Ədalət tərəzisi nala-mıxa vuranda... - GİLEY
Hər kəsin dilində bu söz var: "Ən böyük hakim Allahdır" və bildiyimiz qədərilə konstitusiyada da ədalətli qərarlar verə bilmək üçün müqəddəs kitablardan (Qur'ani Kərim) istifadə edilib.

Lakin, nəinki həbsxanalarda olmuş, ümumiyyətlə ömründə bir dəfə də olsun məhkumluq həyatı yaşamış, yaxud hər hansı bir hüquqi cəza almış bir kimsəni dindirən kimi o, da ona qarşı hakim ədalətsizliyindən gileylənir.

Əvvəllər bu çoxumuza gülməli görünürdü. Amma, necə deyərlər "heç vaxt, heç kimi, heç nədə qınama, başına gələr".
Bəli, gəldi də. Özü də birimizin, yaxud bir neçəmizin deyil, demək olar ki, xalq olaraq hamımızın başına gəldi. Dünya malına hərislik, pul sevgisi Allah, ədalət sevgisini üstələdi. Yavaş-yavaş ədaləti bərpa etməli olan hakimlər, müdafiə etməli olan vəkillər əlbir olub, özləri də satıldılar, ədaləti də satdılar.

İndi ölkədə nə məhkəməyə, nə hakımə, nə də "açıq bazara çıxarılmış ədalət"ə inamımız qalmayıb. Yuxarıda da qeyd etdiyimiz kimi, bu inamsızlığı yaradan qanunla ədaləti və insanların hüququnu müdafiə etməli olan hakimlər, vəkillər və cinayətlərin araşdırılmasında məsul olan digər səlahiyyət sahibləridir.
Əslində belə şəxslər bununla həm də öz təhsillərini və vəzifəyə təyinatlarını şübhə altına salırlar. Çünki, mayalarının rüşvətlə yoğrulduğunu öz əlləri və nəfsləri ilə aşkarca bəlli edirlər.

Ədalətsiz qərarları ilə insanları ölkə qanunlarından, konstitusiyadan, dövlətdən, dövlətçilikdən sözün əsl mənasında iyrəndirən hakimlərdən biri də çoxlarının dediyinə görə Ağır Cinayətlər məhkəməsinin hakimi Eldar İsmayılovdur.
O Eldar İsmayılov ki, əvvəllər MTN-də çalışıb.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
Verdiyi ədalətsiz qərarları ilə buvaxta qədər çox vətəndaşları narazı salıb ki, onlardan bir neçəsi barəsində sosial şəbəkələrdə və bəzi xəbər portallarında məlumatlar dərc edilib.

Belə ki, "DogruXeber.az"a Eldar İsmayılovun ədalətsiz qərarından narazılıqlarını danışan Əsgərov Kamal Aydın oğlu hazırda 30.000 (üç yüz min) manat ziyana düşdüyünü və məhz bu səbəbdən öz evində kirayə qaldığını deyir.

Kamal Əsgərov bildirir ki, "Rüstəmov Mətləb İxtiyar oğlu mənə qarşı dələduzluq edib və məni 300.000 (üç yüz min) manat ziyana salıb.
Qeyd edim ki, mən onun aldatdığı ilk adam deyiləm. Məndən əvvəl də 5 nəfəri aldadıb, evsiz-eşiksiz qoyub. Hətta, aldatdığı adamlardan birinin ürəyi partlayıb ölüb. Rəhmətliyin övladları da məhkəmədə dedilər, "Mətləb Rüstəmov qatildir, o, bizim anamızı öldürüb".

Mətləbə dələduzluğa görə əvvəllər də həbsxanada olub. Azadlığa çıxdıqdan sonra, yenə öz "məsləyi"ni davam etdirib. Yəni, dələduzluq etməkdə davam edib. Mənim bildiyim, buvaxta qədərki sonuncu qurbanı hələ ki, mənəm. Amma, görünür Mətləb Rüstəmovun vəkili olan Elçin Sadıqovun və Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sayəsində onun mənim kimi qurbanları hələ çox olacaq.

