxu...
 
 

Ölkəmizdə son vaxtlar bütün sahələrdə aparılan islahatlar təqdirəlayiqdir.

 
Belə ki, Regional Təhsil İdarələrinin yaradılması bütün təhsil ictimaəti tərəfindən böyük ümid hissi ilə qarşılandı.
 
Respublikanın bəzi regionlarında hətta gözlənilən uğurlu kadr siyasəti aparılaraq bu istiqaməti çox az bir müddətdə böyük nailiyyətlər belə əldə edildi. Lakin, təəssüf hissi ilə qeyd edək ki, Sabirabad, Saatlı,İmişli və Beyləqan rayonlarının daxil olduğu Mil-Muğan Regional Təhsil İdarəsində aparılan bərbad kadr seçimi yaranmış ümidləri bir andaca məhv etdi. Təhsildə keyfiyyət sektoruna müdir təyin edilmiş Mahir Zahidovun az bir müddətdə sərgilədiyi “vəzifədən sui-istifadə performans”ı sözü gedən Regional Təhsil İdarəsinin “Acı sonu”nun gətirəcəyindən heç şübhəniz olmasın.
 
İdarənin bir qrup məsul əməkaşının rayonumuzun təhsil ictimayəti ilə keçirdiyi görüşdə biabırçı,çox acınacaqlı bir qalmaqal yaşandı.
 
Mövcud problemlərin müzakirəsi əsnasında Mahir Zahidov rayonumuzun bir çox məktəb direktorlarını (onların arasında çoxluğu qadınlar təşkil edir) qaldıraraq tətbir iştirakçılarının gözü qarşısında ayaq üstə saxlayaraq tutduğu vəzifəyə, təmsil etdiyi Mil-Muğan Regional Təhsil İdarəsinin nüfuzuna yaraşmayacaq şəkildə körpə uşaq kimi danlayaraq təhqiramiz sözlərlə onları hər kəsin içərisində xar etdi.
 
Gör nə qədər  harınlamış olasan ki, illərin direktorlarınlı durğuzub “Sən kimsən”,”Səni qapı ağzında qoyaram”,”Səni qovaram” kimi ifadələrlə şıxış edəsən. Əlbəttə bütün bunları özünə,şəxsiyyətinə hörmət edən insanlar tərəfindən ikrah hissi ilə qarşıılanacağını və ona “baha başa gələcəyini” Təhsildə keyfiyyət sektorunun keyfiyyətsiz müdiri gözə almadı.Onlar elə iclas zalındaca  tribunadan bunları asıb-kəsən Mahir Zahidova qarşı yürüyərək onu yaxşıca qorxuzuraq həddini və yerini bildirməyə nail oldular.Vəziyyətin belə məcraya yönəldiyini görən Regional Təhsil İdarəsinin digər məsul şəxsləri, eləcə də İmişli rayon sektor müdiri  Vahid müəllim sözügedən direktorları sakitləşdirərək Mahir Zahidov adından onlardan üzr belə istədilər.Ay Mahir müəllim,sən gəl qurban ol bizim çox hörmətli Vahid müəllimə ki,o cür təhqirdən,nalayiq hərəkətdən sonra o kürəyini qarşında sipər etdi. Özünə hörmət edən hər bir  vətəndaş sənin kimi az bir müddətdə harınlamış  vəzifə sahibinin  o cür  insanlığa sığmayan,bədnam hərəkətinin qarşısında  gərək ki,səni elə oradaca sürüyüb o iclas zalından birbaş bayıra atardı.Şəxsiyyətdən,mənəviyyatdan,etikadan,tərbiyədən xəbəri olmayan birinin az bir müddətdə müəmmalı şəkildə gəlib o  posta necə çıxması hamımızın beynində çoxsaylı suallar yaradır.Hörmətli oxucu!  Davranışını,rəftarını bilməyən birini hansı üstün kriteriyalarına görə beıə bir vəzifəyə gətirildiyini öyrənmək sizə də maraqlı gəlmədimi? Biz İmişli rayon ziyalıları olaraq bu “qəhrəmanı”mızı qısa müddətdə araşdırdıq və çox dəhşətli faktaların ortaya çıxmasına şahid olduq

