İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı video çəkərək narazılıq edən müəllimə məsələ ilə bağlı açıqlama verib.
Həmin müəllimə qeyd edib ki, video iki-üç ay əvvəlin olub, amma o, bunu yayanlara təşəkkür etdiyini deyib:. “Sosial portallarda mənim haqqımda videolar yayıldı. Əslində bu, iki-üç ay öncə çəkilmiş video idi. Bunu kim yaydısa, bilmirəm. Allah köməyi olsun, xeyirimizədir. Bu gün mən məktəbin problemlərini gizlədirəmsə, mənə ayıb olsun. Amma siz gizlədirsinizsə, sizə ayıb olmasın, eləmi? Ona görə də mən bir qarabağlı olaraq və bu məktəbə elə-belə gəlmədiyim üçün bunu etməli idim”.
Müəllim direktordan narazılıq edərək deyib ki, direktor müəllimin məşhurlaşmaq üçün bu videonu çəkdiyini qeyd edib:
“Direktor orada işlətdi ki, Leyla müəllim məşhurlaşmaq istəyir. Mən o direktora buradan demək istəyirəm ki, mən müğənni deyiləm, məşhurlaşam. Nə oldusa, siz o məktəbə gələndən sonra oldu. Siz orada banda yaratdınız, təhsilin də səviyyəsi aşağı düşməyə başladı. Boynunuza alın ki, yeganə müəllim mənəm ki, məktəbə gəldiyim ilk ildən şagirdlərimin nəticələri yüksəkdir. Bunu heç yerdə demədiniz, amma mən məktəbini vəziyyətini dedim deyə, Leyla müəllim məşhur olmaq istəyir ifadəsini işlətdiyiniz, üçün gəlib baxsınlar ki, kimdir yaman? Mən şagirdlərə görə hər şey edəcəyəm”.