Təsəvvür edin, 2011-ci ildə məndən əvvəl aldatdığı adamlar Mətləb Rüstəmovun barəsində şikayətçi oldu və o, cinayət məsuliyyətinə cəlb olundu.

Lakin, mən şikayətçi olmadım. Baxmayaraq ki, 2011-ci ildə Mətləb mənim də evimi girov qoyub, "Muğan bank"dan 94.000 (doxsan dörd min) dollar kredit götürüb və həmin pulu mənimsəmişdi.
Düşündüm, insandır, həbsdən çıxar, ödəyər.
Beləliklə, ona cinayət məcəlləsinin 178.2.3 - cü maddəsi ilə cinayət işi açıldı və məhkəmənin qərarı ilə Mətləb Rüstəmov 9 il yarım müddətinə azadlıqdan məhrum edildi.

Bir də baxdım ki, ödənişlər ödənilmədiyi üçün "Muğanbank" evimi satışa çıxarmaq istəyir. Məcburiyyət qarşısında min bir əziyyətlə başqa bankdan kredit götürüb, Mətləbin "Muğanbank"a olan kredit borcunu bağladım və başladım hər ay həmin bankə ödəniş ödəməyə.

Artıq, 5 ildir ki, hər ay 1250 (min iki yüz əlli) manat ipoteka krediti ödəyirəm. Bugünə qədər 70.000 (yetmiş min) manat ödəmişəm. Bu da o deməkdir ki, öz evimdə 5 ildir kirayə yaşayıram. Hələ bundan sonra da 130.000 (yüz otuz min) manat - yəni, 23 il də əlavə ödəməliyəm.

Mənim hazırda 47 yaşım var, 23 də bundan sonra - belə çıxır ki, mən 70 yaşıma qədər bu zülmü çəkmək məcburiyyətindəyəm. Yəni, Mətləbin keyiflə xərclədiyi pulu mən bir ömür zülmlə, əziyyətlə ödəməliyəm.

Yeri gəlmişkən, Mətləb Rüstəmov ona verilən 9 il yarım həbs cəzasının 7 ilini çəkdi, qalan iki il yarımını şərti azadlığa buraxılıb.

O, şərti azadlığa çıxdıqdan sonra mən Mətləblə danışdım, vəziyyəti dedim və pulu artıq ödəməyə başlamasını dedim. Bu dəfə o kobudcasına "Vermirəm, get hara deyirsən, de" - dedi.

Yalnız bundan sonra mən də 2020-ci ildə onun barəsində şikayətçi oldum və o qalan iki il yarım müddətlik cəzasını çəkmək üçün həbs edildi. Hazırda həbsdədir.

Mən Mətləb barəsində o həbsdə ola-ola iddia qaldırdım və 27.12.2022-ci il tarixində keçirilən məhkəmədə hakim Eldar ismayılov ona yenidən 7 il 10 ay müddətinə "azadlıqdan məhrumetmə" cəzası təyin etdi.

Lakin, məni işin tamam başqa tərəfi narahat edir.

Baxın!
Cinayət məcəlləsində 12 il "Məsuliyyətə cəlb olunma müddəti" var. "Məsuliyyətə cəlb olunma müddəti"nə görə 2023-cü ilin aprel ayında Mətləb Rüstəmov məsuliyyətdən azad olunacaq.

Onun vəkili ona verilən 7 il 10 ay həbs cəzasından appelyasiya şikayəti verəcək, qərar qüvvəyə minməsin deyə, onu da müxtəlif yollarla hakimlə əlbir olub uzadacaqlar aprel ayına qədər və aprel ayında da avtomatik olaraq, cinayət işi bağlanacaq və Mətləb Rüstəmov məsuliyyətdən azad olunacaq.

Bu qanunda belədir, buna sözüm yoxdur. Amma, təsəvvür edin ki, məhkəmə müddətini onun vəkili ilə hakim Eldar İsmayılov əlbir olaraq, 1 il 3 aydır ki, müxtəlif bəhanələrlə uzadırlar. Gah vəkili Elçin Sadıqov deyir, "bu gün filan yerə uçacam, təyyarəyə gecikirəm", gah digər bəhanələr, gah da Eldar İsmayılov müxtəlif bəhanələrlə müddəti uzatdılar.