Milli-mənəvi dəyərlərə,çalışdığı kollektivə zərrə qədər də hörmət qoymayan, yolverilməz qeyri-etik davranışlarına görə daim ictimai qınağa məruz qalan bu şəxsin vəzifəyə gətirilməsinə nə üçün məsul şəxslər göz yumub?Dövlətin vəzifəyə layiq bildiyi vətəndaşı gərəkki,bütünlüklə dövlətinin layiqli vətəndaşı ola.Çürük xislətli birinin bu dövlətin təhsilinə kimi xoş töhvəlləri ola bilər?
 
Ən dəhşətlisi də odur ki,aldığımız məlumata görə Mahir Zahidovu bu vəzifəyə layiq görənlər,etimad göstərənlər yuxarıda sadaladığım və bəzi səbəblərdən hələki açıqlamadığım gerçəkləri bilərək,göz yumaraq onu buralara gətirib çıxardıblar.Görəsən səbəb nədir?!Mil-Muğan Regiional  Təhsil İdarəsi öz işini hansı prinsiplər əsasında qurmaq istəyir?!
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

 

XalqXeber.Az
Ardını oxu...
““Bizim Ev” MTK Yasamalda sakinlərə işgəncə verir..” başlıqlı ötən yazımızda şirkətin apardığı tikinti prosesində heç bir təhlükəsizlik qaydalarına əməl olunmadığı haqda bəhs etmişdik. Ümumiyyətlə, tikinti bumu deyilən məsələ demək olar ki, neçə illərdir ki, cəmiyyətdə, mediada, hətta hakimiyyətin ən üst qatlarında ciddi müzakirə olunur. Amma etiraf etməliyik ki, ortada ciddi nəticə yoxdur. Necə deyərlər, dəyirman bildiyini eləyir, çaxçax başını ağrıdır. Biz bir media qurumu olaraq tikinti biznesinin əleyhinə deyilik. Amma onu qeyd etməyə məcburuq ki, bu qanunsuz tikintilərin çoxunun arxasında məmurlar dayanıır. Adamdan soruşarlar ki, görəsən məmur maaşı ilə bu boyda binalar necə tikilir..? Əlbəttə, heç kimə sirr deyil ki, rüşvət və korrupsiya yolu ilə qazanılmış milyonlar tikinti bumunun əsasını təşkil edir. Deməli, tikinti bumunun arxasında rüşvətxor və korrupsionerlər dayanır. Biz media olaraq “Bizim Ev” MTK-nın arxasında hansı məmurun dayandığını araşdırmaq fikrində deyilik. Bizi maraqlandıran odur ki, bu MTK vətəndaşlara niyə bu qədər işgəncə verir..? Yeri gəlmişkən, bir məsələni də xüsusi olaraq qeyd edək ki, sivil ölkələrin çoxunda SƏS-KÜY-lə bağlı ayrıca qanunlar var. Çünki SƏS-KÜY insanlarda bir çox xəstəliklərin səbəbidir. Bizdə isə MTK-lar gecə-gündüz, ilin bütün fəslində yaratdığı səs-küylə sakinlərin əsəblərini korlayır, onlara dəhşətli stress yaşadır, nevroz həddinə çatdırır. Yazıq vətəndaşlar haralara şikayət etsələr də heç bir nəticə olmur. Axı, yuxarıda qeyd etdik ki, bu işlərin arxasında məmurlar dayanır. MTK-lar təkcə səs-küy mənbəyi deyil, həm də… Birincisi, tikinti bumu kifayət qədər yaşıllıqları məhv edir. İkincisi, tikilən binalar, obyektlər tikinti normalarına cavab vermir. Təkcə bir faktı yada salaq.
