Ardını oxu...
Salam. 1887 saylı DSÖdə 01.09.2022 tarixdə vaxta dəyişməsi planlaşdırılıb. Bütün buruq heyyəti vaxtanı dəyişmək üçün MPK gəmisinə təxminən saat 10:00 minib. Buruqdan çıxan MPK gəmisi neft daşlarında bütün heyyəti təxminən saat 11:00 estakadada düşürüb. Həyyət evə getmək üçün Qara Qarayev adına olan gəmini saat 15:00 qədər parkda gözləyib. Buruq heyyəti gəmiyə gederkən qazma trestinin rəhbərliyi bildirdi ki, biz GGİ idarəsinin heyyəti 11 nəfər Qara Qarayev gəmisinin növbəti reysi ilə yola salınacağıq. Gəmi Neft Daşlarından saat 16:00 da çıxış edib Zığ terminalına getdi, növbəti reys bu minvalla təxminən saat 23:00 təsadüf edecək. Və biz 02.09.2022 tarixdə saat 02:00 da Zığ terminalına çatacağıq.
Teref.az yazır ki, bunu bir qrup narazı neftçi öz şikayət məktublarında yazıblar. Daha sonra şikayətçilər yazırlar:
Məlumat üçün bildirmək istəyirik ki, heyyət üzvləri arasında gecə növbəsində işləyib vaxtanı tərk eden əməkdaşlar var, onlar sutka yarım istirahət etməmiş olurlar, gəmini gözləmək üçün bu istidə hər hansı bir yerdə ayaq üstü dayanıb gözləməlidir. Halbuki gəmi 120 nəfər sərnişin daşıya bilir, buruq heyyəti isə heç 60 nəfər deyil. Bu yanaşma GGİ idarəsinin işçilərinə ilk dəfə olmadığına görə üzümüzü sizlərə tutub müraciət edirik, her daim buruqlarda, platformalarda qazma heyyəti ilə bərabər çiyin-çiyinə çalışmışıq, amma vaxta dəyişməsi zamanı insani dəyərlər baxımından hər birimiz mənəvi sarsıntı keçiririk. Xahiş edirik bu məsələ bağlı bizə köməklik göstəsiniz. Əvvəlcədən təşəkkür edirik.
ARƏM maddə 310 İşəgötürənlər və digər vəzifəli şəxslər: işçilərin Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlarını pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa görə:Maddi, intizam, inzibati, və cinayət məsuliyyəti daşıyırlar.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
DİA.AZ bildirir ki, Samux rayon sakini Məmmədov Elmir Bahəddin oğlu Azinforum.az-a etdiyi müraciətdə əkin sahələrinin suvarılması məsələsində yerli məmurların onlara necə əziyyət verdiyini və həmin sahənin monopoliyaya alındığından danışıb.

Videomüraciətdə adları çəkilən şəxslərin də cavab haqqını tanımaq şərtilə həmin şikayəti təqdim edirik:

Ardını oxu...

İsveçdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərlərindən biri, SAMM TV-nin yaradıcısı Rahim Sadıqbəyli İSBAM sədri Samir Adıgözəllini küçə söyüşləri ilə təhqir edib.

R.Sadiqbəylinin küçə söyüşlərindən istifadə etməsinə səbəb S.Adgözəllinin canlı efirlərin birində Diasporla İş Üzrə Dövlət Komitəsinin gördüyü işi və sədri Fuad Muradovu tənqid etməsi olub.
 R.Sadıqbəylinin əxlaqsız ifadələr işlətdiyi dialoqun səs yazısını əldə edilib.
Həmin səs yazısında Rahim Sadıqbəyli Fuad Muradovla dost olduğunu deyir və söyüşlərinə davam edir:


 

Ardını oxu...
Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev də deyəsən, artıq köhnə eşalon təmsilçilərinin əhvalındadır. Hər halda vətəndaş şikayətlərinin Xətai RİH tərəfindən qulaqardına vurulmasından anlaşılanı budur. Əgər belə olmasaydı, Raif Quliyev ən azından tabeçiliyində olanlara bir söz deyərdi, onlar da uzun müddətdən bəri qalan problemlərə dırnaqarası yanaşmazdılar.

Xətainin icra başçısının başı NƏYƏ QARIŞIB Kİ?

Başçının laqeydliyinə rəğmən, sözügedən ünvandan nöcbəti vətəndaş gileyini təqdim edirik. DİA.AZ-a yazan sakinlər üç ilə təmiri bitməyən səkilərin anormal vəziyyətindən yazırlar.