Doğrusu, vəkilin hər dəfə məhkəmə prosesinə müxtəlif yollarla mane olmasının da məqsədli olduğunu düşünürəm.

1 il 3 ay məhkəmə olar?!
Məhkəmə olar 3 ay, 5 ay...

Eldar İsmayılovla vəkil əlbir olub, ortaya dəxlisiz fəsadlar çıxarıblar.
Məsələdə adı hallanan ikinci tərəf - qəyyum ki, var, həmin qəyyumla əlaqəli gülünc maneələr yaradırlar. Bütün çalışdıqları budur ki, məsələni bu ilin aprel ayına qədər birtəhər uzatsınlar, hökm qüvvəyə minməsin və aprel ayında da müddət bitsin, Mətləb Rüstəmov da azadlığa buraxılsın.
Eldar İsmayılov qəsdən mənim mülki iddiamı təmin etmir.

Bəhanəyə baxın!
Güya mən iddiamda göstərməli idim ki, mənə vurulan maddi ziyanın - yəni məbləğin nə qədərini Mətləb Rüstəmovdan, nə qədərini qəyyumdan tələb edirəm.

Qardaş, bunun işə nə aidiyyatı var axı?

Bəs, əgər elə boyuk qüsurdursa, 1 il 3 aydır məsələni müxtəlif bəhanələrlə uzadarkən, Eldar İsmayılov niyə bir dəfə də olsun məhkəmədə bunu mənə irad tutmadı ki, mən də iddiamı yenidən hazırladım.

Qaldı ki, mən ilk növbədə pulumu Mətləb Rüstəmovdan tələb edirəm. Məni aldadan odur. Qəyyumdan şikayətim yoxdur. Qaldı ki, kim ödəyir ödəsin, mənə vurulan maddi zərər ödənilsin. Mən ömrümün qalanını niyə əsəb, stress keçirərək, min bir əziyyətlə Mətləbin yediyi pulu ödəməliyəm?!
Mənim pulum ödənilsin, vəssalam.

Mən Eldar İsmayılovun ədalətsiz qərarından narazıyam.
Odur ki, ilk növbədə ölkə başçısı cənab İlham Əliyevdən və Məhkəmə Hüquq Şurasının sədri - Ədliyyə naziri cənab Fikrət Məmmədovdan xahiş edirəm Eldar İsmayılovun barəsində lazımi tədbirlər görülsün. Şəxsi maraqlarına görə vətəndaşlar arasında konstitusiyaya, qanunlara, dövlətə və dövlətçiliyə qarşı nifrət yaradan Eldar İsmayılova layiq olduğu cəza verilsin. Həmçinin, mənim məsələm yenidən araşdırılsın, tez bir zamanda ədalətli həllini tapsın.

Mətləb Rüstəmov tutulsun, yaxud nə cəza verilir verilsin fərqi yoxdur mənim üçün. Əsas odur ki, mənə vurduğu maddi ziyanın Mətləb Rüstəmov tərəfindən ödənilməsi təmin edilsin.

Mənim keçirdiyim əsəb, stress səbəbilə, artıq sağlamlığım təhlükə altındadır.
Mən Mətləbin məndən əvvəl aldatdığı ürəyi partlayıb ölən o məsum insanın taleyini yaşamaq istəmirəm.
Mənim mülki iddiamı niyə təmin etmir Eldar İsmayılov?

Çox xahiş edirəm bu araşdırılsın və ədalətli həllini tapsın."

Yeri gəlmişkən, onu da qeyd edək ki, Kamal Əsgərovun "DogruXeber.az"a bildirdiyinə görə, o, son ümidi olaraq, Appelyasiya məhkəməsində Məhkəmə Hüquq Şurasının məsələyə diqqəti və ədalətli yanaşması sayəsində mülki iddiasının təmin ediləcəyinə, ədalətli qərar veriləcəyinə ümid edir.

Hər halda, biz də buna ümid edirik.
Odur ki, məsələ diqqətimizdədir, gedişatlardan mütəmadi olaraq, izləyicilərimizi də xəbərdar edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 

Bölmənin digər xəbərləri

27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...

Dünyapress TV

Xəbər lenti