Bir neçə il əvvəl Binəqədidə tikinti materialı səbəbindən 16 mərtəbəli bina bütünlüklə yandı, 16 nəfər öldü, 60 nəfər yaralandı. Nəticədə binanın təsisçisi, sahibi 8 il həbs cəzası aldı, amma 3 ildən sonra azadlığa çıxdı, hətta müsadirə olunan əmlakını qaytara bildi. Həmin şəxs lap 100 il həbsdə olsaydı nəsə dəyişəcəkdimi, günahsız ölənlərdən bircəsi diriləcəkdimi..? Əlbəttə, yox. Sözümüzün canı odur ki, heç bir tikinti, ekoloji, təhlükəsizlik normalarına cavab verməyən binalar gələcəkdə ciddi fəsada çevrililəcəklər. Biz hələ bu binaların arasındakı məsafələrin heç bir normaya uyğun gəlmədiyini və digər neqativ halları təkrarlamaq istəmirik. Bütün yazılanlara, deyilənlərə, ictimai müzakirələrə, hətta dövlət başçısının dəfələrlə bu problemi sərt şəkildə tənqid etməsinə baxmayaraq, tikinti mafiyası öz əməllərindən bircə addım da geri çəkilmir.
Haqqında bəhs etdiyimiz “Bizim Ev” MTK barəsində Yasamal rayon sakinlərindən daha bir şikayət redaksiyamıza daxil olub. Sakinlər bildirir ki, son günlər küləkli havaların olmasına baxmayaraq MTK Zərdabi küçəsində apardığı tikintini nəinki dayandırmayıb, əksinə aktivləşdirib. Və küləkli havada tikintinin tozu, torpağı, qumu, çınqılı, hətta beton palçığı həyətləri basıb, sakinlərin yaşadığı binanın həyəti sanki tikinti poliqonudur. Bir daha qeyd etmək istəyirik ki, biz kiminsə tikinti aparmasının əleyhinə deyilik. Amma… Əmması odur ki, kimlərsə bina tikib milyonlar qazanacaq, sakinlər niyə işgəncə çəkməlidir. Ətrafa yayılan daş, çınqıl həyətdə oynayan uşaqların iraq olsun ölümünə səbəb olsa, buna kim cavab verəcəkdir..? Ətrafdakı yaşıllıqları məhv edəndə niyə bir dövlət qurumunun səsi çıxmadı..? Ümumiyyətlə, Yasamal rayonu yaşıllıqların məhv edilməsinə görə birinci yerdə gedir. Bütün bunlar azmış kimi tikintinin aparıldığı ərazi “Məhsul” idman stadionunun bir hissəsi, daha dəqiq desək, soyunub-geyinmə sahəsidir.
Birincisi, dövlət başçısı idmanın inkişafını prioritet elan edib, bu məmurlar isə idman stadionunun ərazisini satırlar. Düzdür, sonradan stadionu satanlar həbs olunsalar da, ərazini alıb bina tikənlər öz işlərini tələm-tələsik, hətta küləkli havalarda da davam etdirirlər. Sanki bunları qovan var, sanki harasa tələsirlər. Və bütün bu baş verənlərin fonunda nə Fövqəladə Hallar Nazirliyinin, nə Yasamal icra hakimiyyətinin, nə də digər səlahiyyətli qurumun səsi çıxmır. Müvafiq qurumların tədbir görməsi üçün MTK-nın Tikinti obyektinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məghəllə, Həsənbəy Zərdabi küçəsi, 69b ünvanında 2 girişli çoxmərtəbəli yaşayış binası. Sifarişçi: “Bizim Ev” MTK Dövlət ekspertizasının rəyi: 25693, 17.07.2018 Layihəçi: KARKAS-S MMC lisenziya İNİL-523/2017.05.06.2017 Podratçı: “Bizim Ev” MTK lisenziya EL-118/21.05.2018 Başlanma tarixi: 10.03.2022 Bitmə tarixi: 10.09.2024
P.S. Bu bina tikən İmişlili Mürşüd kimdirsə o heç kimi saymır, amma beton, taxta qırıqları, daş, qaya, kubik parçaları həyətə töküldükcə camaat bir ağızdan ağır söyüşlər söyür. Buyurun, qəbul edin deyirlər. //gundelik-baku.com//
 
 
 

Dünyapress TV

Xəbər lenti