Xətai rayon Qaçaq Nəbi küçəsinin sakinləri dia.az-a deyirlər ki, üç il bundan qabaq təmir üçün sökülən piyadalar üçün nəzərdə tutulan yolun təmiri tamamlanmır. Bu da sakinlərin gediş-gəlişinə ciddi maneə törədir.

Nəzərə alsaq ki, sözügedən səki həm də 95 saylı məktəbin yolunun üstündədir, bu zaman məktəblilərin də narahatlığını təsəvvür etmək çətin olmaz.

Sakinlər bu yarıtmaz fəaliyyətə görə aidiyyatı qurumların ölçü götürməsini tələb edirlər.

Onu da qeyd edək ki, Bakı şəhər icra hakimiyyətinin işçiləri neçə müddətdir Bakı rayonlarının icra başçılarının məhz bu cür yarımçıq işlərini aşkarlamaqla, tədbir görməklə məşğuldur. Görünür, bu fakt BŞİH-in də nzərəindən yayınıb...

Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Lənkəranda məmurların korrupsiyası sırf təsadüfən ifşa olunub. DİA.AZ bildirir ki, bu olay Lənkəran rayon sakini Namiq Babayevin iş üçün müraciət etməsi nəticəsində ortaya çıxıb.

Narazı vətəndaş bildirir ki, yaşadığı ərazidə yol-tikinti idarəsində günəmuzd işləyib və hər gün 5-10 manat pul alıb. Sonradan isə, yəni iki ay sonra iş üçün məşğulluq idarəsinə müraciət etdikdə onun adına kart açıldığını, maaşının mənimsənildiyini müəyyən edib.

Lənkəranda məmurların KORRUPSİYASI

DİA.AZ narazı vətəndaşın gileyini diqqətə çatdırır: "İş üçün müraciət edəndə bildim ki, mənim adıma kart açılıb, pul mənimsəyirlər".

N.Babayev məsələ ilə bağlı Baş Prokurordan kömək istəyir.

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Uzun müddətdir ki, “Dost” İş Mərkəzinin və Binəqədi rayon Məşgulluğunun xətti ilə Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 107 saylı MKİS-də təmizlik məsələləri üzrə sosial işçi kimi fəaliyyət göstərirəm. İşlədiyim müddətdə 107 saylı MKİS -nin sabiq rəhbərlikləri ilə heç bir problem olmayıb. 2022-ci ilin may ayından 107 saylı MKİS-nə yeni rəis - Rüfət Süleymanov təyin olunduqdan sonra mənim baş ağrılarım başladı. Bu adam məni gözümçıxdıya salıb. Sosial vəziyyətimi, evimin qəzalı olmasını, azyaşlı qızımın gözündə asteqmatizm - zəif görmə probleminin olmasına baxmayaraq, mənə hər gün işə gəlib boş-boş oturmağı təklif etsə də, mən reestr yazılan günlərdə həftənin 1-ci və 4-cü günləri MKİS-nə gəgələcəyimi və bunun həmişə belə olmasını söylədim. Razılaşdıq. Amma sentyabr ayının 1-də işə gələndə mənə açıq-aşkar təhdid formasında, özünü sanki “Dost” MMC-nin nümayəndəsi və Binəqədi rayon İcra Hakimiyyətinin səlahiyyətli əməkdaşı kimi apararaq, sentyabrdan işdən azad ediləcəyimi dedi. Mən 107 saylı MKİS müdiri Rüfət Süleymanova indiki sosial durumda bunu nə üçün etdiyini soruşduqda, o, bu məsələnin “Dost” MMC tərəfindən edildiyini söylədi və bildirdi ki, guya oradan nümayəndələr gəlib məhz məni soraqlayıblar. Bu ağ yalandır. Səbəbini sizə izah edəcəyəm.

Hörmətli ölkə başçısı, cənab Ali Baş Komandan İlham Əliyev! Əziz oxucular! Hörmətli Azərbaycan vətəndaşları!
Axı indi hansı zamandır ki, işçinin ağır sosial durumunu, övladının xəstə olduğunu, evinin qəzalı vəziyyətdə olub az qala çökəcəyini bilərək, vətəndaşı İŞDƏN AZAD EDƏSƏN?!
Bu hansı, ƏDALƏTƏ, MƏNTİQƏ, QANUNA, HUMANİZM QAYDALARINA VƏ İNSANLIQ ÖLÇÜLƏRİNƏ SIĞIR???

Mən bir ziyalı, ali təhsilli xanım, tənha ana olaraq Sizə müraciət edirəm! Bunun qarşısının hər vasitə İLƏ alınmasında mənə köməklik göstərəsiniz! Bu məsələdə əslində vəziyyət başqa cürdür. Binəqədi rayon MKİS rəisi Rüfət Süleymanov təzə işə gələndə MKİS-də olarkən mənə nalayiq təklif etməklə hər bir problemimi həll edəcəyini söylədi. Amma təbii ki, əvəzində sərt reaksiya gördüyünə görə özünün çirkin əməllərinə əl atmağa başladı. Indi də R.Süleymanov “Dost” MMC-nin adından istifadə edərək, məni işdən çıxaracağı ilə təhdid edir. Onun məqsədi başqa idi. Yaxşı bir el məsəli var : “Namusu itə atıblar, it yeməyib!”

Rüfət Süleymanov sizə kim səlahiyyət verib ki, tabeliyində olan işçi ilə vəzifə səlahiyyətlərindən istifadə edib iyrənc rəftar edəsiz?! Amma haqqı nahaqqa verməyib Allah!!! Heç kimin ahı yerdə qalmayıb. Bu gün mənimlə belə rəftar edən, sabah başqa biri ilə də eyni ssenari üzrə rəftar edəcək. Ona görə də biz qadınlar cəmiyyətdə belə ünsürlərə qarşı haqq səsimizi qaldırmaqla, hüquqlarımızı bildirməklə etiraz etməliyik. Nə olursa-olsun, belələri ağır mühakiməyə çəkilməli, cəmiyyətin, xalqın gözündə İFŞA OLUNMALIDIRLAR!!!

107 saylı MKİS rəisi Rüfət Süleymanov, siz bu gün məni işdən çıxarmaqla nəyə nail olursunuz bilmirəm, amma onu da bilin ki, bu məsələ burada bitmir! Özünüzü cəmiyyətdə ifşa və biabır etməklə, sabah insanlar arasına da çıxa bilməyəcəksiniz?!

Məsələni diqqətdə saxlayacağıq!

Hörmətə, yazıçı-publisist, baş redaktor müavini Səadət Sultan (Abbasova)

Paralel.az
 
Ardını oxu...
Son 3 ildə ağır astmadan yataqdayam. Həkimlər Naxçıvandakı “Duzdağ” fizioterapiya mərkəzində müalicəmi məsləhət bilir . Səhiyyə Nazirliyi , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB ( Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) bu məqsədlə dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət etsələr də, Sosial Xidmətlər Agentliyi qərəzli ayrı-seçkiliyini sürdürməkdədir. Özbaşınalıq o həddədir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetindən ƏƏSMN -ə, oradan da SXA-ya göndərilən müraciətlərə də sayğısızlıq göstərilir, Qarabağ qazilərinə xidmətin ƏƏSMN -in səlahiyyətləri xaricində olduğu bildirilir. Belə çıxır, agentlik sədri Vüqar Behbudov nə birbaşa tabe olduğu naziri sayır, nə də ölkənin 3-cü şəxsi statusunda olan baş nazir Əli Əsədovu.
1-ci dərəcəli Qarabağ qazisinə qulluq edən həyat yoldaşına isə növbəlilik əsasında xidmət göstəriləcəyi vurğulanır. Sosial xidmət siyasətinə baxın, Qarabağ əlilinə xidmət etmək qadağandır, amma ona qulluq edənə növbəlilik əsasında xidmət göstərilməsinə baxıla bilər! (?) Bəs niyə baxılmır? 3 ildir müraciət etsək də, hətta məhkəməyə müraciət etsək də, sonuc yoxdur. Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyev 6 aylıq süründürməçilikdən sonra iddianı mümkün saymayıb, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri Həmid Həmidov olan heyəti isə 3 aydır qəbul etdiyi qərarını vermir. Belə məhkəmə təminatı hüquq(suzluğ)u olan yerdə hansı sosial xidmət, sosial-tibbi təminat hüququndan danışmaq olar?
Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müharibə iştirakçıları ilə koordinasiya departamentinin rəhbəri, xanım Aytən Məmmədova 18.08.2022-ci il tarixli PHŞ /1-2 -2022-22155 saylı məktubla 1-ci dərəcəli Qarabağ qazisi ailəsinin müraciətini aidiyyatı üzrə ƏƏSMN -ə göndərib. İki həftə keçib, hələ də “aidiyyatı” qurumdan heç bir cavab yoxdur. Aidiyyatı məsələsini qabartmaqda amacımız diqqəti ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin xidmət göstərilməsinə aidiyyatının olmadığını inadla təkrar etməsinə yönəltməkdir . Ali dövlət hakimiyyəti orqanları , Ombudsman, Nazirlər Kabineti bəyəm bilmir hansı quruma aiddir? ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin imtinasından belə anlaşılır ki, hökumətin baş naziri işinin öhdəsindən gələ bilmir. Daha bunun başqa adı yoxdur ki?
01.09.2022-ci ildə 012 5254130 nömrəsindən Sosial Xidmətlər Agentliyinin əməkdaşı kimi zəng edən şəxs NK – dan daxil olan müraciətin yanlış olaraq ƏƏSMN -ə göndərildiyini bildirib. (?-M.B.) Ali dövlət hakimiyyəti orqanından daxil olan müraciətin yanlış göndərilə bilməzliyi bir yana, axı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10 maddəsində müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyatı üzrə göndərmələri və bu barədə müraciət edənə məlumat vermələri doğrulanıb !
Niyə ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi ona aid olmayan, NK-dan “yanlış olaraq” göndərilən müraciəti aidiyyatı üzrə göndərməkdən imtina edir? Sualın cavabını şikayət etdiyimiz Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), baş prokurorluq, NK-nın özü, PA-nın özü verər, yəqin. Bizi isə bir sual da maraqlandırır :
SOSİAL XİDMƏTLƏR AGENTLİYİ KİMƏ VƏ NƏYƏ XİDMƏT EDİR, AGENTLİYİN DÖVLƏT BÜDCƏSİNDƏN MALİYYƏLƏŞMƏSİNƏ EHTİYAC VAR?
Məğrur Bədəlsoy
Teref.az olaraq məqalədə qaldırılmış iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 

Ardını oxu...
Bakı şəhərində vətəndaşlar yaşadıqları evin yaxınlığında məsafə olmadan inşa edilən tikintidən narazıdırlar.

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər müraciət ediblər.

Onlar bildiriblər ki, ərazidə təhlükəsizlik qaydalarına əməl edilmədən bina inşa edilir:

“Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 998-ci məhəllə ünvanında yerləşən, 19 mərtəbəli yaşayış kompleksindən üç-beş metr aralıda, qanunları və normativ aktları, eyni zamanda, tikinti, təhlükəsizlik və şəhərsalma qaydalarını kəskin şəkildə pozan, sənədi olmayan doqquzmərtəbəli bina inşa edilir.

Bu tikinti insanların yaşadığı mənzillərin eyvan və pəncərələrindən cəmi üç-beş metr aralıda, üzbəüzdə inşa edilir. Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli qərarının 9-cu bəndinə əsasən, binalar arasındakı məsafə bina hündürlüyünün 0,6 hissəsindən az olmamalıdır. Bizim yaşadığımız 19 mərtəbəli binanın hündürlüyü 70 metr təşkil edirsə, onun fasadına ən yaxın bina ən azı 42 metr aralıda tikilməlidir”.

Şikayətçilər qeyd ediblər ki, faktla bağlı binanın sakinləri və kompleksin nümayəndələri tərəfindən dəfələrlə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Nəsimi Rayon İcra Hakimiyyətinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ediblər:

“Həmin təhlükə yaradan obyektin qanun çərçivəsində təcili şəkildə aradan qaldırılmasına dair müraciətimizə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi cavab verib.

Cavabda bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi yuxarıda adı çəkilən qeyri-qanuni tikinti barəsində məlumatlıdır və “Dövlət Şəhərsalma Nəzarətinin Həyata Keçirilməsi Qaydaları”nın tələblərinə uyğun zəruri tədbirlərin görülməsi Nəsimi Rayon İcra Hakimiyyətinə və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə tapşırılıb.

Bütün bunlara baxmayaraq, qanunsuz tikinti hələ də yerində toxunulmaz olaraq qalır, tikinti işləri isə istirahət və bazar günləri gecə saatlarında səs-küylü şəkildə yenə də aparılır”.

Vətəndaşlar iddia ediblər ki, tikinti keçmiş deputat Əsabil Qasımova məxsusdur və müvafiq icazə Nəsimi Rayon İcra Hakimiyyətindən alınıb:

“Niyə qanunsuz tikintini aparan şəxs öz ölkəsinin qanunlarına, təhlükəsizlik qaydalarına, dövlət orqanlarına, ictimaiyyətə belə vicdansız münasibət nümayiş etdirir? Necə olur ki, beş aydır dövlət qurumları qeyri-qanuni tikintinin qarşısını ala bilmirlər?”

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tikintinin davam etdirilməməsi barədə qərar verilib:

“Nəsimi rayonu, Abbas Səhhət küçəsi 13 K ünvanında fiziki şəxsə məxsus özəl torpaq sahəsində məlumatlandırma icraatı çərçivəsində ikimərtəbəli fərdi yaşayış evinin tikintisi ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən agentliyə məlumat məktubu ünvanlanıb.

Məlumatlandırma çərçivəsində aparılan tikinti işləri təqdim edilmiş memarlıq planlaşdırma cizgilərindən kənara çıxdığına görə agentlik tərəfindən müvafiq göstəriş verilib. Həmin verilən göstərişə fiziki şəxs tərəfindən dörd ay ərzində əməl edilmədiyi üçün Tikinti Məcəlləsinə əsasən, agentlik tərəfindən tikinti işlərinin dayandırılması ilə bağlı qərar verilib”.

Məsələ barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq.

Komitədən Oxu.Az-a bildirilib ki, qanunsuz tikinti barədə qurumlara məktub göndərilib:

“Həmin ünvanda mülkiyyətdə olan 600 kvadratmetr torpaq sahəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri pozulmaqla 420 kvadratmetr sahədə yaşayış evinin inşa edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Nəsimi Rayon İcra Hakimiyyəti, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Bu günədək heç bir tədbir görülməyib”.

Nəsimi Rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab verilmədi.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
İlhamə Əbülfət
 
 

Ardını oxu...
Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimə kimi çalışan Günay Hacıyevanı direktor təyin edib. Musiqi məktəbinin kollektivi toplaşaraq yeni təyinata qarşı etiraz edib.

İşçilər APA-nın yerli bürosuna bildiriblər ki, yeni təyin olunan direktor Günay Hacıyeva Şəki Musiqi Kollecini bitirib, onun idarəetmə bacarığı aşağı səviyyədədir. Göyçay Uşaq Musiqi Məktəbində uzun illər fəaliyyət göstərən ali təhsilli musiqi müəllimləri çalışır, onların kifayət qədər idarəetmə bacarığı var. Etirazçı müəllimlər çalışdıqları məktəbə direktorun öz kollektivi içərisindən ali təhsilli bir nəfərin seçilərək təyin olunmasını istəyirlər.

Qeyd edək ki, bu gün səhər saat 8:30 radələrində Göyçay rayon Uşaq Musiqi Məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimələr etiraz edərək onu məktəbdən qovublar.

Məsələ ilə bağlı Ağdaş Regional Mədəniyyət İdarəsinin rəhbəri Səxavət Məmmədov APA-nın yerli bürosuna bildirib ki, təxminən 20 il iş təcrübəsi olan Günay Hacıyeva onun əmri ilə Göyçay Uşaq Musiqi Məktəbinə direktor təyin olunub və o, dünən özünün iştirakı ilə kollektivə təqdim olunub. Bu gün səhər saatlarında nədənsə məktəbdə ona qarşı narazılıq yaranıb. Səxavət Məmmədov regional idarənin nümayəndələrindən ibarət komissiyanın hazırda həmin məktəbə göndərildiyini, məsələnin araşdırılacağını, günün ikinci yarısında isə özü də məktəbə gedərək kollektivlə yenidən görüşəcəyini bildirib.

 
Ardını oxu...
Bu zavodda günü 30 manata işləyənlərdən biri də mənim dostum idi. Keşlədəki bu zavodda belə bir istidə, bu şəraitdə gündəlik cəmi 30 manat…
Ən əsası heç bir xüsusi geyim yoxdur, heç bir təhlükəsizlik tədbiri görülmür. Baxın, adamlar odla oynayır, bu insanlarən əməyi istismar olunur. Dəfələrlə burada ağır xəsarət alanlar olub. Burada olan insanların bəzilərinin hansı “halda” işlədiyini biləndə isə çox da təəccüblənmədim…
Teref.az olaraq düşünürük ki, idarə və müəssisələrdə Əmək Məcəlləsinin icrasına dövlət nəzarəti etməli olan Dövlət Əmək Müfəttişliyi(ARƏM maddə 15) və ictimai ictimai nəzarət etməli olan həmkarlar təşkilatları (ARƏM 309) hərəkətə keçəcək.
Ilkin Muradov
Teref.az

 
 
 

Dünyapress TV

Xəbər lenti